07-06-2018 Hesen Verdiyev
Salam qedr gecesinde 100ruket namaz nece qilinir ve ehya nece saxlanilir?
Cavab:

Va aleykum Salam. Əyhə deyilən söz oyaq qalmaq deməkdir. Bu gecənin adı isə Qədr gecəsidir. Həmin gecələrdə oyaq qalaraq Quran oxumaq, Allaha dualar, zikrlər etmək, nafilə namazlar qılmaq və s. ibadətlərlə keçirtmək savabı olduqca böyük olan əməllərdəndir.

ardını oxu
07-06-2018 Saleh
Salamun Aleykum.Sizdən bir şey xahiş edim.Zəhmət deyilsə mənim üçün Tur surəsinin ərəbcə oxunuşunu yazardız.
Cavab:

Va aleykum Salam.

ardını oxu
07-06-2018
Salam.Men Namaz qiliram ve qilmaq isdeyirem amma yoldasi bilmir qikiram bilmeyinide isdenirem.Namaz qikdiqimi yoldasim bikmesiyi ucunde vaxdi vaxdinda Namzaimi qila bilmirem.Bu gunahdirmi?Ve ya qildiqim Namaz batildirmi
Cavab:
Va aleykum Salam. Əgər mümkün deyilsə, namazları heç kəsin görmədiyi otaqda qıla bilərsiniz və bu, namazı batil etmir. Allaha çoxlu dua edin ki, ərinizə hidayət versin və kefi yaxşı olan vaxtlarda onu haqqa dəvət edin. Daha ətraflı:
ardını oxu
07-06-2018 BENDE
salam aleykum.bir sevmediyim qiz mene cox yaxinliq edir dilinde soz qalmir yalancidir.men ona menden uzaq dur desem bu qelb qirmaq ve gunah sayilarmi?ve qiz hecde terbiyeli deyil ve onun haqqinda xosagelmez sozler danisirlar.yeni demeyim odurki men ona soz desem qelbine deyerse gunahdirmi?cavablarin
Cavab:

Va aleykum Salam. Əxlaqsız insanlardan kobudluq etmədən, tədricən uzaqlaşmaq hər bir müsəlmana vacibdir. Daha ətraflı: Dostun səni günaha aparırsa, nə etməli?

ardını oxu
07-06-2018
salam.size 2 sualim var.1xristian ve yehudilere rehmet oxuya bilerik?onlarin mezarina gede bilerik ve ya defninde istirak ede bilerik dua oxuya bilerik?2deyirler ki, peygember efendimiz xristian ve yehudilere yaziq gelmeyi qadagan edib,yeni onlara bir facie bas verse yazigimiz gelmemelidir gunaha gi
Cavab:

Va aleykum Salam. Ümumiyyətlə qeyri-müsəlmanlar üçün Allahdan yalnız hidayət istəmək olar, rəhmət, bağışlanma diləmək və həmçinin də qəbirlərini ziyarət etmək isə olmaz.

ardını oxu
07-06-2018 Allahın qulu
salam aleykum.1.Men her bır seyde sebırlıyem.Buna gore mene savab varmı.Yenı basıma cetınlık gelse sebr ederem.2.Menım atam anamla mubahıse edende el qaldırır herden pıs doyur.Artıq men doze bılmırem qarsı gelmek ısteyırem.Bu gunah ola bılermı.3.Bır kısı oz arvadını basqa bır kısıye verse ona ezab v
Cavab:

Va aleykum Salam.

ardını oxu
07-06-2018
Salam Aleykum.Men evlanmak istayiram şəriətin qoyduğu qaydalarla ve özüm tapdığım ibadət edən qadinla,lakin mende evda valideyinlərim buna qarşıdı deyirlərki biz dediyimiz qadinla evlənəcəksən,mən özüm bildiyim qadinla mənim dünyam və axirətim üçün xeyirli olan qadinla evlənmək istəyirəm gözəl tərzd
Cavab:
Va aleykum Salam. Əgər oğlanın sevib evlənmək istədiyi qadın dini və dünyəvi baxımdan nöqsanlı deyilsə, valideynlərin buna qarşı çıxmağa və övladlarını sevmədiyi biri ilə evlənməyə məcbur etməyə haqqı yoxdur.
ardını oxu
07-06-2018
Salam aleykum.Bildiyimiz kimi dünyanın bəzi yerlərində 6 ay gecə 6 ay gündüz olur.Həmin yerlərdə namaz vaxtları necə müəyyən edilir?Bu barədə geniş izah yazsanız sevinərdim.Əvvəlcədən təşəkkürlər.
Cavab:

Va aleykum Salam. Qeyd etdiyiniz ölkələrdə yaşayan müsəlmanar namazlarını onlara ən yaxın, normal gündüz və gecə olan şəhərin namaz vaxtlarına uyğun qılmalıdırlar.

ardını oxu
26-05-2018
Biri ile yazışmaq xeyanet sayılır mi?
Cavab:
Salam aleykum. Evli insanın naməhrəmlə yazışması öz həyat yoldaşına xəyanət sayılır və zinaya, Cəhənnəm əzabına aparan yoldur. Bu əməldən tövbə edərək ona aparan vasitələrdən uzaqlaşmaq və xeyirli işlərə vaxt sərf etmək lazımdır. Daha ətraflı:
ardını oxu
26-05-2018 amir
Salam aleykum va raxmatullah bilmek isteuiremki zina haramdir bunu bilirem boyuk gunahdir bes zina deyerken hansjlar nezerde tutulur eger niyyeti evlenmek ucundurse yeni evlenkek ucun yazisirlarsa gorusmurlerse zina sayilir eger gkrusmurlerse ve telce yasisirlarsa odaki niyyeti vaxt kecirmej deyul e
Cavab:

Va aleykumus-Sələm və rahmətullah. Hər bir halda naməhrəm oğlan və qızın yazışmaları düzgün deyil. Evlənmək niyyəti ilə bir neçə dəfə təklikdə qalmamaq şərtilə (məsələn, başqalarının gördüyü, amma söhbətinizi eşitmədiyi bir yerdə) görüşüb söhbət etmək isə icazəlidir.

ardını oxu
26-05-2018 Uxti
As salam aleykum ve rahmetullahi ve bareketuh. İlk önce suallara esaslı şekilde verilen cavablara göre ALLAH sizden razı olsun. Sualım beledir;Bir bacı turk vetendaşı ile şekilde bir birilerin görüb beyenibler.
Cavab:
Va aleykumus-Sələm və rahmətullahi va bərakətuhu. Əgər qızın valideynləri qızının həmin adamla ailə qurmasına razı deyillərsə, oğlanın belə deməsinə baxmayaraq, onun qızın üzərində heç bir haqqı yoxdur.
ardını oxu
26-05-2018
Salam, ələykum. 1) Namaz qılan toya gedə bilər? 2) Namaz qılan bəzənə bilər?
Cavab:
Va aleykum Salam.
1. Bu cavabları oxuyun:
Toya getmək olarmı?
Müsəlman toyu necə olmalıdır?
ardını oxu
26-05-2018
Salam.Menim ve yoldaşımın heç bir işi düz getirmir.evde hrmişe dava qırğındı sebebsiz yere.bir refiqem meni baxıcının yanın apardı.baxıcı dediki bize cadu olunub.dua yazdı.duanın kömeyi olmadı.indi heyatım dahada çetin olub.yene baxıcının yanına getmek istemirem.Allaha şerik qoşmağa qorxuram.cadudan
Cavab:
Va aleykum Salam. Hər kəsin həyatında işlərinin yaxşı və pis getdiyi vaxtlar olur. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver". (əl-Bəqərə, 155).
ardını oxu
26-05-2018 Taryel
salam aleykum.Mene deye bilersiniz sehabeler kimin yoluyle gedibler?Daha deqiq desek bu hedisin sehihliyi ve ya menasi sehabelerin duz yolda olmadigina getirib cixarmir ki?Yeni ki.eger selefiler sehabelerin yolu ile gedirlerse,onlar da peygember s.a.s in yolunda olublarsa ne problem var ki? Özlər
Cavab:
Va aleykum Salam. Qeyd etdiyiniz hədis səhihdir, səhabələr Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) yolu ilə gediblər.
ardını oxu
26-05-2018 DENİZ
Salam.mən quran kitabını azərbaycan dilində olanını oxumağı çox istəyirəm.və bir tanışda var bu kitab.mən hələ ala bilməmişəm.və oxumağı da istədiyim üçün ondan xahiş etdim ki bir iki həftəlik kitabı verərdi mənə Ama dediki deyilənlərə görə evdən quran kitabını çıxarmaq olmaz.ay günahdı filan filan
Cavab:

Va aleykum Salam. Bu fikir xurafatdır, Quranı başqasına oxumaq üçün vermək savabdır.

ardını oxu
26-05-2018
salam aleykum goyercin saxlamaq gunahdi yoxsa yox
Cavab:

Va aleykum Salam. Göyərçin quşbazlıq səviyyəsində deyilsə, bunda bir qəbahət yoxdur. Quşbazlıq edib evlərin damlarına quş tutmaq üçün çıxmaq və quşbazlığa aludə olmaq qadağan edilmişdir.

ardını oxu
26-05-2018 Pervin
Salamu aleykum.2 sualim var. 1-ci) Bilmek isdeyrem bir insan haqqindada kitab ,roman yazmaq gunah di ya yox? 2-ci) burun eyer ezilibse, sonradan az bir eyrilik hiss edilirse emeliyyati etmek gunahdir ya yox?
Cavab:

Va aleykum Salam.


1. Şəriətə zidd olan məsələləri qələmə almamaq və ya təbliğ etməmək şərtilə kiminsə haqqında kitab yazmaq günah deyil.

ardını oxu
26-05-2018 günel
salam dini nikah kesdirmek isdeyirem ancak bizde sahidli kesmirler mene dini nikah kesen deye bilersiniz?
Cavab:

Va aleykum Salam. Nigah məsələlərinə görə məscid imamlarına müraciət etmək lazımdır. Amma dinimizdə nigahın şərtləri var: valideynlərin razılığı, həddi-büluğa çatmış və ağlı başında olan iki ədalətli şahidin iştirak etməsi, qadına mehr verilməsi və s.

ardını oxu
26-05-2018 Serxanaysu
Salam men yeni namaz qilmaga bawliyacam ve namaz qilana nelerin qadagan oldugunu bilmek isteyrem mesele menim 3 ildi isteidyim sevdiyim oglan var onla elewe tutsam gunahmidir? Bawimi baglamiram amma makyaj falan gunahmidir bulari bilmek istryrem vs.
Cavab:

Va aleykum Salam.

1. Cavabını bu linklərdən oxuyaraq ətraflı şəkildə öyrənə bilərsiniz:

Namaza başlamaq istəyirəm, namaz qılana nələr qadağandır?

ardını oxu
26-05-2018
Salam mawina qurd yagi surtubler oda baqiwlayin sidiynen mundarlayib indi uzaqdadi o gurd yagi indi tesir edib ona yoxsa nece ya onu burdan nece temizlemek olar?cox saqolun
Cavab:

Va aleykum Salam. Qurd yağı sürtülən yeri murdarlamaq yox, üzərinə Quran ayələri oxunan su ilə təmizləmək lazımdır.

ardını oxu
26-05-2018 Kamiyab
Salam.Əgər bir insana Allahı heç kim tanıdmayıbsa,o insan ibadət etmirsə,bu günah sayılırmı?
Cavab:

Va aleykum Salam. İslama dəvət çatmayan insanlar üzrlüdürlər və qiyamət günü xüsusi sorğu-sual olunacaqlar. Həmçinin oxuyun:

Cahillik üzrlüdürmü?

ardını oxu
26-05-2018
Salam məzlum sözünün menası nedir?Evvelceden tesekkürler.
Cavab:

Va aleykum Salam. Məzlum əslən ərəb mənşəli söz olub "zaləmə - zülm etmək" felindən törənib. Mənası isə zülm çəkmiş, zülm olunmuş, zülmə məruz qalmış, zülm altında olan deməkdir.

ardını oxu
26-05-2018 amira
salam aleykum, 1 ayliq problemli hamileliyi mualicesi mumkun oldugu halda aradan qaldirildi, hamileliyin davam etdirmesi mumkun idi ama cox cetin kececek hekimin dediyine gore, duwme ehtimalida ola bilerdi, olmayada bilerdi.
Cavab:
Va aleykum Salam. Əgər uşağı dünyaya gətirmək qadının sağlamlığı üçün ciddi təhlükə yaradarsa, abort etməyə icazə verilir. Bunu isə inanılmış, peşəkar həkimlər təsdiq etməlidir. Digər hallarda isə hamiləliyin neçənci həftədə olmasından asılı olmayaraq abort etmək haramdır. 
ardını oxu
26-05-2018 Gunel
Salam. Hal hazirda microblading ve permament debdedir bunu bilirsiz. Men bilmey istiyirem namaz qilan xanim buni qawina eletdirse olar? Men esitdim namaz qilan xanim bu ikisinnen hec birin ede bilmez. Zehmet olmasa melumat vererdiz. Onceden cox sag olun.
Cavab:

Va aleykum Salam. Qeyd etdiyiniz üsullarda qaş tükləri qırxılaraq yerinə daimi və ya müvəqqəti döymə (tatuaj) çəkilir. Ümumən qaşa hər hansı dəyişiklik etmək qadağandır. Bədənin digər yerlərinə döymə vurmaq da qadağandır, yalnız xına və silinə bilən tatuajlar istisnadır.

ardını oxu
26-05-2018 Kerem
Allah ne qeder ummet yaradib? Ve bir de zehmet olmasa "itler de bir ummet olsaydi" hedisini tam shekilde yazardiz da...
Cavab:

Salam aleykum.

ardını oxu
26-05-2018
Salam.Türklər Regaib kandili,mirac kandili keçirdirlər.. Bu nə deməkdi?
Cavab:
Va aleykum Salam. Dinimizdə hər hansı gecəni xüsusiləşdirib qeyd etmək, şam yandırmaq və s. yoxdur. Dində olmayan şeyi sonradan dinə əlavə etmək böyük günahdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir:
ardını oxu
26-05-2018 Nala
Salam aleykum evvelceden sizin sayenizde dinimizden bir Cox seyleri oyrendiyime gore size cox minetdaram. Amma bu yaxinlarda aldigim cavab meni hec razi salmadi.menum sualim eyer arvad erime seher durub yemek vermiremse bu gul haggina girmek sayilmirki?
Cavab:

Va aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Bir qadın beş vaxt namazını qılar, namusunu qoruyar və ərinə itaət edərsə, istədiyi qapıdan cənnətə daxil olar". (İmam Əhməd, 1664; əl-Albani, "Səhih əl-Cami", 660).

ardını oxu
26-05-2018 Murad
Salam sualım budurki eger Allah qoyunu kesemeye bize vacib buyurubsa qurbanlıq olaraq meselen bes neye gore basqa but hedisde buyurubki peygember siz qoyunu keserken ona rehm etsez Allah da size qiyamet günü rehm edecek yeni demek istiremki olmazki heç qoyun kesmiyek rehm edek Allahın buyurduğu kimi
Cavab:

Va aleykum Salam.

ardını oxu
16-05-2018 Farid
Salam.Bir ildir namaz qiliram.bir ildi her namazin sonunda eyni duani edirem.duam bir insandir.sevdiyim insana qovusmaqdir.duzu ona gore namaz qilmaga basladim.onu Allahdan her gun her saat isdiyirem.Allah bu iller erzinde bu movzuda cox komek olub mene.O ateisdir amma.amma men bilirem o gelecekde A
Cavab:

Va aleykum Salam. Müsəlman namazı yalnız Allahın rizası üçün qılmalıdır. Sevdiyiniz insanla ailə qurmağa gəlincə, İslamı qəbul etməyənə qədər ateistlə ailə qurmaq qadağandır. Allaha dua edin ki, həmin insana hidayət versin.

ardını oxu
16-05-2018 .
salam eleykum oyrenmek isteyirdimki namehreme hediyye ala bilermi biri yada onan gelen hediyyeni qebul ede bilermi?mene hediyye verilmisdi indi bilmirem onu neyniyim saxliyim yoxsa kimese verim? Allah razi olsun
Cavab:
Va aleykum Salam. Ümumiyyətlə heç bir zərurət və istisna hal olmadıqca naməhrəmlərlə ünsiyyətdə olmaq, yazışmaq, danışmaq, hədiyyələşmək və s. olmaz. Ancaq əgər hədiyyə veriblərsə, götürə bilərsiniz.
ardını oxu
16-05-2018 mmmmm
salam aleykum, men zovcemi heyzli iken 3 defe ardicil talaq talaq talaq dedim, sonra 5 deqiqe kecdikden sonra yene 3 defe ardicil olaraq talaq talaq talaq dedim. bunun hokmu nedir ve men ne edim? barismaq isteyirem.
Cavab:
Va aleykum Salam. Əvvəla boşanma məsələsinə məsuliyyətsiz, səhlənkar yanaşmaq olmaz.
ardını oxu
16-05-2018 Oksana
Salam! Rasiya vaxtiyla saat necede oruc tutulur? Ve oruc acilir zehmet deyilse cevab yazin
Cavab:

Va aleykum Salam. Rusiya böyük ölkədir və hər vilayətinin də fərqli namaz təqvimi mövcuddur.

ardını oxu
16-05-2018 Babek
Salam Ramazan orucu ne vaxt basliyir
Cavab:

Va aleykum Salam. Bu ilki fətvaya əsasən Ramazan ayının 1-ci günü May ayının 17-nə təsadüf edir. Ay müxtəlif ölkələrdə müxtəlif vaxtlarda görünə bilər.

ardını oxu
15-05-2018 Tural
Salam .menim emim arvadı var .içki içir hemde dini kitablar oxuyur ,dualar oyrenir bele amma namaz qilmir. Bu içki icen vaxt yatdigi yerde biri gelib onu boğur, yuxusuna qorxulu canavar kimi seyler onu yeyir bele .bu neden olur? Zehmet olmasa sualı cavablandirarsiz
Cavab:
Va aleykum Salam. Namaz qılmayan, içki içən və digər günahları edən insanlar şeytanların hücumu qarşısında aciz qalır. Həmin insana evdə tezliklə namaz qılmağı, haramlardan çəkinməyi, evdə Quran səsləndirməyi və yatmazdan qabaq zikrləri oxumağı nəsihət edin. Daha ətraflı:
ardını oxu
15-05-2018 yasemen
Bir defe namaz qilmag gunahdimi
Cavab:
Salam aleykum. Namaz qılmaq savabı ən çox olan əməllərdəndir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ən fəzilətli əməlin hansı əməl olduğunu soruşan səhabəyə buyurmuşdur: "Vaxtında (vaxtının başlanğıcında) qılınan namazdır". (əl-Buxari, "Məvaqit", 162).
ardını oxu
15-05-2018
Salam Aleykum. 1) Destemaz aldiqdan sonra pis soz isletdikde ve ya esitdikde destemaz batil olar? 2) Destemaz aldigdan sonra nese yemek ve ya icmek olar? 3) Namazda her tekbirden(Allahu Akbar) sonra "Əuzu billahi minəş şəytani rəcim" sozunu demek duzgundurmu?
Cavab:

Va aleykum Salam.

ardını oxu
14-05-2018 Fikrət
Salam aleykum.Sizdən sual soruşum.Əhli sünnə Peyğəmbərimizin (s) səhabələrinin əksəriyyətinə böyük hörmətlə yanaşır.Bunun səbəbi nədir.Elələri var öz zamanəsinin İmamını tanımayıb,hətta ona qarşı müxaliflik edib,hətta vuruşanlarıda olub.Rəsullahın (s) əhli beytinə qarşı mübarizə aparıb.Suallımı zəhm
Cavab:
Va aleykum Salam. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əhli-beytini (ailəsini) və səhabələrini sevmək Allahın və Onun Rəsulunun əmri olduğu üçün dində onlara oxşamağa çalışmaq, onların arasında baş vermiş ixtilafları araşdırmamaq hər bir müsəlmana vacibdir.
ardını oxu
14-05-2018
Salam Aleykum.photoshop pragraminda uzczgileri boyudursen yeni duzelis edirsen bunun kimi seyler. gunahmidir?
Cavab:
ardını oxu
14-05-2018
Salam eleykum men yuxuda namehrem ve cinsi elaqe gorremse bu gunahdirmi
Cavab:
Va aleykum Salam. Xeyr, yuxuda baş verən hallara görə insan günah qazanmır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Üç insandan qələm qaldırılmışdır (günahları yazılmır); yatandan oyanana qədər, dəlidən ağıllanana qədər, uşaqdan həddi buluğa çatana qədər".
ardını oxu
14-05-2018
Salam aleykum Erimin soz emanetini tutmadigim ucun o mene halalliq vermir.ve Allah ucun mene nifret edir.buna gore ne etmeliyem?
Cavab:

Va aleykum Salam. Ailədə qadının vəzifələrindən biri də ərinin sirrini qorumaqdır, əks halda ərinin etimadını itirər. Əgər əriniz sizə əmanət olaraq sirr veribsə və siz də bunu başqaları ilə paylaşmısınızsa, əmanətə xəyanət etmisiniz və günah qazanmısınız.

ardını oxu
12-05-2018 ..........
Salam.yoldasim meni tehqir edirdise soyurduse onun o dunyada cezasi varmi?
Cavab:
Va aleykum Salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Müsəlmanı söymək günah, onunla vuruşmaq isə küfrdür".
ardını oxu
12-05-2018
Nenem Quran oxuyur.azdan coxdan ereb herflerini bilir.ama duzgun oxumur.Quran oxuyarken coxlu sehvler edir.ama cox isdeyir ki Quran oxusun.80yasindadi.Etrafdakilar deyir eybi yox oxu Allah seni bagiwlayar.bu kelme ne qeder dogrudur?Yawli insan Quranin erebcesini sehv oxuya bilermi?yoxsa erebce sehv
Cavab:
Salam aleykum. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Quran oxuyan və onu əzbərdən bilən adam möhtərəm və müti mələklərlə eyni dərəcədədir.
ardını oxu
12-05-2018
Salam aleykum. Vav herfi nece oxunur? Bildiyim qederi ile ince herifdir. Fethe ile ve oxunmalıdır. Ancaq sizin saytinizda bezi surelerin icerisindeki sozlerde vav herfini va seklinde gordum. Bunu izah ede bilersiz? bu neye gore beledir?
Cavab:
Va aleykum Salam. Vav hərfinin azərbaycanca qarşılığı olmasa da, v səsinə daha yaxındır. Amma v səsindən fərqli olaraq alt dodaq dişə dəymir, u səsində olduğu kimi dodaqlar dairəvi şəkil alır. Vav incə hərf olduğu üçün "va" yox, "və" kimi oxunmağa daha yaxındır.
ardını oxu
11-05-2018
Salam Aleykum. Siz mezi haqqinda qeyd etmisdizki mezi deyen paltari bir ovuc su ile temizlemek lazimdi ve destemaz. Basqa bir sualda ise yuxudan oyananda mezi gorunse onda paltari deyismek ve destemaz almaq lazimdir.
Cavab:

Va aleykum Salam. Paltarın məzidən təmizlənməsi haqda rəvayət edilir ki, Səhl ibn Huneyf (Allah ondan razı olsun) demişdir: "Mən məzidən çox əziyyət çəkir və buna görə çox çimirdim.

ardını oxu
10-05-2018 Eli
Salam Aleykum.Soyunc soymeye yeni kufur etmeye tovbe sayilir?Xais edirem cavablandirin. Evvelceden tesekkurler.
Cavab:

Va aleykum Salam. Söyüş söyməkdən və hər bir günahdan tövbə edilir. Daha ətraflı:

Tövbə etsəm, Allah məni bağışlayarmı?

ardını oxu
10-05-2018
Salam.Mən namaz qılıram.Sudan cox istifadə edirəm.hər hansı bir yerə və ya əşyaya toxunanda elə bilirəmki paltarım murdar olub desnamazim batil olacaq.
Cavab:
Va aleykum Salam. Bütün bu qeyd etdikləriniz şeytanın vəsvəsəsindən irəli gəlir. Bu vəsvəsələrdən qurtulmaq üçün ilk növbədə dəstəmazı, namazı və digər gündəlik ibadətləri pozan amilləri öyrənib qəti şəkildə tətbiq etmək, bundan sonra şeytandan gələn vəsvəsələrə əhəmiyyət verməmək lazımdır.
ardını oxu
04-05-2018 Gunahkar bende
Salam Aleykum.men Masturbasiya edirdim ve sonra buna tovbe etdim.sonra ise 6 defe tovbemi pozdum.men ne edim gunahim bagislansin. cox pesmanam.vicdan ezabi cekirem.artiq utaniramki Allahdan bagislanma isteyim.men ne ede bilerem?
Cavab:
Va aleykum Salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) şəhvəti qorumağın yolunu göstərərək cavanlara belə nəsihət etmişdir: "Ey cavanlar topluluğu, sizdən evlənməyə gücü çatanlar evlənsin, çünki evlilik gözü harama baxmaqdan son dərəcə saxlayan, iffəti də ən yaxşı qoruyandır.
ardını oxu
04-05-2018
Salam.qadin öz evinde,ailesinin yaninda basi,qolu aciq geze bilermi.umumiyyetle evinde aciq saciq geze bilermi?önceden sag olun.
Cavab:

Va aleykum Salam. Qadın öz məhrəmlərinin yanında hicab taxmaya bilər. Yalnız ərinin yanında istədiyi kimi geyinib gəzə bilər. Daha ətraflı:

Kimlərin yanında hicabsız gəzmək olar?

ardını oxu
04-05-2018 Guni
Salam. Men otagimda oz koyneyimi qaychi ile qiragindan azca goturulmush tapdim.qorxuram. bu cadu yaxshiligadi yoxsa pisliye. Yoldashim menden soyuyub axtarmir adami sora sanki men sadece bir heykelem evde yalniz anasishirin olub onun uchun.
Cavab:

Va aleykum Salam. Bütün növ cadular şeytan əməlindən sayılan küfr əməllərdir. Ərlə-arvadın arasını vurmaq cadunun məşhur növlərindən biridir. Əgər ailənizə cadu olunduğundan şübhələnirsinizsə, aşağıda yazılanlara əməl etməyiniz tövsiyə olunur:

ardını oxu
03-05-2018 Aytən
Salam.Xahiş edirəm sualımı cavablandırın.Qız övladını ərə verərkən ona süd pulu (başlıq pulu ya da atalıq)almaq doğrudurmu.Ümumiyyətlə islam dininə görə bunun bir əsası varmı? yoxsa bu sadəcə el adətidirmi?
Cavab:

Va aleykum Salam. İslama görə qızı ərə verərkən ona verilən qızıl-zinət əşyalarına və ya pula mehr deyilir. Lakin süd pulundan və ya başlıqdan fərqli olaraq mehr valideynin yox, qızın öz şəxsi mal-dövləti sayılır. Daha ətraflı:

ardını oxu

Pages