21-01-2014 Allahin qulu
Bu sayt kimin adinadir? Adminin ve saytin rehberinin adi nedir? Chox xahish edirem cavablandirasiniz.
Cavab:

Aleykum salam. Bu sayt müsəlmanlarındır. Uca Allah buyurur: "(İnsanları) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?" (Fussilət, 33).

ardını oxu
21-01-2014 Əhli Şiə
Sizin cavablarinizi bayaqdan oxuyuram. Siz hech Ehli Beytden niye yazmirsiz ve movzularinizda bu haqda yoxdur. Bunun sebebini bilmek olar?Birdeki men sizin ehli-sunne oldugunuzu hiss etdim ve sozumun ustundede durururam. Bu beledi ya yox? Siz deyirsiz ki, biz peygember sunnesiyik.
Cavab:

Aleykum salam. Saytımız yeni açılıb. Əhli Beytlə bağlı inşallah bu yaxınlarda geniş bir mövzu hazırlamaq niyyətindəyik. Bütün müsəlmanlar kimi bizdə Allah və Onun Rəsulunun (salləllahu aleyhi və səlləm) buyurduğu yolun davamçılarıyıq. İslamda firqəçilik yoxdur.

ardını oxu
21-01-2014
Salam aleykum. Plastik emeliyyat dinde gunah sayilirmi? Bilirem ki, gozellik namine edilirse gunahdir. Ama insanda qarshisi alinmaz kompleks haqqina gelirse nece? Evvelceden teshekkurler.
Cavab:
Və aleykum Salam.
ardını oxu
21-01-2014
Men bir yerde ishleyirem. Paltarim toz-palciq ichine dushur. O halda namaz qila bilerem, yoxsa temiz geyim geyinmeliyem?
Cavab:

Aleykum salam. Əgər imkan varsa paltarı dəyişib, yenisini geynib qılmaq daha yaxşıdır. Əgər buna imkan və ya şərait yoxdursa, bu zaman həmin paltar ilə namaz qılına bilər. Əsas odur ki, paltar nəcasətli olmasın.

ardını oxu
21-01-2014
Salam aleykum mahniya qulaq asmaq olarmi? Qizin oglana yaxshi niyyetle baxmasi gunahdirmi?
Cavab:

Aleykum salam. İslama görə musiqiyə qulaq asmaq haramdır. Daha ətraflı: İslamda musiqi və rəqs haqqında

ardını oxu
21-01-2014
Salam aleykum. Allahi nece zikr edim ve umumiyyetle Allahi nece zikr etmek olar?
Cavab:

Aleykum salam. "Zikr" sözünün mənası "yada salma", "xatırlama"  "anma" deməkdir. Uca Allah buyurur: "Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!" (əl-Bəqərə, 152).

ardını oxu
21-01-2014
Salam aleykum. Teshehhudde, salavatdan sonra dord (4) sheyden siginma duasinin evezine rabbena atina duasini oxumaq olar?
Cavab:

Aleykum salam. Birinci təşəhhüddə buna ehtiyac yoxdur. Amma sonuncu təşəhhüddə isə bu duaları oxumağınız məsləhətdir. 

Sonuncu təşəhhüddə salavatdan sonra oxunan dua­lar;

ardını oxu
21-01-2014 allahin qulu
Esselemu aleykum. Men bunu sual etmek isteyirem ki, heyvanlarin cenneti ve cehennemi, orucu ve ya gunahi varmi..... bagishlayin narahat etdiyim uchun sag olun.
Cavab:

Aleykum salam. Bu barədə Uca Allah belə buyurur: "Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman". (ət-Təkvir, 5).

ardını oxu
21-01-2014
Salam aleykum. Men chox sertem ve yni zamanda hem de aci dilliyem. Nece edim ozume hakim olum? Bele xasiyyetimle hamini qiriram, sonra da ozume nifret etdirirem. Daha sonra da peshman oluram. Ne yaziq ki, son peshmanchiliqda fayda vermir.
Cavab:

Aleykum salam. Bu cavabları oxuyun: 

Qəzəblənmə!

Səbirli olmaq üçün nə edim? 

 

ardını oxu
20-01-2014 arifa
Salam aleykum. Namazdan sonra hansi dualar oxunmalidir ve o dualarin oxunmasi vacibdirmi?
Cavab:

Aleykum salam. Namazdan sonra edilən zikr və dualar vacib deyil. Fəqət bəyənilən əməllərdəndir.

ardını oxu
20-01-2014 HopHop
Bir mağaza ev əşyaları satmaqla məşğuldur. Müştərilər müraciət edirlər ki, malı indi alıb pulunu hissələrlə ödəsinlər. Lakin mağazanın elə maddi imkanı yoxdur. Bunun üçün azad vəsaiti olan bir şəxslə müqavilə imzalayır ki, pay bölgüsü etmək şərti ilə müştərilərinə həmin üsulda mal sata bilsin.
Cavab:

Aleykum salam. Şəriətə görə bu cür ticarət əməliyyatına icazə verilmir, çünki müştərinin əvəzinə pulu ödəyən adam ticarət etmir. O, sadəcə olaraq,  satılan malın gəlirindən ticarət etmədən faiz əldə edir. Hal-hazırda bu işi banklar da görür, məsələn, avtomobil alqı-satqısında.

ardını oxu
20-01-2014
Salam aleykum. Men bu saytdan bashqa, islamevi.az, burhan.az, azerislam.com kimi dini saytlara girirem. Bilmek isterdim ki bu saytlar sehih menbelere esaslanir?
Cavab:

Aleykum salam. O saytlar ki, Uca Allahın müqəddəs kitabını və Onun Rəsulunun sünnətini (yolunu) səhabələrin və onlardan sonra gələn alimlərin anlayışı və düşüncəsi ilə təbliğ edirsə, inşallah, elə hesab etmək olar ki, o saytlar haqq yola dəvət edir.

ardını oxu
19-01-2014
Salam aleykum chox hörmetli qardashlar. Yashdigim sheherde bir qeyri-müselmana mexsus bina var. Müselmanlar bu binanin bir hissesini kiraye götürüb uzun müddetdir ki, mescid kimi istifade edirler. Indi ise sahibi binani satmaq isteyir.
Cavab:

Aleykum salam. Şəriətə görə sözü gedən yer istifadə üçün icarəyə götürülübsə, həmin yerin alınıb satılmasında heç bir problem yoxdur. Çünki həmin məkan əvvələcədən məscid kimi inşa olunmayıb. İslam alimləri belə hesab edir.

ardını oxu
19-01-2014
Deyilene gore sheeytan hemin kuklalarin gozlerinde gizlenir. Bu dogrudurmu? Onceden teshekkur.
Cavab:

Aleykum salam. Namaz qılanın önündə kukla kimi surəti olan oyuncaq namazı batil etmir. Kuklanın gözlərində şeytanın gizlənməsinə gəlincə, bu haqda heç bir səhih məlumat yoxdur. 

ardını oxu
19-01-2014
Salam aleykum. Vitr namazinda qunut tutmaq vacibdir ve rabbena atina duasi oxumaq olar ?
Cavab:

Aleykum salam. İslam alimlərinə görə vitr namazında qunut duası tutmaq vacib deyildir. Həmçinin, vitr namazında qunut duasını daim etmək olmaz. Çünki Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qunut duasını daim yox, bəzi vaxtlarda oxuyardı.

ardını oxu
19-01-2014
Salam aleykum bu sunnu shieni ayririlare, sonra da bashka dinler niye ayririlar? Hansilar duzdu biz hansi yol ile gedirik?
Cavab:

Aleykum salam. İslam dini məzhəblərə və təriqətlərə bölünməyi qadağan edir. Uca Allah buyurur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!

ardını oxu
19-01-2014
Salam aleykum. Dinde evlenmek uchun yash heddi movcuddurmu? Yeni oglanlar neche yashda evlenmeli ve hemchinin qizlar neche yashda ere getmelidirler?
Cavab:

Aleykum salam. İslamda bununla bağlı müəyyən yaş həddi göstərilməmişdir. İslam insanların həm dünya və həm də axirət məsələlərini qoruyan bir dindir. Elə buna görə də insanın fitrətinə, bəşər xüsusiyyətinə və təbiətinə uyğun olan qanunlar müəyyənləşdirmişdir. Bu nikaha dair qanunlar da belədir.

ardını oxu
19-01-2014
Salam aleykum. Azan verildiyi zaman tualete getmek gunahdirmi?
Cavab:

Aleykum salam. İslam alimlərinə görə azan verildikdə zərurət yoxdursa, ayaqyoluna getmək bəyənilmir. 

ardını oxu
19-01-2014
Salam aleykum. Erotik kinolara ve ya shekillere baxmaq gunah (zina) sayilirmi? Sag olun!
Cavab:

Aleykum salam. Bəli, günah sayılır. Ümumiyyətlə dinimizə görə zinakarlığı tərənnüm edən çirkin filmlərə və ya şəkillərə baxmaq günahdır. Bu xüsusda Uca Allah belə buyurur:

ardını oxu
19-01-2014
Salam aleykum. Sevdiyim insan dindardir. O meni hicaba kechmeye, uzun geyimlere mecbur edir. Men hele hicaba hazir deyilem. Bunu etmeye qelbimde hele ki, istek yoxdur. Bilirem ki, inshallah ne vaxtsa oda olacaq. Amma bu o demek deyil ki, men kafirem.
Cavab:

Aleykum salam. Ümumiyyətlə islamda məcburiyyət yoxdur. Uca Allah buyurur: "Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir...". (əl-Bəqərə, 256).

ardını oxu
19-01-2014
Salam aleykum necesiz? Ashura gunu gecesi ne etmek lazimdi?
Cavab:

Və aleykum Salam. İslama görə aşura – hicri təqvimin ilk ayı olan məhərrəm ayının 10-cu günüdür. Sözün ərəb dilindən tərcüməsi də elə "onuncu gün" deməkdir.

ardını oxu
19-01-2014
salam aleykum azan verildiyi zaman qap yumaq supurmey olarmi?
Cavab:

Aleykum salam. Ev işlərini görərkən azan verilərsə, işi davam etmək eyb etməz. 

Azan və iqaməni eşidərkən müəzzinin dediklərini təkrarlamaq müstəhəbdir. Əbu Səid Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir:

ardını oxu
19-01-2014
Salam aleykum. Yemek destemazi pozurmu?
Cavab:

Aleykum salam. Şəriətə görə dəstəmazı pozan amillər sırasında yemək yoxdur. Dəstəmazı pozan hallar isə aşağıdakılardır:

1. Ön və arxa ifrazat çıxışlarından çıxan hər şey: 

ardını oxu
19-01-2014 roya
Salam aleykum. İnsan valideyinini itirdikden sonra ona nece yaxshiliq ede biler?
Cavab:

Aleykum salam. Valideynlər dünyasını dəyişərsə, onların bağışlanması üçün dua etmək, onların adından sədəqə vermək, qohumları ilə əlaqələri daha da möhkəmləndirmək və digər şeylər onlara edilən yaxşılıqdır.

ardını oxu
18-01-2014
Namaz qilarken "qadin" uchun corab geyinmek vacibdirmi?
Cavab:

Və aleykum Salam. İslama görə qadının üzü və əllərindən (biləklərə qədər) başqa bütün bədəni övrət yeri sayılır. Bu barədə Allah Quranda buyurur: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar.

ardını oxu
18-01-2014
Salam aleykum. Avtobusda olarken namazi fikirinden kechirerek qilmaq caizdirmi? Allah razi olsun.
Cavab:

Və aleykum Salam. Minikdə olan insan bir neçə halla rastlaşa bilər:

1) Əgər minikdə gedən insan lazım olan yerə çatdıqda namazın vaxtı hələ çıxmayacaqsa, bu halda namazı saxlayıb həmin yerə çatdıqda qılmalıdır.

ardını oxu
18-01-2014
Salam aleykum. Uch (3) ayliq korpem var. O aglagan olduguna gore her namaza, esasende Zohr ve Esr namazlarina gecikirem. Yaxudda qezaya saxlamali oluram. Bu gunahdirmi?
Cavab:

Aleykum salam. Namaz Allahın öz bəndələrinə fərz (vacib) buyurduğu bir ibadətdir və onu tərk etmək, yaxud gecikdirmək qətiyyən düzgün deyil. Müsəlmanın üzərinə düşən vacib vəzifə namazı vaxtında qılmaq və onu namazdan yayındıracaq hər hansı bir şeyə yol verməməkdir.

ardını oxu
18-01-2014 roya
Salam aleykum. Sualim odur ki, anam vefat edib. Menim yuxuma tez tez girir. Amma bacimin qardashimin yox... Ele bil her bir shey ona ayan olur. Bunu onlara deyende teecubblenirler. Bu ne ile elaqelidi bilmirem. Bu suala cavab ozumde tapa bilmirem. Xahish edirem ki, bunu cavablandirasiz.
Cavab:

Aleykum salam. Bu haqda daha geniş məlumat əldə etmək üçün Yuxu haqqında məqaləsinə daxil olun.

ardını oxu
18-01-2014
Salam aleykum. İki ay bundan qabaq cavan qardashim rehmete getdi. Biz helede ozumuze gele bilmirik. Tekce bizim aile yox butun qohumlarimiz ancaq aglayir. Ve qardashim tez tez yuxularima girir, geceler durub yata bilmirem. Qaranliqda oturub aglayiram. En esasida qardashimi yuxuda ac gorurem.
Cavab:

Aleykum salam. Əvvala bilmək lazımdır ki, yuxu bilavasitə ruhla bağlı olan hadisədir. Ruha aid olan məchulluq, qeyri-müəyyənlik, sirliilk xüsusiyyətləri yuxuya da aiddir.

ardını oxu
18-01-2014
Salam aleykum. Eger qadin heyat yoldashi ile cinsi elaqede olmaq istemirse, heyat yoldashi ise bunu isteyirse, qadin bunu etmeye mecburdumu? Eger mecburdursa, bes niye mecburdur? Qadin axi istemir.
Cavab:

Və aleykum Salam. Hər şeydən öncə onu qeyd edək ki, dində məcburiyyət yoxdur.

ardını oxu
18-01-2014 naile
Her gün namazi istemeden gecikdirirem bu boyuk gunahdirmi?
Cavab:

Salam aleykum. Əgər namazlarınızı qəzaya saxlayırsınızsa, bəli, bu günahdır. Yox, əgər qəzaya saxlamadan sadəcə fəzilətli vaxtını buraxırsınızsa yenə də savabdan geri qalırsınız. Çalışın namazlarınızı qoruyasınız.

ardını oxu
18-01-2014
Salam aleykum. Gece guzguye baxmaq olarmi?
Cavab:

Aleykum salam. İslamda güzgüyə baxmaq üçün və ya baxmamaq üçün xüsusi bir vaxt təyin olunmayıb. İslama görə heç bir şeydə uğursuzluq yoxdur. Bu cür inanclar tamamilə camaatın güman və lazımsız yerə xoflanmağından irəli gəlir.

ardını oxu
18-01-2014 Azadə xanım...
Salam. Mene bir sual maraqlidir. Melum oldugu kimi dunyada ve butun yer uzunde her sheyi ALLAH yaradib. Hemchinin de sheytani... Eger sheytan pisdirse, insanlari yoldan chixarirsa, ALLAHİN yolundan ayirirsa onda Allah Teala onu niye yaradib?
Cavab:
Aleykum salam. Əlbəttə əslində insanların çoxunun şeytanın niyə yaradılması sualı düşündürür. Axı milyonlarla insanı yoldan çıxaran bu rəzil məxluq, nəyə görə yaradılıb? Allahın şeytanı yaratmaqda məqsədi nədir? Bizə məlumdur ki, insan kamilliyə yetişmək üçün xəlq olunmuşdur.
ardını oxu
18-01-2014 Vəliyev Tahir
Əssələmualeykum va Rahmətullahi va Bərakətuhu. Əxi can, qadın ancaq namazlarda örtünsə adi hallarda isə örtünməsə, namazı səhihdirmi? Birdə həm namazda həmdə adi halda örtünsə və ancaq namazda örtünsə adi hallarda örtünməsə iki halda namazında savabı eynidirmi?
Cavab:

Aleykum salam va rahmatullahi va bərakətuhu. Sual tam aydın olmadı. Amma yenə də namazın fərzlərindən biri də sitra övrətdir. Yəni qadının namazda örtülməsi lazım olan yerləri örtməkdir. Qadının namaza durmadan öncə örtməsi lazım olan yerləri; əlləri və üzü istisna olmaqla bütün bədənidir.

ardını oxu
18-01-2014 Aynur
Salam aleykum. Her kesin ve butun muselmanlarin movlud kandili mubarek olsun inshallah. Bilmek olarmi bu mubarek heftede ne etmek daha yaxshi olar? Hansi dualari oxumaq, zikrleri etmek ve ya hansi namazlari qilmaq lazimdir?
Cavab:

Aleykum salam. Qurani Kərimdə Peyğəmbərin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) doğum gününü qeyd etməyə dair heç bir şey yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) özü bunu etməmiş, nə sağlığında, nə də ölümündən sonra kiməsə bunu etməyi əmr etməmişdir.

ardını oxu
18-01-2014
Salam aleykum. Namaz qilan qizlara neler olmaz? Men bu haqda chox maraglaniram. Chox sag olun ki, bu cur sayt achdiniz ve suallarmizi verib cavabalarmizi aliriq. İnsanin bilmediyi shey coxdur. Mende chox shey oyrendim sizden. Allah sizden razi olsun.
Cavab:

Aleykum salam. Sualınızı bir az dəqiq açıqlama və təfsilat ilə versəydiniz lap yaxşı olardı. Amma onu demək olar ki, üməmən kişilərə qadağan olan əməllər qadınlarada şamil olunur. Müsəlman kişi və qadın Allahın əmrlərini və qadağalarını öyrənib bacardığı qədər onlara əməl etməlidir.

ardını oxu
18-01-2014
Salam aleykum. Size sualim beledir. Ehli Beyt kimdir?
Cavab:

Aleykum salam. Ümumiyyətlə bu məsələ çox geniş və əhatəli bir mövzudur. Ərəb dili mütəxəssisləri və islam alimləri Əhli Beyt məfhumunun mənasını geniş şəkildə şərh ediblər.

ardını oxu
17-01-2014 Ramin
Salam aleykum. Destemazin zehmet olmasa alinma qaydasini mene basha sala bilersiz? Yeni uzu neche defe yumaq olar, qolllari neche defe yumaq lazimdir?
Cavab:

Aleykum salam. Dəstəmaz almağın əsasları haqda Uca Allah Qurani Kərimdə buyurur: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun...". (əl-Maidə, 6). ​

ardını oxu
17-01-2014
Təkamül nəzəriyyəsi nə deməkdir?
Cavab:
Salam aleykum. Uca Allah buyurur: "Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq.
ardını oxu
17-01-2014
Kebenin bashina niye firlanirlar?
Cavab:

Aleykum salam. Həcc İslamın beş əsasından biridir. Onun həddi-büluğa çatanlara vacib olmasını Quran, sünnə və müsəlman alimləri yekdilliklə təsdiq edirlər.

ardını oxu
17-01-2014
Niye Quranda namazin qilinmasi, hereketleri ve.s haqqinda informasiya yoxdur? Deyeceksiz bashqa kitablar. O kitablardami muqeddes sayilir? Men ateist deyilem, namazda qiliram, sadece bu sualin cavabi meni chox maraqlandirir. Bax burada problem var ki, butun muselmanlar 50 yere bolunub!?
Cavab:

Aleykum salam. Əvvəla qeyd edək ki, hər şeyi Qurana yerləşdirmək mümükün deyil. Uca Allah buyurur: "De: "Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtarmadan öncə dənizin (suyu) qurtarardı".

ardını oxu
17-01-2014
Allah insanı niyə yaratdı? Çox xahiş edirəm ki, bu suala ətraflı cavab verəsiniz. Təşəkkür edirəm.
Cavab:

Aleykum salam. Bəzi insanlar həyatın ancaq dünyadan ibarət olduğunu deməklə Allahın onları əbəs yerə yaratdığını düşünürlər.

ardını oxu
17-01-2014
Salam aleykum. Menim 16 yashim var. Hicab baglamaq isteyirem. Amma mektebli oldugum uchun mekteblilere hicab baglamaga icaze vermirler. İnshallah Allahu Subhenehu ve Tealanin izni ile isteyirem ki, mektebi qurtarandan sonra (yeni bu yay) hicab baglayim.
Cavab:

Aleykum salam. Hər halda, nə qədər tez bağlasanız o qədər yaxşıdır. Allah Təala köməyiniz olsun. Rəbbimiz buyurur: "Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın.

ardını oxu
17-01-2014
Salam aleykum. Biri asqirirsa, o biri de ureyinden nese kechirirse, onda bu o demekdir ki, sebr ele?
Cavab:

Aleykum salam. Bu, sadəcə xurafatdır. Asqırmaq heç nəyi bildirmir və ya dəyişmir. Asqırdıqda edilən dua var.

ardını oxu
17-01-2014
Salam aleykum. Meni bele bir sual cox narahat edir. Mence meni kimi insanlar choxdur. Men tek olmadigimi bilirem. Men uch (3) qiz ile danishiram. Uchunu de chox isteyirem. Mene ele gelir ki, uchunu (3) de sevirem. Chox qerarsizam. Bilirem ki, her shey Allahin yazdigi kimi olacaq.
Cavab:

Aleykum salam. Əlbəttə günahdır və belə etmək şəriətlə icazə verilməyən bir haldır. Siz bu məsələnin üzərində ciddi şəkildə düşünüb götür qoy edin, sonrada məsləhətləşib konkretləşdirib üçündən birini seçin. Qəti qərara gəldikdən sonra el adət ilə elçi göndərib evlənin.

ardını oxu
16-01-2014
Salam Aleykum. Movlud Kandiliniz mubarek. Butun muselman baci ve qardashlarim. Menim sualim beledir. Dord (4) ayliq hamileyem, Ramazan ayindan besh (5) qeza orucum qalib. Men ne edim? Ovladim olandan sora novbeti Ramazan ayi girir. Ne etmeliyem? Bilmirem.
Cavab:

Aleykum salam. Dinində qullarına genişlik və yüngüllük qoyan Allaha həmd olsun!

ardını oxu
16-01-2014
Salam aleykum. Sizin namaz bolmenizdeki namaz qilmaq qaydasini oxudum. İndi bilmek isteyrem ki, o namaz shie namazidir, yoxsa sunni? Menim anladigima gore sunni namazidir. Amma tam emin olmaq isteyirem.
Cavab:

Aleykum salam. Əvvala unutmamalıyıq ki, islamda məzəhəbçilik, təriqətçilik və ya təfriqəçilik mövcud deyi. Allah Təala buyurur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!

ardını oxu
16-01-2014
Orta seviyyede yasayan aile qadin kisiden nese isteyib oda ona yaxsi deyib.Sonra ala bilmirse qadin onu mecbur edib alditdira biler?yaxsi sozune gore burda kim gunah dasiyir kisi yoxsa qadin.
Cavab:

Salam aleykum. Əgər almağa imkanı yoxdursa, məcbur etmək olmaz. İmkanı varsa, amma almağa xəsislik edirsə, bu halda olar.

ardını oxu
16-01-2014
salam aleykum DEYIRLER QURANDA BIR SURENI OXYASAN UREYINDE NE ISTEYIRSEN DILEK TUTASAN 40 GUN QURAN ACIG QALIR 40GUN ICINDE ARZU TUTDUGUN GERCEK OLUR BELE BIRSEY DUZDUMU? /?? YOXSA SERIK QOSMAQDI BUDA? BELE BIRSEY VARMI VAPSE???
Cavab:

Aleykum salam. Xeyir, olmaz, çünki dinimizdə belə bir şey yoxdur, bir daha belə etməyin. Yalnız Uca Allaha dua edin və ondan istəyin.

ardını oxu

Pages