02-12-2017 Xanım
Salam.1ci sualım odur ki,müəlliməyəm bəzən bədii əsərlər oxuyarkən qadın kişi münasibətlərindən açıq şəkildə bəhs olunur və mən oxuyuram.Bu günahmıdır?.Günahdısa nə etməliyəm?.2ci sualım odur ki,Namaz qılarkən dalıram.Namazın sözlərini deyirəm və dediyimi eşidirəm amma ağlımda başqa fikirlər olur.Mə
Cavab:
Va aleykum Salam.
1. Allahın əmrlərinə zidd şeylər olmamaq şərtilə bədii ədəbiyyat, şeir oxumaqda və ya yazmaqda heç bir qadağa yoxdur. Qadın kişi münasibətlərinə toxunan və intim münasibətlərdən bəhs edən kitablar oxumaqdan isə çəkinmək lazımdır. 
ardını oxu
28-11-2017 Sehla
Salam men olümden qorxuram ele vaxt olur ki ele bil indi Hz ezrail (s) gözüme görünecek bunun sebebi ne ola biler birden qorxu gelir ureyim sixilr hekim molla qalmayib molla getmisem xeyri yoxdur.deyirem niye bu paltari alim onsuzda ölecem özüme qapaniram bu coxdan var mende bele olmaqim meni g
Cavab:

Və aleykum Salam. Bu, şeytanın vəsvəsələridir və çalışın onlara fikir verməyəsiniz. Ölümdən qorxmaq lazım deyil. Uzun və xeyirli ömür sürmək möminin xeyrinədir.

ardını oxu
28-11-2017 ilkin
salam aleykum namazin qezasi var yoxsa yoxdu orucun qezasi var bunu bilirem bes namazin qezasi var
Cavab:
Va aleykum Salam. Namazın qəzası deyildikdə, vaxtında qılmağı unutduqda və ya yatıb qaldıqda qılınmayan namaz nəzərdə tutulur.
ardını oxu
25-11-2017
Salam.Eger evde cin varsa onun elametlerin neden bilmek olar?
Cavab:

Va aleykum Salam. Evdə cinlərin olub-olmaması barədə Quran və Səhih hədislərdə hər hansısa bir xüsusi əlamət bildirilməyib.

ardını oxu
25-11-2017 Aytac
Salam namaz qilan biri sevgilisiyle ele ele tutmasi haramdi ? Bes neynemey olar
Cavab:

Va aleykum salam. Oğlanla qız yalnız şəriətə uyğun kəbin kəsdirərək evləndikdən sonra əl-ələ tuta bilərlər. Daha ətraflı: Sevgililər əl-ələ tuta bilərlərmi?

ardını oxu
25-11-2017
salam. sualıma görə əvvəlcə üzr ıstəyirəm. cinsiyyət orqanın istəmədən bir yerə sürtülməsi yaxud əzilməsi zamanı yaxud idman ederkən yaxud onu yuyarkən istəmədən səhvet hiss olunsa lakin məni gəlməsə bu istimna hökmü dasiyirmi? yəni qüsl lazımdırmı?
Cavab:
Va aleykum Salam. Məzinin gəlməsi qüslu pozmur. Həmçinin bu, masturbasiya sayılmır. Həmçinin oxuyun:
Cinsi əlaqə olmadan ehtiras hissi qüslu pozurmu?
ardını oxu
25-11-2017
Aş bişirende ölulerin adina duz salmaq ne demekdir ? Ve Ne derecede duzgundur
Cavab:
Salam aleykum. Belə əməlin dinimizdə əsası yoxdur. Dinimizdə əsası olmayan əməllər isə bidət (dində yenilik) və xurafat sayılır.
ardını oxu
24-11-2017
Telfonda bir birimizle kebin kese bilerikmi bu dogrudurmu
Cavab:

Salam aleykum. Dinimizdə heç kim özünün kəbinini kəsə bilməz, çünki evlənən cütlüklərin kəbinlərini məscid imamları, qazilər və dini sahədə fəaliyyət göstərən məsul şəxslər edirlər.

ardını oxu
24-11-2017
Agaclari kesmek ve ya yandirmaq gunahdirmi? Bu barede hedisler varmi?
Cavab:

Salam aleykum. Ağacları məhv etmək qadağan edilmişdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bir bölgəyə ordu göndərəndə əvvəlcədən onları təlimatlandıraraq buyurardı: "Allahın adı ilə kafirlərə qarşı Allah yolunda vuruşun!

ardını oxu
24-11-2017 Ummu
Salam aleykum. Üzr istəyirəm sualıma görə amma məni narahat edir. Qadınlarda şəhvətsiz axan axıntı maye dəstamazı pozur? Ya paltara bulaşıbsa o paltarla namaz qılmaq olar? Mən eşitmişəm ki, pozur. Namaz əsnasında yox amma gərək hər namazda dəstəmaz alasan. Xahiş edirəm açıqlama verin.
Cavab:
Və aleykum Salam. Bəzi qadınlarda şəhvət hissi olmadan da müəyyən axıntı olur və bu, dəstəmazı pozur. Amma bu maye təmiz olduğuna görə onu paltardan təmizləməyə də bilərsiniz. Daha ətraflı:  
ardını oxu
22-11-2017 Selin
usdumde 1 nece qusul varsa men nece qusl almaliyam.ve insanjn nifaz halinda olmasi quslu varmi o nece alinir hemcinin.men hem cenabet hem nifaz quslunu bir yerde nece almaliyam.bundan qabag yazdigim suala cvb yazmadiniz.xais edirem onuda cavablandirasiz
Cavab:
Salam aleykum. Boynunda nifas qüslu ilə cənabət qüslu olan qadının bir dəfə nifas qüslu alması kifayətdir. Nifas və heyz qüslunda, saçlar tam islanmalı və hörüklər varsa, açılaraq yuyulmalıdır. Cənabət qüslunda isə hörükləri açmağa ehtiyac yoxdur. Saçların dibinin islanması kifayətdir.
ardını oxu
22-11-2017
Salam.men namaza bawlamaq isteyirem.amma qaynanamla daniwmiram.mene cox deyib dolawib.ozum de kinli insanam.bilmek isteyirem bu mene gunah yazilar? Namazim qebul olar?bir de Namaza bawlamazdan evvel deyilen qurbanlar nezirler verilmelidi?
Cavab:
Va aleykum Salam.
ardını oxu
22-11-2017 Sevda
Salam.men daha evvelde sual vermisdim.oglum rehmete getmisdi 3 yas yarimda.xerceng xestesi idi.men onu her defe ziyarete getdikde o meni gorur?hiss edir?yeniki o getdikden sonra darixir orda?qebrde usuyur?biz bilmeden bizi gormeye gelir?men evvel tez tez gedirdim qebr ustune.ama artig gec gedirem be
Cavab:
Va aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah buyurur: "Mən mömin qulumun sevdiyi yaxın adamının canını alsam, sonra o buna (səbir edib axirətdə əvəzini alaca­ğına) ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar". (əl-Buxari,
ardını oxu
21-11-2017
Salam.sizden cox xahis edirem menim sualimi cavablandirasiz indiden tesekkurler.usaqlarimin qan analizinin cavabini gozluyurduk mirmohsun aganin ziyaretgahina getmisdik orada agliyirdim ve qorxurdum ki pis netice ola biler ve men orda dedim ki analizlerin cavabi temiz olsun men namaz qilacam .ve suk
Cavab:
Va aleykum Salam. Pirlərə getmək, orada dua etmək, nəzir demək, qurban kəsmək, onlardan yardım istəmək və s. ibadətləri onlara sərf etmək Allaha şərik qoşmaqdır. Bu isə ən böyük günahdır. Nəzirə gəlincə isə namaz qılmaq kimi fərz əməlləri nəzir etmək olmaz.
ardını oxu
21-11-2017 Anonima
Salam Aləykum və rahmətullah. Cənnət qadınının huridən üstün olması haqqındakı hədis səhihdirmi?
Cavab:

Va aleykumus-Sələm və rahmətullahi va bərakətuhu. Bu haqda səhih hədisin mövcud olması haqda məlumatımız yoxdur. Lakin bu haqda İslam alimləri belə demişlər: "Dünya qadınlarından cənnətə girənlər hurilərdən də xeyirli olacaqlar və bu vəsf hətta onların zahiri görkəmlərinə də aid olacaq.

ardını oxu
21-11-2017
Salam.1ci sualım budur ki,bir yerdə oxumuşdum heyz olub bitdikdən sonra orucluydunsa onun qəzasi tutulur amma buraxılan namazların qəzası qılınmır.Düzdümü bu? 2ci sualım budur ki,həyat yoldaşımı çox sevirəmsə cənnətdə onunla olmağı dilərəmsə,hər gün dua edərəmsə olarmı?.Allah o biri dünyada huriler
Cavab:
Va aleykum Salam.
ardını oxu
21-11-2017
Salam.Yeni dırnaq boyaları istehsal olunub, bu dırnaq boyaları havanı ve su buxarını keçirdir, yeni destemaz ve qüsl almağa əngəl deyil. Bu dırnaq boyasından istifadə eləmək olar?
Cavab:
Va aleykum Salam. Əgər dırnaq boyası su keçirirsə, onunla dəstəmaz və ya qüsl almaq olar. Həmçinin oxuyun:
Namaz qılan qadına dırnaqlara lak vurmaq olarmı?
ardını oxu
21-11-2017 Elçin
Salam aleykum. Xahiş edirəm İsra sürəsi 71 ayə barədə açıqlama verəsiz. O gün bütün insanlar öz imamları ilə birlikdə çağrılacaqlar. Burada söhbət kimdən gedir, yəni imamlar dedikdə kimlər nəzərdə tutulur?
Cavab:

Va aleykum Salam. Uca Allah buyurur: "O gün bütün insanları öz başçıları ilə birlikdə çağıracağıq. (O zaman) kitabı sağ əlinə verilən kimsələr öz kitablarını (sevinclə) oxuyacaq və onlara xurma çəyirdəyindəki tel qədər zülm edilməyəcəkdir". (əl-İsra, 71).

ardını oxu
21-11-2017 Faiq
Salam aleykum mənim bir iş olur fikrimdən cıxmır butunu gün başımdan çıxmır mən ne ede bilerem
Cavab:

Salam aleykum. Çalışın bu fikirləri dayandırın, fikrinizi başqa işlərə yönəldin və işlərinizi Allaha həvalə edin.

ardını oxu
21-11-2017
Salam Aleykume.Men bezi sozleri demeyeceyime gore tovbe etmisem.Ama ya ureyimde deyirem ya da seytan dedizdirir.Men bezu sozleri demeye tovbe etmisem ve bu cox cetindi.Tez tez gunaha batiram ona gore.Eger men ALLAHİMA soze gore tovbe elediyim ucun uzr istesem ve birde soze gore tovbe elemeyecyimi de
Cavab:
Va aleykum Salam. İnsan ağlına gələn fikirlərə əməl etmədikcə günah qazanmır. Pis fikirlər şeytanın vəsvəsəsidir.
ardını oxu
20-11-2017
Salam Aleykum.Menim anam men kiçik olarken başqa biri ile aile qurub ögey atanın mehrem oldugunu bilirəm,bəs ögey əmilerim necə mənə məhrəmdirlərmi?hicabsız yanlarında gəzmək olarmı?
Cavab:

Va aleykum Salam. Bəli, ögey ata məhrəm sayılır, lakin ögey atanızın qardaşları, yəni ögey əmiləriniz naməhrəmdir və onların yanında hicabsız gəzmək olmaz. Həmçinin oxuyun:

Naməhrəm və məhrəmlər haqda

ardını oxu
20-11-2017
Assalamu alrykum.Peygember sallallahu aleyhi ve sellem kebin kesende dua oxuyur. O duanin deyilisini yaza bilersiz?
Cavab:

Va aleykum Salam. Bu dua "Xutbətul-Hacəh" adlanır. Daha ətraflı: Xutbətul Hacə duası

ardını oxu
20-11-2017 Musa
Salam, Qaraçuxa haqqında sual vermek isteyirem ne demekdir ve meleymidir
Cavab:

Va aleykum Salam. Xeyr, "qaraçuxa" mələk deyil. Daha ətraflı bu cavabı oxuyun: El arasında Qaraçuxa deyilən kimdir? 

ardını oxu
19-11-2017
Salam Alekum. Bir qadin birini sevirse ve hemen sevilen kisi qadini sevmirse hansi duani oxumalidir
Cavab:

Va aleykum Salam. Dinimizdə sevgi üçün xüsusi bir dua yoxdur. Kişinin qadını və qadının da kişini sevməsi qəlb məsələsidir. Siz Uca Allaha dua edin ki, sizə xeyirli olanı nəsib etsin. Bundan əlavə istixarə də edə bilərsiniz. Daha ətraflı: 

ardını oxu
19-11-2017
salam usaga istediyi ad vermek ucun hansi dua edilmelidi
Cavab:
Va aleykum Salam. İslamda uşağa ad verərkən hər hansı bir duanın edilməsi buyurulmayıb. Əsas şərt odur ki, qoyulan adların mənası pis olmasın. Həmçinin oxuyun:
Uşağa ad qoymaq barədə
ardını oxu
19-11-2017
Salam əleykim. 3 gün bundan qabaq 18 yaşlı dostum qhamamda qazdan bogulub rəhmətə getdi. Mən bir türk kanalında esitmisdim ki əgər Allahdan gələn bir hadisə ilə dünyasın dəyişərsə o şəhid sayılır və cənnətinə qəbul edir.Sizcə elədimi ? Çox xaiş edirəm sualımı cavablandırardız. Xaiş edirəm.
Cavab:
Va aleykum Salam. İslamda şəhidliyin növləri arasında suda boğularaq dünyasını dəyişən müsəlmanların şəhid olması haqda səhih hədislər var. Lakin qazdan boğulmağın buna aid edilib-edilməməsi haqda məlumatımz yoxdur. Daha ətraflı:
ardını oxu
19-11-2017
Salam.Mənim işimlə əlaqədar olaraq zöhr və əsr namazlarını qıla bilmirəm vaxtından əvvəl da qılmaq günahdır bildiyimə görə.Sadəcə sübh ,axşam və işa namazlarını qılıram.2 namazı qılmamaq günahdırmı?
Cavab:
Va aleykum Salam. Heç bir halda fərz namazlardan biri olsa belə tərk etmək və ya qəzaya buraxmaq olmaz, çünki bu böyük günahlardan sayılır.
ardını oxu
19-11-2017 Gulnar Alıyeva
Salam, men her gun namazı vaxtında qıla bılmırem. Namazı birleşdırmek nece olur Ve en esas sualım budur kı, namazı bırlesdırerken evvelde ne deyilir?
Cavab:
Va aleykum Salam. Namazları iki halda birləşdirmək olar. Birinci hal səfərdə olarkən, ikinci hal isə zərurət halıdır.
ardını oxu
19-11-2017 Vüqar
Salam mənim sizə sualım tatuaj ilə bağlı olacaqdı. Xına ilə edilən tatuaj dəstəmaza və qüsla maneədirmi?
Cavab:
Va aleykum Salam. Xına dərinin üzərindən suyun keçməsinə mane olmadığına görə qadınların xına ilə əllərinə müəyyən naxışlar çəkməsi dəstəmaz və ya qüsl almağa maneə deyil. Həmçinin oxuyun:
ardını oxu
19-11-2017 Şahin
Salam aleykum və rəhmətulahu və bərəkətu qurani kərimdə neçə çür namaz qılmağ buyrulub
Cavab:
Va aleykumus-Sələm və rahmətullahi va bərakətuhu. Qurani-Kərimdə fərz namazlar, bəzi nafilə, bayram və digər namazlar haqda ayələr var.
ardını oxu
19-11-2017
meherremlik ayinda ev satib teze eve kocmek olar.?
Cavab:
Salam aleykum. Məhərrəm ayında da digər aylardakı kimi ev alıb-satmaq, evə köçmək, toy eləmək, halal ticarət eləmək və s. olar. Bunu qadağan edən hər hansı bir səhih şəri dəlil yoxdur. Hər hansı bir ayın, günün və ya başqa bir şeyin uğursuz olması haqq deyil.
ardını oxu
19-11-2017 Elvin
salam men kebinli bir qadinla yawayiram Namaz qilmaq isteyirem qadin bowanmiwdi uwaqlarida gizlin yawayiriq onun ailesi bilir menim ailem bilmir bu gunahdir bele yawamaq Namaza bawlasam cinsi elaqe olsam gunah sayilacaq
Cavab:
Va aleykum Salam. Dul və ya boşanmış uşaqlı qadınla evlənmək qadağan deyil. Ancaq qadın istər bakirə, istər boşanmış, istərsə də dul olsun, vəlisinin (atası, olmasa qardaşı, olmasa əmisi və s.) icazəsi olmadan ərə gedə bilməz.
ardını oxu
19-11-2017 Aygun
salam sulaim beledi ki namaz qilan bir insan daha sonra namazi buraxir yeniki qilmir o obiri dunyada cezalanacaqdir?cvblandirin xahw edirem
Cavab:
Va aleykum Salam. Namazı tərk etmək böyük günahdır, lakin namazı tərk etmək əksər hallarda insanın düşdüyü mühitdən və imanın zəifliyindən irəli gəlir. Ona görə namaz qılan kəs imanını artıracaq və dinində sabit qalacaq səbəblərdən tutunmalıdır.
ardını oxu
19-11-2017 Samir
As salamun Aleykum.Menim maasim 600-1000 azn arsi deyisir.Bu maasin zekatin nece hesablamaq lazimdir?
Cavab:
Va aleykum Salam. Zəkat - 595 qram gümüş və ya 85 qram qızıl və ya bu miqdardan çox olan, ən azı bir il azalmamaq şərtilə yatan və ya dövriyyədə olan pula görə kasıblara paylanılan məbləğdir. Bu da malın 2.5 faizi və ya qırxda biri qədər pul edir.
ardını oxu
18-11-2017
zina etdikdən sonra peşman olub dinə qayıtdıqdan sonra hicab bağlamaq günahdırmı
Cavab:
Va aleykum Salam. Hicab bağlamaq vacib və savab əməldir. Allahın tövbə qapıları hər kəsin üzünə açıqdır.
ardını oxu
18-11-2017
Salam mənim solım o imkanlı insan menen el çekmrse neynemeliyem meni her görende deyirse yataq nə vaxta kimi yox diye bilerem əl çekmir o menimi nece isdiyirmi məni o insan yoxsa kef üçünmü edir mən quran açtrdım bu veziyetmi danşdım qurandada çıxdkı əl çəkən döylü o imkanlı insan menen bir yol görs
Cavab:
Və aleykum Salam. Siz zina etdiyinizə görə tövbə edin və bir daha bu günaha qayıtmayın. Çalışın ki, o insanla heç bir əlaqə saxlamayasınız. Həmçinin oxuyun:
Zina və ondan necə qorunmaq haqqında
ardını oxu
18-11-2017 Hüseyn Məmmədzadə
Salam aleykum. Menim yoldaşım namaz qılırdı ancaq indi daha qılmaq istemir. Deyir ki vaxtında qila bilmirem, qeza yığılır ve yorğun oluram deye qilmaq istemirem. Men ne qeder desemde deyir meni mecbur eleme. Zehmet olmasa mene deyerdiz nece onu namaza qaytarım.
Cavab:
Va aleykum Salam. İslam dini asan dindir. Uca Allah namazı asanlaşdırmışdır. Daha ətraflı:
Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?
ardını oxu
17-11-2017
Salam. İndidən təşəkkür edirəm. Mənim sizə bir sualım var? Men namaz qılıram. 15 yaşım var. Ve elbetdeki hazirlıqlarada gedirem birden olur ki çatdıra bilmirem və təkcə fərz namazlarını qılıram buna göre heç nə olmazki?
Cavab:

Və aleykum Salam. Bu vəsvəslərə fikir verməyin. Uca Allahın vacib buyurduğu namazlar, gündəlik beş vaxt fərz namazlarıdır.

ardını oxu
17-11-2017 Qafar
Essalamualeykum men 8 ile yaxindi ki Evliyem evladim olmur ve hekimler oz bedeninde suni mayalama meslehet gorur bunu etdirmek olarmi ?
Cavab:

Va aleykum Salam. Qadın yalnız ərinin spermasından süni mayalanma etdirə bilər. Başqasının spermasından istifadə edərək mayalanmaq isə zina sayılır. Daha ətraflı:

Süni mayalanma etmək olarmı?

ardını oxu
17-11-2017
Salam Aleykum.Destemaz aldiqdan sonra namehrame bilmeyerekden toxunduqda destemaz pozulurmu?Ve ya bilerek yaxudda marsutda mecbur qalaraq ve ya qohumlarla gorusdukde. Cox xahis edirem etrafli cavablandirasuz. Evvelceden tesekkur edirem. Allah razi olsun sizden.
Cavab:
Va aleykum Salam. Bilərəkdən və ya bilməyərəkdən naməhrəmə toxunmaq və ya onunla danışmaq dəstəmazı pozmur. Həmçinin oxuyun:
Dəstəmazı pozan amillər 
ardını oxu
17-11-2017 Samil
Salam.Uzun bir yolu 8 saat piyada gedb Bibiheybeti ziyarete getmek isteyirem.Bilmek isterdim bunun savabi varmi?
Cavab:

Və aleykum Salam. Pirlərə getmək günahdır. Belə yerlərə nə piyada, nə də maşınla getmək olmaz. Daha ətraflı: Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?

ardını oxu
15-11-2017 salam
Salam.Qeybet etmekden nece cekinmek olar? Meherremlik ayinda sac kesdirmek olar? EVVELCEDRN TESEKKURLER.
Cavab:
Va aleykum Salam.
1. Bu cavabları oxuyun:
Qeybət etməkdən necə xilas ola bilərəm?
ardını oxu
15-11-2017
Salam aleykum.Men evliyem heyat yoldaşımla arxadan öz rzası ile olsam günahmıdır?Zehmet olmazsa cavab yazardınız.Teşekkürler.
Cavab:
Va aleykum Salam. Dinimizdə qadınla onun razılığı olsa da belə, arxadan cinsi əlaqəyə girmək haramdır. Hər kim Uca Allahın haram buyurduğu bu əməlli edərsə, tövbə etməlidir. Daha ətraflı:
ardını oxu
15-11-2017 Sevda
Salam aleykum. Müsəlman qadın ərinin qardaşı oğulları və bacısı oğulları yanında hicabını aça bilər? Bu sualı kimə versəm deyirki aça bilər, ama mənə dəlil lazımdır bu mövzu barədə. Çünki əmin ola bilmirəm. Siz bunu mənə dəqiqliklə dəlili ilə açıqlasız sevinərəm.
Cavab:

Və aleykum Salam. Qadın ərinin qardaşı oğlanları və ərinin bacısı oğlanları qarşısında hicabını aça bilməz, çünki onlar naməhrəm sayılır. Həmçinin oxuyun:

Kimlərin yanında hicabı açmaq olar? (Məhrəm və naməhrəm kimlərdir?)

ardını oxu
15-11-2017 Ruslan
Salam bir sual verim zəhmət olmasa cavab verərdiz! Bir qadin hamilədirsə ona cinsin münasibət üçün yaxınlaşmaq olmaz. Və bu təxmini 4-5 ay cəkir bəs bu müddətdə kişi özünü necə saxlasin zinada olmaz bəs masturbasiya necə olar?
Cavab:
Və aleykum Salam. Hamilə qadınla ərinin yaxınlıq etməsi qadağan deyil. Amma həkim hamiləlik dövründə qadının əri ilə yaxınlıq etməsinin zərərli olacağını deyərsə, səbir etməlisiniz. Həmçinin oxuyun: 
ardını oxu
15-11-2017
Salam aileliem 1 oğlumda var yoldaşım evvel istediyi qıznan danışır hemin qızda ailelidi onunda bir oğlu var bu ne qeder duzgundu
Cavab:
Va aleykum Salam. İstər evli, istərsə də subay olsun, heç bir üzürlü səbəb olmadan naməhrəmlərlə danışmaq haramdır. Daha ətraflı:
ardını oxu
15-11-2017 nmn
Salam.Eger bedenden çixan qan sonradan dərinin üstünde qalib quruyubsa bu halda namaz qılmaq olar?
Cavab:
Va aleykum Salam. Qan murdar deyil. Onun üstünüzdə qalması namazı batil etmir, amma bu qan ləkəsini təmizləmək lazımdır. Əgər paltarda və ya bədəndə qan ləkəsi varsa, bacardığınız qədər təmizləyin. Ancaq təmizləyə bilmədiyiniz ləkələrin sizin dəstəmaza və ya namaza təsiri yoxdur.
ardını oxu
15-11-2017 nezrin
Rehmete geden insancun hansi süre oxunmalidir ki obiri dünyada yeri rahat olsun. Xahiw edirem sualima cavab verin
Cavab:
Salam aleykum. Dünyasını dəyişən müsəlman üçün Quran surələrini oxumaq buyurulmamışdır. Ölən insanın bağışlanması üçün Allaha dua etmək lazımdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) də onun zamanında vəfat etmiş müsəlmanların bağışlanması üçün dua etmişdir.
ardını oxu
15-11-2017
usaga babasinin adi qoymaq ne derecede dogrudu anasi istemirse qoymaq
Cavab:
Salam aleykum. Əgər babasının adı dinə zidd, mənası pis deyilsə, onda həmin adı uşağa qoymaqda bir maneə yoxdur.
ardını oxu
15-11-2017
Olü yiyəsinə allah atanıza (ananıza), ya atanızı(ananızı) rəhmət etsin demək lazımdır???
Cavab:

Salam aleykum. Ölən hər bir müsəlman üçün "Allah rəhmət eləsin" şəklində dua etmək və övladlarına başsağlığı vermək olar. Bu, duadır və belə deməkdə heç bir qadağa yoxdur. Hətta başına müsibət gələn müsəlmana təsəlli vermək savabdır.

ardını oxu

Pages