12-04-2023 ali
ölməyi arzuluyuram bu gunahdırmi ya yox?
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:

ardını oxu
12-04-2023 Anominka
Salam. Men her Namazda Allaha yalvarıram ki günah etmeye meni qoymasın.iradem zeifdi ozu meni qorusun günahdan. Amma yene edirem. Sonra utanıram ve Namaz qılmağa Allaha dua etmeye utanıram. Niye bele olur? İbadetim qebul olmur deye men guanaha asanlıqla gedirem?
Cavab:

Va aleykum Salam. İnsan tövbə etdiyi müddətdə Uca Allah onu bağışlayır. Günah etdikdən sonra utanmaq peşmançılıq əlamətidir. Təkrar günah edib sonra tövbə etmək ibadətlərin qəbul olunmasına mane olmur. Ətraflı bu cavabları oxuyun:

ardını oxu
12-04-2023 Fuad Hüseynli
Doğru namazın ve destemazın tam olaraq nece edildiyine aid hedis ve ya aye vardırmı? Düşünürem ki biz dinimizi yalnız bu menbelerden öyrenmeliyik
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:

ardını oxu
12-04-2023
Salam aleykum, bir sualım olacaq.Kerahat vaxtları haqqında deqiq öyrenmek isteyerdim
Cavab:
ardını oxu
12-04-2023 Aygün
Salam Aleyküm mənim qaynatamgil qeyri qanununi yollarla dövlətdən pul alırlar və o pulla evə ərzağ fln alırlar yoldaşım evə heçnə edə bilmir indi o pulla alınan hər şey haramdı ? Bəs nə edə bilərəm mən?Evin gəlini olarağ
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
12-04-2023
Salam ,,menim sanki beyinmin icnde mene emir ediler,,,ozuv oldur sen bunu goturemersen deye,,emir ediler ve sosiyalsebekelerde ,,rasima gelen elhaksiz vidiyolar ve uzur isdeyirem bu soz ucun bayram nurlu kimler gorende goture bilmirem qəbul ede bilmirem bunar niye beledi deye ,,ve amaki ureyimde ALL
Cavab:

Va aleykum Salam. İlk növbədə bilməsiz ki, insanın öz canına qəsd edib intihar etməsi böyük günahlardan biridir. Hətta bir hədisdə Uca Allah canına qəsd edənə Cənnəti haram etdiyini bildirir.

ardını oxu
12-04-2023 Sual verən
Əssəlamu aleykum va Rahmatullahi va bərəkətuhu. 1. Bir lazeroloq qadın var (ibadət əhlidir), özü hicablı xanımlar üçün belə bir şərait təmin edib ki, istəyən gəlib (üzr istəyirəm) özü, öz pvrətini lazer edə bilər. Bu düzgündür mü? Tirmizi, 2803 hədisi buna aiddir mi?
Cavab:

Va aleykum Salam.

ardını oxu
12-04-2023 Könül
Salam. Sadece sübh namazlarini qilsam olar?
Cavab:

Va aleykum Salam. Yalnız Sübh namazını qılıb digər namazları qılmamaq böyük günahdır.

ardını oxu
12-04-2023 Seva
Salam aleykum .Menim qızım namaz qılarken secdeyi götürür mene mane olur hemise.secdeye eyilene yaxon özü gelir qarşımda durur sözleri bir iki dənə deyir eyilir.men amma namazı pozmuram secdesiz alimi yere qoyub davam edirem .uşağın üç yaşı var bunun günahı nedir.Mene günah yazılır mı ?
Cavab:

Va aleykum Salam. Sualda "səcdə" dedikdə nəyi nəzərdə tutduğunuzu başa düşmədik. Əgər möhürü nəzərdə tutursunuzsa, nəzərinizə çatdıraq ki, möhürlə namaz qılmaq düzgün deyil. Bu barədə ətraflı oxuyun:

ardını oxu
12-04-2023
Salam.Mən məktəbdə olanda bir neçə namazım qəzaya düşür.Bu günah sayılır?
Cavab:
ardını oxu
12-04-2023
Salam.Kəffarə verərkən 60 gün ara vermədən oruc tutularkən, qadın 60 gün ərzində 2 dəfə heyz halı görür.Heyz halında 5-5 gün oruc tutulmur, ara vermədən necə 60 gün oruc tutur?Xaiş edirem sualıma cavab verəsiz.
Cavab:

Va aleykum Salam. Altmış gün kəffarə orucu tutan qadın heyz olarsa, bu onun ardıcıllığını pozmur. Qadın heyz olub təmizləndikdən sonra qaldığı yerdən orucunu davam etməlidir. Həmçinin oxuyun:

ardını oxu
12-04-2023 Rusif
Salam mumeyi kimlere deyilir
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Mumeyyi nədir?
ardını oxu
12-04-2023
İslam dinində cümə namazı harda və kim tərəfindən qılınıb?
Cavab:

Əssələmu aleykum.

ardını oxu
12-04-2023 Quliyev ənvər
As salam alekum bir söz deyim Ramazan ayında 30 gün orucun 30nu da qezaya verende hamısı keffare olur yoxsa nece ve namaz qılarken çoxlu sef edb tekrar tekrar qılıram ele biliremki bir sözü demedm veyaxud niyyetde sef etdim evvel bele olmurdu bilmirem nağarm komekliy etsez sevinerem diqqetiniz üçün
Cavab:

Va aleykum Salam. Üzrlü səbəbdən (xəstəlik, qocalıq, hamiləlik, süd vermə kimi) Ramazan orucunu tutmayan kəs tutmadığı günlərin sayı qədər başqa günlərdə qəza orucu tutmalıdır. Əgər üzrsüz səbəbdən tutmamışsa, qəza orucları ilə bərabər buna görə tövbə də etməlidir.

ardını oxu
12-04-2023 Revane
Salam.Men Rusiyada yasayiram.Namaza yeni başlayiram.Lakin hansi namazi hansi vaxtda qilmaq lazimdir bilmirem.Bilen varsa zehmet olmasa melumatlandirsin.
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun: Rusiyada iftar və imsak vaxtları necədir?

ardını oxu
12-04-2023
Salam.Alah sizden razı olsun.iki sualımvar.bir qadın zina etmiyib başqa erine qarşı kobut olmaqının ve sayre kimi gunahların cezasını ayrı, qıldıgı namazın savabı ayrl yazılırmı yoxsa namaz boşuna qılınan olurmu.namaz qııram zikir edirem.erime qarşı çox kobudam onu sevmiyib gelmişem.o yanımdan geend
Cavab:

Va aleykum Salam.

ardını oxu
12-04-2023
Salam aleykum subayam bir wey ewitmiwem bilmirem dogrudurmu bilmek istiyirdim deyirlerki evlendikden 40gun sora namaz qilinir 40gun erzinde qilinmir bu dogrudurmu?
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Toydan sonra qırx gün namaz qılmamaq günahdırmı?
ardını oxu
12-04-2023
Arxadan cinsi elaqde olduğda günahı nece ödenilmelidi?
Cavab:

Əssələmu aleykum. Arxadan cinsi əlaqədə olmaq böyük günahdır və bu əməli edən lənətlənib. Ətraflı bu cavabları oxuyun:

ardını oxu
12-04-2023
Salam men iller onca atamin olumun gozumun onunda canlandirirdim zaman kecdi atam rehmete getdi sonraqardashimin olumu gozumun onunda canlanirdibneca defn edirik neca meclis qurulur bu illerle davam edirdi va naticada qardashimda rehmete getdi.Bu niya bela oldu man goUmun onunda canlandira canlandir
Cavab:

Va aleykum Salam.

ardını oxu
12-04-2023 Yusuf
Bır qadin zina edibse ve heqiqeten cox pişman olub ve tovbe edib.. bunun gunahi ne derecede yungullesib..
Cavab:
Əssələmu aleykum. Etdiyi günah nə olursa olsun Uca Allah səmimi qəlbdən tövbə edən və peşman olan insanı bağışlayır. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin.
ardını oxu
12-04-2023 Ali
"Bu da mübarək (xeyir-bərəkətli) özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik".
Cavab:

Əssələmu aleykum. Uca Allah əl-Ənam surəsi 92-ci ayədə belə buyurur: "Bu, şəhərlər anası Mək­kəni və onun ətrafındakı­ları qor­xut­maq üçün nazil etdiyi­miz, özündən əvvəlkiləri təs­diq edən mü­ba­rək bir Kitabdır. Axi­rətə inananlar ona da inanı­rlar.

ardını oxu
12-04-2023 M.....
SALAM ALEYKUM .SEHIH MUSLIM KITABINI PDF FORMASINDA HARADAN ELDE EDE BILEREM? 2.Fotoaparatla ṣekil çekmek neye gore gunahdir video halaldir? Axi video da ṣekillerden ibaretdir? Watsapda smayliklerden istifade etmek haramdi?
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:


Telefonla, yaxud fotoaparatla şəkil çəkdirmək olarmı?

ardını oxu
12-04-2023 Vüsal(15.01.2023)
Salam. İmam Şafii haqqında etraflı melumat vere bilersinizmi? İmam Şafiye göre sefer namazı neçe kilometr mesafeni keçdikden sonra seferi namazı hesablanır? Destamazlı olaraq,yemek yedikden sonra namaz qılmaq olarmı ve bu halda destamaz pozulurmu yeniden almağa ehtiyac varmı??
Cavab:

Va aleykum Salam.

ardını oxu
12-04-2023 Səid
Eğer meni tökülmeye yaxındırsa ancaq hələ tökülmeyibse bu halda qusl pozulur yoxsa yox
Cavab:

Əssələmu aleykum. Cinsi əlaqədən sonra qüsl almaq vacibdir. İstər məni (sperma) ifraz olsun, istər olmasın. Cinsi əlaqə olmayıbsa, qüsl yalnız məni (sperma) ifraz olduqda pozulur. Ətraflı oxuyun:

ardını oxu
12-04-2023 .
Salam . Men aileliyem hemde işleyirem . Namaz qilmaq isteyirem ve namazin qilinma qaydasini bilirem öyrenmişem . Amma meni bir şey narahat edirki men ne yoldaşima ne de evdekilere qaynanama bunu nece deyim deye düşünürem . Qorxuram ki mene icaze vermezler . Nece edim ki men bunu onlara deyim ?
Cavab:

Va aleykum Salam. Ağlı başında olan hər bir müsəlmana namaz qılmaq vacibdir. Ailə üzvlərinizə namaz qılmağın önəmini və fəzilətini anladın. Bu barədə ətraflı bu linklərdən oxuyun:

ardını oxu
12-04-2023
Əssəlamu əleykum fərz namazlarda əllərini qaldırıb dua etmək bidətdir
Cavab:

Va aleykum Salam. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) və səhabələr fərz namazlarında yalnız şiddətli müsibət vaxtlarında, adi vaxtlarda isə yalnız vitr namazında qunut duası ediblər. Ona görə də fərz namazlarında həmişə qunut tutmaq düzgün deyil.

ardını oxu
12-04-2023 Fəgan-Allahin(cc) qulu
Salamun Aleykum Ve Rehmetullahi ve bereketuh,Amin. Size sualim var ,Seyyid ocagi nedir bele??) Bunun İslamla elaqesi var mi? Bibim qizi menden soruşub ki ,gedibler hele yere el öpürdüler.Men ise maşaallah,Allah(cc) Mene elm vermişdir.
Cavab:

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Bu cavabları oxuyun:


Seyyidə inanmaq doğrudurmu?
Ələm və ocaq haqqında
ardını oxu
12-04-2023
Salam. Mənim yaddaşım bir az zəifdir. 15 yaşım var. Namaz qılmağı öyrənmək istəyirəm. Lakin necə öyrənəcəyimiz bilmirəm və yadımda qalmır. Necə edim ki namaz qılmağı öyrənim?
Cavab:

Va aleykum Salam. Yaddaşınız zəifdirsə namazın sözlərini vərəqə yazıb əzbərləyənə qədər vərəqdən oxuyaraq namaz qılın. Ətraflı bu cavabları oxuyun:

ardını oxu
12-04-2023 Zeynəb
Sübh namazının qezası varmı? Birde mende qeza çoxdur nece qila bilerem ?
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:

ardını oxu
12-04-2023 Elvin
Salam Aleykum Peygamber s.e.s bizi ewidirmi? Biz niye namazda ona Salam veririk? (Esselamu aleyke eyyuhennebiyu varahmatullahi vabarakatuhu)
Cavab:

Va aleykum Salam. Quranda və Səhih Hədislərdə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizim dediklərimizi eşitməsi barədə heç bir dəlil yoxdur. Yalnız Peyğəmbərə dediyimiz salavatları Uca Allah ona çatdırması barədə hədislər vardır.

ardını oxu
01-03-2023
Salam Aleykum. Gecəniz xeyirə qalsın,ve yaxudda gecənin xeyrindənsə gündüzün şəri yaxşıdır kelmesi, bunun evvelki cox Allahli xalqlarnan əlaqəsi varmi? Gecə tanrısı gündüz tanrisi ozlerine tanri goturenlerle.
Cavab:

Va aleykum Salam. "Gecəniz xeyirə qalsın!" ifadəsi bir duadır və bu ifadəni işlətməkdə bir qəbahət yoxdur. 

ardını oxu
01-03-2023
Essalamu eleykum.Namazin vaxti bitennen berez sonra qilsaq Allah qebul eder? Yeni bunla bagli sure var? Yeni Namazin vaxtin bittiyini bilmiyende ve yaddan cixanda
Cavab:

Va aleykum Salam. Uca Allah beş vaxt namazı müəyyən vaxtlarda vacib edib və namazın qəbul olunmasının şərtlərindən biri də bu namazları vaxtında qılmaqdır. Uca Allah buyurur: "... Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisə, 103).

ardını oxu
01-03-2023
Salam,nişanlı iken kebin kesdirmek olarmı.Bu haqda çox şey bilmrem deye sualım biraz qeribe gele biler( Cavablandırsaz sevinerem)
Cavab:

Va aleykum Salam. Bəli, nişanlı ikən kəbin kəsdirmək icazəlidir. Həmçinin oxuyun:


Nişanlandıqdan sonra kəbin kəsdirməyə ehtiyac varmı?

ardını oxu
01-03-2023 Əxi zakatalski
Asalamaleykum...heyvanlari iri pişiyi qısırlaşdirmaq dinimizdə haramdirmi?............. ......... ..........,,.............................................................................................................,
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Ev pişiyini axtalamaq olarmı?
ardını oxu
01-03-2023
salam.bu sualin cavabini heqiqeten bilmek isteyirem.ozum 11 ci sinifde oxuyuram.Bildiyiniz kimi son zenqde oglanla qiz reqs edir.bizimkilerde vals isteyir.Amma men bunun gunah oldugunu dusunurem.Cunki ozumde namaz qiliram.Men haqlimi dusunurem yoxsa yox?Zehmet olmasa cox xahis edirem bunun cavabini
ardını oxu
01-03-2023
Salam .Yaxinliq olub amma axira kiki davam etmiyib yani spermasi olmayib o zaman cenabet qusulu almaq lazimdir yoxsa qusul almadan namaz qilmaö olar?
Cavab:

Va aleykum Salam. Sperma gəlməsə belə cinsi yaxınlıq olubsa, həm kişiyə, həm də qadına qüsl etmək vacibdir. Ətraflı oxuyun:


Qüslü vacib edən hallar
ardını oxu
01-03-2023 Səbinə
Namaz qılmayan bir şexs abdest ala biler?
Cavab:
Əssələmu aleykum. Namaz qılmayan bir şəxsin dəstəmaz alması icazəlidir. Dəstəmaz və namaz ayrı-ayrı ibadətlərdir, lakin unutmayın ki, namaz qılmaq hər kəsə vacibdir. Ətraflı oxuyun:
ardını oxu
17-02-2023 Elxan
Salam Aleykum.İnsana oruc neçe yaşda vacib olur?
Cavab:

Va aleykum Salam. Fərz ibadətlər (namaz, oruc, zəkat, həcc) insana həddi-büluğa çatdıqdan sonra vacib olur. Bu barədə ətraflı oxuyun:

ardını oxu
17-02-2023 Anonim
Salam men xaricde yasayiram ozum namaz qilan biriyem bilmek isterdim muselman bir qadin muayine ucun kisi hekimine gede bilermi?
Cavab:

Va aleykum Salam. Əgər müəyyən sahədə kişi həkim yoxdursa, və ya qadın həkim var, lakin kişi həkim qədər savadlı deyilsə, bu halda qadının kişi həkimə müraciət etməsi icazəlidir və bu zərurət sayılır. Ətraflı oxuyun:

ardını oxu
17-02-2023 Saleh Mehtiyev
Assalamu Alekum. Allah elminizə bərəkət versin!Sayənizdə elmimizi daha da genişləndirib məlumatlanırıq. Sualım coraba məsh çəkmək ilə əlaqəlidir. Corabın qalınlığı nə qədər olmalıdır? Bu məni vəs vəsəyə salır.Bəzən olur ki corab nazik olur və tərəddüd edirəm ki, məsh çəkim ya yox.Bu səbəbdən hə
ardını oxu
17-02-2023 Bay
Assalamu aleykum, qaş almaq haramdır, bes qaşların üzerindeki tükler nece? Onları da almaq günahdır? (Bezileri qaşlarla saçın arasında yerleşen bezileri qaşın tam üzerinde)
Cavab:

Va aleykum Salam. Qaşa aid olan heç bir tükü almaq olmaz. Ətraflı oxuyun:


Qaş və üz tüklərini almaq günahdır?

ardını oxu
17-02-2023
Salam1.Eger kişi xanımına yaxınlıq teklif edirse qadın istemediyini deyirse kişide bu nunla razılaşırsa bu zamanda qadına günah yazılır?Bes bu eksine olduqda kişiye günah yazılır?2.Gece yaxınlıq olduqdan sonra qüsl aldıqda saç yaş olur bu zaman menim qulaqlarım ağrayır,olar ki sübh namazına teyemüm
Cavab:

Va aleykum Salam.

ardını oxu
17-02-2023 Muslim
Əssəlamu Aleykum.Valideynlərim məni zornan universitet oxudur.Mən isə oxumaq istəmirəm.İstəməməyimə səbəb universitet başdan ayağa qızla dolu olur.Haram açıq saçıq qızlar və məllimlər,küfürlər,söyüşlər eşidirəm başımı nə qədər aşağı diksəmdə,uzaqlaşsamda mümkün deyil.Buda məni islamdan ibadətdən çox
Cavab:

Va aleykum Salam. Dinimiz təhsil almağı, savadlı olmağı buyurur. Dövrümüzdə dünyəvi elmlərə yiyələnmiş müsəlmanlara böyük ehtiyac var. Əgər insan dünyəvi elmləri müsəlmanlara yardım etmək üçün öyrənərsə, buna görə savab qazanmış olar.

ardını oxu
17-02-2023 Allahın qulu
2016 cı ildə ramazan ayının orucunu tuta bilmədim süd verme döneminde idim O vaxtı mənə catan məlumat bele idi ki ümumiyetle süd veren ve hamile qadına oruc tutmağ vacib deyil onlar üzürlüdüler, bir nece il sonra bu fikrin yanlış olduğunu öyrendim amma ne keffare verdim ne oruc tutdum Mən indi
Cavab:

Əssələmu aleykum. Dinimiz süd verən və hamilə qadına, özünə və ya övladına görə çətinlik olduğu təqdirdə orucu açmağa izn vermişdir. Lakin çətinlik aradan qalxdıqdan (süd dövrü bitdikdən və ya hamiləlik sona yetdikdən) sonra digər aylarda tutmadığı günlər qədər qəza orucu tutmalıdır.

ardını oxu
17-02-2023
Bulanlıq suyla dəstəmaz almaq olarmı
Cavab:

Əssələmu aleykum. Əgər suyun bulanmasına səbəb torpaqvə ya lil kimi təmiz maddə olarsa və bu qarışıq suyun qoxusunu və ya dadını dəyişməmişsə, bu su ilə dəstəmaz almaq olar. Ətraflı oxuyun:


Sular
ardını oxu
17-02-2023
Salam Aleyküm övladının cinsiyətinə görə dua etmək olarmı qız oğlan olması üçün?
Cavab:

Va aleykum Salam. Bəli, övladın qız və ya oğlan olması üçün dua etmək olar. Uca Allah Quranda saleh insanların belə dua etdiklərini bildirir: "Onlar deyərlər: “Ey Rəb­bimiz!

ardını oxu
17-02-2023 Xəyal
Salam mən dəstəmazda niyyət edib üzümü əlimi yudum sonra yadıma düşdü ki,sonra məni çağırdılar gələnnən sonra yenidən əl üzüm yaş ola ola dəstəmazı yenidən aldım bu halda dəstəmaz düzdür?
Cavab:

Va aleykum Salam. Dəstəmazın düzgün sayılması üçün əzaların yuyulması arasında uzun fasilə verilməməlidir. Belə ki, əzaların yuyulması arasındakı fasilə elə olmalıdır ki, növbəti əzanı yuyana qədər əvvəlki əza qurumasın.

ardını oxu
17-02-2023
Salam, qüsul alarkən sözləri demək yaddan çıxdı. Yenidən almalımıyam,
Cavab:

Va aleykum Salam. Qüsl alarkən yalnız əvvəldə "Bismilləh" (Allahın adı ilə) deyilir və bunu demək vacibdir. Lakin əgər unudularsa qüsl səhihdir. Ətraflı oxuyun:


Qüsl alarkən hansı sözləri demək lazımdır?

ardını oxu
17-02-2023 İstifadexi
Evvellce size teşşekkur etmek isteyirem bu sayt ve ona ayirdiginiz zaman ucun.Allah sizden razi olsun ne ki bilmediyimiz anlamadigimiz var coxlarimizin uz tutdugu unvan buradi.Sualim ise budurki men Peygemberimizin(s.a.v) qadin oruclu iken heyz olarsa bu zaman gunortaya qederdirse otucunu sindirmali
Cavab:

Əssələmu aleykum. Oruc tutan qadın günü istənilən vaxtında heyz olarsa orucunu açmalıdır. Hətta iftara beş dəqiqə qalmış heyz olsa orucu pozulmuş olur. Qadın heyz olduğunu bilən andan orucu açmalıdır. Ətraflı oxuyun:

ardını oxu
17-02-2023 Natiq
Salam men namazı saxlayıb qismet olsa 40 yaşında davam etdirmek isteyirem. Ne meslehet vere bilersi z?
Cavab:

Va aleykum Salam. Uca Allahın insanı yaratmasında hikməti insanın Onu tanıması və yalnız Ona ibadət etməsidir.

ardını oxu

Pages