25-07-2015 Abdullah
Təraveh namazinda vitir də mütləq camaatla qılınmalıdırmı?
Cavab:

Salam aleykum. Xeyr, təravih namazlarını camaatla qılarkən, vitr namazını da camaatla qılmaq vacib deyil. Vitri saxlayıb sübh namazının vaxtı girənədək istədiyiniz vaxt tək də qıla bilərsiniz.

ardını oxu
25-07-2015
salam aleykum.vitr namazini caamatla qilmaq olarmi.ve vitr namazinda qunut tutmasaq olarmi.hec vaxt tutmamiwam sozlerini bilmirem deye.
Cavab:

Aleykum salam. Bəli, vitr namazını gecə namazlarına birləşdirərək camaatla qılmaq olar. Vitr namazında qunut tutmaq vacib yox, sünnədir. Ümumiyyətlə gecə namazlarını adət halına salmamaq şərtilə hərdən camaatla səsli və ya səssiz şəkildə qılmaq icazəlidir.

ardını oxu
25-07-2015 YUSIF
MUHENMED PEYGENBER NAMAZI NECE QILIRDI
Cavab:

Salam aleykum. Aşağıdakı video səhih hədislərə əsasən, Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) namaz qılma şəklinə uyğun tərtib olunmuşdur: Namazın qılınma qaydası - VİDEO

ardını oxu
25-07-2015 Rəsul
Salam. Zehmet olmasa sualıma bir cavab deyərdiniz. Mən bilmək istəyirəm ki, orucluq vaxtı mən sevgilimlə gəzərkən onun əlindən tuta bilərəmmi? Bir də ki, oruc olan zaman bir birimizi öpə bilərikmi? Ya üzdən ya da dodaqdan?
Cavab:

Aleykum salam. Kəbini olmayan qız və oğlan bir-birinə naməhrəmdir. Naməhrəmlərin istər Ramazanda, istərsə də digər vaxtlarlarda əl-ələ tutması, gəzməsi, söhbət etməsi və s. günahdır. Daha ətraflı:

ardını oxu
25-07-2015
salam aleykum allah orucunuzu qebul etsin emeli salehlerden etsin sizi amin.gece namazinin qaydasini yaza bilersiz? birde vitr namazi nece qilinir allah razi olsun salam aleykum.
ardını oxu
25-07-2015
Salam.eger valideyinlerimin xeberi olmadan ve biliremse onlar razi olmuyacaqlar ere gedirem se bu xaramdirmi?oglan erebdi men azerbaycanli
Cavab:

Aleykum salam. Valideynlərin xəbəri və razılığı olmadan ailə qurmaq qəti qadağandır.

ardını oxu
25-07-2015 loli
Salam.mene dini baximda mes­lehet verseniz cox sevinerem. Men 2 ildi­ki aileliyem. Axrinci orucum niwanli vax­tinda olub. Sonra uzr istiyirem hamile o­lmuwam, uwaq emizdirmiwem orucum alinmiy­ib. Yoldawimla munasibetlerimiz cox aqir­di. Amma orucumu tutanda dualar etdim.
ardını oxu
25-07-2015 UmmAbdullah
Assalamu aleykum. Sualim 1.qashlari almaq olmaz bunu bildik bes uz ve biglari almaq olar ya oda olmaz? 2.ramazanda biz evde 3 nefer yigiwib quran oxuyuruq bir yerde qurani hetim elemek ucun heremiz 4 seyife her namazdan sonra bele elemek olar? Cunki aramizda pis oxuyanlar var duz oxusunlar deye.
Cavab:

Aleykum salam.

ardını oxu
25-07-2015 Turkan
Salam. Mən oruc tutacaqdim oyananda gordumki 05:11dir gec olduğuna gore tuta bilmədim. Amma axşamdan niyyətlenmisdim en son dua edib uzr isteyirem disimi fircalayb yatmsam oyanıb da hecne yememisem. Oruc tutmus kimi sayila biler? Öncədən təşəkkürlər
Cavab:

Aleykum salam. Sahura (oruc üçün səhər yeməyi) durmadan oruc tutmaq olar. Amma sahura durmağınız savab və bərəkət baxımından daha xeyirlidir. Allah Rəsulu (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurub ki, sahura durun, həqiqətən sahurda sizin üçün bərəkət vardır.

ardını oxu
25-07-2015 sebiş
Salam Aleykum.men yoldaşımdan heç bir sözü heçneyi gizlemirem.ama qaynanam biraz ayrl cür xasiyetli oldugu ücün anama atama nese alanda verende qaynanamdan gizliyirem demirem birce yoldaşım bilir meni narahat edir bu günahdırmı.çünki arxamca danışdıgını bilirem.her şey alır verir isdemir menim nese
Cavab:

Aleykum salam. Əsas məsələ, ərinizin xəbərdar olması və razı olmasıdır. Fitnə çıxacağından qorxursunuzsa, qaynananızdan gizləyə bilərsiniz. Ərinizin malını qorumaq, onun icazəsi olmadan xərcləməmək isə üzərinizə düşən ən vacib vəzifələrdəndir.

ardını oxu
25-07-2015
istediyim sureni oxumaliyam yoxsa mecburi sure var
Cavab:

Salam aleykum. Fatihədən sonra sizə rahat gələn istənilən surəni oxuya bilərsiniz. Daha ətraflı:

Namazda Fatihədən sonra hansı surələri oxumaq lazımdır?

ardını oxu
25-07-2015 *
salam. Allahin 99 adini hamsini yazinda ezberlemek isteyirem.mumkunse menalarnida yazin
Cavab:

Aleykum salam. Allahın adlarının izahı ilə bağlı vaxtaşırı məqalələr hazırlayırıq. Həmin məqalələrlə saytın İSLAM bölməsində tanış ola bilərsiniz.

ardını oxu
25-07-2015 *
qapiya gelen dilencini elibow qaytarmaliyiqmi?birda her hafta sedeqe meqsadi ile qepik kenara goyuruq ve dilenci gelenda veririk bu gunahdi?
Cavab:

Salam aleykum. Bu cavabı oxuyun: Dilənçilərə pul vermək olarmı?

ardını oxu
25-07-2015
Salam aleykum. Mən bilirəm ki, naməhrəmlə danışmaq günahdır amma bunu bəzi dindar belə olan insanlara deyəndə deyirlər ki, 'axı tanımasaq olmur bəzi pis xasiyyətlərini hələ təzə öyrənirəm danışmasam necə bilərdim' falan kimi.
Cavab:

Aleykum salam. Evlənməzdən qabaq uzun müddət bir-birini tanımaq ailənin möhkəm olması üçün şərt deyil. Neçə-neçə ailələr olmuşdur ki, tərəflər bir-birini uzun vaxt tanıdıqlarına baxmayaraq, evlənəndən qısa müddət sonra dağılmışdır.

ardını oxu
21-07-2015 Ayka
Salam. Men Azerbaycanda cox problemler yasamis biriyem, axirda basimi goturub qacdim. Hazirda cox inkisaf etmis olkede yasayirm. Normal isim, gelirim var, ailem de yanimda yasayir. Amma getdikce heyat mene maraqsiz gorunur.
Cavab:

Aleykum salam. Qohumlarla əlaqəni kəsmək sözsüz ki, tənhalığa gətirib çıxarır. Uca Allah qohumluq əlaqələrini kəsməyi qadağan etmiş, bağışlamağa isə təşviq etmişdir.

ardını oxu
21-07-2015
salam vehabiler mehemmed peygemberi tanimir? Bilirsiz ureyimada subheler var uzurlu sayin. Bu sayt vehabilerindir? Ham yeni bir wey daniwir. Ondan daqiq bilmek istirem
Cavab:

Aleykum salam. Hər bir müsəlmanın dini kimdən öyrənməsinə diqqət yetirməsi çox vacibdir. Muhəmməd ibn Sirin, Dahhak, İmam Malik (Allah onlara rəhmət etsin) və bir çox məşhur alimlər belə demişlər: "Həqiqətən, bu biliklər – dindir, elə isə baxın, dininizi kimdən götürürsünüz".

ardını oxu
21-07-2015 Qabil Mammadov
Salam Aleykum.Sualim budur ki əmi və dayı qızı mənə naməhrəm olduğu halda onlarla danışmaq olar? Əğər olarsa necə və hansı halda danışmaq olar? Və əğər onlar məndən islam haqqında sual verirlərsə man necə cavablandırmaliyam? ALLAH razi olsun Qabil Mammadov
Cavab:

Aleykum salam. Əmi qızı və dayı qızı naməhrəm olduqları üçün zərurət hallarını çıxmaqla onlarla təklikdə danışmaq, telefonda və ya internetdə yazışmaq qadağandır. Ehtiyac varsa, ümumi məclisdə, başqaları da olan yerdə danışmaq icazəlidir. Sualları da belə yerlərdə cavablandırmaq olar.

ardını oxu
20-07-2015 Abiyev.semistan
salam men bir gunahin tobvbesin 12 defe pozmusam cox pesmanam men ne edim ki bagislanim
ardını oxu
20-07-2015
Salam Aleykum.uzr isteyirem sualima gore a lt paltari eyninde ola ola destemaz almaq olarmi yoxsa gunahdirmi???
Cavab:

Aleykum salam. Bəli, qeyd etdiyiniz halda dəstəmaz almaq olar. Həmçinin oxuyun:

Dəstəmaz almaq qaydası - VİDEO

Dəstəmazı pozan amillər

ardını oxu
20-07-2015 Tahirb
Salam Qardaw Bu Ay Waban Ayidir Oruc Tuta Bilerem Bugunnen? Ve Iftari Ne Vaxt Nece Acmaliyam Azandan evvel yoxsa Sonra?
Cavab:

Və aleykum Salam. Şaban ayında (Ramazan ayından əvvəlki ay) oruc tutmaq müstəhəb (bəyənilən) olan əməllərdəndir.

ardını oxu
20-07-2015
salam menim 2 oglum var,ve qiz isteyirem,men süni mayalanma ile öz erimden hamile qalsam günhdirmi?yeniki süni mayalanma ile usaqin cinsiyetini özün secirsen.Bu günhdir?usaqlarimin ikiside tebii yoldan olub,süni mayalanma olmuyub
Cavab:

Aleykum salam. Süni mayalanmaya yalnız təbii yolla hamiləlik mümkün olmayan hallarda icazə verilir. Daha ətraflı: Süni mayalanma haqqında

ardını oxu
20-07-2015
salam.sizden bir meslehet almaq isteyirem.men namaz qiliram ama kohne emellerimde el ceke bilmirem ozumde istemeden goz zinasi edirem.islamin wertlerine uygun hereket etmirem.emelimle namazim uygun gelmir.bele oldugu halda ne etmeliyem namazi saxlamaliyammi.bir sualda soruwum biz namazi Allah risazi
Cavab:

Aleykum salam. Günahlara görə narahat olmanız müsbət haldır. Günahdan əl çəkə bilmək üçün ibadəti daha da çoxaltmaq və şəriətdə buyurulmuş yollardan istifadə etmək lazımdır.

ardını oxu
20-07-2015 *
salam. Hamilelik doneminda er arvadin yaxinliq etmesi gunahdirmi?
Cavab:
ardını oxu
19-07-2015
Salam aleykum. Mene pul lazim oldugu ucun afisant iwleyirem.bawqa iw yoxdu.iwledikde namazlarim qezaya duwur eve gelib qeza qiliram.toyda musiqode var istemeden qulaq asiram.namegremlerde coxdu6.men nece edim mesehet verin xayiw
Cavab:

Aleykum salam. Ofisiant işləmək öz-özlüyündə günah olmayan bir işdir. Ancaq indiki toylarda ofisiant işləmək bir çox səbəblərə görə haramdır:

ardını oxu
19-07-2015
SALAM ALEYKUME. Ayətul kürsünü ərəbcə oxuyanda sözləri səf tələffüz eləsəm bu düzgündür.məsələn yatağa girəndə bu kürsü səf oxusam.onda kürsü oxumağımın bir mənası varmı?bir dəki.bu kürsüləri oxuyanda səslə oxumalısan yoxsa ürəyindədə oxuya bilərsən.İnşallah cavablandırarsız.Tələsik yazmışam bağışd
Cavab:

Aleykum salam. Əgər bilmədən belə xətalara yol versəniz, bu hal üzürlü sayılır. Lakin bilərəkdən, yaxud səhlənkarlıqdan dolayı mənası dəyişəcək qədər Quran oxuyarkən sözləri səhv tələffüz etmək, əlbəttə ki, böyük günahlardan sayılır.

ardını oxu
19-07-2015 *
salam kebin kaqizi mutleq olmalidirmi?
Cavab:

Aleykum salam. Nigahda kəbin kağızının olması zəruri deyil, çünki nigahda əsas şərt şəriətdəki şərtlərin yerinə yetirilməsidir. Daha ətraflı: Nikah bağlamağın qaydaları

ardını oxu
19-07-2015
Salam bun salavatın menası nedir namazdan sonra oxumaq olar Allâhumme salli alâ Seyyidinâ Muhammedin ve alâ âli Seyyidina Muhammedin salâten tüncînâ bihâ min-cemî’il-ehvâli vel âfat.
Cavab:

Aleykum salam. Bu sözlərlə Allah Rəsuluna (Allahın ona salavatı və salamı olsun) salavat göndərmək bidətdir (dində yenilik), və bununla bağlı Quran və Sünnədə, həmçinin səhabələrdən heç bir səhih xəbər bildirilməyib.

ardını oxu
17-07-2015 murad
Salam aleykum,cənabətli bir şəxsin ölüm ayağında olarkən şəhadət gətirməsi qəbul olunur yoxsa yox?
Cavab:

Aleykum salam. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Ölüm ayağında olan ölülərinizə "Lə İləhə İlləllah" kəlməsini dedizdirin!". (Muslim, Əbu Dəvud, Tirmizi və başqaları). "Kimin son kəlməsi (sözü) "Lə İləhə İlləllah" olarsa, Cənnətə daxil olar.

ardını oxu
17-07-2015
Salam Aleykum. Mene bir sual maraqlidi ola bilsin ereb dili bilmediyimden ireli gelir. Bezi yerlerde Eshedu elle ilehe illallah yazilir bezi yerlerde eshedu enle ilele illallah.Enle ile elle nin ferqi nedir?
Cavab:

Aleykum salam. Yazılışda "ən lə" yazılır, oxunuşda isə "əl lə" deyilir ("əşhədu əl lə iləhə illəllah"). Ərəbcə oxumağı buradan öyrənə bilərsiniz: Quran və təcvid ehkamları

ardını oxu
17-07-2015 Xanim
Qadinlar hansi Namazi sesli qilmalidirlar?(yeni subh yaxud zohr bunlardan hansi sesli qilinmalidir)Namazi ureyinde ve yaxud da picilti ile qilinmasi gunahdirmi? Bir de Namazda qunut,ruku ve secdeden sonra Allahu Ekber deyilmesi gunahdirmi??
Cavab:
Salam aleykum. Vacib namazlardan səsli qılınan namazlar yalnız sübh, məğrib və işa namazlarıdır. Zöhr və Əsr namazlarını isə səsli qılmayın. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu namazları səssiz qılıb.
ardını oxu
17-07-2015 Ülvi
Salam alekum. 1) İçkinin haram olduğunu bilirik və içki olan məclisdə də iştirak etmek olmaz.Hər hansı bir şəxs spirtli içki olan toya dəvət etsə ora getməyib,toya pul göndərmək olarmı?
Cavab:

Aleykum salam.

ardını oxu
17-07-2015 *
salam. Kebin kesdirerken eger 2 wahid ve veli razidirsa qiz razi deilse bu kebin batildirmi?
Cavab:

Aleykum salam. Bəli, qadının razılığı olmadan kəsilən nigah batildir. Daha ətraflı: Kəbində qadının da razılığı vacib şərtdirmi?

ardını oxu
17-07-2015 *
salam.qadin hec bir qizil bele taxmasa olarmi?yoxsa gunahdi? Qadin walvar geyine biler? Wampun sabun haramdi? Epilasiya(tukleri temizlemek veza temizletdirmek) haramdi?duxun istifade etmek olar? Gumuw haramdi? Kiwi aq qizil taxa biler ?cunki aq qizil gumuwe benzeyir axi.
Cavab:

Aleykum salam.

ardını oxu
17-07-2015
salam. Kiwi aq qizil taxa biler ?cunki aq qizil gumuwe benzeyir axi.
Cavab:

Aleykum salam. Ağ qızıl dedikdə təmiz platin nəzərdə tutulursa, istifadə etmək olar, çünki şəriətdə bununla bağlı heç bir qadağa bildirilməyib.

ardını oxu
17-07-2015
Ramazan bayramı nə vaxtdır? Sabah da oruc tutmalıyıq?
Cavab:

Aleykum salam. Bu il Ramazan bayramı İyulun 18-i tarixinə düşür. Mötəbər alimlər bayramı öz yaşadığınınz ölkəyə uyğun qeyd etməyin vacib olduğunu demişlər. Bu səbəbdən başqa ölkələrdə bayramın nə vaxt olmasını araşdırmaq yox, ölkəmizdə verilən fətvaya tabe olmaq lazımdır.

ardını oxu
16-07-2015 Rəşad
Salam Alekum . krevet , xərçəng yemək halalmıdır ?
Cavab:

Aleykum salam. Ümumiyyətlə şəriətə görə ancaq suda yaşayan (quruya çıxmayan) bütün heyvanların yeyilməsi haladır. Quran və səhih hədislərdə dəniz heyvanlarının bəzilərinin haram olması haqqında heç bir göstəriş yoxdur, yəni bütün dəniz qidaları halaldır.

ardını oxu
16-07-2015
Salam Aleykum.Allah sizlerden razi olsun.sualim budur ki, corabin mueyyen shertler daxilinde ustunden mehs cekilmesi haqda eshitmishem ve sizin saytda bu haqda oxumusham.
Cavab:

Aleykum salam. Ümumən corabların və ayaqqabının üstündən məsh çəkmək icazəlidir. Səhabələrin çoxundan corabların və ayaqqabıların üzərinə məsh çəkmək barədə hədislər səhih xəbərlər varid olmuşdur.

ardını oxu
16-07-2015 *
saclari boyama kraskalamaq gunahdi? Birda rengli xinalarda var satiwda karicni,qara ve s .onlarla sac boyamaq olar yoxsa gunahdi?
Cavab:

Aleykum salam. Ümumən saça rəng qoymaq olar, amma qara rəngdən çəkinmək lazımdır. Daha ətraflı: Saça və qaşa xına qoymaq olarmı?

ardını oxu
16-07-2015
Salam aleykum və rəhmətullah. Kainatda Adəmdən öncə insan və ya insana bənzər məxluqat yaradılıbmı? Əgər yaradılmayıbsa bu ayədə: (Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və
Cavab:

Aleykum salam.

ardını oxu
16-07-2015 *
salam keffare nedir?
Cavab:

Aleykum salam. Kəffarə dinin qadağalarını pozan şəxsin bağışlanmağı üçün etməli olduğu əməllərdir. Müxtəlif günahların kəffarəsi müxtəlif cürdür. Məsələn: 

Andın kəffarəsi

ardını oxu
12-07-2015 Abu Omar əl Hənbəli
Əs Sələmu Aləkum va Rahmətullahi va Bərakətuh qardaş. Əgər mümkündürsə xahiş edirəm ki, 31.Loğman surəsinin hamısını ya da yaza biləcəyiniz qədər ərəbcə oxunuşunu qoyardız in şə ALLAH. ALLAH sizdən razı olsun! ALLAH sizi Cənnətlə müjdələsin! ALLAH sizi və ailənizi qorusun! ƏMİN!
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Sizə tövsiyəmiz odur ki, daha yaxşı olar ki, bunun əvəzin sizə ərəbcə Quran oxumağı öyrənməyi öyrəsiniz və buna bacardığınız qədər cəhd göstərəsiniz. Həqiqətən insanın can atdığı şey ona müyəssər olar.

ardını oxu
12-07-2015 *
kebin kaqizini cirib atanda bu kebini batil edir?
Cavab:

Salam aleykum. Xeyr, kəbin kağızını cırıb atmaq kəbini batil etmir. Kəbinin batil olması üçün kişi qadını boşamalıdır - "səni boşayıram" və ya buna bənzər söz deməlidir. Həmçinin oxuyun: İSLAM FİQHİ: NİKAH BÖLÜMÜ

ardını oxu
12-07-2015 *
heyz hali bitmemiw cimmek gunahdi?
Cavab:

Salam aleykum. Heyz halı bitməmiş çimmək olar, amma bu qüsl sayılmır.

ardını oxu
12-07-2015 *
mekke(hecc ziyareti) kerbala mewed ziyaretgah yerleridi bura getmek olar yoxsa buda bidetdi?bu uc yeri ziyaret etmek savabdi?birda mekkeye gedan haci va haci xanim,kerbalaya geden kerbelayi,mewede gedana mewedi adlanir bu duzdumu insanlari bele adlandirmaq?
Cavab:

Salam aleykum. İmkanı çatan hər bir kəsin həcc etməsi vacibdir. Həccə getmək islamın beş şərtindən biridir (şəhadət, namaz, zəkat, oruc, həcc). Uca Allah buyurur: "Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur.

ardını oxu
12-07-2015 *
valideynin ovladindan kusub onu gunlerce dindirmemeyi duzgundurmu?
Cavab:

Salam aleykum. Üç gündən artıq küsülü qalmaq icazəli deyil. Daha ətraflı:

Küsmək barəsində

Valideyn övladı ilə istədiyi kimi davrana bilərmi?

ardını oxu
12-07-2015 *
salam. Dunyasini deiwenlere salavat gondarilir Allahumme suelli ele Muhemmedin ve ali Muhemmed bu wekilda salavat gondarilir.umumiyetle bu dogrudurmu?
Cavab:

Aleykum salam. Salavat yalnız peyğəmbərlərə (Allahın onlara salamı olsun) deyilir. Peyğəmbərlərdən başqasına salavat göndərmək olmaz. Uca Allah buyurur: "Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər!

ardını oxu
11-07-2015 seide
Qebul imtahanina hazirlashiram namazim tez tez qeza olur.ne etmeliyem.gunahdirmi?
ardını oxu
11-07-2015 Usəmə bin Zeyd
Əs Sələmu Aleykum va Rahmətullahi va Bərakətuhu, əziz qardaşım!Belə bir sualım var: " ƏS Sələmu Aleykum " nə zaman deyilir və " SƏLƏMU Aleykum " nə vaxt deyilir. Yəni, bunlar arasındakı qrammatik fərq nədir? ALLAH Subhənəhu və Təalə sizi xeyirlə mükafatlandırsın! :)
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Bu cavabları oxuyun:

"Sələmun aleykum" və "Salam" sözlərinin izahı

Sizə salam olsun!

ardını oxu
11-07-2015 Samir
Salam Aleykum/ Taha suresinin 15 ci ayesinin aciqlamasin genis sekilde yaza bilersiz zehmet olmasa
Cavab:

Aleykum salam. Uca Alla buyurur: "Həmin Saat hökmən gələcək! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala Özümdən belə gizlədirəm". (Ta Hə, 15).

ardını oxu
11-07-2015
Salam. Necesiz? Menim bele bir sualim var iydi : ele hiss ediremki nese fikirlewmiwemse onda gunah qazanmiw olmuwam. Meselcun Quranda deyilir ki Quranin ayelerini fikirlewin. Mende bir gece vaxti fikirlewdim ki goresen Allahin weriki olar? men sadece fikirlewdim.
Cavab:

Aleyku salam. Bu cavabı oxuyun: Pis fikirlərdən necə qorunmalıyıq?

ardını oxu

Pages