Və aleykum Salam. İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Vücudlarınızı təmizləyin, Allah da sizi təmizləsin!
Və aleykum Salam. Belə bir səhih hədis yoxdur, lakin Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) salamı verənin salamı alandan daha çox savab qazandığını bildirmişdir.
Və aleykum Salam. Dinimizdə səhih mənbələr Quran və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhih hədisləri hesab olunur. Hər hansı əməlisaleh şəxsin sözü bu mənbələrlə ziddiyyət təşkil edirsə, o söz götürülmür.
Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. Hansısa xidmət müqabilində gəlirdən faiz götürmək sələm sayılmır.
Va aleykum Salam. Günəş çıxana qədər Sübh namazını qılmaq lazımdır. Havanın işıqlı olması hələ günəşin çıxması demək deyil. Bu cavabları oxuyun:
Sübh namazını günəş görünənə qədər qılmaq olarmı?
Və aleykum Salam. İlahə adını dəyişmək lazımdır. Sənədlərdə dəyişmək mümkün olmasa, ən azından insanlardan sizi başqa adla çağırmalarını tələb edin. Daha ətraflı:
Qız uşaqlarına İlahə adını qoymaq olarmı?
Və aleykum Salam. Quranın ən sadə təfsiri Abdur-Rahmən əs-Sə'dinin (Allah ona rəhmət etsin) müəllifi olduğu təfsirdir. Daha geniş olanlar isə ət-Tabərinin, əl-Qurtubinin, İbn Kəsirin və s. (Allah onlara rəmət etsin) təfsrləridir.
Va aleykum Salam. Uşağın atada qalması valideynlərin tərəfindən razılaşdırıldığına görə bu günah sayılmır. Daha ətraflı: Boşandıqda uşaqlar atada qalır, yoxsa anada?
Va aleykum Salam. Ananızdan xahiş edə bilərsiniz ki, qadınların heyz vaxtı namaz qılmadığını onlara xatırlatsın və ya özünüz üstüörtülü şəkildə qadınların müəyyən vaxtlarda namaz qılmadığını deyə bilərsiniz.
Salam aleykum. Ananın həyatına ciddi təhlükə olan hallar istisna olmaqla abort etdirmək böyük günahlardandır. Tövbə edərək bir daha belə etməmək, namazlara davam etmək və saleh əməlləri çoxaltmaq lazımdır. Abort hamiləliyin 81-ci günündən sonra edilibsə, bu zaman gələn qan nifas qanı sayılır.
Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu.
Salam aleykum. Kişilərin dizdən aşağı şort ilə namaz qılması icazəlidir.
Va aleykum Salam. Qadınların keratin tətbiq etmə üsulu ilə saçları düzləşdirmələrinə aid dinimizdə hər hansı bir qadağa yoxdur.
Salam aleykum. Dəstəmazsız Qurani-Kərimi həm oxumaq, həm əl vurmaq icazəlidir. Amma dəstəmazlı halda oxumaq daha üstündür. Daha ətraflı:
Quran kitabını oxuyarkən dəstəmaz almalıyıqmı?
Salam aleykum. Yaxın dostluq, qohumluq əlaqələrinə görə imtina etmək mümkün deyilsə və ya toy sahibinə borcunuz varsa, toya gedib həmin məclisdə oturmayaraq bəyi təbrik edib qayıda və ya toya pul göndərə bilərsiniz.
Salam aleykum. Bu cavabı oxuyun: Evli kişi ikinci dəfə ailə qura bilərmi?
Və aleykum Salam. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Kim Allaha və axirət gününə inanırsa, içki içilən süfrədə (məclisdə) oturmasın".
Və aleykum Salam. Deistlər Yaradanın olduğunu qəbul edir, lakin dini inkar edirlər. Bu isə Allahın məxluqatı boş-boşuna yaratdığını iddia etməkdir.
Və aleykum Salam.
Salam aleykum. Birinci dəfə həccə getmək vacibdir. Qonşuya kömək etmək isə müstəhəbdir. Ona görə imkan daxilində birinci dəfə olduğuna görə Həccə getmək lazımdır. Ömründə bir dəfə olsa belə həccə getmək imkanı çatan hər bir müsəlmana həcc vacibdir.
Masturbasiya etməyə icazə verilirmi?
Salam aleykum. Bu cavabı oxuyun: Qüsl aldıqdan sonra dəstəmaz almadan namaz qılmaq olarmı?
Və aleykum Salam. Bu cavabı oxuyun: Şəhvət hissini necə cilovlamaq olar?
Salam aleykum. Hər ölən müsəlman üçün bir dəfə cənazə namazı qılınır. Gün ərzində bir neçə müsəlman üçün cənazə namazı qılmaq olar. Həmçinin oxuyun:
Cənazə namazı necə qılınır?
Və aleykum Salam. Qadınla kişinin arada kəbin olmadığı müddətcə yaxınlıq etmələri haramdır. Həmçinin, nişanlı olanların kəbin olsa belə bir-birilə yaxınlıq etmələri düzgün deyil, çünki bizim cəmiyyətdə evlilik toy mərasiminin keçirilməsilə müəyyənləşir.
Salam aleykum. Qələm çaldırmaq xurafatdır. El arasında qələm çaldırmaq dedikdə qorxmuş insan üçün mollanın qorxu duası yazması nəzərdə tutulur.
Və aleykum Salam. Evin üzərinə Allah kəlməsini yazdırmaq düzgün deyil və bu dində əsli olmayan bir əməl (bidət) sayılır. Həmçinin oxuyun: Bidət nədir?
Salam aleykum. Məsciddə yatmaq icazəlidir. Peyğəmbər (salləllahu aleyhi va səlləm) qarnı üzərində uzanmış birinin yanına gəldi və onu ayağı ilə tərpətdi və belə dedi: "Bu cür uzanmağı Uca Allah sevmir". (İbn Hibban, 5550).
Və aleykum Salam.
Və aleykum Salam. Bu cavabı oxuyun: İstimna (masturbasiya) etməyə icazə verilirmi?
Salam aleykum. Ramazan bayramı günü oruc tutmaq qadağandır.
Və aleykum Salam. Bu cavabı oxuyun: Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?
Salam aleykum. Qadın öz ərinin cənazəsini yuya bilər. Həmçinin oxuyun: İslam Fiqhi: CƏNAZƏ BÖLÜMÜ
Və aleykum Salam. Qadınların saçlarını yığmaları qadağan deyil. Kimsə dini bir qadağa iddia etdikdə, ondan bunun dəlilini və bu mənbənin səhihliyi haqda məlumat tələb etməsi lazımdır. Qadınların yalnız başlarının üst tərəfindən quş yuvasına oxşar şəkildə yığmaları qadağandır.
Va aleykum Salam. Qaynana kürəkənə məhrəm sayıldığı üçün onun yanında hicabını aça bilər. Məhrəmlərin yanında nə dərəcədə açıq geyinmək haqda bu cavabı oxuyun: Kimlərin yanında hicabı açmaq olar?