13-05-2015 Fərid əl Hənbəli
Əs Sələmu Aleykum va Rahmətullahi va Bərəkətuhu va Mağfiratuhu. Əl Əla surəsini yazardınız in şə ALLAHU TƏALƏ!ALLAH razı olsun!
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu va məğfiratuhu. 


Bismilləəhi-r-Rahməəni-r-Rahiim.

ardını oxu
13-05-2015
Salam valdeyinlerim namaz qilmağıma razi olmayacaqlarını bildiyim üçün 3 aydir ki namazı gizli qiliram namazları vaxtında qiliram sübh namazını qıla bilmirəm gunorta namazı girməmişdən 20 dəq əvvəl qəzasını qılıram hər gun qəzasını qilmaq olar namazı terk etmek istemirəm
Cavab:

Aleykum salam. Allaha dua edirik ki, sizə kömək olsun və sizin üçün asanlaşdırsın. Xatırladaq ki, namaz qılmaq Allahın əmridir, bunun üçün kiminsə icazəsi lazım deyil. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz".

ardını oxu
13-05-2015
20 yawima kimi namaz qilmamiwam?nece yawdan qizlara namaz qilmaq duwur ve men namaz qilmadiqim illeri hesabini nece verecem?
Cavab:

Salam aleykum. Qız uşaqları namazı heyz (aybaşı) olmağa başladıqları vaxtdan etibarən qılmalıdırlar. Qılmadığınız illər üçün səmimi tövbə edərək Allahdan bağışlanma diləyin, namazların qəzaları isə qılınmır. Daha ətraflı:

ardını oxu
13-05-2015 musa
men esgerem oktyabrda texxris olacam ve inwallah namaz qilmaq istiyrem ve tovbe etmek sizce bele etsem olar?? menim adim musa dir musa peygember adidir?
Cavab:

Salam aleykum. Allaha dua edirik ki, namaz və digər yaxşı əməlləriniz sayəsində sizi Cənnətə daxil etsin. Nəzərə alın ki, namaz qılmaq üçün haradansa qayıtmaq və ya xüsusi şəraitin yaranmasını gözləmək olmaz.

ardını oxu
13-05-2015 momin
salam aleykum.ders kitablarinda dunyanin yaranmasi haqqinda yazilirki partlayiw neticesinde yaranib bu dogrudurmu.dinde dunyanin yaranmasi necedir?
Cavab:

Aleykum salam. Uca Allah buyurur: "Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur.

ardını oxu
11-05-2015
As sələmu aleykum və rahmətullahi və bərakətuh.Bereket niyetile deyil,sadece bir kitabda oxumusdumki,eger ev, tam xatirlamiram, 6 yoxsa 8(xatirlamiram)dirsekden hundur olarsa hemin evde cinler ve yaxud seytanlar olar, onun ucunde Ayetel Kursisini divardan asmaq lazimdir.Ve bilmek isterdim Ayətəl Kur
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Cinlərin evə girməsi üçün həmin evin hündürlüyünün fərqi yoxdur. Onlardan qorunmaq üçün evə girərkən və çıxarkən zikrləri və digər zikrləri oxumaq lazımdır. Ayətul-kursini də divara asmaq yox, oxumaq lazımdır. Həmçinin oxuyun:

ardını oxu
11-05-2015 xanim
Salam.xaiw edirem buna etrafli cavab yazasiz.eger bir adama pis iwler gorsun deye cadu edilerse hemin adam pis iwle mewgul olarsa o gunah kime yazilar?
Cavab:

Salam aleykum. Bu cür cadu etməyin mümkün olub-olmaması dəqiq bilinmir. Amma ümumən, cadu olunmuş insana şeytanlar vəsvəsə verərək günah işlərə sövq edirlər. Ağlı başında olan hər bir insan etdiyi günahlara görə cavabdehdir.

ardını oxu
11-05-2015
Səlam aleykum.bildiyimə görə dəstəmaz və qüsl təmiz yerdə alınmalıdır.yəni ki, ayaqyolunda olmaz. Bəs ayaqyolu və hamam bir yerdə olarsa onda neyləmək lazımdır.
Cavab:

Aleykum salam. Hamamla ayaqyolu bir yerdədirsə, orada qüsl və dəstəmaz almaq olar. Bu barədə alimlər demişlər: "Hamamda olanda həmin kəs öz qəlbində "Bismilləh" deməli və bunu uca səslə söyləməməlidir.

ardını oxu
11-05-2015
salam aleykum depressiyanin sebebi nedendir ozumu qeribe hiss edirem dua eliye bilmirem namaz qilmaq istemirem estegfurullah mene meslehet verin allah razi olsun
Cavab:

Aleykum salam. Bunların səbəbi imanın zəifləməsidir, imanı artırmaq lazımdır. Daha ətraflı:

İmanı artırmaq üçün nə etmək lazımdır?

ardını oxu
11-05-2015
Namazda 1 ci secdeden qalxib 3 defe SUBHANALLAH deyirem.Bu duzgundurmu?
Cavab:

Salam aleykum. Xeyir, doğru deyil. Qeyd etdiyiniz dua səcdədən qalxdıqda yox, səcdədə olarkən oxunur. Həmçinin oxuyun: Namaz qılmaq qaydası - VİDEO

ardını oxu
11-05-2015
oncelikle salam.Meni coxdandi dusunduren bir sual var.Menim bir tanisim var o namazi ancaq cume gunleri qilir.BU DUZGUNDURMU?Gunah deyilmi?xais edirem sualimi cavablandirasiniz.qabaqcadan tesekkur edirem.
Cavab:

Aleykum salam. Yalnız cümə günləri namaz qılmaq və ya ümumiyyətlə namaz qılmamaq böyük günahdır. Həmin insana Uca Allahın gündə 5 dəfə namaz qılmaq əmri çatdırılmalı, nəsihət olunmalıdır.

ardını oxu
11-05-2015
Salam!En böyuk gunah iwledan adam Allah terefindan baqiwlanilirmi?
Cavab:

Aleykum salam. Günahın böyüklüyündən asılı olmayaraq Uca Allah tövbə edən hər kəsi bağışlayır. Daha ətraflı: Tövbə etsəm, Allah bağışlayarmı?

ardını oxu
11-05-2015
Salam aleykum insanin bedenine cin girdidiniyini nece bilmek olar cox sagolun
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Cinli insanın əlamətləri hansılardır?

ardını oxu
10-05-2015
Salam.1 ci ve 4 cu gunler oruc tutmaq isteyirem.Xahish edirem hansi saatlarda orucu tutmaq ve hansi saatlarda acmaz lazimdir deyesiniz.Allah razi olsun...
Cavab:

Aleykum salam. Ümumiyyətlə, istənilən orucu tutarkən sübh namazının vaxtının girməsinə qədər sahur yeməyini yeyib qurtarmaq, məğrib namazının vaxtı girdikdə isə iftar etmək lazımdır. Gündəlik namaz vaxtlarına saytımızın ana səhifəsində baxa bilərsiniz.

ardını oxu
10-05-2015
biz yoldawimla kebin olunuqda bize kebin kaqizi verilmeyib.kebin kaqizi olmadiqda kebin batil sayilirmi?wahidlerda oqlanin gohumlari 2 nefer idi.etrafli yazinda.
Cavab:

Salam aleykum. Əgər kəsilən kəbin şəriətə müvafiq şəkildə həyata keçirilibsə, kəbin kağızının olmaması kəbini batil etmir. Daha ətraflı: Nikah bağlamağın qaydaları

ardını oxu
10-05-2015
eger kiwi qadina 3 dafa seni bowuyuram deyhrse kebin batil olur?
Cavab:

Salam aleykum. Əgər kişi öz həyat yoldaşına bir ifadə ilə üç dəfə dalbadal talaq (boşanma), yaxud bir məqamda üç dəfə talaq verərsə, bu, bir sayılır.

ardını oxu
10-05-2015
oqlanla qizin qacmasi gnahdirmi?
Cavab:

Salam aleykum. Qız qaçırtmaq və ya qızın kiməsə qoşulub qaçması haramdır. Halallıq kəbinlə hasil olur. Kəbində isə ən əsas şərtlərdən biri valideynlərin razılığıdır. Daha ətraflı: Qoşulub qaçmaq barədə

ardını oxu
10-05-2015
guranda sünni shie haqda ayri ayri bildirilirmi?
Cavab:
ardını oxu
10-05-2015
eger her hansi 1 gunah iwlemisemse bunu aileme yada kimese mutleq etiraf etmeliyem?
Cavab:

Salam aleykum. Xeyr, günahlar yalnız Allaha etiraf edilməli, tövbə edərək bağışlanma dilənməlidir. İnsanlardan isə günahı gizlətmək lazımdır. Daha ətraflı:

Günahları başqalarına demək olarmı?

ardını oxu
10-05-2015
ziyaretgahlara getmek gunahdirmi?Men ziyaretgahlara gedib orada Allaha dua ediram.imamzade turbelere getmek gunahdi?Men tek olan Allaha inaniram!
Cavab:

Salam aleykum. Allaha dua etmək üçün ziyarətgaha getmək lazım deyil. Uca Allah buyurur: "Biz ona (insana) şah damarından da yaxınıq." (Qaf surəsi, 16)

ardını oxu
10-05-2015
dinde üz-qash aldirmaq günah sayilirmi?
Cavab:

Salam aleykum. Üz tüklərini, həmçinin iki qaşın arasındakı tükləri almaqla bağlı qadağa bildirilməyib. Qaşları almaq isə günahdır.

ardını oxu
10-05-2015 Ummu Medine
Essalamun aleykum. Men kecmish erimle yola geedim deye boshandm. yeni boshanma addimini men atdm. o cahil idi hec anlasha bilmirdik.
Cavab:

Aleykum salam. Əvvəlcə qeyd edək ki, ciddi səbəb olmadan qadının ərindən boşanma tələb etməsi qadağandır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə cənnətin iyi ona haram olar".

ardını oxu
10-05-2015
Mənim ərim başqa qadınlarla zina edir mən də namaz qılıram mənim namazım batildirmi
Cavab:

Salam aleykum. Zina böyük günahlardandır, tövbə edib bundan çəkinməyənlər həm qəbirdə, həm də axirətdə şiddətli əzab görəcəklər. Daha ətraflı: Zina etmək haqqında

ardını oxu
10-05-2015 Zaur
Salam tel da loto oynamaq olarmi?
Cavab:

Aleykum salam. Əgər hər hansı oyuna müəyyən vəsait qoyulursa və bundan uduş əldə edilirsə, bu oyunların hamısı qumar hesab olunur, Qumar isə haramdır. Daha ətraflı: Lotareya oynamaq niyə günahdır?

ardını oxu
10-05-2015 Zeyneb
salam aleykum bildiyime gore qas alana aldirana Peygamber s. a.s lenet etmisdir olmaz ama bir sey esitdim ki, eger qadinin gasi cox qalindisa ve kisiye benziyirse kisiye benzememek ucun olar bu dogrumu?Qadin Iqame vere bilermi? nasid dinlemek haramdimi?
Cavab:

Aleykum salam.

ardını oxu
10-05-2015
Salam aleykum men vehabi teriqetinrrin genis izahini bilmek isteyirem
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Vəhhabi kimlərdir?

ardını oxu
10-05-2015
Salam aleykum. Bizim suallarimiz cavablandırdığınız üçün Allah sizden razi olsun! Size bir sualim var. İnsanlar cinleri Allahin yaratdigi suretde gore bilmez? Menim bildiyime gore gorunurler.
Cavab:

Aleykum salam. Peyğəmbərlər istisna olmaqla heç kim cinləri yarandıqları surətdə görə bilməz. Uca Allah buyurur: "Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər" (əl-Əraf, 27)

ardını oxu
09-05-2015 Məlik
Salam.Əvvəla bu suala görə Allahdan bağışlanma diləyirəm amma mənə şeytandan buna aid çox vəsvəsə gəlir ona görə vermək istədim,sualım belədir-Allahın bənzəri ola bilər? Tamamilə ona oxşayan bir tanrı,2 eyni tanrı...
ardını oxu
09-05-2015 ABDULLAH
as salamu aleykum qiznan telnen danisanda sehvet gelerse qusl pozulur
Cavab:
ardını oxu
09-05-2015 nazka
salam bir qiz istediyi oglanla gorusub cinsi elageden baska her sey olursa zina sayilirmi?hetta oglan onun cinsiyetine Eli ile toxunsa ustden onda nece?suallarima gore uzr istiyirem
Cavab:

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır.

ardını oxu
08-05-2015
Salam aleykum duha namazi qebir ezabini yungullesdirir? mene deyirler ki duha namazi qilsanda qebir ezabi goreceksen o bize aid deyil xaiw edirem bu barede etrafli yazasiniz allah razi olsun
Cavab:

Aleykum salam. Bu haqda məlumatımız yoxdur. Ancaq ümumilikdə duha namazını qılmaq savabı çox olan, fəzilətli əməllərdəndir. Daha ətraflı:

Duha namazı necə qılınır?

ardını oxu
08-05-2015 orxan
Salam aleykum.Hz.Mehdiyə hədiyyə namazı neçə rükətdir və necə qılınır?
Cavab:

Aleykum salam. İslamda belə bir namaz növü mövcud deyil və bu bidət əməllərdən hesab olunur. İbadətin hər bir növü, xüsusən də namaz kimi böyük və əzəmətli bir ibadət yalnız və yalnız Allah rizası üçün edilir.

ardını oxu
08-05-2015
Salamun eleykim.Hezret Eli (e.s.) dini alim olub yoxsa dünyavi?
Cavab:

Aleykum salam. Əli ibn Əbu Talib (radıyəllahu anhu) hər iki sahəni çox gözəl bilib. Daha ətraflı:

Əli ibn Əbu Talib haqqında

ardını oxu
08-05-2015
salam aleykum.Allah subhane teala bizi hansi wekilde imtaham edir.tekce yoxsulluqlami ,zenginliklemi?.kankret sayi varmi?
Cavab:

Aleykum salam. 

ardını oxu
07-05-2015 musa
esgerliden gelenden sora qurban kesmek olar
Cavab:

Salam aleykum. Müsəlman imkan daxilində sırf Allah rizası üçün olmaq şərti ilə istənilən vaxt qurban kəsə bilər. Həmçinin oxuyun: Niyyət edib qurban kəsmək barədə

ardını oxu
07-05-2015
Sələm aleykum va rahmətullah.2 sualim var Allahin izni ile. 1)Namazda Secdeye gederken birinci dizlerimi yere qoyursan yoxsa ellerimi?2)Smaylikler haqda deqiq bir melumat vererdizde,smaylik gondermekde bir gunah varmi?
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.

ardını oxu
07-05-2015 fatime
Gece namazlarimi berpa etmey isdiyirem xaiw edirem mene komey edesiz yeni nece qilim ..zehmet olmasa onu izzah edesiz
Cavab:

Salam aleykum. Cavabı buradan oxuyun: Gecə namazı necə qılınır?

ardını oxu
07-05-2015 fatime
Salam Tövbeni nevaxt etmey olar
Cavab:

Aleykum salam. Tövbəni istənilən yerdə və vaxtda etmək olar. Daha ətraflı: Tövbə etsəm, Allah məni bağışlayarmı?

ardını oxu
07-05-2015
Günah olan şeyləri fikirləşmək ancaq onu etməmək olarmı
Cavab:

Salam aleykum. İnsan ağlına gələn fikirlərə əməl etmədikcə cəzalanmır. Pis fikirlər şeytanın vəsvəsidir. Pis fikirləri qovmaq üçün isə Uca Allahı çoxlu zikr etmək lazımdır, əks halda fikirlər insanı pis əməllərə apara bilər. Bir sözlə günah düşüncədən əmələ keçməzsə, cəzası olmaz.

ardını oxu
07-05-2015 aysel
Yoxsa namaz?? Turk din xadimlerinden birinin fikrini dinledim Allahin quranin ilk novbede oxumag ve elm oyrenmeyi daha sonra namaz qilmagi buyurdugunu deyirdi. Bu duzdurmu?
Cavab:

Salam aleykum. Burada elm deyildikdə Allah və din haqqında hamının bilməli olduğu elm nəzərdə tutulursa, bəli namaz qılmadan əvvəl bu vacib məlumatları hamı bilməlidir.

ardını oxu
04-05-2015 aytac
salam kebedeki qara das barede melumat vermeyinizi isteyirem evvelceden tekkyrler
ardını oxu
04-05-2015 bextiyar
Sünnet olunmamış bir insan namaz qıla bilermi
Cavab:

Salam aleykum. Sünnət olunub-olunmamasından asılı olaraq namaz hər kəsə vacibdir. Həmçinin oxuyun: Sünnət olmayan oğlan uşaqları müsəlman sayılırmı?

ardını oxu
04-05-2015 semed
Salam aleykum men bilmek isteyirem ki heys zamani dualar etmek ayetil kursunu nas feleq ixlas fatihe surelerini oxumaq zikr etmek olarmi?
Cavab:

Aleykum salam. Bəli, qadın heyz halında dua, zikr edə və əzbərdən Quran oxuya bilər. Daha ətraflı: Qadın heyzli halda dua edə bilər?

ardını oxu
04-05-2015
salam aleykum.bir yerde oxudumkh Allah bize yeter o bize nece de gozel vekildir.heqiqetende beledirmi yoxsa bawqa menada verilib?
Cavab:

Aleykum salam. Uca Allah yaralı olduqları halda üzərlərinə qoşun gəldiyi xəbər verilən səhabələri vəsf edərək buyurur: "Bəzi adamlar onlara: "Camaat sizə qarşı ordu toplayıb, onlardan qorxun!"– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: "Allah bizə yetər.

ardını oxu
04-05-2015
Salam aleykum ve rahmetullah suallarim biraz coxdur isteyirem etrafli cavab veresiz.Bezi qardaslar deyirlerki o mecidde imam bidetcidi bidetci imamin arxasinda namaz qilmaq olar?Dunyasini deyismis doqma qardasin zovcesini almaq olar?Kisi boqazinda cixan artiq tukleri qayci ile kese bilermi?Tele
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.

ardını oxu
03-05-2015 ZAMI
Salam Alekum Meryem suresi 71 ci ayenin tefsirini yazardizda Allah sizden razı olsun
Cavab:
Aleykum salam. Qeyd etdiyiniz ayədə Uca Allah belə buyurur: "Hər biriniz ora girəcəksiniz. Rəbbinin qəti qərarı belədir". (Məryəm, 71).
ardını oxu
03-05-2015
Salam aleykum ve rehmetullahi ve bereketuhu. Men hem sunni hem de sielerin de tesdiq etdiyi bir hedis haqda melumat vermeyinizi xaiş edirem. Her bir şeyden once Peyğəmbərimizin nurunun yaradildigi dogrudurmu? Hetta Allah " Sen olmasaydin aləmləri yaratmazdim" deyib?
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Bu cavabı oxuyun: Aləmlərin yaradılış səbəbi peyğəmbərimizdirmi?

ardını oxu
03-05-2015
Salam. Aybaşınin bitdiyini axşam gorsək səhər qüsl ala bilərik yoxsa axşam almaliyig? Aybaşının bitdiyini bilen kimi qüsl almasag qilmadigimiz namazlar qeza sayilir?
Cavab:

Aleykum salam. Xeyr, axşam heyzin bitdiyini görən kimi qüsl alaraq işa namazını qılmaq lazımdır. Bunu bilmədən bəzi namazları qılmamısınızsa tövbə etmək lazımdır, qəza qılmağa ehtiyac yoxdur. Bilərəkdən qılmamaq isə böyük günahdır.

ardını oxu
03-05-2015 Leman
Salam.uzr isteyirem.Menim hamamdan cirkli alt paltarlarimi kimse goturub ogurlayib.bilmirem kimdi.cadu etmekcun olar ya ne?ne etmeliyem?cox narahatam.qorxuram.
Cavab:

Aleykum salam. Cadudan qorunmaq üçün burada yazılanları edin: Cadudan necə qorunmaq olar?

ardını oxu
03-05-2015 leman
Yuxuda tez tez ayaqyolunda oldugumu gorurem.cox pis iyrenirem ve ayilanda ozume gele bilmirem.ayaqlarimin bulasdigini gorurem topugacan.nümaz qilanam.bu ne anlama gelir?
Cavab:

Salam aleykum. Bu cür yuxular şeytanın vəsvəsələrindəndir. Pis yuxulardan qorunmaq üçün yatmazdan qabaq zikrləri etmək lazımdır. Daha ətraflı: Pis yuxulardan necə qorunmaq olar?

ardını oxu

Pages