Və aleykum salam. Ahı - xalq arasında haqsızlığa uğrayanın qarğışına deyilir. Şəriətə görə isə məzlumun bədduasına deyilir. Əgər həqiqətən də zülm edilibsə, onda bu halda bəddua qəbul olunur.
Və aleykum Salam. Kreditə kontur verən şöbə ilə əlaqəniz yoxdursa, maaşınız haram sayılmır. Uca Allah buyurur: "Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun.
Salam aleykum. Qüsl dəstəmazı əvəz etdiyi üçün, qüsl aldıqdan sonra dəstəmaz almadan namaz qılmaq olar. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Və aleykum Salam və rahmətullah. Əgər nəzir qurbanıdırsa, şərik olub qurban kəsmək olmaz. Şükür əlaməti olaraq isə qoyuna bir neçə nəfər şərik olub kəsə bilərlər.
Və aleykum Salam. Bu cavabları oxuyun:
Niyə görə pis yolda olanların işləri yaxşı gedir, mən isə əziyyət çəkirəm?
Və aleykum Salam. Rəsul adını qoymaq barəsində heç bir qadağa yoxdur. Ona görə də bu adı qoymaq icazəlidir.
Və aleykum Salam. Bu cavabı oxuyun: Allahdan kömək istəyərkən kəramət sahiblərinin xətirni vasitə tutmaq olarmı?
Tövbə etsəm, Allah məni bağışlayarmı?
Və aleykum Salam. Bilmək lazımdır ki, yer üzərində olan ev heyvanlarını Uca Allah insanların istifadəsi üçün yaratmışdır. Həmçinin, heyvan ətində insan bədəninin sağlam olması üçün vacib olan elementlər var.
Və aleykum Salam. Birincisi - dinimizdə hamzad deyilən bir şey yoxdur və Allahin qədərini heç nə dəyişdirə bilməz. İkincisi - bu cür yerlərə getmək olmaz.
Cadudan necə qorunmaq olar?
Sehr nədir?
Və aleykum Salam. Qadınla kişinin namaz qılma şəklində fərq yoxdur. Namaz qılarkən ayaq üstə Quran oxumaq, ruku və səcdə etmək bir rükət sayılır. İkinci rükətdə bunlara oturub təşəhhüd demək əlavə olunur.
Sübh namazı (iki rükətli namaz)
Və aleykum Salam. Naməhrəmlərin olmadığı yerdə övrət yerləri örtmək şərtilə dənizdə çimmək olar. Kişilərdə qurşaqdan dizə qədər, qadınlarda isə bütün bədən və baş örtülməlidir.
Qızla oğlanın yazışması, danışması barədə
İşdə şərait olmadığı üçün namazları evdə birləşdirib qılmaq haqqında
Namazı qəsdən qəza etməyin günahı nədir?
Və aleykum Salam.
1. Qüsl aldıqda qəlbinizdə niyyət olmalı və çimərkən ağız və burun yaxalanmalıdır. Daha ətraflı: Cənabət qüslu necə alınır?
Və aleykum Salam. Bu məsələləri oxuduqda niyyət elminizi artırmaq, günahlardan çəkinmək üçün daha çox məlumatlı olmaqdırsa, oxuyarkən qeyri-ixtiyari olaraq ehtiras keçirirsinizsə, bunda bir qəbahət yoxdur.
1. Bu cavabı oxuyun: Qüsl aldıqdan sonra məni gələrsə, qüsul pozulur?
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Pis yuxulardan necə qorunmaq lazımdır?
Sübh namazının qəzasını nə vaxt qılmaq lazımdır?
Namazları tez-tez qəza etmək günahdırmı?
Və aleykum Salam. Bu çox ağır itkidir. Allah onlara rəhmət etsin. Onların dünya həyatı bu vaxt dayanmalı imiş. Lakin, siz özünüzü günahkar çıxartmayın. Gələcəyi yalnız Allah bilir. Sizə bu avtomobil qəzasını qabaqcadan bilə bilməzdiniz. Onlar üçün dua edin.
Salam aleykum. Bu cavabı oxuyun: İtlə oynadıqda qüsl almaq vacibdirmi?
Salam aleykum. Ayətul-Kursi əl-Bəqərə surəsinin 255-ci ayəsidir, yəni xüsusi bir ayədir. Ayəti Kərim isə hər hansı bir ayədir, sadəcə Uca Allaha hörmət əlaməti olaraq Qurani-Kərimin ayələlərinə belə deyilir.
Və aleykum Salam. Musiqiyə qulaq asmaq və rəqs etmək dəstəmazı pozmur, lakin günah əməllərdən sayılır. Daha ətraflı:
Dəstəmazı pozan amillər
Salam aleykum. Qadınlardan fərqli olaraq kişilərdə namaz qılmağa ara verməyə heç bir üzür yoxdur. Qadınlar isə yalnız heyz (aybaşı) və nifas (doğuşdan sonrakı qanaxma) hallarında namaz qılmırlar.
Kimlərin yanında hicabı açmaq olar? (Məhrəm və naməhrəm kimlərdir?)
Və aleykum Salam. Tövbə günahdan edilir. Günahdan edilən tövbəni pozmaq özü günah sayılır və yenidən tövbəyə ehtiyacı var. Ona görə də tövbəni pozmaq üçün hansısa bir dua yoxdur.