09-12-2015
Salam aleykum. Yoldaşım mənim əlimi bağlayaraq namaz qıldığımı görüb, hirslənib və deyib ki, bir də namaz qılma bu evdə. mənə ya əli açıq namaz qılmağı,ya da ümumiyyətlə qılmamağı əmr edir. Hazırda namazı davam edirəm.ama ərimi aldadıram ki, ali açıq qılıram.
Cavab:

Və aleykum Salam. Namazda əlləri bağlamaq sünnədir. Namazda məcburiyyət qarşısında əllərin açılması namazı batil etmir. Ailənin dağılması isə pis nəticələr verə bilər. Onun yanında əllərinizi açıb namaz qıla bilərsiniz ki, ailəniz dağılmasın. Lakin, ərinizi başa salın ki, namazda əllər bağlanır.

ardını oxu
09-12-2015 Meryem
Namaz qılarken qadın nece geyinmelidir? Başı ortüksüz ve ya şalvarla namaz qılmaq olarmı?
Cavab:

Salam aleykum. Baş örtüksüz və şalvarla namaz qılmaq olmaz. Daha ətraflı: Namaz qılarkən qadın necə geyinməlidir?  

ardını oxu
08-12-2015
Salam aleykum.Men aileli olub ayrilmis qizla aile heyati qurmusam biraz valdeynlerde naraziliq vardi indi her sey yaxsidi amma kebin kesdirende qizla gedib mescidde ozumuz kesdirdik bu duzgundurmu yeni kebinimiz sayilirmi ozumuz kesdirdiyimize gore?
Cavab:
Və aleykum Salam. Kəbin kəsdikdə qadın tərəfdən vəlinin olması şərtdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir".
ardını oxu
08-12-2015 Aylin
Salam. Asuranin seheri gunu sunnet etmek, onu qeyd etmek gunah deyil? dunen asura gunu idi. bu gun qonsu bizi sunnet qonaqligina devet etdi. sizce getmeliyik? tesekkurler
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Məhərrəm ayında yas saxlamaq olarmı?
ardını oxu
08-12-2015
salam men rusiyaya sefere gediciyem orda zohr namazini imkan olmasa vaxtinnan qabaq qilmaq olar???ewitdiyime gore esr namazini vaxtinnan qabaq icaze var
Cavab:

Və aleykum Salam. Namazları səfərdə birləşdirmək olar. Lakin, səfərdə Sübh, Zöhr və Məğrib namazları vaxtından əvvəl qılına bilməz.

ardını oxu
08-12-2015 Lale
Salam. 6 aydiki yoldasimnan ayri yasiyirig. Uzur istiyirem, men hamileyem. Men onunla barismag istiyirem. Ne etmey olar?
Cavab:

Və aleykum Salam.

1. Allaha dua edin ki, xeyirlidirsə, barışdırsın. Daha ətraflı: Dualarımın qəbul olması üçün nə edim?

ardını oxu
08-12-2015 Meryem
Salam.Namaz qılan şexs sosial şebekelerden istifade ede bilermi? Yeni bu günah sayılırmı? Ümumiyyetle sosial şebekelerden istifade etmek düzgündürmü.?
Cavab:

Və aleykum Salam. Sosial şəbəkələrdən günaha girməmək şərtilə istifadə etmək olar. Vaxtı israf etməmək şərtilə faydalı məlumatlar öyrənmək, məhrəm olan qohum və tanışlarla əlaqə saxlamaq və s. işlərdə heç bir qəbahət yoxdur. Naməhrəmlə danışmaq, harama baxmaq, vaxtı israf etmək və s.

ardını oxu
08-12-2015 Aytan
Allahin salami olsun her birinize.Sizden xais edirem menim suallarimi tezlikle cavablandirasiz.Evvelceden tewekkur edirem.sual 1-Ayetul Kursunu vereqe yazib uzden her zaman oxumaq olarmi? sual 2-duani oxuyarken basqa seyler duwundukde hemin duwunduyumuz ola bilermi?
Cavab:

Və aleykum Salam.

1. "Ayətul-Kursini" və ya hər hansı surəni, ayəni və ya duanı vərəqə və ya telefona yazıb üzündən oxumaq olar.

ardını oxu
08-12-2015
salam aleykum. Əl bəqərə surəsi154-cü ayənin izahını tam verətdiniz,zəhmət olmazda. Bu ayəni əsad tutaraq şiələr Hüseyni,Əlini çağırmaqda günah,dəhv olduğunu inkar edirlər. Yəni bu insanları bu ayəni nəzərə alaraq çağırmaq laxımdır.onlar guya ki eşidirlər. Belə danışanlara nə cavab vermək olar?
Cavab:

Və aleykum Salam. Uca Allah buyurur: "Allah yolunda ölənlərə: "Ölüdürlər!" deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu duymursunuz" (əl-Bəqərə, 154). Ayənin axırında deyilir: "...siz bunu duymursunuz" - yəni, bu sizin başa düşdüyünüz dirilik kimi deyil.

ardını oxu
08-12-2015 Rafet
Salam Aleykum Imamlarin qirildiqi gun ne demekdi bu gunde neleri etmek olmaz
Cavab:
Və aleykum Salam. "İmamların qırıldığı gün" dedikdə, bəzən el arasında Hüseynin və qohumlarının (Allah onlardan razı olsun) şəhid edildiyi gün nəzərdə tutulur. Bu da Məhərrəm ayının 10-da "Aşura" günü baş vermişdir.
ardını oxu
08-12-2015
Salam aleykum. İmam Huseyne deyilen imam sozunun menasi nedir? Peygemberimizin yaninda olan diger sehabelerin adinin qarsisinda imam deyilmir? Huseyn radiyAllahu anha aglamag olarmi? Cunki insan ister istemez Kerbela haqda esidende Peygember nevesine qarsi edilen herekete pis olur.
Cavab:
Və aleykum Salam. İmam sözünün mənası "rəhbər", "başçı"  deməkdir. Hər hansısa bir səhabənin və ya onlardan sonra gələnlərin adlarının qarşısında imam kəlməsini xüsusiləşdirərək istifadə etmək olmaz.
ardını oxu
08-12-2015 aytow
men namaz qiliram kolbasani xoslayiram men eger donuz eti olan kolbasani yesem gunahdir men bu barede daha etrafli bilmek isdiyirem yesem ne olar men bilmirdim bu barede
Cavab:
Salam aleykum. Donuz əti olmayan halal kolbasalardan yeyə bilərsiniz, donuz əti və ondan hazırlanan məhsullar isə haramdır. Bu cavabı oxuyun: Donuz əti niyə haramdır?
ardını oxu
05-12-2015 Əli
Əs Salamu aleykum və rəhmətullahi və bərəkətuh. Şuəra surəsi (224) (Peyğəmbər şair deyildir) şairlərə yalnız azğınlar tabe olarlar (uyarlar). Bu ayədə şair sözunü necə anlayım? Nə şair, nədə şeir oxuyub öyrənmək olmaz?
Cavab:
Və aleykum Salam və rahmətullahi və bərakətu. Bu məqaləni oxuyun: Şeir haqqında
ardını oxu
05-12-2015
Salam aleykum. Bilmək istərdim. Masonların,satanistlərin,iluminatların,yəhudilərin dəccalla nə əlaqəsi var.Şeytana sitayiş etdiklərini bilirəm. Amma dəccala nə aidiyyatı var?Haqqınızı halal edin.
Cavab:
Və aleykum Salam. Bu sadaladığınız dəstələrin hamısı İslam dininə qarşıdılar. Dəccal da İslama qarşı olacaq. Konkret olaraq bu firqələrin adları çəkilməsə də, bir çox firqələrin Dəccal zühur etdikdə onun tərəfinə keçəcəkləri bildirilmişdir.
ardını oxu
05-12-2015 gulay
salam aleykum. menim piwiyim xestelenib cox pis veziyetdeydi gezmirdi. oderecediki oturdugu yeri murdalliyir bayira getmir.onu qutuda saxladim hekime apardiq qeydine qaldim.
Cavab:

Və aleykum Salam. Siz evi murdarlamamaqdan ötrü yeməyini və içməyini vermək şərtilə pişiyi çöldə saxlaya bilərsiniz. Şəriətdə xəstə heyvanı evdə saxlamağın vacib olması ilə bağlı heç bir şey yoxdur.

ardını oxu
05-12-2015 loli
Salam.
Cavab:
Və aleykum Salam. Qadın ərinin izni olmadan öz qazancından sədəqə verə bilər. Ərinizin qazancından sədəqə etsəniz və bilsəniz ki, bu etdiyinizə narazılıq edəcək, onda sizin belə etməniz düz deyil.
ardını oxu
05-12-2015 Əli
As səlamu aleykum və rəhmətullahi və bərəkətuh. Mənə deyiblər ki, o vaxtı Muhəmmədə(s.a.s.) peyğəmbərlik verilməmişdən qabaq o iki rükət, hər gün namaz qılıb. Bəs o vaxtı Quran və Islam dini yox idi, o necə namaz qılırdı ? Isa peyğəmbər (s.a.s) nə deyibsə namazda o da onu deyib?
Cavab:

Və aleykum Salam va rahmətullahi va bərakətu. Bütün peyğəmbərlərin öz şəriətlərinə məxsus namazları, ibadətləri olub. Muhəmmədə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) də peyğəmbərlik verilməmişdən qabaq özünə məxsus ibadəti olub. O, tənhalığa çəkilib Allaha ibadət edərdi.

ardını oxu
05-12-2015
Heyz vaxti niye cinsi elaqeye girmek olmaz?
Cavab:

Salam aleykum. Heyz vaxtı cinsi əlaqəyə girməyi Allah qadağan edib. Uca Allah buyurur: "Səndən heyz barəsində soruşurlar. De: "Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin.

ardını oxu
05-12-2015
Salam Ayətul kursunin duzgun oxunuwun ve tercumesin yaza bilersiz ?
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Ayətul-Kursinin oxunuşu

ardını oxu
05-12-2015
Məsəd surəsinin oxunuwu
Cavab:

Salam aleykum. Siz ərəb əlifbasını öyrənsəniz daha yaxşıdır, çünki, nə qədər dəqiq yazılsa da ərəbcə səslənən hərflərin yazılışını düzgün yazmaq mümkün deyil.

ardını oxu
05-12-2015 Azik
Namaz qılanda bədənin 7 üzvü yerə dəyir niyə şiələr təkcə alınlarını möhürə qoyur qalan 6 üzvünü yox?
Cavab:

Və aleykum Salam. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Mənə, paltarın (ətəyi­ni) və saçı yığmadan yeddi əza – alın, əllər, dizlər və ayaq barmaqlarının ucları üzə­rinə səcdə etmək əmr edilmişdi".

ardını oxu
05-12-2015
Bir qadin xeyanet edirsen nedir gunahlari?
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Əri olan qadın zinadan necə tövbə etsin?

ardını oxu
05-12-2015 efsane
salam menim aybasim olub ve imama getmek isdeyirem bele qusulsuz getmek olarmi?bir cavab deyin
Cavab:

Və aleykum Salam. İstər adi vaxtlarda, istərsə də heyz vaxtı pirə getmək qəti qadağandır və Cəhənnəm əzabına səbəb ola bilər. Daha ətraflı:

Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?

ardını oxu
05-12-2015
Salam, Allah elminizə bərəkət versin. Elə insanlar vardır ki öz əlləri ilə insanları müalicə edir, soruşanda ki bu necə olur deyir ki mənə Allah tərəfindən vergi verilib. Həqiqətən Allah hər hansı bir insana vergi verə bilərmi ?
Cavab:
Və aleykum Salam. Xeyr, bu şeytanın vəsvəsəsidir. Bu cavabları oxuyun:

Əlləri ilə insanları müalicə edənlərdə bu, Allah vergisidirmi?
ardını oxu
05-12-2015 ad yazilmayib
Cenabet quslu aldiqdan sonra meni gelerse qusl batil olar?
Cavab:

Salam aleykum. Cənabət qüslu aldıqdan sonra, az miqdarda məni çıxarsa, bu qüslu pozmur. Lakin, qüsl aldıqdan sonra yuxuda, cinsi yaxınlıq və ya digər səbəblərə görə şəhvət hissi ilə məni gələrsə, qüsl yenidən pozulur və yenidən cənabət qüslu almaq lazımdır. 

ardını oxu
05-12-2015 yegane
Salam aleykum.men bundan evvel sual yazmisdim cavab almadim.xahis edirem sualimi cavablandirasiniz.sual:men dersde oldugum ucun zohr namazi qezaya dusur.esr namazinin ustunden 1-2 saat kecenden sonra qiliram.men birinci zohrun qezasini qiliram sonra esri sam isani vacib kimi qiliram.yeni sam namazin
Cavab:
ardını oxu
04-12-2015 Nelya
SALAM.men 4ay 18gundur ki aileliyem.toyumun seherisinden o eve hec uygunlawa bilmedim cunki hec kimden ozume qarwi gozlediyim munasibeti gormedim mene cox yadliq gosterdiler.mene qarwi pis baxiwlar arxamca daniwmalar bir sozle aile heyatimda hecne qaydasinda deyildi qaynanam menim hec demediyim sozl
Cavab:
ardını oxu
04-12-2015 Əli
Salam Aleykum və rəhmətullahi və bərəkətuh. Mənə bir insan deyib ki, əgər namazda axırıncı rükətdə təşəhhüddə oturanda hava çıxsa namaz pozulmur. Bu doğrudur mu? Əvvəlcədən çoxsağolun.
Cavab:
Və aleykum Salam və rəhmətullahi və bərəkətu. Namazın sonunda salam verməmişdən qabaq hər hansı yerdə dəstəmaz pozulsa, namaz batil olur və həmin namazı yenidən dəstəmaz alıb qılmaq lazımdır.
ardını oxu
04-12-2015
salam bagiwlayin narahat edirem sisi,bis bele ewitmiwkki deyiler cennett analar ayagi at ltindadi bes onda niye deyiler qadinlar weytandi, yeqin bu her qadina aid deyil... bu suali cavablandira bilersinismi sehmet olmasa... oxudugunus ucun cox sagolun ALLAH rasi olsun
Cavab:

Və aleykum Salam. Heç bir yerdə yazılmayıb ki, "qadınlar şeytandır". Bunun heç bir əsası yoxdur.

ardını oxu
04-12-2015
Salamu eleykum eziz baci ve qardaslarim.Sizden mene komek etmeyinizi xais edirem.Men kecen ay herimolub yeni meni bir oglana veribler.Indi biZ isteyirki kebin kesidirek gorusmek bize haram olmamasi ucun ama valideyinler bizi basadusmur deyirlerki toya az vaxt qalmis edersiz ama toyada 7-8ay var hele
Cavab:
Və aleykum Salam. Valideynlərdən icazəsiz və onların təyin etdiyi şahidlər olmadan kəsilən kəbin batildir. Çalışın ki, toya qədər bir-birinizlə təklikdə qalmayasınız. Əks təqdirdə zinaya düşə bilərsiniz.
ardını oxu
04-12-2015 vika
İnsanın meymundan əmələ gəlmədiyini necə başa salım?
Cavab:
Salam aleykum. Darvinin "təkamül nəzəriyyəsi" nəzəriyyə olaraq qalmışdır. Bu nəzəriyyə heç bir elmi sübuta söykənmir, sadəcə fərziyyələr toplusudur. Bütün canlılar, insanın şüuru, daxili quruluşu, adicə yarpaq, hətta hüceyrələr və bakteriyaların quruluşu Uca Yaradanın varlığını təsdiq edir.
ardını oxu
01-12-2015 zahir
salavat neca nazil olub
Cavab:

Salam aleykum. Salavat Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dövründən var. Salavatın bir neçə forması var. Həmçinin, salavatın fəziləti haqda bir sıra hədislər mövcuddur. Lakin, nə vaxt nazil olması bilinmir. Salavatın qısa və kamil formaları bunlardır: 

ardını oxu
01-12-2015 Elsen
Salam bazardan uduşlu loteriya almag günahdır?
Cavab:

Və aleykum Salam. Bəli, lotareya qumar sayıldığı üçün haramdır. Daha ətraflı: Lotareya oynamaq niyə günahdır?

ardını oxu
01-12-2015 m
Selam aletykum.nece tobe etmek lazimdi?etrafli yazardis xaish edirem,tshk
ardını oxu
01-12-2015 Aytən
Mənim həyat yoldaşım hər gün içki içir, mən isə namaz qılmaq istəyirəm, içkili kişi ilə bir evdə yaşamaq və namaz qılmaq düzgündür?Xahiş edirəm cavab yazın
Cavab:

Və aleykum Salam. Tövhid əqidəsi və namaz Uca Allahın razılığını və cənnəti qazanmaq, dünya həyatında isə qəlb rahatlığı və xoşbəxtlik əldə etmək yolunda ən böyük addımdır. Allaha dua edirik ki, sizi bu yolda sabit etsin, sizi və ailənizi şeytanın şərindən qorusun.

ardını oxu
01-12-2015 Ayten
Salamlar, menim bir nece sualim var 1)Men Isa namazinda destnamaz alib yatiram amma yatanda corabla yatiram ki destnamazim pozulmasin cunki seher ders gedende ayaqlarimi yumaga vaxt olmur olar bele etmek 2)menim 13 yadimdan var namaz qiliram hicab baglamiram Allaha gunah getmesin amma icimden gelmir
ardını oxu
01-12-2015 Zehra
5ruketli namazi birlesdirib 3 defe qilmaq olar?
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Zərurətdə namazı birləşdirmək olarmı?
ardını oxu
29-11-2015
Salam Aleykum. Sehabelerden olan Abu Kaka radıAllahu anhu haqqında yazardınız inseAllah, birde Kaka adının menasi nedir.?
Cavab:

Və aleykum Salam. Əbu Qaqa adlı səhabənin (Allah ondan razı olsun) adını türklər Ebu Kaka yazırlar. Onun əsl adı əl-Qaqa ibn Amr ibn Malik ət-Təmimidir. Məşhur sərkərdə olub. Bir çox döyüşlərdə iştirak edib və zəfər qazanıb.

ardını oxu
29-11-2015 viktoriya16
salam. muellimimiz hemiwe bize bele deyir.60 il ibadet etmekdense 1saat elmle mewgul olmaq daha xeyirlidir.men muellime deyiremki bu dini elme aiiddir,o ise dunya elminnen sohbet getdiyini deyir.bunun duzgun izahini isteyirem . xahiw edirem cavab yazardiniz. ALLAH sizden razi olsun.
Cavab:
Və aleykum Salam. Qeyd etdiyiniz hədis bu şəkildə rəvayət olunub: "Bir saat elm öyrənmək yetmiş (və ya altmış) illik ibadətdən (nafilə ibadətlərdən) daha üstündür".
ardını oxu
29-11-2015 metanet
Ovladim 2yawi var danwmir Onun ucun hansi duani oxmaq lazmdir
Cavab:
Salam aleykum. Bildiyimizə görə, 2 yaş bu barədə narahat olmaq üçün tezdir. Bunun üçün xüsusi bir dua yoxdur. Öz sözlərinizlə Allaha dua edə bilərsiniz. Daha ətraflı:

Duaların qəbul olması üçün nə etmək lazımdır?
ardını oxu
29-11-2015
qadin evde tuyuĝ kese biler
Cavab:
Salam aleykum. Bu cavabı oxuyun: Qadınlar heyvan kəsə bilərlərmi?
ardını oxu
29-11-2015 Lala
Cadu var bunu her kes soyleyir Men namaz qiliram Inaniramki mene tesir etmez Sualim budur Allahimin qudreti yaninda cadu eden bende kimdiki? Duwuncem dogrudurmu? Eger her weyi Allahimla boluwuremse
Cavab:

Salam aleykum. Bəli, Allahın qoruduğu insana cadu təsir edə bilməz. Lakin, səbəblərdən düzgün tutduqdan sonra Allahın gücünə, qüdrətinə bel bağlaya bilərsiniz. Şəkk yoxdur ki, insanı soyuqdan qoruyan Allahdır. Amma, biz səbəb kimi isti paltar geyinirik. Sözsüz ki, şəfa verən Allahdır.

ardını oxu
29-11-2015 Nergiz
salameleykum bagislayin sualima gore men aileliyem demek olarki her deqiqe ozumde cenabet hali gorurem her gunde qusl almaq imkanim yoxdu.bu cenabet sayilirmi namazlarim qebul olarmi cox narahatam .cavablandirin xahis edirem.coxsagolun
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun:

Qızdan adi bir ləkə də gəlsə qüsl almaq lazımdır?
ardını oxu
28-11-2015 togrul
Salam Aleykum namazda sehv eliyirem bezen unuduran ne dediyimi xatirlamiram mende saga sola salavat verib tezden qiliram bele etmek olar yoxsa gunahdir?
Cavab:
Və aleykum Salam. Namazın vaciblərində səhv etdikdə səhv səcdəsi etmək lazımdır. Daha ətraflı:

Səhv səcdəsi necə yerinə yetirilir?
ardını oxu
28-11-2015
Namaz qilarkan secdeye,gedib qalxanda sukur sene rebbim demek olar
Cavab:

Salam aleykum. Namaz qılanda səcdədə olarkən və namazın sonunda, salamlardan əvvəl öz dilində dua və şükr etmək olar. Daha ətraflı: Namazda dua etmək barədə

ardını oxu
28-11-2015 nezife
Nece edimki yoldashim sigareti cekmesin?
ardını oxu
28-11-2015
Assalamu aleykum. Namazın rüknləri və vacibləri hansılardır?
Cavab:

Və aleykum Salam.

Namazın rüknları bunlardır:

ardını oxu
28-11-2015
Salam namazi yarida qoyduqda destemaz pozulur?
Cavab:
Və aleykum Salam. Namazı yarıda saxladıqda dəstəmaz batil olmur. Amma namaz yenidən qılınmalıdır. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar
ardını oxu
28-11-2015 Ali
Quranın Sad surəsinin 75-ci ayəsində belə deyilir: “Allah dedi: “Ey İblis! Sənə nə mane olur ki, mənim iki əlimlə xəlq etdiyimə səcdə etmirsən?! Bu ayədəki “iki əlimlə” ifadəsini necə başa düşmək lazımdır?
Cavab:

Salam aleykum. Uca Allah buyurur: "Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir" (əş-Şura, 11).

ardını oxu
28-11-2015 Nala
Salam aleykum ! Dindar adamin icki verilen restaranda oturub corek Yeye biler ?
Cavab:

Va aleykum Salam. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Kim Allaha və axirət gününə inanırsa, içki içilən süfrədə (məclisdə) oturmasın". (İmam Əhməd 1/20; əl-Beyhaqi, 7/366).

ardını oxu

Pages