08-09-2018 can
salam eleykum esinden siddet qadin cocuklarina sahib cxmayan baba qarsisinda cekdiyi zulm allahinmi qadina olan cezasidir?
Cavab:

Va aleykum Salam. Bu dünya sınaq meydanıdır, lakin hər şeyi də Allahın cəzası kimi qəbul etmək səhvdir. Uca Allah buyurur: "...Sizin bəzi­lə­rinizi digərlərinizlə sınaq­dan keçirtdik ki, görək səbir edə bilə­cək­sinizmi?..". (əl-Furqan, 20).

ardını oxu
08-09-2018 Əliyev Fuad
Əssələmu aleykum. Dəstəmaz alarkən uzumu ellerimle yox kraantin altina suya salaraq yuya bilerem mi ?
Cavab:

Va aleykum Salam. Ümumiyyətlə dəstəmaz əzalarının tam şəkildə yuyulması üçün dəstəmazda önəmli olan hallardan biri məqamında iki əldən istifadə edilməsidir. Ona görə də əgər heç bir zəruri və istisna hal yoxdursa, dəstəmazın alınmasında əsas qayda odur ki, üzü iki əli ilə yuyasan.

ardını oxu
08-09-2018
Salam men hicab geyinirem ama indi qara cadra atmaq isteyirem deyirlerki cadra atsan toya gede bilmezsen. Menim bacimin toyudu men qara cadra atib gedib toyda otura bileremi toyda oynamasam gedib otura bileremi
Cavab:

Va aleykum Salam. Ümumiyyətlə, hansı formada hicab geyinməsindən asılı olmayaraq müsəlmanın içki, musiqi verilən, kişi və qadınların bir-birinə qarışdığı toy məclislərində iştirak etməsi qadağandır. Daha ətraflı:

ardını oxu
05-09-2018 AYSU
SALAM.Men aile qurmamisdan qabaq menle evelnmek isdeyen biri var idi.Atam vermedi.Sora atamin isdediyi biri ile evvlendim.Men xosbexd olmadim evlenenden evde qrqindi.Yola getmirik.Menle evlenmek isdeyen oglanda havalandi.Xesdelendi elmi dilde yazsam.Hem hec evlenmedi.Sorada xesdelik tapdi.Her gun ge
Cavab:
Va aleykum Salam. Dinimizdə atanının qızını zorla istəmədiyi adama verməsi icazəli deyil və bu halda qız nikaha etiraz edə bilər, çünki nikahda şərt həm valideynin, həm də qızın öz razılığının olmasıdır.
ardını oxu
05-09-2018
Es selemu aleykum.men etirler satıram hem kişi hem qadın.men qadın etirleri satsam gunaha duşuremmi?zehmet olmasa cavablandırardız.ALLAH razı olsun
Cavab:
Va aleykum Salam. Qadın ətirləri və ya onlara aid digər zinət əşyalarının satılması məsələsində bir az təfsilata ehtiyac var:
ardını oxu
05-09-2018 Surayya
Salam aleykum.men şie namaz qılıram namazda şehadet barmağını terpetmek sünü namaz qılanlara aittir deyirler bu doğru melumatdırmı yoxsa ferq etmirmi ve bunu etmenin nece bir savabı var?
Cavab:
Va aleykum Salam. Namazı Peyğəmbərin (salləllahu aleyhi və səlləm) buyurduğu kimi qılmaq lazımdır.
ardını oxu
05-09-2018 Aqşin
Salam aleykum bir sual vererecem xahiş edirem cavab verin menim sevdiyim qiz var idi onunla mescide getdim and icdirdim ki and ic heyatinda başqa oglan olmayib oda and icdi ALLAHİN evinde ALLAHA and icdi heyatimda senden başqa heckim olmayib aradan iller kecdi sonra özu dedi ki heyatimda evvel biri
Cavab:
Va aleykum Salam. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) evlənmək qaydasını bu cür öyrətməmişdir. Evlənmək niyyəti ilə bir qızdan xoşunuz gəldikdə, ona baxa bilərsiniz həmçinin onun məhrəmlərinin də olduğu bir yerdə bir neçə dəfə görüşüb söhbətləşə bilərsiniz.
ardını oxu
24-08-2018 Adsiz
Salam.menim size suallarim olacaq umudvaram hamsini cavablandiraaqsizniz.eger bir kisi qadunina eseblesende cehennem ol hara istirsen get deyerse ve yaxud eseblesib seni arvadim gosunde gormurem dese bu kebine tesir edirmi?bildirimki bosaniram var yaxud bisadim demeyib kisi.cox eseblesende qadinina
Cavab:
Va aleykum Salam. Boşanma niyyətilə deyilməyən talaq, boşanma sayılmır. Amma qəlbində o niyyət ilə deyərsə, artıq bir dəfə boşanma sayılır. Bu məsələlərə məsuliyyətsiz yanaşmaq olmaz.
ardını oxu
24-08-2018 lale
Salam.Menim anam parkinson xestesidir yeni eli esir. Men anama xeste olduğu ucun komek edirem. Onun ehtiyacını odemesi ucun komek oluram her isini gorürem. Herden olurki isim olur komek ede bilmirem.
Cavab:

Va aleykum Salam. Valideynlərə edilən yaxşılıq Allahın razılığını və Cənnəti qazanmağın ən böyük səbəblərindəndir. Sizə bu cür fürsət düşübsə, səbr edərək ondan maksimum dərəcədə yararlanmağa çalışın.

ardını oxu
24-08-2018
salam.bir nece sualim var.1namazda secde halinda secdenin sozlerini deyib sonra allahdan dileyimizi dileyirik dua edirik bes dogrumu anlamisam?bes namaz uzanmir?secdede dua etmek cox esitmisem ama nece olur onu bilmirem lutfen basa salin.2.eger bir insanin maddi imkani hec cur yoxdu dermanlarla mual
Cavab:
Va aleykum Salam.
ardını oxu
24-08-2018
salam aleykum. mominle muselmaninin ferqini zehmet olmasa izah edin
Cavab:

Və aleykum salam. "Cəbrayıl hədisi" kimi tanınan hədisdə imanın üç mərtəbəsi olduğu deyilmişdir: müsəlman, mömin və muhsin. Hədisdə deyilir:

ardını oxu
24-08-2018 Mezahir
Salam.Men iki ile yaxındır sufi teriqetinin naciye firqesine uyğun inadet edirem.İmam Ali isgender evrenesoğlunua beyet etmişem.Amma o vaxtdan beri özümü çox narahat hiss edirem.Xoşagelmez hallar baş verir,bele ki zikr ve namazlarda küfre düşürem.Bu ne ile izah oluna biler
Cavab:
Va aleykum Salam. Sufilər azmış, lakin İslama nisbət olunan firqələdirlər. Bu təriqət üzvləri Allaha dua edərkən hansısa insan vasitəsilə dua edərək şirk edirlər, həmçinin dində peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) etmədiyi bidətlər (yeniliklər) edirlər.
ardını oxu
24-08-2018
Salam.Cənnətdə hər kəsin öz evi olacaq,yoxsa hamısı bir yerdə yaşayacaq?
Cavab:
Və aleykum Salam. Cənnətdə hər kəsin öz evi (evləri) olacaq, hamı bir yerdə yaşamayacaq. Bir gün Peyğəmbərə (salləllahu aleyhi və səlləm) sual verdilər: "Cənnətdə olan evlər nədən düzəldilib?" O cavab verdi: "Bir kərpic gümüşdən, bir kərpic qızıl­dan.
ardını oxu
18-08-2018
Salam.men 27yasi nda subay bir qizam. Indiye qeder cox elçi dusub ama hec kimi qebul ede bilmemisem.ne qeder yaxsi insan olursa olsun ilk 3gun yaxsi olar deye düşünüb 4cu olmaz deyirem. Çox insan deyir sene cadı edib ler bele şey mumkundurmu?
Cavab:
Va aleykum Salam. İlk növbədə Allaha çoxlu dua edin ki, sizə xeyirli həyat yoldaşı nəsib etsin, həmçinin buna mane olan səbəbləri aradan götürsün. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr etməklə və namaz qılmaqla Allahdan kömək diləyin.
ardını oxu
18-08-2018
Nafileden mesel ucun xeberim yoxdur onda mende gunahkar sayılıram? Nafile loru dilinde ne demekdir?
Cavab:
Salam aleykum. Nafilə ibadət dedikdə Allahın vacib buyurduğu ibadətlərdən əlavə edilən ibadətlər başa düşülür. Məsələn, Allah gündə 5 dəfə namaz qılmağı əmr etmişdir, bundan əlavə qılınan namazlar nafilədir.
ardını oxu
18-08-2018
Salam.1oluler ucun yemeye ad salirlar bu ne qeder duzdu?2"eger bir sexsin defninde 40nefer olarsa o sexs cennetlikdir"bu hedis ne qeder gercekdir?3deyirler ramazan ayi boyunca ruhlar azad olur ve her gun oz qapilarina gelir ve nese isteyirler bu dogrudurmu?4salavat cevirirken eli uze cekme
Cavab:

Va aleykum Salam.

1. "Ölü üçün yeməyə ad salmaq" ifadəsini başa düşmədik.

ardını oxu
18-08-2018 sheereenova
- 1.biz bilirik kidindən xəbərsizlər buna görə cəzalanmırlar 2. Əsl həqiqəti bu din bilir 3.
Cavab:
Salam aleykum. Dindən xəbərsiz, dəvət ona gəlib çatmamış insanların birbaşa Cənnətə girəcəyi fikri səhvdir. Uca Allah onları qiyamət günü xüsusi imtahan edəcək və bundan asılı olaraq Cənnətə və ya Cəhənnəmə girəcəklər.
ardını oxu
18-08-2018
Salam. "Din insan təfəkkürünün məhsuludur" deyənlərə necə cavab vermək olar? Nəyə görə ən düzgün din islam dinidir?
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun:
 Quranın Allah sözü olmasının sübutları 
 İslam - tək haqq dindir! 
ardını oxu
13-08-2018 Aygun
Salam Aleyküm Hamile qadinin her isteyini almagin savabi varmı?
Cavab:

Va aleykum Salam. Bəli, əgər ərinizin həmin şeyləri sizin üçün almağa imkanı varsa, ona görə sədəqə savabı qazanır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dörd fəzilətli dinar vardır.

ardını oxu
13-08-2018 Naməlum
Salam .mən hicablıyam səhhətimlə bağlı hicabı açmaqa məcbur oldum bu gunahmıdır?
ardını oxu
13-08-2018 anonim
salam alehkum sizə belə bir sual verəcəm amma cavabınız mənim üçün çox vacibdi.Ailəli iki insan zina etmədən görüşməsi günahdı??Günahsa nə dərəcədə olar??
Cavab:
Va aleykum Salam. Naməhrəm kişi və qadının görüşməsi günahdır və bu, dünyada rüsvayçılığa, axirətdə isə Cəhənnəm əzabına aparan yoldur. Uca Allah zinaya aparan bütün yolları (görüşmək, yazışmaq, tək qalmaq və s.) qadağan edərək buyurur: "Zinaya yaxınlaşmayın.
ardını oxu
13-08-2018 Ülkər
Salamun Aleykum. Zəhmət olmasa bu sulama cavab verərdiz. Mən uşağ olanda sağ əlim yanıb. Cəmi 70% açılır. Dəstamaz alanda suyu üzümə tam çatdıra bilmirəm, mən üzümə suyu sol əlimlə vura bilərəm? Allah razı olsun.
Cavab:

Va aleykum Salam. Belə hallarda bacardığnız şəkildə dəstəmaz ala bilərsiniz və bunda bir günah yoxdur. Uca Allah buyurur:

ardını oxu
13-08-2018 babək
Salam Ələykim.Mənim 13Yaşım var.Özüm namaz qılıram.Bilmək istərdim ki,mən hər gün qüsl almalıyammı ve qüsl neçe yaşdan alınır..
Cavab:

Va aleykum Salam. Həddi-büluğa çatmayanlara qüsl almaq lazım deyil. Ancaq həddi-büluğ yaşına çatdıqdan sonra qüslü vacib edən hallardan hər hansı biri baş verərsə, o zaman qüsl almaq lazım gələcək.

ardını oxu
09-08-2018 ilkin
salam aleykum rehmetullah bereket bir insani islama devet edende o adamda islama girib saleh emeller etse her etdiyi xeyr emele gore devet eden adama savab yazilir
Cavab:

Va aleykum Salam. Bəli, ümumən xeyir işə vasitəçi olan həmin xeyir əməli edən qədər savab qazanır. Bu barədə Uca Allah buyurur: "Kim yaxşı bir işə vasitəçilik etsə, ona bunun savabından bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da onun günahdan bir pay düşər.

ardını oxu
09-08-2018
Dostuma bu gunahi etdim sonra tovbe etdim sen tovbe et demek duzgundur
Cavab:

Salam aleykum. Başqalarını xeyirə çağırmaq və qadağan olunan işlərdən çəkindirmək hər bir müsəlmana vacibdir və ona savab gətirir.

ardını oxu
09-08-2018
Kəbin duasını şəxslər özü oxuya bilər?
Cavab:
Salam aleykum. Səhih hədislərə görə evlilik üçün nikah bağlandıqda kəbinlə əlaqəli duaların oxunması və digər şəri ayinlərin icrası evlənənlərə yox, kəbin kəsən səlahiyyətli şəxsə (məscid imamları, dini idarə tərəfindən təyin edilmiş şəxslər və s.) həvalə edilmişdir.
ardını oxu
09-08-2018
Salam.Hava proqnozuna inanmaq olar mı?
Cavab:

Va aleykum Salam. Hava proqnozuna inanmaq olar. Bunun falçılıqla və ya qeybdən xəbər verməklə əlaqəsi yoxdur, çünki bu proqnoz təcrübədən keçmiş elmi üsullara və faktlara əsaslanır.

ardını oxu
08-08-2018
Salam Aleykum. Dinde her sheyin delilini, subutunu axtarmaq ne derecede duzgundu ? Her sheyin en dogrusunu etmek meqsedyle.
Cavab:
Va aleykum Salam. Dindən, dinin adından danışan müsəlmanın hər bir məsələdə elm, dəlil və sübutla danışması zəruridir.
ardını oxu
08-08-2018 Məhəmməd Baxışov
Salam aleykum.Menim size sualim budur: indi İslam dini mezheplere, firqelere,teriqetlere ayrılıb.Dogru ve sehv hamisi qarisib bir-birine.Biz bandın doğru qebul edib, hemin yol ile getmeliyik? Önceden teşekürler.Allah sizlerden razı olsun !
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun: Hansı məzhəb düzgündür?

ardını oxu
08-08-2018
Salam evelceden cog sagalun esr ve zohr namazinda tekbirler sesle deyilir
Cavab:

Va aleykum Salam. Tək halda və ya camaat namazında imamın arxasında namaz qılan özü eşidəcək dərəcədə təkbirləri səsli deyə bilər. Camaat namazına imamlıq edənin isə camaatın eşitməsi üçün təkbirləri səslə deməsi sünnədir. Həmçinin oxuyun:

ardını oxu
08-08-2018
Salam. İslama görə sol çiyinə 3 dəfə tüpürmək haradan gəlir və nə dərəcədə düzgündür?
Cavab:

Va aleykum Salam. Bəli, dinimizdə qeyd etdyiniz əməl mövcuddur. Osman ibn Əbu əl-Asdan (Allah ondan razı olsun) rəvayət olunur ki, o, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gələrək belə dedi: "Ey Allahın Rəsulu!

ardını oxu
08-08-2018
Salam Namazi qilib qurtarmaga yaxin nece defe secde ediyimizi unutdugumuzda belkide ďuz qilmisik sehif secdeai edilirmi
Cavab:

Va aleykum Salam. Namazda səcdələrin sayını unudan kimsə əmin olduğu sayı əsas götürməlidir. Beləliklə də, daha az sayda olanı müəyyənləşdirməklə namazına davam etsin və namazın sonunda salamdan əvvəl iki dəfə səhv səcdəsi eləsin. Salamdan sonra da səhv səcdəsi etsə qəbahət deyil.

ardını oxu
08-08-2018 Anonim
As salamu aleykum va rahmatullah ve barakatu bir sey baresinde mene meslehet verin islam dininde ot pak bir sey sayilir otdan itifade etmek oda halaldi bes beyni mest etmiyecek derecede otu(neşeni)cekmek nece gunahdimi?
Cavab:

Və aleykum Salam va rahmatullahi və bərakətuhu. İçki, narkotik və digər sərxoşedici şeylərin az miqdarda qəbul edilməsi də haramdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Çoxu sərxoş edən hər bir şeyin azı da haramdır...".

ardını oxu
31-07-2018
Salam Aleykum və Rahmatullah. Kişiyə kətan geyim haramdırmı ?
Cavab:

Va aleykum Salam va Rahmətullah. Kişilərə kətan parçadan paltar geyinmək qadağan deyil və bunu haram edən hər hansı bir səhih dəlil də yoxdur. Kişilərə ipək parçadan paltar geyinmək isə qadağan edilmişdir.

ardını oxu
31-07-2018
As Salamu Aleykum. Allah Sizlərdən Razı olsun ki, bizləri maarifləndirirsiz, Allah elminizə bərəkər versin İnşAllah. 1.Bildiyimə görə qadın və kişi bir yerdə namaz qılmamalıdırlar. Bəs həyat yoldaşıdırlarsa necə? 2.Dəstəmaz alarkən sağ ələ 3 dəfə və sol ələ 3 dəfə su vurmalıyıq.
Cavab:

Va aleykum Salam.

1. Ümumiyyətlə qadınlar istər məhrəm istərsə də naməhrəm kişinin arxasında (naməhrəm kişi və qadın təklikdə qalmadıqları halda) namaz qıla bilərlər. Daha ətraflı:

ardını oxu
31-07-2018
Səlam, dinimizdə həmişə əmr olunan elm bizim bildiyimiz elm fənnləridir , ya Allah'ı tamımaq üçün , din üçün öyrəndiyimiz elmdən bəhs edir? Çünki mən dərsə görə bəzən , yq da çox vaxt müstəhəb əməllərdən edə bilmirəm. Zöhr və əsr namazımı gecikdirirəm.
Cavab:

Va aleykum Salam. Hər bir müsəlman həm dini elmi öyrənərək Allaha şərik qoşmamalı, həyatını onun buyurduğu kimi yaşamalı, həm də dünyəvi elmləri öyrənərək yaşadığı cəmiyyətə fayda verməlidir.

ardını oxu
31-07-2018
Bir dəfə qüsul alıb,həftənin 6 günü qurani-kərimi ələ alıb oxumaq olarmı?
Cavab:

Salam aleykum. Qüsl aldıqdan sonra pozulana qədər Qurani-Kərimi ələ alıb oxumaq olar. Ancaq heyz və cənabət halında Quranı ələ götürərək oxumaq olmaz, əzbərdən oxumaq, həmçinin dua və zikr etmək olar. Daha ətraflı: 

ardını oxu
31-07-2018 ....
Salam. Mənim 19 yaşım var.2-ci kursda tarix fakültəsində oxuyuram. Universiteti qurtaranda polisdə hər hansısa bir sahədə işləyəcəm. Namaz qılmaq istəyirəm. Bu yaxınlarda başlayım. Namaz qılmaq polislə bağlı bir işlə işləməklə alınırmı. Cavab yazsaz çoox sevinərdim. Əvvəlcədən təşəkkürlər.
Cavab:

Va aleykum Salam. Allaha dua edirik ki, sizi İslam üzərində sabit etsin, başda namaz olmaqla xeyirli əməlləriniz sayəsində sizə dünyada və axirətdə gözəlliklər nəsib etsin və həmçinin hər zaman onun dinini yaşamağa, onun əmr və qadağalarını öyrənməyə belə həvəsli olasınız.

ardını oxu
31-07-2018 Allah bendesi
Salamaleykum va rahmetullahi va beraketuhu.1.qadinin walvar geymesi haramdi hicabli qadin cole cxanda walvar geynmiyib evde geyne biler namehrem olmyan yerde ailesinin yaninda?2.iwa namaznin subhe qeder vaxti var yoxsa gece 12den sonraya qalsa qezaya gedr?3.namazda rukdan sonra secdeye gederken biri
Cavab:

Və aleykumus-Sələm və rahmətullahi va bərakətuhu.

ardını oxu
25-07-2018
Salamu Aleykum. Bir ailede oglan dogulub. Ve kisi atasinin adini qoyub. Ve ad islami ad deyil ve hemcinin islama zid deyil. Kisi usaq olmamisdan evvel islami ad fikirlesmisdi. Sadece usaq olandan sonra anasi dedi ki atasinin adin qoysun oda valideyine qarsi cixmadi ve atasinin adini qoydu.
Cavab:

Va aleykum Salam. Ümumən islamda uşağa ad qoymaq məsələsi valideynlərin xüsusən də atanın üzərinə düşən vəzifədir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uşağa gözəl ad vermək, dinini öyrətmək və vaxtı gələndə evləndirmək, övladın atası üzərindəki haqlarındandır".

ardını oxu
25-07-2018 H
Salam. Sizin sehifeden oxuduguma gore namazda niyyeti sesli demek bidetdir. Men namaza baslayanda qelbimde niyyet edirem, sonra iqame daha sonra niyyet deyib tekbir deyib fatihe surasi ve sair.... Iqameden sonra niyyeti qelbimde deyirem.
Cavab:

Va aleykum Salam. Bəli, ümumiyyətlə ibadətin istənilən növündə niyyəti dil ilə təlləffüz etmək icazəli deyil. Dinimizə görə niyyətin yeri qəlbdir, bunu dil ilə tələffüz etmək isə dində yenilikdir.

ardını oxu
25-07-2018
Peygemberimiz gunde 2 defe yemek yeyirdi?
Cavab:

Salam aleykum. Bəli, bəzi mənbələrdə Məhəmməd peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səhər və axşam gündə iki dəfə yemək yediyi bildirilib. Ancaq bu o demək deyil ki, bu şəkildə qidalanmaq sünnədir.

ardını oxu
25-07-2018 amira
salam aleykum, kiwi zovcesine 2ci defe talaq demesiyle ne baw verir? bowanmiw olurlar? 1defe dalawanda talaq deyib, 2ci defede bawqa vaxt dalawanda deyib talaq, bu halda qadin ne etmelidi
Cavab:
Va aleykum Salam. Əgər kişi qadına ciddi şəkildə boşamaq niyyəti ilə talaq veribsə, artıq bu, boşanma sayılır. Boşanmış qadın isə başqa kişiyə ərə getmədən iddə müddəti gözləməlidir. İddə müddəti qadının üç dəfə heyz olub qurtarmasını gözləməsinə deyilir.
ardını oxu
21-07-2018 RASID
ALLAHIN salami olsun sizlere sualim beledir zehmet olmasa tam sehih melumat vererdiz receb ayi ne vaxt girib ne vaxt cixir....bir de deyim destemaz aldiqdan sora is gorub sonra elleri yuyub namaz qilmaq olarmi.ve heyvanlara zulm vermeyin gunahi haqqinda melumat verediniz ...ALLAH razi olsun
Cavab:

Va aleykum Salam.

1. Bu cavabı oxuyun: Rəcəb ayı hansı aydır?

ardını oxu
21-07-2018
Salam. qadını həyat yoldaşı onu namaz qılmağa qoymasa , və yaxud bağlanmağa icazə verməsə bu düzgündürmü?
Cavab:
Va aleykum Salam. Kişinin öz həyat yoldaşını namaz qılmağa, hicab bağlamağa və Allahın digər əmrlərini yerinə yetirməyə mane olması böyük günahdır.
ardını oxu
21-07-2018 Xatun
Salam. 5 yaşli uşaga hicabi mecbur edib geydirmek ne derecede duzgundur?
Cavab:
Va aleykum Salam. Ümumiyyətlə namaz, oruc, hicab və s. Uca Allahın bu kimi əmrləri hər bir müsəlmana həddi-büluğa çatdıqdan sonra vacib olur. Həddi-büluğ isə təxminən 13-14 dən yaşdan sonra başlayır.
ardını oxu
21-07-2018 Konul
Axsam heyz qusulu aldim indi axsam namazi qilmaliyam? Gunorta seher namazini da? Ya tekce axsami?
Cavab:

Salam aleykum. Heyzdən tam təmizlənənə qədər buraxılan namazların qəzası qılınmır. Heyzdən təmizlənib qüsl aldıqdan sonra isə vaxtı girmiş namazı qılmaq lazımdır. Daha ətraflı: Heyz halında namaz qılmaq olarmı?

ardını oxu
20-07-2018 26.04.2018
Salam.men aileliyem 1uwagim var uwagim 1aydi qaynanamla birge yatir men buna gore cox narahatam ele bilirem ustumde haqqi var uwagima baxdigini duwunurem eziyyet verdiyimi duwunurem.
Cavab:
Va aleykum Salam. Sizin övladınız olsa da, qaynananızın da nəvəsidir. Övlad valideyn üçün nə qədər əziz və sevimlidirsə, bir o qədər də nənəsi və babası üçün əzizdır.
ardını oxu
20-07-2018 Yegane
Esalamu Aleykum. Bir şey soruşmağ isteyirem. Sehid olan insan qebir ezabi cekirmi? Deyilene gore qebir adaml sixir. Sehid olan insanda qebir ezabi ve sorgu sual olurmu?
Cavab:
Va aleykum Salam.
ardını oxu
20-07-2018 Elvira
Salam.İdris adda -bele bir peygember olubmu?
Cavab:
Va aleykum Salam. İdris adlı peyğəmbər (Allahın ona salamı olsun) olmuşdur. Uca Allah buyurur: "Kitabda İdrisi də xatırla! Həqiqətən, o, düz danışan adam və bir peyğəmbər idi". (Məryəm, 56).
ardını oxu

Pages