Aleykum salam. Xeyr, bu doğru deyildir. əl Vaqiə surəsinin fəzilətinə aid hədis zəifdir. Qurani Kərimdə 56-cı surədir, baxa bilərsiniz.
Aleykum salam. Kəbin olsa idi, daha yaxşı olardı. Siz ananıza bu haqda deyin və inşallah ola bilsin ki, razılığa gəlsin. Siz ona izah edin ki, kəbin ona görə lazımdır ki, biz rahat görüşə bilək və s. Əgər razı olmasalar bu zaman çalışın ki, kəbin kəsilənə qədər təklikdə qalmayasınız.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Gecə və ya təhəccüd namazı işa namazından sübh namazına qədər qılınan namazların adıdır. Gecə namazı iki rükət-iki rükət qılınır, sonda isə tək sayda rükətli (1, 3 və s.) vitr namazı qılınır. Kim istəsə yalnız vitr namazını da qıla bilər.
Aleykum salam. Başqalarını xeyirə çağırmaq və qadağan olunan işlərdən çəkindirmək hər bir müsəlmana vacibdir və ona savab gətirir.
Aleykum salam.
Aleykum salam. Əgər qüsl almağa heç bir maneə və çətinlik yoxdursa, bu zaman qüsl almaq vacibdir. Təyəmmümü yalnız xəstəlik təhlükəsi, su tapmadıqda və ya buna bənzər hallarda almaq olar.
Aleykum salam. Belə yuxular insana axirəti xatırlatmaq mənasında ola bilər. Ona görə də Allaha daha yaxşı ibadət etmək, yaxşı əməlləri çoxaltmaq və günahlardan çəkinmək lazımdır.
Aleykum salam. Heç kim Allahın Bizə bəyan etdiyindən artıq Peyğəmbərlərin adını bilə bilməz.
Aleykum salam. Səhər-axşam zikrlərini buradan öyrənə bilərsiniz: Səhər və axşam zikrləri
Aleykum salam. Bunlar ayrı-ayrı məxluqlardır. Şeytan cin nəslindən, Dəccal isə Adəmin nəslindəndir. Daha ətraflı məlumat üçün oxuyun:
"Dəccalın fitnəsi"
Aleykum salam. Xeyir, günah deyildir. Əksinə, o günü yada salmaq, o gün haqqında danışmaq və o günə saleh əməllərlə tədarük görmək insaının imanını gücləndirib təzələməsinə səbəb olur.
Aleykum salam. Cavabı buradan oxuyun: Tövbə namazı necə qılınır?
Aleykum salam.
Aleykum salam. Bəli insan bədəninə cin girə bilər. Onu çıxartmaq üçün Allahın Kəlamını, yəni Quran ayələri oxumaq lazımdır. Bəli, adam öz bədənindən cin çıxarda bilər.
Aleykum salam. Xeyir, xüsusi olaraq qorxu duası yoxdur. Lakin müsəlman nədənsə qorxanda dərhal Uca Allahı zikr etməli və Uca Allaha sığınmalıdır. Həmçinin yaxşı olar ki, qorxduqda "Lə iləhə illəllah" (Allahdan başqa haqq ilah (mə'bud) yoxdur!) deyəsiz.
Aleykum salam. Bəli, var: Müsəlmanın qalası (dua və zikrlər)
Aleykum salam. Kim dəstəmazı Uca Allahın buyurduğu şəkildə alırsa, habelə namazı Allah Rəslunun (salləllahu aleyhi və səlləm) buyurduğu şəkildə qılırsa, onun arxasında qılmaq olar. Kim bundan kənara çıxarsa, onun arxasında namaz qılmaqdan çəkinmək lazımdır.
Aleykum salam. Quranda bəzi yerlərdə göyün guruldamasından bəhs olunur. Amma bunun qiyamətin yaxınlaşması ilə bağlı heç bir əlaqəsi yoxdur. Məsələn, Uca Allah buyurur: "Onların məsəli (zülmət gecədə) od qalayan kimsənin məsəlinə bənzər.
Və aleykum Salam. Əbu Məhzura deyir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ona azanı öyrətmiş və belə deməsini buyurmuşdur: "Həyyə aləl-fələh, həyyə aləl-fələh. Sonra sübhün ilk azanında, əs-Salətu xəyrum-minən nəum, əs-Salətu xəyrum-minən-nəum.
Aleykum salam. Bəli, ayın ortadan yarılması qiyamətin yaxınlaşmasından xəbər verir. Amma bu hadisə indi yox, təxminən 1400-1500 il bundan Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) möcüzələrindən biri olub.
Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) İyirmi beş yaşında ticarət məqsədi ilə Şama səfər edir. Qayıtdıqdan sonra Xuveylidin qızı Xədicə (radıyallahu anhə) ilə evlənir.
Aleykum salam. Pişiyə görə nə dəstəmaz, nə də namaz pozulmur.
Aleykum salam. Bunların heç biri qiyamətin əlamətlərindən sayılmır. Ayın tutulması və göy gurultusu Uca Allahın yaratdığı təbiət hadisələridir və bunlar Allahın qüdrət nişanələridir.
Aleykum salam. Faizlə pul götürmək hər bir halda haram sayılır. Daha ətraflı: Kredit götürmək haqqında
Aleykum salam. Dəstəmaz əsnasında həmin yerin üzərinə əlinizi isladıb yüngülcə sürtün. Əgər bu da mümkün deyilsə, bacardığınız şəkildə dəstəmaz alın. Allah Təala buyurur: "...Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər...". (əl-Bəqərə, 286).
Aleykum salam. Qiyamət günü gündüz və ya gecə olacağı haqda məlumatımız yoxdur.
Bu sayta gələn sualların haradan gəlməsi bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Bizim məqsədimiz sualları cavablandıraraq insanları İslam haqqında doğru şəkildə maarifləndirməkdir.
Aleykum salam. Bu saytdakı sualları cavablandıran şəxslər ilahiyyat elmləri üzrə mütəxəssislərdir. Fikrimizcə, onların bir-bir adlarını qeyd etməyə heç bir lüzum yoxdur.
Aleykum salam. Əgər söhbət canlı rəsmlərdən gedirsə, yaxşı olar ki, qoymayasınız. Amma ciddi ehtiyac olarsa, bu zaman icazəlidir. Cansızların, məsələn; təbiət mənzərələri və əşyaların şəklinə gəlincə, bunları həm çəkmək, həm də ondan istədiyiniz kimi istifadə etmək olar.
Aleykum salam. Cənnətdə hər kəs Cənnətə düşən ailə üzvləri ilə birlikdə yaşayacaq. Uca Allah buyurur: "Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, kora bənzəyə bilərmi?
Va aleykum Salam. Əvvəlcə qeyd edək ki, həddi aşmadan qısqanmaq, ailəsinin qeyrətini çəkmək hər bir müsəlmana vacibdir.
Aleykum salam. Ananın həyatına ciddi təhlükə olan hallar istisna olmaqla abort etdirmək böyük günahlardandır. Əgər abort hamiləliyin 81 günündən sonra olubsa, bu zaman qan nifas qanı sayılır və bu nifas qanı qurtarana qədər namaz qılınmır. Nifas müddəti ən çox qırx gün olur.
Aleykum salam. Əgər ananızın oruc tutmaq imkanı yoxdursa, onda onun əvəzinə tuta bilərsiniz. Oruc tutmağa nəzir edən insan orucu tuta bilmədikdə imkanı varsa kəffarə olaraq nəzir etdiyi günün sayı qədər kasıbların qarnını doyuzdursun.
Aleykum salam. Biz sizə nəsihət edirik ki, bu məsələyə ciddi yanaşasınız. Boşanma məsələsi çox ciddi bir məsələdir. Ona görə də siz ona bildirin ki, boşanmaqla oynamaq olmaz. O, qəti qərara gəlsin və bir daha buna yol verməsin. İnşallah nigahınız yerindədir.
Aleykum salam. Cənazə namazının sözlərini bilməyiniz daha yaxşı olardı. Lakin bilməsəniz də iştirak etdiyinizə görə inşallah savab qazanırsınız. Çünki hədisə deyildiyi kimi: "Əməllər niyyətlərə görədir...".
Salam aleykum. Yoldaşınızın qüsl almamasına görə sizə heç bir günah yazılmır və ibadətinizə də heç bir mənfi təsir göstərmir.
Aleykum salam. Bu məqaləni oxuyun: "Dəccaldan qorunmağın yolları"
Aleykum salam.
Azanın sözləri:
Allahu əkbər - (4 dəfə), (Allah ən böyükdür).
Aleykum salam. Bu surələrin yazılışını zikr kitablarından öyrənin.
Aleykum salam.
əl Fatihə surəsi:
Aleykum salam. Video kameraya düşən görüntülər ruhlarla deyil, cinlərlə bağlıdır. Çünki ruh dünyadan köçdükdə bir daha dünyaya qayıtmır. Həmçinin, ruhu bu dünyada görmək qeyri-mümkündür.
Aleykum salam. Niyyətiniz gözəl olsa da, bu günahı etməyə heç bir əsas vermir.
Va aleykum Salam. Evdə it saxlamağın qadağan olunması ilə bağlı hədislər vardır.
Aleykum salam. Bu məqaləni oxuyun: Əli ibn Əbu Talib
Aleykum salam. Biz bu sualı cavablandırmışdıq. Boynunuzda qüsl varsa, kitabdan və ya telefondan Quran oxuya bilmərsiniz. Siz mütləq qüsl alıb oxumalısınız.
Və aleykum Salam. Bunu hesablamaq üçün məğrib namazının girdiyi vaxtdan sübh namazına qədər olan vaxtı üç hissəyə bölün. Üç hissədən sonuncu hissə gecənin son üçdə biri adlanır və bu vaxt gecə namazı üçün ən fəzilətli vaxtıdır.
Aleykum salam. Belə demək olmaz. Belə demək səhv və təhlükəli bir fikirdir. Bu cür sözlərdən bacardıqca çəkinmək lazımdır.
Aleykum salam. Xeyir, İblis Dəccal deyildir. İblis cin nəslindən, Dəccal isə Adəmin nəslindəndir. Daha ətraflı məlumat üçün bu məqaləni oxuyun: Dəccaldan qorunmağın yolları
Aleykum salam. Nə qədər ki, qız atasının evindən gəlin köçməyibsə, kəbinli və nişanlı olsa belə ərə getmiş sayılmır.