13-01-2016 elnur
Salam Aleykum.Men 10 cu sinife gedecem.Hazirliqara oldugum muddetler namaz vaxtini kecir.Butun gunu ders oxuyacam.Namazimi nece qilacam.evvelceden tewekkurler.w
ardını oxu
13-01-2016
Heyvanlarla oynamaq qusul gerekdirimi?
Cavab:
Salam aleykum. Heyvanlarla oynamaq qüslu vacib etmir, amma itlə oynadıqda onun ağzı dəyən yerləri birincisi torpaq, qalanları isə su ilə yeddi dəfə yumaq lazımdır. Həmçinin, oxuyun: İtlə oynadıqda qüsl almaq vacibdirmi?
ardını oxu
13-01-2016
Salam. bilmek isterdim. Cebrayil kimdi Azreyil kimdi. Azreyilin can alan oldugunu bilirem bes Cebrayil?
Cavab:
Və aleykum Salam. Cəbrail peyğəmbərlərə (onlara Allahın salam olsun) Allahın əmrlərini çatdıran mələyin adıdır. İnsanlar Əzrail dedikdə, can alan mələyi qəsd edirlər, lakin bu mələyin adı Ölüm mələyidir. Həmçinin, oxuyun:
ardını oxu
13-01-2016
Qüslü Allah qebul edirmi.ne vaxt qebul etmir
Cavab:
Salam aleykum. Hər hansı əməlin qəbul olması üçün iki şərt var; 1. Əməli Allah rizası üçün etmək. 2. Əməli Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) etdiyinə uyğun etmək. Qüsl almaq qaydasını Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə bəyan etmişdir.
ardını oxu
13-01-2016 Sabina
Qüslun növü və mənaları
Cavab:
Salam aleykum. Qüsl 2 cür olur: Vacib və kamil qüsl. Daha ətraflı: Qüsl hansı hallarda və necə alınır?
ardını oxu
13-01-2016
Əssələmu aleykum, çox xahiş edirəm, qısqanclıqı aradann qaldırmaq üçün bir şeylər yazardız. Müsəlman bacımı çox qısqanıram və bu mənə ağır gəlir. Keçmir bu halım qorxuram fəsad törədər, həddi aşaram. əvvəlcədən minnətdaram. Allah razı qalsin sizdən.
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Qısqanclıq haqqında
ardını oxu
13-01-2016
namaz qilan adam qelyan ceke biler
Cavab:
Salam aleykum. Qəlyan çəkmək də siqaret çəkmək kimi haramdır və böyük günahlardan sayılır. Həmçinin, oxuyun: Siqaret çəkmək olarmı?
ardını oxu
13-01-2016 elsen
necə edim ki namaz qılarkən sadəcə Allahı yad edim bəzən olur ki başqa hadisələr namazda yadıma düşür
Cavab:
ardını oxu
13-01-2016 Rübail
Ölünü niyə üç dəfə yerə qoyurlar və götürürlər?
Cavab:
ardını oxu
13-01-2016 Hizbullah_313
destamaz aldiqdan sonra el uzumuzu desmalla sile bilerikmi. bideki destamazdan sonra yemek yedikde yaxuddaki su icdikde destamaz pozulurmu.cavablandirdiginiz ucun cox sagolun
Cavab:
Salam aleykum. Dəstəmaz alandan sonra qurulanmağa aid heç bir qadağa yoxdur. Yemək yedikdə və su içdikdə dəstəmaz pozulmur. Həmçinin, oxuyun:
Dəstəmazı pozan amillər
ardını oxu
13-01-2016 rufet
masturbasyon ne qeder gunahi var. ve bu emelden nece cekinmek olar?
ardını oxu
13-01-2016 famil
salam mohurle namaz qilmaqin subutu feth suresi aye 29 bura yazmadim kim delil isdiyir oxusun torpaqdan yaranibsan torpaqa alinida qoy dunya mali xalciya yox
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir.
ardını oxu
13-01-2016
Savab qazanmaq uçun ne etmeli?
Cavab:
Salam aleykum. Savab qazanaraq Cənnətə düşmək üçün ilk növbədə müsəlman olmaq və Allaha şərik qoşmamaq lazımdır. Uca Allah buyurur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan". (əz-Zumər, 65-66).
ardını oxu
12-01-2016 Abdullah
Salam aleykum. Sualim odur ki, eger mushriklerin heddi buluga chatmadan dunyasini deyishen ovladlari Qiyamet gunu imtahan olunacaqsa, bes muselmanlarin heddi buluga chatmadan vefat eden ushaqlari niye sorgu-sualsiz birbasha cennede dushecek?
Cavab:
Və aleykum Salam.
ardını oxu
12-01-2016
Cadunu batil etdikdən sonra cadu üçün istifadə olunmuş əşyaların nəsnələrin tapılmaması,tapılıb yox edilməməsi yenidən cadu yarada bilər insanda?
Cavab:

Salam aleykum. Cadu olunmuş əşyaların tapılıb məhv edilməsi cadunun batil edilməsinin ən asan üsuldur. Bu əşya - köynək, parça, kağız, qıfıl və s. tapıldıqdan sonra Quran ayələri oxunmuş suya salınır. Sonra yanaraq məhv olması mümkün olan şeylər qurudulub yandırılır.

ardını oxu
12-01-2016 Əli
Salm aleykum. Zöhr namazını qılıb qurtarandan sonra dərhal Əsr namazına keçdim. Sən demə, Əsrin vaxtı hələ girmiyib. Bu halda yenidən qılım Əsr namazını?
Cavab:

Və aleykum Salam. Əsr namazının vaxtı girməmiş qılan bu namazı yenidən qılmalıdır.

ardını oxu
12-01-2016 Terane
Salam Aleykum men arada ureyim dolanda derdimi refiqemle bolusurem ve onunla meslehetleşirem. Sizce bu qeybetdi..?
Cavab:
Və aleykum Salam. Heç kəsin haqqına girmədən dərdininzi rəfiqənizlə bölüşmək qeybət deyil. Başqası haqqında onun xoşuna gəlməyəcəyi şeyi danışmaq isə qeybətdir. Daha ətraflı:

Qeybət haqqında
ardını oxu
12-01-2016 melek
Heyatdan bezmiwem sebir edirem dozurem özümü öldürmek derecesins catib ama Allah Veren cani Almaqa cüret edmirem Qardawım Usaglıqdan meni incidib witede meruz qalmisam nece defelerle Artıq bezmiwem evlenmek isteyirem Yagwi Birsi ile Hansi Dualar oxuya bilerem ?
Cavab:
Salam aleykum. Duanı oxutdurmaq olmaz, hər kəs özü Allaha dua etməlidir. Allaha israrla çoxlu dua edin, çünki, insan çətin vəziyyətə düşəndə yalnız Allah ona kömək edir. Bu cavabları oxuyun:
ardını oxu
12-01-2016 Turkan
Salam tovbe elemiwdim Qurana el basmiwdim ve en cox istediyim weyle riks girmiwdimki tovbemi pozsam istediyim olmasin ammaki tovbemi pozdum gunahdirmi?birdeki o istediyim olacaq yoxsaki tovbemi posmuwam deye olan deyil?
Cavab:

Və aleykum Salam. "Tövbəni pozacağım təqdirdə belə olsun" və ya tövbəni pozacağı təqdirdə özünə bəddua etmək düzgün deyil. Uca Allah qullarına qarşı çox mərhəmətlidir, tövbəni pozduqdan sonra yenidən tövbə etmək və günahı tərk etməyə çalışmaq lazımdır. 

ardını oxu
06-01-2016
Salam.Mənim hal hazırda ruzum yoxdur-əvvələr çox yaxşı ruzum varidi.Mən nə edim ki ruzum olsun?
Cavab:
Və aleykum Salam. "Ruzim yoxdur" demək düzgün deyil. Uca Allah yaratdığı hər bir məxluqun ruzisini verir. Sadəcə bəzi hallarda insanlar ruzinin azalması ilə imtahana çəkilirlər.
ardını oxu
06-01-2016 Agayeva nigar
Bilmeden basi aciq kisi xeylaginin yanina cixmaq gunah di? Kisi ozu iceri girerse onun gunahi kimedi?
ardını oxu
06-01-2016
salam menim qizimin 11 yasi var ancaq hele heyz(aybasi) olmayib.o namaz qila biler yoxsa hele tezdir.
Cavab:
Və aleykum Salam. Qız uşaqları həddi-buluğa çatandan sonra onlara namaz vacib olur. Lakin, uşaqları kiçik yaşlarından namaza öyrəşdirmək lazımdır. Daha ətraflı:

Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?
ardını oxu
06-01-2016 togrul
salam aleykum ve rahmetulahi ve barekatu men gunun istenilen saatinda durum namaz qilmaq istesem ve bele etmek suneye uygundurmu ve bu namazlar 2 ruket qilmaq istiyirem ve bular nafile sayilirmi?allah sizlrden razi olsun)
Cavab:
Və aleykum Salam və Rahmətullahi və Bərəkətu. Günün üç vaxtında səbəbsiz nafilə namazları qılmaq qadağandır. Bu vaxtlar aşağıdakılardır:
ardını oxu
06-01-2016
Salam.menim bele bir şey maraqlandirir.kebinim var aileliyem.lakin erimle xoşbext deyilem.başqa birisi ile görüşürem,onunla da kebin kesdire bileremmi?önceden sualima göre üzürlü sayin.
Cavab:
Və aleykum Salam. Ailəli qadın başqa kişi ilə kəbin kəsdirə bilməz. Bu evli qadının zina etməsidir. Zina isə insanı həlak edən günahlardandır. Yalnız ərindən boşansa, yenidən istədiyi kişi ilə kəbin kəsdirib ailə qura bilər. Daha ətraflı:
ardını oxu
06-01-2016 Azra
Salamu aleykuma ,men nisanlimla kebin eletdirmisem.Bilmek isterdimki kebinin en dogrusu nece olur?yani mutleqdirmiki qarsi terefde namaz qilsin?namaz qilmirsa kebinimiz duzgun sayilmir?
Cavab:
Və aleykum Salam. Müsəlman olub namaz qılmayanın kəbini batil deyil. Lakin, namaz qılmamaq adam öldürmək, zina etmək, oğurluq etməkdən də böyük günahdır. Ona görə nişanlınızı hikmətlə namaz qılmağa, Allaha itaət etməyə çağırın. Daha ətraflı:
ardını oxu
06-01-2016
Goz muncuqu ne mena verir uzerinde daniwmaq olarmi onu?
Cavab:
Salam aleykum. Bu cavabları oxuyun: 

Gözmuncuğu asmaq düzgündürmü? 

Şirk nədir?
ardını oxu
06-01-2016 aysen
salam men evvel namaz qilirdim sorlar basim agridi diye namaza yaxin gede bilmedim men ne edim
Cavab:
Və aleykum Salam. Sözsüz ki, həkimə gedərək baş ağrısından müalicə olunmaq lazımdır. Həkimlər tərəfindən müayinə edildikdən sonra ağrının səbəbi müəyyənləşməsə, bu sehrin əlamətlərindən ola bilər. Allaha sığınıb namaza başlayın. Daha ətraflı:
ardını oxu
06-01-2016 Nusret Bagirov
Salam aleykum! Size bir sual verim ama biraz qeribe sualdi. Siz bilersiniz,adami oxumaga ne meyilli ede biler? Xais edirem,komek edin.
ardını oxu
04-01-2016 xalide
Salam xalis edirem bu suvalimi tez cavablandirasiz cunku sizin dediyiniz soze baglidi her sey bu suvalima gore uzur isdiyirem ama mecburam sorusmaga.Men teze evliyem bezi vaxdlar seher namazina durmuram basqa vaxdi qezasini qiliram o mene gunah sayilirmi
Cavab:
Və aleykum Salam. Allaha dua edirik ki, ailənizə bərəkət versin. Yatıb qaldıqda yuxudan duran kimi namazın qəzasını qılmaq lazımdır. Lakin, bilə-bilə namaza durmamaq böyük günahdır. Uca Allah buyurur: "Ey iman gətirənlər!
ardını oxu
04-01-2016
Menim usagim olmur men Allaha nece dua edim nasukurluk olmasin ama sebrim catmir doze bilmirem
Cavab:
Salam aleykum. Bu cavabı oxuyun: Övlad duası olurmu?
ardını oxu
04-01-2016 Azra
Salamu aelykuma,cadu heqiqeten varmi?bunu nece his etmek olur?peygemberlerimizede cadu olunubmu?
Cavab:
Və aleykum Salam. Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: "(Bir dəfə) Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sehr edildi. İş o yerə gəlib çatmışdı ki, həqiqətdə etmədiyi bir işi etdiyi onun xəyalına girir­di.
ardını oxu
04-01-2016 Rima
Salam menim anam 15gun olar ki rehmete gedib.Amma men onu her gun yuxuda gorurem.Bu ne demekdir.Ziyaret etmek isdeyirem deyiller olaz40ci gununde olar?
Cavab:
Və aleykum Salam. Ölən insanı istənilən gündə ziyarət etmək olar. Bunda vaxt məhdudiyyəti yoxdur. Çalışın ki, ölən insanın qəbrini ziyarət cümə axşamlarına və qırxına yəni, məclis olan günələrə düşməsin. Həmçinin, oxuyun:
ardını oxu
04-01-2016
Men namaza bawlamiwam ancaq bawlamamiwdan evvel cox sehflerim olubdur ve indi etdiyim bu sehfler ucun cox pewmanam ve her namazimda dua edirem ancaq cox qorxuram ki dualarim qebul olunmaz elediyim sehfler yeniden menim qarwima cixar xaiw edirem deyerdiz bunun ucun dua varmi yada menim seflerim qarwi
Cavab:

Salam aleykum. Namaza başladığınız üçün sizi təbrik edirik, Allaha dua edirik ki, tövbələrinizi qəbul etsin, namaz və xeyirli əməlləriniz sayəsində günahlarınızı bağışlasın və sizi Cənnətə daxil etsin. Günahlar nə qədər çox olsa da, Uca Allah səmimi qəlblə tövbə edənləri bağışlayır.

ardını oxu
04-01-2016
Salam, hazırladıgınız namazın qılmaq qaydası videosu ilə onun altında yazdıgınız namazın sözləri düz gelmir.. məsələn videoda İbrahimə və alə əli ibrahim yazılıb, videonun altınadaki sözlərde isə fərqli.. bu düzgün nece olmalıdı, xaiş edirəm cavablayın
Cavab:

Və aleykum Salam. Həm videoda, həm də məqalədəki variantlar düzdür və namazın sözlərindəki mənanı dəyişmir. Ona görə hər ikisindən istifadə edə bilərsiniz. Daha ətraflı: Namazın qılınma qaydası - Video

ardını oxu
04-01-2016 Əli
Salam aleykum. InşAllah birlikdə cənnət bağlarında olaq. Uca Allah bizim günahlarımızı bağışlasın. Bizə səbr versin. Amin. Sualım belədi: mən çalışıram insanlara həqiqəti deyim. Yalanı sevmirəm. Mən haqqa dəvət edəndə bəzilərinin sifətləri çönür.
Cavab:
Və aleykum Salam. Heç də hər yerdə haqqı demək lazım deyil. Bu özü insandan hikmətli olmağı tələb edir. Elə hal ola bilər ki, məqsədiniz dəvət olsa da, dediyiniz sözlər yerində olmaya bilər və insanları çəkindirə bilərsiniz. Hər sözdən öz məqamında istifadə etmək lazımdır.
ardını oxu
04-01-2016 Ayten
Salam destamaz alarken dis fircalamaq olar? 2)men 1-2heftedi subh namazina dura bilmirem saati qururam amma ozumden asili olmayaraq durub kecirdirem ve yatiram ne edim ??? Sualima tez Cavab vererdiz zehmet olmasa.... Indiden tesekkurler,.,,
Cavab:
Və aleykum Salam. Dəstəmazdan əvvəl dişləri fırçalamaq olar. Dişləri fırçalamaq və ya misvakdan istifadə etmək təmizlik əlamətidir. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) misvakdan istifadə edib və bunu ümmətinə də tövsiyə edib.
ardını oxu
04-01-2016
Salam men bilmek isteyiremki zahi qadindan 40 gunden sonra qan gelerse namaz qila bilermi?
Cavab:
ardını oxu
04-01-2016
men erimle ayrilmisam 1 qizimda var 7 ildirki bizimle hec bir elaqesi yoxdur kebinimiz qalir men nece bosana bilerem yeniden aile qurmaq isteyirem
Cavab:

Salam aleykum. Əgər siz ərinizlə hər iki tərəfin razılığı əsasında ayrılmısınızsa, artıq boşanmış sayılırsınız və kəbin kağızı öz qüvvəsini itirmiş sayılır. Əgər arada boşanma haqda razılıq olmayıbsa ərinizin böyükləri ilə razılaşıb məsələni həll etmək olar.

ardını oxu
04-01-2016
Salam namazda sozlerisehv deyirsense sonradan bilirsen o sozleri duzeltsen gunah sayilar? Zehmet olmasa açiq aydin yaza bilersiz
Cavab:
Və aleykum Salam. Namazda hər hansı söz səhv deyildikdə, bunun ardınca səhvinizi düzəldə bilərsiniz. Daha ətraflı:

Namazın sözlərini səhv dediyinə şübhə edərək təkrar demək namazı batil edirmi?
ardını oxu
04-01-2016 turkan
esselamu aleykum men cox boyuk gunah edirem ama icimde o qeder qorxuramki men neyneyim ama o gunahdanda el cekmirem nefsim meni qoymur men neynemeliyem
Cavab:
Və aleykum Salam. Günahlar nə qədər çox olsa da, Uca Allah səmimi qəlblə tövbə edənləri bağışlayır. Daha ətraflı:

Tövbə etsəm, Allah məni bağışlayarmı?

Günahlardan necə əl çəkmək haqqında bu cavabları oxuyun:
ardını oxu
04-01-2016 Abdullah
Admin suallara cox kobud cavab verirsiniz Allahdan qorxun!kimlerinse sehvlerini burda axtarmagi buraxin,verilen suallara layiqince cavab verin Allah ucun...
Cavab:

Salam aleykum. Allahın və Onun Elçisinin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yoluna Quran və səhih dəlillər əsasında insanları dəvət etmək, nəyin halal, nəyin haram olduğunu demək və insanları bidətdən (dində yenilikdən) çəkindirmək kobudluq və ya təkəbbür ola bilərmi?

ardını oxu
04-01-2016 Vasif
Esselemu aleykum. Her namazdan sonra wukur secdesi etmek bidetdirmi? Allah razi olsun
Cavab:
Və aleykum Salam. Hər namazdan sonra şükür səcdəsi etmək bidətdir (dində yenilik). Əgər belə bir şey etmək lazım olsaydı, Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) bunu Allahın əmri ilə bizə bildirərdi. Uca Allah buyurur: "...Rəbbin unudan deyildir".
ardını oxu
04-01-2016
Fatihe suresinde hansı 7 herf yoxdur?Açıqlamasını da bilmirem
Cavab:
Salam aleykum. əl-Fatihə surəsində bu yeddi hərf yoxdur: ث  Sə,  خ  Xa,  ج  Cim,  ز  Zə,  ش  Şin,  ظ  Za,  ف  Fə .
ardını oxu
04-01-2016 Diana Talıbzade
Salamun Aleyküm. Qiblə nədir?
Cavab:

Və aleykum Salam. Qiblə - müsəlmanların namaz qıldıqda üzlərini ona doğru çevirdikləri istiqamətdir. Həmçinin, oxuyun: Qiblə istiqamətini necə tapmaq olar?

ardını oxu
04-01-2016 Allah Qulu
Allahın Salamı olsun sizə! Çox üzr istəyirəm mənə istiğfar duasını yazın
Cavab:
Və aleykum Salam. İstiğfar dedikdə Allahdan bağışlanma diləmək nəzərdə tutulur. Lakin, bağışlanma diləməyin ən üstününü Peyğəmbərimiz bizə bildirib.
ardını oxu
04-01-2016 Əli
Salam aleykum. Mən namaza başlayanda birinci Allahu Əkbər deyirəm, sonra isə iqaməni. Indi isə deyirəm belə səhvdi, birinci iqamə sonra Allahu Əkbər deyirem. Indi bunların hansı düzdü?
Cavab:

Və aleykum Salam. Namaza başlamazdan qabaq iqamə deyilir. İqaməni qurtardıqdan sonra qiblə istiqamətinə durub "Allahu Əkbər" deyib, namaza başlamaq lazımdır. Yəni, namaz "Allahu Əkbər"lə başlanır, salamla bitir. Həmçinin, oxuyun: Namaz necə qılınır?

ardını oxu
03-01-2016 Qadin
Salam.Men iwleyirem evde catdirmaq olmur deye iwdede namaz qilmaga qoymurlar.Istediyim kimi Allaha ibadet ede bilmirem dini yawamaq isteyirem gozel..Qurandada yazilibki ne ovladlariniz ne iwiniz sizi Allahi zikr etmekden ayirmasin.Men neyniyim bes iwlemiyende de olmur axi.
Cavab:

Va aleykum Salam. Uca Allah sevdiyi bəndələri digərlərindən daha çox sınağa çəkir.

ardını oxu
02-01-2016
Şadet nece getirilir
Cavab:
Salam aleykum. Şəhadət kəlmələri ərəbcə belədir: Əşhədu əl lə iləhə İlləllah, Əşhədu ənnə Muhəmmədən Rasulullah (Şəhadət edirəm ki, Allahdan başqa ibadət haqqına layiq ilah (ibadət olunan) yoxdur, şəhadət edirəm ki, Muhəmməd Allahın Elçisidir.
ardını oxu
02-01-2016 Sema
Namazımı qilanda arada cox vaxt vaxtinda qila bilmirem novbeti namazi qilmaq isdemirem arada hec qila bilmirem ama etrafimdakilar qiliram bilir bu gunahdan nece qurtula bilerem?cox vicdanen narahatam Allahdan tovbe dilemeye qorxuram vesvese olurki Allah bagislamaz meni.
Cavab:
Salam aleykum. Namazları vaxtında qılmamaq və ya namaz qılmağa qarşı həvəsin olmaması imanın zəifləməsindən qaynaqlanır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, hər birinizin qəlbindəki iman paltar köhnəl­diyi kimi köhnəlir.
ardını oxu
02-01-2016
Salam.Mən ailə qurmaq istəyirəm-hər bir müsəlman insan kimi amma hər dəfə həyatımda bir maneyə qarşıma çıxır-ugursuzluk,xəstəlik və kimsənin vəfatı.Mən nə edim bu problem həyatımdan çıxsın və mən xoşbəxt ailəyə sahib olum?
Cavab:
Və aleykum Salam. Baş verən hadisələrə görə evlənməyi təxirə salmaq şəriətə ziddir. Uca Allaha çoxlu dua edərək sizə xeyirli həyat yoldaşı nəsib etməsini istəmək lazımdır. Qarşıya çıxan maneələrə fikir verməyin.
ardını oxu

Pages