Və aleykum Salam. Əlinin (Allah ondan razı olsun) Kəbədə doğulması haqda olan rəvayətlər uydurmadır. Heç kim Kəbədə doğulmayıb. Hər hansı bir şəxsin Kəbədə doğulması Kəbəyə hörmətsizlikdir. Çünki, insan doğulanda qadında müxtəlif hallar olur.
Va aleykumus-Sələm. Əgər hicablı qızın otağına qəflətən naməhrəm kişi daxil olarsa və qızın hicabı başında olmazsa, qıza günah sayılmır. Çünki, qızın bundan xəbəri olmayıb.
əs-Sələmu aleykum. Uşağın gəlinciyinin sifət cizgiləri olmamalıdır. Əks təqdirdə, sifəti olan gəlincikləri oynatmaq haramdır.
Və aleykum Salam.
Və aleykum Salalm. Siz hər bir yaşlı qadına ehtiram və hörmət edərək ana kimi baxa bilərsiniz. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kiçiyimizə rəhm etməyən və böyüyümüzə hörmət göstərməyən kimsə bizdən deyildir". (əl-Buxari "Ədəbul-Mufrad", 356).
Qəbirləri ziyarət edən zaman hansı qaydalara riayət etməliyik?
Va aleykumus-Sələm. "Əstəğfirullah" - "Allahdan bağışlanma diləyirəm" deməkdir.
Va aleykumus-Sələm. Bu cavabları oxuyun:
Pis yuxulardan necə qorunmaq olar?
Cadudan necə qorunmaq olar?
əs-Sələmu aleykum. Əgər bəd dua edilən insan bu bəd duaya layiq deyilsə, bu qarğışın o insana zərəri ola bilməz. Uca Allah qəlbdən keçirilən şeyi dilə gətirməyənə günah yazmır. Çox bəd dua, lənət etmək möminə yaraşan xüsusiyyətlərdən deyil. Daha ətraflı:
Və aleykum Salam. Kişinin kəbini pozulmasından xəbəri yoxdursa, qadın boşanmış sayılmır. Yəni, qadın kəbini pozdura bilməz. Verilən mehri geri qaytararaq kişidən boşanma tələb olunur.
Və aleykum Salam. Ali-İmran surəsinin 61-ci ayəsində vəsf edilən hadisəni bəzi məzhəblər "Mübahilə günü" adı ilə adlandırırlar.
Va aleykumus-Sələm. Öncə Allaha şərik qoşmadan gündə beş vaxtda namaz qılmaq lazımdır. Çünki, qorunmaq üçün Quran ayələrini namazdan sonra oxumaq lazımdır. Bu cavabları oxuyun:
Cadudan necə qorunmaq olar?
Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?
Və aleykum Salam. Rəsulullah (Allahın ona və ailəsinə salamı və salavatı olsun) belə buyurmuşdur: "Beş şey fitrətdəndir: "Övrət yerinin tüklərini qırxmaq, sünnət olunmaq, bığları qısaltmaq, qoltuq altı tüklərini yolmaq (və ya qırxmaq), dırnaqları tutmaq".
Öldükdən sonra orqanları bağışlamaq olarmı?
Va aleykumus-Sələm. Bəli, bu sayta hər kəs sual yaza bilər. Aşağıdakı cavabları oxuyun:
Va aleykumus-Sələm. Əgər, sonrakı namazın vaxtının çıxmağına hələ çox vaxt qalıbsa, birinci qəzaya gedən namazı qılmaq lazımdır.
Dinimizdə dünyanın yaranması necə izah edilir?
Va aleykumus-Sələm. Nəsranilər - xaçpərəstlər, Sabiilər - qədim dövrdə yaşayan və heç bir dinləri olmayan bir qövm olub.
əs-Sələmu aleykum. Xeyr, heç bir halda pirə, ocağa, ziyarətgaha və s. getmək olmaz. Daha ətraflı: Pirə getmək olarmı?
Vaxt olmadığı üçün namazları birləşdirib qılmaq haqqında
Salam aleykum. Bu cavabları oxuyun:
Duaların qəbul olması üçün nə etmək lazımdır?
Xoşbəxt olmaq üçün nə edim?
Hansı məzhəb düzgündür?
Səhih hədislərə tabe olmaq haqqında
Və aleykum Salam. Heyz (aybaşı), qadınların yaxşı bildikləri bir qandır. Bu məsələ adətlə ölçülür. Yəni, hər qadın özünün adət etdiyi heyz müddətini özü bilir. Bu müddət bitdikdən sonra qan kəsilir.
Namazı bilərəkdən ötürmək böyük günahdır və kəffarəsi yoxdur. Bunun üçün səmimi tövbə etmək, çoxlu xeyirli əməllər etmək və bağışlanma üçün Allaha dua etmək lazımdır. Bilmədən və ya üzrlü səbəbdən ötürülən namazların isə qəzası qılınır. Bu cavabları oxuyun:
Va aleykum Salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "…Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın!" (əl-Buxari, 631).
Va aleykumus-Sələm. Bu sehrin nəticəsindədir. Namaza davamlı olun, günahları azaldın, Qurana çox qulaq asın, Allahın izni ilə bu hisslər çıxıb gedəcək. Daha ətraflı:
Sehr nədir?
Va aleykumus-Sələm. Heç bir halda namazı saxlamaq, tərk etmək, bir müddətlik fasilə vermək olmaz.
Va aleykum Salam va rahmətullahi va bərakətu. Qız yalnız həddi-buluğ yaşına çatdıqdan sonra ailə qura bilər. Bu yaşa çatma isə müxtəlif ölkələrdə iqlim və bəzi digər faktorlara görə fərqlənir.
Salam aleykum. Qadın ərinin icazəsi olmadan öz qazancından qurban deyə bilər. Lakin, əgər qazanc ərindirsə, ərin xəbəri olmadan qurban deyə bilməz. Həmçinin oxuyun: Niyyət edib qurban kəsmək barədə
Salam aleykum. "Həmzeyi-Şuhəda" - "Şəhidlər Həmzə" deməkdir. Əslən qrammatik cəhətdən söz düzgün qurulmayıb.
Va aleykumus-Sələm. Uca Allah bizə asanlıq olması üçün səfər zamanı namazları qısaltmağı və birləşdirməyi icazə verib. Lakin, Sübh namazı öz vaxtında qılınmalıdır. Daha ətraflı: Səfər namazı necə qılınır?
Və aleykum Salam. Zakir Naik qeyri-müsəlmanları İslama dəvət edilməsi sahəsində çox məşhur və savadlı insandır. Ondan Xristianlığa, Yəhudiliyə, Buddizmə, Krişnaizmə və başqa dinlərə aid elm götürmək olar.