Aleykum salam. Hər iki əlin barmaqları ilə zikr etmək olar. Sübh namazınn vaxtı cədvəldə göstərildiyi vaxtda bitir. Havanın işıqlanması hələ günəşin doğması demək deyildir. Günəş üfüqdən çıxmağa yaxınlaşdıqda hava işıqlanmağa başlayır.
Aleykum salam. Quran ayələrinin dəqiq sayı ilə bağlı qiraət və təfsir alimləri arasında fərqli fikirlər vardır.
Aleykum salam. əl-İxlas surəsi:
Bismilləəhi-r-rah'məənir-rahiim.
Aleykum salam. Yaxşı olar ki, qadına namazı qadın öyrətsin. Qadının naməhrəmlə birlikdə namaz qılması düzgün deyildir.
Aleykum salam. Alalh Təala buyurur: "Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim". (Ğafir, 60).
Aleykuma salam. Sübh namazı iki rükət sünnət və iki rükət fərz qılınır.
Aleykum salam. Bu saytda sualları cavablandıran şəxslər ilahiyyat elmləri üzrə bir qrup mütəxəssislərdir. Fikrimizcə, onların bir-bir adlarını qeyd etməyə heç bir lüzum yoxdur.
Aleykum salam. Hər namazdan sonra zikr etməyiniz yaxşıdır, amma təsbeh çəkməyə ehtiyac yoxdur. Çünki Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) zikrləri təsbehlə deyil, barmaqları ilə sayardı.
Və aleykum Salam. Bunun sizə heç bir günahı yoxdur. Çünki bu bilərəkdən baş verməmişdir. Uca Allah buyurur: "Səhvən (bilmədən, qəsdisiz) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var).
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) sayla olan zikrləri yüzdən artıq zikr etməmişdir. Səhih hədislərə əsasən yüzdən artıq sayda zikrlər mövcüd deyildir.
Aleykum salam. İnsanın Axirəti xatırlaması və əməllərinə nəzarət etməsi yaxşı bir haldır. Lakin bu insan üçün sarsıntı, təlaş, həyəcan gətirməməlidir. Qaranlıq düşəndə isə qorxu, həyəcan keçirmək şeytandan və şeytanın insana təsir etməsindən irəli gəlir.
Aleykum salam. Pirləri ziyarət edib Allahla yanaşı başqalarına yalvararaq yardım diləmək, pirə nəzir deyib vermək, pirin başına dolanmaq, pənah aparmaq, pirə qurban kəsmək ibadətdə Allaha şərik qoşmaq sayılır.
Aleykum salam. Bilmək lazımdır ki, riyakarlıq hiss yox, əməldir. Allah Təala Öz mübarək kitabında riyakarlıq edənlər haqda belə demişdir: "Ey iman gətirənlər!
Aleykum salam. Pis yuxu şeytandandır. Şeytan sizi namazdan yayındırır, sonra sizə yuxuda murdar şeylər göstərir və bunu namazla əlaqələndirmək istəyir ki, sizdə dinə qarşı və özünüzə qarşı pis zənn yaratsın. Çalışın ki, namazı buraxmayasınız.
Aleykum salam. Əgər hər hansı bir iş üçün çalışırıq və o iş alınmırsa, bilmək lazımdır ki, bu, Allahın bizə təqdir etdiyi qədərdir və bunda bizim üçün xeyir vardır. Ona görə də Uca Allahdan xeyirli ailə, övlad, mal-dövlət istəmək lazımdır.
Aleykum salam.
Aleykum salam. Səfər saat və ya məsafə ilə ölçülmür. Camaat arasında səfər kimi qəbul olunan məsafə getdikdə, səfərə getmiş sayılırsınız. Məsələn, Bakıdan Sumqayıta getdikdə, səfərdə olduğumuzu demirik. Amma Bakıdan Qubaya gedəndə, camaat bunu səfər hesab edir.
Aleykum salam. İnşallah buna görə sizə heç bir günah yazılmaz. Çünki bu qəsdən edilməmişdir. Allah Təala buyurur: "...Səhvən etdiyiniz əməllərə görə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir".
Aleykum salam. Soyuqdəymə qorxusu ilə qüsldan və qüsla görə də cinsi əlaqədən çəkinmək lazım deyildir. Əgər qüsl almaq yoldaşınızın sağlamlığına zərər verirsə, təyəmmüm ala bilər. Xəstəliyin təhlükəsi sovuşduqda isə yenə qüsl ala bilər.
Aleykum salam. Ən düzgün namazı Qurana və Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) səhih hədislərinə əsaslanan əqidə sahibləri qılır.
Aleykum salam. Qeybətə qulaq asmaq günahdır. Qeybət olunan yeri tərk etməlisiniz və ya qeybətin qarşısını almalısınız. Əks halda o günahdan sizə də pay düşər.
Aleykum salam. Bəli, hicab bağlamalıdır. Qadın istər həccə getsin, istərsə də getməsin, hicab bağlamalıdır.
Aleykum salam. Əlbəttə, namaz düzgündür. Bu məsələnin kirayə və ya daimi öz evinizin olmasına heç bir aidiyyatı yoxdur.
Aleykum salam. İnsan doğulanda onun fitrəti (təbiəti, yaradılışı) islam dini üzərində olur. Sonradan valideyinləri onu ya xristian, yəhudi, ya da atəşpərəst edirlər.
Aleykum salam. Əvvəlcə qeyd edək ki, aşağıdakı səbəblərə görə cahil toyuna getmək qadağandır:
Aleykum salam. Günahdan yalnız Allaha itaət etməklə çəkinmək olar. Bu itaətin ən başlıcası isə namazdır. Həmçinin, Allaha çoxlu dua edin ki, Allah sizi günahlardan təmizləsin. Allahı çoxlu zikr edin, günaha aparan əməllərdən və insanlardan uzaq durun.
Aleykum salam. Uca Allah möminlərə Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salavat və salam gətirməyi buyurur: "Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər!
Aleykum salam. Şəriətə görə qadının qadına şəhvətlə meyl etməsi günah sayılır. Kim tövbə edib bir daha həmin günaha qayıtmazsa, Allah onu bağışlayar.
Aleykum salam. Qadının sağlamlığı ilə bağlı zəruri bir səbəb olmadan uşağı salması (abort etməsi) günahdır. Allahdan bağışlanma diləyin və bir daha bu günaha qayıtmayın.
Aleykum salam. Zina ailədən kənar cinsi əlaqəyə deyilir. Zina böyük günahdır. Hər kəs bu iyrənc günahdan və ona aparan yollardan çəkinməyə çalışmalıdır. Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32).
Aleykum salam. İndiki müasir dövr şərin artdığı, maddi və mənəvi problemlərin çoxaldığı bir dövrdür. İnsanlar hər bir addımda əsəbi gərginlik yaşayırlar. Bütün bunlar bütövlükdə uşaqdan böyüyə qədər cəmiyyətin hər bir üzvünə öz təsirini göstərir.
Aleykum salam. Qiyamət günü insanın həm qəlbinə, həm ibadətinə, həm də bütün əməllərinə baxılcaq.
Aleykum salam. Cavabı buradan oxuyun: Günahdan əl çəkmək üçün nə etmək lazımdır?
Aleykum salam. Qurani Kərimdə Nuh peyğəmbərin öz valideynləri üçün etdiyi duası vardır. Bu duanı hər namazda edə bilərsiniz.
Aleykum salam.
Aleykum salam. Allaha dua edin.
Aleykum salam. Nənənizin namaza görə sizinlə pis rəftar etməsi və sizə maneçilik törətməsi özü bir günahdır. Lakin buna baxmayaraq Uca Allah valideynlərlə yaxşı davranmağı buyurmuşdur.
Aleykum salam.
Aleykum salam. Mehdi əhli beytdən olan bir kişinin ləqəbidir. Özü Həsən ibn Əli ibn Əbu Talibin (Allah onların hamısından razı olsun) nəslindəndir.
Aleykum salam. İblis mələklərdən sayılmır. Sizin qeyd etdiyiniz ayədən çıxartdığınız nəticə düzgün deyildir. Allah Təala buyurur: "Bir zaman Biz mələklərə: "Adəmə səcdə edin!"– demişdik. İblisdən başqa hamısı səcdə etdi. İblis cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi".
Aleykum salam. Hicablı qadın çalışmalıdır ki, şəkil qadın tərəfindən və ya onun məhrəmi tərəfindən çəkilsin.
Aleykum salam. Ərəb əlifbası 28 hərfdən ibarətdir. Bu hərflərin 9-u qalın səsləri ifadə edır. Bunlar: Xa, Ra (Yerinə görə hərdən qalın, hərdən də incə oxunur), Sad, Dad, Ta, Za, Ayn, Ğayn və Qaf hərfləridir.
Aleykum salam. Əgər Allaha tövbə etsə rahat ailə qura bilər və bunu gizli saxlaya da bilər. Şərt deyil ki, keçmişdə nə olubsa, hamsını ona danışsın. Uca Allaha tövbə etsin, namaz qılsın və düzgün həyat yaşasın, Allah Təala günahları bağşlayandır.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Cavabı buradan oxuya bilərsiz: Oruclu ikən bilməyərək nəsə yemək və ya içmək orucu pozurmu?
Aleykum salam. Əlbəttə, bunun üçün ilk növbədə Uca Allaha ixlas ilə (səmimi qəlbdən) təvəkkül edərək dua etmək və düzgün tərbiyədən başlamaq lazımdır. İlkin tərbiyə isə ana bətnindən başlayır. Necə ki, hədislərdə belə xəbər verilir.
Aleykum salam. Aleykum salam. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qadınların toy mərasimində öz aralarında dəf ilə çalıb oynamasına icazə vermişdir.
Aleykum salam. Peyğəmbərimiz (salləlahu aleyhi və səlləm) heç vaxt bilə-bilə namazı qəzaya buraxmayıb. Amma bir neçə namazı vaxtı çıxdıqdan sonra qılıb. Buna da səbəb olmuşdur. Məsələn, bir dəfə döyüş vaxtı döyüş gedərkən əsr namazını qıla bilməmişdilər, lakin sonradan qılmışdır.
Aleykum salam. Bu barədə daha dəqiq məlumatı Qafqaz Müsəlmanları İdarəsi və ya Bakı İslam Universitetindən ala bilərsiniz. Allah kömək olsun.