Aleykum salam. Sizin sədəqə verməyiniz çox gözəl bir əməldir. Sədəqə vermək insanı Uca Allaha yaxınlaşdırır. Sizin gizlin sədəqə verməyinizdə heç bir günah yoxdur. Əgər mane olurlarsa, bu zaman gizli verə bilərsiniz.
Aleykum salam. "Ayətul Kursi"-ni (əl-Bəqərə, 255) və ya hər hansı bir ayəni, duanı yazıb yeni doğulan uşağın üzərinə və ya çarpayısına qoymaq olmaz. Çünki dinimizdə bu əməlin əsası yoxdur və bu əməl "bidət" (dinə gətirilən yenilik) hesab olunur.
Aleykum salam. Cavabı buradan oxuya bilərsiniz: Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Aleykum salam. Qiyamət günü insanın bütün bədən üzvləri, o cümlədən dili də əleyhinə şahidlik edə biləcək. Uca Allah bu barədə buyurur: "Allahın düşmənləri Cəhənnəmə toplanacaqları gün onlar (əvvəlincisindən axırıncısınadək tutulub bir yerdə) saxlanacaqlar.
Aleykum salam. İslama görə musiqini növlərə ayırmaq məsələsi qəbul edilmir. Musiqinin hər bir növü haramdır.
Aleykum salam. Bu məsələdə tərin qarşısını almaq üçün istifadə olunan vasitələr istisnadır.
Aleykum salam. Çox yatmaq tənbəllik gətirən bir xüsusiyyət olduğu üçün islama görə bəyənilməyən bir haldır. Rəsulullah (salləllahu aleyhi və səlləm) öz dualarında tənbəllikdən daima Uca Allaha sığınırdı.
Aleykum salam. Namazda əl-Fatihə surəsindən sonra oxunan surələrdə səhv etdikdə səhv səcdəsi edilmir. Çünki Fatihədən başqa oxunan Quran surələri müstəhəbdir. Səhv səcdəsi salamdan əvvəl və ya salamdan sonra edilə bilər.
Aleykum salam. Peyğəmbərimiz Məhəmməd (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Gözünüzə ismid çəkin! Çünki o, gözə parlaqlıq verir və kirpikləri bitirir". (əl-Buxari "Tarix" əsəri, 4 /2 /412; Silsilətul-Əhadisis-Səhihə, 665).
Aleykum salam. Uca Allah buyurur: "Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar". (əl Furqan, 67).
Aleykum salam. Kiminsə malında gözün qalması günaha gətirə bilər. Məsələn, insan onda olmayan bir neməti başqasında gördükdə buna görə öz taleyindən narazı qalaraq naşükürlük edə bilər. Həmçinin, bununla o, tamahkar, paxıl insana çevrilə bilər.
Aleykum salam. İlk yaradılan insan Adəm (Ona Allahın salamı olsun) peyğəmbərdir. Aşağıdakı linkləri oxuyun:
"Cənnətdən gələn adam"
Aleykum salam. Şəriətə görə yalnız suda yaşayan (quruya çıxmayan) bütün heyvanların yeyilməsi halaldır. Quran və səhih hədislərdə dəniz heyvanlarının bəzilərinin haram olması haqqında heç bir göstəriş yoxdur, yəni bütün dəniz qidaları halaldır.
Aleykum salam. Şəriətdə xüsusi olaraq belə bir dua növü yoxdur. Hər hansı bir diləyiniz üçün xüsusi dua formasına ehtiyac yoxdur. Uca Allaha dua edərək ehtiyac duyduğunuz şeyləri diləyə bilərsiniz.
Aleykum salam. Möhür haqqında şəriətdə heç bir səhih məlumat yoxdur. Çünki Peyğəmbərimiz Məhəmməd (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) namazı möhürsüz qılmışdır. Möhürlə namaz qılmaq Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sonra dinə gətirilən bidətdir.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Nəfs sözünün bir neçə mənası vardır. Əgər fikirlərə hakim olmaq baxımından soruşursunuzsa, bu məsələdə kişilər yaradılış etibarı ilə qadınlardan daha güclü olurlar.
Aleykum salam. İslama görə üz nayihəsindən başqa bədənin digər üzvlərində bitən tüklərin təmizlənməsi, insanın ixtiyarına buraxılan "mübah" əməllərdən sayılır. Yəni bu işdə əməl sahibinə nə bir savab, nədə bir günah yazılmır.
Aleykum salam. Bu, haramdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurmuşdur: “Allah, bədənə döyən və döydürən, qaş alan və aldıran, gözəllik üçün dişlərinin arasını yondurub Allahın yaratdığında dəyişiklik edən qadınlara lənət eləsin”. (Buxari).
Aleykum salam. Sulanızın cavabını daha ətraflı buradan Namaza başladıqda necə niyyət edim? oxuya bilərsiz.
Aleykum salam. Şərli sözü ən pis deməkdir. Şər sözü xeyirin əksidir. İnsanların şərliləri onların ən pis, ən günahkar, ən azğın olanlarıdır.
Və aleykum Salam. İstihazə qanı - heyz (aybaşı) və ya nifas (doğuşdan sonra qan gəlməsi) olmayan vaxtlarda, yaxud bu hallardan dərhal sonra ifraz olunan qandır. Heyzlə haram olan əməllərin heç biri istihazə ilə haram olmur.
Aleykum salam. Oruc tutmaq gözəl və bəyənilən bir əməldir. Ümumi olaraq hər bir yaxşı əməl pis əməlləri silib aparır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Günah etdikdə ardınca savab iş gör ki, onu silsin". (Tirmizi və Əhməd).
Aleykum salam. Dəstəmaz aldıqda yanan yerə su vurmağa icazə verilmirsə, həmin yeri yaş əl ilə sürtmək olar. Yox, əgər sürtmək də sağlamlığa zərərlidirsə, onda həmin yerə toxunmadan dəstəmazı sona çatdırın. Ümumiyyətlə, dəstəmaz almaq çətinlik törədirsə, təyəmmüm ala bilərsiniz.
Aleykum salam. Yeni doğulmuş körpə üçün dua etmək yaxşıdır. Əbu Musa (radıyəllahu anhu) deyir: "Mənim oğlum olmuşdu. Onu Peyğəmbərin yanına apardım. O, uşağa İbrahim adını qoydu.
Aleykum salam. Bu cavabı oxuyun: Axirətdə Allahı görmək olacaqmı?
Aleykum salam. Muhəmməd peyğəmbərin belə bir dua etməsi məlum deyildir. Söylədiyiniz duanın mənası (Ey böyükləri kiçildən və kiçikləri böyüdən Allahım! Məndə olanları kiçilt).
Və aleykum Salam. Əvvəlcə qeyd ki, bu dünyada heç kim Uca Allahı görməyib və görməyəcək. Uca Allah buyurur: "Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Musa dedi: "Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım". O dedi: "Sən məni görə bilməzsən. Lakin bu dağa bax.
Aleykum salam. Əgər qohumluq əlaqələrini saxlamaq üçün xalanızın evinə gedirsinizsə, sizə günah yazılmaz.
Aleykum salam. Bəzi İslam tarixçiləri Muhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) miladi tarixlə 570, yaxud 571-ci ilin rabiul-əvvəl ayının 12-də, bəziləri isə rabiul-əvvəlin 17-də dünyaya göz açdığını yazırlar.
Aleykum salam. Övladlara belə gözəl adlar qoymaq da heç bir problem yoxdur. Əksinə savabdır və yeni doğulan uşağa gözəl bir ad qoymaq, öncəliklə atanın sonra ananın vəzifələrindən biridir. Övlad Allah Təaladan bir hədiyyədir.
Aleykum salam. Bəli, siz andınızı poza bilərsiz və yaxşı olardı ki, üç gün oruc tutasız. Uca Allah buyurur: "Allah sizi bilmədən içdiyiniz andlarınıza görə cəzalandırmaz, lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar.
Aleykum salam. Ehsan duası deyilən bir duaya rast gəlməmişik.
Aleykum salam. Əlbəttə, ətir vurmaq olar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ətir vurmağı sevərdi.
Aleykum salam. Aşağıdakı cavabları oxuyun:
Səbirli olmaq üçün nə edim?
Qəzəbləndikdə özümə necə hakim olum?
Aleykum salam. Xeyir, bu düzgün fikir deyil. Dinimizə görə üzərində haqqın olmayan, istəlinən bir əşyanı haqq sahibindən onun icazəsi olmadan oğurlamaq günah sayılır. Oğurluq isə bütovlükdə haramdır.
Aleykum salam. Məscidin yerinə tüpürmək olmaz. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Məscidə tüpürmək günahdır. Kəffarəsi isə üstünü torpaqlamaqdır". (Səhih əl-Buxari və Səhih Muslim).
Aleykum salam. Alimlərin böyük əksəriyyətinə görə bir məsciddə namazlara daimi təyin olunmuş şəxs imamlıq edirsə, onun zahirən müsəlman olduğu müddətcə və ondan başqasının arxasında namaz qılmaq imaknı olmadıqca, həmin imamın arxasında namaz qılmaq icazəlidir.
Aleykum salam. İslamda müsəlman qadın üçün örtülmə qaydası Quranın "ən-Nur" surəsində izah edilir. Həmin ayəyə əsasən üz və əllər istisna olmaqla bədənin digər hissələri tamamilə örtülməlidir.
Aleykum salam. Bu cavabı oxuyun: Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?
Aleykum salam. Namaz qılmaq ağılı başında olan və həddi büluğa çatan hər kəsə vacibdir. Namazda mütiliklə dayanmaq lazımdır.
Aleykum salam. Allahın Rəsulu (salləlahu aleyhi və səlləm) qeybəti belə izah etmişdir: "Qeybət nədir, bilirsinizmi?". Səhabələr (Allah onlardan razı olsun) cavab verdi: "Ən yaxşısını Allah və Rəsulu bilər".
Aleykum salam. Bu saytda sualları cavablandıran şəxslər İslam universitetlərində təhsil almış bir qrup ilahiyyatçı mütəxəssislərdir. Dini məsələlərdə ehtiyat etməyiniz təqdirəlayiq bir haldır.
Aleykum salam. İşa namazından əvvəl iki rükət qılınır. Dörd rükət qılınması haqda səhih hədis gəlməmişdir. Bundan başqa etdikləriniz Peyğəmbərin sünnəsinə müvafiqdir.
Aleykum salam. Dünyanın sonunun nə vaxt baş verəcəyini Allahdan başqa heç kəs bilmir. Lakin Uca Allah sonuncu Peyğəmbəri Muhəmmədə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dünyanın sonunun, yəni qiyamətin əlamətlərini bildirmişdir.
Aleykum salam. İstər qadın, istərsə də kişi, yaxşı olar ki, sayla olan zikrləri əl barmaqlarıyla etsin. Təsbehlə zikr etmək bəyənilmir. Daha ətraflı buradan oxuyun: Namazdan sonra təsbeh çəkmək olar?
Aleykum salam. Sualınızın cavabını buradan oxuyun: Adəmin uşaqlarından, yəni bacı-qardaşdan yaranmışıqsa, deməli günahdan yaranmışıq?
Aleykum salam. Sünnət olunmaq kişinin yaradılışına yerləşdirilən fitri xüsusiyyətdir.
Aleykum salam. Gecə vaxtı dırnağı tutmaq ömrü qısaltmır. Çünki ömrün dırnaq tutmaqla heç bir əlaqəsi yoxdur. İslam dininə görə hər hansı bir əməlin, rəqəmin, ayın, günlərin, əşyanın uğursuz, pis əlamət olması anlayışı yoxdur.