04-11-2017 Muselman
As Salamu Aleykum. Qadın üçün naməhrəmlər kimlərdir? Məsələn bacı və qardaş nəvələri məhrəmdir yoxsa yox.
Cavab:

Və aleykum Salam. Bacı və qardaş nəvələri məhrəm sayılırlar. Həmçinin oxuyun: Məhrəm və naməhrəm kimlərdir?

ardını oxu
04-11-2017 rufa
Salam.11yaşında bir uşaq suda boğularaq ölmüşdür.həmən uşağın o biri dünyada yeri haradır? və həmən uşağın valideynləri öldükdən sonra onu görə biləcəklərmi?əvvəlcədən Təşəkkür
Cavab:
ardını oxu
04-11-2017 Muro
salam aleyke . anamin xalasi ve nenemin xalasi mene meherem sayilir ?
Cavab:

Və aleykum Salam. Ananın və nənənin xalası sizə məhrəm sayılır. Həmçinin oxuyun: Məhrəm və naməhrəm kimlərdir?

ardını oxu
04-11-2017 Bilənən
Cinsi əlaqdən sonra destnçaz alib namaz qila bilərəmi??
Cavab:
Salam aleykum. Cinsi əlaqədən sonra qüsl alınmalıdır. Qüsl almadan dəstəmaz almaq düzgün deyil və belə namaz batildir. Əgər qüsl almağa imkan yoxdursa, təyəmmüm alıb namazları qıla bilərsiniz. Daha ətraflı:
ardını oxu
04-11-2017
Salamun eleykum size bir sualim var cox istediyim biri qelbimi qirdi ve men ona bed dua etdim ama indi pesmanam o bedduanin qebul olmamasi ucun xususi bir dua varmi?evvelceden cox sagolun
Cavab:

Və aleykum Salam. Bunun üçün xüsusi bir dua yoxdur. Lakin siz həmin insan üçün Allahdan xeyir diləyin, çünki Uca Allah xeyir duanı daha tez qəbul edir. O buyurur: "Əgər Allah insanlara istədikləri xeyri tez verdiyi kimi, şəri də tez versəydi, əlbəttə, onların əcəli çatmış olardı.

ardını oxu
04-11-2017 ayselden
Bir oglana ustunde agirliq var Quran oxuya bilmirem deyib bir xanim molla bu ne demekdir
Cavab:
Salam aleykum. Bu kimi şeylər xurafatdır. Din adından sui-istifadə edən bəzi mollalar insanların dini savadsızlığından istifadə edərək bu cür batil əməllərlə camaatı aldadırlar.
ardını oxu
03-11-2017 Konul
Salam aleykum. Mənim sualım zəkatla bağlıdır. Qardaş atanın evini (özü də həmin evdə olur) banka girov qoyub kredit götürüb və krediti ödəyə bilmir.
Cavab:

Və aleykum Salam. Kredit götürmək haramdır, belə vəziyyətə düşməmək üçün kredit götürməkdən çəkinmək lazımdır. Ata-anaya yardım etmək vacibdir, lakin onlara zəkat düşmür. Ona görə də ata-anasına yardım etsin.

ardını oxu
03-11-2017 şərafət
Ərıi qafin isdəyərsə onunla sigə etmək olar?
Cavab:

Salam aleykum. Nə ərli qadınla, nə də boşanmış qadınla siğə etmək olmaz, bu əməl zina sayılır. Daha ətraflı:

Siğə haqqında 

ardını oxu
03-11-2017 huvellahu ehed
esselamu eleykum rehmetullah menim sualım bundan ibaretdir bir şexs livat edibse onun hökmü neden ibaretdir çünki hedislerde varki bir şexs imam eli (e) deyir livat etmişem imam buyururki ya uca qayadan atılmalıdı yada yandrılmalıdı
Cavab:
Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. Lut qövmünün əməlini edən böyük günah qazanır və Allahın lənətinə düçar olur.
ardını oxu
03-11-2017 Aslan
Salam men 2 ildir ki ailem daqilib ve bu gun evde yastiqin icinden iyne tapmiwam iynenin ucunda hansisa heyvanin tuku var .
Cavab:
ardını oxu
31-10-2017 baxicidan
Dua isteyirem sirinlik duasi
Cavab:
Salam aleykum. Şirinlik duası yazdırmaq sehrin bir növü sayılır və haramdır. Mollaya dua yazdırmaq əvəzinə, əl açıb Allaha yalvarmaq və duaların qəbul olunması üçün şəriətdə göstərilən üsullardan istifadə etmək lazımdır. Daha ətraflı: 
ardını oxu
31-10-2017 Məhəmməd
Salam.Yetim uşağı saxlayıb,böyütmək nə dərəcədə savabdır?
Cavab:

Və aleykum Salam. Yetimlərə himayədarlıq etməyin nə dərəcədə üstün bir əməl olduğunu bilmək üçün iki hədis qeyd etmək kifayətdir.

ardını oxu
31-10-2017 Abu Zeyd
Salam aleykum rahmatullahi və bərəkətuhu. Allah elminizə bərəkət versin.Allah sizi xeyirlə mükafatlandırsın. Sualım belədir. 1. Ər arvad arasında cinsi münasibətdə boşalma olmasa, qüsl pozulurmu? Kişi və qadına qüsl almağa ehtiyac olurmu? 2.
Cavab:

Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu.

ardını oxu
31-10-2017 Sebine
Salam.men niye heyz olanda namaz qila bilmerem? Bunu Quranda emr olunmus aye varmidir?niye 1 ayin 7 gunu men namazdan mehrum oluram.yeni bele gunlerde men Allah secde etmeye layiq deyilmiyem.
Cavab:

Və aleykum Salam. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qadınlara heyz vaxtı namaz qılmağın qadağan olduğunu bildirmişdir. Amma bu vaxt Allahı zikr etmək, dua etmək, əzbərdən Quran oxumaq və digər xeyirli əməllərlə Allahın razılığını qazanmağa çalışmaq qadağan deyil.

ardını oxu
31-10-2017
Salam Aleykum.Nerdi yalniz heyat yoldasim ile oynaya bileremmi?bu barede oxumusdum turk saytinda heyat yoldasi cixmaq serti ile haram oldugu
Cavab:

Və aleykum Salm. Nərd oynamaq qadağası ümumidir və həyat yoldaşı ilə oynamağın icazəli olmasını bildirən səhih dəlil yoxdur. Daha ətraflı: Nərd oynamaq günahdır?

ardını oxu
31-10-2017
Salam Aleykum.İslam dinində rəqəmlərin muqəddəsliyi varmi.Məsələn 4 yaxud 7 rəqəminin hansi özəlliyi var? Ətrafli cavablariniza gorə cox təşəkkur edirəm
Cavab:

Və aleykum Salam. Hansısa bir rəqəmin müqəddəs olmasına, rəqəmlərin bəzilərinin uğurlu, digərinin uğursuz olmasına inanmaq günahdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ən yaxşısı xeyrə yozmaqdır. Uğursuzluq düşüncəsi heç bir müsəlmanı yolundan ayırmasın!

ardını oxu
31-10-2017 Gulya
Salam Aleykum. Men 1 ilden coxdurki erimden ayrilmiwam. 2 elave uwaq ustune kocmuwdum. 1ilden artiq erde qaldim erimle cox gozel munasibetim vardi qaynanam qaynim baldizim sebeb olaraq ayrildiq mene erim helede seni bowadim demeyib 1 oglum var. Erim anasinin sozuyle mene nalayiqvkelmeler iwledib.
Cavab:
Və aleykum Salam. Qəsdən ailənin dağılmasına səbəb olmaq böyük günahlardandır. Qiyamət günü sizə qarşı bunu edənlərdən öz haqqınızı ala biləcəksiniz. Əgər əriniz sizə boşamaqla bağlı heç nə deməyibsə, ayrı yaşamağınıza baxmayaraq siz hələ boşanmış sayılmırsınız.
ardını oxu
31-10-2017 Fuad
Salam Aleykum. Bilmək istəyirdim ki, kişilər hamamda, hovuzda, ya da dənizdə bir yerdə olduqda mütləq dizdən aşağı şortik geyinməlidirlərmi ? Yəni kişilərin də öz aralarında dizdən yuxarı şortik, daha dogrusu plafki geyinmələri caizdirmi ?
Cavab:

Və aleykum Salam. Kişinin başqa kişilərin yanında həddindən artıq dar və əzaları bildirən çimərlik geyimində olması icazəli deyil. Amma dizdən biraz yuxarı şort geyinmək icazəlidir, çünki dizə qədər örtünmə ilə bağlı hədislər zəifdir.

ardını oxu
31-10-2017 Medine
Salam aleykum Peygembemiz (s.a.v)-in usaq vaxtti qelbinin melekler terefinden yuyulmasi hadisesi duzdu? Yoxsa revayetdir?
Cavab:

Və aleykum Salam.

ardını oxu
28-10-2017 Fidan
Dırnaq uzatmaq günah sayılır?
Cavab:

Salam aleykum. Dırnaq uzatmaq fitrətə (yaradılışa) ziddir, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dırnaqları müəyyən vaxtdan bir tutmağı buyurmuşdur.

ardını oxu
28-10-2017 Samir Necefov
üreyin ağrısını sakitleşdiren aye
Cavab:

Salam aleykum. Ağrını kəsmək üçün xüsusi bir ayə yoxdur, lakin ümumən Quran oxumaq və ya dinləmək möminlərə şəfadır. Uca Allah buyurur: "Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır!" (ər-Ra'd, 28).

ardını oxu
28-10-2017 Gulnare
Salam.men iki aydi namaz qiliram bu gun ilk defedirki subh namazina qalxa bilmemişem yatib qalmisam ama yenede qeza olaraq qildim gec idi gunes cixmisdi bu dogru sayilirmi xahis edrem cavablandirin cox narahatam.
Cavab:

Və aleykum Salam. Bəli, siz düz etmisiniz. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kim bir namazı unudar, yaxud yatıb qalarsa onun kəffarəsi yadına düşən kimi namazı qılmaqdır". (Muslim, 684).

ardını oxu
28-10-2017 vusale
salam vefat eden adama 1) nece dua edim.ne ede bilerem.2)vefat eden adama hediyye namazi qilmaq olarmi.
Cavab:
Və aleykum Salam. Vəfat edən insan müsəlmandırsa, onun üçün Allahdan bağışlanma diləmək, həmçinin onun əvəzinə bəzi xeyirli əməllər etmək olar, amma vəfat edən insanın yerinə namaz qılmaq qaydası bidətdir və bu haqda heç bir dini məlumat yoxdur. Daha ətraflı: 
ardını oxu
28-10-2017
Salam əleyküm Biz anamla dünən birlikdə Xuftən namazını qılanda məlum olduki anam şamı qılmayıb dedim ki eybi olmaz namazları birləşdirib qılmağa icazə var bunu məhz bu saytda oxudum ki şamla xüftən namazlarını birləsdirəndə həm şam həm də xüftən namazının vaxtında qılına bilər Lakin anam xüftən nam
Cavab:

Və aleykum Salam. Namazları birləşdirmək yalnız zəruri hallara və səfərdə olduğunuz vaxtlara aiddir, digər hallarda isə namazları birləşdirmək icazəli deyil. Namazı qılmaq yaddan çıxıbsa, birinci qılınmayan namazın qəzasını qılmaq lazımdır.

ardını oxu
28-10-2017 ALLAHIN GÜNAHKAR BƏNDƏSİ
Salam eleykum.Mən İnşəallah sentyabrın 1dən universitet hazırlıqlarına başlayacam Əvvəl məktəbdən gələndə vaxtım olurdu deyə namazlarımı vaxtında qılırdım yay tətilidi deyə indi də hər namazı vaxtında qılıram Əlhəmdüllah Lakin hazırlığa gedecəyim müddətdə çatdıra bilməyəcəyimdən qorxuram hazırlığım
Cavab:
Və aleykum Salam. Mümkün qədər aradakı fasilə vaxtlarından istifadə edərək namazları vaxtında qılmağa çalışın, ayaq üstə qılmaq mümkün olmadıqda oturaraq da namazı qıla bilərsiniz. Bu mümkün olmasa, namazları birləşdirə bilərsiniz.
ardını oxu
28-10-2017 Fatime
Salam aleykum sevdiyin insana ureyim, canim, heyatim demek gunahdirmi?
Cavab:

Və aleykum Salam. Sevdiyiniz insan dedikdə ərinizi və ya yaxınlarınızı nəzərdə tutursunuzsa, bu sözləri deməyə qadağa yoxdur, əksinə, mehribanlığın artmasına səbəbdir.

ardını oxu
28-10-2017
Salam destemazi bu cure almaq olarmi niyet etdikden sonra agiza buruna 3defe su alib sonra butun bedeni yuyulsa basi yumamaq destamaz kecerli olarmi
Cavab:

Və aleykum Salam. Bu cür dəstəmaz almaq düzgün deyil, çünki dəstəmazda əzaların yuyulmasının ardıcıllığı var. Cənabət qüslu aldıqda isə dəstəmaz almış sayılırsınız. Daha ətraflı:

Düzgün dəstəmaz necə alınır?

ardını oxu
28-10-2017 .
Esalam eleykum bir sualim var men kunahlarma tobe edib hicaba girmiwdim nazada bawlamiwdim muyen sebeblere gore bawmi acdim ve namazmida saxladim gunah iwletmiwem ozde cox indi pewmanam tobe etsem bagiwlanarami
Cavab:
Və aleykum Salam. Sadaladığınız böyük günahlardan tövbə edərək çəkinin, imanınızı artırmağa çalışın və Allahın rəhmətindən ümidinizi üzməyin. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin.
ardını oxu
28-10-2017
namazi bilmeyerekden vaxtindan tez qilmisam ne etmeliyem
Cavab:

Salam aleykum. Uca Allah buyurur: "Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisa, 103). Heç bir səbəb olmadan vaxtından qabaq qılınan namaz batildir. Bu namaz yenidən və vaxtında qılınmalıdır.

ardını oxu
28-10-2017 Zaur
Insanin adini deyiwmesi?
Cavab:

Salam aleykum. Küfr və şirk bildirən adları dəyişdirmək vacibdir. Digər hallarda isə ehtiyac varsa, ad dəyişdirməyə qadağa yoxdur. Həmçinin oxuyun:

Oğlumun adı Romandır, bu adı dəyişmək lazımdırmı?

ardını oxu
28-10-2017 Asif
Bacı ilə qardaşın həddi büluq yaşına çatdıqdan sonra eyni otaqda yatması nə səbəbə düzgün deyil? Şərii bir hökm varmı buna aid?
Cavab:

Salam aleykum. Həddi-büluğ yaşına çatmış bacı və qardaşın bir otaqda yatması icazəli deyil, çünki onlar yetkin insanlardırlar və bir-birilərinin görməsi icazəli olmayan hallarını görə bilərlər.

ardını oxu
26-10-2017 Gülnarə
Salam aleykum. Meyidə əl vuran meyid qüsulu almalıdırmı?
Cavab:

Va aleykum Salam. Meyitə toxunanda qüsl almaq vacib yox, bəyənilən əməldir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim ölü yuyarsa özü də yuyunsun". (İbn Məcəh, 1159, 1463). Həmçinin oxuyun:

ardını oxu
26-10-2017 Leyla
salam aleykum men mualice aldığım ucun hekim mene 3cur sam yazib .Men hemin samlardan istifade edib yuyunub destamaz alib namaz qiliram .Ancan namaz qildiqdan sonra bedeninden mayeile birlikte azaciq samin yaxintisi gelir bu halda ne etmeliyem namazim batil olur goresen?Artiq iki gündü baslamisam ey
Cavab:

Va aleykum Salam. Müalicəvi şamlardan istifadə etmək və onlardan axıb gələn maye nə dəstəmazı, nə də qüslu pozmur. Daha ətraflı:

ardını oxu
26-10-2017 ...
menim 14 yawim var alt paltarimda ag sperma olur onda men ne qusulu alim el bir sekilde Qurana el vura bilerem namaz qila bilerem.zehmet olmasa cavab verin
Cavab:
Salam aleykum. Əvvəlcə bunun məni (sperma), yoxsa məzi olduğunu müəyyənləşdirin, çünki məzi qüslu pozmur və az miqdarda olur. Məni isə şəhvət hissi ilə xaric olur və miqdarı çox olur. Məni ifraz olunduqda cənabət qüslu almaq lazımdır. Alt paltara məzi dəydikdə, qüsl almağa ehtiyac yoxdur.
ardını oxu
26-10-2017
1.salam.bakire olmayan qizla evlenmek gunahdir?
Cavab:
Salam aleykum. Dul qadınla evlənməyə heç bir qadağa yoxdur, amma bakirə qızla evlənmək daha yaxşıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bakirə qızla evlənin. Onlar xasiyyətcə yumşaq, şirindil, hiylə və yalandan daha çox uzaq və azla kifayətlənən olurlar".
ardını oxu
26-10-2017 ............
Salam aleykum.cox cox uzr isfeyirem sualima gore men cox boyuk gunah etdim.Namaz qilan hicabli qadinam.lakin yoldawimin xeyanetinden sonra mende zina etdim.ve cox cox pewmanam.tovbe etmiwem Lakin cox ezab cekirem kaw etmeyeydim deye.tez tez uz uzu gelirik.cox qorxuram kimese deyer.aciga awkara cix
Cavab:
Və aleykum Salam. Zina etmək böyük günahlardan olub qəbir əzabına və Cəhənnəm əzabına aparır.
ardını oxu
26-10-2017 A...
Salam aleykum.menim bir sehvim olub tanimadiqim birine nomre vermiwem ama cox yaxwi insan idi sadece sevmiwem sevgiden iwden aileden bawqa hecne daniwmamiwiq meni o oglanla daniwmaqim gunah sayirilir?Anam dedi telefonla cox oynayirsan birden kimlese daniwmiw olarsan ha sonra bizi biabir etme mende d
Cavab:
Və aleykum Salam. Yaxşı və ya pis insan olmasından asılı olmayaraq naməhrəmlə canlı, telefonda və ya internetdə söhbət etmək günahdır və həlakedici günah olan zinaya aparır.
ardını oxu
26-10-2017
Qadinan gelen ifrazat qusulu pozur ve buna gore mualice alinan zaman namazida davam edire bilerem ama ifrazat gelir her saatda
Cavab:
Salam aleykum. İfrazatın tez-tez gəlməsi qüslu yox, dəstəmazı pozduğu üçün bu hal baş verdikdə yalnız dəstəmaz almaq kifayətdir. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: "Məndən çoxlu məzi ifraz olunurdu.
ardını oxu
20-10-2017 Nergiz
Salam men ozum namaz qilan Allahdan qorxan her addimimi ehtiyatla atan biriyem aileliyem ve qaynanamgille oluram yoldawim qazanc ucun rusiyaya gedir iki oglum var qaynanamgile men baxiram baldizim qonwumdu qizida uwaqliqdan bizde qalir artiq yetiwib bizde qalmagi duz gelmir hem menim oglumla yola ge
ardını oxu
20-10-2017
Salam. Bilmek isteyiremki neye gore sizin saytdaki namaz vaxti ile Qafqaz Muselmanlari Idaresi saytindaki namaz vaxti eyni deyil. En cox da deyesen esr sam nazlarinin vaxtinda ferq var. Evvelceden cox sagolun
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Sizin saytınızda namaz vaxtları niyə fərqlidir? 

ardını oxu
20-10-2017 Jaja
Salam.Uzun saci kesdirib salona satmaq gunahdir ? Evvelceden tesekkur edirem.
Cavab:

Və aleykum Salam.

ardını oxu
20-10-2017
Salam.Peyğəmbərə sual verirlər: Budaə quyusundan dəstəmaz alaqmı? Belə ki,həmin quyuya aybaşı qanına bulanmış əskilər,it ətləri və heyvan leşləri atılır! Peyğəmbər deyib ki : Su təmizləyicidir və onu heç nə mundar etmir! Bu hədis doğrudur mu? O su təmiz sayılır?
Cavab:

Və aleykum Salam. Qeyd etdiyiniz hədis səhihdir, lakin onun izahı var. Hədisdə deyilir ki, Peyğəmbərə (salləllahu aleyhi və səlləm) belə bir sual verirlər: "Budaə quyusundan dəstəmaz alaqmı? Belə ki, həmin quyuya aybaşı qanına bulanmış əskilər, it ətləri və heyvan leşləri atılır".

ardını oxu
20-10-2017 Gülnar
Salam. Youtube`da bəzi dırnaq arası dindar mollalar var. çıxıb danışırlar hədislər ayələr haqqında. Ailə Səadət və yaxudda Peyğəmbərlər haqqında rəvayətlər danışır. onlara qulaq asıb inanmaq nə dərəcədə düzgündür?
Cavab:
Va aleykum Salam. Hər bir müsəlmanın dini kimdən öyrənməsinə diqqət yetirməsi çox vacibdir. Muhəmməd ibn Sirin, Dahhak, İmam Malik (Allah onlara rəhmət etsin) və bir çox məşhur alimlər belə demişlər: "Həqiqətən, bu biliklər – dindir, elə isə baxın, dininizi kimdən götürürsünüz".
ardını oxu
20-10-2017 xeyale
Salam aleykm yoldawm evveler namaz qilardi indi namazda qilmir piyvede icmeye bawlayb onu bu emelerden nece uzaqlawdra bilerm?muselman bir qadinin muwrik kiwiyle evliliyi olarmi ?twkurleer
Cavab:
Və aleykum Salam. Ümumən müsəlman qadının müşrik kişiyə ərə getməsi qadağandır, lakin müşrik dedikdə ərinizi nəzərdə tutursunuzsa, onun namazı tərk etməsi, içki içməsi və digər böyük günahlar etməsi müşrik olması demək deyil.
ardını oxu
20-10-2017
Salam Aleykum. Esitmisem insan falciya getse isleri daha da dolaşır. Bu duzdur? Yoxsa sadece falciya getmek gunahdir? Islerin qarismasinin bunla bir elaqesi yoxdur
Cavab:

Və aleykum Salam. Falçı yanına getmək ən böyük günahlardan olduğu üçün bunu edən adamın Allahın qəzəbinə gələrək işlərinin çətinə düşməsi mümkündür, çünki Uca Allah bəzi günahların cəzasını həm bu dünyada, həm də axirətdə verir.

ardını oxu
20-10-2017
Salam.Bir ailede xanim namaz qilir ibadet edir ama yoldashi haram pul getirir eve.qadin ne etmelidi?normal heyatin davam etmeli di yoxsa?
Cavab:
Va aleykum Salam. Uca Allah haram qazanc əldə etmək və ailəyə haram yedirtməyi qadağan etmişdir. Haram yemək günah olmaqla yanaşı, duaların qəbul olunmasına da maneədir.
ardını oxu
20-10-2017 Muselman
As Salamu Aleykum.Men namazi sunnete uygun qiliram ama elleri baglamasam olar ?? Eli aciq qilsam olar?? Namazim batil olmazki ? Sunneti terk etmek gunahmi ..tecili cavablandirinda xais
Cavab:

Və aleykum Salam. Namazda əlləri bağlamaq təkid olunmuş sünnələrdəndir.

ardını oxu
20-10-2017 Efsanə
Mene elci gelmek istiyirler nese cixir alinmir niyə gore bele alinir 2ili istediyim var bir tulu gele bilmir
Cavab:
Salam aleykum. Səbir və dua edin. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr etməklə və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbr edənlərlədir". (əl-Bəqərə, 153).
ardını oxu
20-10-2017 Kişi
Salam, kişinin epilyasiya etdirməsinə yəni bədəndəki tükləri birdəfəlik yox etməsinə icazə var ?
Cavab:
Va aleykum Salam. Epilyasiya ilə tükləri təmizləmək müsəlman kişiyə xas olmayan əməllərdəndir. Xüsusi zərurət olduqda həmin nahiyədəki tükləri qırxmaq olar.
ardını oxu
18-10-2017
Cahil qız almaq olarmi
Cavab:

Salam aleykum. Əgər həmin şəxs özünə müsəlman deyir, lakin bilməyərəkdən şirk sayılan əməllər edir, namaz qılmırsa, bu zaman o, cahil (avam) müsəlmanlardan sayılır və belə biri ilə evlənməyə şəriətimizdə qadağa yoxdur.

ardını oxu

Pages