02-08-2023
Salam men qaynanamgile qaliram.Özüm namaz qiliram neçe aydı ki,hicab barede düşünürdüm.Ve sanki rebbim üreyime hicab eşqin saldı keçmek qerarina geldim.Amma tekce qaynanam razı deyil keçeceyimi bildiyi vaxtdan ele ancaq deyir istemirem keçmeyini soz sohbet olur.Yoldaşım amma çox isteyir mene deyir b
Cavab:

Və aleykum Salam. Hicab geyinmək Uca Allahın əmridir və bu məsələdə heç kimə itaət etmək olmaz. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Xaliqə (Yaradana, Allaha) asi olmaqda yaradılana itaət edilməz".

ardını oxu
02-08-2023
Əssələmu aleykum va rahmətullah.Əbu Bəkr məscidində qadınlar üçün ikinci mərtəbədə yer verilib.Fərz namazında camaat hamısı bir sırada olsun deyə qadınlar səfi imamın arxasından başlayıb əvvəlcə sağ sonra isə sol tərəfi doldura bilər?Belə olsa hamı bir səfdə olur.Əks halda bir qism sağ bir qism sol
Cavab:

Və aleykum Salam. İmamın arxasında namaz qılanlar ortadan başlayaraq həm sağ, həm də sol tərəfə eyni qaydada səfləri doldurmalıdırlar. Yəni səfə qoşulmaq istəyənlər ortada -  imamın arxasında dayananlara qoşularaq həm sağ, həm də sol tərəfi doldurmalıdırlar.

ardını oxu
02-08-2023
Salam men bir neçe yerde baxdım tam degig öyrenmek istiyirem.Namazin qezasi varmı? Cunki bezileri deyir var o biri dünyada soruwulacaq.Meselen men dersde olub qila bilmemiwem ve ya hansisa meclise gedib qila bilmemiwem bu kimi hallarda qeza qilmaliyam ? Şie namazında .
Cavab:

Və aleykum Salam. Heç bir üzrlü səbəb olmadan buraxılan namazlar qəza edilmir. Bu namazlara görə yalnız tövbə etmək və əvəzində nafilə namazları artırmaq lazımdır. Ətraflı bu cavabları oxuyun:

ardını oxu
02-08-2023 Mehriban
Salam aleykum. Allah Quranda buyurur: "Biz insanı ən gözəl biçimdə yaratdıq!" (ət-Tin, 4) – bu ayə qüsurlu və şikəst insanların varlığıyla bir ziddiyyət təşkil edirmi?
Cavab:

Və aleykum Salam. Bu ayə ziddiyyət təşkil etmir, çünki bu ayəyə əsasən təkcə insanın zahiri görünüşü qəsd olunmur, insanın zahiri və batini cəhətdən mükəmməl yaradılışı, insanın bədən quruluşunun ən yaxşı şəkildə yaradılması nəzərdə tutulur.

ardını oxu
01-08-2023 Günəş
Salam Aleykum,nəyə görə kəbin olduğu halda toy olmayıbsa belə,nişanlılar bir biri ilə yaxınlıq edə bilməzlər? Axı artıq Allah qatında valideyn icazəsi ilə kəbin kəsilib,onlar da ər-arvad bir birlərinin halalı sayilmirlar?
Cavab:

Və aleykum Salam. Nişan edərkən qızın valideynləri onların yaxınlıq etməsinə deyil, sadəcə qızlarının gələcəkdə bu oğlana ərə verəcəklərinə razılıq verirlər. Bu isə kəbin sayılmır. Çünki nişanlı olmaq hələ ailə qurmaq deyil.

ardını oxu
01-08-2023 Aysen
Salam qardasim usaqlara mene magazinde bazarliq edib getirir Amma ozude damino kart oynayandi indi bilmirem o pula alib ya yox onu yeye bileremmi ?
Cavab:

Və aleykum Salam. Əgər həmin şəxs yalnız haram yolla (qumar oynamaqla) pul qazanırsa, bu pulla alınan ərazaqları götürməyin. Yox əgər başqa halal qazanc yeri də varsa, o halda götürə bilərsiniz. Ətraflı oxuyun:

ardını oxu
01-08-2023 K
Salam Aleykum. Namaza teze başlayanda bir yaxinimdan soruşdum namaz qilma qaydasini mene video atdi ona baxib öyrenib namazimi qildim .
Cavab:

Və aleykum Salam. Bundan əvvəl bilmədən səhv qıldığınız namazlar səhihdir və bu namazları yenidən qılmağa ehtiyac yoxdur. Çünki Uca Allah bilmədən edilən səhvləri bağışlayır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur.

ardını oxu
01-08-2023 Fuad
Salam Aleykum.cüme namazindan sonra qilinan ikinci sünnet namazı neçe ruketdir?
Cavab:

Və aleykum Salam.

ardını oxu
01-08-2023 Cəsarət
Ölüm vaxtımızı ALLAH teyin edir yoxsa bizden asilıdır?
Cavab:

Əssələmu aleykum. Hər bir insanın əcəli (ölüm vaxtı) əvvəlcədən müəyyən edilmişdir. Əcəli çatdıqda isə müxtəlif səbəblər onun ölümünə səbəb olur.

ardını oxu
01-08-2023 Əlhəmdülillah
Salamaleykum Mən quranda "tövbə surəsi 71 ayə" haqqında soruşmaq istirəm. Orda mömin kişilərlə mömin qadınlar dostdurlar yazılıb. Yəni bir birlərinə yaxşılıqları əmr edirlər. Çox gözəl sözlərdi ama mən orda bir şeyi tam başa düşmürəm.
Cavab:

Və aleykum Salam. Bu ayə ümumidir. Qadınlar və kişilər şəriətin buyurduğu qaydada həm öz aralarında, həm də bir-birlərinə yaxşılığı əmr edib, pisliklərdən çəkindirə bilərlər. İbn Kəsir bu ayənin təfsirində deyir: 

ardını oxu
01-08-2023
Salam aleykum Allah Ademi Tovbe Etmek Üçün hansı Kelmeleri oyretmiwdir?
Cavab:

Va aleykum Salam. Uca Allah buyurur: "Adəm tövbə etmək üçün Rəb­bin­dən kəlmələr öyrəndi, O da onun töv­bəsini qəbul et­di. Həqiqətən də, O, töv­bələri qəbul edən­dir, Rəhmlidir" (əl-Bəqərə, 37). İbn Kəsir bu ayənin təfsirində demişdir:

ardını oxu
31-07-2023
Salam.Müqqedes Ramazan Bayramınız Mübarek olsun.Men aile heyatı qurmağ isteyirem heçür alınmır.Deyirler bext bağlılığı var.Negeder Dualar zikirler ritualar etdim heç bir netice vermedi.Anamı gözü yaşlı qoymayın.Mene kömek edin.Teşekkürler
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:


Dualarım qəbul olmur, nə edim?

ardını oxu
31-07-2023 Rasim
Salam aleykum sualim qeder ile elaqederdir Allah cc insana cuzi irade vermisdir deyirler meselen Allah bu gun men 50 m qazanacam diye yazmisdir qederime amma o pulu halal ve yaxud haram yolla qazanacagimi mene buraxmisdir amma Allah cc bunu ebedi ve ezeli elmi ile bilir bunda subhe yoxdur veyaxud bu
Cavab:

Və aleykum Salam. Uca Allah insan hələ ana bətnində olarkən onun qədərinə nə qədər ruzi qazanacağını yazmışdır. İnsan etdiyi bütün əməllərdə ixtiyar sahibidir, lakin Uca Allah Öz elmi ilə insanın hansı yolu seçəcəyini bilir və bunu da Lövhi-Məhfuzda yazmışdır. Həmçinin bu cavabları oxuyun:

ardını oxu
31-07-2023
Salam Aleykum eger Sperma xaric edilerse qüslsuz oruc tutmaq olarmı?
Cavab:

Və aleykum Salam. Əgər oruc tumadan qabaq sperma xaric olubsa, belə halda qüsl alınsa da, alınmasa da oruc tutmaq olar. Ətraflı oxuyun:

ardını oxu
30-07-2023
Salam Aleykum. Bir sual verim, kiçik tualet ehtiyacını ödədikdən sonra cinsiyyət üzvünün yuyulması və ya silinməsi vacibdir yoxsa müstəhəb bu barədə ətraflı cavab verderdiz zəhmət olmasa
Cavab:

Və aleykum Salam. Ayaqyoluna gedib kiçik ehtiyacını ödədikdən sonra yuyunmaq vacibdir. Yuyunduqdan sonra qurulanmaq isə vacib deyil. Ətraflı oxuyun:

ardını oxu
30-07-2023 Səma
Salam Aleykum. Səfərdə namazı qısaltmaq vacibdirmi. Yəni, şərait və vaxt problemi yoxdursa Namazları olduği şəkildə( zöhr 4 rükət) qılmaq düzgündürmü
Cavab:

Və aleykum Salam. Səfərdə dördrükətli namazları qısaldıb iki rükət qılmaq sünnədir.

ardını oxu
30-07-2023
Salam.Fatihe,ixlas,nas ve feleq sürelerini destemazli oxumaliyiq?Destemazsiz oxumaq ve ya demek olmaz?
Cavab:

Və aleykum Salam. Quran ayələrini və surələrini dəstəmazsız oxumaq icazəlidir. Yalnız cunub (qüslsüz) olarkən oxumaq qadağandır. Ətraflı oxuyun:

ardını oxu
30-07-2023
Əssələmu aleykum.Qadın tək ( yoldaşı halallıq verirsə) avtobusdan,metrodan istifadə edərək təcvid öyrənmək üçün məscidə gedə bilər?
Cavab:
Və aleykum Salam. Qadın ərinin izni ilə tək məscidə gedə bilər.
ardını oxu
30-07-2023
Salam aleykum quranın erebce ve yaxud azerbaycanca oxumagin bir ferqi varmi?
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
30-07-2023 Sabir
Salam Aleykum Rahmatullah, Ders keçdiyim müddetde bir Ateist muellim , Allahın varlığının inkarından danışır , onu susdurmağ üçün ne ede bilerem .?
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Sizin üzərinizə düşən yalnız ona gözəl şəkildə Allahın varlığına dəlalət edən sübutları bildirməkdir. Həmçinin bu mövzuda olan kitabları dərsdən sonra ona təqdim edə bilərsiniz. Həmçinin oxuyun:

ardını oxu
30-07-2023 Abdulla
Salam aleykum. Xaiş edirem uzun ve meni razı salacaq şekilde cavab verin . Bu şert deyil sadece meni teqib eden şubhelerden yayınmaq isteyidir.Qardas niye Allah öz quluna qarşı bu qeder soyuqqanlıdır? Niye her şeyin sonunda sebr deyerek başından etmek isteyi var ?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
30-07-2023 Elgün
Salam mənim anam seyyid n əvəsidir məndə seyyid nəvəsi sayılırammı
Cavab:

Əssələmu aleykum. Bu cavabı oxuyun:


Seyyid anlayışı doğrudurmu?

ardını oxu
30-07-2023 orxan
Əssəlamu Aleykum. Daydosdum və xala qızlarım mənə bacı kimidi. Yəni mənə çox yaxındılar. Bilirəm naməhrəmdilər. Onlarla islama aid söhbət etmək olar? Yəni mən onlara islamı öyrədirəm Allah üçün. Bu doğrudur? Birdə onların üzünə baxmaq icazəli ola bilər? Mən yenədə naməhrəm deyib baxmıram.
Cavab:

Və aleykum Salam. Bəzi qadın qohumlar sizə bacı kimi olsalar da, əgər naməhrəm sayılırlarsa şəriətin qadağan etdiyi - onlarla əllə görüşüb öpüşmək, təklikdə qalmaq, üzünə baxmaq kimi əməllərdən çəkinmək lazımdır.

ardını oxu
30-07-2023
Salam men 1 ile yaxindir xuften namazin sam namazi kimi 3 ruket gilmisam bilmeden sizce gunahdirmi
Cavab:

Və aleykum Salam. İşa (xiftən) namazı dörd rükətdir. Əgər səhvə bu namazı üç rükət qılmısınızsa, buna görə sizə günah yazılmır və bu namazları qəza etməyə ehtiyac yoxdur. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur.

ardını oxu
28-07-2023
İftar vaxtı bilmədən duasız ağıza yemək almaq orucu pozurmu?
Cavab:

Əssələmu aleykum. İftar edərkən dua etmək vacib deyil. Dua etmədən iftar etməyin oruca heç bir təsiri yoxdur və dua etmədən orucu açan insanın orucu səhihdir. Ətraflı oxuyun:

ardını oxu
28-07-2023
Salam emel cadu olduğunu nece bilmek olar? Eger varsa nece poza bilerik?
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
28-07-2023
Icki meclisinde orucu acmaq gunahdirmi ?
Cavab:

Əssələmu aleykum. Ümumiyyətlə müsəlman içki məclislərində iştirak etməkdən çəkinməlidir. Xüsusən də iftar kimi bir ibadəti içkili məclislərdə açmaq qadağandır. Bu barədə ətraflı oxuyun:

ardını oxu
28-07-2023
Salam axsam iftar etdikden sonra saat necede yemeyi dayandiramaq lazimdi?
Cavab:

Və aleykum Salam. Oruc tutan insan dan yeri sökülənə qədər, yəni Sübh namazının azanına qədər yeməyi davam edə bilər. Ətraflı oxuyun:

ardını oxu
28-07-2023
Qedr gecesinde cinsi elaqede olmaq olarmi?
Cavab:

Əssələmu aleykum. Bəli, Qədr gecəsi zövcə ilə cinsi əlaqədə olmaq icazəlidir. Ətraflı oxuyun:


Ramazan ayı və Qədr gecəsi haqqında ətraflı məlumat verə bilərsinizmi?
ardını oxu
27-07-2023
Salam,men namaza yeni baslamisam ve namazda cox fikrim dagilir.Diger herekete kecende hansisa sozu deyib demediyimi unuduram.Bunun ucun ne etmeliyem? Diqqetli olmaga calisiram amma yene bas verir.Bir de namazi sesli qilmaq lazimdi?Sureleri icimizden desek qebul olurmu?
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:


Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?

ardını oxu
27-07-2023 [email protected]
Salam Aleykum men namazlarımı dəfələrcə tərk edib tövbe edib yeniden qılmışam ve bu küfür defelerle etmişem ama bu ramazandada eyni şeyi ettdim ama səmimi tövbe ettdin artıq terk etmrem namazlarımı hamisin qiliram men yene kafir sayılıram?
Cavab:

Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, əksər alimlərin rəyinə görə namazı səhlənkarlıqdan tərk edən İslam dinindən çıxmır və kafir olmur. Bu barədə ətraflı oxuyun:

ardını oxu
27-07-2023 NURUŞ
Salam men evli olub bosanmisam yasim 30 onunda yasi 37 ve evlidi menle daimi kebin isteyir sizce men razilig versem arvadi olacam?onun yoxsa gunahdi arvadi bilmir hecneyi uje 5aydi biryerdeyik ozude hecidi mene komeklik edin
Cavab:

Va aleykum Salam. Kəbin olmadan bir qadının naməhrəm kişi ilə yaşaması haramdır və bu zina sayılır. Buna görə qadın və kişi tövbə etməlidirlər. Ətraflı oxuyun:

ardını oxu
27-07-2023 shaka
1)salam.xəstəliklə əlaqədar sidiyə çıxan zaman spermanın qalığını hiss edirəm.gücənirəm ki, sperma xaric olsun yoxsa bir müddət sonra özü axır.əgər bu hal əhya gecəsində olsa dərhal durub qüsl almalıyam vəya dəstəmaz alsam qəbul olunar bu hal orucu pozur mu? 2)dünən əhya gecəsiydi evimdə ərəbcə
Cavab:

Va aleykum Salam. 


1) Övrət yerindən az miqdarda, ehtiras olmadan gələn spermaya görə qüsl alınmır. Qüsl yalnız şəhvətlə çox miqdarda, boşalma ilə nəticələnən spermaya görə alınır. Ətraflı oxuyun:

ardını oxu
27-07-2023
Salam 1 ildir Namaza baslamisam Elhemdullilah ve 2 ay olacaq ki İnsallah Hicaba kecmisem .ama bezen istemeden ozumu sorguluyuram Hicaba pesmanliq duyurammi bilmirem amaa acmayacamda İnsallah Rebbim bagislasin.Bu kimi hal olanda neyleyim yeni normaldi Bu hissler belke teze kecmisem diye ele olur ?N
Cavab:

Va aleykum Salam. Bu, vəsvəsələrdir və onlara əhəmiyyət vermək lazım deyil. Həmçinin oxuyun:

ardını oxu
26-07-2023 Sevana
Salam Əleyküm. Anam yataqdan qalxa bilməyəcək ağır xəstədir. Namaz qıla bilmir. Sağalana qədər müvəqqətionun yerinə qızı olaraq namaz qıla bilərm mi?
Cavab:

Va aleykum Salam. Əvvəla Uca Allahdan ananıza şəfa diləyirik. Namaz elə bir ibadətdir ki, onu kiminsə yerinə qılmaq olmur. İnsan yataq xəstəsi olduğu halda belə, əgər ağlı başındadırsa, namazlarını uzanan yerdə, əgər dəstəmaz ala bilmirsə, təyəmmüm etməklə qılmalıdır.

ardını oxu
26-07-2023
Salam İmsaka durduğumda yuxuda qeyri ixtiyari boşalma olduğunu gördüm. Yuyundum temizlendim yemeyimi yedim amma qüsul almadımki gün erzinde alaram hemin günün orucu sayılır?
Cavab:

Va aleykum Salam. Bəli, orucunuz səhihdir. Ətraflı bu cavabları oxuyun:

ardını oxu
26-07-2023 Ramil
Salam aleykum.Varaka ibn Nofəl səhabə sayılırmı?
Cavab:

Va aleykum Salam. Doğru olan rəyə görə Varaqa ibn Nofəl (Allah ondan razı olsun) səhabə olub. Çünki o, Peyğəmbəri (ona və ailəsinə Allahın salavatı və salamı olsun) görmüş, ona iman gətirmiş və mömin olaraq vəfat etmişdir. Həmçinin oxuyun:

ardını oxu
26-07-2023 Ozumden yuxu neyle bagli olar yata bilmirem qorxuramty
.Men nece aydi yata bilmirem yuxular gorurem ve 1 aydiki pislesib qanli ag don gorurudum eynimde dagdan atirdim ozumu basqasiyla evliyem uzundu goy gozu var oturub yanimda evde geribe varliglar ucur qapini tuturam colde tanimadigim geribe insanlar iceri girmek isteyir hecne etmir bir gecede gordum k
Cavab:

Əssələmu aleykum. Hər ehtimala qarşı sehrdən qorunmaq üçün Quranın səsli oxunuşuna qulaq asın. Daha ətraflı oxuyun:


Yuxu haqqında

ardını oxu
26-07-2023
Salam aleykum. qebir ustunde hansı duaları ede bilerik? Hezreti peygemberin ölülerin ruhuna oxuduğu dualar hansılardır.
Cavab:

Va aleykum Salam. Qəbirləri ziyarət etdikdə ümumən dünyadan köçənlər üçün dua edilir. Həmçinin Uca Allahdan ölən insanın qəbir əzabından qorunmasını və günahlarının bağışlanmasını diləmək olar. Həmçinin cənazə namazında ölü üçün edilən duaları demək olar. Ətraflı bu cavabları oxuyun:

ardını oxu
25-07-2023 Elnur
Salam.Pollusiya olduqdan sonra ustumuze ortulen yorgan ve ya serilen prastinani yumaq vacibdir?Subay insan ucun bu bir az cetin meseledi.BB
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Məni (sperma) dəyən paltarda namaz qımaq olarmı?
ardını oxu
25-07-2023
Musiqiye qulaq asmaq olar
Cavab:

Əssələmu aleykum. Bu cavabı oxuyun:


Musiqiyə qulaq asmaq, oxumaq və rəqs etmək olarmı?

ardını oxu
25-07-2023
Salam,saç kəsilən zaman qulağa ya da ağıza saç düşməsi orucu pozurmu?
Cavab:

Va aleykum Salam. Oruclu insanın qulağına saç düşməsi orucu pozmur. Həmçinin ağıza düşən tük boğaza getməzsə orucu pozmur. Əgər qeyri-ixtiyari gedərsə, yenə də orucu pozmur. Yalnız bilərəkdən boğaza gedən tük orucu pozmuş sayılır. Ətraflı oxuyun:

ardını oxu
25-07-2023
Salam . Seher axsam zik yazmisiz ixlas nas feleq uc defe oxumaq lazimdi heresini uc defe yoxsa cemini ,
Cavab:

Va aleykum Salam. Cəmini üç dəfə oxumaq lazımdır. Yəni əvvəl İxlas, sonra Fələq, sonra da Nəs surəsini oxuyub bunu üç dəfə təkrarlamaq lazımdır. 

ardını oxu
25-07-2023
Salam. Nem salfet necisi pak edirmi?
Cavab:

Va aleykum Salam. Hansı vasitə ilə olursa olsun, əsas olan nəcasətin özünün aradan qaldırılmasıdır. Ona görə də bir neçə nəm salfetdən istifadə etməklə nəcasəti təmizləmək mümkündür. Ətraflı oxuyun:

ardını oxu
24-07-2023 ____
salam aleykum.Menisleyirem ve ish yerimde abdest almaq ucun yer cox cirklidir.tualetdedir ancaq su ve orada cirklidir.bu sebebden ishde namaz qila bilmirem.ancaq islemekde mecburiyyetindeyem bu ishi cetinlikle tapmisam.Qalmisam bele 3 4 gundur namaz qila bilmirem.ozumu cox pis gunahkar hiss edirem.m
Cavab:

Va aleykum Salam. Namaz elə bir ibadətdir ki, onu hər bir halda qılmaq lazımdır. Əgər ayaq yolunda natəmizlik varsa və dəstəmaz alarakən nəcasətə bulaşa bilərsinizsə, bu halda su götürüb kənar yerdə və ya çöldə dəstəmaz almağa çalışın. Siz cəhd edin, Allahın izni ilə sizə asanlaşacaq.

ardını oxu
24-07-2023 Muslimah
Salam müəyyən səbəblərdən həkim dərman yazıb və içində açıq aydın jelatin yazılıb bunu qəbul edə bilmirəmmi? Əvəzedici istədim həkim razı olmadı bunun daha yaxşı olduğunu bildirdi
ardını oxu
24-07-2023 zəhra
Salam ilk növbede. Gece namazında sonuncu rükətində qunutda mütləqki 40 mömin adı çekilməldir
Cavab:

Va aleykum Salam. Gecə namazının son rükətində qunut tutarkən sadəcə dualar edilir. 40 möminin adı çəkilməsi bidət əməldir. Ətraflı oxuyun:


Vitr namazında edilən qunut duası

ardını oxu
24-07-2023 Gunel
Salam cox xahis edirem mene bir cavab yazardiz bu ayda cox vacibdi,men oruc tutub namaz qiliram,uzr isteyirem bu ayda yoldasimdan 10-15 gun yaxinliq istmirem cunki subh azanina qeder men qusul ala bilmirem isti su gelmir gerek suyu qizdiram biraz eziyyet teleb edir yoldasimda menden narazidi 1-ci s
Cavab:

Va aleykum Salam.


1) Şəriətlə icazə verilən hallar istisna olmaqla, qadın ərinin cinsi istəyinə etiraz edə bilməz. Bu barədə ətraflı oxuyun:

ardını oxu
24-07-2023 Anonim21
Salam.Men Namaz qılan qızam. Men sevgilimle bir birimizi isteyurik. Lakin qovusmagimiz mümkün deyil. Bizim görüşmeyimiz günah sayılırmı? Bir birimizi qovuşmayacağımızı bildiyimiz halda bele sevirik zina etmiş oluruq? Onun meni görmesi günahdırmı?
Cavab:

Va aleykum Salam. Kəbin olmadan bir qızın naməhrəm oğlanla görüşməsi və ya ona toxunması günah sayılır. Bu əməldən tövbə etmək lazımdır. Ətraflı oxuyun:

ardını oxu
24-07-2023
əssələmu aleykum va rahmatullah. Təvəssül barədə bidət əhlinin atdığı aşağıdakı şübhəni, zəhmət olmasa elm əhli cavablandırsın. Allah Rəsulu s.a.s yanına gələn kor adama bu cür dua etməsini öyrədir: “Ey Allah! Ben sana yalvarıyorum.
Cavab:

Və aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Sualda qeyd etdiyiniz hədisin tam mətni belədir: 

ardını oxu

Pages