28-04-2019
Salam zrhmet olmasa deyerdiz.meyidi rl vuran yaxinlari qusul etmiyiblerse diqer bir wexs o adami salamlawib qucaqliyirsa qusul duwur o adama?
Cavab:
Və aleykum Salam. Meyitə toxunan insan digər insanlarla salamlaşdıqda onların qüslu pozulmur. Şəriətimizdə belə qayda yoxdur. Habelə, meyitə toxunduqa qüsl almaq vacib deyil, yalnız meyidi yuyan adama qüsl almaq müstəhəbdir (bəyənilən əməldir). Həmçinin oxuyun:
ardını oxu
28-04-2019 selma
salam qadın etir vura bilermi?
Cavab:
Və aleykum Salam. Qadınlara məhrəmlərin yanında, həmçinin digər qadınların yanında ətir vurmaq olar. Amma küçəyə çıxarkən yad kişilərin yanından keçəcəksə və ya onlar olan yerə gedəcəksə, ətirlənmək olmaz.
ardını oxu
28-04-2019 milana
Salam aleykum xais edirem bu sualima tez cavab vererdiz Allah ucun cox vacibdir tez cavab versez sevinerem sualim budurki bir muselman eger get gede namazlarini gah qilir gah qilmir yeni sehlenlarliq edirse sora zikir etmei bunlari elemirse ve eseblesib kufur soz deyibse amma tovbe edibse pesmandisa
Cavab:
Və aleykum Salam. Hər günah, küfr və ya şirk edən islamdan çıxaraq kafir olmaz. Kafir Allaha, peyğəmbərə, Qurani Kərimə iman gətirməyən və islamı din olaraq qəbul etməyən bir kəsə deyilir.
ardını oxu
28-04-2019 Famil
Salam aleykum.3 defe Subhene Rabbiyel ela dedikden sonra Subhehenke Allahumme Rabbene va bihemdike Allahummeğfirli demek olar 1 defe?
Cavab:
Və aleykum Salam. Bəli, qeyd etdiyiniz şəkildə deyə bilərsiniz. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) namaz qılarkən hər səcdə və rükusunda "Subhanəkə Allahummə Rabbənə və bihəmdikə, Allahummə-ğ'firli - Ey bütün nöqsanlardan uzaq Allahım!
ardını oxu
28-04-2019
miladi təqvimlə hicri-qəməri tarix arasındakı fərqlər arasındakı fərqlər hansılardır
ardını oxu
28-04-2019 Ulvi
Allah sozunuz menasi
Cavab:
Salam aleykum. الله - Allah sözü ərəb sözüdür və "əl" ilə "ilah" sözünün birləşməsindən əmələ gəlib. Burada "əl" ərəb dilində müəyyənlik artiklı, "ilah" isə "məbud, tanrı, ibadət olunan" deməkdir.
ardını oxu
28-04-2019
As'Salamu Aleykum, zovcesi hicabsiz olan kes deyyus sayilir mi? Umumiyyetle deyyus kimlerdir?
Cavab:

Və aleykum Salam. Ağlı başında olan və həddi-büluğa çatmış müsəlman qadının hicab bağlamaması böyük günah olsa da, bu, həmin qadının atası, qardaşı və ya ərinin dəyyus olması demək deyil, çünki dəyyus ailəsinin qeyrətini çəkməyib, onların qayğısına qalmayan bir kəsə deyilir.

ardını oxu
28-04-2019
Salam menim size bir sualım var önceden sualım üçün üzür istiyirem men hamileydim inkişafdan qalmışdı deyen meni abort elediler bilmek isteyerdim menim namazlarım qezeya düsubmu? indi qan kesilib amma arada sarı ve kahve rengi axındı gelir o namaza mane olarmı?
Cavab:

Və aleykum Salam. Əgər abort hamiləliyin 81 günündən sonra olubsa, bu zaman axan qan nifas qanı sayılır və bu nifas qanı qurtarana qədər oruc tutulmur və namaz qılınmır. Nifasın (doğuşdan sonra axan qan) -- ən uzun müddəti qırx gün olur, bundan sonra namaz qılınmalıdır.

ardını oxu
28-04-2019 Allahin qulu
Salam aleykum ve rehmetullah ve bereketuhu vitr namazında edilen qunut duasi nece olur namazin içinde olur yoxsa namazin salamindan sonra olur yeni hereket menasinda Allah razi olsun sizden deqiq melumat vererdiz nece edim
Cavab:

Və aleykumus-Sələm və rahmətulllahi və bərakətuhu. Vitr namazında qunut duası rükudan "Səmiallahu limən həmidəhu, Rabbənə və ləkəl həmd" duasını deyib qalxdıqdan sonra tutulur. Daha ətraflı:

ardını oxu
28-04-2019 ÇFl
Salam zikr.az saytı hansı məzhəbə aiddir.sağolun
ardını oxu
28-04-2019
qizima qaynanamin adini qoyublar. inwallah oglum olacaq qaynatam adin qoymaq isdeyir olar dinde er arvad adin qoymaq?
Cavab:
Salam aleykum. Uşağa qaynana və ya qaytanın adını qoymaqda bir qəbahət yoxdur. Əsas odur ki, qoyulan adın mənası pis və şəriətə zidd olmasın və adların mənası gözəl olsun. Peyğəmbər (salləllahu aleyhi və səlləm) də səhabələrdən pis məna daşıyan bir ad eşitdikdə onu yaxşısı ilə əvəz edərdi.
ardını oxu
28-04-2019
Salam aleykum. Size bir neçe sual vermek istəyirəm. Namazda hansı sureleri oxumaq olar? Namazda birdən artıq surə oxumaq olarmı? Əgər oxumaq olarsa surələrin ardıcıl olması şərtdirmi? Bir de sizdən bunu soruşmaq istərdim ki, yəni dəstamazda olan vəsvəsəni nece aradan qaldırım?
Cavab:

Və aleykum Salam.

ardını oxu
28-04-2019 Vusal
Salam eleykum rahmutullahu ve bereketuhu.cehennemde ''cennet heyati '' anlayisi varmi.Suali cavablandirardiniz cox xais edirem
Cavab:
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Cəhənnəmdə "cənnət həyatı" deyə bir anlayış yoxdur. Çünki cənnət, axirətdə mükafat olaraq bu dünyada Allaha və Rəsuluna iman gətirən əməli saleh insanların əbədi səadət diyarıdır.
ardını oxu
28-04-2019 namiq
Salam aleykum.tövbə surəsinin axırıncı ayəsinin transkripsiyasını yazardın.Allah razı olsun
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "Fəİn təvəllov fəQul həsbiyəllahu lə iləhə illə huvə aleyhi təvəkkəltu və huvə Rabbul-arşil-aziim - 
ardını oxu
28-04-2019 Ceyhun
salam men evliyem ama.isle elaqeder Rusiyadayam 2 aydi ozumu zinadan qoruyuram amma ozumu zorla tutmusam men bu veziyyetde ne ede bilerem.? yad qadin zina.sayilir bes zina olmamaq ucun ne edim
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun:

Zina və ondan necə qorunmaq haqqında 
ardını oxu
28-04-2019 lalende
ali imran suresi144-de خلت sözü niye müzekkerde deyil müennesde işlenib
Cavab:

Salam aleykum. Uca Allah buyurur: "Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər... - وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٞ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِ ٱلرُّسُلُۚ - Va mə Muhəmmədun illə rasuulun qad xalət min qablihir-rusul...".

ardını oxu
28-04-2019
Meşhed ziyaretine geden insanın spirtli içki içmesi ne qeder gunahdır ?
Cavab:
Salam aleykum. Ümumiyyətlə Uca Allah istənilən halda spritli içkiləri içməyi haram etmişdir: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir.
ardını oxu
28-04-2019
Salam Aleykum.İnternetdən yuxu yozumlarina baxmag olar?Orda yuxu esasinda islerin yoluna gireceyi yada sevindirəcək hal bas verəcəyini deyir. Bunlar fal hokmune girirmi?
Cavab:
Və aleykum Salam. Əgər qeyd etdiyiniz mənbələr Quran ayələrinə, səhih hədislərə və mötəbər rəvayətlərə söykənirsə, bu zaman oradan istifadə etmək olar. Amma unutmayaq ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) mütləq yuxuları yozmağı və yuxu yozumuna görə hərəkət etməyi bizə buyurmayıb.
ardını oxu
28-04-2019 Allahin qulu
Salamun aleykum size bir sual vermek isdeyrem menim sevdiyim oglan var biz bir birmizi sevirdik bir gun goruwduk uzr isdeyrem ifademe gore o meni opdu amma men icaze vermirdim amma o mecbur edib opdu meni uzr isdeyrem ifademe gore biz indi ayrilmwg amma menim vicdanim rahatlamr biz gorwmeymiz gunahd
Cavab:
Və aleykum Salam. Naməhrəm qızla oğlanın yazışması, görüşməsi, bir birinə toxunması, öpməsi və s. hamısı günahdır. İslamda sevgi, sevib-sevilmək ancaq ciddi şəkildə ailə qurmaq niyyəti ilə olmalıdır.
ardını oxu
28-04-2019 Agazada
Salam Alaykum.Men namaz qılıram.Bir iki sebebe göre namazı buraxıb bir muddet sonra yeniden baslaya bilerem?
Cavab:
Və aleykum Salam. Heç bir halda namazı tərk etmək və ya fasilə vermək olmaz. Müəyyən problemləri üzr gətirərək namazı qəsdən buraxmaq etmək olduqca böyük günahlardan sayılır və kəffarəsi də yoxdur.
ardını oxu
28-04-2019
Ailə həyatı qurmağ istədiyim oğlanla bir birimizi çox sevirdik amma məcburiyyət qarşısında qalıb bir yalan deməli olmuşdum güvənini qırdığımçun ayrıldı məndən hər nəqədər vəziyyəti izah edib bağışlamağını isdəsəm də məni bağışlamadı ailəm qədər dəyər verdiyim insan olduğu üçün onu unuda bilmirəm və
Cavab:
Salam aleykum. Əvvəlcə qeyd edək ki, şəriətə görə hətta evlənmək niyyəti ilə olsa da, qızla oğlanın böyüklərin xəbəri olmadan görüşməsi, yazışması, təklikdə qalması və s. haramdır.
ardını oxu
28-04-2019
Camaat namazinda destnamaz pozularsa namaza devam etse.Dinden cikmis sayilir?
Cavab:
Salam aleykum. Dəstəmaz pozulduqda namaz batil olur, bu halda yenidən dəstəmaz alaraq namaz qılmaq lazımdır. Səhvən bunu edən dindən çıxmır.
ardını oxu
28-04-2019 Deniz
salam.men gunah etmiwdim ve ondan sonra tovbe etdim amma yenede tovbemi pozaraq gunah iwletdim men indi tovbe etsem mumkunmu sonra etdiyim gunaha gore zereri olmazmi sizce cunki pozmuwam tovbemi
Cavab:
Və aleykum Salam. Dəfələrlə olsa da, hər dəfə günahı etdikdən sonra tövbə etmək və günahdan çəkinməyə çalışmaq lazımdır. "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153)
ardını oxu
28-04-2019 Salman farsi
Salam aleykum ziyaret haqda sual vermek istirem kerbala ya basqa valideyn icaze vermese bezi halda razi olmasa ziyaret gedmek olar bu haqda etrafli cavab istirem tesekue rehmetulah ve bereketu.
Cavab:
Və aleykum Salam.
ardını oxu
02-04-2019 Qurban
Siqaret ceken kisilier namaz qila bilermi? Yeni bu olarmi veya duzgundumu? Men dusunuremki olmaz. Namaz qilan kisiler pis verdislerden siqaret icki... Bunlardan uzaq olmalidir
Cavab:

Salam aleykum. Etdiyi günahdan asılı olmayaraq hər kəs namaz qılmalıdır. Həmin adam ixlasla (səmimi şəkildə) namaz qılmalıdır ki, namaz onu pis əməllərdən qorusun. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl.

ardını oxu
02-04-2019 Gunay
Salam hicabli qadin qayinin yaninda hicabsiz geze biler? Xais edirem cevab yazin
Cavab:
Və aleykum. Qayın naməhrəm olduğu üçün müsəlman qadının onun yanında hicabı açması icazəli deyil. Daha ətfaflı: Məhrəm və naməhrəm kimlərdir?
ardını oxu
02-04-2019 İSA.
Yanvarın 5 İsa peygenbərin ad günidi
Cavab:

Salam aleykum. İsa peyğəmbərin doğum günü ilə bağlı tarixi mənbələrdə dəqiq məlumat verilməyib.

ardını oxu
02-04-2019 Gunahkar bende
Salam Allah pozulub sonradan edilen tovbeni qebul edirmi?
Cavab:

Və aleykum Salam. Tövbəni pozduqda yenidən tövbə etmək və şəriətdə buyurulan qaydada günahlardan çəkinməyə çalışmaq lazımdır. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin.

ardını oxu
02-04-2019 Kamil
Gecə namazı nece qılınır?
Cavab:

Salam aleykum. Cavabı buradan oxuyun: Gecə namazı necə qılınır?

ardını oxu
02-04-2019 dinim islam
Salam men hıcaba kecmek ısdırem ne deyib keçe bılerem
Cavab:
Və aleykum Salam. Hicab geyinmək üçün hansısa dua oxumağa ehtiyac yoxdur. Allaha asanlaşdırması üçün dua edərək gecikmədən hicab bağlayın. Uca Allah onun əmrini yerinə yetirərək özünü haramdan qoruyanlara Cənnətdə böyük mükafat vəd etmişdir.
ardını oxu
01-04-2019 Kimden
Salam men vagtiken uca yardanima serik qosmusam ama indi cox pesmanam Allah meni gunahmi bagislayacaqmi cox xais sualima cavab yazardiz Allah sizden razi olsun
Cavab:

Və aleykum Salam. Günahın böyüklüyündən asılı olmayaraq Uca Allah tövbə edən hər kəsi bağışlayır. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır.

ardını oxu
01-04-2019 valeh
salam aleykum siqareta tovbe etmisem amma cekmek iadiyirem neynemek ilar
Cavab:
Və aleykum Salam. Burada yazılanları edin: Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?
Həmçinin oxuyun: Siqaret çəkmək olarmı?
ardını oxu
01-04-2019 Sənan
Salam Aleykum Prava almag istəyirəm işə göre ,hazırlaşdım ama kesildim imtahanan belə işədə duzəlməy ucun verməy olmaz?
Cavab:
Və aleykum Salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) rüşvət alanı da, verəni də lənətləmişdir. (Sunən ət-Tirmizi və Sunən Əbu Davud). Daha yaxşı hazırlaşaraq imtahanı yenidən verməyə çalışın.
ardını oxu
01-04-2019 Sebine
Salam Heyz qusulunda hansi sozler deyilir
Cavab:

Və aleykum Salam. Heyz qüslu alanda hansısa sözləri demək və ya dua etmək lazım deyil.

ardını oxu
01-04-2019 Yasəmən
Salam.Sualım budur ki, caduya məruz qalmış qadın cadunun təsirini batil etmək niyyətilə aybaşı zamanı sehr ayələri oxunmuş suyu içə bilərmi?
Cavab:
Və aleykum Salam. Aybaşı zamanı ruqyə məqsədilə Quran ayələri oxunmuş suyu içmək qadağan deyildir. Daha ətraflı:
Cadudan necə qorunmaq olar?
ardını oxu
27-03-2019 xanım
Salam.Evdə it,şəkil olan evə mələklər görmədiyinə aid hədis var.bizim elədiyimiz duanı Allaha mələk çatdırır,evə girə bilməyən mələk duanı necə çatdıracaq?
Cavab:

Və aleykum Salam. Səhih hədislərə əsasən insan və ya heyvan surəti, yaxud it olan evə mələklər daxil olmur. Duaların çatdırılmasına gəlincə, mələklərin buna heç bir aidiyyatı yoxdur. Çünki, Uca Allah insanın duasını bilavasitə eşidir və qəbul edir.

ardını oxu
27-03-2019
Ovladim olmur deye yoldasim ve ailesi terefinnen cox alcaliram.yarimcig bele deyibler.calisiram sebr edem.yoldasim dindar adamdi.ozu meni bosamir.amma elinnen gelen zulmu edir ki ,em bowanim erzemi yazim.bele halda neynemeliyem.?
Cavab:
Salam aleykum. Ailə qurmaqda əsas məqsədlərdən biri övlad sahibi olmaqdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) müsəlmanları çoxlu övlad sahibi olmağa təşviq edərək belə demişdir: "Çox sevən və çox doğan (doğmaq əzmində olan) qadınlarla evlənin.
ardını oxu
27-03-2019
Salam Aleykum. Qadinlar ne formada destinamaz almalidir?Qeza varmi namazda? Namazi vaxtinda qila bilmedikse ne etmeliyik?
Cavab:
Və aleykum Salam.
ardını oxu
27-03-2019 Cemil
Salam aleykum ilk yazdigim sualin cavabini yazmadiz zehmet olmasa bu sualima cavab etrafli cavab yazardiz ozune muselman deyen saglam kamil bir insan namaz qilmadiqda oruc tutmadiqda ve namaz oruc muselmana farz oldugunu bildiyi halda hec birini etmedikde o muselman sayilirmi ve onunla salamlasmaq g
Cavab:
ardını oxu
27-03-2019
Salam men bilmeden Allaha şərik qoşmusam ama gunah oldugunu bilen kimi tövbə etdim ama etrafimdakilar serik qosurlarsa bildiyim halda gunahdi bezen dedimyim insanlar bele Allaha serik qosmaq gunahdir desemdə bunu edirlersede bu mene gunah sayilirmi?
Cavab:
Və aleykum salam.
ardını oxu
27-03-2019 Turkan
Salam.Allah razi olsun.Namaz qilarken qarsinnan insan kecerse namaz batil olurmu?
Cavab:
Və aleykum Salam. Namaz qılan insanın qarşısından kişinin keçməsi namazı batil etmir, qadının keçməsi isə namazı batil edir. Kişi və ya qadın olmasından asılı olmayaraq namaz qılanın qarşısından keçən günah qazanır.
ardını oxu
27-03-2019 Muhemmed
salam aleykum va rahmətullahi və bərəkətuhu,Allah elmivizi artırırsız məşəAllah çox gözəl və düzgün məlumat verirsininz.sizə suallarım var 1.mən Quranı ərəbcə oxuyuram başa düşmürəm onu elə oxumaq yaxşıdı yoxsa ərəbcə oxuyum sorada tərcüməni oxuyum?
Cavab:
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu.
ardını oxu
25-03-2019 ZehrA
Salam men namaz qilmaq istiyirem insaAllah amma hec bir seyi bilmirem ve etrafinda bilen yoxdur zehmet olmasa her seyi yazardiz ,gunde nece defe qilinmalidi saatlari dualari bas baglanmalidirmi yeni namaza aid her sey lazimdi onu nece tapa bilerem
Cavab:
Və aleykum Salam. Allaha dua edirik ki, bu gözəl əməlinizi qəbul etsin, dünyada və axirətdə sizə gözəlliklər nəsib etsin.
ardını oxu
19-03-2019
Qurban bayraminda, qurbani kesmek evezine eyni miqdarda pul ile harasa yardim edile bilermi? Xahis edirem bu suala Quran ve Hedisden delillerle aydinliq getirerdiz.
Cavab:

Salam aleykum. Qurbanlıq, məhz qurban bayramı və təşriq (zülhiccə ayının 11, 12 və 13-cü) günlərində Allaha ibadət olaraq kəsilən ev heyvanlarıdır.

ardını oxu
19-03-2019 Admin
Tovrat ve incilin esli varmi? Quranda Allahin adinin Yehova olmasi haqqinda nese yazilirmi
Cavab:
Salam aleykum. Tövrat və İncil kitabları təhrif olunduğu üçün artıq yer üzündə onların əsli qalmamışdır. Quranda və digər səhih mənbələrdə Allahın adının Yehova olması barədə də heç nə yoxdur.
ardını oxu
19-03-2019 Dr
Salam aleykum. Biz xarici olkede yawayiriq ve ozumuze ev almaq isteyirik. Amma bunun ucun kredit goturmek lazimdi. Yerli bankin kredit faizi teqribi 1.6%dir. Burda islam banki da var oradan da goture bilerik.
Cavab:

Və aleykum Salam.

ardını oxu
19-03-2019
Salam.Namazı lap tez qılmaq günahdlr?Yeni sözleri tez-tez demek.Önceden çoxsağolun
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Namazın sözlərini tez-tez demək günahdırmı?

ardını oxu
19-03-2019
Salam .men cox boyuk gunahlar elemisem.qumar oynamisam.yalan danismisam .ogurluq elemisem.basima gelmeyen pis hadiseler demek olar qalmayib .omrumun bir cox hissesini borc xerc icinde kecirmisem.basima gelen son hadise anam menim bu hereketlerimden tesirlendi dunyasini deyisdi .o gunden stress icin
Cavab:
Və aleykum Salam. Allaha dua edirik ki, ananıza rəhm edərək Cənnətə daxil etsin. Hər bir kəs bu dünyada ruhu bədənindən ayrılana qədər böyük və ya kiçik hər bir günahdan peşman olaraq və bağışlanma diləyərək Allaha tövbə edərsə, Allah onu bağışlayar.
ardını oxu
19-03-2019
Əssalamj aleykum. Sualıma görə üzr istəyirəm amma bu məsələ məni çox narahat edir . Yaşadım evdə namaz qılmayan şəxslər var və onlar təharət qaydalarına əməl etmirlər.Üzr istəyirəm subaşına ayaqüstə çıxırlar və təbii olaraq ətrafa sıçrayır.Mənim ağlıma gəlir ki,nəcis onların ayaqlarına və tapuçkan
Cavab:
Və aleykum Salam. Belə məsələlərdə xırdaçılığa yol vermək, dərinə getmək şeytanın vəsvəsələrinə qapı açır.  Ona görə də şübhəyə düşərək vəsvəsələrə fikir verməyin, çünki vəsvəsədən xilas olmağın yolu həmin vəsvəsələrə fikir verməməkdir.
ardını oxu
19-03-2019 Elvin
Salam Aleykum.Otagda olmus adamin sekili ve cilpaq qadin sekili tesvir olunmus otaqda namaz qilmaq olarmi..Qeyd edimki evde kiraye yawayiriq.sekiller mene mexsus deyil.
Cavab:
Və aleykum salam. Ümumiyyətlə, şəkil olan otaqda namaz qılmaq doğru deyil, lakin namaz qılmaq üçün başqa bir yer tapa bilmirsinizsə, qıla bilərsiniz. Həmçinin, əgər şəkilin üzərinə bir şey çəkib örtə bilirsinizsə, bu daha yaxşıdır. Həmçinin oxuyun:
ardını oxu

Pages