16-02-2018 Abdullayev ulvi
Eslam eleykum ve rehmetullahi ve betakatuh. Size sual vermek isteyirdim sadece eşdiyime göre peyğemberin sünüsude ayrı olub şie side bu duzdur yoxsa yox
Cavab:
Va aleykumus-Sələm və rahmətullah va bərakətuhu. Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) dövründə heç bir məzhəb olmayıb. Əli, Hüseyn, Fatimə, səhabələr (Allah onlardan razı olsun) -- heç biri hansısa firqəyə mənsub olmayıblar.
ardını oxu
16-02-2018
Eger cenabet zamani yanI posalma zamani paltara da toxanarsa onda paltarida qusul vermeliyik xayis cavab yazin
Cavab:

Salam aleykum. Dinimizdə paltara və digər əşyalara qüsl və ya salavat vermək anlayışı yoxdur. Qüsl cənabət halında olan insanın çimməsidir. Paltara məni bulaşdıqda isə, həmin yeri su ilə təmizləmək kifayətdir.

ardını oxu
16-02-2018 Nuri
Namaz qilan kisi ne cur qadinla evlenmeli? Namaz qilmayan qadin ve yaxud basqa dine mexsus qadinla evlense gunah yazilir ? (haramdir?)
Cavab:
Salam aleykum. Müsəlman kişi və ya qadın ailə quracağı şəxsi seçərkən ilk növbədə dininə və əxlaqına fikir verilməlidir. Daha ətraflı: 
ardını oxu
16-02-2018
Salam.Mən bir neçə dəfə yalnışlıqla qüsla alarken cənabet əvəzinə cünub demişəm.bu quslu batil edir?
Cavab:
Va aleykum Salam. Əgər bununla siz niyyət etməyi nəzərdə tutursunuzsa, niyyəti dil ilə tələffüz etmək olmaz, sadəcə qəlbinizdə qüsl almaq məqsədinin olması artıq niyyət sayılır. Hər bir halda bu, qüslu batil etmir. Daha ətraflı:
ardını oxu
16-02-2018
Salam, 1) İslamda bayram qeyd etmek ibadet sayılır? 2) Xristianların 31 Dekabr keçirdikleri noel bayramlarını ve ateşperestlerin novruz bayramını qeyd etmeyin dinimize ziddiliyi var? Xaiş edirem etraflı yazın Allah razı olsun.
Cavab:
Va aleykum Salam. Müsəlmanların Ramazan və Qurban kimi iki bayramı vardır və bu bayramları qeyd etmək ibadət sayılır. Ancaq qeyd etdiyiniz kimi Yeni il, Novruz bayramları dinimizdə yoxdur və bunlar müsəlman bayramları deyil. Həmçinin oxuyun:
ardını oxu
16-02-2018 Samir
Əssələmu aleykum.1.Namaz qılarkən birinci rükətdə Fatihə surəsindən sonra bəzən 10-15 ə qədər surə oxuyuram.İkinci rukətdə bir az qısa,yəni 5-10 arası surələr oxuyuram.Bəziləri deyir ki,maksimum 2-3 surə oxunmalıdır.Sual belədir ki 1 ci və 2 ci rükətlərdə necə surə oxunmalıdır?Hər hansı bir hədd var
Cavab:
Va aleykum Salam.
ardını oxu
16-02-2018
Salam Aleykum, sualima cavab yazsaniz cox cox sevinerem cunki coox vacibdi. Men evliyem, yoldawimin ailesi şiədir, qaynatam bilende ki namaza başladim özdə sünni namazı əsəbləşdi və dedi ki gelin hansi evə gəlirsə həmin namazi qilmalıdır, bawqa sohbet ola bilmez.
Cavab:
Va aleykum Salam. Namaz yalnız Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) öyrətdiyi qaydada qılınmalıdır.
ardını oxu
16-02-2018 Vefa
Salam.Men Rasiyada yasayiram.Muselman satan eti alsam halal sayilir ama nece kesildiyi haqqda melumatum yoxdu duzgundu onu yemek.evvelceden tesekkur.
Cavab:
Va aleykum Salam. Əsas məsələ əti kimin satması yox, heyvanı kimin kəsməsi və hansı qaydada kəsilməsidir. İmkan daxilində həmin ölkədə yaşayan müsəlmanlardan ət almağa çalışmaq lazımdır.
ardını oxu
16-02-2018 Meherrem
Essalamun aleykuma demek bizde piw namaza ixdida etmemek haqda deyintiler var ki piw namaz emeli sadiq deyil gunahgardi yeni o bir nece neferi cezalandirib devlet sevyesinde qanun esasinda cermelenibler ve piw namaza hansi halda ixdida etmemek olar onun kimise cermelendirmesi onun piw namaz olmasina
Cavab:
Va aleykum Salam. Dövlət tərəfindən təyin edilən imamın hətta fasiq (asi, günahkar) olsa belə arxasında namaz qılmaq icazəlidir.
ardını oxu
09-02-2018 Zaur
ibrahim peygemberin atasi kim olub? Deyirlerki Azer emisi olub.Delil var buna?
Cavab:
Salam aleykum. Bəzi alimlərə görə Azər İbrahim peyğəmbərin (Allahın ona salamı olsun) əmisinin, bəzilərinə görə isə atasının adıdır. Buna səbəb isə Quran ayələrində olan "Əbəti" - sözünün həm "atacan", həm də "əmican" mənalarını bildirməsidir.
ardını oxu
09-02-2018 Sema
Kanfra ile namaz qilmaq olarmi?
Cavab:

Salam aleykum. Bəli, bədənə kamfora yağı sürtülmüş halda namaz qılmaq olar və bu, namazı batil etmir. Həmçinin oxuyun: Dəstəmazı və namazı batil edən hallar

ardını oxu
09-02-2018
Salam. Həyat yoldaşım məni aldadıb. Mən də onunla ailə münasibətlərimi qırmağa görə tövbə etdim. Sonradan həyat yoldaşım səhfini etiraf etdi məni bağışla dedi. İndi mən tövbəmi pozub onunla ailə münasibətlərimi bərpa etsəm günahdırmı?
Cavab:
Va aleykum Salam. Tövbə günahlara görə edilir. Çox güman ki, ərinizin sizi aldatmasına görə siz onunla bir daha münasibət qurmamağınıza dair and içmək qismində tövbə etmisiniz.
ardını oxu
09-02-2018 islam
yaxın adamı ölən insan 40 gün saqqal saxlamalıdırmı
Cavab:

Salam aleykum. İnsan dünyasını dəyişdikdə, yas məqsədilə yaxınlarının saqqal saxlamaları dində əsası olmayan bir əməldir.

ardını oxu
09-02-2018 Resad
Salam-Aleykum.Ilk nobede yeni iliniz mubarek men etrafimdaki dostlarimin coxlu pullari var ama menim ailem qeder de yuksek gelirli deyil.Men hansi duani ede bileremki evimizin ruzu nemeti coxlu olsun InwAllah cavabliyarsiz sa olun.
Cavab:
Va aleykum Salam. Əvvəlcə onu deyək ki, yeni il müsəlmanların bayramı olmadığı üçün bu münasibətlə təbrikləşmək düzgün deyil. Ruzinin bol olması üçün isə dua etmək və şəriətdə göstərilən digər vasitələrdən istifadə etmək lazımdır. Uca Allah yaratdığı hər bir məxluqun ruzisini verir.
ardını oxu
09-02-2018 Xalis
Əlli yaşda adı dəyişmək olarmı?
Cavab:

Salam aleykum. Əgər ehtiyac varsa, dəyişmək olar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) pis adları, yaxşı adlarla dəyişərək əvəz etmişdir. (Muslim, 2139).

ardını oxu
09-02-2018 Aysel
Salam aleykum.Hicabli qadin dayi ve emisinin yaninda hicab baglamalidi bele deyir ekseryet amma nur suresi 31ci ayede Allah qadinlara kimlerin yaninda acmaq oldugunu buyurub.emi dayi yoxdusa demeli olarin yaninda biz acmamaliyiq mence qurani diqqetle menasin anlayaraq oxuyun yanlis fikirdi eminin d
Cavab:
Va aleykum Salam. Dayı və əminin qadın üçün məhrəm olmasına Quran və Sünnədə kifayət qədər dəlillər mövcuddur.
ardını oxu
09-02-2018 Nurlan
Salamelkum namaz qilan içki içilen yere ve kanserte getmesi oynaması gunahdrmi xayis cvb verin
Cavab:
Va aleykum Salam. Müsəlman mümkün qədər belə yerlərdən çəkinməlidir, çünki spirtli içkilər və musiqi olan məclislərdə iştirak etmək, musiqi sədaları altında rəqs etmək dinimizə görə günahdır. Həmçinin oxuyun:
ardını oxu
09-02-2018
Sakam hərdəstəmazda cinsoyyəti yumaq narahatçılıq yaradır və daha çox sidik ifraz olur.mümkündürmü yuyunmamaq
Cavab:
Və aleykum Salam. Hər dəfə dəstəmaz alanda övrət yerini yumağa ehtiyac yoxdur. Cinsiyyət üzvünü yalnız ayaqyoluna gedəndə yumaq lazımdır. Həmçinin oxuyun: 
Dəstəmaz almaq qaydası - VİDEO 
ardını oxu
09-02-2018 .....
Salam size 2 sualım var 1 men her gun tövbe edirem ama ne qeder etsemde tuta bilmirem isdemesemde yene de pozuram sizce ne etmeliyem yene de tovbe edim 2.Gunah eden insan yenede namaz qıla biler
Cavab:
ardını oxu
09-02-2018 V.Memmedov.B
Salam. Cox sag olun cavablara göre. sizin sayenizde bilmediyimizve axtardigimiz suallari cavablandirdiginiz ücün tesekkürem edirem. 1."Cevsenül-Kebir" nedir? Edn cenneti,Firdovs cenneti haqqinda melumat vererdiz zehmet deyilse.
Cavab:
Və aleykum Salam.
1. "Cövşənul-Kəbir" dində əsli olmayan xüsusi duadır və bidət sayılır. 

 
ardını oxu
09-02-2018 nigardan
evvela salam.evvelki sualima cvb verdiyiniz ucun cox sag olun.alllah sizden razi olsun.bes bir denede sual vermek isteyirem mene yaxinlarimdan birinin cadu etdiyini dusunurem.bunu nece oyrene bilerem ve yaxudda oyrene bileremmmi?
Cavab:
Va aleykum Salam. Əgər sizə cadu olunduğunu ehtimal edirisinizsə, bu cavabları oxuyun:
Cadu olunmasının əlamətləri hansılardır? 
ardını oxu
09-02-2018
Dua edenden sonra Ayetul kürsü,Feleq,Nas,ixlas,Fatiha sürüler ve duaları oxumaliyiq yoxsa evvel oxuyub sonra dua etmeliyik?? Neqeder Oxumaq lazimdirki duamizda tez qebul olsun??
Cavab:
Salam aleykum. Duaların qəbul olunması üçün qeyd etdiyiniz surələri duadan öncə və ya sonra oxumağa gərək yoxdur. Şəriətdə bu surələri səhər-axşam zikrləri, namazdan sonra, yatmazdan öncə və s. məqamlarda oxumaq buyurulmuşdur. Daha ətraflı:
ardını oxu
09-02-2018
Salam.cox bedbin olmusham hec ne ede bilmirem insanlarin iki uzluluyune doze bilmirem,ancaq evde qalmaq isteyirem.basqa islerimi etmeye cetinlik cekdiyim kimi namazimdada deyisiklikler hiss edirem.namazi evvelki kimi qelben,urekden qila bilmirem.sizce men ne etmeliyem
Cavab:
Va aleykum Salam. Yer üzündə həmişə ikiüzlü və fitnəkar insanlar olub və Qiyamətə qədər də olacaq. Önəmli olan isə vəsvəsələrə qapanaraq belələrinə görə üzülmək, ruhdan düşmək, ibadətlərə biganə yanaşmaq lazım deyil.
ardını oxu
09-02-2018 ***
Salam aleykum aktyorluq və aktrisalıqdan qazamılan pul haram sayılır ? Seriallara çəkilənlər falan salam aleykum
Cavab:
Va aleykum Salam. Bu cavabı oxuyun: İslam dini aktyorluğa necə baxır? 
ardını oxu
09-02-2018 Yusub.Yaqub
Salam. Uzaqda yaşayan valideynlərimizi yeni ildə ziyarətə getməsəy gunah olar? Yada yeni ili aileden uxaqda kecirmey gunahdi?
Cavab:
Va aleykum Salam. Valideynləri ziyarət etmək vacib olsa da, qeyri müsəlman bayramları münasibəti ilə belə ziyarətlərdən çəkinmək lazımdır. Həmçinin oxuyun:
ardını oxu
09-02-2018 Samir
Cadudan insan ole bilermi?
Cavab:

Və aleykum Salam. Cadu da digər pisliklər kimi böyük zərərlərə səbəb ola bilər. İnsanın əcəli isə Allahın əvvəlcədən təqdir etdiyi qədərlə bağlıdır. Uca Allah buyurur: "...Hər ümmətin bir əcəli vardır.

ardını oxu
09-02-2018 Марьям
Ассаламу алейкум. mene deyilibki bibinin eri mehrem sayıyılır yeni onun yanında başını açmağa icaze var .men bununla maraqlandım ele bir şeylə rastlaşmamışam bunan evvelde bele bir şey eşitmedim amma yenede deqiq bilmey isteyirem bele bur şey mümkündürmü?
Cavab:

Va aleykum Salam. Xeyr, bibinizin əri sizə naməhrəm sayıldığı üçün onun yanında hicabınızı aça bilməzsiniz. Daha ətraflı: Kimlərin yanında hicabı açmaq olar?

ardını oxu
09-02-2018 Sanan
Salam aleykum. bidet ehlini en gozel sekilde nece devet ede bilerem? Qeyd. Getirdiyim subutlar, isbatlar onalara bes etmedikde ve bununla yanasi hemcinin demek istediyim ozumun de elmi delil getirmeye gucum yoxdur. Sade dil ile nece devet edim?
Cavab:
Va aleykum Salam.
ardını oxu
09-02-2018 Abdullah
ƏsSələəmu aleykum sualım belədi.siz günah etməsəniz sizin yerinizə başqa məxluqlar yaradarığ.onlar günah edib tövbə edərlər.Quranda belə ayə varmı? cəzəkallahu xayran
Cavab:

Və aleykum Salam. Sizin qeyd etdiyiniz ayə deyil, Muslimin rəvayət etdiyi hədisdir.

ardını oxu
09-02-2018
Salam cvblandirdiginiz ucun təşəkkur edirem bizim hər hərəkə timizə görə sorgu sual edileceyikmi mes. Ev işləri uşaga baxmaq yuyunmaq və s. Birdə saclari utulemek gunahdir ??
Cavab:

Va aleykum Salam.

ardını oxu
09-02-2018
Salam olsun size.Sualim beledi:Olumun sebebin bilmek nie gunah sayilir?
Cavab:

Va aleykum Salam. Ölüm danılmaz bir həqiqətdir ki, hər bir canlı əcəli tamamlandıqda onu müxtəlif yaşlarda müxtəlif səbəblərə görə dadacaqdır. Ona görə də insanlardan cavan yaşlarında və ya faciəvi şəkildə ölənləri birbaşa onların günahları səbəbilə əlaqələndirməyə gərək yoxdur.

ardını oxu
09-02-2018
Salam aleykum.Allah Quranda insanın mərhələlərlə aləqdən,nütfədən,və sair mərhələlərdən yarandığını bildirir.Bu insanın təkamül etdiyi mənasına gəlmirmi?Bu barədə geniş açıqlama versəniz çox sevinərdim.Əvvəlcədən təşəkkür edirəm.Allah razı olsun.
Cavab:
Va aleykum Salam. Təkamül nəzəriyyəsi Uca Allahın yaratmasını inkar etmək üçün kafirlərin ortaya atdıqları batil iddialardan biridir. Bu nəzəriyyə heç bir elmi fakta söykənməyən fərziyyələrin üzərində qurulduğu üçün, hətta qeyri-müsəlmanların bir çoxu onu ciddi qəbul etmir.
ardını oxu
09-02-2018 Sema
Men sualarimin cavabini gore bilmirem axi ? Sizden cox xaiw edirem bu duanin menasini ve sozlerin menasini yazasiniz ya rehman re rehim ya fettahu ya vehhab iffetli klubi verzukni bila teab xaiw edirem mumkun qeder tez cavab veresiniz
Cavab:
Salam aleykum. Əvvəlcə qeyd edək ki, Quran və səhih hədislərdə belə bir dua mövcud deyil.
ardını oxu
09-02-2018 Gul
Namaz qilmaq isdeyirem yoldasim qoymur ne etmeliyem
ardını oxu
09-02-2018 Huseyn(e) awiqi
Vitualda sevgili olmaq gunahdir?
Cavab:
Salam aleykum. Virtual aləmdə sevgili olmaq haramdır, çünki sevgi yalnız ailə qurmaq niyyəti ilə olmalıdır. Ailə qurmaq məqsədilə olmayan sevgi isə insanı zinaya və digər haramlara aparır. Daha ətraflı:
ardını oxu
09-02-2018 nurane
salam menim bir nece sulim var menim yoldasim spirtli icki icir men namaz qiliram bu mene gunahdir onun qullugun da dururam aragin iyi gelirbu gunahdir icgili adam gorussem men qusul almaliyam allah menim namazimi qebul eder cog sagolun
Cavab:
Va aleykum Salam. Şəriətə görə qadının bacardığı qədər ərinə baxması, günah olmayan işlərdə ona itaət etməsi, ərinə qulluq edib xidmətində durması vacibdir və əriniz şərab içərək günah qazansa da, sizə buna görə günah yazılmır.
ardını oxu
07-02-2018
Salam bir insan hem allaha inanib hem zina edim her defede pesman olursa ancaq qarsisini ala bilmirse, hemde omonizm edirse bunun gunahi nedirve ne etmeli
Cavab:
Va aleykum Salam. Dediyiniz şeydən qurtulmağın yolunu Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bizə belə bildirmişdir: "Ey cavanlar topluluğu, sizdən evlənməyə gücü çatanlar evlənsin, çünki evlilik gözü harama baxmaqdan son dərəcə saxlayan, iffəti də ən yaxşı qoruyandır.
ardını oxu
07-02-2018 Allah bəndəsi
Salamun aleyküm Admin qardaşım. Mənim bir sualım var. Mən saytda yazıçı işliyirəm. Seriallar haqqında türk sayıtıdı. Ama sayıtda yazdığımı ailəmdən gizlədirəm. Bunun günahı nədir?
Cavab:

Və aleykum Salam.

ardını oxu
07-02-2018
Salam Aleykum Kişi ilə qadının əllə salamlaşması haramdımı?
Cavab:

Və aleykum Salam. Bir-birinə naməhrəm olan kişi və qadının əl ilə görüşməsi haramdır. Daha ətraflı: Naməhrəmə əlcək ilə toxunmaq olarmı?

ardını oxu
07-02-2018 Yasər
Salam mən 1 ildi namaz qılıram namaza başlayandan tövbəmi pozuram yenə tövbə dəfələrlə tövbəmi pozuram sora peşman oluram tövbə edirəm uje bezmişəm namazıda atmaq istəmirəm mən indi o 1 il qıldığım namazlar düzdür yoxsa batil?
Cavab:
Və aleykum Salam. Günah etməyinizə baxmayaraq heç bir halda namazı tərk etmək olmaz. Siz tövbənizdə sadiq olmağa, şəriətdə buyurulmuş yollarla günahı tərk etməyə çalışın, lakin namazları davamiyyətli qılın. Günah etmək namazları tərk etmək üçün səbəb ola bilməz.
ardını oxu
07-02-2018
Salam men turkiyede erdeysem onlar suni namzi asılırlar men ise siy namazi qiliram ancaq onlar deyir ki gerek bizim kimi namaz qilasan mende suni namazi qila bilmirem bu nece olar sizce
Cavab:
Va aleykum Salam. Tək azərbaycanda deyil, bütün dünyada ən doğru yol və namaz Allah Rəsulunun (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yolu və onun qıldığı kimi qılınan namazdır. Uca Allah buyurur: "Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi də siə qadağan edirsə, onda
ardını oxu
07-02-2018 salam
Salam.menim 2 sualim var.men subh namazi qiliram isde namaz qilmaga imkan yoxdu.sam namazi ve isa namazindada yolda oluram eve catanda 4 namazi qiliram.bu ne derecede dogrudur?ikinci sualim belediki mene ecmis qaynatamgil serlemisdiler Allaha qurban olum xestelndi ve melum olduki ozleri eledikleri m
Cavab:
Və aleykum Salam. 
ardını oxu
07-02-2018 samir nusalov
esselamu aleykum va rahmatullahi va barakatuhu.qardas elleri acib dua etmeye aid delil yoxdu demisiz namazdan sora.yaxsi ferz namazlarinin sonuncu secdesinde dua ede bilerikde ama imama uydugumuz ucun bunu ede bilmirik.bes biz duani ne vax ve nece edek.azan ve iqame arasinda elleri qaldirib dua etme
Cavab:
Və aleykumus-Sələm və rahmətullahi va bərakətuhu. İstər fərz, istərsə də sünnə namazlarında səcdədə və namazın sonunda, salamlardan əvvəl istədiyiniz qədər dua edə bilərsiniz.
ardını oxu
07-02-2018 [email protected]
Salam Aleykum.Ən nəcm surəsində hansı ayəsində səjdəyə qetməy lazımdı
Cavab:
Va aleykum Salam. Nəcm surəsinin sonuncu, yəni 62-ci ayəsi səcdə ayələrindən biridir. Uca Allah buyurur: "Siz Allaha səcdə qılın və Ona ibadət edin!" (ən-Nəcm, 62). Səcdə ayələri oxunduqda edilən səcdəyə tilavət səcdəsi deyilir.
ardını oxu
07-02-2018 *****
1.Namaz qilanda namazin bir sozu yaddan cixanda adam gunah qazanirmi?? 2.namaz qilan qiz oz toyunda lakli dirnag qoya biler barmagna? 3.namaz qilanda adamdan qaz cixsa namazi batil olurmu?
Cavab:
Salam aleykum.
ardını oxu
07-02-2018 Aytekin
Salam.menim 1 sualim var.biz qaynanamgilnen 1 yerde qaliriq. Ama hem maddi hem menevi eziyyet cekirm.yoldasim boyuk oglandi ama 2 ildi yanlarindayq.balaca qaynim nisannidi hele.yoldasm il boyu ne qazansa qepiyine qeder atasina verir.
Cavab:
Va aleykum Salam. Dinimizə görə kişi öz həyat yoldaşının və övladlarının ehtiyaclarını imkan daxilində ödəməyə çalışmalıdır.
ardını oxu
07-02-2018 Dertlı
Kohne sevdıyım gorwdyum ınsanı ozmden cox sevırem ve onun bawqa sevgılısı var onu gerı qaytarmaqcun hansı duanı oxumalıyam
Cavab:
Salam aleykum. Uca Allaha dua edərək evlənmək niyyəti ilə daha xeyirlisini sizin qarşınıza çıxarmağını istəyin. "Sevgi duası" adlanan xüsusi bir dua yoxdur. Həmçinin oxuyun:
ardını oxu
07-02-2018
Salam.1ci sualım odur ki,üzr istəyərək qeyd edirəm.Mən heyz olduğum zaman yaxşı qan gəlmir.Yani ki demək olar qan rəngində gəlmir.Heyz qanı bitdiyi zaman qan necə gələrsə elə gəlir.Mən o zaman namaz qıla bilərəmmi onu bilmək istəyirəm.Məsələn qüsul alıb namaz qılanda yəni təmizlənəndə heç nə gəlmir
Cavab:

Və aleykum Salam. Heyz vaxtı qanın az gəlməsinə baxmayaraq, heyzin tam bitməsini gözləmək lazımdır.

ardını oxu
07-02-2018 ALLAHIN qulu
es salamu eleykum. suval 1.Wukur elhemdulilah namaz qilira ickili insanla el tutub salamlasmaq destamaz pozulurmu.suval 2. wukur elhemdulilah mamaz qiliram amma sigaret cekirem bu gunah sayilirmi bilmek isterdim xahiw edirem cavablandirardiz suvallarimi.Allah sizden razi olsun yaxsi ki, varsiz
Cavab:
Və aleykum Salam.
1. İçkili adamla görüşmək dəstəmazı pozmur. Daha ətraflı: Dəstəmazı pozan amillər 
ardını oxu
07-02-2018 Xanım
Salam.Necəsiz?
Cavab:
Və aleykum Salam.
1. Bu cavabı oxuyun: Qadının işləməsi icazəlidirmi?
ardını oxu

Pages