Aleykum salam. Daha yaxşıdır ki, ayaqlar bir-birinə dəysin.
Və aleykum Salam. Dinimizə görə ittiham edən tərəf sübut gətirməli, ittiham olunan tərəf isə (yəni, siz) and içməlidir. İslama görə Allahdan başqasına and içmək qadağandır, Qurana isə yalnız Uca Allahın kəlamı kimi and içmək olar. Amma əl basaraq and içmək düzgün sayılmır.
Aleykum salam. Daha yaxşı olar ki, belə dua edəsiniz "Allahım, əgər bu mənim üçün xeyirdirsə, bunu mənə nəsib et!"
Aleykum salam. Uşağı salmaq günahdır. Əgər hamiləlik qadının sağlamlığına zərər verərsə, yalnız bu zaman salmağa icazə verilir. Digər heç bir halda buna icazə yoxdur.
Aleykum salam. Əgər buna zərurət yaranarsa, kişi həkim qadını müayinə edə bilər. Etibarlı, təcrübəli qadın həkim olduğu halda kişi həkimin yanına getmək olmaz.
Aleykum salam. Söylədiyiniz ayənin daha dəqiq tərcüməsi belədir: "Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir.
Aleykum salam. Namaz qılan və digər yaxşı əməllər edən həm mömin, həm də müsəlman sayılır.
Aleykum salam. Cümə günü çox mübarək bir gündür. Allah Elçisi (salləllahu aleyhi və səlləm demişdir: "Allah dərgahında ən fəzilətli gün Cümə günüdür". (Hədis səhihdir).
Aleykum salam. Əgər əlləriniz quruyarsa, yenidən isladıb məsh çəkə bilərsiniz.
Aleykum salam. Söylədiyiniz ayə əl-Fəth surəsində keçir. Uca Allah buyurur: "Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən.
Aleykum salam. Namazda əl-Fatihə surəsindən sonra əzbər bildiyiniz istənilən surəni oxuya bilərsiniz. Şəriətə görə namazda əl-Fatihədən sonra konkret hansısa surə təyin olunmamışdır. Əgər yalnız bir surə bilirsinizsə, bu surəni daim oxuya bilərsiniz.
Aleykum salam. Sırf cümə günü oruc tutmaq olmaz. Lakin cümə günündən qabaq tutmağa başlamısınızsa, onda cümə gününü də oruc tuta bilərsiniz. Bu nafilə oruclara aiddir. Ramazan orucunda isə cümə günləri də tutulur.
Aleykum salam. Topaz və ya hər hansı bir lotoreya növü qumardan sayılır. İslama görə isə qumar oynamaq böyük günahdır. Həyat yoldaşınızın bu haram oyun vasitəsilə qazanc əldə etməsinə görə inşallah siz heç bir günah qazanmırsınız.
Aleykum salam. Əgər qadın uşağı dünyaya gətirə bilməzsə və onun sağlamlığı üçün təhlükə yaranarsa, abort etməyə icazə verilir. Digər hallarda isə abort etmək günahdır.
Aleykum salam. Sualınızla bağlı daha ətraflı cavabı buradan oxuyun: Yuxuda rəhmətə getmiş insanı görmək nə mənaya gəlir?
Aleykum salam. Qiyamət günü Peyğəmbər (salləllahu aleyhi və səlləm) insanlar üçün Allaha şəfaət edərək Ona yalvaracaqdır. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Qiyamət günü mən Rəbbimə dayanmadan şəfaət edəcəyəm, O da şəfaətimi qəbul edəcək.
Aleykum salam. Bəzi insanlar həsədə nəfis deyirlər.
Aleykum salam. Bütün günahlardan uzaq olmaq üçün fərz namazları vaxtlı-vaxtında məsciddə qılmaq, Allahı çoxlu zikr etmək, əməlisaleh insanlarla oturub durmaq, faydalı elm öyrənmək və faydalı işlərlə məşğul olmaq lazımdır.
Aleykum salam.
1) Dəccalın Adəmin hansı övladından, hansı nəslindən olması haqda məlumat yoxdur.
2) Onun indi doğulub doğulmaması və harada məskunlaşması haqda da məlumat yoxdur.
Aleykum salam. Cavabı buradan oxuya bilərsiniz:
Qiyamətin kiçik əlamətləri
Qiyamətin böyük əlamətləri
Aleykum salam. İslam sözü Peyğəmbərin gəlməsindən əvvəl də mövcud olmuşdur. Lakin islam sözü ilahi dinin adı kimi istifadə edilməsi Quran nazil ediləndən və Muhəmməd peyğəmbər olaraq göndəriləndən sonra baş vermişdir. Həmçinin, digər sözlər də.
Aleykum salam. İndi yazın gəlişi ilə bağlı yuxu insan üçün çox şirin olmuşdur. Ona görə də sübh namazına vaxtında dura bilmək üçün axşam tez yatmağa çalışmaq, telefonda və ya saatda iki vaxtda zəng qoymaq. Çünki bir vaxtda qoyduqda əksər hallarda oyanmaq çətin olur.
Və aleykum Salam. Şəriətə görə uşağın nəcisini təmizləmək və yumaq dəstəmazı pozmur. Nəcis dəyən hissəni və ya əlləri yumaq kifayətdir.
Aleykum salam. Bəli, mahnıya qulaq asmaq günahdır. Daha ətraflı buradan oxuyun: Musiqi xoş təsir bağışladığı halda ona qulaq asmaq niyə haramdır?
Aleykum salam. Xeyr, günah sayılmır. Hamilə vaxtı cinsi əlaqədə olmaq şəriətimizdə icazəlidir, lakin yaxşı olar ki, həkimlə məsləhət edəsiniz. Ola bilsin ki, hansısa aylarda ehtiyat edilməsi daha yaxşıdır.
Aleykum salam. Bu cavabı oxuyun: Axirətdə Allahı görmək olacaqmı?
Aleykum salam. Cavabı buradan oxuyun: Qiyamətin böyük əlamətləri
Aleykum salam. Bu məqalələri oxuyun:
Qiyamətin böyük əlamətləri
Dəccalın fitnəsi
Aleykum salam. Tövbənin və ya bağışlanmağın ən gözəli belə deməkdir. "Allahım Sən Mənim Rəbbimsən. Səndən başqa haqq Məbud yoxdur. Məni Sən yaratdın və Mən Sənin qulunam. Gücüm çatan qədər sənə veriyim əhdə və vədə sadiqəm. etdiklərimin şərindən Sənə sığınıram.
Aleykum salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) öz ailəsi ilə gözəl davranmış və müsəlmanlara da gözəl davranmağı buyurmuşdur. Yaxşı olar ki, sizi də aparsın. Ümumiyyətlə kişi öz qadınına ən yaxşı işləri etməlidir, onu sevindirməlidir və daim könlünü almalıdır.
Aleykum salam. Siz onu başa salmağa çalışın ki, hər bir müsəlman bütün ibadətləri Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) buyurduğu kimi etməlidir: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.
Aleykum salam. Ayəni dəqiq tərcümə etsək orada Allah Təala belə deyir: "Onlar üçün səmanın qapısı açılmayacaq" bu ayənin təfsirində bir neçə görüş vardır. Onlardan bəzilərini qeyd edirik:
Aleykum salam. Doğrusunu Allah bilir. Bu haqda heç bir məlumatımız yoxdur.
Aleykum salam.
Aleykum salam. "Əttəhiyyatu" duasını buradan öyrənə bilərsiniz: "Təşəhhüd"
Aleykum salam. İlk nazil olan ayələr əl-Ələq surəsinin ilk 5 ayəsidir:
Aleykum salam. Bacardığınız şəkildə dəstəmaz alıb səcdə edin. Əgər ümumiyyətlə heç bacarmırsınızsa, onda təyəmmüm edin və sınmayan qolunuz üzərinə səcdə edin.
Aleykum salam. Qurani Kərim ərəb dilində nazil olmuşdur. Ərəb dilini bilməyən və yenicə İslamı öyrənən insanlar öz ana dillərində Quranı və hədisləri oxuya bilərlər və oxumalıdırlar. Çünki hər bir insan Uca Allahın kəlamı və sonuncu ilahi Kitabı ilə tanış olmalıdır.
Aleykum salam. Bu haqda Quranın bir çox ayələrində xəbər verilir. Allah Təala belə buyurur: "Bir zaman Məryəm oğlu İsa demişdi: "Ey İsrail oğulları!
Aleykum salam. Bütün peyğəmbərlər (Allahın onlara salamı olsun) namaz qılıb oruc tutublar.
Aleykum salam. İnsanların, xüsusilə də peyğəmbərlərin cinləri görmələri mümkündür. Buna həm Quran ayələri, həm də səhih hədislər və rəvayətlər dəlalət edir. Uca Allah Quranın "ən-Nəml" surəsində Suleyman peyğəmbər haqqında danışır.
Aleykum salam. Ümumiyyətlə bütün zərərverici həşarat və heyvanları öldürmək olar. İlan, əqrəb, quduz itlər, siçovul, milçək, ağcaqanad və s. kimi heyvanları öldürməkdə günah yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "(Zərərli) ilanları və köpəkləri öldürün.
Aleykum salam. Quranda belə ayə mövcud deyildir. Ümumiyyətlə, Quranda möhür haqqında heç nə yoxdur.
Aleykum salam. Azan çəkildikdən sonra dərhal sonra və ya 5-10 dəqiqə sonra başlamaq olar. İbn Məsud (radıyəllahu anhu) belə nəql etmişdir: "Mən Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdum ki, hansı əməllər Uca Allah daha sevimlidir?
Aleykum salam. Hədislərdə qeyd olunduğuna görə bəli, qiyamət günü cümə günü qopacaq. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurmuşdur: “Üzərinə günəş doğan ən xeyirli gün Cümə günüdür. Adəm o gün yaradılmış, o gün Cənnətə qoyulmuş və o gün də Cənnətdən çıxardılmışdır.
Aleykum salam. Cavabı buradan oxuyun: "İstixarə namazının duası"
Və aleykum Salam. Bu surələr böyük olduğundan onların azərbaycanca transkripsiyasını yazmağa çox vaxt lazımdır. Bunun əvəzində sizə ərəbcə Quran oxumağı öyrənməyi məsləhət görürük. İnternetdə bu haqda kifayət qədər videolar var (həmçinin Azərbaycan dilində).