09-07-2023
Salam, niyyət etmişdim ki, işə düzəlim qurban kəsəcəm. İşə düzəldim, amma qurbana kəsməyə mənə pul vermirlər, sonra kəsərik deyə ötüşdürürlər. Sualım odur ki, qurban əvəzinə pul verə bilərəmmi yoxsul kimsəyə? Ya kəsməyim vacibdirmi? Əgər pul verə bilərəmsə, nə qədər pul edər bu?
Cavab:

Va aleykum Salam. Nəzir edən insan niyyətində tutduğunu olduğu kimi yerinə yetirməlidir. Qurban niyyət edilibsə mütləq qurban kəsilməlidir. Onun əvəzinə pul vermək sayılmır. Ətraflı oxuyun:

ardını oxu
09-07-2023 Qəzənfər
Salamaleykum ayaqyolunda yerə 1 damcı nəcis düşərsə yeri yuduqdan sonra dəstəmaz almalıyam yoxsa yumasam olar Allah razı olsun
Cavab:

Va aleykum Salam. Hər hansı bir yerə bulaşan nəcasəti təmizləmək dəstəmazı pozmur. Ətraflı oxuyun:

ardını oxu
09-07-2023
Salam Aleykum.Namaz qilmayan biri peyğembere salavat demeyinin faydasi varmi?
Cavab:

Va aleykum Salam. Namaz qılmamaq çox böyük günahlardan biridir, lakin namazın qılınmasının vacib olduğunu bilən və səhlənkarlıqdan qılmayan insan namaz qılmasa da, bu böyük günahı etsə də müsəlman sayılır.

ardını oxu
09-07-2023 Zeyd
Selam Aleykum.Mən aldıqım maaşın 15 faizin atamnan gizliyirem yeni men tez tez neyese pul istedikde vermir dava daniwiq etdiyi ucun mende özume zövceme her deyqe nese lazim olanda o puldan istifade edirem ya hansisa ehtiyaci olana komeklik edirem bunda günah qazanirammı ?
Cavab:

Va aleykum Salam. Oğul qazandığı maaşın hamısını atasına bildirməyə borclu deyil. Xüsusilə də əgər bunda məsləhət varsa. Odur ki, buna görə sizə günah yazılmır.  

ardını oxu
09-07-2023 ,
Salam Aleykum . ALLAH SİZDEN RAZİ OLSUN BİLMEDİYİMİZ ŞEYLERİ BİZE ÖYREDİRSİZ.MENİM 2 SUALİM VAR . 1) MEN XESTEXANADA İŞLEYİREM İŞLEDİYİM YERDE HEKİM SENEDE GÖRE XESTEDEN PUL ALMAMİZİ İSTEYİR . BU GÜNAHDİRMİ? HARAM PUL SAYİLİRMİ ?
Cavab:

-Va aleykum Salam.

ardını oxu
08-07-2023
Salam her hansi bir ucan heyvan kesdikde xirda qan damcilari paltara duserse hemin paltarna. Namaz qilmaq olarmi
Cavab:

Va aleykum Salam. Heyvan kəsərkən axan qan "dəm məsfuh" (axan qan) adlanır və bu qan İslam alimlərinin yekdil rəyinə görə nəcis (murdar) sayılır.

ardını oxu
08-07-2023
Salam. Mənim 17 yaşım var 2 aydır namaz qılıram. Dəstnamaz alarkən bilməyərəkdən qulağa məsh çəkmək hissəsini ötüb başıma və ayaqlarıma məsh çəkdim. Bu, dəstnamazı batil edər?
Cavab:

Va aleykum Salam. Qulaqlara məsh çəkmək vacibdir və qulaqlar başdan sayılır. Əgər qulaqlara məsh çəkilməmişsə dəstəmazı yenidən almaq lazımdır. Ətraflı oxuyun:

ardını oxu
08-07-2023
Salam mən yeni il bayramını qeyd etmirem amma evdəkilər qeyd qaynanam qaynatam meni onlarla bir he yeyirəm yemek indi bayrama gote salat yemek falan edecekler mən o yemeklerden yemek istemirem cun ki bayram günü bişir amma evde ancaq o yemekler olacaq deyə bilərsiz ne ne edim yesem günahdır mi keçir
Cavab:

Əssələmu aleykum. Qeyri-İslami bayramlar münasibətilə açılmış süfrələrdə oturmaq və bu süfrələrdə yemək olmaz. Lakin əgər evdə bu yeməklərdən başqa yeməyə bir şey yoxdursa, bu halda bayram süfrəsində oturmamaq şərti ilə bu yeməklərdən yemək icazəlidir. Həmçinin oxuyun:

ardını oxu
08-07-2023
Salam kimese acig vermey gunahdu
Cavab:

Va aleykum Salam. İnsan Uca Allahın ona verdiyi nemətlərlə yalnız Axirəti qazanmağa can atmalı və bu nemətlərin Allah tərəfindən olduğunu etiraf edib ətrafdakı insanların yanında təkəbbürlük etməməlidir.

ardını oxu
08-07-2023
əs sələmu aleykum 1 Allahın eşitməsi kamildi qulun eşitməsi naqisdi bəs Allah qüdrət versə qulda kamil eşidə bilər bunu ətraflı məlumat verə bilərsiz 2 özünə təlqin deyirlər məsələn ölümcül xəstədi özünü inandırır ki sağalacaq sonra sağalır iradə gücünə belə şey ola bilərmi
Cavab:

Va aleykum Salam.


1) Uca Allahın ad və sifətlərinə imanın əsaslarından biri də budur ki, Uca Allah heç bir sifətində yaratdığı məxluqlara bənzəmir. Həmçinin heç bir məxluq da Allaha tay ola bilməz. Bu barədə ətraflı oxuyun:

ardını oxu
07-07-2023 Hz.İnsan
Salam, bilmək istəyirəm islamda Cəlcəlütiyyə adlı dua varmıdır ? Belə bir sirli dua varmıdır ? Səhihmidir ? Əgər səhih deyilsə kimin uydurmasıdır ? Məqsədləri nədir ?
Cavab:

Va aleykum Salam. İslam dinində belə dua mövcud deyil. Dua - Uca Allahdan xeyir diləmək və şərdən Ona sığınmaqdır. Belə dua növünün kimlər uydurduğu barədə məlumatımız yoxdur. Həmçinin oxuyun:

ardını oxu
07-07-2023 .....
Salam "Heyatınızı istediyiniz kimi yaşayın"cümlesi sizce düzgün bir sözdürmü? Mence insanlar müqeddes "Quranikerim" kitabını oxusaydılar ele demezdiler.
Cavab:

Va aleykum Salam. Uca Allah insanları Onu tanıyıb yalnız Ona ibadət etmək üçün yaradıb. İnsanın dünyaya gəlişinin məqsədi tək olan Allaha ibadət etməkdir.

ardını oxu
07-07-2023 Nərmin
Salam Men 2 ildir işsizəm Falciya baxdirmsan hamsi deyir Duzelmeyeceksiz sizde emel var pul yolnizda bagliliq var bunun ucun xususi bir dua varmi,
Cavab:

Va aleykum Salam. Falçı yanına getmək günah sayılır. İşinizin düzəlməsi üçün isə Allaha sığının və yalnız Ona təvəkkül edib çoxlu dua edin. Allah sizə kömək olsun! Bu cavabları oxuyun:

ardını oxu
07-07-2023
Evli Qadın cahildise onu boşamaq olar. Hamsi hallarda qadindan boşanmaq olar
Cavab:
Əssələmu aleykum. Bu cavabı oxuyun:
Boşanmaq günahdırmı?
ardını oxu
06-07-2023 F
Salam aleykum va rahmatullahu va barakatuhu.Sualim budur ki,saqqal meselesinde ailede problem olur.Saqqalima el gezdirirem amma bunu vacib sunne oldugun bilirem.Men nece edim yardim ederdiz.Is yerimdede saxlasam alimlerin arasinda olan 2 reyden birin goturub(4 barmaq) isden uzaqlasdiracaqlar.Sozsuz
Cavab:

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Hər bir halda bacardığınız qədər günahlardan çəkinmək lazımdır. Bu cavabları oxuyun:


Şəriətə görə saqqal saxlamaq vacibdirmi?

ardını oxu
06-07-2023 Abdullah
Asalamu aleykum. evliliyi gecikdiren qizlara nesihet ederdiz, bele ki, bir çox qardaş bundan eziyyet çekir, çünükü qizlara ere getmek istemir. bu ne derece de düzgündür? axı onlar bele etmekle ümmete ziyan vururlar. hemcinin cemiyyete ve s. Allah üçün bele qızlara ve valideynlerine nesihet edin.
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
06-07-2023
Salam.Atamı aniden ürektutmasından itirdim.Hemin vaxt men 8 aylıq hamileydim.illerdir atam neve hesreti çekirdi,amma arzusuna cata bilmedi((atam 8 fevral axşamüstü rehmete getdi.mense7-sinden 8 fevrala keçen gece atam üçün özüm de bilmeden sağlam olmasını niyet edib yasin oxudum.bunun atama hansısa
Cavab:

Va aleykum Salam. Uca Allah atanızı rəhmət etsin, günahlarını bağışlasın! Sizə isə səbir versin!


Vəfat etmiş valideyni üçün "Yasin" oxumaq dinimizdə buyurulmayıb. Bu əməl dinə edilən yenilik sayılır. Dinimiz ölən insana fayda verəcək başqa əməlləri bildirib. Ətraflı oxuyun:

ardını oxu
06-07-2023 Resad
Salamaleykum.bir sualım var üzr isteyirem kişi yaxud qadınin cinsiyyet orqanina el vurması ve bu halda ehtiraslanmasi ve bunun verdis halına gelmesi günahdırmı?
Cavab:

Va aleykum Salam. Sadəcə toxunmaqla ehtiraslanmaq günah deyil. Lakin belə halın vərdiş halını alması insanı haram işlərə (masturbasiya etməyə) sövq edə bilər. Odur ki bu əməli tərgitmək məsləhətdir. Əgər toxunmaqla intim xəyallar əmələ gəlirsə, bu günah sayılır. Ətraflı bu cavabı oxuyun:

ardını oxu
06-07-2023 Kənan
Əssələmu aleykum. Mən istifadə üçün "birkart cashback" götürmüşəm. Sadəcə bu kartda birşey var ki, kartdakı məbləğ 500 manatı keçdikdən sonra üstünə depozit faizi gəlir yəni, bonus kimi üstünə faiz gəlir. Mən 500 manatı keçməmək şərti ilə bu kartı istifadə edə bilərəmmi?
Cavab:

Va aleykum Salam. Əgər karta qoyulacaq məbləğ 500 manatı keçməyəcəksə, bu halda bu kartdan istifadə etmək icazəlidir. Həmçinin oxuyun:


Debet kartlarından istifadə etmək olarmı?

ardını oxu
05-07-2023 Kamil Süleymanov
Salam aleykum. Suya israf etməmək üçün ağzıma və burnuma 1 dəfə su alıram və üzümə də 1 dəfə su vururam. Belə etmək olar? Yoxsa etməyim bir daha?
Cavab:

Va aleykum Salam. Dəstəmaz alarkən dəstəmaz əzalarını üç dəfə yumaq müstəhəb, bir dəfə yumaq isə vacibdir. Üç dəfədən artıq yumaq isə israf sayılır. Su az olduğu hallarda suya qənaət etmək məqsədilə bir dəfə yumaq məsləhətdir.

ardını oxu
05-07-2023
Salam mən səhər saat 9a işləmiş işə gedirəm, saat 13:00dan 15:00adək obed vaxtıdı, evdə oluram həmin vaxt və axşam saat 20:00da işdən çıxıram. Həmçinin namazda qılmaq istəyirəm lakin işdə qıla bilmərəm, ancaq evdə olduğum vaxtlar qıl bilərəm. Nə etməliyəm?
Cavab:

Va aleykum Salam. Namazın vaxtları saytımlzda var. Əgər ümumiyyətlə oturaraq namaz qılmaq da mümkün deyilsə, iş günlərində Zöhr namazı ilə birlikdə Əsr namazını da qılın. Məğrib və İşa namazlarını isə evdə rahat şəkildə qıla bilərsiniz. Həmçinin oxuyun:

ardını oxu
05-07-2023
Salam1Harasa getdikde(gezmeye,hekim qebuluna,qonaq gedende)namazi qezaya saxlamaq olmaz?Belke hec cur sherait yoxdursa onda nece?2Qadin destemaz aldıqda saci yigili olduqda ve ya bash örtüsu olduqda onu acib bashina mesh çekmelidir?3Niqab taxdigimiz zaman onu istediyimiz vaxt acib istediymiz vaxt ta
Cavab:

Va aleykum Salam. 


1) Heç bir halda namazı qəzaya saxlamaq olmaz. Ətraflı oxuyun:


Şərait olmadığı üçün namaz qılmıram

ardını oxu
05-07-2023
Salam aleykum. Ağızın formasını(çeneni,dişleri) deyişmek dinde qebul olunur?
Cavab:

Va aleykum Salam. Əgər çənədə və ya dişlərdə ciddi eyib varsa, bu halda plastik əməliyyat etməklə bu eyibi aradan qaldırmaq icazəlidir. Əgər çənədə və ya dişlərdə heç bir eyib yoxdursa, sadəcə formasını dəyişmək qadağandır. Ətraflı bu cavabı oxuyun:

ardını oxu
05-07-2023
Salam alekum itle bagli sual vermey isdeyirdim mende heyetde it var zvanok balaca heyetde saxlayiram oda gunah sayilir
Cavab:

Va aleykum Salam. Qorumaq məqsədilə evdən kənarda, həyətdə it saxlamaq icazəlidir. Ətraflı oxuyun:

ardını oxu
04-07-2023 Davud
Es selami aleykum suala gore bagişlayin kişi qadinin ovret yerinen opmesi haramdirmi?
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Oral intim münasibət icazəlidirmi?

ardını oxu
04-07-2023
Salam aleykum, Quranı Azərbaycan hərfləri ilə amma tərcümə olunmadan (Ərəb dilində) oxumaq savabdırmı?
Cavab:

Va aleykum Salam. Quranı azərbaycan hərfləri ilə ərəb dilində (transkripsiya ilə) oxumaq düzgün deyil, çünki ərəb dilində bir çox hərflərin azərbaycan dilində qarşılığı yoxdur və bu səbəbdən oxuyarkən səhvlərə yol vermək olar. Hətta bəzi hallarda məna dəyişə bilər.

ardını oxu
04-07-2023
Salam men nece cenabet quslu ala bilerem bizde tus du su gelir yeni uc defe su tokmek olmur
Cavab:
ardını oxu
04-07-2023 Günay
Salam.Men 1 il 4 ay evli oldum.Meni qoyub anasının yanında yatırdı.Guya islah edir!Yoldaşım menim cinsi haqqımı ödemirdi ve 1 il bacı qardaş münasibetinde olduq.4 ay yaşamağımız da biyabırçı günündü olub.Aramızda söz söhbet olan kimi redd ol dedenin evine, cır-cındırını yığ get, boşanacağıq ve s kim
Cavab:

Va aleykum Salam. Ailədə kişinin haqları olduğu kimi qadının da haqları var. O cümlədən cinsi yaxınlıq da bu haqlardandır. Sualda qeyd edilən sözlərin boşanma olub-olmaması kişinin niyyətindən asılıdır. Həmçinin qadının Ətraflı bu cavabları oxuyun:

ardını oxu
04-07-2023 Sara
Salam Asiya adı ilə bağlı olacaq sualım bir cavabda yazmısız “Asiyə" (ع, ayn və ص, sad) hərfləri ilə yazılarsa, ərəb dilində "asi olan, üsyan edən" mənasını verər.
Cavab:

Va aleykum Salam. Ərəb dilində olan bəzi hərflərin azərbaycan dilində qarşılığı olmadığı üçün həm آسية - Əsiyə, həm də عاصية - Asiyə adları azərbaycan dilində eyni cür "Asiyə" kimi səslənir.

ardını oxu
03-07-2023
Sələm Aləykum birisi sehadet kelmesini getirmiyib amma illerdirki muselman kimi yasayib bir muselman neler etmelidir her seyi edib yeni normal muselman kimi amma bunun islama girmesi sehadet kelimesi ile olmayib sadece namaza başlayıb sonrada ele davam edib.indi ise vesveseler gelir bunun islamı seh
Cavab:

Va aleykum Salam. Sözsüz ki, bir insanın İslama daxil olması üçün Şəhadət kəlməsini ərəb dilində dilə gətirib mənasını qəbul etməlidir və qəlbən onu təsdiqləməlidir. Əgər insan namaz qılandırsa bu insan namaz əsnasında Şəhadət kəlməsini gətirmiş olur və bununla da İslama daxil olmuş olur.

ardını oxu
03-07-2023 Fuad
Es salamu aleykum zövcesinin devetile islamı qebul eden sahabe kiydi xatirladardinz. Talha olub?
Cavab:

Va aleykum Salam. Zövcəsi tərəfindən İslamı qəbul edən səhabə Əbu Talhə əl-Ənsari (Allah ondan razı olsun) olmuşdur. Ətraflı oxuyun:

ardını oxu
03-07-2023 Nurlan
Salam Aleykum men Litvada yaşayıram ve burada sozsuzki toyuq eti bismillah ile kesilmir. Lakin marketlerde temiz sekilde qablasdirilmis formada var. Bu halda men me etmeliyem yeye bilerem yoxsa yox.
Cavab:

Va aleykum Salam. Uca Allah müsəlmanlara Kitab Əhlinin (xaçpərəst və yəhudilərin) kəsdikləri ətləri yeməyi halal etmişdir. Kitab Əhli heyvanı kəsərkən "bismilləh" deməsə belə onların kəsdikləri əti yemək icazəlidir. Uca Allah buyurur: "Bu gün pak nemətlər sizə halal edildi.

ardını oxu
03-07-2023
əs Səlamu aleykum Henefi mezhebe göre namaz qilmaq olar?
Cavab:

Va aleykum Salam. Məzhəblər arasında namazın qılınma qaydasında çox cüzi fərq var. Bu fərq namazın rükn və vaciblərində deyil, namazın sünnələrindədir. Odur ki, istənilən məzhəbə görə namaz qılma qaydası demək olar ki eynidir.

ardını oxu
03-07-2023
Salam Aleykum. Bir sual vermək istəyirəm, üzrlü sayın. Əgər namaz vaxtı girəndən sonra heyz olarsa, o namaz qəza sayılır? Yəni hələ namazən vaxtı girəndən çıxmamışa qədər heyz olur, amma hələ namaz qılınmayıbsa,vaxt olduğuna görə qəza olur?
Cavab:

Va aleykum Salam. Əgər bir namazın vaxtı girərsə və qadın həmin namazı qılmağa imkanı olduğu halda gecikdirərsə və bu əsnada heyz olarsa, təmizləndikdən sonra bu namazı dərhal qəza etməlidir. Ətraflı oxuyun:

ardını oxu
02-07-2023
Salam.ne ucun henefiler iwa namazinda sunneti ikiden cox qilirlar
Cavab:

Va aleykum Salam. İşa namazından sonra Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) gün ərzində çox vaxt qılıb nadir hallarda tərk etdiyi iki rükət sünnə namazı qılınır. Lakin İşa namazından sonra bəzən dörd rükət sünnə namazı qılınmasına da dəlillər var.

ardını oxu
02-07-2023
Evin icində it saxlayırlasa o evə mömin gedə bilərmi ?
Cavab:
ardını oxu
02-07-2023
Salam aleykum. Qonaq gələn naməhrəm insanlara(bibioğulları kimi) məhrəmlərin yanında olmaq şərtilə onlara salam verməyim, ünsiyyətdə olmağım nə dərəcədə düzgündür?
Cavab:

Va aleykum Salam. Qadının naməhərm qohumlarla əllə görüşməsi haramdır. Şifahi salamlaşmaq isə məhrəmlərin yanında icazəlidir. Ümumiyyətlə qadının məhrəmlərin yanında olsa belə naməhrəm kişilərlə çox ünsiyyətdə olması bəyənilmir. Ətraflı oxuyun:

ardını oxu
02-07-2023 Rovsen
Salam aleykum! Evlilik barede bir aileden qiz aliriq elçi gedib razidirlarsa Bunyan sonra evlenecek cutluklerin evlilikden qabaq boynuna hansi haqlar ve islami qaydalara riayet edilmelidirler
Cavab:

Va aleykum Salam. İlk növbədə evlənmək istəyən cütlük bilməlidir ki, kəbin olana qədər onlar naməhrəm sayılırlar və təklikdə qalmaqdan, habelə zərurət olmadan ünsiyyətdən çəkinməlidirlər. Lakin nikah və toyla əlaqəli məsələlər barədə şahidlərin iştirakı ilə söhbət edə bilərlər.

ardını oxu
02-07-2023
salam uzurlu sayin menden tez tez vaginal axitni gelir bu menim destnamazimi pozurmu yeni xesteliydi sadece indi bunu mualice ede bilmirem ne etmeliyem?
Cavab:

Va aleykum Salam. Bu cavaabları oxuyun:

ardını oxu
02-07-2023 İlkin
Salam. Namaz qılmağa başlamaq niyyətindəyəm, inşaAllah. Allah nəsib etsin. Namaz qılmaqla əlaqəli videolarınızı da izləmişəm, çox kömək oldu. Allah sizlərdən razı olsun. Sadəcə başlamazdan öncə bəzi şeyləri özüm üçün dəqiqləşdirmək istəyirəm. Namaz qılmağa başlamazdan əvvəl qüsl alınmalıdır.
Cavab:
Və aleykum salam. Namaza başlamanız münasibəti ilə sizi təbrik edirik, Uca Allaha dua edirik ki, sizi sabit etsin və sevdiklərinizlə birlikdə Cənnətə daxil etsin! Namaz qılmağa yeni başlayan insanın qüsl alması məsləhətdir.
ardını oxu
01-07-2023
Salam.İtmiş bir şey tapıb ,istifade etmek ve ya satmaq günah sayılırmı?Axtarırsan sahibi çıxmırda.
Cavab:

Va aleykum Salam. Əgər tapılan əşya dəyərli deyilsə, yəni köhnəlmiş və ya ucuz bir şeydirsə, bu əşyalardan istifadə etmək icazəlidir. Əgər tapılan əşya dəyərli bir əşyadırsa, bu halda o "itən əşya" hökmündədir və belə əşyaların sahibləri bir il müddətinə axtarılır.

ardını oxu
01-07-2023 İlkin
Salam aleykum, 66.Təhrim Surəsi-nin ərəbcə oxunuş (transkripsiyasını) yaza bilərsiz? 12 ayədi.
Cavab:

Va aleykum Salam. Təəssüf ki, bu mümkün deyil, çünki Azərbaycan dili ilə ərəb dilində olan hərflər arasında böyük fərq var. Siz çalışın ki, ərəb əlifbasını öyrənəsiniz. Həmçinin oxuyun: 

ardını oxu
01-07-2023 İlqar
Salam hamıya üzr isteyirem sözüme gore amma bunu bilmeliyem eger bir insan öz nefsine hakim ola bilmeyin bezi saytlardan qızların haram yerlerine baxım rahatlayarken ve sonra bunun pis bir şey oldugunu basa dusub tovbe etmek ve savablari artirmaq kifayet edermi?Zehmet olmasa deyerdiz:)
Cavab:

Va aleykum Salam. Haram şəkillərə baxmaq günahdır və bu əməl insanı zinaya aparır. Bu əməldən tövbə edib saleh əməlləri artırmaq lazımdır. Ətraflı oxuyun:

ardını oxu
01-07-2023
Assalamu aleykum. Adəm peyğəmbərdən öncə yer kurəsi olub? dinazavrlar haqqında quran və sünnədə dəlil varmı? Allah sizə bərəkət versin
Cavab:

Va aleykum Salam.

ardını oxu
01-07-2023 İnal
Salam Aleykum. Zöhr ferz namazını qıldıqdan sonra eger camaat toplaşıbsa onlarla da ferz namazı olaraq yeniden qılmaq olarmı?
Cavab:

Va aleykum Salam. Bir fərz namazını ikinci dəfə qılmaq icazəli deyil. İkinci camaata nafilə niyyəti ilə qoşulub qılmaq icazəlidir. 

ardını oxu
01-07-2023 ,
Salam Aleykum. Ehli -Sünne Henefi, Vehabi, selefi mezheblerı kimlere deyilir? Tam şekilde izah ede bilersinizmi?
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
14-04-2023
Salam aleykum.bildiyimiz kimi ALLAH bagiwlayandir,merhetlidir.gunahlarimizi bagiwlayandir.men bilmek isterdimki agili Bawinda olan insan caresilikden intihar ederse bagiwlanma ehtimali varmi?Beli cana qiymaq olmaz ve bagiwlanmazdir bilirik Amma ALLAH bagiwlayandir .
Cavab:

Və aleykum salam. İntihar etmək böyük günahdır və Cəhənnəm əzabına aparır. Allahın mərhəmətli olduğunu düşünərək böyük günahlar etmək səhv yoldur.

ardını oxu
14-04-2023 K
Salam Aleykum . Men namaza teze başlamişam . 9 ayliq körpem var . Namazin evvel ferzini qildiqdan sonra uşağa baxib onu sakitleşdirib daha sonra sünnetini qilmaq olar mi ?
Cavab:

Və aleykum salam. Bəli, fərz namazından sonra başqa bir işlə məşğul olmaq, daha sonra sünnət namazları qılmaq icazəlidir. Həmçinin, oxuyun: Sünnət namazları hansılardır?

ardını oxu
14-04-2023
Salam evli qadin basqa bir kişi ile kebin kesdirib onunla elaqede ola biler hemin qadinin eri ile kebini yoxdu aralarında sevgi yoxdu
ardını oxu
13-04-2023
Salam men 1 ildir namaz qılıram. 4 aydan sonra yoldaşım mecbur elediki hicaba keçim. Hazir deyldim helede örgeşe bilmirem. Hicabdan çıxmaq isdeyirem ama günah olduğun bilirem sizce ne edim?
Cavab:

Və aleykum salam. Bu cavabı oxuyun:  Hicabı açmaq günahdırmı? 

ardını oxu

Pages