19-12-2013
Salam. Men isde namaz qila bilmirem. buna gorede axsam evde qezalarin qiliram bu duzgundurmu???
Cavab:

Aleykum salam. Belə etmək düzgün deyildir. İş yerində fasilə zamanı və ya icazə alıb namaz qılmaq lazımdır.

ardını oxu
19-12-2013
Salam aleykum qeybetin halali olur?
Cavab:
Və aleykum Salam. Altı hal istisna olmaqla qeybət haramdır. Bunlara daxildir:

1. Zülmə məruz qaldıqda. Zülmə uğrayan məlzlumun dövlət başçısına, qaziyə və ya zalımdan haqqını ala biləcək bir güc sahibinə müraciyət edərək: "Filankəs mənə zülm etdi" deməsi icazəlidir.
ardını oxu
19-12-2013
Hər vaxtınız xeyir əgər hər hansi bir insan saxtakarlığa yol verib ruzi qazanırsa bu haramdırmı
Cavab:

Salam aleykum. Saxtakarlıq dedikdə günah işləri nəzərdə tutursunuzsa, bu yolla ruzi qazanmaq haramdır. Çünki, ruzi halal yolla qazanılmalıdır.

ardını oxu
19-12-2013
salam aleykum teyamum nece alinir
Cavab:

Aleykum salam. Təyəmmüm almaq üçün əlləri torpağa batırıb üzə sürtmək və sol əli ilə sağ əlin üzərinə, sağ əli ilə də sol əlin üzərinə sürtmək kifayət edir.

ardını oxu
19-12-2013
salam Allah ugurlu etsin suabi sizinle olsun. Allah size komey olsun cox sag olun acdiginiza gore.
Cavab:

Aleykuməs-salam. Oruc tutmaq üçün xüsusi dua yoxdur. Namaz qılmayıb oruc tutanın duası qəbul olunur. Ona görə də Allaha dua edin ki, Allah sizi namaz qılmağa müvəffəq etsin.

ardını oxu
18-12-2013
salam tesekul eliyram bu sayta gore hamini dine cagirir . Hamile vaxti qusul vermek olar?
Cavab:

Aleykum salam. Adi vaxtlarda olduğu kimi hamilə vaxtı da qüsl almaq vacibdir.

ardını oxu
18-12-2013
18 min alem anlayisi varmı?
Cavab:

Salam aleykum. Bu cür məlumata heç yerdə rast gəlməmişik.

ardını oxu
18-12-2013
Salam aleykum. Men evli ola-ola zina edirem. Bilmek isterdim ki, men namaz qilsam batil sayilir? Namaz qila bilerem?
Cavab:

Aleykum salam. Evli ola-ola zina etmək böyük günahlardan sayılır. Namaz qılmaq isə hər bir müsəlmana fərzdir. Uca Allah Qurani Kərimdə belə buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl!

ardını oxu
18-12-2013
Salam aleykum. Men namaz qilmaq isteyirem. Sizden mene bu ishde komeklik etmenizi istesem mene yardim ede bilersinizmi? Xahish edirem ki, mene namazin tam tefsilati ile qilinma qaydalarini gonderesiniz! Chox sag olun! Sualim bu qederdir.
Cavab:

Aleykum salam. Saytın İslam menyusunda Namaz adlı məqaləni tapıb qısa şəkildə namaz qılmağın qaydasını öyrənə bilərsiniz.

ardını oxu
18-12-2013
Salam aleykum. Mene cadu olunub ve tapmişamda. Men ozumu emelden nece qoruya bilerem? Yeni necə batil eləmək olar?
Cavab:

Aleykum salam. Cadudan, şeytanın vəsvəsəsindən qorunmaq üçün Uca Allaha sığınmaq, Uca Allaha sığınmaq üçün də Ona itaəti çoxaltmaq lazımdır:

ardını oxu
18-12-2013
Salam. Ilk once sayt ucun cox tesekkurler.Allah razi olsun. Deyirler ki Muselmanlara yeni il ve s bele bayramlar (Novruz Sevgililer gunu ) kecirmek gunahdir. Ona gore ki xristian bayramidi.Bilmek isterdim bu dogrudur?
Cavab:

Aleykum salam. Bəli, bu doğrudur. Çünki, dinimiz bizə xristianlara oxşamağı, onların adət-ənənələrini mənimsəməyi qadağan edir.

ardını oxu
18-12-2013
Salam aleykum. Sizden xahiş edirem ki, sualima cavab veresiz. Men aileliyem. Mene her defe qusl almaq vacibdirmi? Hemchinin yoldashima da aiddirmi her defe qusl alib namaz qilmaq?
Cavab:

Aleykum salam. Əgər qüsl pozulubsa, qüsl almaq vacibdir. Lakin xəstəlik və soyuq hava səbəbi ilə təyəmmüm almaq olar.

ardını oxu
18-12-2013
men namaz qılmaq isdeyirem ama bunu nece edeceyimi bilmirem neyniyim men?
Cavab:

Salam aleykum. Saytın İslam menyusunda Namaz adlı məqaləni tapıb qısa şəkildə namaz qılmağın qaydasını öyrənə bilərsiniz.

ardını oxu
18-12-2013
Salam aleykum. Allah hamınızdan razı olsun. Bütün əməyi keçən qardaşlara Allah kömək olsun hər zaman. Mənə bir nəfər belə bir sual verdi amma mən cavablandıra bilmədim. Bu sualı sizinlə bölüşmək istərdim.
Cavab:

Aleykumus-salam və rahmətullah. Allah təala sizdən də razı olsun! Allah bütün insanlar üçün bu saytı faydalı etsin və hidayətə gəlmək üçün səbəb etsin. Verdiyiniz suala qısa olaraq belə cavab verə bilərəm.

ardını oxu
18-12-2013
Salam. Qorxuram ki namaza başlayaram, sonra ataram daha böyük günah edərəm
Cavab:

Aleykuməs-salam. Sözsüz ki, hər bir işin başlanğıcında insan bu cür götür-qoy edir, bu təbiidir. Lakin bilmək lazımdır Allah insana yardım edir, xüsusən də Allah üçün görülən işlərdə.

ardını oxu
18-12-2013
Salam aleykum. Xahiş edirəm islamda paxıllığın hökmü barədə məlumat verəsiz.
Cavab:

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Zənn etməkdən çəkinin! Həqiqətən, zənn ən yalan sözdür. Bir-birinizi güdməyin, casusluq etməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizə nifrət etməyin, bir-birinizə arxa çevirməyin!

ardını oxu
18-12-2013
Salam aleykum. Tez-tez insanlar arasında belə bir ifadəyə rast gəlirik “ürəyim təmizdir, ibadət etmək nəyə lazımdır?”. Bu doğrudurmu?
Cavab:

Aleykum salam. Bunu deyən adam Uca Allaha ibadət etməkdən boyun qaçırmaq üçün belə deyir.

ardını oxu

Pages