21-10-2014
Salam. İlk öncə onu qeyd edim ki, mən müsəlmanam. Namaz qılıram. Allah birdir, təkdir, Onun şəriki yoxdur, Məhəmməd (s) də onun peyğəmbəridir. Mən antik əşyaları və qotik üslubda tikilmiş evləri çox xoşlayıram.
Cavab:

Aleykum salam. Evdə ruhu olan canlıların (insan, heyvan və s.) heykəl və rəsmlərinin olması qadağandır. Digər şeylərin heykəl və ya rəsmləri isə ola bilər.

ardını oxu
21-10-2014
Salam Aleykum.men ogluma Yasir adi qoymuwam bu adin menasini bilmek isterdim..sehabe oldugunu ewitmiwem .Daha etrafli bilmek isterdim.bu sehabe haqda.
Cavab:

Aleykum salam. "Yasir" sözünün mənası isə asan, rahat, yüngül deməkdir.

ardını oxu
20-10-2014
Salam. Mən artıq 8 gündür ki, heyzliyəm. Qan yoxdur, amma qəhvəyi rəngli maye də qurtarmır. Bayaq hamama girdim ki, qüsl edim, əmin olmaq üçün istibra etdim (yəni gücənmək yolu ilə) və yenə o açıq qəhvəyi rəngli bulanıq sudan gəldi.
ardını oxu
20-10-2014
Salam. Mən hərbidə işləyirəm və orada dinə soyuq yanaşırlar. Bu səbəbdən mən əsr namazını bəzən 2 dəfə qılıram. Gündə 3 dəfə namaz qılmağı sevmədiyim üçün bir qıla bilməyəcəyimdən qorxub zöhrlə birləşdirib qılıram, bir də görəndə ki, fürsət var öz vaxtında da təkrar qılıram. Bunun bir səhvliyi var?
Cavab:

Aleykum salam. Zərurət yarandıqda əsr namazını öz vaxtında qıla bilməyəcəyinizdən ehtiyat edərək zöhrlə birləşdirib qılmaq olar. Əgər əsr namazının öz vaxtında namaz qılmağa şərait yaransa, yenidən əsr namazını qılmaq olar. Bu halda zöhrlə birləşdirib qıldığınız namaz nafilə sayılacaq.

ardını oxu
20-10-2014
Salam aleykum.Hicab baqlayan qizin el,uzden bashqa ayaqlari ovret yeridirmi?bezi hicablilarda ayaqlari ortulmur.
Cavab:

Aleykum salam. Bəli, qadınlarda ayaqlar da övrət yerindən hesab olunur. Ümumiyyətlə islama görə qadının üzü və əllərindən (biləklərə qədər) başqa bütün bədəni övrət yeri sayılır.

ardını oxu
20-10-2014
Salam. Dəstəmaz aldıqda saç mütləq açıq olmalıdırmı? Keçən dəfə uzun saçla bağlı sual verdim və kəsməyi məsləhət gördünüz. Mən dəstəmaz alanda saçımı hörürəm ki, mənə mane olmasınlar. Dəstəmaz aldıqda saçlarım mütləq açıq olmalıdırmı? Məgər əsas olan məsh yeri deyilmi?
Cavab:

Aleykum salam. Bəli, saçlar da digər bədən üzvləri kimi Uca Allahın bizə nemətidir. Uzun saçları kəsmək vacib deyil, sadəcə sizə çətinlik yaradırsa, istəsəniz kəsə bilərsiniz. Şəriətdə uzun saç saxlamaq haram buyurulmayıb. Həmçinin, başa məsh çəkəndə hörükləri açmaq lazım deyil.

ardını oxu
20-10-2014
Salam aleykum.Bir choxlarinin dilinde,daha doqrusu shie ilahiyyatchilarinin dilinde Qedr-xum bayrami eshitmishem,amma bu haqda melumatim yoxdur.Sizden bu haqda bizi melumatlandirmaqinizi isterdim.Allah sizden razi olsun.Her cavabiniz gozel ve nesihetlidir.
Cavab:

Aleykum salam. İslamda belə bir bayram yoxdur. Bu dinimizdə sonradan uydurlan bir yenilikdir. İslam dinində Allah və Onun Rəslunun (salləllahu aleyhi və səlləm) əmr etdiyi iki mübarək bayram var: Ramazan və Qurban bayramları.

ardını oxu
20-10-2014 Nergiz
Salam,men defelerle tovbe edirem. Amma istemedem pozuram. Pozandan sonra pewman oliram pis oluram. Yenidem tovbe edirem amma ger defesinde pozuram. Nolar mene komek edin. Men ne ede bilerem axi?
Cavab:

Aleykum salam. Əvvəlcə bunu bilmək lazımdır ki, dəfələrlə olsa da, hər dəfə günahı etdikdən sonra tövbə etmək lazımdır.

ardını oxu
20-10-2014
salam men bilmek isterdim teyemmumden sonra destemaz almaq lazimdir? qishda tez tez xestelendiyim ucun mecbur qusl evezine teyemmum etmeli oluram. amma teyemmumden sonra destemaz da alib sonra qiliram namazi. bele qebuldur??
Cavab:

Aleykum salam. Təyəmmüm həm qüsulu, həm də dəstəmazı əvəz edir. Amma istəsəniz təyəmmümdən sonra dəstəmaz ala bilərsiniz. Daha ətraflı: Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?

ardını oxu
20-10-2014 Zeynab
Salam Aleykum Gecə dırnaq tutmaqın hökmü nədir?
Cavab:

Aleykum salam. İstənilən vaxt dırnaq tutmaq olar, gecə vaxtı dırnaq tutmağın insana heç bir ziyanı yoxdur. Bu məqaləni oxuyun: Bəd əlamətlərə inanma!

ardını oxu
20-10-2014
zehmet olmasa imamlar hakkinda etrafli yazardiz men 1 suali 2 defe verdiyden sonra cavab yazirsiz xahis edirem sualimi cavablandirin
Cavab:

Salam aleykum. İnşallah, gələcəkdə Peyğəmbərin (salallahu aleyhi və səlləm) nəslindən olan məhşur şəxslər haqqında məqalələr yazmağı planlaşdırırıq.

ardını oxu
20-10-2014
Salam. Mənim valideynlərim zamanla qəlbimə çox dağlar çəkiblər və zamanla onlara qarşı sevgimin tükəndiyini hiss etdim. Bu günahdırmı?
ardını oxu
18-10-2014 Namelum
salam sizden cox xaisim var sualimi tez cavablandirin cox vacibdi sualima gorede coxlu coxlu uzr istiyirem menim bir tanisim var hamiledi ama korpesi acilmaq uzredir hansi sureni oxumaq olarki anaya korpeyede tesir etsin ve yaxuda hansisa sureni yazib ustunde gezdirmey olar xais edirem tez cavabland
Cavab:

Aleykum salam. Əvvəlcə həkimlər uşağın düşməsinin yoxsa qalmasının hansının daha xeyirli olmasına qərar verməlidirlər. Əgər səbəbini göstərərək uşağın düşməsinin daha xeyirli olmasını desələr, bu zaman heç nə etmək lazım deyil.

ardını oxu
16-10-2014 nuray
men ne vaxtdirki namaz qilmiram yah qiliram yah qilmiram qezalarim coxdu ne edeceyimi bilmirem cox pesmanam bilmirem ne edi sanki uzerimde agir yuk var namaz qilmak istedide nese olur bilmirem ne edim xais edeirem mene bir gosteris veresiniz
Cavab:

Salam aleykum. Bütün bunlar şeytandan gələn vəsvəsələrdir. Gecikmədən tövbə edib namaza başlayın və şeytandan gələn vəsvəsələrə fikir verməyin. Daha ətraflı: 

Nə edim ki, imanım əvvəlki kimi güclü olsun?

ardını oxu
16-10-2014
Salamun Aleykum... Fatihe suresini bir oluye oxuyub bagislamaq caizmi
Cavab:

Aleykum salam. Xeyir, icazəli deyil və bu əməl bidət (dində yenilik) ayılır. Daha ətraflı: Quranı oxuyub ölüyə tapşırmaq olarmı?

ardını oxu
16-10-2014
ferz namazi nece qilinir
Cavab:

Salam aleykum. Bu məqaləyə baxın: Namazın qılınma qaydası - VİDEO

ardını oxu
16-10-2014 Sahib
Salam aleykum. Cume namazi qilindiqda gunorta namazini qilmaq lazimdi ya artiq qilinmis sayilir?
Cavab:

Aleykum salam. Cümə namazı Zöhr namazını əvəz edir və ondan sonra Zöhr namazını qılmağa ehtiyac yoxdur. Cümə namazını qıldıqdan sonra ardınca ayrıca zöhr namazını da qılmaq dinimizdə böyük bidətlərdən (sonradan uydurulan yenilik) sayılır.

ardını oxu
16-10-2014
Salam. Heyz olarkən rahatlıq üçün satılan hazır paketlərdən istifadə etmək günahdırmı? Bir də deyirlər ki, əsgini və ya paketi yumamış atmaq günahdır və həmin şəxsin qüslu da batildir. Bu məlumat doğru ola bilərmi?
Cavab:

Aleykum salam. Dediyiniz paketləri istifadə etməkdə heç bir günah yoxdur. Bu bir rahatçılıqdır və dinimiz də insanlara rahatçılığı tövsiyə edir: "...Allah sizi çətinliyə salmaq istəməz...". (əl-Maidə, 6).

ardını oxu
16-10-2014
Salam. Mən ailəli deyiləm, sevgilim var və onunla biz heç birbirimizin əlindən də tutmamışıq, bütün qaydalara əməl edirik. Amma mən hərdən şəhvani xəyal qururam. Bu günahdırmı?
Cavab:

Aleykum salam. Bu cür xəyallar günah olmasa da günahlara aparır, çünki fikir istək yaradır, istək iradəyə çevrilir, iradə nəticəsində də əməl edilir. Həmçinin oxuyun:

ardını oxu
16-10-2014 Aynaz
Men Namazdan sonra hemise Dua edirem esitdiyime gore Namaz ustunde dua edende ellerin icine baxmaq lazimdir men bilmek isteyiremki dua eden zaman hara baxmaliyam??Suallari cavablandirdiginiz ucun Allah sizden razi olsun.
Cavab:

Salam aleykum. Dua zamanı səmaya baxmaq daha yaxşıdır, çünki səhih hədislərdə də rəvayət olunub ki, peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) dua edərkən gözlərini səmaya tərəf qaldırardı. Ancaq namazda səcdə edilən yerə baxmaq lazımdır.

ardını oxu
16-10-2014 ALLAH BENDESI
Salam menim 2 aydan sonra sizde meni baqislayin qizim dunyaya gelecek. Men qizimin adini RUQEYYA qoymaq iseeyirem, Amma yoldasim isdemir. Men nece edimki qizima bu adi verim? onun konlunde bu ada qarsi hissiyat oyansin tesekkur edirem.
Cavab:

Aleykum salam. Ruqeyyə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) qızlarından birinin adı idi. Yoldaşınıza bunu deyərək onu razı salmağa çalışa bilərsiniz. Əgər razı olmasa, püşk atmanız daha ədalətlidir. 

ardını oxu
16-10-2014 Sadiq
Salam. Axşamınız xeyir. Əgər boyuna cənabət qusulu geldisə, dərhal qusl almaq olar, yoxsa biraz gözləmək lazımdı? Yani təmizlənirəm dərhal alsam?
Cavab:

Aleykum salam. Əgər şərait varsa dərhal alsanız daha yaxşıdır. Həmçinin oxuyun: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

ardını oxu
16-10-2014 Aişə
Salam aleykum, men dedimki Allah hər yerdədir, amma qarşımdakı adam dediki bununka küfrə düşmüş olaram. Belə demək olmazmi?
Cavab:

Aleykum salam. Quran ayələrinə və Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) səhih hədislərinə əsasən Uca Allah göylərdən yuxarıda Ərşin üzərindədir. Allah hər şeydən Ucadır və Ondan yuxarıda heç bir şey yoxdur: "Mərhəmətli Allah Ərşə ucaldı".

ardını oxu
16-10-2014 Berdan
Selamun aleykum. Beyler nasilsiniz? Yuce Rabbimden sizlere iyi gunler ve saatler dilerim. Rabbim ishinizi kolaylashdirip davetinize bereket katip, saytinizi butun islam ummet ichin faydali kilsin! Amin, ya Rabbe-l-alemin... Bana namazin mekruhlari barede yaza bilersinizmi?
Cavab:

Aleykum salam. Allah razı olsun! Əlhəmdulilləh, yaxşıyıq. Namazda bəyənilməyən (məkruh) əməllər aşağıdakılardır:

ardını oxu
15-10-2014 aysel
salam sizin gozdeyme ile bagli cavabinizi oxudum. bes ushaqlara goz deydikde nece edek onlar hele yeni dil acan usaqdirsa biz oxumaliyiq onalrin yerine ve hansi sekilde? menim qizim cox tez tez yixilir hem de bashi daha cox deyir. kesilmemish qurbani var idi onu da kesdridik yene de yixilir.
Cavab:
Aleykum salam. Körpə uşaq üçün duaları siz özünüz oxuya bilərsiniz. Məsələn, gecə yatanda ovcumuza üfürüb əl-İxlas, əl-Fələq, ən-Nəs surələrini və Ayətul-Kursini oxuyub,  bədənimizə sürtürük. Eyni qaydada oxuyub bunu uşaqlara da etmək olar.
ardını oxu
15-10-2014
Salam.menim iki sualim var. 1.men hergun hetta yol gedendede ureyimde ayetel kursunu,feleq ve Nas surelerni deyirem. Ureyimde demeyim duzgun duzgundurmu? 2.emim ve dayim arvadi aileme ve mene cadu edirler. Bu cadularin bize tesir etmemesiycun ne edim?mene komey Edin.
Cavab:
Aleykum salam.

1) Ürənyinizdə oxuduğunuza görə heç bir problem yoxdur. Əksinə Uca Allahın ayələrini oxuduğunuza görə savab qazanırsınız. Lakin bir məsələni qeyd edək ki, oxuyarkən dil və dodaqlar yavaş da olsa tərpənməlidir.
ardını oxu
15-10-2014
Salam əleykum.Sualım bu idi ki hicablı qadınlar və ya qızlar uzun şalvar geyinə bilər?
Cavab:

Aleykum salam. Üstündən gen köynək sallamaq şərtilə qadınlara xas olan enli, əzaları bildirməyən şalvar geyinmək olar.

ardını oxu
13-10-2014
Salam.1sualda,kim bu duani 10defe oxusa40 milyon savab qazanar: siz bu duanin tercumesinde..O ozune hec 1dost ve ovlad goturmemisdir..yazmisiz axi Ibrahim Peygәmbәr onun xelili dostu olmayib?Xahis ederdim bunu izah edesiniz.
Cavab:

Aleykum salam. İbrahim peyğəmbər (aleyhi-s-sələm) və bütün möminlər Allahın dostlarıdır. Uca Allah buyurur: "Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Tağutdur (şeytanlardır).

ardını oxu
13-10-2014
salam eger namaz qiliramsaa men soyus soye bilmerem hansisa bir qiza baxa bilmerem cinsi elaqede ola bilmeerem??bunlar daima bir cooxx adamlarda irad tutulan weylerdii buna deqiq cvb vererdizde
Cavab:

Aleykum salam. Söyüş söymək, ailədən kənar cinsi əlaqə (zina) və s.

ardını oxu
13-10-2014 Ebuzerr
Selamun aleykum va rahmatullah,qardaw menim zovcem mene inanmi.men ne edim o inansin?
Cavab:

Aleykum salam. Allaha çoxlu dua edin ki, sizə qarşı onda inam yaransın, sizə etibar etsin və sizə qarşı pis fikirdə və sui-zəndə olmasın. Ola bilər bu sizin üçün müvəqqəti bir sınaq, imtahan olsun.

ardını oxu
13-10-2014 aygun
salam aleykum. ISLAMDA suini mayalama haqqinda melumat vererdizda,nece baxilir buna? Menim uwagim olmur hekimde deyir ancaq suini mayalanma ile ana ola bilersen.
Cavab:

Aleykum salam. Süni mayalanma ilə bağlı islam alimlərinin fətvasında belə deyilir: Qadın və ya kişidə mövcud olan bir çatışmazlığa görə hamiləlik təbii yolla, yəni normal cinsi əlaqə yolu ilə baş tutmursa, süni mayalanma üsulundan istifadə edilə bilər.

ardını oxu
13-10-2014
salam teyennumu mebel uzerindeki tozla etmek olar?teyennumun pozulma sertleri var?
Cavab:

Aleykum salam. Əgər torpaq olmasa, daşla, tozla və qeyd etdiyiniz şəkildə təyəmmüm ala bilərsiniz. Dəstəmazı pozan amillər təyəmmümü də pozur. Daha ətraflı:

ardını oxu
13-10-2014
Salam Aleykum..Bir nece sualim var.Erimin qardawinin yaninda hicab acmaq olmaz ele ewitmiwem bu dogrudurmu??Birde qayinan opuwub goruwmek olarmi??? Birdeki teyemmum haqda bilmek isterdim...Teyemmum torpaqla qumla edilir he??
Cavab:

Aleykum salam. Qaynınız sizin üçün naməhrəm olduğu üçün onun yanında hicabı açmaq olmaz. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar.

ardını oxu
13-10-2014
Ibrahim peygәmbәrin atasi budperest olmusdur?atasi tarix deyerken kim nezerde tutulur? bizlere vaxt ayirdiginiz ucun cox sagolun.
Cavab:

Salam aleykum. Bəli, İbrahimin (Allahın ona salamı olsun) atası həm bütə sitayiş edən (bütpərəst), həm də büt düzəldən olmuşdur. O, bütləri düzəldib satardı. Uca Allah buyurur: "Bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri tanrılarmı qəbul edirsən?

ardını oxu
13-10-2014
salam wielerde seriet hokmlerni muctehidler ictihad eliyib cixarirlar ama bizde ehli sunnede de ictihad aparirlar men ewitmisemki ictihad bizde baglidi ne sebebe kim bagliyib??
Cavab:

Aleykum salam. İslamda ictihad bağlı deyil. İslami bir termin kimi ictihad -- bir alimin Quran və Sünnədə birbaşa dəlil olmayan bir məsələdə öz biliyindən istifadə edərək hökm çıxarmasıdır. Amma Quran və Sünnədə dəlil olan şeydə ictihad etmək haramdır.

ardını oxu
13-10-2014 a
salam tesehudde sehadet barmagi qibleye teref uzatmaq barede hansi hedisler var? cume ve bayram namazini qilmaq ferzdir?
Cavab:

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və alihi və səlləm) sol ovcunu sol dizinin üstünə aşıq şəkildə qoyardı. Sağ əlinin barmaqlarının hamısını bükərdi. Şəhadət barmağı ilə qibləyə işarə edər və ona baxardı. (Muslim; Əbu Uvanə; İbn Xuzeymə və digərləri. Səhih hədisdir).

ardını oxu
13-10-2014
Salam.2sualim olacaq.ziyaret zamani seytana das atmagin tarixi nedir.1de boyuk kicik seytan ne demekdir.sagolun.
Cavab:

Aleykum salam. Qurban bayramı günü Həcc ziyarətində olanların Mina adlanan ərazidə Camarata daş atmaları və qurban kəsmələri bir ibadətdir və bu ibadət İbrahim peyğəmbərdən (Allahın ina salamı olsun) qalmışdır. Bu ibadətləri yerinə yetirməkdə məqsəd Allahı zikr etməkdir.

ardını oxu
11-10-2014 sevil
Salam men ailə qurmaq istəmirəm. problemlər oldu evdə sevdiyim rayonda yaşayır deyə.Mende indi daha ailə qurmaq istəmirəm. Nə edə bilərəm mən.?Xahiş edirəm cavablandırın.
Cavab:

Aleykum salam. Bu cavabda yazılanları edin: Sevgilimə qovuşa bilmirəm, nə edim?

ardını oxu
11-10-2014
Salam. Nafilə və fərz namazları nə deməkdir və necə qılınır? Qurban bayramının qüsl niyyəti necə deyilir?
Cavab:

Aleykum salam. Fərz namazları Uca Allahın gündə 5 dəfə qılmağı əmr etdiyi namazlardır, onları qılmamaq və ya qılıb tərk etmək böyük günahdır. Nafilə namazları isə qılmamaq olar, lakin qılmaq savabdır. Bu cavabları oxuyun:

ardını oxu
11-10-2014
Salam. Mənim saçlarım dizlərimdəndir. Başqaları kimi yığıb yuxarıdan toplasam həm başım-boynum ağrıyar və halım pisləşər, həm də özüm də bunu etmərəm, çünki oxumuşdum ki, bu cür hicab bağlamaq düzgün deyil.
Cavab:

Aleykum salam. Qeyd etdiyiniz kimi, özünü digər qövmlərə oxşatmaq olmaz. Bu vəziyyətdə ya hər şeyi örtən çadra geyinmək, ya da saçı biraz kəsmək lazımdır. Əgər bu saç sizə Allahın razılığını qazanmaq üçün olan əməlləri etməyə mane olursa, onda kəsmək lazımdır.

ardını oxu
09-10-2014
Salam aleykum. Men bir nece defe namazi terk etmisem ama indi qiliram. Ve bele bir ifade esitmisem ki gah qilib gah qilmayanin yeri cehennemdedir. Bu duzdurmu. Tovbe etmisem Allah bagislayarmi. Allah razi olsun.
Cavab:

Aleykum salam. Namaz qılmamaq və ya qılıb tərk etmək böyük günahdır, amma Uca Allah ürəkdən tövbə edib yenidən namaza başlayanları bağışlayacağını bizə bildirmişdir.

ardını oxu
09-10-2014
Salam.bayraminiz mubarek.men evveller mohurle namaz qilardim.sora ewitdimki bu duzgun deyil. Indi ise mohursuz qiliram ama ureyim naratdi. Elebiliremki duzgun etmirem.mohursuz qiliramsa hara baxmaliyam ve men duzgunmu edirem. ?
Cavab:

Aleykum salam. Sizin də bayramınız mübarək, Allah sizdən də, bizdən də qəbul etsin.  Namazı möhürsüz qılmaq və namaz əsnasında səcdə etdiyiniz yerinə baxmaq lazımdır.

ardını oxu
09-10-2014
Namazi qilarken uzde makiyaj yeni krem ola biler?
Cavab:

Salam aleykum. Üzdə makiyaj olan halda namaz qılına bilər. Amma dəstəmaz vaxtı bədən üzvləri yuyularkən suyun dəriyə çatması şərtdir.

ardını oxu
09-10-2014 Aynaz
Namaz vaxti isiq sonende Namaz qilmaq olarmi?
Cavab:

Salam aleykum. Namaz vaxtı işıq sönəndə namaz qılmaq olar.

ardını oxu
09-10-2014 Sexavet
Salam aleykum sualim beledi ,yas merasimlerinde istirak eden din xadimlerinin oxuduqlari qurana gore pul almaqlari dogrudurmu?onlarin istirak etmeyi vacibdirmi?
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Quranı qəbirstanlıqda pulla oxutmaq günahdırmı?

ardını oxu
09-10-2014 Allahın qulu
Salam aleykum. Ərafa, o günün fəziləti və o gündə tutulan oruc haqqında bura ətraflı, izahlı məlumat yaza bilərsinizmi?
Cavab:

Aleykum salam. Bu məqaləni oxuyun: Zül-hiccə ayının mübarək on günü

ardını oxu
08-10-2014
Salam. Anam bu yaxınlarda Bankdan kredit götürmək istəyir. Mən haramdan qorxan və çox narahat olan biriyəm. Mənim namaz qılmaq üçün səccadəm və namaz paltarım yoxdur. Həmin pulla özümə bunları ala bilərəmmi əgər bu pul haram deyilsə? Bir də ki, dəsmalın üstündə namaz qılmaq günahdır?
Cavab:
Aleykum salam. Maddi çətinliyə düşən kimi bankdan kredit götürmək müsəlmanlara yaraşmayan hərəkətlərdəndir. Kredit və ya faizli borc Allahın ən ağır qadağalarından biridir. Uca Allah buyurur: "Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir.
ardını oxu
08-10-2014
Salam eqer qadinin sehetinde narahatciliq varsa (eseb qerqinliyi, qadin xestelikleri ve onurga sutununda: osteoxondroz,skolioz ve rotasiya) ve istenilmeyen hamilelik bash veribse, bu halda 6-7 heftelik hamilelik abort etmek olarmi qunah sayilirmi?
Cavab:

Aleykum salam. Əgər qadının uşağı dünyaya gətirməsi onun sağlamlığı üçün ciddi təhlükə yaradarsa, abort etməyə icazə verilir. Bunu isə həkimlər təsdiq etməlidir. Digər hallarda isə hamiləliyin neçənci həftədə olmasından asılı olmayaraq abort etmək haramdır.

ardını oxu
08-10-2014
Salamun Aleykum yaş saça mesh etmek olarmi?
Cavab:

Aleykum salam. Bəli, dəstəmaz alarkən yaş başa məsh çəkmək olar. Daha ətraflı: Peyğəmbər (sallallahu aleyhi va səlləm) necə dəstəmaz alardı?

 

ardını oxu
08-10-2014
Salam. Çox üzr istəyirəm, məndə deyəsən soyuqdəymə olduğu üçün tez-tez bağırsaq yeli xaric olur və ibadət zamanı məni çıxılmaz vəziyyətə salır.
ardını oxu

Pages