1. Bu cavabı oxuyun: Oruclu ikən bilmədən nəsə yemək və ya içmək orucu pozurmu?
Və aleykum Salam. Sizin Allaha bağlılığınız gözəl haldır, lakin unutmaq olmaz ki, Axirət savabları dünyada qazanılır.
Salam aleykum. Ümumiyyətlə alimlər Qurani Kərimin hərflərinin, sözlərinin və ayələrinin sayı barədə ixtilaf etmiş və fərqli fikirlər söyləmişlər.
Və aleykum Salam. Əgər qüsl alsanız namazın vaxtı çıxacaqsa, təyəmmüm alıb namazınızı qılmalısınız. Həmçinin, evi qızdırmaq mümkün deyilsə və belə halda qüsl alsanız xəstələnəcəksinizsə, qüsl almaq əvəzinə təyəmmüm edib namazlarınızı qıla bilərsiniz. Bu cavabı oxuyun:
Tövbə etsəm, Allah məni bağışlayarmı?
Və aleykum Salam. Küsülü qalmaq və ya uzun müddət yaxınlığın olmaması hələ kəbinin pozulması demək deyil. Kəbinin pozulması üçün qarşılıqlı boşanma və ya ərin qadını boşaması lazımdır.
Və aleykum Salam. Sidr ağacının tozu suda qarışdırılaraq sehr olunmuş insanın qüsl alması üçün istifadə edilir. Sidr ağacının tozunu məscidlərin yanındakı mağazalardan almaq olar. Həmçinin oxuyun: Cadudan necə qorunmaq olar?
Və aleykum Salam. Saytımızda yerləşdirilən namaz videosu Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qıldığı namaz formasıdır. Həmçinin oxuyun:
Sünni doğrudur, yoxsa şiə?
Namazları qılmağa vaxt olmadığı üçün gecə hamısını birdən qılmaq olarmı?
Və aleykum Salam. Ətir vurmaq icazəlidir və Peyğəmbər (salləllahu aleyhi və səlləm) ətir vurmağı çox sevərdi. Ancaq kişinin bununla niyyəti naməhrəm qadınlara qarışaraq onları özünə cəlb etmək və digər haram əməllərə nail olmaqdırsa, niyyətinə görə günah qazana bilər.
Və aleykum Salam. Səbəbsiz yerə gündə üç dəfə namaz qılan insan hər gün iki namazını qəza etmiş sayılır və böyük günah qazanır. Daha ətraflı:
Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?
Namaz qılmaq qaydası - VİDEO
Və aleykum Salam. Nəinki yəhudilərin, İslamı qəbul edib müsəlman olmadan heç bir qeyri-müsəlmanın tövbəsi qəbul deyil. Daha ətraflı:
Qeyri müsəlmanların yeri cənnət, yoxsa cəhənnəmdir?
Və aleykum Salam. Yalnız suda yaşayan və quruya çıxmayan bütün heyvanların yeyilməsi halaldır. Quran və səhih hədislərdə dəniz heyvanlarının bəzilərinin haram olması haqqında heç bir göstəriş yoxdur, yəni bütün dəniz qidaları halaldır.
Axirətdə Allahı görmək olacaqmı?
Salam aleykum. Günahdan qayıtmaq heç vaxt gec deyil. Uca Allah qullarına qarşı mərhəmətlidir, ölüm gələnə qədər bütün tövbələri qəbul edir. Tezliklə hicab geyinin və savabınızı Uca Allahdan istəyin.
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Və aleykum Salam. Bəli, kişi gözünə sürmə çəkə bilər. Amma cəmiyyətin mentalitetini nəzərə almaq lazımdır. Bu əməl vacib olmadığı üçün və bizim cəmiyyətdə gözə sürmə çəkmək qadına oxşamaq sayıldığına görə bu sünnəni tətbiq etmək məqsədəuyğun deyil.
Və aleykum Salam. Bu cavabları oxuyun:
İslam dini aktyorluğa necə baxır?
Müğənni olmaq günahdırmı?
Və aleykum Salam. Ərəb dilindəki bəzi səslərin azərbaycanca qarşılığı olmadığı üçün, heç bir surəni tam düzgün yazmaq mümkün deyil. Daha ətraflı bu cavabı oxuyun:
əl-Fatihə surəsini yaza bilərsinizmi?
Salam aleykum. Ayaq üstə subaşına çıxdıqda nəm salfetka ilə təmizləmək olar. Daha ətraflı: Ayaqyoluna getməyin ədəbləri
Və aleykum Salam. Qadın heyzdən qurtardıqda qüsl alarkən xüsusi bir söz demir, sadəcə qüsl alacağını bilməyi onun niyyətidir və "bismilləh" deyib qüsl almalıdır. Daha ətraflı: Niyyət etmək bidətdirmi?
Va aleykum Salam. Bu cavabı oxuyun: İslam dini aktyorluğa necə baxır?