16-03-2014 Allahın qulu
İlk once salam aleykum. Men eveller hemishe Allah Tealaya dua ederdim. Amma namaz qila bilmirem. Ancaq indi ise sheytana lenet, sanki dua etmek istemirem. Bunun sebebi nedendir? Bes men ne edim ki, evvleki kimi daim Allaha dua edim? Men namaz qilmagi chox sevirem, ama qila bilmirem.
Cavab:

Aleykum salam. Əgər siz Allah Təalaya dua etməyi sevirsinizsə, bunun üçün namaz qılmaq və səcdədə Uca Allaha çoxlu dua etməkdən daha böyük fürsət yoxdur. Namaz qılan əslində heç bir əziyyət çəkmir. Namaz sadə hərəkətlərdən, müəyyən zikr və dualardan ibarətdir.

ardını oxu
16-03-2014 .......
Salam aleykum. Mənim suallım budur ki, bir çox insanlar mahnıya qulaq asır Sizcə mahnıya qulaq asmaq günahdır???
Cavab:

Aleykum salam. Dinimiz musiqiyə qulaq asmağı qadağan edir. 

ardını oxu
16-03-2014
Salam aleykum. Sizcə əsil dini insan, yaxşı insan necə olmalıdır? Xahiş edirəm suallıma cavab verəsiniz.
Cavab:

Aleykum salam. Həqiqi müsəlman insanların onun dilindən və əlindən əziyyət görmədiyi insandır. Həmçinin, tək və Uca olan Allaha ibadət edərək yalnız Ona boyun əyən, habelə Peyğəmbərin (salləllahu aleyhi va səlləm) yolunu tutub gedən və Allah Təalanı çox xatırlayandır.

ardını oxu
16-03-2014
Salam aleykum. Qurani gece oxumagin savabi choxdur yoxsa gunduz? Allah razi olsun.
Cavab:

Aleykum salam. Quranı gecə oxumağın savabı daha çoxdur. Çünki gecə Quranı başa düşmək üçün daha layiqli vaxtdır. Uca Allah buyurur: "Ey libasına bürünüb örtünmüş peyğəmbər! Az bir hissəsi istisna olmaqla gecələr namaza dur! Onun yarısını, yaxud ondan bir az əskilt, və ya ona artır.

ardını oxu
16-03-2014
Salam aleykum. Maide suresinin 6-ci ayesine esasen ayaqları topuqlara qeder yumaq, yoxsa mesh chekmek lazimdir?
Cavab:

Aleykum salam. Həmin ayədə söhbət ayaqları yumaqdan gedir. 

ardını oxu
16-03-2014
Salam aleykum. İslamda Novruz bayramini kechirmek olarmi?
Cavab:

Aleykum salam. Xeyr, olmaz. Müsəlman üçün qeyd olunası iki bayram vardır: Ramazan və Qurban bayramları.

ardını oxu
16-03-2014
Salam aleykum. Men Quran oxuyuram, amma yadimda heç nre qalmir. Amma ara-sira yadimda qalir. Men nə edim ki, yadimda qalsin. Allah sizden razi olsun!
Cavab:

Aleykum salam. İlk olaraq Uca Allaha dua edin ki, Quran sizin yadınızda qalsın. Sonra isə günahları tərk edin ki, Uca Allah da sizin yaddaşınızı gücləndirsin. Əks halda insan günah işlədərək Quranı əzbərləyə bilməyəcəkdir. Həmçinin, Quran oxumağın özü hafizəni gücləndirir.

ardını oxu
16-03-2014
Salam aleykum. Misal üçün bir insan bir hereket edir, men de onu kimese deyirem ki, filankes bele bir shey etdi. Budami qeybet sayilir? Yeni ancaq olanlari danishiriq bashqa heç ne... Allah sizden razi olsun!
Cavab:

Aleykum salam. Əgər siz bilsəniz ki, o insanın hərəkətini kiməsə danışsanız və o insan bundan xəbər tutsa, ona pis təsir edəcək, artıq onu danışmağınız qeybət sayılır. Yox əgər adi bir haldırsa və o insan xəbər tutub heç bir üzüntü çəkməyəcəksə, bu zaman danışa bilərsiniz. Həmçinin oxuyun:

ardını oxu
16-03-2014
Salam aleykum. Veten ugrunda dushmen oldurmek savabdir yaxud gunah? Veten ugrunda olenler shehid sayılırlar?
Cavab:

Aleykum salam. Bu insanın niyyətindən asılıdır. Kim Allah Təalanın adını uca tutub torpaqları azad etmək üçün, həmçinin, canını, malını, ailəni qorumaq üçün vətənin müdafiəsinin keşiyində durduqda düşmən öldürərsə, savab qazanmış olar. Həmçinin, bu yolda öldürülərsə, şəhid sayılar.

ardını oxu
16-03-2014
Salam aleykum. Insan eger gunde 5 defe namaz qilib, ramazan ayinda oruc tutub, haramlardan bacardigi qeder chekinse, Qurani oxusa ve ona emel etse, cennete dushe bilermi? Allah razi olsun.
Cavab:

Aleykum salam. Bəli, düşə bilər. Bu barədə rəvayət edlir ki, bir kişi gəlib Peyğəmbərimizə (salləlhu aleyhi və səlləm) belə bir sual verir: "Ey Allahın Rəsulu!

ardını oxu
16-03-2014
Salam aleykum. Azer kim olub?
Cavab:

Aleykum salam. Əgər Quranda adı çəkilən Azəri nəzərdə tutursunuzsa, bu, İbrahim peyğəmbərin (Ona Allahın salamı olsun) atasının adı olub. Uca Allah buyurur: "Bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri məbudlarmı qəbul edirsən?

ardını oxu
16-03-2014 Səbuhi
Əssələmu aleykum. Mənim 12 yaşım var. Namaz qılır, oruc tutur Quran oxuyuram. Mənim ürəyim təmizdir və kin saxlayan da deyiləm. Amma məndə bir az paxilliq var. Mən bundan necə əl çəkim?
Cavab:

Aleykum salam. Bundan əl çəkmək üçün bir məsələni dəqiq bilməlisiniz. O nədir? Baxın, Uca Allah hər bir insana öz ruzisini yazmışdır, insanlara nə verilirsə, hamısı Uca Allah tərəfindədir. Yəni insanlara nə çatır, nə çatmır, bu bölgünü edən Uca Allahdır.

ardını oxu
16-03-2014
Salam aleykum. Telefonda e-Quran kochurmek ve yaxud silmek olar? Muselman, İncili , Tövratı və ya Bibliyanı oxuya bilər?
Cavab:

Aleykum salam. Quranı köçürdüb silmək olar. Əgər dediyiniz kitabları oxumağa ehtiyac varsa, oxuya bilərsiz. Həmçinin oxuyun: Hansı kitablar Allah tərəfindən nazil edilmişdir?

ardını oxu
16-03-2014
Salam Aleykum. Bildiyime gore qebr ezabi olur ve bu hem cismen hem de ruhen olur. Bes bir chox insanlar var ki heç torpaga defn edilmir ya cismi churuyur ya da yandirilir ve ya heyvanlar terefinden yeyilir. Chox xahiş edirem ki, bu haqda geniş ve etrafli yazasiz.
Cavab:

Aleykum salam. Qəbirdəki nemətlər və əzab həm ruha, həm də bədənə veriləcəkdir. Ruh bədənlə birlikdə bütün nemət və əzabları dadacaqdır. Ola bilsin ki, bəzən yalnız ruha nemət və ya əzab verilsin. Bu məsələləri ağılla dərk etmək qeyri mümkündür.

ardını oxu
16-03-2014
Salam aleykum. İsterdim ki, oyrenim ki, yalan danishib insanlarin qelbine giren insan ne qeder gunah qazanir? Ve onun namazlari batil olurmu?
Cavab:

Aleykum salam. Yalan danışmaq böyük günahdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın!" (əl-Əhzəb, 70).

ardını oxu
15-03-2014
Salam aleykum. Namaz qilib hicab taxmamaq duzgundur?
Cavab:

Aleykum salam. Qadın namaza görə savab, hicab bağlamamağa görə isə günah qazanır. Hicab bağlamaq Allaha və Onun Peyğəmbərinə (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) itaət etməkdir. 

ardını oxu
15-03-2014
Salam aleykum. 1) Cennet ehli namaz qilacaqmi? 2) Cennetdeki qadinlar hicablarina riayet edeceklermi? Allah razi olsun.
Cavab:

Aleykum salam. Cənnət əhli namaz qılmayacaq, oradakı qadınların hicabda olub-olmaması ilə bağlı isə şəriətdə dəqiq məlumat verilməyib. İbadətin bütün növləri bu dünyada Uca Allahın rəhməti sayəsində Onun rizasını və cənnəti qazanmaq üçün buyurulmuşdur.

ardını oxu
15-03-2014
Salam aleykum. Namaz qilan adamin oz qohumlarindan birinin novruz bayramini tebrik etmesi duzgundurmu?
Cavab:

Aleykum salam. Xeyr, belə etmək düzgün deyildir. Çünki dinimizə görə "novruz" İslam bayramlarından hesab olunmur.

ardını oxu
15-03-2014 Tural
Salam aleykum. Sige niye haramdir? Eger peygember zamaninda halal idisə ve sonradan peygember haram edibse niye halal olmushdu? Ve sonradan niye haram oldu?
Cavab:

Aleykum salam. Cavabları buradan oxuyun:

Siğə haqqında

Xristianla siğə etmək olarmı?​

 

ardını oxu
15-03-2014
Salam aleykum. Mənim 12 yaşım var. Mən 11 yaşımdan bəri namaz qılırdım. Amma sonra qılmadım. Yəni dərslərim heç imkan vermədi. Bundan başqa nə isə şeytan da məni aldadırdı və mən artıq namaz qılmaqdan bezmişdim. Həmçinin mənim anam 3,4 ildir ki, namaz qılır. O, mənə tövsiyə etdi ki, namazı atım.
Cavab:

Aleykum salam. Əvvala tövsiyəmiz budur ki, siz çalışın ki, Allah Təalanın əmrlərini yerinə yetirərək onları hər şeydən üstün tutasınız və Onun razılığını qazanasız.

ardını oxu
15-03-2014
Salam aleykum. Namaz qilmazdan evvel edilen gunahlar bağishlanar? Birde tovbe etdikden sonra, axiretde hemin gunahin haqqini odemeliyikmi?
Cavab:

Aleykum salam. İnsan keçmiş günahlarına tövbə edib namaz qılmağa başlayarsa, onun bütün keçmiş günahları bağışlanar. Bu barədə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "İslam özündən qabaq olan günahları təmizləyir". 

ardını oxu
14-03-2014 Mələk
Salam aleykum. İslamda temiz sevgiye qarshi Allah Təalaya edilen dua qebul olunurmu? Alllah Təala bu duaya cavab verirmi? Cavabi bir az zehmet olmasa, geniş şekilde yaza bilersinizmi?
Cavab:

Aleykum salam. Uca Allah bütün xeyir duaları qəbul edir. Yəni günah olmayan istənilən hər hansı bir neməti Allahdan diləmək olar. İnşallah dua haqqında məqalə hazırlanacaq. Daha ətraflı məlumatı həmin məqalədən oxuyarsınız. Son məqalələri izləyin.

ardını oxu
14-03-2014
Salam aleykum. İndiki butun insanlar Mehemmed ummetidirmi?
Cavab:

Aleykum salam. İndiki bütün insanlar yox, yalnız Muhəmməd peyğəmbərə (salləllahu aleyhi va səlləm) iman gətirən müsəlmanlar onun ümməti sayılır. Hər bir peyğəmbərin öz ümməti vardır.

ardını oxu
14-03-2014
Salam aleykum. Hazirda yashadigimiz dovrde islam dininden bashqa dinlere inanan insanlar cennete dusheceklermi? Xahiş edirem ki, bu barede etrafli yazardiniz. Allah razi olsun.
Cavab:

Aleykum salam. Xeyir, cənnətə düşməyəcəklər. Baxın, Allah Təala bu barədə belə buyurur: "Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!" (Ali İmran, 85).

ardını oxu
14-03-2014
Salam aleykum. 1) Ruhlar insanlarin ne etdiklerini gorurlermi? 2) Gunahlar insanlara neche yashindan yazilir?
Cavab:

Aleykum salam.

1. Ruhlar insanların etdiklərini görmürlər. Çünki onlar bərzəx deyilən ruhlar aləmində yaşayırlar və bu dünya ilə əlaqələri yoxdur. 

ardını oxu
14-03-2014 Məryəm Hüseynov
Salam aleykum. Menim ayfon telfonum var. Telfonumda ise Quranın tercumesi var. Quranda neler var menimde telfonumda var. Daxil olub her gun boş vaxtlarimda oxuyuram. Quranda menim de adIm var. Meryem ne ise menim esas sualIm budur?
Cavab:

Aleykum salam. Hər ikisindən oxuya bilərsiniz. 

ardını oxu
14-03-2014 Məryəm Hüseynov
Salam aleykum. Men bu saytda yeniyem size suallar yazmisham, hele de cavablandiran yoxdu. Xahiş edirem suali ana sehifeye yazin. Ne ise sualim budur ki insanlar namaza neche yashından etibaren bashlamalıdır?
Cavab:

Aleykum salam. İnsanlar namaza həddi buluğa çatdıqdan sonra başlamalıdır. Yəni həddi buluğa çatan insana namaz qılmaq vacib olur. Daha ətarflı:

Namaz qılmaq insana neçə yaşında vacib olur?

ardını oxu
13-03-2014 Məryəm
Salamun aleykum. Men sorushmaq isteyirem shie ve sunni namazi eynidir? Namaz namazdir da, ne ferqi var ki? İstəyirsen sunni namazi qil, istiyirsen de shie namazi qil. Beyem shie namazi qilanda adam cehenneme dushur? Menim 16 yashim var. Özumde Yolchubeyli kendinde qaliram.
Cavab:
Aleykum salam. Biz müsəlmanlara Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) yoluna tabe olmaq əmr olunur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) namazı gün ərzində 5 dəfə qılmışdır.
ardını oxu
13-03-2014 Arifə
Salam aleykum. Her vaxtiniz xeyirli olsun. 1. Secde ederken alinla birge sifetin hansi hissesi yere deymelididr? 2. Gecə namazlari qilinanda bashlangicda ne deyilmelidir? 3.
Cavab:

Aleykum salam.

1. Səcdə edərkən, alınla birgə burun da yerə qoyulmalıdır. Bu barədə Peyğəmbərimizin (salləllahu aleyhi va səlləm) hədisləri vardır. Peyğəmbərimiz (salləhu aleyhi və səlləm) buyurur: "Mənə yeddi əzanın üzərinə səcdə etmək əmr olundu".

ardını oxu
13-03-2014
Salam aleykum. Men misal üçün ancaq gece namazi qilsam, cennete dushe bilerem? Size eziyyet verdiyim uchun bagishlayin.
Cavab:

Aleykum salam. Bu cür düzgün deyil, müsəlman Uca Allaha nafilə namazlarından qabaq vacib namazlarla yaxınlaşmalıdır. Vacib namazları qılmayıb, təkcə müstəhəb olan namazları qılmaq düzgün deyildir. Həmçinin bu cavabları da oxuyun:

ardını oxu
13-03-2014 Lalə
Salam aleykum. Yoldashimin ad-familyasi rusdu. Amma shehadet verib ki, muselmanam, muselmanchiligi qebul edib. Bizim kebinimiz halal sayilir?
Cavab:

Aleykum salam. Bəli, halal sayılır. Çünki milliyyətinin və ya ad-soyadın hansısa millətə mənsub olması, insanın İslamiyyətinə heç bir təsiri yoxdur. Allah yanında ən xeyirli bəndə Ondan ən çox qorxandır. Allah Təala belə buyurur: "Ey insanlar!

ardını oxu
13-03-2014 Məryəm
Əssalamu aleykum. Quranda yazilib "Qiyamet" gunu Guneshle Ay qovushacagı zaman... Bu yeni Qiyamet gunu Ayla Guneş bir-birine chirpilmasindan xeber verir? Zehmete olmasa cavab yazın
Cavab:

Aleykum salam. Xeyir, bir-birinə çırpılmasından xəbər vermir. Təfsir alimləri deyiblər ki, yəni onların nuru (yəni, işığı) olmayacaqdır.

ardını oxu
13-03-2014
Salam aleykum. 1) Cehennemde kishilere agir ceza olacaq yoxsa qadinlara? 2) Bir insan Kelmeyi-Shehadeti demirse, onu kafir adlandirmaq olar? 3) Bele bir hedis varmi ki, qadinlarin hicabi atmasi qiyametin elametidir? Allah razi olsun.
Cavab:

Aleykum salam.

1) Cəhənnəmdə əzabın dərəcəsi, insanın kişi və ya qadın olmasına görə verilmir. Əzabın şiddəti və ya dərəcəsi, insanın etdiyi günahlarının miqdarında olacaqdır.

ardını oxu
13-03-2014 Taceddin
Assalamu aleykum. Vehhabiler duzgun yoldadirlar?
Cavab:

Aleykum salam. Vəhhabi dedikdə kimləri nəzərdə tutursunuz? Daha ətraflı: Vəhhabi kimlərdir?​

 

ardını oxu
13-03-2014 Məryəm
Salam aleykum. Men 14 yashimdan namaz qiliram ve sizden xahiş edirem ki, əslinde insanlarin neçe yashından beri namaz qilmaları vacib olması haqda mene yazasız. Hal-hazirda menim 16 yashım var.
Cavab:

Aleykum salam. İnsana namaz həddi-buluğa çatandan sonra vacib olur. Daha ətraflı buradan oxuyun:

"Namaz qılmaq insana neçə yaşında vacib olur?"


 

ardını oxu
13-03-2014
Salam aleykum. Men namaz qiliram, erim ise ichki ichendir. Her gün yox, amma ichende herden ichir. Men ne desemde sozumu agzimda qoyur deyir, menim ishime qarishma. Men ne edim ki, o ichkili olanda yaxin durmayim heç ona? Mene haram yazilir?
Cavab:

Aleykum salam. Əriniz içki içdiyi üçün sizə günah yazılmır. Siz sadəcə o içkili olanda onunla çox ünsiyyət qurmayın. Adi vaxtlarda isə çalışın ki, ona nəsihət edəsiniz ki, bunu Uca Allah haram edib.

ardını oxu
13-03-2014
Salam aleykum. Namazin vaxtini qachirtdiqda qezaya geden namazin qezasi qadinlarda nece olmalidir?
Cavab:
Aleykum salam. Əgər namazı bilə-bilə yəni öz ixtiyarınız ilə buraxmısınızsa, bu zaman tövbə etməlisiniz və namazı qılmırsınız.
ardını oxu
13-03-2014
Salam aleykum. Bilirem ki, valideynlere qarshi chixmaq gunahir. Amma menim anam ve atam men korpe iken ayriliblar. Yeni men anamla yashayiram. Bes bu halda atama qarshi kobudluq etsem, bu gunah sayilar? Axi onun menim uzerimde hech bir haqqi yoxdur. Hech sevmirem onu.
Cavab:

Aleykum salam. Hər bir halda o sizin atanızdır. Sizin üzərinizdə atalıq haqları qalmışdır. Çalışın siz atanıza qarşı kobudluq etməyəsiniz. Uca Allah buyurur ki: "Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyyə etdik".

ardını oxu
13-03-2014 Sadiq
Salam aleykum. 1) Qəbiristanlıqda Quran və ya Quran surələri oxumaq olarmı? 2) Ölünü 2 dəfə chimizdirmək nə dərəcədə düzgündür? Məsələn; Bakida ölüb chimizdiriblər, sonra kəndə gətirib yenə chimizdirirlər...
Cavab:

Aleykum salam. 1) Əgər ölüyə oxunan Quranı və ya surələri nəzərdə tutursunuzsa, xeyir olmaz. Daha ətraflı buradan da oxuya bilərsiniz; "Ölü üçün Qurandan istənilən surəni və ya xüsusəndə Yasin surəsini oxutmaq olarmı?"

ardını oxu
13-03-2014 Mətin Əliyev
Salam aleykum. islam tarixinde Hezreti Əli aleyhis səlamin Hezreti Peygember Salavatullahdan sonraki xelife olmasini tesdiq eden Qedr Xum sehrasi hadisesi sunni ve shie terefin her iksin de qebul olnur? Bes tarix elmi ne deyir buna? Olubsa eyer neden Hezreti Əli xelife olmayib?
Cavab:

Və aleykum Salam.. Bəli, bu hadisə baş verib və bu həm sünni kitablarında həmdə şiə kitablarında mövcuddur. Həmçinin tarix kitablarında da tapmaq mümkündür. Demək istədiyimiz budur ki, bu hədisi heç kim inkar etmir.

ardını oxu
13-03-2014
Salam aleykum. Hicabli qadin enli shalvar geyinirse (bedenin chixintilarini baglamag shertile), ayaqqabi geyinilen yerden ayagin ustu gorukur. Bu haramdir? Haramdisa, ne geyinmek? Corab?
Cavab:

Aleykum salam. Bəli, corab geyinmək lazımdır ki, ayağın üstü görsənməsin.

ardını oxu
13-03-2014 Məryəm
Salam aleykum. Sham namazı nece qilinir? Ama shielerin sham namazı haaa...
Cavab:

Aleykum salam. Əvvala onu deyək ki, namazın şiəsi-sünnüsü və s. olmur. Namaz yalnız Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) qıldığı və səhabələrinə (Allah onlardan razı olsun) də həmin qıldığını öyrətdiyidir. Şam, yəni Məğrib namazı, 3 rükətdən ibarət fərz namazıdır.

ardını oxu
13-03-2014 Muhərram
Salam aleykum. Men size bir sual verim. Siz yamisiz ki, valdeyinlerin gozun yashli qoyub cihada getmek olmaz. Bes onda bezi yerlerdeki muselman baci-qardashlarimizin gozu yashlidir axi... Onda onlara nece komek etmeliyik?
Cavab:

Aleykum salam. Siz çalışın, dini məsələləri öz nəfsinizə görə deyil, şəriət çərçivəsində həll edəsiniz. Əks halda bütün məsələləri qarışdıra bilərsiniz.

ardını oxu
13-03-2014 Abdullah
Salam aleykum. Allahin rehmeti haminizin uzerine olsun. Men bir çox hedislerde cihad haqda rast gelmishem ve bu haqda cavab axtariram. Allahu Təala buyurur ki; "Onlar Allah yolunda oldurerler ve oldurulerler". Bunun onunla (yeni cihadla) elaqesi varmi? Zehmet olmasa cavab yazin.
Cavab:

Aleykum salam. Bu döyüş zamanı olan cihada aiddir. Allah Təala buyurur: "Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər.

ardını oxu
12-03-2014
Salam aleykum. Eyibi örtmək tam mənada nə deməkdir? Məsələn birinin eybini örtmək üçün yalan deməliyik? Filankəs deyir ki, o bu işi etdi. Biz de eybini örtmək üçün yox deyirik, düzgündürmü bu?
Cavab:

ardını oxu
12-03-2014
Salam aleykum. 1) Muvatta nedir? 2) İslam dininde bele bir shey varmi, dovr necedirse, sende ele olmalisan? Allah razi olsun.
Cavab:

Aleykum salam. "əl Muvatta" - İmam Malik (Allah ona rəhmət eləsin) adında məşhur bir İslam aliminin hədis toplusu kitabının adıdır. 

ardını oxu
12-03-2014
Salam aleykum. Bu günlerde qelbimde özümün de istemediyim bir qeribe hiss var. Namaz qılmaq üreyimden gelmir, amma isteyirem durum namaz qilim, ne ise olur, qila bilmirem. Lakin evveller bele deyildi. Bile-bile ki, günah edirem, namaz qilmiram. Birden oturub fikirleshende ise üreyim sıxılır.
Cavab:

Və aleykum Salam. İnsanın imanı zəifləyəndə belə hallar olur. Unutmayın ki, iman itaətlə artır, asiliklərlə də azalır. Siz çalışın ki, asilikləri azaldıb, itaəti artırasınız və Allahı hər şeydən uca və üstün tutasınız.

ardını oxu
12-03-2014 Aleta
Salam aleykum. Mugenni olmaq gunahdirmi? Ve yaxud da ozun uchun evde mahni oxumaq olar?
Cavab:

Aleykum salam. Əgər sizin gözəl səsiniz varsa, bu zaman siz bu səsinizi Quran oxumağa istifadə etsəniz, bu sizin üçün daha yaxşı, savablı və faydalı olardı. Amma mahnı oxumaq isə şəriətimizə görə günahdır.

ardını oxu
12-03-2014
Salam aleykum. Men evvel shie namazini qildim, sonra da sünnü. Sunnenin doğru yol olduğunu zenn edirem,lakin o vaxtdan qorxularim artdi. Qaranliqdan ve teklikden qorxdum. Eqideni deyishmek gunahdir? Deyirem belke bu hal mende eqidemi deyishdiyim üçün baş verir...
Cavab:

Aleykum salam. Səhv olan bir əqidəni dəyişib, düzgün əqidəyə gəlmək günah yox, savabdır. Düzgün əqidədən səhv əqidəyə keçmək isə günahdır. Hər bir müsəlman əməllərinin qəbul olunması üçün şirkdən (Allaha şərik qoşmaqdan) və bidətdən (dinə sonradan salınmış yeniliklər) çəkinməlidir.

ardını oxu
12-03-2014 Gülnar
Salam aleykum. Bele bir sual vermek isteyirem, autopsiya, (yeni meyidin yarilmasi) islamda gunahdir?
Cavab:

Aleykum salam. Bəli, günahdır. Bunu etməyə şəriətldə icazə verilməyib. Daha ətraflı: Öləndən sonra orqan bağışlamaq olarmı?

ardını oxu

Pages