Aleykum salam. Süleyman peyğəmbərin (Ona Allahın salamı olsun) Allah Təalaya şərik qoşması mümkün deyildir. Çünki peyğəmbərlər (Onlara Allahın salamı olsun) nəinki, şərik qoşmaq günahından, bütün asiliklərdən qorunurlar.
Aleykum salam. Qurban - bayram günü və təşriq günləri (bayram günündən sonra üç gün) kəsilir. İmkanı olan insanın qurban kəsməsi vacibdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "İmkanı ola-ola qurban kəsməyən bizim namazgaha gəlməsin". (İbn Məcəh, 3123).
Aleykum salam. Əzbərdən hər vaxt oxuya bilərsiniz. Quran kitabından isə yalnız qüslunuz olduqda oxuya bilərsiniz. Çünki Qurani Kərimə yalnız pak halda - üzərində qüsl olduqda toxunmağa icazə verilir.
Aleykum salam. Uzanaraq zikr etmək olar. Uca Allah buyurur: "Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır.
Aleykum salam. İşlədiyiniz obyekti və onun müdiriyyətini siz daha yaxşı tanıyırsınız. Əgər orada olan gülləri götürmək qadağan olunmursa, bunda bir problem yoxdur. Bu məsələdə halal-haramlıq müdiriyyətin icazəsindən asılıdır. İcazə verirlərsə, götürmək halal, icazə vermirlərsə, haramdır.
Aleykum salam. Uca Allahın gizli və aşkar olan hər bir şeydən xəbəri vardır. Uca Allah buyurur: "Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir?" (əl-Bəqərə, 77).
Aleykum salam. Allah Təala buyurur: "Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!)..." (əl-Əhzab, 33).
Aleykum salam.
Aleykum salam. Dinimizə görə müsəlman qadın qayınatasının yanında hicabsız otura bilər.
Aleykum salam. Cavabı buradan oxuyun: "Vitr namazı necə qılınır?"
Aleykum salam. Quran 10 qiraət üzrə oxunur. Bu 10 qiraət Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələri vasitəsilə rəvayət olunmuşdur. Qiraət alimləri isə bu qiraətləri elm halına salaraq hər biri üçün müəyyən qaydalar tətbiq etmişlər.
Aleykum salam. Cinsi əlaqədən sonra, yuxuda və ya ayıq olarkən şəhvət nəticəsində spermanın çıxması, həmçinin, heyz (aybaşı) və nifasdan (doğuşdan sonrakı qanaxma) təmizləndikdən sonra qüsl almaq vacibdir.
Aleykum salam.
Aleykum salam. Bu linki oxuyun: "Ramazan orucu"
Aleykum salam. İslam şəriətində təmizlik məsələlərinin hamısı təharət bölümünə daxildir. Təyəmmüm də təmizlənmə ilə bağlı olduğuna görə təharət bölümünə daxildir.
Aleykum salam. Bu linki oxuyun: Peyğəmbərə verilən beş xislət
Aleykum salam. Qadın, qohumu olsa belə naməhrəm olanlarla əl ilə görüşməsi günahdır. Ölkəmizdə insanların əksəriyyəti şəriət qayda-qanunlarından bixəbərdir. Ona görə siz tədricən qohumlarınıza bu qaydalara riayət etməyə alışdırın.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.
Aleykum salam. Quran kitabından oxumaq olmaz. Lakin əzbərdən oxuya bilərsiniz.
Aleykum salam. Sahib adını qoymaqda heç bir problem yoxdur. Lakin heç bir kəsi Sahib əz Zaman (zamanın sahibi) deyə çağırmaq olmaz. Çünki zamanın sahibi (ağası) yalnız Uca Allahdır. Əslində isə həmin insana Mehdi deyilir. Mehdi əhli beytdən olan bir kişinin ləqəbidir.
Aleykum salam. Tövbə etsəniz və bir daha günaha qayıtmasanız, inşallah Allah Təala bağışlayar. Həmçinin, oruc tutsanız və digər yaxşı əməllər etsəniz, buna görə günahlar silinə bilər. Çünki, yaxşı əməllər, pis əməlləri silir.
Aleykum salam. Müsəlman qadının sırf qara rəngdə paltar geyinməsi vacib deyildir. Əsas şərt odur ki, geyindiyi libas dar, şəffaf, cəlbedici olmasın.
Aleykum salam. İslam şəriətinə görə evlənmək məqsədi ilə qadının məhrəminin iştirakı olmadan onunla görüşmək qadağandır.
Aleykuma salam. Yeməyin dadına baxmaq orucu pozmur dedikdə, yəni, yemək bişirən insanın yeməyin dadına baxıb ağzında olanları qaytarmaq şərti ilə batil etməməsi nəzərdə tutulur. Yoxsa, hər bir kəsin yeməyin dadına baxması nəzərdə tutulmur.
Aleykum salam. Məsciddə yas mərasimləri vermək olmaz. Çünki məscidlər Allaha ibadət etmək üçün inşa edilir. Şəriətimizə görə heyzli (aybaşı olan) qadına məscidə getmək olmaz.
Aleykum salam. Çoxlu dualar etmək lazımdır ki, Allah Təala bizi Ramazan ayına çatdırsın. Bundan əlavə həftənin 1-ci və 4-cü günləri oruc tutmaq və gecə namazlarına qalxmaq yaxşıdır.
Aleykum salam. Duanın qəbul olma vaxtı və yeri haqqında bunları qeyd edə bilərik:
Aleykum salam. Azan verildiyi zaman hər hansı bir təbiət hadisəsinin baş verməsi haqda heç bir səhih məlumat yoxdur. Bilmək lazımdır ki, təbiət hadisələrini insanın həyatı və ya dini məsələlərlə əlaqələndirmək olmaz. Bu insanın azmasınna gətirib çıxara bilər.
Aleykum salam. Siz səbir edin, çünki siz doğru yoldasınız. Siz Uca Allahın buyurduğunu yerinə yetirmək - həm hicab bağlamaq, həm də təhsil almaq istəyirsiniz. Bu ikisi də çox savab əməllərdir. Siz təşvişə düşməyin və narahat olmayın.
Aleykum salam. Cinlərin mövcud olması həqiqətdir. Cinlərin mömini də olur, kafiri də. Şeytan insanları doğru yoldan azdırana deyilir. Şeytan insanlardan da olur, cinlərdən də. Sizin gördüyünüz məxluq çox güman ki, cindir.
Aleykum salam.
1) Bəli, həmin paltarlarınızı geyinə bilərsiniz.
2) Hər bir fərz namazı üçün azan verməyiniz yaxşıdır. Azan yalnız fərz namazları üçün verilir. Gecə namazı və digər sünnət namazları üçün nə azan, nə də iqamə verilməz.
Aleykum salam. Haram məclislərə getmək və orada oynamaq günahdır. Nikah və müsəlman toyu haqda məlumat almaq üçün bunları oxuyun:
Nikah bağlamağın qaydaları
Aleykum salam. İnsanlarla münasibətdə xoşagəlməz hallar çox olur. Buna baxmayaraq hər bir insan, xüsusilə də müsəlman insanlarla münasibətlərini həmişə qaydaya salmağa çalışmalıdır. Bu o demək deyildir ki, insan daima haqsızlığa səbir etməli və pis münasibətə göz yummalıdır.
Aleykum salam. Bəzi insanlar niyyəti nəzir deməklə qarışdırırlar. Bir işə niyyət etmək onu etmək qərarına gəlmək deməkdir. Nəzir demək isə vəd verməkdir. Siz axşamdan oruc tutmağa niyyət edib səhəri oruc tuta bilmədikdə buna görə sizə günah yazılmır.
Aleykum salam. Sizin qeyd etdiyiniz şəkildə qıldığınız namaz camaat namazından hesab olunur. Camaat namazı haqqında bu linkləri də oxuya bilərsiniz:
Camaat namazı necə qılınır?
Aleykum salam. Salavat sözünün mənası xüsusi rəhmətdir. Salavat yalnız və yalnız Peyğəmbərə göndərilir.
Aleykum salam. Bunun çarəsi evlənməkdir. Əgər evlənmək imkanı yoxdursa, əlacı oruc tutmaqdır. İbn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Ey cavanlar, kim evlənə bilirsə, evlənsin.
Aleykum salam. Allahın dostları möminlər, Onun düşmənləri isə kafirlərdir. Uca Allah buyurur: "Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır (şeytanlar), onları nurdan zülmətə salarlar.
Aleykum salam. Əgər namazın sözləri yadınızda qalmırsa, onu bir kağıza çap edib bir müddət, öyrənənə qədər üzündən oxuyaraq namaz qıla bilərsiniz.
Aleykum salam. Cavabı buradan oxuyun: Cənnət və Cəhənnəm həqiqətən varmı?
Aleykum salam. Söyüş söymək, dava-dalaş salmaq günahdır. Bunun axırı həm bu dünyada, həm də axirətdə pis nəticələnə bilər. Bunların hamısı şeytan əməlindəndir. Görürsən ki, söyüş söyməyə görə insanlar bir-birilərini öldürür.
Aleykum salam. Təmiz olan hər bir yerdə namaz qılıb Allaha səcdə edə bilərsiniz. İstər evdə, həyətdə, istərsə də digər yerlərdə. Yetər ki, səcdə edəcəyiniz yer şəriətin murdar hesab etdiyi şeylərdən pak olsun.
Aleykum salam. Ən düzgün tərcümə budur: "İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik. Mütləq yığacağıq! Biz onun barmaq uclarını bərpa etməyə qadirik". (əl Qiyəmə, 3-4).
Aleykum salam. İman itaətlə artır və asiliklə azalır. Yəni yaxşı əməllər imanın artmasına səbəbdir. Günahlar isə imanın azalmasına səbəb olur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Paltar köhnəldiyi kimi, iman da köhnələr.
Aleykum salam. Sualda dəqiq nəyi nəzərdə tutmağınız aydın deyildir. Ona görə də xahiş olunur ki, yenidən tam, dədiq və izahlı şəkildə yazasınız.
Aleykum salam. Bizə məlumdur ki, bütün peyğəmbərlər (Allahın onlara salamı olsun) namaz qılıb oruc tutublar. Lakin Muhəmməd peyğəmbərdən (sallallahu aleyhi və səlləm) əvvəlki peyğəmbərlərin (Allahın onlara salamı olsun) dəqiq necə namaz qılmaları barədə məlumat yoxdur.
Aleykum salam. Oruc tutmağın qaydalarını bilmək üçün bu məqaləni oxuyun:
"Ramazan orucu"
Aleykum salam. Oxşar xətlər tam başqa, amma xaçın özü tam başqa şeydir. Əgər dəqiq bilsəniz ki, o şəkil xaç şəklidir, onu geyinməyin. Yox, əgər sadəcə xətlər xaça oxşayırsa, geyinə bilərisniz.