Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Müsəlman ölkəsində kəsilmiş əti kəsən adamın "bismilləh" deyib-deməməsi, müsəlman olub-olmaması məlum deyilsə, araşdırmadan "bismilləh" deyərək yemək olar. Ölkəmiz də müsəlman ölkəsidir.
Salam aleykum. Bəli, dəstəmaz alarkən əlləri sabunla yumaq olar. Daha ətraflı: Dəstəmazı batil edən hallar
Aleykum salam. İmkan ola-ola kəffarəni yubatmaq yaxşı hal deyil. Əgər imkan varsa, kəffarə ödənməlidir. Ümumən müsəlman Allaha qarşı sadiq və vəfalı olmalı, Allaha söz veribsə, bacardığı qədər sözünə və vədinə əməl etməlidir!
Aleykum salam. Yusuf surəsi böyük olduğu üçün ilk 15 ayəsinin oxunuşunu yaza bildik.
Bismilləəhi-r-rahməəni-r-rahiim:
Aleykum salam. Vitr, namazı həm səsli, həm də səssiz qılına bilər. Həmçinin oxuyun: Vitr namazı necə qılınır?
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) yatağa girərkən "əs-Səcdə" və "əl-Mulk" surələrini oxumadan yatmazdı. (Tirmizi, Nəsəi; Sahihu-l-Cəmi' kitabı, 4/255).
Aleykum salam. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) zina edənlərin daşqalaq olunması əmri çox vaxt düzgün başa düşülmür.
Aleykum salam. İnsanın müsibət vaxtı rahatlıq tapmaması, daim qəlbinin sıxılması və depressiyaya düşməməsi imanın zəifliyindən irəli gəlir.
Aleykum salam. Zina ailədən kənar cinsi əlaqəyə deyilir. Bu, Uca Allahın qəzəbinə səbəb olan və axirət əzabına aparan ən böyük günahlardandır.
Aleykum salam. Zina edən adama Qurandan və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hədislərindən bu günahın şiddətli cəzası haqqında, həmçinin dünya həyatındakı fəsadları barədə dəlillər göstərmək, Allahdan qorxmağa və tövbə etməyə çağırmaq lazımdır.
Və aleykum Salam. İslam beş əsas üzərində qurulmuşdur. Şəhadət gətirərək Uca Allaha və Onun Rəsuluna (salləllahu aleyhi və səlləm) iman gətirən şəxs İslama girmiş olur, amma bundan sonra ondan namaz, zəkat, oruc, həcc kimi vacib əməllər tələb olunur.
Aleykum salam. Uca Allah bizə hər bir halda valideynlərlə gözəl davranmağı əmr etmişdir: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur.
Aleykum salam. Bu hallar tamam aradan qalxana qədər burada yazılanları edin: Cadudan necə qorunmaq olar?
Həmçinin ruqya etdirə bilərsiniz. Allah kömək olsun.
Aleykum salam.
Aleykum salam. Cavabı buradan oxuyun:
Yatağa girərkən oxunan zikrlər
Gecə yatarkən bir tərəfdən digər tərəfə çevrildikdə edilən dua
Aleykum salam. Əgər hansısa bir iş üçün namaz qılmağı nəzir etmisinizsə, gec də olsa, onu qılın. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allaha itaət etməyi nəzir etmişsə, qoy Ona itaət etsin. Kim Ona asi olmağı nəzir etmişsə, Ona asi olmasın".
Salam aleykum. İnşallah yaxın zamanlarda saytımıza peyğəmbərlərin həyatı ilə bağlı kitab əlavə ediləcək. Həmçinin bunu oxuyun: Bütün peyğəmbərlər namaz qılıblarmı?
Salam aleykum. Bəli, səhər acqarına bal yemək faydalıdır. Həmçinin oxuyun: Peyğəmbərin buyurduğu müalicəvi vasitələr
Aleykum salam. Bu cavabı oxuyun: Masturbasiyanı necə tərgitmək olar?
Aleykum salam. Bu kağızları yandırıb ata bilərsiniz.
Salam aleykum. Heyz və cənabət halında dua etmək olar, Quran oxumaq isə olmaz. Yalnız qadınlara heyz vaxtı əzbərdən, kitabı əlinə almadan Quran oxumağa icazə verilir. Daha ətraflı:
Heyz və cunublu halda Quran oxumaq barədə
Aleykum salam. Bu cavabları oxuyun:
Duaların qəbul olunması üçün nə etmək lazımdır?
Sevib, sevilmək barədə
Aleykum salam. Yuxuda cünub olmamaq üçün oyaq vaxtı harama baxmamaq, yatmazdan qabaq isə zikrləri etmək lazımdır. Daha ətraflı: Pis yuxulardan necə qorunmaq olar?
Aleykum salam.
Aleykum salam. Cavabı buradan oxuyun: Gecə namazı necə qılınır?
Və aleykum Salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sübh namazının vaxtı dan yeri söküləndən günəş çıxmağa başlayana qədərdir. Gün çıxmağa başladıqda isə namaz qılmayın, çünki o şeytanın iki buynuzu arasından çıxır". (Muslim, 612).
Salam aleykum. İslama qədərki dövrdə köləlik ən pis formalarda mövcud idi. Buraya müharibə zamanı ələ keçirilən əsirlərin kölələşdirilməsi, insan oğurluğu, azad insanın borcunu ödəyə bilməyərək köləyə çevrilməsi, ehtiyac üzündən kölə olmaq və digər hallar daxil idi.
Salam aleykum. Kredit götürmək qadağandır. Hədisdə buyurulmuşdur ki: "Rəsulullah ribanı (faiz) yeyənə, yedirdənə (burada faiz alan və verən nəzərdə tutulur), (müqaviləni) tərtib edənə, şahidlik edənə lənət etdi və: "Onlar bərabərdirlər" - dedi. (Muslim).
Aleykum salam. Qüsl olmadan namaz qılmaq olmaz, dəstəmaz isə qüslu əvəz etmir.
Aleykum salam. Yataq otağında namaz qılmaq olar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hamam və qəbirstanlıqdan başqa yer üzünün hər tərəfi səcdəgahdır".
Aleykum salam. Kəbin olmadan biryerdə yaşamaq və cinsi əlaqədə olmaq böyük və cəzası şiddətli olan günah -- zinadır. Kəbin kəsdirməyi tələb etməli, olmasa Allahdan qorxaraq tövbə etmək və bu əməldən çəkinmək lazımdır.
Aleykum salam. Bəli, qeyd etdiyiniz halda Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) adını çəkmək icazəlidir.
Aleykum salam. Naməhrəmlə danışmaq günahdır, tövbə edərək bundan çəkinməlisiniz. Onun anasının icazə verməsi isə sizə ünsiyyətdə olmağı halal etmir. Bu həddi valideynlər yox, Allah qoymuşdur, elə isə Allahdan qorxun! Daha ətraflı:
Aleykum salam. Müsəlman əqidəsinin əsasını Allahın və Onun Rəsulunun (salləllahu aleyhi və səlləm) əmrlərinə itaət təşkil edir. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Mən necə namaz qılıramsa.
Aleykum salam. Dırnaq boyası və ya lak dırnağın üzərində təbəqə yaradaraq suyun dırnağa çatmasına mane olur. Bu səbəbdən dəstəmaz almazdan qabaq dırnaq boyası silinməlidir. Heyz zamanı qadınlar namaz qılmadıqları üçün dırnaq boyasından daha çox istifadə edə bilərlər.
Salam aleykum. Əriniz şərab içərək günah qazansa da, sizə buna görə günah yazılmır. Amma onu gözəl əxlaqla günahdan çəkinməyə və Allaha itaət etməyə dəvət etməlisiniz. Uca Allah buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz.
Aleykum salam. Kişilərin məscidə gedib camaatla namaz qılması daha çox savabdır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Camaatla qılınan namaz tək qılınan namazdan iyirmi yeddi dərəcə daha fəzilətlidir". (Muslim, 1509).
Aleykum salam. Uca Allah buyurur:
Aleykum salam. Quran və səhih hədislərdə bu barədə hansısa bir dua bildirilməmişdir. Amma alimlərə görə bu halda ümumən Qurani kərim oxumaq və ya dinləmək faydalıdır. Uca Allah buyurur: "Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik.
Aleykum salam. Şəriətə görə donuz və it istisna olmaqla heyvanın ətinin yeyilən və ya yeyilməyən, ölü və ya diri olmasından asılı olmayaraq dərisi, yunu, tükü və ya lələkləri təmiz sayılır və istifadə edilə bilər.
Aleykum salam. Bu cavabı oxuyun: Hansı heyvanları öldürmək olar?
Aleykum salam. Bundan çəkinmək lazımdır. Daha ətraflı:
"Qiyamətə yaxın geyimləri olsa da, çılpaq görsənən qadınlar" hədisinin izahı
Salam aleykum. Tövbə etmək üçün ürəkdən peşman olmaq, Allahdan bağışlanma diləmək və bir daha həmin əmələ qayıtmamağa qərar vermək lazımdır. İstəsəniz 2 rükət nafilə namaz da qıla bilərsiniz.
Aleykum salam.
Allahın hər şeyi bilməsi haqqında:
Aleykum salam. Namazın 9 şərti var:
Aleykumu-s-sələm va rahmətullahi va bəraktuhu. Bəli, səcdədə dua etmək olar.
Daha ətraflı:
Səcdədə dua etmək doğrudurmu?
Salam aleykum. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) yalnız mənaları pis olan adların dəyişdirilməsini tövsiyə edərdi. Digər hallarda isə buna ehtiyac yoxdur. Roman adı əslən latın mənşəli söz olub mənası Rumlu (Romalı), Rumdan olan deməkdir, burada pis məna yoxdur.
Aleykum salam. Bu cavabı oxuyun: Allahın təkliyinə dair şübhələrim var, səhih dəlillər yaza bilərsinizmi?