Aleykum salam. Üzürsüz yerə namazları qəza emək böyük günahdır. Üzürsüz səbəbdən və səhlənkarlıqdan buraxılan namazları qəza etmək olmur. Buna görə Allahdan bağışlanma diləmək (tövbə etmək) və nafilə namazları çoxaltmaq lazımdır.
Va aleykum salam. Namaz elə bir ibadətdir ki, insanın ağlı başında olduğu müddətcə namazı tərk etməməlidir. Yalnız huşsuz vəziyyətdə olan insanın üzərindən namazın vacibliyi düşür. Bu səbəbdən müalicə götürmək namazın vacibliyini düşürmür. Lakin dinimiz asanlığı əmr edir.
Salam aleykum. Oruc tutan insan ağır iş rejimi və ya digər səbəbdən dözülməz halda susayarsa və orucu açmadığı təqdirdə canına zərər toxunacağından qorxarsa, bu halda orucunu aça bilər. Bu halda o, üzürlü sayılır və buna görə ona günah yazılmır.
Və aleykum Salam. Əgər İsanın (Allaın ona salamı olsun) millətini nəzərdə tutursunuzsa, cavab olaraq deyirik ki, bəli, İsa İsrail oğullarından olmuşdur. İsrail oğulları isə sonradan yəhudilər kimi tanınırdı.
Və aleykum Salam. Bu il (2019) ölkəmizdə Ramazan bayramı İyun ayının 5-nə təsadüf edir. Başqa ölkələrdə ayın görünməsi bayram keçirmək üçün əsas deyil, çünki ay hər ölkədə müxtəlif vaxtlarda görünə bilər. Hər kəs bayramı yaşadığı yerin əhalisi ilə birlikdə keçirməlidir.
Və aleykum Salam. Allah övladınızı sağlam, salehlər bəndələrdən və valideynləri, cəmiyyətimiz üçün də faydaları kəslərdən etsin! Valideynin övladlarına qarşı mərhəmətli, qayğıkeş olması, onları əzizləməsi və onlara əziyyət verməyəcək dərəcədə öpüb-qucaqlaması savab əməllərdəndir.
Və aleykum Salam. Şərait olmadıqda namazın necə qılınması, dəstəmaz əvəzinə təyəmmüm alınması və digər asanlıqları dinimiz bizə göstərib. Daha ətraflı: Şərait olmadığı üçün namaz qılmıram
Və aleykum Salam. Bu cavabları oxuyun:
Salam aleykum. Uca Allah haram qidaları yeməi bütün hallarda haram buyurmuşdur: "Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, (hündür bir yerdən) yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, –
Və aleykum Salam. Müəyyən müddətdə nişanlı qalmaq günah sayılmır. Lakin kəbin olmazsa, nişanlılar bir-birlərinə naməhrəm olduqları üçün özlərini harama düşməkdən qorumalıdırlar. Habelə, evlənməyə imkan olduğu halda və digər zəruri səbəblər olmadan nişanlılıq dövrünü uzatmaq bəyənilmir.
Qadın heyzli halda nələri edə bilməz?
Və aleykum Salam. Ehtiyacı olan birinə qan verməyə heç bir qadağa yoxdur. Əksinə, bu, savabdır.
Və aleykum Salam. Qeyd etdiyiniz məsələnin Allahın sizi sevib-sevməməsi ilə bir əlaqəsi yoxdur. Müsəlman kişi ehtiyac olmadan evə gec gəlməməlidir, çünki həyat yoldaşına və uşaqlara vaxt ayırmaq kişinin məsul olduğu ailə vəzifələrindən biridir.
Salam aleykum. Qüsl alarkən "Bismilləh - Allahın adı ilə" sözündən başqa heç nə demək lazım deyil. Niyyətin yeri isə qəlbdir və onu dilə gətirmək bidətdir. Daha ətraflı:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
1. İçki içənin qıldığı namazın 40 gün qəbul olunmaması hədisi səhihdir. Daha ətraflı: "İçki içənin 40 gün ibadəti qəbul olmaz" hədisi səhihdirmi?
Salam aleykum.
əl-Bəqərə surəsi
Əuzu billəhi minəş-şeytaanir-racim.
Bismilləhir-Rahmənir-Rahim.
1. Əlif, Ləəm, Miim.
2. Zəəlikə-l-kitəəbu ləə raybə fiih, hudəl-lil-muttəqiin.
Və aleykum Salam.
Və aleykum salam. Saytımızın ana səhifəsində hər gün üçün namaz vaxtları, həmçinin sahur və iftar vaxtları göstərilir.
Və aleykum Salam. Bəli, qeyd etdiyiniz hədis səhihdir. Belə ki, Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) - "Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut!
Salam aleykum.
Və aleykum Salam. Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir.
Dəstəmazı pozan amillər