09-02-2018
Dua edenden sonra Ayetul kürsü,Feleq,Nas,ixlas,Fatiha sürüler ve duaları oxumaliyiq yoxsa evvel oxuyub sonra dua etmeliyik?? Neqeder Oxumaq lazimdirki duamizda tez qebul olsun??
Cavab:
Salam aleykum. Duaların qəbul olunması üçün qeyd etdiyiniz surələri duadan öncə və ya sonra oxumağa gərək yoxdur. Şəriətdə bu surələri səhər-axşam zikrləri, namazdan sonra, yatmazdan öncə və s. məqamlarda oxumaq buyurulmuşdur. Daha ətraflı:
ardını oxu
09-02-2018
Salam.cox bedbin olmusham hec ne ede bilmirem insanlarin iki uzluluyune doze bilmirem,ancaq evde qalmaq isteyirem.basqa islerimi etmeye cetinlik cekdiyim kimi namazimdada deyisiklikler hiss edirem.namazi evvelki kimi qelben,urekden qila bilmirem.sizce men ne etmeliyem
Cavab:
Va aleykum Salam. Yer üzündə həmişə ikiüzlü və fitnəkar insanlar olub və Qiyamətə qədər də olacaq. Önəmli olan isə vəsvəsələrə qapanaraq belələrinə görə üzülmək, ruhdan düşmək, ibadətlərə biganə yanaşmaq lazım deyil.
ardını oxu
09-02-2018 ***
Salam aleykum aktyorluq və aktrisalıqdan qazamılan pul haram sayılır ? Seriallara çəkilənlər falan salam aleykum
Cavab:
Va aleykum Salam. Bu cavabı oxuyun: İslam dini aktyorluğa necə baxır? 
ardını oxu
09-02-2018 Yusub.Yaqub
Salam. Uzaqda yaşayan valideynlərimizi yeni ildə ziyarətə getməsəy gunah olar? Yada yeni ili aileden uxaqda kecirmey gunahdi?
Cavab:
Va aleykum Salam. Valideynləri ziyarət etmək vacib olsa da, qeyri müsəlman bayramları münasibəti ilə belə ziyarətlərdən çəkinmək lazımdır. Həmçinin oxuyun:
ardını oxu
09-02-2018 Samir
Cadudan insan ole bilermi?
Cavab:

Və aleykum Salam. Cadu da digər pisliklər kimi böyük zərərlərə səbəb ola bilər. İnsanın əcəli isə Allahın əvvəlcədən təqdir etdiyi qədərlə bağlıdır. Uca Allah buyurur: "...Hər ümmətin bir əcəli vardır.

ardını oxu
09-02-2018 Марьям
Ассаламу алейкум. mene deyilibki bibinin eri mehrem sayıyılır yeni onun yanında başını açmağa icaze var .men bununla maraqlandım ele bir şeylə rastlaşmamışam bunan evvelde bele bir şey eşitmedim amma yenede deqiq bilmey isteyirem bele bur şey mümkündürmü?
Cavab:

Va aleykum Salam. Xeyr, bibinizin əri sizə naməhrəm sayıldığı üçün onun yanında hicabınızı aça bilməzsiniz. Daha ətraflı: Kimlərin yanında hicabı açmaq olar?

ardını oxu
09-02-2018 Sanan
Salam aleykum. bidet ehlini en gozel sekilde nece devet ede bilerem? Qeyd. Getirdiyim subutlar, isbatlar onalara bes etmedikde ve bununla yanasi hemcinin demek istediyim ozumun de elmi delil getirmeye gucum yoxdur. Sade dil ile nece devet edim?
Cavab:
Va aleykum Salam.
ardını oxu
09-02-2018 Abdullah
ƏsSələəmu aleykum sualım belədi.siz günah etməsəniz sizin yerinizə başqa məxluqlar yaradarığ.onlar günah edib tövbə edərlər.Quranda belə ayə varmı? cəzəkallahu xayran
Cavab:

Və aleykum Salam. Sizin qeyd etdiyiniz ayə deyil, Muslimin rəvayət etdiyi hədisdir.

ardını oxu
09-02-2018
Salam cvblandirdiginiz ucun təşəkkur edirem bizim hər hərəkə timizə görə sorgu sual edileceyikmi mes. Ev işləri uşaga baxmaq yuyunmaq və s. Birdə saclari utulemek gunahdir ??
Cavab:

Va aleykum Salam.

ardını oxu
09-02-2018
Salam olsun size.Sualim beledi:Olumun sebebin bilmek nie gunah sayilir?
Cavab:

Va aleykum Salam. Ölüm danılmaz bir həqiqətdir ki, hər bir canlı əcəli tamamlandıqda onu müxtəlif yaşlarda müxtəlif səbəblərə görə dadacaqdır. Ona görə də insanlardan cavan yaşlarında və ya faciəvi şəkildə ölənləri birbaşa onların günahları səbəbilə əlaqələndirməyə gərək yoxdur.

ardını oxu
09-02-2018
Salam aleykum.Allah Quranda insanın mərhələlərlə aləqdən,nütfədən,və sair mərhələlərdən yarandığını bildirir.Bu insanın təkamül etdiyi mənasına gəlmirmi?Bu barədə geniş açıqlama versəniz çox sevinərdim.Əvvəlcədən təşəkkür edirəm.Allah razı olsun.
Cavab:
Va aleykum Salam. Təkamül nəzəriyyəsi Uca Allahın yaratmasını inkar etmək üçün kafirlərin ortaya atdıqları batil iddialardan biridir. Bu nəzəriyyə heç bir elmi fakta söykənməyən fərziyyələrin üzərində qurulduğu üçün, hətta qeyri-müsəlmanların bir çoxu onu ciddi qəbul etmir.
ardını oxu
09-02-2018 Sema
Men sualarimin cavabini gore bilmirem axi ? Sizden cox xaiw edirem bu duanin menasini ve sozlerin menasini yazasiniz ya rehman re rehim ya fettahu ya vehhab iffetli klubi verzukni bila teab xaiw edirem mumkun qeder tez cavab veresiniz
Cavab:
Salam aleykum. Əvvəlcə qeyd edək ki, Quran və səhih hədislərdə belə bir dua mövcud deyil.
ardını oxu
09-02-2018 Gul
Namaz qilmaq isdeyirem yoldasim qoymur ne etmeliyem
ardını oxu
09-02-2018 Huseyn(e) awiqi
Vitualda sevgili olmaq gunahdir?
Cavab:
Salam aleykum. Virtual aləmdə sevgili olmaq haramdır, çünki sevgi yalnız ailə qurmaq niyyəti ilə olmalıdır. Ailə qurmaq məqsədilə olmayan sevgi isə insanı zinaya və digər haramlara aparır. Daha ətraflı:
ardını oxu
09-02-2018 nurane
salam menim bir nece sulim var menim yoldasim spirtli icki icir men namaz qiliram bu mene gunahdir onun qullugun da dururam aragin iyi gelirbu gunahdir icgili adam gorussem men qusul almaliyam allah menim namazimi qebul eder cog sagolun
Cavab:
Va aleykum Salam. Şəriətə görə qadının bacardığı qədər ərinə baxması, günah olmayan işlərdə ona itaət etməsi, ərinə qulluq edib xidmətində durması vacibdir və əriniz şərab içərək günah qazansa da, sizə buna görə günah yazılmır.
ardını oxu
07-02-2018
Salam bir insan hem allaha inanib hem zina edim her defede pesman olursa ancaq qarsisini ala bilmirse, hemde omonizm edirse bunun gunahi nedirve ne etmeli
Cavab:
Va aleykum Salam. Dediyiniz şeydən qurtulmağın yolunu Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bizə belə bildirmişdir: "Ey cavanlar topluluğu, sizdən evlənməyə gücü çatanlar evlənsin, çünki evlilik gözü harama baxmaqdan son dərəcə saxlayan, iffəti də ən yaxşı qoruyandır.
ardını oxu
07-02-2018 Allah bəndəsi
Salamun aleyküm Admin qardaşım. Mənim bir sualım var. Mən saytda yazıçı işliyirəm. Seriallar haqqında türk sayıtıdı. Ama sayıtda yazdığımı ailəmdən gizlədirəm. Bunun günahı nədir?
Cavab:

Və aleykum Salam.

ardını oxu
07-02-2018
Salam Aleykum Kişi ilə qadının əllə salamlaşması haramdımı?
Cavab:

Və aleykum Salam. Bir-birinə naməhrəm olan kişi və qadının əl ilə görüşməsi haramdır. Daha ətraflı: Naməhrəmə əlcək ilə toxunmaq olarmı?

ardını oxu
07-02-2018 Yasər
Salam mən 1 ildi namaz qılıram namaza başlayandan tövbəmi pozuram yenə tövbə dəfələrlə tövbəmi pozuram sora peşman oluram tövbə edirəm uje bezmişəm namazıda atmaq istəmirəm mən indi o 1 il qıldığım namazlar düzdür yoxsa batil?
Cavab:
Və aleykum Salam. Günah etməyinizə baxmayaraq heç bir halda namazı tərk etmək olmaz. Siz tövbənizdə sadiq olmağa, şəriətdə buyurulmuş yollarla günahı tərk etməyə çalışın, lakin namazları davamiyyətli qılın. Günah etmək namazları tərk etmək üçün səbəb ola bilməz.
ardını oxu
07-02-2018
Salam men turkiyede erdeysem onlar suni namzi asılırlar men ise siy namazi qiliram ancaq onlar deyir ki gerek bizim kimi namaz qilasan mende suni namazi qila bilmirem bu nece olar sizce
Cavab:
Va aleykum Salam. Tək azərbaycanda deyil, bütün dünyada ən doğru yol və namaz Allah Rəsulunun (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yolu və onun qıldığı kimi qılınan namazdır. Uca Allah buyurur: "Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi də siə qadağan edirsə, onda
ardını oxu
07-02-2018 salam
Salam.menim 2 sualim var.men subh namazi qiliram isde namaz qilmaga imkan yoxdu.sam namazi ve isa namazindada yolda oluram eve catanda 4 namazi qiliram.bu ne derecede dogrudur?ikinci sualim belediki mene ecmis qaynatamgil serlemisdiler Allaha qurban olum xestelndi ve melum olduki ozleri eledikleri m
Cavab:
Və aleykum Salam. 
ardını oxu
07-02-2018 samir nusalov
esselamu aleykum va rahmatullahi va barakatuhu.qardas elleri acib dua etmeye aid delil yoxdu demisiz namazdan sora.yaxsi ferz namazlarinin sonuncu secdesinde dua ede bilerikde ama imama uydugumuz ucun bunu ede bilmirik.bes biz duani ne vax ve nece edek.azan ve iqame arasinda elleri qaldirib dua etme
Cavab:
Və aleykumus-Sələm və rahmətullahi va bərakətuhu. İstər fərz, istərsə də sünnə namazlarında səcdədə və namazın sonunda, salamlardan əvvəl istədiyiniz qədər dua edə bilərsiniz.
ardını oxu
07-02-2018 [email protected]
Salam Aleykum.Ən nəcm surəsində hansı ayəsində səjdəyə qetməy lazımdı
Cavab:
Va aleykum Salam. Nəcm surəsinin sonuncu, yəni 62-ci ayəsi səcdə ayələrindən biridir. Uca Allah buyurur: "Siz Allaha səcdə qılın və Ona ibadət edin!" (ən-Nəcm, 62). Səcdə ayələri oxunduqda edilən səcdəyə tilavət səcdəsi deyilir.
ardını oxu
07-02-2018 *****
1.Namaz qilanda namazin bir sozu yaddan cixanda adam gunah qazanirmi?? 2.namaz qilan qiz oz toyunda lakli dirnag qoya biler barmagna? 3.namaz qilanda adamdan qaz cixsa namazi batil olurmu?
Cavab:
Salam aleykum.
ardını oxu
07-02-2018 Aytekin
Salam.menim 1 sualim var.biz qaynanamgilnen 1 yerde qaliriq. Ama hem maddi hem menevi eziyyet cekirm.yoldasim boyuk oglandi ama 2 ildi yanlarindayq.balaca qaynim nisannidi hele.yoldasm il boyu ne qazansa qepiyine qeder atasina verir.
Cavab:
Va aleykum Salam. Dinimizə görə kişi öz həyat yoldaşının və övladlarının ehtiyaclarını imkan daxilində ödəməyə çalışmalıdır.
ardını oxu
07-02-2018 Dertlı
Kohne sevdıyım gorwdyum ınsanı ozmden cox sevırem ve onun bawqa sevgılısı var onu gerı qaytarmaqcun hansı duanı oxumalıyam
Cavab:
Salam aleykum. Uca Allaha dua edərək evlənmək niyyəti ilə daha xeyirlisini sizin qarşınıza çıxarmağını istəyin. "Sevgi duası" adlanan xüsusi bir dua yoxdur. Həmçinin oxuyun:
ardını oxu
07-02-2018
Salam.1ci sualım odur ki,üzr istəyərək qeyd edirəm.Mən heyz olduğum zaman yaxşı qan gəlmir.Yani ki demək olar qan rəngində gəlmir.Heyz qanı bitdiyi zaman qan necə gələrsə elə gəlir.Mən o zaman namaz qıla bilərəmmi onu bilmək istəyirəm.Məsələn qüsul alıb namaz qılanda yəni təmizlənəndə heç nə gəlmir
Cavab:

Və aleykum Salam. Heyz vaxtı qanın az gəlməsinə baxmayaraq, heyzin tam bitməsini gözləmək lazımdır.

ardını oxu
07-02-2018 ALLAHIN qulu
es salamu eleykum. suval 1.Wukur elhemdulilah namaz qilira ickili insanla el tutub salamlasmaq destamaz pozulurmu.suval 2. wukur elhemdulilah mamaz qiliram amma sigaret cekirem bu gunah sayilirmi bilmek isterdim xahiw edirem cavablandirardiz suvallarimi.Allah sizden razi olsun yaxsi ki, varsiz
Cavab:
Və aleykum Salam.
1. İçkili adamla görüşmək dəstəmazı pozmur. Daha ətraflı: Dəstəmazı pozan amillər 
ardını oxu
07-02-2018 Xanım
Salam.Necəsiz?
Cavab:
Və aleykum Salam.
1. Bu cavabı oxuyun: Qadının işləməsi icazəlidirmi?
ardını oxu
07-02-2018 Gülnarə
Salam aleykum.Qurandakı surelerin neçəsi mədinədə neçəsi məkkədə nazil olub
Cavab:
Va aleykum Salam. Bu məsələ islam alimləri arasında ixtilaflıdır. Bəzi təfsirçilər demişlər ki, Quranın təxminən 90 surəsi Məkkədə, 24 surəsi Mədinədə, bəziləri də demişlər ki, 86 surəsi Məkkədə, 28 surəsi də Mədinədə nazil olmuşdur.
ardını oxu
07-02-2018 Gülü
Salam..Men burda once verilen suallardanda oxudum..bir cox yerlerden maraqlandim..bir yerde bawqa o biri yerde tam eksi melumatlar verlilir..ancaq men duzgun namaz qilmaq isteyirem Peygameber efendimiz s.a.v nece qilirdisa yolla qilmaq istirem ancaq qalmisam cixilmaz veziyetde..men namazi mohurlemi
Cavab:
Və aleykum Salam. Namazla bağlı aşağıdakı məlumatlar Quran ayələri və səhih hədislər əsasında yazılmışdır. Bütün ibadətlər səhih mənbələrdə bildirildiyi kimi edilməli, sonradan uydurulmuş və ya zəif məlumatlardan çəkinmək lazımdır. Bu cavabları oxuyun: 
ardını oxu
02-02-2018 gunel
salam aliem 11 il evvel heyetimize abort olumus 5 6 ayliq usaq olusu basdirilmisdi heyete basdilimagi gunahdirmi?birde herden qorxuram gozume qeribe insan gildinde mexluqlar gorunur o basdirilmis usaqdan ola bilermi ?
Cavab:
Va aleykum Salam. Ananın sağlamlığına ciddi təhlükə olan hallar istisna olmaqla, abort etdirmək böyük günahlardandır. Bunu edənlər səmimi qəlbdən peşman olaraq tövbə etməli, bir daha bunu etməyəcəyinə qərar verməli və başda ibadətlər olmaqla xeyirli əməlləri çoxaltmalıdırlar. 
ardını oxu
02-02-2018
Niyyeti ürerde demek günah sayılarmı? Birde ki menim ozumden asılı olmayaraq dua ederken ya dinle bagli dusunerken gulurem.gulmek deyende gulumsemek yox.qehqehe de deyil.Sadece sifetimde pis bir gulmek olur.O nedendi?
Cavab:
Salam aleykum.
1. Niyyət deyilmir, qəlbdə məqsədin olması artıq niyyətdir. Niyyəti dil ilə tələffüz etmək isə bidət (dində yenilik) sayılır. Daha ətraflı: Niyyət etmək bidətdirmi?
ardını oxu
02-02-2018
Salam. Men cox isderdim meni bir sual narahat edir. Onu mene bawa salasiz xaiw edirem. Deyirlerki elini yuduqda ele salavat vermek gunahdi. Yeni bayira girib cixanda. Deyirler elini yu mundardi salavat ver. Cox insanlar deyirki salavat verme bu nece duzgundu bes nece edim eyer.
ardını oxu
02-02-2018 Fuad
Assalamu Aleykum. ƏBABİL quşu haqqında məlumat verməyinizi xahiş edirəm. Allah razı olsun.
Cavab:

Va aleykum Salam. Əbabil quşları haqqında Fil surəsində Kəbəni dağıtmaq istəyən Əbrəhənin və onun ordusundakı fillərin Əbabil quşları tərəfindən məhv edilməsi haqqında söhbət açılır. Belə ki, Uca Allah onların üstünə Əbabil quşları göndərmişdir.

ardını oxu
02-02-2018 Allah bəndəsi
Salam Aleykum.Mən əvvəlcə özümdən aslı olmayaraq dinlə məşğul oldum.Sonralar hətta namaz qılmaq belə istədim.Allahı sevdim,ona ibadət etməyi ürəkdən istədim.Sonralar ağlıma qəribə fikirlər gəldi.Məsələn namazı niyə qılıram,Allah yoxdu,axirət yoxdu,quran Allah kəlamı deyil.By fikirlərdən Allaha sığın
Cavab:
Va aleykum Salam. İnsanın beyninə gələn pis fikirlər onları həyata keçirmədikcə günah sayılmır. Dində bu kimi fikirlərə şeytanın vəsvəsələri deyilir.
ardını oxu
02-02-2018 ...
Salam mən 3aydı namaz qilam alnimda möhür izi qalib menasi xeyire əlaməti?
Cavab:
Va aleykum Salam. Allaha dua edirik ki, sizi bu xeyirli əməl üzərində sabit etsin və günahlarınızı bağışlasın. Bəzi namaz qılan insanların alnında tünd ləkənin əmələ gəlməsi, onların fəzilət sahibi olmasına dəlalət etmir.
ardını oxu
02-02-2018 Ummu
Salam aleykum.mən qızıl haqqında oxudum düzü tamda başa düşmədim.deməli 125 qr qızılım var. Yoldaşım, qaynanam tərəfindən verilən.mən hər il onun zəkatını verirəm. Baxın duz hesablayıram? 125*2,5=312,5:100=3,125 QR. yəni 3,125 qram qızılın pulun çıxardıram.
Cavab:
Va aleykum Salam. Ara-sıra olsa belə istifadə edilən qızıllara görə zəkat vermək vacib deyil, lakin müstəhəbdir. Ümumən, istifadə olunmayan qızılın çəkisi 85 qramı keçirsə, həmin çəkinin 2.5%-i məbləğində zəkat verilməlidir.
ardını oxu
02-02-2018 Abdullah Zeyn
Salam aleykum. Muselman qardasimla mubahisede onunla danismayacagima and icib,sonra bu andi pozmusam. 3 defe ayri vaxtlarda bu olub. Daha sonra bunun boyuk gunah oldugunu, keffaresini vermeliyem oyrendim. 10 kasib yedirmeye gucum catmir. Orucu nece tutmaliyam?
Cavab:

Va aleykum Salam. Əgər 10 kasıbı yedirtməyə imkanınız yoxdursa, onda hər anda görə üç gün ardıcıl oruc  tutmaq lazımdır. Bu zaman doqquz gün ardıcıl tutmaq vacib deyil, hər üç günlük orucdan sonra bir neçə gün fasilə verə bilərsiniz.

ardını oxu
02-02-2018 Samire
Salam*men ozumde isdemeden bawqasina baglanmiwam******bir defe tovbe etdimki o insana baxmayacam ama ele hereket edir dahada cox bağlanıram ozumde deyirem gerek tovbe etmezdim ozumnen asli deyil her onu gorende baxiram ne qeder baxmamaq isdesemde alinmir qonwuyuq men ALLAH tovbe etsem birde demerem
Cavab:

Və aleykum Salam. Hər dəfə günah etdikdə tövbə etməklə yanaşı günahdan da çəkinməyə çalışmaq lazımdır. Daha ətraflı:

Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?

ardını oxu
02-02-2018 nnnnnn
Salam.Mən cox utancaq bir insanam.Bunun ücün Allahdan bir şey istəyə bilərəmmi? 2Mənim icimdə hər daim sıxıntı və narahatlıq olur.Bəs bunun ücün Allahdan nəsə istəyə bilərəmmi? 3Mən bir insanla mübahisə etdiyim zaman,əsəbləşdiyimdə aglayıram.Bunun ücün Allahdan nə istəyə bilərəm?
Cavab:
Va aleykum Salam.
ardını oxu
02-02-2018 Günel
Salam Aleykum.Sualim bele olacaq.Bezen rastimiza cixir meselen bir ishin alinmasi ucun 1047 defe bu zikri ele.Saylarin onemi var mi ve onemlidir mi?2 sualim men ilk defe mescide getdim orda xanimlar Hesen Huseyn deyib mersiyyeler deyirdi ve aglayirdi mescid edebi nece olur orda ne edirler onu da bil
Cavab:
Va aleykum Salam.
1. Hər hansı bir arzunun həyata keçməsi, işin alınması və s. üçün dua etmək lazımdır, bunun üçün müəyyən sayda zikr etmək dinimizdə yoxdur. Daha ətraflı:
ardını oxu
02-02-2018
İmam ziyarətində ikən qadın heyz olsa nə etməlidir. Nəzərə alaq ki bu ziyarət çətinliklə əldə edilib ziyarət etmədən dönməkmi lazımdır ya burada hansı əməllərə riayət etməlidir
Cavab:
Salam aleykum. Dinimizin buyurduğu yerlər (Kəbə, Mədinə, Məscidul-Əqsa) istisna olmaqla, imamların məqbərələri, ocaqları, pirləri və s. bu kimi ziyarətgahları ziyarət etməyi qadağan etmişdir.
ardını oxu
02-02-2018 Raul
Salam.Verdiyiniz cavablara gore cox sag olun.Allah sizden razi olsun.Men orgenmek isteyirem ki,biz harasa daxil olanda salam veririk bes neye gore namazda salamlari axirda edirik?Evvelceden cox sag olun.
Cavab:
Va aleykum Salam. Harasa daxil olarkən salam verməyi namazdakı salama oxşatmaq düzgün deyil, çünki, namazın sonunda verilən salam namazın əsaslarındandır.
ardını oxu
29-01-2018 Sevda
Salam..Insan yarali iken dunyasini deyisende o dunyadada hemin yara ile eziyet cekirmi? Yara dedikde yeniki xerceng oldugu ucun 1 nece defe emeliyat olundu.amma bu defe yarasi baglanmadi.ve ordan toreme yeni wiw bayira cixdi.cox agri cekdi bu dunyada.bes o dunyadada bu agrilari cekirmi?
Cavab:
Va aleykum Salam.
ardını oxu
29-01-2018 qedir
salam aleykum allah rizasi ucun bacardiqca tez cavab verin 1.cenaze namazinda qusul almaq ferzdirmi? 2.men ehli sunne eqidesine uygun ibadet edirem.ama cenaze namazi sie eqidesine uygun qilinir bu camahata qosulub namaz qila bileremmi?
Cavab:
Va aleykum Salam.
1. Cənazə namazı üçün ayrıca qüsl almaq şərt deyil, ancaq boynunda qüsl varsa, alması vacibdir. Həmçinin cənazə üçün dəstəmaz almaq da təkid olunmuş əməllərdəndir. Həmçinin oxuyun:
ardını oxu
29-01-2018 Nezrin
Assalamu Aleykum... bele birşey oxudum internetde... Tirmizinin hedisidi... siz ne deyirsiniz sehihdir mi? Zehmet olmasa cavablandirardiniz Malik b.
Cavab:

Va aleykumus-Sələm va rahmətullahi va bərakətu. Bu hədis zəif  hədisdir. 

ardını oxu
29-01-2018
Salam alleykum Men siqarete tovbe elesim betnimde korpe var 10 gunlukdu ama bu gun 1 defe chekm daha chekmeyecem dedim. Tovbemi pozdum qorxuram Tovbemi pozdum diye Allah Cezami korpemle verer. yene tovbe eledim ve bir daha chekmeyecem Rebbimden chox qorxuram. nolar komek edin
Cavab:
Və aleykum Salam. Hər dəfə tövbəni pozduqda yenidən tövbə edin və şəriətdə buyurulan qaydada günahdan çəkinməyə çalışın, Allahın izni ilə körpəniz sağlam olar. Daha ətraflı:
ardını oxu
29-01-2018
Salam.Size bir sualim var.Men bas ortmek isteyirem.Amma kebinli nisanlim icaze vermir.Deyir toydan sonra.Onun icazesi olmadan bas orte bilerem?
Cavab:
Va aleykum Salam. Hicab Uca Allahın müsəlman qadınlara olan əmridir. Hicab, namaz və Allahın digər vacib buyurduğu əməlləri yerinə yetirmək üçün heç kimdən icazə almaq lazım deyil.
ardını oxu
29-01-2018 Gunhakar Qul
Salam aleykum.Size sual verdim ama cavab gelmedi.Quranda deyilirki bilmirsizse zikr ehlinden sorusun.Men sorusdum ustunden nece ay kecdi helede cavab gelmedi.Sizden delil istedim yazmadiniz.Suali yeniden yaziram ve xaiw ediremki delili qeyd edin.Bir nefer size sual vermisdiki elim necise bulasandan
Cavab:

Və aleykum Salam. Şəriətə görə nəcis dəymiş yer quruyubsa, ora toxunan insan nəcisə bulaşmır, çünki nəcis yalnız yaş halda ötürülür. Bunun dəlili Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ayaqyolundan sonra su ilə yanaşı daşla da təmizlənməyə icazə verməsidir.

ardını oxu

Pages