24-01-2016 togrul
SALAM ALEYKUM qardas namazi vaxtinda qilmaq barede bilirik amma meni narahat eliyen bir wey var bele esitmisem ki isa namazini qilim onan sora yatmaq yaxwidi bele etmek olar ?
ardını oxu
24-01-2016 Ayten
Allahin salami olsun her birinize.Menim sualim olacaqdir .Men axir vaxtlar bed xeber esidende oxuyanda pis oluram ,Allah rehm etsin deyirem lakin icim yaxsi olub soyleyir.Bu gunahmidir? Tovbe edirem Allah bagislayarmi meni?
Cavab:

Və aleykum Salam. Qəlbinizə gələn belə pis fikirlərə əhəmiyyət vermək lazım deyil. Çünki, belə fikirlər çox vaxt şeytanın sizə verdiyi vəsvəsəsindən meydana gəlir. Həmçinin, oxuyun:

Pis fikirlərdən necə qorunmalıyıq?

ardını oxu
24-01-2016 cambul
salamun aleykum sualim beledir ana ushaq dunyaya getirenen sonra qusl nevaxt almalidir ve namaza nevaxt bashlamalidir? ve xususi emmeleri varmi ushaq barede?
Cavab:
Və aleykum Salam. Qadının dünyaya uşaq gətirməsindən sonrakı hala nifas halı deyilir. Nifas - doğum səbəbi ilə baş verən qanaxmadır.
ardını oxu
24-01-2016 Naibe xanim
Vehwet namazini olu ucun kim qila biker oqu ya qiz.menim qardawim da var.Atam rehmete fedende men qilmiwam.Mustehebdirmi??
Cavab:
Salam aleykum. Vəhşət namazı (insan öldükdən sonra onun üçün qılınan xüsusi namaz) adlı bir namaz dinimizə sonradan salınmış əməllərdən sayılır. Buna bidət deyilir, bidət isə günahdır.
ardını oxu
24-01-2016
Salam.Mənim belə bir sualım var.Dinimizdə qızla oğlanın dostluğuna necə baxılır? Aralarında yalnız dostluq münasibəti var.Təkcə telefonla danışırlar.Heç vaxt görüşmüyüblər.Bir birilərinə naməhrəm sayılırlarmı? Əvvəlcədən təşəkkürlər
Cavab:

Və aleykum Salam. Naməhrəm oğlanla qızın görüşməsi, söhbət etməsi və s. haramdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Naməhrəm kişi və qadın arasındakı söhbətdə üçüncü tərəf şeytandır". (ət-Tirmizi, 2165; "İrva əl-Ğalil", 1813).

ardını oxu
24-01-2016
Namehrem qadinin sacini qoxulamaq destemazi pozurmu?
Cavab:

Salam aleykum. Naməhrəm qadının saçını qoxulamaq dəstəmazı pozmur. Lakin, bu hal insanı zinaya yaxınlaşdıran səbəblərdəndir. Belə hallardan çəkinmək lazımdır. Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32).

ardını oxu
24-01-2016
Salamun əleykum.Məni bir sual çox maraqlandırır.cinsi əlaqə olmayıb ama ehtirasdan üzür isdəyirəm cinsi orqan sulanıb bu qusul sayılırmı və namaz qılmaq olarmı?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun: Ehtirasa görə qüsl alınmalıdırmı?

ardını oxu
24-01-2016
Az kəsilməlidir yoxsa dibinde qirxilmalidi zəhmət olmasa etrafli yazasiz.
Cavab:

Salam aleykum. Yeni doğulmuş uşağın saçı uşağa zərər vurmadan tam qırxılır, çəkilərək nə ağırlıqda olursa, həmin miqdarda gümüş sədəqə verilir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur: "Doğulmuş hər bir uşaq "əqiq"i ilə bağlıdır.

ardını oxu
24-01-2016 emilya
Mollaya korpe usag ucun qorxu duasi yazdirmag gunahmidir?
Cavab:
Salam aleykum. Baş ağrı dərmanını üstündə gəzdirməyin faydası olmadığı kimi, duanı da üstündə gəzdirməyin faydası yoxdur, bu həmçinin dinimizə ziddir.
ardını oxu
24-01-2016 Əli
Salam aleykum. Video ya baxdım(namaz qılmaq) və aşağıdaki teksti oxudum. Videoda deyilirki, Allahumma inni əuzubikə min əzəbil qəbr. Amma teksdə o 2-ci gəlir. Və videoda deyir "və min şəri fitnətil məsihid dəccəl". Amma siz yazmısız"və min fitnətil məsihid dəccəl" .
Cavab:

Və aleykum Salam. Həm mətndəki kimi, həm də videodakı kimi dua edə bilərsiniz. Bunların hər ikisi düzdür.

ardını oxu
24-01-2016 Nala
Salam aleykum ! Suala baslamamisdan gabag size minetdarligimi bildirib , sizin bu gozel emelininizi yuksek sekilde algislayiram ! Allah sizden razi olsun !! Allah davamli etsin !!
Cavab:

Və aleykum Salam. Əgər əriniz razıdırsa, bu kəbin düzgün sayılır. Yenidən kəbin kəsdirməyə ehtiyac yoxdur.

ardını oxu
24-01-2016 emilya
Salam.cox sagolun bu cur gozel sayt ucun.namaz umumen nece deyqeye qilinir? Men qilanda hemise ele bilirem tez qiliram
Cavab:

Və aleykum Salam. Namazın neçə dəqiqəyə qılınması üçün bəlli bir vaxt məhdudiyyəti yoxdur. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazları uzun müddətə də, qısaldaraq da qılıb.

ardını oxu
24-01-2016 Elnur
Men daha ijnci defedi bu suali verirem ama cavab gelmir. Xaiw eliyirem cavab yazin. Qadina el deydiyinde abdest pozulurmu???
Cavab:
Salam aleykum. Qadına əl dəydikdə dəstəmazın pozulması barədə dəlil yoxdur, bu halda dəstəmaz pozulmur. Daha ətraflı: Dəstəmazı pozan amillər
ardını oxu
24-01-2016 orxan
Men Namaz qiliram tez tez ehlibeyti Yada saliram ki komek olsun amma seytan gunaha batiri men ne edim??
Cavab:
Salam aleykum. Allahdan qeyrisinə dua etmək ən böyük günah sayılan şirkdir. Siz Allaha dua edin və aşağıdakı cavablarda yazılmış yollardan istifadə edin:

Allahdan qeyrisinə dua etmək şirkdir
ardını oxu
24-01-2016 Allah bendesinden
Salam Aleykum..meni bir sual maraqlandirir..ezrayil birdene di? Yeni dunyada eyni anda eyni saniyede nece dene insan olur..eyer insanin canini ezrayil alirsa eyni anda bu qeder insanin canini nece alir..evvelceden tesekkur edirem.Allah razi olsun. .. sizden cox sey oyrenirem..
Cavab:
Və aleykum Salam. Ölüm mələyinin minlərlə insanın canını bir anda almasının keyfiyyətini və necəliyini Allah bilir. Həmçinin, oxuyun: Can alan mələyə Əzrail deyilməsi doğrudurmu?
ardını oxu
24-01-2016
Salam axsaminiz xeyir men bir sual vermek isterdim qusulsuz kagizdan aye veya dua oxumaq olarmi?meselen ferec duasi?cox xahis cavablandirin
Cavab:
Və aleykum Salam. Kağıza baxaraq dua oxumaq olar. Qeyd etdiyiniz fərəc duasının şəriətdə əsli yoxdur. Əsli olmayan duaları oxumaq əvəzinə Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) etdiyi duaları oxumaq daha yaxşıdır.
ardını oxu
24-01-2016 Abu Bakr
Salam aleykum. Hamıya bellidir ki, bir çox ayeler kimi, recm ayeside nesx olunub. İslamda her şeyde hikmet var. Bes ayenin enib, sonra nesx olunub hedis formasında qalmasının hikmeti nedir. Qabaqcadan Allah razı olsun
Cavab:

Və aleykum Salam. Uca Allah buyurur: "Biz hər hansı bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk.

ardını oxu
24-01-2016 aysel
Salam menim cox yaxinim olan 2 sexs bir biri ile yola getmir butun gun soz sohbet dava. Onlarin munasubetinin yaxshilashmasi mehriban olmalari ucun ne ede bilerem ? bunun ucun dua ve ya her hansi emel varmi xais edirem komek edin
Cavab:

Və aleykum Salam. Onların barışması üçün çoxlu dua edin. Küsülü qalmağın böyük günah olması və barışmağın böyük savab olması barəsində Uca Allahın əmrlərini onlara gözəl şəkildə izah edin. Daha ətraflı:

Küsmək barəsində

ardını oxu
24-01-2016 nuran
qadinlarda ehtiras qalxmasi qusulu pozurmu?cinsi elaqede olmasa bele?
Cavab:
Salam aleykum. Həm qadınlarda, həm də kişilərdə cinsi əlaqə olmadan məni (sperma) ifrazı baş vermirsə, qüsl pozulmur. Qüsl məninin (spermanın) şəhvətlə çıxması və ya qadının boşalması halında pozulur.
ardını oxu
21-01-2016
bir sualim var. kebin kesdirmek isteirik sadece oglanin atasinda alinmir gelmek bizimle. menim qardasim yanimda getse birde oglanla men sayilir onda bizim nigah? oglan terefden heckim olmasa
Cavab:
Salam aleykum. Kəbində oğlanın atasının iştirak etməsi vacib şərt deyil. Daha ətraflı: Nigah bağlamağın qaydaları
ardını oxu
21-01-2016 [email protected]
Sslam aleykum qardaw. Bir wey bilmek isteyirem.siz istifade etdiyiniz quranin tercumesi hansiki burda ayetlerden tercumeler edirsiz. Kimin tercumesidir.o tercumeden almaq isteyirem.
Cavab:
Və aleykum Salam. Bu kitabdan istifadə edirik: Qurani-Kərimin Azərbaycan dilinə mənaca tərcüməsi
ardını oxu
21-01-2016 orxan
Sperma gunahindan nece xilas ola bilerem??
Cavab:
ardını oxu
21-01-2016 Resad
Salam aleykum zehmet olmasa Cenabet quslu almaq baresinde video carxi qoyardiniz.
Cavab:
ardını oxu
21-01-2016
Salam eleykum. əqiqə qurbanin kesilme qaydasi, edilən dualar və sacin qirxilib sədəqə verilməsi haqda meni cavablandirin zəhmet olmasa. Allah razi olsun
Cavab:
Və aleykum Salam. Əqiq qurbanı digər qurbanlardan kəsilmə qaydasına görə fərqlənmir. "Bismilləh" (Allahın adı ilə) deyilərək kəsilir. Həmçinin, xüsusi dualar da yoxdur.
ardını oxu
21-01-2016
ruzini nece qazanim?veziyetimiz cox pisdir ovladlarim xestedir komek eymeye imkanim yoxdur men bazarda alvernen mewgulam heftelernen hec ne cata bilmirem borclarim coxalir hec cure veziyetden cixa bilmirem qizim nevelerim cox xestediler onlara derman almaga mualice etmeye hec bir maddi imkanim yoxd
Cavab:
Salam aleykum.
ardını oxu
21-01-2016 Huseyn
Salam Aleykum. Sunnet Namazlarinda Fatihe'den sonra her hansisa bir sure oxunur? Birde Cume gunu Mescide girerken qilinan 2 ruket Namazda Fatiheden sonra Her hansisa sure oxunur? Allah Razi olsun..
Cavab:

Və aleykum Salam. Sünnət namazlarında fərz namazlarında olduğu kimi Fatihə surəsindən sonra hər hansısa bir surə oxunur. Oxumasanız səhv səcdəsi lazım deyil və namaz batil deyil. Həmçinin, oxuyun: Peyğəmbərimiz namazlarda hansı surələri oxuyardı?

ardını oxu
21-01-2016 ismail
menim sualim beledir! insallah cavablandirarsiz. men sekk ediremki kebinim pozulum heyat yoldasimla birlikde yeniden kebin kese bilerik ikimiz ozumuz ucun oxuyaq ! ve mehriye nece olmalidir? xais edirem cavab veresiz
Cavab:
Salam aleykum. Kəbinin pozulması talaq (boşanma) ilə olur. Bu, şəkk ilə pozula bilməz. Qadın kişi ilə kəbini özləri kəsə bilməzlər. Daha ətraflı: Nikah bağlamağın qaydaları
ardını oxu
21-01-2016 adsız
Sevdiyimden necə hə cvb alım?
Cavab:
Salam aleykum. Allaha çoxlu dua edin. Bu cavabları oxuyun: 

Dualarım qəbul olmur, nə edim?

Sevib, sevilmək barədə
ardını oxu
19-01-2016 Xedice
Es selem aleykum, korpe usaga dini nece oyredim, ona dini oyretmek ucun neden baslamaq lazimdir? Allah sizden razi olsun
ardını oxu
19-01-2016
salam men 1şey soruşmaq istrdim nferz namazini qildiqdan sonra dua etmek olar yoxsa namazi tamamile bitirdikden ve salami verdikden sonra cox xaiü edirem cvb vererdiz
ardını oxu
19-01-2016
Salam aleykum.men namazi sizin saytda gosterilen kimi qiliram.amma mebe vahabi deyiller.evden icaze vermiller namaz qilmaga.ne qeder bawa salsamda razi olmurlar.deyiller sef yoldu.dede-baba qaydasiyla qil (henefi).artiq 2gundur imanim zeifliyib namaz qilmiram.bawqa carem qalmayib .eger ellerimi gobe
Cavab:
Və aleykum Salam. Tezliklə namaz qılmağa başlayın. Fitnə olmasın deyə əlinizi göbək üstündə tuta bilərsiniz. Amma namazı heç bir halda tərk etmək olmaz. Bu bir imtahandır, səbr edin. Uca Allah buyurur: "Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin!
ardını oxu
19-01-2016
ana sehv yolda olarsa ne etmeli qurani kerimden deliller yaxud faktlar getirsen lap gozel olar cox sagolun allah razi olsun
Cavab:
Salam aleykum. Sual konkret olmadığı üçün cavab vermək çətindir. Aşağıdakı cavabları oxuyun:

Bir insanı günahdan necə çəkindirmək olar?
ardını oxu
19-01-2016 mehdi
sefer ayi nece aydir esimisemki bu ayda peygember s e s mujde veririr bunu ne ucun deyib
Cavab:
Salam aleykum. Səfər ayı Ramazan, Məhərrəm, Rəcəb, Şəvval və digər aylar kimi bir aydır. Hicri təqvimin ikinci ayıdır. Bu ayda nəsə qeyri-adi bir hadisə haqda Peyğəmbərimizdən (ona Allahın salavatı və salamı olsun) heç bir hədis rəvayət olunmayıb.
ardını oxu
19-01-2016 nergiz
salam aleykum suallarin birinde rastlawdim ata ile kusulu qalmag olmaz yaxsi bes ata oz qizina terbiyesiz hereketler teklif edirse mecbur edirse onda nece bes olar olmaz
Cavab:
Və aleykum Salam. Uca Allah əmr və qadağaları insanın dünya və axirətdə xoşbəxt olması üçün qoyub. Bu əmr və qadağalar insanlar pis yola getməməsi üçün qoyulub. Əmrlərin əmr olmasının, qadağaların qadağa olmasının hikməti budur.
ardını oxu
17-01-2016
Salamu aleykum.namazda öz dilində dua etmək barədə dəlil varmi?
Cavab:

Və aleykum Salam. Namazda səcdədə öz dilində dua etmək olar. Dua etməyin öz dilində olmasına dəlil bu haqda qadağanın olmamasındadır. Çünki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Bəndənin Rəbbinə ən yaxın olduğu halı onun səcdə vəziyyətidir.

ardını oxu
17-01-2016
Salam aleykum ! Allaha ozunu gurban etmek duasi duz olarmi ?
Cavab:

Və aleykum salam. Bu cavabı oxuyun: Allaha "qurban olum" deyərək dua etmək olarmı?

ardını oxu
17-01-2016 Nala
Salam aleykum ! Menim isde vaxdim mehdud oldugu ucun bezen namazi oturmemek xatirine masinda oturmus halda namaz giliram ! Men o namazi sonra yene gilmaliyam , yoxsa bele icazelidir ? Salam aleykum !!
Cavab:

Və aleykum salam. Bu cavabı oxuyun: Maşında gedərkən namaz qılmaq barədə

ardını oxu
17-01-2016
Salam mən 14 yaşımda tövbə etdim ama nə dəstamaz aldım nə də qurana əl basmışam.Indi mən düzgün tövbə etmişəm yoxsa yox.Birdə mən bu tövbəni başqa bir məqsəd üçün etmişəm yəni günahlarımın bagışlanması üçün etməmişəm bu tövbəni.Indi mənim tövbəm düzgündür yoxsa yox.
Cavab:
Və aleykum Salam. Tövbə etmək, and içmək və s. məqsədlər üçün Qurana əl basmaq dinimizdə yoxdur, peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bizə bu cür öyrətməyib. Tövbə günahların bağışlanması üçün edilir. Daha ətraflı:
ardını oxu
17-01-2016 Günay
Salam. Mende olan melumata göre valideyinin ana üçün etdiyi dua geri qayitmir.Sizce bu düzgündür? Bir de bes pvladın valideyin üçün etdiyi dua qebul olunar? Yeni geri qaytmaq meselesine göre.Önceden teşekkürler!
Cavab:
Və aleykum Salam. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Üç dua vardır ki, geri qaytarılmır: Valideynin övladına etdiyi dua, oruclunun və müsafirin duası". (əl-Beyhaqi, 6619).
ardını oxu
17-01-2016 Qadin
Salam.Quranda nece herf var? Mene deyirler 29 bir herfde artirilib 30 olub duzdurmu? Deyirler soradan elave 2 herf artiriblar hansilardir onlar???
Cavab:

Və aleykum Salam. Ərəb əlifbasında 29 hərf var. 

ardını oxu
17-01-2016 gulnay
salam bir sualim olacaq eger qiz usaginan axiti gelerse onda ona cenabet qusulu duwur?
Cavab:

Və aleykum Salam. Şəhvətlə boşalma olarsa qüsl vacib olur. Boşalma olmadan şəhvət hissi nəticəsində axıntı olduqda qüsl yox, namazdan əvvəl dəstəmaz almaq lazım olur.

ardını oxu
14-01-2016 XALIDE
ESselamun aleykum.size sualim beledir mes: FATIME(R.A)Salavat cekirler bu ne derece duzgundur? eger duzduse nece etmeliyik? hezret sozunun menasi nedir?kimlere demek olar?
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua (salavat) verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın". (əl-Əhzab, 56).
ardını oxu
14-01-2016 Emin
Salam aleykum.men bele ewitmiwemki Allahi mueyyen bir sayda zikr etdikde arzusu heyata kecir.bu sozler ne derecede duzgundur.bu barede hedisler varmi?
Cavab:
Və aleykum Salam. Arzunun həyata keçməsi üçün dua etmək lazımdır, bunun üçün müəyyən sayda zikr etmək dinimizdə yoxdur. Daha ətraflı:

Zikr nədir?
ardını oxu
14-01-2016
salam.mən üniversitetdə oxuyuram.dərslərimlə cox məşgul oluram.yazılı imtahanlarda yaxşı yazam.Amma müəllim mənim fikrimcə haqsızlıq.vərəği boş qaytaranlara gözü qarşısında köçürənlərə qohumlarına yüksək qiymət verir mənim isə qiymətimi aşagı yazır.sizcədə haqsızlıqdır bu?və dinimizdə bu necə qarşıl
Cavab:
Və aleykum Salam. Müsəlman bir kəs onun haqqına girəndən şəriətdə icazə verilən tərzdə haqqını tələb etməlidir. Uca Allah buyurur: "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın.
ardını oxu
14-01-2016 Hüseyn
Məhərrəm ayında nəzır qurbanı kəsmək olar?
Cavab:
Salam aleykum. Digər aylarda edilməsi icazəli olan şeylərin hamısını Məhərrəm ayında da etmək olar. Bu cavabları oxuyun:

Məhərrəm ayında yas saxlamaq olarmı?
ardını oxu
14-01-2016
Salamu aleykum.İslamda qalstuk taxmaq icazəlidirmi?əgər icazəli deyilsə yəni bu kafirlərə bənzəməkdirsə onda biz niyə şalvar geyinirik.halbuki şalvar da kafirlərin geyimidir.təşəkkür edirəm.
Cavab:

Və aleykum Salam. Şəriətin ümumi qaydasına əsasən, haram olduğu bildirilməyən şeylərin hamısı halaldır. Məsələn, qızıl və ipəyin kişilərə haram olduğu bildirildiyi üçün qadağandır. Şalvar, qalstuk və s. isə yalnız kafirlərə məxsus geyimlər deyil, onları müsəlmanlar da geyinirlər.

ardını oxu
14-01-2016 Habil
Salam. Mən namaz qılanda təşəhhüd deyərkən bunu oxuya bilərm mi? :"Əlhəmdulillah. La ilahə illalah vəhdəhu la şərikələh və əşhədu ənnə Muhammədən əbduhu v rəsuluh. Allahümmə səlli əla Muhəmmədin və ali Muhamməd". Öncədən təşəkkür.Allah razı olsun.
Cavab:

Və aleykum Salam. Dedikləriniz zikrlər və salavatdır. Namazda təşəhhüdü demək üçün oturduqda Təşəhhüd, onun ardı ilə salavat oxunur.

ardını oxu
14-01-2016
Salam. Mənlə oxuyan sinif yoldaşım var. Mənim qonşumda olan qızı istiyir. Doğurdan, yəni fırladmır.Gedib qolbaq zad düzəldib adlarına taxıb qoluna zad. nəysə. Sualım oduki, Bizə qonşudu qız. Anası ilə atası yola gedmir. Keçən dəfə ( bu qızın 1 bacısı da var) qız bacısı və anası atanı döyüblər.
Cavab:

Və aleykum Salam. Sözsüz ki, valideynə zülm etmək Allahın qəzəbinə səbəb olan ən böyük günahlardan biridir. Bu cür pis əməlləri edən biri ilə evlənmək istəyəni xəbərdar etmək lazımdır və bu, qeybət sayılmır.

ardını oxu
14-01-2016 ferrux
salam.zehmet olmasa deyin baligi diri aldiqdan sonra olmesini gozlemek lazimdir yoxsa ele o deqiqe temizlemek olar.tesekurler
Cavab:

Və aleykum Salam. Balığın ölməsini gözləməyiniz daha yaxşı olar. Balığın başını da kəsə bilərsiniz ki, tez ölsün. Çünki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Bıçağınızı yaxşı itiləyib kəsdiyiniz heyvanı rahat edin". (Müslim, 1955). 

ardını oxu
13-01-2016
Qiz atayla namazqila biler?
Cavab:
Salam aleykum. Qız atası ilə birlikdə namaz qıla bilər. Daha ətraflı: Qadınla kişi bir yerdə namaz qıla bilərmi?
ardını oxu

Pages