19-03-2017 S
Salam yoldasimdam gizlin erimin pulu ile atamgile komeklik edirem gunahdir yoldasimdan gizlin bir miqdar pul yigmisam gunahdir
Cavab:
Və aleykum Salam. Bəzi hallar istisna olmaqla, qadının ərindən gizli onun pulunu xərcləməsi ailədə səmimiliyin və etibarın itməsinə gətirə bilər.

ardını oxu
16-03-2017 Aybeniz
Salam meni hemzad toxunub.sebebin bilmek isterdim
Cavab:
Və aleykum Salam. Quranda "həməzətiş-şəyətin" sözü "şeytanların vəsvəsələri" kimi qeyd edilir. Vəsvəsələrdən qorunmaq barədə bu cavabları oxuyun:
ardını oxu
16-03-2017
salam aleykum. is gore gore dua etmek olarmi ya da zikr etmek olarmi? Bu ne derecede duzgundur??
Cavab:
Və aleykum Salam. İş əsnasında dua və ya zikr etməyə heç bir qadağa yoxdur, əksinə bu, xeyirli əməllərdəndir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahı tez-tez yada salın! Səhər-axşam Onun şəninə təriflər deyin!" (əl-Əhzab, 41-42).
ardını oxu
16-03-2017
Salam. Evi dini suvenirlərlə bəzəmək olar? Bəs telefonda dini şəkillərin olması necə? Sağolun.
Cavab:

Va aleykum Salam. Quran ayələri və dini yazıların suvenir kimi saxlanılması düzgün deyil, çünki Allahın ayələri bəzək üçün deyil, oxuyub ibrət almaq, yazılan əmrlərə itaət və qadağalardan çəkinmək üçündür. Telefonda isə dini şəkillərin saxlanılması qadağan deyil.

ardını oxu
16-03-2017 samırə
Salam.mən şıə namazı qiliram.rukudan qalxa qalxa səmiallahu limən hamidəh.tam qalxdiqda isə rəbbəna və ləkəl həmd deyib sonra təkbir deyirəm.xahiş edirəm deyərdiz belə dogrudur ys yanlış.e
Cavab:

Va aleykum Salam. Bəli, rukudan qalxa-qalxa "səmi Allahu limən həmidəh", qalxdıqda isə "Rabbənə və ləkəl həmd", sonra isə "Allahu Əkbər" deyib səcdəyə getmək lazımdır.

ardını oxu
16-03-2017
Salam men namazda herden olur zikr ve dua etmirem Dinde bele sey qadagandir?
Cavab:
Və aleykum Salam. Namazda rukuda, rukudan qalxanda, səcdədə, təşəhhüddə və s. oxunulması vacib olan bir sıra zikr və duaları etmək zəruridir. Müstəhəb olan dua və zikrləri etməmək isə günah deyil.
ardını oxu
16-03-2017 sevinc memmedova
azaz sesi gelende niye qorxuruq?
Cavab:

Salam aleykum. Bu cavabı oxunun: Azan səsi gələndə qorxmaq normaldırmı?

ardını oxu
16-03-2017 sevinc memmedova
salam.men hemise dua edende niye qebul olunmur yeni ki bezileri qebul olur bezileri ise olmur neye gore?
ardını oxu
16-03-2017 sevinc memmedova
ALLAHIN salami olsun her kese menim size sualim olacaq.aiz sekili cekmek ve ya basqa sekiller cekmek boyuk gunahdirmi?xais edirem suali cavanlayin...
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Şəkil çəkmək olarmı?
ardını oxu
16-03-2017 vefa
Salam.Menim size bir sualim olacaq.Evvelceden minatdarligimi bildirirem.Insanin bir seye meselen esya v.s kimi seyler ozuna lazim ola ola yeni ondan istifade edirde ozgesi isdese vermese gunah sayilirmi.Ele oluqda paxil insan olur.
Cavab:

Və aleykum Salam. İnsanın özünün ehtiyacı olduğu halda istifadə etdiyi hər hansı bir əşyanı başqası istədikdə, ona verməməsi günah deyil. Bu məsələdə siz haqq sahibisiniz və sizdə olanı sizdən istəyən adama vermək ixtiyarınız var.

ardını oxu
16-03-2017 ismayıl
SALAM ALEYKUM!ALLAH sizdən razı olsun.Bütün ibadətlərimı bu sayta istinad edərək yerinə yetirirəm.Sualım belədir:sünnə,nafila,gecə, vitr və bircox əlavə namazlarda acılış duasını oxumaq vacibdirmi?
Cavab:

Və aleykum Salam. Ümumiyyətlə hətta fərz namazlarında belə açılış duasını oxumaq vacib deyil. Açılış duası təkid olunmuş sünnələrdəndir. Cənazə namazında isə ümumiyyətlə açılış duası oxunmur. Cənazə namazında birinci təkbirdən sonra dərhal "əl-Fətihə" surəsi oxunur. Həmçinin oxuyun:

ardını oxu
16-03-2017 Kubra
Men subh namazini qilib mektebe gedrem ders 1-de bitir menimde dersden sonra hazrlqm var hazrlqlarimda saat 6 da bitir ona gorede men zohr esr wam xifteni bit yerde qiliram gunah deilki?
Cavab:
Salam aleykum. Dörd namazı bir vaxtda qılmaq düzgün deyil. Daha ətraflı:
Hazırlığa getdiyim üçün namazları beş dəfə əvəzinə üç dəfə qıla bilərəmmi? 
ardını oxu
16-03-2017 sebine
As Salamu Aleykum Allah razi olsun Bir soz sorusum.Namazda sozleri deyende(fatihe ixlas ruku ve.s) esidile bilecek sesde demek lazimdir yoxsa icden yeni qelbde demek? niyyetide qelbden kecirmek lazimdir?
Cavab:
Və aleykum Salam.
ardını oxu
16-03-2017
Salam aleykum. Söyüş söyən və ya qarğış eliyən adama cavabı necə vermək olar ki utansın..? Yəni dediyi sözə görə peşman olsun vı utansın.
Cavab:
Və aleykum Salam. Çalışın həmin söyüş söyən adamı gözəl şəkildə susdurasınız. Çünki söyüş söyməklə o sizin haqqınıza girmiş olur. Əgər görsəniz həmin adam susmaq istəmir, onda həmin yeri tərk edin.
ardını oxu
14-03-2017 Əli
salam!necəsiz?Məscidul-Əqsa və Beytul-Məqdis bunlar hər ikisi eyni məsciddirmi? Bu məscidləri ziyarət etmək vacib əməldirmi?Əgər vacibdirsə nəyə görə ora getmək istəyən cox azdır?
Cavab:

Və aleykum Salam. Bəli, bu, Qüdsdə (Yerusəlim) olan məscidin adlarıdır. Bu məscidi ziyarət etmək vacib deyil, lakin orada namaz qılmaq böyük savabdır. İmkanı çatan hər kəsə həccə getmək və Məkkədə olan Allahın evini (kəbəni) ziyarət etmək vacibdir.

ardını oxu
13-03-2017
Salamun aleykum. Bəzən deyirlər ki, başı açıq süfrədə oturulmaz, başı açıq yemək yemək günahdır. Xahiş edirəm ayınlıq gətirəsiniz.
Cavab:

Və aleykum Salam. Naməhrəmlər olmayan istənilən yerdə başı açıq oturmaq olar. Daha ətraflı: Kmlərin yanında hicabı açmaq olar? (Məhrəm və naməhrəm kimlərdir?) 

ardını oxu
11-03-2017
Salam. Hansı balıqları yemək olmaz? Eşitdiyimə görə pulcuqsuz olanları yemək olmaz. Bu doğrudurmu? Sağolun.
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Üstü pulsuz balıqların ətini yemək olar?

ardını oxu
11-03-2017
Dul qadın subay oglanla kebin ede bilermi?
Cavab:

Salam aleykum. Bəli, dul qadın subay oğlana şəriətimizin buyurduğu qaydada ərə gedə bilər. Kəbində qadının vəlisinin və özünün razılığı tələb olunur. Daha ətraflı:

Nikah bağlamağın qaydaları

ardını oxu
11-03-2017 Hesret
Her vaxtiniz xeyir ALLAH sizden rrazi olsun. 1 sualim olacaq bilerekden gunah eden sexs bagislanmaya layiqdirmi ? etrafli cavablandirardizda xais edirem indiden tesekkurler.
Cavab:
Və aleykum Salam. Günahların bağışlanması əsasən bilərək günah edib tövbə edənlərə aiddir, çünki əslən günahdan xəbəri olmayan insan bu günahı edirsə, bilməməzliyinə görə üzürlü sayılır.
ardını oxu
11-03-2017
Salam. Usagi olan analar namaz qilmaqda cetinlik cekirse,vaxd- vaxdinda qilamirsa ne etmeli.xahilw edirem komek edin.
ardını oxu
11-03-2017 İslam
Allahın Salamı Olsun! Salam Əleykum,Tövbə namazı haqqında bilmək istərdim,sübh namazındaki kimi istifadə olunan ayələr və dualardan başqa hansı əməllər yerinə yetirilməlidir? İlk öncədən təşəkkür edirəm,Allah hər xoş niyyətli qullarından razı olsun,AMİN!
Cavab:
Va aleykum Salam. Bu cavabı oxuyun: Tövbə namazı necə qılınır?
ardını oxu
11-03-2017 Anar
Salam Cenabet qusulu alarken..sag ve sol terefi yuyarken..elimizlede cinsiyyet orqanini yumaq dogrudurmu?...bu barede mene etrafli yazardiz zehmet olmasa..hereden bir soz ewidirik.
Cavab:

Və aleykum Salam. Cənabət qüslu alarkən övrət yerini əl ilə yumaq olar. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

ardını oxu
11-03-2017
salam aleykum.Valideynlərin sözünə baxan insan cənnətə girə bilərmi?
Cavab:
Və aleykum Salam.
ardını oxu
11-03-2017
Salam menim 16 yaşım var və mən arada sübh namazına qalxanda cənabet oluram qüsl almağa ailemdən utanıram onun yerinə təyəmmüm alıb namaz qılıram düzgündürmü?
Cavab:
ardını oxu
11-03-2017 Musulmanka
salam Aleykum size bir sualim var terkibinde kanyak olan meselen adeten albalili olan wokoladlarda kanyak olur bunu yemek olarmi?veya tund wokoladlarinda terkibinde spirt var terkib hisesine baxanda yazilirki terkibinde spirtli madde var bunlari yemek haramdirmi cox saolin onceden
Cavab:

Və aleykum Salam. Konyak və ya spirt şokoladların içində maye halındadırsa, onları yemək qadağandır. Həmçinin oxuyun: Qidalara qatılan qatqı maddələrinin hökmü nədir?

ardını oxu
11-03-2017
Salam,men nisanlimi cox qisqaniram,onun bashka qizlarla danishdixini dusunurem adi seylerden,bele dusunmek gunahmidir? Xaish edirem cavablayin,indiden cox saolun...
Cavab:

Və aleykum Salam. Həddi aşmadan qısqanmaq, ailəsinin qeyrətini çəkmək hər bir müsəlmana vacibdir. Amma heç bir sübuta, əsaslı səbəbə dayanmayan qısqanclıq qadağandır və ailədə də narazılıqlara gətirib çıxarır. Daha ətraflı:

ardını oxu
11-03-2017
Əssələmun aleyküm. 1.namaz qildigim vaxt iqame oxunursa , namazi dayandirmaliyammi?(sunnet,qeza) 2.camaat namazini qilarken destemazim pozularsa namazi ne cur terk etmeliyem?
Cavab:
Və aleykum Salam.
ardını oxu
11-03-2017 Gunel
Salam Aleykum.Size bir sualim olacag cavablandirarsaniz sevinerem.Qarsima cixan bir nece insanla hemiwe bir anlasilmazlig yaxud beyenmemek olur.Yaxwi insanlarda cixib gozel xasiyyetli ama ureyimce olmur.Elbetki Allah bizleri sinayir.Menim dunyam ve Axiretim ucun xeyirli biri ile aile heyati qurmag u
Cavab:
Və aleykum Salam. Namaz qılmayan müsəlmanla da ailə qurmaq olar, lakin namaz qılmayan insanlar arasında da fərq var. Elə namaz qılmayanlar var ki, ağırlığına fikir vermədən hər günahı edir. İçki içir, məsuliyyətli insan olmur və digər pis vərdişlərə sahibdir.
ardını oxu
10-03-2017 Hesret
Her vaxtiniz xeyir olsun evvelceden size tesekkurumu bildirirem 1 ci sualim. yuxular çin ola bilirmi? yuxu haqqinda ne deye bilersiz?
ardını oxu
10-03-2017 X
Salam bağışlıyın sualıma görə aybaşından sonra qüsul alıb namaz qıldım sübh namazına durarkən azca qan bulaşmışdı ayırdan çmib qüsul almalısan? Yoxsa dəsdəmaz yetər? Yoldaşım sipirtli içki içir içkili vəziyyətdə mən ona yaxınlıq verə bilərəm?
Cavab:
Və aleykum Salam.
ardını oxu
10-03-2017
neye gore sunnuler bir elle salavat verir wie iki elle
Cavab:
Salam aleykum. Bu cavabları oxuyun:
Neçə dəfə və hansı əl ilə salavat çəkilməlidir? 
ardını oxu
10-03-2017
Salam aleykum Menim size sualim budur ki, Menim erim saggal saxlamaga baslayib . Menim uzde bir az tuk omaginin Hec vaxt eksine olmamisam . Amma BU uzun saggal duzun sozu meni iyrendirir . Onuda deyim ki menim saggaldan lap dine baslamamisdan gabag da iyrenirdim .
Cavab:

Və aleykum Salam. Sizin saqqaldan iyrənməyiniz düzgün deyil, çünki saqqal saxlamaq Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əmridir, bütün peyğəmbərlər və onların ardıcılları da saqqal saxlamışlar. Bu barədə dinimizdə kifayət qədər dəlillər var.

ardını oxu
10-03-2017
Salam Aleykum Menim 1 il bundan evvel toyum olub ve 1,2 defe Mecbur munasibetde olmusam Amma Usaq olma ehtimali olmayib bizde Ve sonra meni bowayib Ozu Gonderib oz olkeme Nece muddet istedimki Kebini geri oxutdurum hec kim oxumadi ve mene dedilerki erin demelidi seni bowayiram Amma o bu sozu 3 defe
Cavab:
Və aleykum Salam. Əgər bir yerdə yaşamırsınızsa və boşanmısınızsa, siz evlənməkdə sərbəstsiniz. Kəbin kağızı isə qüvvədən düşür. İddə müddəti (gözləmə müddəti) 3 aydır, hamilə qadınların iddə müddəti isə hamiləlikdən azad olana qədərdir. Həmçinin oxuyun: 
ardını oxu
10-03-2017
Salam. Mən sizi izləyirəm bu proyektə uğur arzulayıram Allah sizdən razı olsun. Mən müsəlmanam amma şiə namazı qılıram. əqidəmə bağlı biriyəm. Ancaq gündə 5dəfə namaz qılıram və pirlərə ocaqlara getmirəm. İstiyəndədə Ancaq Allahdan istiyirəm.3sahabəyə həzrət demirəm amma onlara lənət küfür demirəm.
Cavab:
Və aleykum Salam. Bir əməlin şirk olması barəsində Quran və Sünnədən açıq-aydın dəlil olmadıqca, o əməl şirk sayılmır. Sizin qeyd etdiiyiniz əməllərdə də zahirən şirkin əlamətləri yoxdur. Daha ətraflı:
ardını oxu
10-03-2017 Salahiddin
salam aleykum iki sualim var.artix derecede xaiş edirem komek edin. 1) Bartolin(Bartoli) kistası uşaqlıq yolu girişinin hər iki tərəfində sağ və sol tərəfində yerləşən vəzilərdir. İfraz etdikləri bakteriyaların əsas funksiyası cinsi əlaqə əsnasında sürüşkənliyin təmin edilməsidir.
Cavab:
Və aleykum Salam.
1. Cinsi münasibət zamanı sürüşkənliyin əmələ gəlməsi üçün ifraz olunan mayenin adı məzidir və murdar sayılır. Həmçinin oxuyun:
Dəstəmazı pozan amillər
ardını oxu
10-03-2017 İlahe
Her vaxtiniz xeyr xaiw edirem sualimi tezlikle cavablandirasiniz indiden tewekkur edirem allah sizden razi olsun.sual 1 bir gun erzinde nece namazin qezasini qilmaq olar? 2 destemaz alarken uzun quru olmasi vacibdirmi uzu yuyandan sora destemaz almaq olar?
Cavab:
Salam aleykum. 
ardını oxu
10-03-2017 Ölulerimiz uçun Yasin ve Quran oxumq hakda.
Salam men Quran oxuyuram ve Quran oxumagi çox sevirem amma bezen Quran oxduqdan sonra aglayiram, Qurani pis oxdugumu duwunurem.
Cavab:
Və aleykum Salam. Bəzi insanlar elə güman edirlər ki, ölüyə əl vurduqda hökmən qüsl almaq lazımdır. Əgər qüsl alınmasa insanın halı pisləşəcək. Halbuki, ölüyə toxunan insan qüsl alması yaxşı hal olsa da, vacib deyil. Yəni, bu insan qüsl almasa da olar, həmçinin onun namazlarına ziyanı yoxdur.
ardını oxu
09-03-2017
Salam Malekum.bir oğlum var. Qaynanam meni yola vermir namazimi bele dayandirmağimi isdiyir. Ata anamnan danišmaga qoymur.Ailemi dağitmaxdan başqa yolum yoxdu. Mwne meslehet verin. Xahiş edirem.
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Qaynanamla yola getmirəm, nə edim? 
ardını oxu
09-03-2017
Salam.Yoldawim valideylerini mennen ustun tutur.onlarin sozuyle oturub durur.ailesiyle oturub mehriban sohbet eliyir her weyini daniwir ama men neise soruwanda demir ewitmezlikden gelir.Yoldawim ne vaxt maaw alir bilmirem.yoldawimin cox weylerini sonradan anasinnan ewidirem buda mene tesir eliyir.ne
Cavab:
Salam aleykum. Siz qaynananızla xoş davranmalı və ona cavab qaytarmamalısınız, amma kişi də qadının bütün haqlarını verməyə borcludur.
ardını oxu
09-03-2017
Salam.. qaynanamla yalannan mehribanciliq yaradiram ama hec xoşum gelmir hereketlerinnen yoldawimin xətrinə mehribanam..
Cavab:
Və aleykum Salam. Əgər qaynananız sizin haqqınıza giribsə, Qiyamət günü öz haqqınızı ondan alacaqsınız. Daha ətraflı: Qul haqqı barədə  
ardını oxu
09-03-2017
Salam...yoldawim anasi atasi ne dedise onlarin sözüyle oturub durur mene deyir sende ele ol onlar ne dedi denen baw uste yaxwi.mende caliwiram ele olum yoldawim dediyine gore ama onlarin bizim her weyimize qariwmagini istəmirəm bu hereketim gunahdi ya yox?qaynanam kiwi kimi evde her bir weyi ozu ida
Cavab:

Və aleykum Salam. Siz ərinizə itaət etməli və qaynananıza cavab qaytarmamalı, ona qarşı çıxmamalısınız. Amma təklikdə ərinizə nəsihət edin ki, qaynananızın sizin ərinizlə aranızda olan şəxsi münasibətlərə və ailənizin daxili işlərinə qarışmağa haqqı yoxdur.

ardını oxu
09-03-2017
Qaynanam meni sozleriyle hereketleriyle cox incidir.haminin yaninda mehriban daniwir teklikde kobud daniwir.isteyirki hami ele bilsin meni cox isteyir.bu hereketini yoldawim gorsun ve mene haqq versin anasinin hereketlerinden bezsin deye dua eliye bileremmi?yoldawimda ele bilirki men pisem anasina q
Cavab:

Salam aleykum. Bu cavabı oxuyun: Qaynanamla yola getmirəm, nə edim?

ardını oxu
09-03-2017 Guler
Allah sizden razi olsun suallarimi cavablandirisiz.haqqinizi hallal edin.1.qaynanam xestedi deye hetta hamamada men saliram.altini ustunu deyiwdirem.her weyi men edirem.korpe uwaqliyam.hec uwagima baxanmiram ona gore.ama buna baxmayaraq o mene zulmm edir dili ve emelleriyle.oglun doldurur.meni ve at
Cavab:
Salam aleykum.
ardını oxu
08-03-2017 ...
Salam aleykum. 1. Ər öz qadınına ailədə nələri etməyə borcludu? 2. Qaynana mənim haqqıma girdikdə mən necə münasibət göstərməliyəm? 3. Qaynananın qısqanclığını oğlu necə aradan qaldıra bilər? 4. Qaynana böhtan atdıqda nə etmək lazımdı? 5. Qaynananın ailəmizə cadu etməkdə şübhəm var. Nə edə bilərəm?
Cavab:
Və aleykum Salam. Hər bir ailədə xoşbəxtlik qazanmağın yolu ailə üzvlərinin Uca Allahın əmrlərinə riayət edib qadağan etdiyi şeylərdən çəkinməsi, həmçinin onların Allahın buyurduğu qaydada bir-birinin haqlarını verməsidir. Uca Allah buyurur: "Ey iman gətirənlər!
ardını oxu
23-02-2017
Allah sizden bir dunya qadar razi olsun inshAAllah.Man Ereb herflerini teze oyrenmishem amma tam mukemmel oxuya bilmirem ve yazmagi ise hec bilmirem. Sehri batil etmekle bagli Nisa suresini yazib suya salib suyunu icmek lazimdir kimi bir meqale oxudum.
Cavab:
Salam aleykum. Quran ayələri yazılmış kağızı suya salmaq yox, Quranı suya oxuyub içmək sehrdən müalicə üçün istifadə olunur. Daha ətraflı: Cadudan necə qorunmaq olar?
ardını oxu
23-02-2017
Salam mən 5 ildi ki evliyəm. Ama kəbini 2 ildi ki kesdirmisik,yəni uşaqlarımız anadan olandan sonra.Indi mən bilmək istərdim ki kəbinsiz doğulmuş uşaqlar bizə haram sayılırmı? Bunun günahı nə dərəcədə böyükdür? Uca Allah bizim bu gunahimizi bağışlayarmı?
Cavab:
Və aleykum Salam.
ardını oxu
23-02-2017 selmi
sevgilimle erotika danisiram gunahdir?
Cavab:
Salam aleykum. Kəbin olmadan qızla oğlanın söhbət etməsi günahdır və daha da böyük günahlardan olan zinaya aparan yoldur. Daha ətraflı:

Sevgililərin görüşməsi günahdırmı?
ardını oxu
23-02-2017 jaja
Salam. Bilmek isterdimki su yoxdu qusl almaga. Bir gunun butun namazlarini teyeyyum alib namaz qildim. tutaqki zohru qildim. Sora O biri esr namazin vaxti gelende yene teyyemmul alim yoxsa 1 defe edirik fso ? O biri sualimda beledir. Nece il sevgili olmusuq el ele tutmaq opmek olub indi evliyik.
Cavab:
Və aleykum Salam. Təyəmmümü bir dəfə almaq qüsl almaq üçün su tapana qədər qüslu sizin üzərinizdən götürür. Təyəmmüm aldığınız ilk namaza yalnız təyəmmüm kifayət edir. Növbəti namazda isə təyəmmüm almağa ehtiyac yoxdur, yalnız dəstəmaz alırsınız.
ardını oxu
22-02-2017 Aişe
Es salamu aleykum.Menim erim içki içir,mennen maraqlanmir.Amma namaz qilir.Mene erimle yaşamaqa qünah düşür?
Cavab:
Və aleykum Salam. Sizin onunla yaşamağınız günah deyil, amma bacardığınız qədər onu bu böyük günahdan çəkindirməyə çalışmalısınız. Uca Allah buyurur: "Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir". (əl-Ənam, 164).
ardını oxu
22-02-2017
Əgər zina etmişəmsə səbəblərinə görə dəyişir Allahın rəhmi və bağışlanırmı?
Cavab:
Salam aleykum. Zina böyük günah olsa da elə bir günah yoxdur ki, səmimi tövbədən sonra bağışlanmasın. Ona görə də siz qətiyyən ümidinizi üzməyin və Uca Allaha səmimi qəlbdən tövbə edin. Daha ətraflı:
ardını oxu

Pages