Aleykum salam. İşdə şərait axtararaq namazları vaxtında qılmaq lazımdır. Uca Allah buyurur: "...Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər". (ət-Talaq, 2-3).
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Cünub olanın qüsl almamış namaz qılması qadağandır. Əvvəla, çalışmaq lazımdır ki, vaxtında qüsl alasınız. Əgər buna imkan yoxdursa, onda torpaqla təyəmmüm etmək lazımdır.
Aleykum salam. Ayənin azərbaycan dilinə mənaca tərcüməsi belədir: "Sizin haminiz ancaq Allah, Onun rəsulu və iman gətirənlərdir. O kəslər ki, Allaha boyun əyərək namaz qılır və zəkat verirlər".
Aleykum salam. Allah sizdən də razı olsun! Bəli, qadınlar heyvan kəsə bilərlər və heyvan kəsərkən dəstəmaz yaxud qüsl almağa ehtiyac yoxdur. Daha ətraflı:
Qadınlar heyvan kəsə bilərlərmi?
Aleykum salam. Bu cavabı oxuyun: Muhəmməd peyğəmbəri yuxuda görmək nə deməkdir?
Aleykum salam.
1. Bu cavabı oxuyun: Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?
Aleykum salam. Bəli, zərurət olmadıqda naməhrəm qadınlara baxmaq haramdır. Daha ətraflı: Naməhrəmə baxmaq günahdırmı?
Aleykum salam. Bu cavabı oxuyun: Dinimizə görə qadını döymək günahdırmı?
Aleykum salam. Xuşu Allahdan qorxaraq qəlbin Allaha yönəlməsidir: "Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər (xuşuludurlar)". (əl-Mu'minun, 1-2).
Aleykum salam. Bayram günlərində təkbir deyilir. Təkbirin deyilmə şəkli belədir: "Allahu Əkbər, Allah Əkbər, Lə iləhə illəllah. Allahu Əkbər, Allahu Əkbər, Va lilləhi-l-həmd". (Allah ən Böyükdür, Allahdan başqa haqq məbud yoxdur.
Aleykum salam. Saqqal Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əmri olduğu üçün saxlanılır. Yas üçün saqqal saxlamaq isə dinə sonradan gətirilən bidət (dində yenilik) əməllərdən sayılır.
Aleykum salam. Bu, şeytanın vəsvəsələrinə görədir.
Aleykum salam. Əgər bu paltar bədənin övrət sayılan hissələrini tam örtürsə və bədənin dərisini (ətini) göstərəcək qədər nazik deyilsə, onda belə paltarda namaz qılmaq icazəlidir.
Aleykum salam. Bu barədə peyğəmbərə (salləllahu aleyhi və səlləm) sual verdikdə buyurub ki, əgər çox miqdarda və qatı mayedirsə, bu zaman qüsl almaq lazımdır. Ancaq sadəcə nəmlənibsə, bu məni (sperma) yox məzidir. Məzi isə qüslu yox, dəstəmazı pozur.
Va aleykum Salam. Ümumən şəriətdə bədənin müxtəlif yerlərində tüklərin təmizlənməsi ilə bağlı 3 hal var:
Aleykum salam. Uca Allahın dediyi sözlər Quran ayələri və qüdsi hədislərdə bildirilmişdir. Bu ifadəyə həmin mənbələrdə rast gəlinmir, sadəcə insanların dilində gəzən atalar sözüdür.
Aleykum salam. Allaha həmd olsun ki, sizə namaza başlamaq üçün hidayət vermişdir, Ona dua edirik ki, sizi din üzərində sabit edərək xeyirli sonluğa çatdırsın. Gecə namazı haqqında buradan oxuyun: Gecə namazı necə qılınır?
Salam aleykum. Dəstəmazı pozan hallardan hər hansı biri baş vermədikcə, həmin dəstəmazla bütün namazları qılmaq icazəlidir. Həmçinin oxuyun:
Dəstəmazı pozan amillər hansılardır?
Aleykum salam. Bu cavabı oxuyun: Masturbasiya etmək icazəlidirmi?
Aleykum salam.
Aleykum salam. "Kusuf" - günəşin, "Xusuf" - isə ayın tam və ya qismən tutulmasına deyilir. Bu vaxt qılınan namaz 2 rükətli namazdır, hər rükətdə 2 dəfə rüku edilir. Məqalədəki hədisin tərcüməsində səhvə yol verilmişdi, məqalə dəyişdirildi.
Salam aleykum. Bəli, qadının kişiyə evlilik təklif etməsində heç bir qəbahət yoxdur. Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ilk zövcəsi Xədicə binti Xuveylid (Allah ondan razı olsun) də peyğəmbərimizə (salləllahu aleyhi və səlləm) özü evlilik təklif etmişdir.
Salam aleykum. Saçların uzanması üçün vasitələrdən istifadə etmək olar, çünki şəriətdə bununla bağlı heç bir qadağa yoxdur.
Salam aleykum. Kim tövbə edib bir daha həmin günaha qayıtmazsa, Allah onu bağışlayar. Daha ətraflı:
Zinadan necə tövbə etmək lazımdır?
Aleykum salam. Su olmadıqda torpaqla təyəmmüm etmək lazımdır. Daha ətraflı:
Təyəmmüm necə alınır?
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Bəli, oğlan uşağının cunub olması onun həddi büluğa çatma əlamətlərindən biridir. Həmçinin qoltuqaltı və qasıq tüklərinin çıxması da əlamətlərdən sayılır.
Aleykum salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) kişilərə sünnət olunmağı vacib buyurmuşdur. Amma bu kiminsə islamı qəbul etməsinin yolunda dayanmamalıdır. Həmin şəxs şəhadət gətirərək İslama daxil olduqdan bir müddət sonra da sünnət oluna bilər.
Aleykum salam. Qiyamət günü ölüm mələyi də daxil olmaqla bütün mələklər öləcəklər. Sonra Allahın onlara həvalə etdiyi əməlləri yerinə yetirmək üçün dirildiləcəklər. Uca Allah buyurur: "Allahla yanaşı başqa bir məbuda yalvarma! Ondan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur.
Aleykum salam. Özünə seyid deyərək camaatdan pul tələb edənlərə aldanaraq pul vermək, onları müqəddəsləşdirmək qadağandır. Həmçinin, Allahın izni olmadan heç kəs başqasına zərər vura bilməz: "Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz.
Aleykum salam. Xeyr, bilməyərəkdən qibləni səhv təyin etmək namazı batil etmir. Daha ətraflı: Qibləni səhv təyin edərək namaz qılmışam, namazlarım batildirmi?
Aleykum salam. Kişələrə qızıldan başqa istənilən metaldan üzük taxmaq icazəlidir. Gümüş üzük taxmaq isə sünnədir. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) gümüş üzük taxmışdır. (əl-Buxari "Libas", 45). Daha ətraflı:
Aleykum salam. İnsanın rahatlıq tapmaması və daim qəlbinin sıxılması imanın zəifliyindən irəli gəlir.
Aleykum salam. Uca Allah buyurur: "Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar.) Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər". (əl-Bəqərə, 184).
Aleykum salam. Quranda hansısa cinin adı çəkilmir, amma ümumən cinlər haqqında məlumat verilir, həmçinin Quranda Cin surəsi də var.
Aleykum salam.
Aleykum salam. Bu cavabı oxuyun: Ən böyük günah edəni Allah bağışlayarmı?
Aleykum salam. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) vaxtında qılına bilməyən namazın imkan olan kimi qəzasını qılmağı buyurmuşdur. Daha ətraflı:
Qəza namazları neçə rükət və nə vaxt qılınır?
Aleykum salam. Biz də Allahdan sizə şəfa verməsini diləyirik.
Aleykum salam. Əlhəmdulilləh, namaza başlamanız münasibətilə sizi təbrik edirik və Allaha dua edirik ki, sizi din üzərində sabit etsin. Bu cavabları oxuyun:
Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?
Və aleykum Salam. Bu cür şeylər müsəlmanlar arasında kafirlərdən gələn əxlaqsız filmlərin nəticəsində yayılmışdır. Şəriətdə bunu birbaşa qadağan edən göstəriş yoxdur. Bəzi alimlər bunu ədəbə və yaradılışa zidd saymışlar. Tibbi mənbələrdə sağlamlığa zərərlərin olması qeyd edilmişdir.
Aleykum salam. Həmin insan özünə müsəlman deyirsə, bəli, salamlaşmaq lazımdır. Daha ətraflı:
Cahilliyin üzrlü olması
Namaz qılmayan müsəlmandırmı?
Aleykum salam. Sizə və saytın bütün istifadəçilərinə təşəkkür edir və Uca Allaha dua edirik ki, Qiyamət günü Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) hovuzunun başında görüşməyi hamımıza nəsib etsin. Ümumən, müsəlmanların bir-birini çox tərifləməsi bəyənilmir.
Aleykum salam. Bu cavabı oxuyun: Qadınların işləməsi icazəlidirmi?
Aleykum salam. Ramazan bayramı günü oruc tutulmadığından, ərlə arvad cinsi əlaqədə ola bilərlər.
Aleykum salam. Fitnə çıxacağından qorxursunuzsa, sadəcə halallıq istəyə bilərsiniz. Daha ətraflı: Qeybət haqqında
Aleykum salam.
Və aleykum salam. Qadın heyzdən təmizlənib heyz qüslü almayana qədər ərinin onunla yaxınlıq etməsi haramdır. Uca Allah bu xüsusda buyurur: "Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır.
Aleykum salam. Həcc ziyarəti yalnız Zilhiccə ayında yerinə yetirilir. Uca Allah buyurur: "Sayı müəyyən olan günlərdə (zil-hiccənin 11-i, 12-si və 13-ü) Allahı yad edin! Kim iki gün ərzində (ziyarətini) (tamamlayıb) geri qayıtsa, ona heç bir günah olmaz.
Salam aleykum. Cavabı buradan oxuyun:
Qəbirləri ziyarət edərkən oxunan dua
Qəbirləri ziyarət edən zaman hansı qaydalara riayət etməliyik?