22-02-2017 Gunel
Salam men namaz qiliram suciceyi olandan sonram namazi saxlatmiwam bu gunahdi yoxsa yox?
Cavab:
Və aleykum Salam. Heç bir halda namazı tərk etmək olmaz. Tövbə edin və yenidən namaza başlayın. Siz xəstə ikən dəstəmaz ala bilmirdinizsə, təyəmmüm alıb namazları qılmalı idiniz. Daha ətraflı:
ardını oxu
22-02-2017 əlı
salam aleykum!Necesiz?EVDƏN,bagdan verilən payı(meyvə,tərəvəz,kartof,qatiq,sud,və s)yaxud bir xəstənin yanəna gedərkən ona verilən az miqdar pulu yaxud payı zəkat hesab etmək olarmı?Cox sag olun ALLAH SIZDƏN RAZI OLSUN!
Cavab:

Və aleykum Salam. Hədiyyə zəkat sayılmır. Zəkat müstəqil ibadət növüdür və onun xüsusi hesablanıb verilmə qaydası var. Daha ətraflı: ZƏKAT  

ardını oxu
22-02-2017 Turab Se
Allahın Salamı olsun gözəl bəndələrə! "Maidə, 54 - Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər.
Cavab:

Və aleykum Salam. Uca Allah buyrur: "Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər.

ardını oxu
22-02-2017
Salam Aleykum. Mənim bu ramazandan qəza oruclarım var, müalicə aldığım üçün tuta bilməmişəm. İnşəAllah onları tutacam. Ama keçən ramazandan qalma qəza oruclarım da var, müalicə aldığım üçün onları da tuta bilməmişdim. Həmçinin mən hər ramazan oruc tuta bilməmişəm. İndi nə etməliyəm?
Cavab:

Və aleykum Salam. Hər halda oruc tuta bilmədiyiniz illəri təqribən hesablayıb sağaldıqdan sonra yavaş-yavaş həmin orucları tutmalısınız. Daha ətraflı: Ramazan ayından qalan kəffarə orucunu ardıcıl tutmaq lazımdır?

ardını oxu
22-02-2017 Shehriyar Hesenov
Cetinlikden cixmaq ucun edilen Dualar
Cavab:
ardını oxu
22-02-2017 x malcom
Məhəmməd peyğəmbərə quran nazil olarkən savadsız idisə necə ticarət başçısı olurdu?
Cavab:

Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) savadsız yox, yazıb-oxuya bilməyən insan olub. Bu isə sırf savadsızlıq deyil. Günümüzdə o qədər insan var ki, yazıb-oxuya bilməsə də güclü ticarətçidir.

ardını oxu
22-02-2017 Resad
Salam aleykum menim bir sualim var zehmet olmasa destnamaz alarken zarafat etmek olarmi?
Cavab:
Və aleykum Salam. Dəstəmaz alanda danışmaq olar, lakin zarafat etmək dəstəmazı batil etməsə də, lazımsız sözlər kimi sayılır. Hər halda müsəlman dəstəmaz alarkən kimin qarşısında durub namaz qılmaq üçün dəstəmaz almağını düşünsə daha ciddi olar.
ardını oxu
22-02-2017 Bbbbb
Salam aleykum qardawlar zikir hansi elle dilir ve nece? Ferz namazinda axrinci secdede oz dilimizde dua ede bileriymi yoxsa secdede Peyqanberimiz eden dualari etmeliyik? Ve namazin icinde bawqa harada dua edilir? Salavatlari yazardiz zehmet olmasa?
Cavab:
Və aleykum Salam.
1. Zikr sağ əlin barmaq buğumları ilə edilir. Daha ətraflı:
Zikri sağ əl ilə, yoxsa iki əl ilə etmək lazımdır?
ardını oxu
22-02-2017 A
Salam. Bezi yerlerde deyilene gore hz Ademin ilk yoldasi lilit olub bu dogrudu?
Cavab:

Və aleykum Salam. Səhih mənbələrdə Adəmin ilk yoldaşının adının Həvva olması bildirilir. Qurani-Kərimdə Həvvanın adı qeyd edilməsə də, səhih hədislərdə Həvva adı qeyd edilmişdir.

ardını oxu
22-02-2017 Emil
Salam alekum. Allah cekdiyiniz eziyyetlerin behresin versin. Men bir ay olar sual vermisem helede cavab verilmeyib.. bir sualda vermek isterdim. Eger ruqyeye qulaq asanda beden sabit ve sakit qalirsa cinin bedende olmadiqina emin olmaq olar ??
Cavab:

Və aleykum Salam.

ardını oxu
22-02-2017 Allahin bir qulu
Salam menim bir refiqem var namazlarini qezaya cox verirdi artiq qezalarinin sayini unudub sizce o ne etsin
Cavab:

Və aleykum Salam. Namazları bilərəkdən qəzaya buraxmaq, qılmamaq və ya qılıb tərk etmək böyük günahlardandır və axirət əzabına aparır. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi.

ardını oxu
22-02-2017 Aişe
Es salamu aleykum. Yoldaşım mene üç defe talaq verdi,üçüde bir yerde.Sonra dedi esebiydim barışaq.Biz barışmaq üçün tezden kebin kesdirmeliyik? Allah razı olsun. Es salamu aleykum.
Cavab:

Və aleykum Salam. Üçü də eyni vaxtda deyilən talaq bir talaq sayılır, çünki bir talaq zamanı qadının "iddə" (gözləmə) müddəti keçməlidir. Əgər bu dövr ərzində kişi qadının qaytarsa, yenidən kəbin kəsdirməyə ehtiac yoxdur.

ardını oxu
22-02-2017 Ayla
Aleykumselam nenim bir sualim var men namazlarimi cox qezaya verirdim.Sayi yadimnan cixirdi sonra namazi terk eledim sizce men ne edim
Cavab:
Və aleykum Salam. Namaz qılmamaq, namazı bilərəkdən qəzaya saxlamaq və ya namaz qılıb sonra tərk etmək böyük günahlardandır və axirətdə cəhənnəm əzabına səbəbdir. Gecikmədən səmimi qəlbdən tövbə edib yenidən namaza başlamaq lazımdır.
ardını oxu
19-02-2017 Emin
Salam qardas olunun yerin deyismek hansi sertlerde olar?
Cavab:

Və aleykum salam. Ciddi zərurət olmadan qəbirin yerini dəyişmək haramdır. Zərurət halları aşağıdakılar ola bilər:

ardını oxu
19-02-2017
Assalamu aleykum. Allah sizdən razı olsun. Elminizə bərəkət versin. Sualları ətraflı və dəlillərlə cavablandırdığınıza görə bu saytı çox bəyənirik. Sualım ondan ibarətdir ki, İslamda özünü partlatmaq yolu ilə başqalarını öldürməyə necə baxılır? Xahiş edirik, ətraflı məlumat verərdiz.
Cavab:
Və aleykum Salam. Özünü partladaraq başqalarını və özünü öldürməyin İslam dinilə heç bir əlaqəsi yoxdur. Bunu 20-ci əsrin sonlarında kafirlərə xidmət edən xəvariclər (radikal qruplaşmalar, terrorçular) ortaya çıxarıblar.
ardını oxu
19-02-2017 məxfi
Salam. Əxlaqsız hekayeler oxumaq gunahdir ?
Cavab:

Və aleykum Salam. Bu cür şeyləri oxumaq böyük günah olan zinaya aparan əməllərdən sayılır, çünki onları oxumaq insanı əxlaqsız şeylər haqqında düşünüb xəyal edir, düşünmə istəyə keçir, istək isə sonda əmələ çevrilə bilər.

ardını oxu
18-02-2017
Salam. Men yuxuda gordumki tovbemi pozuram. Ama tovbemi pozmamisam. Bu neye yozulur?
Cavab:
Və aleykum Salam. Yuxulara görə tövbəni pozmaq düzgün deyil. Bu şeytan vəsvəsəsi ola bilər. Belə yuxulara fikir verməyin və tövbənizdə sadiq olmaqda davam edin.
ardını oxu
18-02-2017 samir
Assalamualeykum dəstəmazli halda geyinmis corablara məsh cəkmək hardan gəlib bu barədə daha ətrafli dəlil gətirə bilərsinizmi, ama bəzi qardaslar (hanefi mezhebiynen geden) deyirki belə bir şey yoxdur bu bidətdir ona gorə bu məsələ məni cox narahat edir
Cavab:
Və aleykum Salam. Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) dəstəmaz aldıqda belə edərdi. Bu məsələ ayədə deyil, hədislərdə öz təsdiqini tapmışdır. Bu barədə 40-a yaxın səhih hədis vardır. Həmin hədislərə əsasən Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) məsh çəkərdi.
ardını oxu
18-02-2017 Əkbər
Salam. bir nəfər var keçmişi həyatının 5 6ili böyük günahlarnan keçib. 14 qadınla zina edib aq valideyin olub və başqa böyük günahlar edib. Bu insan Tövbə elədi Namaza başladı. Namaza başlayanda bir neçə ay sonra Qadınlarla yaxınlıq etməsədə Telefonda pozğun videolara baxdı 4 5 dəfə.
Cavab:
Və aleykum Salam. Ümumən insanın günahlarına görə narahat olması yaxşı haldır, lakin müəyyən bir əməlin günah olduğunu bildikdən sonra o əmələ tövbə etmək kifayətdir.
ardını oxu
18-02-2017 Inare
Salam cume qusulu notn sozleri nece deylir
Cavab:
Və aleykum Salam. Cümə qüslunda hər hansı bir sözlə niyyət etməyə ehtiyac yoxdur. Qəlbinizdə cümə qüslunu almaq istəyinin olması özü niyyətdir. Daha ətraflı:
Niyyət etmək bidətdirmi?
ardını oxu
18-02-2017 Kamal
Salam. Sizdən bir söz soruşmaq istərdim Peyğəmbərimiz(s.a.s) efendinin neçə arvadı olub yəni adlarını birdə tam onlar haqda dəqiq məlumat yaza bilərsiz? bildiyimə görə 18 dənə arvadı olub ama inanmıram elə bir şey olsun yəni əsas yaxınlıq etdiyi arvadlarını adlarını sayını yazarsız İnşAllah.
Cavab:
Və aleykum Salam. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) yalnız Aişə (Allah ondan razı olsun) adlı həyat yoldaşı bakirə olub. Daha ətraflı: Peyğəmbərimizin neçə xanımı olub?
ardını oxu
18-02-2017 Aygun
1.salam men namaz qilirdim indi ise ne qeder istesemde qila bilmirem men nece etmeliyem?2.Heyz bitdikden sonra qusul ala bilmemeye gore qezalarin qilmaliyam?
Cavab:
Və aleykum Salam.
1. Bu cavabları oxuyun:
Namaz qılıb tərk edən yenidən namaza necə qayıda bilər? 
ardını oxu
18-02-2017
Salamun aleykum. Məsciddə səsgücləndirici ilə azan verilir və evdə bu azanı eşidirəm. Bilmək istəyirəm ki, bundan sonra mən evdə namaz qılmağa başlayanda azan verməliyəmmi? Əgər azan verərəmsə ziyanı varmı? Allah sizdən razı olsun.
Cavab:

Və aleykum Salam. Əgər məsciddə verilən azanı eşidirsinizsə, heç bir üzürlü və ya zəruri səbəb yoxdursa, bu zaman camaat namazına getməyiniz vacibdir.

ardını oxu
18-02-2017 Catresiz
Salam Aleykum...Bir suimda var size..ewitmiwemki birde deyirler beqere suresinde yazilib bu...Eyer kiwi xanimina eziyyet verirse qadin gedib bawqa kiwiyle yawaya biler...bunu aydinlawdirardizda....dini sohbet olanda ewitdim.Allah razi olsun...
Cavab:
ardını oxu
18-02-2017 Caresiz
Salam Aleykum...Bagiwlayin sualima gore.....Eyer bir kiwi qadini hec bir weyle temin ede bilmirse maddi menevi yaninda olmursa qadin ne etmelidi ?? Men uje nece ildi bezdim.
Cavab:

Və aleykum Salam. Bu cavabı diqqətlə oxuyun: Ərim mənimlə maraqlanmır, nə edim? 

ardını oxu
18-02-2017
Salamun aleykom uzur isteyirem bu suallari verdiyime gore eger bir qadini sevirsense onunla opusmek yada basqa emeller edirse bagislayim qadinin na mehrem yerleroine el vurub opmey zina sayilirmi?
Cavab:
Və aleykum Salam. Sevdiyiniz qadınla evlənmədiyiniz müddətdə o qadın naməhrəm sayılır. Naməhrəm qadınla isə təklikdə qalmaq, ona toxunmaq, öpmək və s.
ardını oxu
18-02-2017
Salam cox bagislayin bu sualima gore eger evlenmemis bir adam ozu ozu ne spermataziid axidarsa ozunden bu gunahdirmi inasnin emellerin batil edermi?
Cavab:

Və aleykum Salam. Bu əməl istimna adlanır və xeyirli əməlləri batil etməsə də, günah sayılır. Daha ətraflı: Masturbasiya etməyə icazə verilirmi?

ardını oxu
18-02-2017 Şahin
Salam aleykum mən dua edərkən bir şeyə tövbə edərkən Allahı şahid çağırıram deyirəm Allahım şahidim ol vəkilim ol görəsən günah etmirəm
Cavab:

Və aleykum Salam. And içdikdə, dua, tövbə etdikdə və s. Uca Allahı şahid tutmaq günah sayılmır. Uca Allah buyurur: "Onlar dedilər: "Ey Hud! Sən bizə açıq-aydın bir dəlil gətirmədin, biz də sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq.

ardını oxu
18-02-2017 elmira
salam aleykum men mamaz qilmaga yeni baslamisam arada 5 mamaz vaxtini qacirmisam onlari her vaxt qila bileremi birde niyyeti ve nece ruketoldugunu yazardizda cox xais edirem
Cavab:
Və aleykum Salam. Vaxtını ötürdüyünüz namazları imkan olan kimi qılmaq lazımdır, qılınma qaydası adi namazda olduğu kimidir. Daha ətraflı:
ardını oxu
18-02-2017 Sekine
Salam size bir sualim var menim babam rehmete gedib onun ucun hansi dua ve zikirleri eleye bilerem?
Cavab:
Və aleykum Salam. Ümumən istədiyiniz sözlərlə onun bağışlanması üçün dua edə bilərsiniz. Daha ətraflı: ​​​​​​​Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər?
ardını oxu
18-02-2017 sahil
salam aleykum Men bilmey isdiyiremki tövbə eden adam namaz qılmalıdı men bir çirkin emele tövbə edmişdim məcburiyet qarşısında pozdum nece edim?
Cavab:

Və aleykum Salam. Hər tövbəyə görə namaz qılmaq lazım deyil. Dil və qəlb ilə tövbə etsəniz kifayətdir, lakin istədiyiniz vaxt etdiyiniz günaha görə tövbə namazı qıla bilərsiniz. Gün ərzində beş dəfə namaz qılmaq isə hər bir müsəlmana vacibdir.

ardını oxu
18-02-2017 RashaD
Salam aleykum. 1)Eyer paltarda necaset olarsa hemin necaset quruyarsa necaset hokumunden duwur.Eyer hemin paltardaki necasetin ustune su ve ya bawqa maye duwse necislik hokumu yeniden aktivlewir yoxsa ele hokmden duwmuw kimi qalir? 2)Paltar yuyan mawin insan eli kimi necaset duwmuw yeri deqiqlikle
Cavab:
Və aleykum Salam. Sidiyə bulaşmış paltarın üzərinə təmiz su düşdükdə, artıq təmiz sayılır. Dində çox dərinə, xırdaçılığa getmək olmaz. İnsanın bədəninə və ya paltarına nəcis dəydikdə, o hissə yuyulur. Az miqdarda sıçrayıbsa, əli yaş edib çırpmaq kifayət edir.
ardını oxu
18-02-2017
sakam meleykum men ayleliyem iki usagimda var aylemi atamin isdediyi ile qurmusam diye bilmeremde xosbext deyilem lakin sevdiyim insani ureyimden cixarda bilmirem bu gunahdim ve yoldasima xeyanet elemis olurami ?
Cavab:
Və aleykum Salam. İnsan ağlına gələn fikirlərə əməl etmədikcə Allah qatında günah qazanmır və xəyanət etmiş sayılmır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Uca Allah ümmətimdən nəfslərində etməyi arzuladıqları şeyləri etmədikləri və danışmadıqları müddətcə əfv etmişdir".
ardını oxu
13-02-2017
Salam aleykum. Muaviye Hind ve ebu Sufyanin ovladi olub? Ve nece olub ki,Hind ve ebu Sufyan peygember sallalahu aleyhi ve sellemle duwmencilik ede-ede oz qizlarini ona ere vermiwdiler? Eziyyetinizi allah xeyirle evezlesin, cumlemizin elmini artirsin inweallah.
Cavab:

Və aleykum Salam. Bəli, Muaviyə Hind və Əbu Sufyanın oğlu olub. Muaviyənin bacısı, Hind və Əbu Sufyanın qızları Ramlə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcəsi olmamışdan qabaq onun əri Ubeydullah ibn Cəhş idi.

ardını oxu
13-02-2017 Muzeffer
Salam Aleykum. Sualim budur ki, namaz qilan zaman , Hemd Sureni "Euzu billahi mine seytani recim, bismillahir rehmanir rehim" deyib baslamaq olarmi ? Eger bele sefdirse, men bu sefi etmiwem , ne etmeliyem ?
Cavab:
Və aleykum Salam. Bəli, qeyd etdiyiniz şəkildə namaza başlayarkən birinci təkbirdən (Allahu Əkbər) sonra birbaşa "istiazə" (əuuzu billəəhi minəş-şeytaanir-raciim) ilə "bəsləmələ"ni (bismilləəhir-rah'məənir-rahiim) deyib Fatihə surəsini oxumaq olar.
ardını oxu
13-02-2017
Assalamualeikum,ua rahmatullahi ua barakatuh! Sizdən vəsvəsə barədə sorusmaq istəyirəm,vəsvəsələrdən cox əziyyət çəkirəm,insan özü özünə ruqiyə edə bilərmi?Elə birisini tanımıram ki ruqiyə etsin.Ruqiyə etməyin qaydasını yazardınız zəhmət deyilsə.Hansı surələri oxuyum?Zikrlərdən savayı başqa nə edə
Cavab:
Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. Vəsvəsənin müalicəsi həmin vəsvəsələlərə əhəmiyyət verməməkdir. İnsan özünə ruqyə edə bilər. Daha ətraflı:
Cadudan necə qorunmaq olar?
ardını oxu
13-02-2017
Salam Aleykum.Kiməsə and vermək, məsələn deyirlər ki "bunu eləməsən ölümü gör" və s. Belə bir şey İslamda var mı? Və bir insanı pis əməldən çəkindirmək üçün ona öz canına and vermel olar mı?
Cavab:
Və aleykum Salam. Bu kimi sözlər mənası qarışıq olan, bəd dua sayıla bilən və Allahdan başqasına and içməyə yaxın olan ifadələrdəndir. Ona görə bu kimi sözlərdən çəkinsəniz daha yaxşı olar. Daha ətraflı:
ardını oxu
13-02-2017 vusale
Salam . Men sizin saytda gordum . Ki namazn her ruketnde fatihe suresi deyilmelidir. Amma men birinci ruketde ve ikinci ruketde fatihe ve ixlasi deyirem qunut tuturam.. sora o biri iki reketlerin iksindede tesbihati erbeni deyirem!
Cavab:
Və aleykum Salam. Ən doğru yol və namaz Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yolu və onun qıldığı kimi qılınan namazdır.
ardını oxu
13-02-2017
Qusullu olarkən paltar yuyanda paltara salavat çəkmək duzgundurmu
ardını oxu
13-02-2017
Salam.bilmeden and icmek günahmi?onu geri goturmek olurmu? nece geri goturmek olur?
Cavab:
Və aleykum Salam. Bilmədən and içmək günah sayılmır, çünki Uca Allah bu ümmətin unutqanlıqdan və bilmədən etdikləri günahları bağışlamışdır. (İbn Məcəh, 2043). Daha ətraflı:
ardını oxu
13-02-2017
Salam.Namazda tüşehüdən sonra bolluca dua edib sonra Salamı deyib namazı bitire bilerem?
Cavab:
Va aleykum Salam. Bəli, axırıncı təşəhhüddən sonra salamdan qabaq istənilən duaları edə bilərsiniz. Daha ətraflı: 
Dualarım qəbul olmur, nə edim? 
ardını oxu
13-02-2017 Cavad eliyev
Eger sen namaz qilirsansa senin yaninda basqa bir adam soyus soyurse sen soyusu esitirsense ne etmelisen?
Cavab:
Salam aleykum. Belə bir hal baş verdikdə, bu sözlərə əhəmiyyət vermədən namazı davam etmək və namazda deyilən sözlər barəsində fikirləşmək lazımdır. Namazdan kənar vaxtlarda baş verən belə hallarda isə, bacarırsınızsa həmin söyüş söyən adamı gözəl şəkildə bu əməlindən çəkindirin.
ardını oxu
13-02-2017
salam aleykim.Mənim atam Allaha,Peyğəmbərə inanir,amma axirət dünyasina inanmir.Bu kafirlikdir?Allah razi olsun!Amin!
Cavab:
Və aleykum Salam. Ümumən axirətə iman gətirməmək insanı dindən çıxaran böyük küfrlərdən sayılır, lakin hər küfr edən kafir sayılmır.
ardını oxu
13-02-2017 Allah bəndəsi
salam aleykum.Mən dost dostunu tərk edirsə günahdirmi?Birdə ki spirtli içki qəbul etmirəm.Amma onlari görəndə içmək istəyirəm.Bu günahdirmi?Cox sagolun.Təsəkkür
Cavab:
Və aleykum Salam. Əgər dostlarınız sizi içki içməyə sövq edirsə, onları içkidən uzaqlaşdırmaq üçün nəsihət edin. Bu mümkün olmasa, onlardan uzaqlaşsanız daha yaxşı olar. Daha ətraflı:
ardını oxu
13-02-2017
Salam hamiləlikdə namaz'a ara vermək günahdır mı?
Cavab:
Və aleykum Salam. Hamilə qadın namaza fasilə verməməlidir. Uca Allah hər bir çətinlikdə asan yol göstərmişdir. Daha ətraflı:
Hamilə qadın namazı necə qılmalıdır? 
ardını oxu
13-02-2017
Salam zehmet olmasa cavab yazardiniz.Sol ayaq pencesinin olcusu sagdakina nisbeten 4sm kicik ve eldeki barmaqlara oxsar formada oldugu ucun secdede agri yaradan problemler varsa ne etmelidir?Bu zaman stulda namaz qilmaq olarmi?
Cavab:

Və aleykum Salam. Bəli, əgər ayaq üstə namaz qılmaq sizə ağrı verirsə, oturaraq namaz qıla bilərsiniz. Daha ətraflı: Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?

ardını oxu
13-02-2017 Faiq
Salam, Menim barmağımı ayaqqabı döydüyü üçün dərman qoyub tənziflə bağlamışam. Barmağımda dərmanlı tənzif olduğu halda dəstəmaz alıb namaz qıla bilərəm? Çox Sağ Olun
Cavab:
Və aleykum Salam. Həmişəki qaydada dəstəmaz alırsınız və növbə ayaqlara çatdıqda həmin ayağınızı mümkün olan qədər yüngülvari yuyun və yuya bilmədiyiniz hissəyə əlinizlə yüngülcə məsh çəkin.
ardını oxu
13-02-2017
Destemaz aldiqdan sonra ellere ve ya beden uzvlerine krem surtmek olar? Yoxsa destemaz batil olar?
Cavab:

Salam aleykum. Bəli, dəstəmaz aldıqdan sonra bədənizin istənilən hissəsinə krem sürtə bilərsiniz və bu hal dəstəmazı batil etmir. Həmçinin oxuyun: Dəstəmazı pozan amillər

ardını oxu
13-02-2017 Efsane
Salam aleykum. Menim erimin xasıyyetı cox pisdir, bezmişem temiz, cox peşmanam amma boşanıb ne edım? Kim alar meni?. Oz ozume deyırem ki, coxlu istiğfar edım yoldasımın islah insan olması ucun. Vu dogrudurmu? 2.
Cavab:
Və aleykum Salam. Siz ərinizin doğru yola gəlməsi üçün çoxlu dua edin və onu günahlardan çəkindirin. Günahları və doğru olmayan seçimləri qədərin üstünə atmaq olmaz, çünki Allah bizə seçim azadlığı vermişdir. Həmçinin oxuyun:
ardını oxu
13-02-2017 men.
Salam . Men bir yerdr ewiddim ki . Kebinsiz qurulan aile yeni (molla kebini) olmadan qurulan ailenin uwaqlari hec vaxd cennete duwe bilmez. Kebinsiz qurulan aile zina saylir????? Bizim ailede atam anam arasnda kebin yoxdur . Men buna gore cox narahatam .
Cavab:
Və aleykum Salam. "Kəbinsiz doğulan uşaqlar Cənnətə düşməyəcək" fikri yalnışdır. Hər kəs öz əməllərinə görə sorğu-sual olunacaq. Uca Allah buyurur: "De: "Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa tanrımı axtaracağam?" Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir.
ardını oxu

Pages