20-07-2018 Orxan
As Salamu aleykum . Bu dunyadan boyuk ve kicik gunahlarla kocmus insanla baqli iftira ve ya nemmamliq bas qaldirarsa bu onun gunahlarina keffare ola bilermi.
Cavab:

Va aleykum Salam. Diri və ya ölü əgər onun barədə qeybət, nəmmamlıq edilərsə, üzərinə böhtan atılarsa, bu, qul haqqı sayılır. Hər bir zülm edilmiş bəndə də qiyamət günü haqqına girən (zülm edən) adamlardan öz haqqını tələb edə biləcək.

ardını oxu
20-07-2018 Efsane
Salam men qüsullu oldum olmadım yuxumda özümü mürdar ve terbiyesiz şeylerde görürem hemişe.men icablıyam amma yuxuda özümü başı açıq görürem.birde namaz qılanda ağlımnan terbiyesiz şeyler keçir.evvelceden çox sağolun.
Cavab:
Va aleykum Salam. Şeytanın vəsvəsə üsullarından biri də yuxuda şəhvət səhnələrini göstərməsidir. Bundan qorunmaq üçün yatmazdan qabaq Ayətul-Kursi və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) öyrətdiyi digər zikrləri oxumaq lazımdır. Bu cavabları oxuyun:
ardını oxu
20-07-2018 Vüsal.B
Salam.Cox sag olun cavablara göre. 1.Peygemberimizin: "Mirac ve Isra" geceleri haqqinda melumat vererdiz?
Cavab:

Va aleykum Salam.

1. Bu cavabları oxuyun:

Peyğəmbərin meracı

Merac hadisəsi Quranda varmı?

ardını oxu
20-07-2018 Kəlbəlayi
Allahin Salami olsun sizə.Mərhum ərini yuxuda görən gadin,amma ikinci dəfə ailə gurub artiğ,mərhumun eysanin verə bilər? Və rəhmətliyə yasin oxuya bilər?
Cavab:
Va aleykum Salam. İslama görə ehsan kiməsə yaxşılıq etməyə deyilir, lakin ölən şəxs üçün müəyyən günlərə və ya əlamətlərə görə xüsusi yeməklər hazırlayaraq ehsan vermək bidətdir (dinə sonradan gətirilən yenilikdir). Həmçinin islamda ölüyə
ardını oxu
19-07-2018 Zulya
Salam aleykum. Quran ayelerinde yazılan qüdret halvası nedir?
Cavab:

Va aleykum Salam. Uca Allah buyurur: "Biz sizin üstünüzə buludla kölgə saldıq, sizə manna və bildirçin endirdik (və:) "Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!"– (dedik). Onlar Bizə deyil, təkcə özlərinə zülm etdilər".

ardını oxu
19-07-2018
Salam.Men tovbe etmeye mecbur olunmuwam.Dilde desemde ureyimde tovbemi tuta bilmeyeceyimden qorxdugum ucun tovbe etmediyimi demiwem.Men tovbe etmiw sayilirammi?
Cavab:
Va aleykum Salam. Tövbəni əsasən dil ilə demək yox, şərtlərinə əməl etmək lazımdır və kim tövbənin şərtlərini yerinə yetirərsə, tövbə etmiş sayılar. Əgər günahı tərk edə bilmirsinizsə, şəriətdə buyurulan yollardan istifadə edərək buna davamlı cəhd edin və hər günah etdikdə yenidən tövbə edin.
ardını oxu
19-07-2018 Qul
Salam aleykum. Doğrudanmı Peyğəmbərimiz şəhid edilmişdi? Ümumiyətlə buna səhih bir şey var?
Cavab:
Va aleykum Salam. Rəvayət edilir ki, İbn Məsud (Allah ondan razı olsun) demişdir: "Allah Elçisi (salləllahu aleyhi və səlləm) öldürüldüyünə (şəhid kimi) bir deyil, doqquz dəfə and etmək istəyirəm. Beləliklə, Uca Allah ona peyğəmbərlik dərəcəsi verdiyi kimi, şəhidlik dərəcəsi də vermişdir".
ardını oxu
19-07-2018 xanım
Salam sizə bur sualim olacaqdır. Həzrəti Yusif peyğənbərin qizinin və həyat yoldaşının adı nə olmuşdur?
Cavab:

Va aleykum Salam. Bəzi tarixçilər və təfsirçilər Yusif peyğəmbərin (aleyhis-sələm) zövcəsinin adının Züleyxa ləqəbi ilə tanınan Raiil binti Ramayiil olduğunu demişlər. Ancaq bu məlumatların səhihliyi öz təsdiqini tapmayıb.

ardını oxu
19-07-2018 Aysen
Salam mən namazlarımi 3 vaxtda qiliram,yeni zöhru qılıb 1 2 deq sonra əsri qılıram beləmi olmalidir?birdeki azan oxuyub qurtaran kimi qiliram gozlemeliyemmi?Allah dualarımı herzaman qəbul edir Şükürlər olsun, bunu demək istədim çünki istəyirəmki hami Allaha inanaraq ümid edərək dua etsin
Cavab:
Va aleykum Salam. Qeyd etdiyiniz kimi namaz qılmaq doğru deyil, namaz gündə beş vaxtda qılınmalıdır. Bunu Quran və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) çox saylı hədisləri təsdiq edir.
ardını oxu
19-07-2018 Medine
Salam aleykum men evvel cahil olmusam mene ele oyredibler sieler kimi namaz qilmisam sonra min sukur ehli sunnet yolunu tanidim ve ehli sunnet henefi mezhebinde namaz qildim yoldasim ise sie namazi qilmaga davam etdi amma mene ibadetlerime hormet edir ve bele seyler bizim aramizda problem yaratmir s
Cavab:
Va aleykum Salam. Ailə üzvləri bir-birilərini gözəl şəkildə şirkdən, bidətdən və digər günahlardan çəkindirməli və haqqa dəvət etməlidirlər. Bu onların bir-biriləri üzərində olan haqlarıdır. Həmçinin, imkan varsa, ərinizdən ayrıca evdə qalmağı da tələb edə bilərsiniz. Daha ətraflı:
ardını oxu
09-07-2018 Abdullah
Salam aleykum rehmetullah. Bir qardaw soruwur ki, nobatdayam, turbadan az-az su gelir golmecheye tokulur. Golmechede de qurbaga var.O sudan destamaz almaq olarmi?
Cavab:

Va aleykum Salam və rahmətullah. Gölməçədə qurbağa, balıq və s. olsa belə iyi, dadı və rəngi dəyişmədikcə həmin sudan dəstəmaz ala bilərsiniz.

ardını oxu
09-07-2018 Amaliya
Namazın fərqi var necə qılıram ?
Cavab:

Va aleykum Salam. Namaz da daxil olmaqla hər bir əməlin qəbul olunmasının əsas şərtlərindən biri həmin əməli Uca Allahın və Onun Rəsulunun buyurduğu şəkildə etməkdir.

ardını oxu
09-07-2018
ere getmiw dul qadin,vefat etmiw erinin qebrini ziyaret ede bilermi&
Cavab:

Salam aleykum. Şəriət hökmləri və qaydaları çərçivəsində qadın tez-tez olmamaq şərti ilə qəbirləri ziyarət edə bilər. Daha ətraflı:

Qəbirləri ziyarət edən zaman hansı qaydalara riayət etməliyik?

ardını oxu
09-07-2018 Vusale
Salam coxsagolun cavablandirdiginiz ucun menim qaynanam deyirki 4 uşaq dunyaya getirməlisen men isə istemirem artiq 2 ci uşagim olacaq ona qarşı cixmagim gunahdirmi hemde saxloya bilmirem şəraitim cox cetindir
Cavab:

Va aleykum Salam. Dinimiz müsəlmanları nəslin artırılıb övladların çoxaldılmasına rəğbətləndirmiş və insanın evlənməsinin ən başlıca səbəblərindən birinin də nəslin artırılması olduğunu bəyan etmişdir.

ardını oxu
09-07-2018
salam men hamileyem hamileliyim cox cetin kecir ve men demek olar ki gunde nezir edirem coxlu yasin oxuyaram nezir edirem ve ediyim neziri nece defe dediyim yadimdan cixir ve nezri kime dediyim bu gunahdirmi ? yadima dusduyu qederini oxuyuram .
Cavab:

Va aleykum Salam. Niyyətin həyata keçməsini şərt qoyaraq nəzir demək bəyənilməyən əməllərdəndir. Siz ümumən xeyirli əməllər edin və Allaha dua edin ki, bu vəziyyətinizi sizin üçün asanlaşdırsın, çünki xeyirli əməlləri çoxaltmaq duaların qəbul olunmasına səbəbdir.

ardını oxu
09-07-2018
Salam aleykum. Qadinlarda gelen axinti necis sayilmasada destemaz pozulur ve o platarda namaz qilmaq olar elemi? her namaz ucun destemaz almaliyiq tamam. menim sualim budurki her naamaz ucun yuyunub , temizlenib ele destemaz alinmalidi ya yuyunmaga ehtiyac yoxdu.
ardını oxu
09-07-2018 abbasova
as salam aleykum .Allah sizdən razı olsun çox gözəl, rahat,aydın dini bizə başa saldığıvıza görə.Uca Allah sizə cənnəti nəsib etsin.İn şa Allah.sualım.Namaz qılarkən bəzən fikrim dağılır hansı rukətdə olduğumu unuduram və yaxud da ətəhiyyatı dediyib demədiyimi unuduram.o zaman namazı saxlayıb yeni
Cavab:
Va aleykum Salam.
1. Namazda səhv etdiyiniz zaman harada qalmısınızsa, oradan başlayın və sonda səhv səcdəsi edin. Həmçinin oxuyun: Səhv səcdəsi necə yerinə yetirilir?
ardını oxu
25-06-2018 Iii
Salam Verdyim suali cavaplandirdinz ucun sagolun. Sualim 1 namzi bitrdikden sonra elmizi acarak dua edrik siz yazipsizki ele birsey yoxdu dinmizde 2. 2Insan bir birlerni sevirse onunla telefonla dansirsa. Fikirleride ciddidirse bu gunah saylirmi?
Cavab:

Va aleykum Salam.

ardını oxu
25-06-2018 Nergiz
Salam men uwaq vaxti namaz qilirdim sonra buraxdim bir nece ildi yene qiliram ve buraxdigim illerin qeza namazlarini qiliram bu duzdurmu? Evladim ucun qurban demiwem onu kesmek gunahdir? Namazdan evvel iqame deyirem coxu deyirki qadin iqame demez duzgun cavab yazin xahiw edirem qeza namazlarindada
Cavab:

Va aleykum Salam.

1. Namazı qəsdən buraxmaq ən böyük günahlardandır. Belə etmisinizsə, səmimi qəlbdən tövbə edərək çoxlu xeyirli əməllər edin və bir daha namazları buraxmayın. Üstündən uzun müddət keçmiş qəzaları qılmağa isə ehtiyac yoxdur. Həmçinin oxuyun:

ardını oxu
25-06-2018 Ruslan
Salam.Sizə bir sualım olacaq.Hansısa bir saytda oxumuşdum ki,cinsi əlaqədən sonra qüsul alınmazsa bədəndə olan paltarla insan tərləyərsə həmin paltar nəcis sayılır. Zəhmət olmasa öz fikrinizi bildirərdiniz. Əvvəlcədən Təşəkkürlər!
Cavab:

Və aleykum Salam. Cinsi əlaqədən sonra qüsl almaq vacibdir. Amma qüsl alınmadığı təqdirdə tərləyərkən əynimizdəki paltarın nəcisli olacağı ilə bağlı şəriətdə heç bir dəlil yoxdur, ona görə də həmin paltar nəcisli sayılmır. Daha ətraflı:

ardını oxu
24-06-2018 nermin
Orucken Süd vermek olarmi
Cavab:
Salam aleykum. Bəli, oruclu ikən qadın uşağını əmizdirə bilər və bu, orucu batil etmir. Həmçinin oxuyun:

Orucu pozan amillər hansılardır? 
ardını oxu
24-06-2018 Ağasəf Məmmədov
salam aleykum namaz qılanın yanında quranı sesli oxumaq ve ya sesli dua etmek olarmı? bu barade etraflı məlumat verərdiz zəhmət olmasa
Cavab:

Va aleykum Salam. Bəli, namaz qılan adamın yanında səsli şəkildə Quran oxumaq, zikr, dua etmək olar. Ancaq yaxşı olar ki, ona mane olmayacaq dərəcədə olsun ki, həmin adamın namazda fikirinin yayınmamasına səbəb olmayasınız. 

ardını oxu
24-06-2018 Rəşad
Salam aleykum,siz buyurursunuz ki, heç bir məzhəbi təbliğ etmirsiz və dəstəkləmirsiz, ancaq hədisdə də Peyğəmbərimiz (s.a.s) buyurub ki onun dini 73 yerə bölünəcək və onların yalnız biri doğru yoldadı, bəs o hansı məzhəbdi? Öncədən təşəkkürlər .
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun: Hansı məzhəbə inanaq?

ardını oxu
24-06-2018
Salam.Birinci sualım odur ki,istixarə namazı qıldığım vaxt Allaha sığınıb nəyin doğru olacağını bildirməsini istədikdə,qəlbimə doğru yolu salmasını istədikdə Allahu-Təala məni sınağa çəkməz düzdümü?
Cavab:
Va aleykum Salam.
ardını oxu
24-06-2018 Bəhlul
Əssələmu Aleykum varahmətullahi qardaşlar deməli bilməy istədiyim məsəslə Sələfi nə olduqunu bilirəm Yəni bəzi qardaşlar mən sələfiyəm deyir yaxşi olmazmi ki mən müsəlmanlardanam deyək yəni sələfi deyəndə bəzi savafsizlar bunlar vahabilərdi deyir?
Cavab:

Va aleykumus-Sələm və rahmətullahi va bərakətuhu.

ardını oxu
24-06-2018
Salam Aleykum.Türklerde üveyslik deyə bir şey var.zikrler edirler xüsusi yuxular görürler,qoxular hiss edirler.deqiq araşdırın bilessiz beıkede bilirsiz.bixim dildə ona ne deyirler?bu heqiqetdir?çünki mende etmek istiyirem.çox xahiş edirem mene etraflı melumat veresiniz
Cavab:

Va aleykum Salam. Bunun əsli sufilikdən gəlir və xurafatdan başqa bir şey deyil.

ardını oxu
24-06-2018 .
salam aleykum rehmetullahu ve bereketu mene deyrlerki namazin sozlerinin menasini bilmek lazmdi yeniki tercumesini cunki basa dusduyun yerler qebul olacaqdi oyrenmek lazmdi gerek ele deyrler mede namazda sozlerin deyrem ama tercumesini bilmrem deyrlerki guyaki qebul olmur namaz..birde men namazlarim
Cavab:

Va aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Namazın sözlərinin tərcüməsini bilməmək namazı batil etmir, amma namazda fikri toplamaq, Allahdan nə istədiyini bilmək üçün namazın sözlərinin mənasını bilmək lazımdır.

ardını oxu
20-06-2018 yasemen
Salam men hec namza qilmamisam indi bir defe qilsam gunah qazanarami
ardını oxu
20-06-2018
Qadin sürme sürtüb küceye cixa bilermi?
Cavab:

Salam aleykum. Qadın yalnız öz həyat yoldaşı və məhrəmlərin yanında bəzənə bilər. Sürmə çəkərək küçəyə çıxması isə qadağandır. Uca Allah buyurur: "Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın.

ardını oxu
20-06-2018 Məhəmməd B
Salam.Mənim 14 yasim var.Mən durmadan gunah edirəm,yalan danisiram.Amma bundan sonra günahlarıma gore pesmancilig duyub tovbə edirəm.Mən çoxlu yalandab Allaha and içmişəm,ne qeder etdiyimi bilmirem.Allahin meni bagislamasi ucun ne etmeliyem?
Cavab:
Va aleykum Salam. Burada yazılanları edin:

Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?

Həmçinin, oxuyun:
ardını oxu
20-06-2018 Ömər Bin Xəttab
əs sələmu aleykum və rəhmətullahi və bərəkətuh mənə Peyğəmbər(səllallahu aleyhi və səlləm) və səhabələrə olunan zülmlər haqqında insanların ONLARA VERDİYİ ƏZİYYƏTLƏR HAQINDA ALLAHIN onlara göndərdiyi imtahanı haqqında məlumat verin zəhmət olmasa və Bilal həbəşi haqqında insanların onların verdiyi ə
Cavab:

Və aleykum Salam və rahmətullahi və bərəkətuh.

ardını oxu
20-06-2018 Daimi oxucunuz
As selamu Aleykum va rahmatullah.erim çox soyuwler söyür ədəbsiz.onu heç cür islah etmək mümkün deyil Mene qarwi da hemiwe kobud davranıb uwaxlarima görə dözürəm ama sebrim də tükənib.yediyimiz yeməklərin də içinə söyür.ele olubki məcbur qalıb o yeməyi yemişik.soyulmuw yeməyi yemek duzgundurmu hələ
Cavab:

Və aleykumus-Sələm və rahmətullahi va bərakətuhu. Söyüş söymək əxlaqa zidd olan günah əməllərdəndir. Uca Allah  buyurur: "Ey iman gətirənlər! Bir qövm digərini məsxərəyə qoymasın! Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar.

ardını oxu
19-06-2018 GULNARE
Salam sizden sonsuz derecede xahiş edrem mumkunse mene komek edin menim yoldaşim içkiye meyilli insandi men nece edimki onu ickiden omurluk diksindirim.ickisine nese atmaq ucun derman ve yaxud quranla mualice etmek mumkunmu?
Cavab:
Va aleykum Salam. Dini öyrənin, ibadətləri çoxaldın, evdə Quran oxuyun, dinləyin və digər əməllərlə evinizdə İslami abu-hava yaradın.
ardını oxu
19-06-2018
Salam.Kişi 2 ve ya 3 qadınla evlənir.Amma qadınların heç biri bu vəziyyətdən razı deyil,yeni xoşbəxt deyiller.. Kişi isə deyir ki, Allah 4 qadınla evlənməyimə izin verib.. Sizcə bu doğrudu? İslamda qadının yeri bu du?
Cavab:

Va aleykum Salam. Ədalətlə davranacağı təqdirdə kişinin bir neçə qadınla evlənə bilməsi Allahın hökmüdür. Allahın hökmü isə ən ədalətli və hamı üçün xeyirli olan hökmdür. O, buyurur: "...xoşunuza gələn halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin.

ardını oxu
08-06-2018 Rəşad
Orucumu 03:20 bağlayıb yatmışam, Səhər saat 07:15 də yuxudan ayıldım ki, özümdən aslı olmayarağ yuxuda boşalmışam. xaiş edirəm bir cavab yazardız, orucum pozulub ya yox?
Cavab:

Salam aleykum. Xeyr, qeyd etdiyiniz hal orucu batil etmir. Daha ətraflı:

Yuxuda qeyri ixtiyari cünub olmaq və buna görə qüsl almaq orucu pozurmu?

ardını oxu
07-06-2018 Arzu
Salam aleykum. Qadın kişilərə imamlıq edə bilərmi?
Cavab:

Va aleykum Salam. Namazda qadın kişilərə imam ola bilməz. Qadın yalnız qadınlara imamlıq edə bilər. Ancaq bir şərtlə ki, kişilərdən fərqli olaraq namaz vaxtı qadın imam olanda camaatla eyni səfdə (cərgədə), ortada durmalıdır.

ardını oxu
07-06-2018 Elif
Salam.Demeli menim psixoloji prablemlerm olur hemse.bu defede beynmnen cixmr.deyrem oleceyk niye yasayrq.adi bir isi edendede deyrem olecem onszda edmesemde olar.qebrsanliq kecr aqlmnan oz defnmi dusnrem.ele olrko deyrem kaski men hec dunyaya gelmezdm yaranmazdm kaski.qebirde ozmu dusnrem.ozmde sank
Cavab:

Va aleykum Salam. Hər kəs öləcək, amma ölümə hazırlaşmaq üçün bizə verilmiş ömrü xeyirli əməllərə və Allahın razılığını qazanmağa çalışmaq lazımdır. Ürəyinizə gələn bu kimi fikirlər şeytanın vəsvəsələridir.

ardını oxu
07-06-2018 Bayramova Gunay
As salam aleykum.Bundan onceki suallarimi cavablandirdiginiz üçün Allah sizden razi olsun. Peygember(sallalahu aleyhi ve sellem)Quranla müaliceni biz müselmanlara tövsiye edib.Amma bu deqiqe kime ağiz açirsan sene qiymet oxuyur ve üstelik sehabelerin de ruqye qarsiliğinda 1 sürü qoyun istediyini de
Cavab:

Va aleykum Salam. İslam alimləri demişlər ki, bu barədə varid olan hədislərə görə ruqyə edib müqabilində pul götürməyə heç bir qadağa yoxdur.

ardını oxu
07-06-2018
Menim 19 yasim.var oruc tutacam ve orucluq ayinda Allahdan evlenmek isteyecem.xeyirli heyat yoldasi isteyecem Allah qebul edermi duami?
Cavab:
Salam aleykum. Bəli, çünki Ramazan ayında dua etmək duaların qəbul olması üçün ən əsas səbəblərdən biridir. Xüsusən də, son on günün tək gecələrində dualarınızı çoxaldın. Daha ətraflı:
ardını oxu
07-06-2018
saməd sözunun mənasi nədir
Cavab:

Salam aleykum. "əs-Saməd" Uca Allahın adlarından biri olub mənası da heç nəyə möhtac olmayan deməkdir. Uca Allah buyurur:

ardını oxu
07-06-2018 ayiwa
Salam aleykum Axi...ariqlamaq ucun oruc tutmaq icazelidir..?
Cavab:

Va aleykum Salam. Arıqlamaq niyyətilə ac qalmaqda, tutulan orucda savab əldə edilmir.

ardını oxu
07-06-2018 Leyladan
Oruc tutmagin vaxtlarin deye bilersinizmi 2018 ilin
Cavab:

Salam aleykum. Bunun üçün saytımızın ana səhifəsindəki namaz təqvimindən istifadə edə bilərsiniz. Orada imsak (sahur) və iftarın vaxtı da göstərilib. Həmçinin oxuyun: Ramazan ayının orucu

ardını oxu
07-06-2018 ....
Salam.iftara 2,3 dəqiqə qLmış qadın heyz olarsa həmin gün qəza satılırmı
Cavab:
Va aleykum Salam. Qeyd etdiyiniz halda oruc batildir və Ramazandan sonra həmin gün də daxil olmaqla buraxdığı günlərin sayı qədər qəzasını tutmalıdır. Daha ətraflı:
ardını oxu
07-06-2018 Anonim
Salam... Oruc oldugun halda spermaqrammadan analiz vermek orucu pozurmu???
Cavab:
ardını oxu
07-06-2018 Lll
Salam men bir ay deyilki emeliyyat olmusam.men oruc tuta bilerem?
Cavab:

Va aleykum Salam. Xəstə və səfərdə olanlardan başqa hər kəs oruc tutmalıdır, əks halda günah qazanır. Həkim icazə versə oruc tutun, əks halda sağaldıqdan sonra tutarsınız.

ardını oxu
07-06-2018
Salam.hamiləlik yeni pozulubsa oruc tutmaq olarmı?
Cavab:

Va aleykum Salam. Əgər bu pozulma hamiləliyin 81 günündən sonra olubsa, bu zaman axan qan nifas qanı sayılır və bu nifas qanı qurtarana qədər oruc tutulub namaz qılınmır. Nifas (doğuşdan sonra axan qan -- ən uzun müddəti qırx gün olur).

ardını oxu
07-06-2018
Mene çox Maraqlı gelir niye sularımın heç birinie cavab yazmırsız etrafmda sorşacaq heç kes yoxdu dinle derin muelmatı olan
Cavab:

Salam aleykum. Qaydalara uyğun olan bütün suallar cavablandırılır, sadəcə suallar çox olduğundan göndərilən sualın cavablandırılması uzun müddət çəkə bilər.

ardını oxu
07-06-2018 xedice
salam aleykum men ramazan ayinda oructutmusam vesvese gelir ki poz orucunu.mene ureyimde pozdum sozunu dedirtdirir.bele halda orucum pozulurmu? cunki orucu pozmaga niyyetlenende oruc pozulur deye bilirem. bir de men ureyimde bele vesveselerden hirslenib pozulursa pozulsun dedim sonra pesman oldum.
Cavab:

Va aleykum Salam. Qeyd etdiyiniz hal şeytanın vəsvəsə üsullarından biridir. Vəsvəsə ilə mübarizə aparmaq yox, ona əhəmiyyət verməmək lazımdır. Sizə belə fikirlər gəldikdə fikir verməyərək orucunuza davam edin. Daha ətraflı:

ardını oxu
07-06-2018 fidan
Salam oruc tutmag ucun qusul alinmalidirmi?
Cavab:

Salam aleykum. Xeyr, oruc tutanda qüsl və ya dəstəmaz almaq vacib deyil. Qüsl və dəstəmaz almaq namaz üçün vacibdir. Daha ətraflı:

Orucu pozan amillər hansılardır?

ardını oxu
07-06-2018 Aqşin
Salam aleykum Qedr gecesi ne vaxti??
ardını oxu

Pages