Aleykum salam. İstər namazda, istərsə də adi vaxt Quran oxuyarkən səcdə ayəsinə çatdıqda səcdə etmək vacib yox, təkid olunmuş sünnə əməllərdəndir -- edən savab qazanır, etməyənə isə günah yoxdur. Səcdəni həm Quran oxuyan, həm də onu dinləyənlər edirlər.
Aleykum salam.
Aleykum salam. Uca Allah Quranda ölümün əvvəlcədən təyin edilmiş bir yazı olduğunu xəbər vermişdir. Uca Allah buyurur:
"Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür". (Ali-İmran, 145).
Aleykum salam. Cənnətdə heç bir kin, qəzəb və digər pis hisslər olmayacaq, yalnız xoşbəxtlik və sevinc olacaq. Uca Allah buyurur: "Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: "Bizi buna qovuşduran Allaha həmd olsun!
Aleykum salam. Yalan danışmaq böyük günahdır, yalnız bu üç haldan başqa: Küsülüləri barışdırmaq üçün yalan danışmaq, müharibədə düşmənə yalan danışmaq və kişinin öz xanımını tərifləməsi. Sizin məqsədiniz xeyirli olsa da, bu halda yalan danışmaq icazəli deyil.
Aleykum salam. Uca Allah kafirlərlə dost olmağı qadağan etmişdir. Amma onlardan nəsə öyrənmənizə, ticarət etmənizə və s. heç bir qadağa yoxdur. Həmçinin onu İslama dəvət etməlisiniz. Daha ətraflı:
Aleykum salam. Uca Allah buyurur: "Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız?
Aleykum salam. Əksər hallarda Quran və hədislərdə elm deyildikdə şəri elm və onunla əlaqəli elmlər nəzərdə tutulur. Amma ümumən müsəlmanlara fayda verən hər bir elmlə məşğul olmaq xeyirli əməllərdəndir.
Aleykum salam. Dinə, Allahın əmrlərinə zidd şeylər olmamaq şərtilə bədii ədəbiyyat və şeir oxumağa və yazmağa heç bir qadağa yoxdur. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələri içərisində şairlər də olmuş, O da onlardan şeir dinləmişdir. Daha ətraflı:
Aleykum salam. Bu cavabı oxuyun: Peyğəmbərə məxsus olduğu iddia edilən əşyalar həqiqətən ona aiddirmi?
Aleykum salam. Uca Allah buyurur: "Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər onlardan bir dərəcə üstündürlər". (əl-Bəqərə, 228).
Aleykum salam. Bu hallar şeytanın vəsvəsəsi nəticəsində ola bilər. Yatarkən baş verirsə, yatmazdan qabaq zikrləri etmək lazımdır. Daha ətraflı:
Pis yuxulardan necə qorunmaq olar
Aleykum salam.
Aleykum salam. Müsəlman həm başqalarının, həm də özünün günahlarını gizlətməlidir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Allahın qadağan etdiyi iyrənc şeylərdən uzaq durun. Kim bu qəbildən olan bir (günah) işlərsə, qoy bunu Allahın örtməsi ilə örtsün".
Aleykum salam. Qeyd etdiyiniz halların heç biri namaz batil etmir. Amma hər ehtimala qarşı namaz qılarkən qarşınıza sutra qoyun. Daha ətraflı:
Namazı batil edən hallar
Aleykum salam. Bəli, həqiqətən Əli (radıyəllahu anhu) Fatimədən (radıyəllahu anhə) olan qızı Ummu Gülsümü xəlifə Ömərə (radıyəllahu anhu) ərə verib. Bu, müxtəlif tarixi mənbələrdə dəlillərlə qeyd olunub. Ömərin (radıyəllahu anhu) Ümmü Gülsümdən övladları da olmuşdur.
Aleykum salam.
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Sübh namazını qılarsa Allahın himayəsi altında olar. Odur ki, Allahın haqlarını yerinə yetirməkdə sizdən gözlənilənləri yerinə yetirin. Çünki kim bu cür etməzsə, Allah onu yaxalayıb üzü üstə Cəhənnəm atəşinə atar".
Aleykum salam. Uca Allah buyurur: "Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir". (Hud, 107).
Aleykum salam. Başımıza gələn müsibətlər ziyarətgaha görə yox, Allahın qədəri ilə bağlıdır. Bunun ziyarətgahdan olmasına iman gətirmək insanı dindən çıxara bilər.
Aleykum salam. İnsanın adında heç bir düşər-düşməzlik olmur. Bu, xurafat fikirlərdir.
Aleykum salam. Həddindən artıq ağartmaq bəyənilmir. İbn Ömərin (radıyəllahu anhumə) rəvayətinə görə, Allah Rəsulu (salləllahu əleyhi və səlləm) bir uşağın saçının bir hissəsinin taraş edildiyini, digər qisminin olduğu kimi qaldığını gördü.
Aleykum salam. "Allaha məhəbbətim yoxdur" sözünü deməkdən çəkinmək və buna görə tövbə etmək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurur: "Mən qulumun barəmdəki zənni yanındayam. Məni yad etdikcə onunlayam.
Aleykum salam. Bu cavabları oxuyun:
Sevib, sevilmək barədə
Haram sevgini necə unutmaq olar?
Aleykum salam. Bəli, iki nəfərin bir yerdə namaz qılması camaat namazından sayılır. Daha ətraflı:
Camaat namazı necə qılınır?
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Quran surələrini və ya duaları yazdırıb haradansa asmaq yox, onları tez-tez oxumaq və mümkün qədər əzbərləmək lazımdır. Daha ətraflı: Ruzi-bərəkət duasını yazıb evdən asmaq olarmı?
Aleykum salam. Namaz əsnası istisna olmaqla digər hallarda zikr və dua edərkən gözləri yummaq icazəlidir. Namazda gözləri yummaq isə bəyənilmir. Daha ətraflı:
Namazda bəyənilməyən əməllər
Salam aleykum. Bu qadağandır. Bu halın baş verməməsi üçün gözü haramdan qorumaq, şeytandan Allaha sığınaraq çoxlu zikr etmək, şəhvət güclü olduqda isə oruc tutmaq lazımdır. Daha ətraflı: Masturbasiyanı necə tərgitmək olar?
Salam aleykum. Bu cavabı oxuyun: Cümə namazından sonra zöhr namazını da ayrıca qılmaq lazımdırmı?
Aleykum salam.
Aleykum salam. Gündə 5 dəfə azan verilən məscidlərə misal olaraq Təzə bazar yaxınlığındakı Göy məscidi, Elmlər akademiyası metrosu yaxınlığındakı İlahiyyat məscidini, Qaraçuxur qəsəbəsindəki məscidi və s. göstərmək olar.
Aleykumu-s-salam və rahmatullahi və barakatuh. Umm əl-Qura universitetində oxumaq üçün məhrəmlə getmək vacibdir. Ətraflı məlumatı universitetin saytından öyrənə bilərsiniz: https://uqu.edu.sa/english
Aleykum salam. Su varsa, ayaqyolunda su ilə yuyunmaq lazımdır. Su olmayanda salfetdən istifadə etmək olar.
Aleykum salam. İmkan daxilində keçmiş illərin oruclarını tutmaq daha yaxşıdır. Xəstəliyə gəldikdə isə, müalicə olunub daha sonra qəza orucunu tutmaq olar. Daha ətraflı: Xəstəlik səbəbi ilə oruc tutmamaq haqqında
Aleykum salam. Bu cavabı oxuyun: Qibləni necə təyin etmək olar?
Salam aleykum. Cavabı buradan oxuyun: Namaz qılmaq qaydası - VİDEO
Namaz vaxtlarına saytın ana səhifəsindən baxa bilərsiniz.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Çalışın müəllim yanında öyrənin, bu mümkün olmasa, kitablardan və ya videolardan öyrənin və ara-sıra təcvid bilənlərlə görüşün, onların yanında oxuyaraq səhvlərinizi düzəldin.
Aleykum salam. Bu cavabları oxuyun:
Dəstəmaz alarkən dəstəmaz yerlərini neçə dəfə yumaq lazımdır?
Aleykum salam. Uca Allaha dua edirik ki, sizə onun əvəzində gözəl, saleh övladlar versin. Bunun üçün xüsusi bir əməl yoxdur. Sadəcə olaraq əgər əqiq qurbanını kəsməmisinizsə, imkan daxilində əqiq qurbanını kəsmək daha yaxşı olardı.
Aleykum salam. Mütəxəssislərin təcrübəsinə əsasən ruqyə bu cür xəstələrə faydalı olmuşdur. Həmçinin oxuyun:
Allahın kəlamı ilə müalicə
Cadudan necə qorunmaq olar?
Salam aleykum. Bəli, imam yerini almadan iqamə verməkdə heç bir qəbahət yoxdur.
Aleykum salam. Hal-hazırda bunun üzərində işləyirik. Allahın izni ilə yaxın vaxtlarda saytımıza "Quran və səhih hədislərə əsaslandırılmış İslam fiqhi" kitabını oxuya biləcəksiniz.
Aleykum salam. Bir daha istifadəçilərə bildirmək istərdik ki, biz yuxu yozmağı bacarmırıq. Yuxuları mütləq yozmaq və onlara görə hərəkət etmək şəriətdə buyurlmayıb.
Aleykum salam. Bunlar şeytanın vəsvəsələridir. Müsəlman şeytanın vəsvəsələrinə fikir verməməlidir, çünki bu halda vəsvəsə daha da çoxalır. Şeytan dəstəmaz almağı çətin göstərərək insanı namazdan yayındırmağa çalışdırır. Həmçinin oxuyun:
Aleykum salam. Xeyr, daimi olaraq dəstəmaz əvəzinə təyəmmüm almaq olmaz. Daha ətraflı:
Hər gün təyəmmüm almaq olarmı?
Salam aleykum. Bəli, bu hədis kitabları səhihdir və bütün mötəbər islam alimləri tərəfindən qəbul edilmişdir. Daha ətraflı:
Yalnız Quranla kifayətlənərək hədisləri qəbul etməmək olarmı?
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Əvvəlcə qeyd edək ki, sözün əsl deyilişi "saləm" yox, "sələəm" kimidir.
"saləm" (صلم) sözünün mənası "kəsmək", "qoparmaq", "zədələmək" və s. deməkdir.
Aleykum salam. Sizin hansı niyyətlə sevməyinizdən asılı olmayaraq, o qız sizin üçün naməhrəmdir. Naməhrəmlərlə görüşmək və tək qalmaq isə günahdır. Əgər evlənmə niyyətiniz varsa, elçi göndərin.
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Müsəlmanı söymək günah, onunla vuruşmaq isə küfrdür". (əl-Buxari, 64; Muslim, 48; ət-Tirmizi, 2635; ən-Nəsai, 4120). Söyüş söyməyi tərgitməyə çalışmalısınız. Bunun üçün Uca Allahı çox zikr edin.