19-07-2023
Salam alekum.Aile bir arada olduğu zaman qadın yoldaşını gözlemeden namaza başlıya bilermi? Hetda küsülü olsalar bele
Cavab:

Va aleykum Salam.

ardını oxu
19-07-2023 VefaL
Salam Aleykume gecez xeyir bu vaxti narahatciliga gore uzur isteyirem. Sualim beledr 1insan ilk gunden orucu tutub İIK oruclux gunden Ve 1 gunu tutmayibsa 60gun cezasi varmi? ZEHMET DEİLSE SUALİMİ CAVABLANDİRASİZ ONCEDEN TESEKKURLER !
Cavab:

Va aleykum Salam. Ramazan orucundan bir gün tutmayan kəs sadəcə həmin günü qəza etməlidir. Əgər orucu üzrlü səbəbdən (xəstəlik və ya səfər) tutmayıbsa, buna görə ona günah yazılmır. Əgər heç bir üzrlü səbəb olmadan tutmayıbsa, buna görə tövbə etməlidir. Ətraflı oxuyun:

ardını oxu
18-07-2023 Anar
Salam men bir nece gun oruc tuta bilmedim inden sonra tutmaq olar? Ve tutmaq olarsa qusl tokmeliyem? Bes nece tokmeliyem? Bide niyyet etdiyin qeder oruc tutmaliyam? İndiden cox sag olun
Cavab:

Va aleykum Salam. Ramazan ayında üzrlü səbəbdən oruc tuta bilməyən insan başqa günlərdə növbəti Ramazan ayına qədər buraxdığı orucları qəza etməlidir. Qəza oruclarını tutarkən xüsusi olaraq qüsl almaq lazım deyil. Qüsl yalnız müəyyən hallarda vacib olur. Bu barədə ətraflı oxuyun:

ardını oxu
18-07-2023
Salam. Qüsl alarken bedenin her yerine su deymelidi. Eger bedende bezi sebeblere göre sarğı kimi şeyler varsa qüsl keçerlimidir? Yoxsa bedenin her yerine su deymediyinnden sayılmır.
Cavab:

Va aleykum Salam. Əgər bədənin müəyyən bir hissəsində sarğı varsa və bu sarğı suyun bədənə dəyməsinə mane olursa, bu halda təyəmmüm etmək lazımdır. Ətraflı oxuyun:

ardını oxu
18-07-2023 Xəyalə
Salam. Mən evdə cins pişik saxlayıram. Erkəkdir. Çölə buraxa bilmirik. Qaçır. Ancaq pişik yeməyi yeyir. Azsa acından ölər. Bu səbəbdən qısırlaşdırmaq istəyirik. Həmçinin çöl pişikləri ilə əlaqədə olarsa xəstəlik keçirəcəyindən ehtiyat edirik.
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Ev pişiyini axtalamaq olarmı?
ardını oxu
18-07-2023 Həmidov Allahverdi
Əs səlamu aleykum və rəhmətullahi və bərəkətuhu...Qardaşlar Allah təbərakə və təala elminizi kamil etsin..Mənim sualım qısa olacaq..Cəhənnəm odunu 4-qism insan alışdıracaq.Namazı qılıb tərk edənlər,xəyanət əhli digər 2-si yadımdan çıxıb...Hansəlar idi? Geniş təfliatla desəniz şad olaram.
Cavab:

Va aleykum Salam. Cəhənnəmə ilk olaraq üç sinif insan daxil olacaq. Bu barədə ətraflı oxuyun:


Cəhənnəm odunda birinci kimlər yanacaq?
ardını oxu
18-07-2023
Salam mənim 27yaşım var mən kimi sevsəm məni ödəmir qismətim bağlı olar
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Sevib, sevilmək barədə

ardını oxu
17-07-2023 Guler
Salam men evimde otagimdan at nali ustunde kibrit tapdim sizce bu cadudu neye iwaredi?
Cavab:

Va aleykum Salam. Tapdığınız əşya cadu əlaməti ola da bilər, olmaya da, bu barədə dəqiq bir şey deyə bilmərik. Həmçinin oxuyun:


Caduya qarşı nə tədbir görmək olar?
ardını oxu
17-07-2023 Emin
Salam Aleykum. Sualim beledir. Men tikinti adamiyam herden olurki men obyekte gedende mene sirni pul verirler (zehmet cekirsen gedib gelirsen deye) men teleb etmirem ozleri verir.. Bu pulu almaq haramdir yoxsa yox. Qabaqcadan cox saqolu
Cavab:

Va aleykum Salam. Vəzifəli şəxsə işindən əlavə verilən pul rüşvət sayılır və onu götürmək haramdır.

ardını oxu
17-07-2023
Qocalığında tövbə etsək bağışlanar?
Cavab:

Əssələmu aleykum. Can boğaza çatana qədər tövbə qapısı açıqdır. Yaşından asılı olmayaraq ölüm anı gələnə qədər tövbə edən istənilən insanın tövbəsi qəbuldur. Bunu da qeyd edək ki, cavanlar arasında da belə bir fikir var ki, "qocalanda tövbə edərəm".

ardını oxu
17-07-2023 Abdurrahman
Assalamualeykum varahmatullah. Acva xurması haqqında bir hedis varmı?
Cavab:

Va aleykum Salam. Acva xurması Mədinədə bitən qara rəngli şox şirin bir xurma növüdür. El arasında bu xurmaya "Peyğəmbər xurması" da deyilir. Acva xurması barədə bir neçə səhih hədis rəvayət olunur. Bu hədislər aşağıdakılardır:

ardını oxu
17-07-2023
Salam sualıma göre üzür isteyirem. Men hamilelikden qorunmaq üçün spiraldan isdifade edirem buda ayda çox gün günde bir defede olsa qan ifraz olunmasına sebeb olub. Bu veziyyetde oruc tuta bileremmi?
Cavab:

Va aleykum Salam. Əgər gələn qan heyz qanı deyilsə, bu qan namaz qılmağa və oruc tutmağa maneə deyil. Ətraflı oxuyun:


Heyz qurtarandan sonra kiçik qan ləkəsi gələrsə oruc və qüsul pozulurmu?

ardını oxu
16-07-2023
Salam aleyküm inşallah sabah oruç tutacam 7ci günün duasını oxuyum ya 1ci günün
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:

ardını oxu
16-07-2023 Yusifova
13 yaşı tamam olmamış oğlan uşağı tutduğu orucu aça bilərmi?
Cavab:

Əssələmu aleykum. Oruc tutmaq – sağlam, ağıllı və həddi-buluğa çatmış hər bir müsəlmana vacibdir və yalnız üzrlü səbəbdən orucu açmaq icazəlidir. Üzrlü səbəb olmadan açdığı oruca görə günah qazanır. Həddi-büluğ yaşı barədə ətraflı oxuyun:

ardını oxu
16-07-2023 Aqil
Assalamu Aleykum və rəhmətullahi. Mənim ailəm şiədir, amma mən bir az araşdırdıqdan sonra doğru yol kimi əhli sünnə yolunu görürəm , atama deyəndə isə sərt şəkildə reaksiya verir, mən necə namaz qılırsansa sən də elə qılmalısan deyir, bu vəziyyətdə nə edə bilərəm məsləhət verin
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:

ardını oxu
16-07-2023 Nərgiz
Salam. Kəffarə orucu nədir? Və nə zaman tutulması vacibdir? Ramazan ayının vacib oruclarını tutmadıqda sonralar tutmadığımız həmin vacib orucların kəffarə orucu tutulmalıdır yoxsa təkcə qəza orucu? Zəhmət olmasa cavablandırardınız
Cavab:

Va aleykum Salam. Kəffarə - dinin qadağalarını pozan şəxsin bağışlanmağı üçün etməli olduğu əməllərdir. Kəffarə orucu and içib onu yerinə yetirə bilməyən insana aiddir. Bu barədə ətraflı oxuyun:

ardını oxu
16-07-2023
Salam,burnumdan qan geldi ve az miqdarda qan uddum,orucum pozulur?
Cavab:

Va aleykum Salam. Əgər sizdən asılı olmayaraq, qeyri-ixtiyari boğazınıza qan getmişsə, bu sizin orucunuzu pozmur. Lakin əgər qaytarmağa imkan olduğu halda, bilərəkdən qanı udmusunuzsa bu sizin orucunuzu batil edir. Ətraflı oxuyun:

ardını oxu
16-07-2023
Əuzubillahiminə şeytanı rəcim bismillahir Rəhmanır Rəhim sözün namaza başlayanda deməy müstəhəbdir yoxsa niyyətdən soram ?
Cavab:

Əssələmu aleykum. Namazda "əuzu billəhi minəş-şeytanir-racim" (məlun şeytandan Allaha sığınıram) və "bismilləhir-Rahmənir-Rahim" (Mərhəmətli və Rəhmli Allahın adı ilə) cümlələri Təkbiratul-Ehramdan (namaza başlayarkən deyilən ilk təkbirdən) sonra deyilir.

ardını oxu
16-07-2023 Suleyman
Salam oruc vaxti insam cinsiyet bosalarsa ne olar oruc pozlurmu?
Cavab:

Va aleykum Salam. Bəli, oruclu ikən bilərəkdən sperma xaric etməklə boşalan adamın orucu batil olur. Həmin insan buna görə tövbə etməli, həmin günün orucunu qəza etməlidir. Ətraflı oxuyun:

ardını oxu
16-07-2023
Salam.15 yaşimda namaza basladim.Ama sonra tergitdim.Etiraf edirem ki men sehlenkarliqdan kecmiş namazlarimi qilmamişam.Hetta peşman olub qilmişam yene tergitmişem.Indi 34 yaşim var.Allahin iznile başlamisam qilmaga.Keçmiş namazlarimi qilmaliyammi???
Cavab:

Va aleykum Salam. Səhlənkarlıq səbəbilə buraxılan namazlar qəza edilmir. Bu namazlara görə tövbə etmək lazımdır. Ətraflı bu cavabı oxuyun:


Keçmiş illərdə qılınmayan namazlar qəza edilməlidirmi?
ardını oxu
16-07-2023
Salam.zehmet olmasa menimde yuxumun menasini deye bilersiz? Goruremki ayaqyolundan cixan zaman yoldasimi ve qaynanami qaranligda namaz qilarken gorub,mende namaz qilmaga basladim,ve namaza baslayarken yanimdan ag kolge kimi bir sey kecdi, basa dusmedim ne idi,ancaq yuxuda urkmusdum hemim vaxti.
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Yuxuda namaz qılmaq nəyə işarədir?
ardını oxu
16-07-2023 Nazənin
Salam, bir sual vermək istəyirəm?. Men azan oxunan vaxtı yuxuda nisanlimin nene xeyanet elediyini gördüm və yuxuda iç vuraraq ağlayırdım daha sonra yuxundan oyandim bir müddətdə ağladım. Bu ne deməkdi? Bunlar azan oxunan vaxtı oldu
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Yuxuda azan səsi eşitmək nə anlama gəlir?

ardını oxu
16-07-2023
Salam Aleykum menim bir sualım var. Namaz qılıram amma spermanı hamamdan hamama boşalmaqa döze bilmirem başqa yerde xaric eliyirem ve su ile yuyuram sonra iyi gelir bu Namazı batil eliyir?
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:


Masturbasiya etmək icazəlidirmi?

ardını oxu
16-07-2023 Vahid Əlicanlı
Salam aleykum ve rehmetullah. Sualım namaz vaxtları ilə bağlıdı. Menim istifade etdiyim namaz teqvimi heç vaxt yasadigim yerle uygun gelmir.. həmçinin sizin paylaşdığınız ana səhifədəki teqvimde uyğun gelmir..
Cavab:

Va aleykum Salam. Namaz vaxtlarını göstərən təqvimlər arasında bir neçə dəqiqə fərqin olması normaldır. Ölkəmizdə yalnız Əsr namazının vaxtı təqvimdəki vaxtdan ciddi şəkildə fərqlənir və bunun səbəbini bu cavabdan oxuya bilərsiniz:

ardını oxu
16-07-2023
Salam Aleykum . Mənim 22 yaşım var . Sevdiyim bir qız var ( o da məni sevir , amma bir-birimizə deməmişik , amma 2-mizində gözünmən oxunur sevdiyi ) yolda qabaqlaşanda göz-gözə gəlirik . Bir-birimizə salam verməyə utanırıq . Birdən təklikdə salamlaşırıq . Yəni nə qədər düzgün və ya səhvdi ?
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
16-07-2023 Xədicə
Salam aleykum, mən oruclu ikən mənə vəsvəsə gəlir ki, oz ozume deyirem ki, orucum pozulanda da pozulsun. Bu orucu pozurmu?
Cavab:

Va aleykum Salam. Belə fikrin gəlməsi orucu pozmur.

ardını oxu
14-07-2023
Salam. Namaz qılmayan biri Ramazan ayında namaz qılıb sonra qılmasa günah yazılar mı?
Cavab:

Va aleykum Salam. Namazı yalnız Ramazan ayında deyil, həmişə qılmaq lazımdır. Ətraflı oxuyun:


Yalnız Ramazan ayında namaz qılmağım düzdür?

ardını oxu
14-07-2023 Allah bəndəsi
Salam, Mən əvvəl şiə Namazı qılmışam Lakin sonradan o namazi qila bilmədim bilmirəm bəlkədə nəisə düzgün deildi amma bir az araşdırma apardığdan sonra sünnə namazının daha doğrusu Peyğəmbərimizin Qılıdığı Namaz barədə araşdırdım Hal hazırda mən Bu müqəddəs ayda çox isdəyərdim ki Namaz qılım Sizcə
Cavab:

Va aleykum Salam. Uca Allah qulun bilmədən etdiyi səhvləri bağışlayır. Namazı Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qıldığı kimi qılın. Ətraflı oxuyun:

ardını oxu
14-07-2023
Salam, rica edirem sualımı cavabsız qoymayasınız. Zinaya tövbeliyem, neçe ildi uzaqam. Amma indi sehetimde ciddi problemler yaşanır hekimler cinsi elaqede olmağımı vacib buyurur. Men ne ede bilerem indiki durumumda ? Lütfen cavablandırın
Cavab:

Va aleykum Salam. Belə çətin durumlara düşməmək üçün və sağlamlıqda fəsad yaranmaması üçün Dinimiz evlənmək yaşına çatan gənclərə evlənməyi tövsiyə etmişdir. Odur ki, belə halda sizə yalnız imkan daxilində tez evlənməyi tövsiyə edə bilərik. Həmçinin oxuyun:

ardını oxu
14-07-2023
Salam Aleykum.İslamdan ayrılmış daha sonra tekrar İslama gelmek isteyen şexs Şehadet getirmelidir yoxsa tövbe etmelidir?
Cavab:

Va aleykum Salam. İslamdan imtina edərək çıxan adama "mürtəd" deyilir. Mürtəd insan İslam dininə qayıtmaq istədikdə Kəlmeyi-Şəhadəti təkrar dilinə gətirməlidir və etdiyi küfrdən tövbə edib peşman olmalıdır. 

ardını oxu
14-07-2023 gunay
salam orucluken aybaşi qani gormek orucu pozur uzr isteyirem ifademe gore yoxsa orucu pozmadan axsama kimi gozlemek olar,?
Cavab:

Va aleykum Salam. Oruclu qadın heyz qanı gördüsə, orucu pozulur və axşama kimi oruc tutmur. Heyzli qadın Ramazandan sonra tutmadığı günlərin qəzasını tutmalıdır. Ətraflı oxuyun:

ardını oxu
14-07-2023
Salam Er arvada namaz qılmağa qoymursa kimə günah yazılır? Qadına yoxsa kişiye? Ve ya oruc tutmağa icaze vermirse qadın istediyi halda Ve birde qadın yoldaşından icazesiz namaz qılırsa qadın üçün günahdır?
Cavab:

Va aleykum Salam. Namaz Allahın əmri olduğu üçün namaza qadağa qoymaq Allahın əmrinə qarşı çıxmaq sayılır. Bu isə böyük günahdır. Namaz qılmaq Allahın haqqı olduğu üçün bu məsələdə Allahdan qeyrisinə itaət etmək olmaz.

ardını oxu
13-07-2023
Salam Aleykum zehmet olmazsa cavablandirardiniz teravih namazı nece qılınır ve neçe rüketdir
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Təravih namazı necə qılınır?

ardını oxu
13-07-2023 Şahnaz
Salam Aleykum bagisliyin narahat edirem men 16 yasimdan namaz qiliram ve artiq 28 yaşım var bilmek isdiyirem ki indi fikirlesirem ki o vah namaz qilanda bilmeden sef gunah etmisem bilmediyim halda etdiklerim gunah sayilir namazim BATIL olur xayis cvb versiz?
Cavab:

Va aleykum Salam.

ardını oxu
13-07-2023
Namaz vaxtı proqramı ile burdakı vaxt ďüz deyil aralarında 5 deqiqe vaxt var
Cavab:

Əssələmu aleykum. Namaz vaxtlarını göstərən təqvimlər arasında bir neçə dəqiqə fərqi olması qəbahət sayılmır. Ehtiyat üçün siz təqvimdə göstərilən vaxtdan bir neçə dəqiqə sonra qılın. Ətraflı oxuyun:

ardını oxu
13-07-2023
İftarı gecikdirmek olarmı? Ve ne qədər
Cavab:

Əssələmu aleykum. İftarı gecikdirmək sünnəyə müxalifdir.

ardını oxu
13-07-2023
Salam.Men hamiləyəm keçən ildən qəza orucum vardı 1gun.bugun tutdum.Amma səhər həyat yoldaşımla üzr istəyirəm sadəcə öpüşmək falan olub əlaqədə olmamışıq.Orucum batildir? yenidən tutmaliyam?
Cavab:

Va aleykum Salam. Öpüşmək orucu batil etmədiyi üçün orucunuz səhihdir və yenidən tutmağa ehtiyac yoxdur. Ətraflı oxuyun:

ardını oxu
13-07-2023 Ilahe
istixare etmek gunahdir
Cavab:

Əssələmu aleykum. İstixarə sözünün mənası - Allaha dua edərək bir işdə dünya və axirətdə ona xeyirli olanı nəsib etməyi diləməkdir. İstixarə edərkən namaz qılınır və namazda Allaha dua edilir. Bundan başqa mənalarda ixtixarə etmək düzgün deyil. Ətraflı oxuyun:

ardını oxu
13-07-2023 Telman
Əssələmu əleykum va Rəhmətullahi qadınlara orta barmağa üzük taxmaq olar?
Cavab:

Va aleykum Salam. Qadınlar istənilən barmağa üzük taxa bilərlər. Müəyyən barmaqlara (baş və şəhadət barmaqlara) üzük taxmağın qadağan olunması yalnız kişilərə aiddir. Ətraflı oxuyun:

ardını oxu
13-07-2023 Allah bəndəsi
Salam sizin Tg TT insta səhifəniz var ?
Cavab:

Və aleykum Salam. Bəli, saytımızın facebook, teleqram və instaqram səhifələri var. 


https://www.facebook.com/www.zikr.az 


http://instagram.com/zikr.az

ardını oxu
13-07-2023 By.Ov
Salam olsun. Bele bir sual verim. Kisi teref namaz qilir yoldawi ise yox. Onlar elaqeden sonra her iki terefmi qusl almalidirmi ?
Cavab:

Va aleykum Salam. Cinsi əlaqədən sonra istənilən halda həm kişi, həm də qadın qüsl almalıdır. Ətraflı oxuyun:

ardını oxu
13-07-2023 Nala
Salam aleykum Evde mamaz gılarken sütreye ehtiyac varmı? Men evde yoldaşımla namaz gılarken aramızda 2 metreden cox mesafe olur. Men sünne namazları gılarken yoldaşım dayanıb bitirmeyimi gözleyir. Sizin biliyinize göre arada bu geder mesafe varsa, yene sütreye ehtiyac varmı?
Cavab:

Va aleykum Salam. Evdə olsanız belə, namaz qılarkən sütrə qoymaq və sütrəyə tərəf namaz qılmaq sünnədir. Namaz qılan şəxs sütrə qoymamışsa, səcdə etdiyi yerdən bir dirsək uzaqlıqdan keçməkdə bir qadağan yoxdur.

ardını oxu
13-07-2023 Saleh
Es Salam Aleykum.
Cavab:

Va aleykum Salam.


1) Çətinlik olduqda namazları tam şəkildə birləşdirmək icazəlidir. Bu barədə ətraflı oxuyun:

ardını oxu
13-07-2023 Zəhra bagirova
Ailemin geri dönmesi ucun ne zikr edim
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:


Həyat yoldaşının geri qayıtması üçün dua varmı?

ardını oxu
13-07-2023 Zəkiyeva
Salam . Mende keçen ilin qezasi tutmuşam bir neçə gün qalib .bildiyimə göre tutmayan gun qeder bir kasibin ehtiyacin ödemelisen . Menim 16 yaşim var Bes men necə edim ?
Cavab:

Va aleykum Salam. Oruc tutmağa qadir olan şəxs yalnız buraxdığı oruc günlərin sayı qədər qəza orucu tutur, kasıb yedirtmir. Kasıb yedizdirmək ümumiyyətlə oruc tutmağa qadir olmayan şəxslərə (xroniki xəstələrə və qocalara) aiddir.

ardını oxu
13-07-2023
Salam men yuxuda dünyanın yıxıldığını ve herkesin yere çöküb namaz qılmağa başladığını görürem mende onlara qoşulub namaz qılmağa başlayıram ama bilmədiyim üçün başqalarına baxıb qılıram herkes namaz qıldığında ise her yer dayanır ve gündüz açılır ne menaya gelir?
Cavab:

Va aleykum Salam. Gördüyünüz yuxu bildirir ki, dünya və axirətdə nicat tapmağın yeganə yolu Uca Allaha dönməkdir. Odur ki, tez bir zamanda namaza başlayın! Həmçinin oxuyun:

ardını oxu
13-07-2023 HH
Salam Aleykum va rahmatullahi I va barakatu deyerli qardaşlar sizlere bezi suallarım olacaq 1) Ramazan ayında cinsi elaqede olanda 60 gün oruc tutmalısan yadakı 60 kasıbı yedizdirmelisen..Yemek burda bişmiş halda verilir yoxsa çiy halda eger çiy halda verilirse adam başına ne qeder ne düşür? 2)Ola
Cavab:

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu.

ardını oxu
12-07-2023 .
Salam.Men nişanlıyam ancaq atam kebin kesdirmeye icaze vermir.Deyir toyunuz olandan sonra kesdirersiz.Biz indi gedib kesdirsek, günah olar?
Cavab:

Va aleykum Salam. Kəbinin doğru sayılması üçün qızın vəlisinin (atasının, qardaşının, əmisinin və s.) icazəsinin olması şərtdir. Qızın vəlisinin izni olmadan kəsilən kəbin batildir. Ətraflı oxuyun:

ardını oxu
12-07-2023 Eli
Salamaleykum.bir sual mene qaranliq qalib.men Rayonda dogulmusham Bakida kirayede qaliram.ancaq qeyri is gunleri ola nda 4.5 ayda bir Rayona gedirem.200 km mesafe var Rayona kimi.bele Hallarda men Sefer namazi qilmaliyam ya yox.
Cavab:

Va aleykum Salam. Bakıya daimi yaşamaq üçün köçmüsünüzsə, siz artıq Bakı sakini sayılırsınız və Bakıda namazları tam şəkildə qılmalısınız. Qısa müddətə rayona getdikdə isə səfərdə sayılırsınız. Ətraflı oxuyun:

ardını oxu
12-07-2023 Ceyhun
İşlərim düz getmir sıxıntı var heç bir cür borc dan qurtara bilmirəm
Cavab:

Əssələmu aleykum.

ardını oxu

Pages