29-01-2018 qedir
salam aleykum allah rizasi ucun bacardiqca tez cavab verin 1.cenaze namazinda qusul almaq ferzdirmi? 2.men ehli sunne eqidesine uygun ibadet edirem.ama cenaze namazi sie eqidesine uygun qilinir bu camahata qosulub namaz qila bileremmi?
Cavab:
Va aleykum Salam.
1. Cənazə namazı üçün ayrıca qüsl almaq şərt deyil, ancaq boynunda qüsl varsa, alması vacibdir. Həmçinin cənazə üçün dəstəmaz almaq da təkid olunmuş əməllərdəndir. Həmçinin oxuyun:
ardını oxu
29-01-2018 Nezrin
Assalamu Aleykum... bele birşey oxudum internetde... Tirmizinin hedisidi... siz ne deyirsiniz sehihdir mi? Zehmet olmasa cavablandirardiniz Malik b.
Cavab:

Va aleykumus-Sələm va rahmətullahi va bərakətu. Bu hədis zəif  hədisdir. 

ardını oxu
29-01-2018
Salam alleykum Men siqarete tovbe elesim betnimde korpe var 10 gunlukdu ama bu gun 1 defe chekm daha chekmeyecem dedim. Tovbemi pozdum qorxuram Tovbemi pozdum diye Allah Cezami korpemle verer. yene tovbe eledim ve bir daha chekmeyecem Rebbimden chox qorxuram. nolar komek edin
Cavab:
Və aleykum Salam. Hər dəfə tövbəni pozduqda yenidən tövbə edin və şəriətdə buyurulan qaydada günahdan çəkinməyə çalışın, Allahın izni ilə körpəniz sağlam olar. Daha ətraflı:
ardını oxu
29-01-2018
Salam.Size bir sualim var.Men bas ortmek isteyirem.Amma kebinli nisanlim icaze vermir.Deyir toydan sonra.Onun icazesi olmadan bas orte bilerem?
Cavab:
Va aleykum Salam. Hicab Uca Allahın müsəlman qadınlara olan əmridir. Hicab, namaz və Allahın digər vacib buyurduğu əməlləri yerinə yetirmək üçün heç kimdən icazə almaq lazım deyil.
ardını oxu
29-01-2018 Gunhakar Qul
Salam aleykum.Size sual verdim ama cavab gelmedi.Quranda deyilirki bilmirsizse zikr ehlinden sorusun.Men sorusdum ustunden nece ay kecdi helede cavab gelmedi.Sizden delil istedim yazmadiniz.Suali yeniden yaziram ve xaiw ediremki delili qeyd edin.Bir nefer size sual vermisdiki elim necise bulasandan
Cavab:

Və aleykum Salam. Şəriətə görə nəcis dəymiş yer quruyubsa, ora toxunan insan nəcisə bulaşmır, çünki nəcis yalnız yaş halda ötürülür. Bunun dəlili Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ayaqyolundan sonra su ilə yanaşı daşla da təmizlənməyə icazə verməsidir.

ardını oxu
29-01-2018 Müsəlman övladı
Salam akekum. Sualım belədir. Bilirəmki, yuxunu yozmazlar ancaq bu yuxu məni çox fikirləşdirdi. Anamı 3 aya yaxındırki,itirmişəm,5 ilə yaxın idiki yataq xıstəsi idi. Qırxına yaxın 2 gün qalmış yuxuda gördüm!
Cavab:
Va aleykum Salam. Siz ananızın kəsmək niyyətində olduğu qurbanı kəsə bilərsiniz. Bu, nəzir qismində olduğu üçün imkan daxilində kəsməniz vacibdir. Kim nəzir edib nəzirini yerinə yetirmədən öncə ölərsə, varisi onun əvəzinə nəziri yerinə yetirir.
ardını oxu
29-01-2018 Nergiz
Salamun aleykum,men texminen hardasa 10 gundur ki namaz qilmiram(daha dogrusu qila bilmirem).bilmirem bunun sebebi nedir,bugun qildim Şam namazini,sonra Quran oxudum biraz.bunun sebebi nedir?
Cavab:
Va aleykum Salam. Belə hallar şeytanın vəsvəsəsindən və imanın zəifləməsindən irəli gələ bilər. Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir ki: "Həqiqətən, hər birinizin qəlbindəki iman paltar köhnəl­diyi kimi köhnəlir.
ardını oxu
29-01-2018 Zeynəb
Salam əleyküm. Mən birini sevirəm oda məni sevdiyin deyirdi. Qətildə qoluma niyətlə bağ bağladım(2dəfə) bağladığım gün açıldı. Peygemberde zincirə yaylıq atdım yaylıq zincir tutdu yəni dedilər niyyətin qəbul oldu.
Cavab:
Və aleykum Salam. Niyyət tutaraq ələ ip bağlamaq, pirlərə gedib zəncirə yaylıq atmaq, novruz bayramında gecə güzgüyə baxıb sevdiyini görmək xurafatdır. Bu məsələlərdə insanın Allahdan qeyrisinə müraciəti var. Bu isə ən böyük günah olan - Allaha şərik qoşmaqdır.
ardını oxu
29-01-2018 xedice
Salam aleykum.Usagım şikest doğulub, hidrosefali xestesidir, ameliyat lazım, mualıceler laxım, amma sagalmayacaq deyırler. Ameliyat etdırmesem gunah qazanarammı, elece qalsın,eceli çatanda ölsün.
Cavab:
Va aleykum Salam. Allah şəfa versin! Belə hallarda həkimlərlə məsləhətləşmək daha yaxşıdır. Əgər həkimlər xəstənin sağalmasına və ya xəstəliyin yüngülləşməsinə ümid olduğunu desələr, onda müalicə elətdirmək lazımdır.
ardını oxu
29-01-2018 Əfqan
16 yaşda olan oğlan cinsi əlaqədə olubsa bu günahdırmı hisslərinə hakim olmaqi bacarmayıb Allah bağışlayarmi ?
Cavab:
Salam aleykum. Şəriətə uyğun qaydada kəbin olmadan cinsi əlaqə zina sayılır və böyük günahlardandır. Uca Allaha səmimi qəlbdən peşman olaraq tövbə etmək, daha sonra günahların bağışlanması üçün çoxlu xeyirli əməllər etmək lazımdır. Rəbbimiz günahları bağışlayan və tövbələri qəbul edəndir.
ardını oxu
29-01-2018 Anonim
Salam xahiş edirəm cavabsız qoymayın.Mən bir falçıya uymuşam .
Cavab:
Salam aleykum. İslamda evlənmək niyyəti ilə olmayan sevgi haramdır.
ardını oxu
26-01-2018 Anonim
Salam.mən bir sual vermək istəyirəm mənim sevdiyim insan mənə QURAN kitabı hədiyyə etmişdi. 5barmaq pirdən götürmüşdük .Bugün hərşeyə son qoyduq o istədi yəni ayrıldıq və mən Allaha acıq getməsin QURANi KƏRİMİ onun özünə qaytarmaq istəyirəm bu günahdırmı ? nə etməliyəm ?
Cavab:
Va aleykum Salam. Quran kitabını qeyd etdiyiniz adama qaytarmanız günah deyil, lakin Qurani-Kərim onu haradasa müqədəssləşdirib əllərin dəymədiyi, gözlərin görmədiyi yerdə saxlanılmaq üçün yox, onu oxuyub əməl etmək üçün göndərilib. Həmçinin pirlərə getmək haram olan əməllərdəndir.
ardını oxu
26-01-2018 Aytən
Her kese Allahın Salamı olsun.Meni nə qədər vaxtdır ki , narahat eden suallar var.Men içimde özümde isdemeden beddua edirem ve ardindan peşman olaraq ağlayıb Allahdan bagışlanma dileyirem.Sizcə bu vesvesedir? Bunun bir çaresi varmı?
Cavab:
Salam aleykum.
1. Bu şeytanın bir vəsvəsəsi ola bilər. Belə bir hiss gələndə Allaha sığının və şeytana qapı açmayın. Daha ətraflı:
ardını oxu
26-01-2018 Əli Səlimov
Mən neçə videoda görmüşəm ki bəzi insanlar kərbəladan gələnlərin ayaqlarını öpür. Sualım belədir ki , onların əməli yalnışdır yoxsa həqiqətən elə asiqdirler ki, biz başa düşə bilmirik?
Cavab:
Salam aleykum.
ardını oxu
26-01-2018
Əssələmu aleykum və rahmətuLLAHİ və bərəkətuhu. Sizə bir sualım var. Bilmək istərdim ki şiələrin düşmən kimi baxdığı Müaviyyəyə əhli sünnə tərəfindən necə baxılır:düşmən ya səhabə?
Cavab:
Və aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. Müaviyə səhabə sayılır və ona lənət oxumaq, onu söymək qul haqqına girmək günahındandır. Muaviyənin müəyyən səhvləri olsa da, bu onu İslam dinindən çıxarmır.
ardını oxu
26-01-2018
Salam size bir sualim var, menim yoldasim basqa bir xanimla danisirdi sevgi menasinda men onun telefonundaki mesajlari gordum, cox soz sohbet dusmusdu evde, nece vaxdi ele bir sey gormurem sorusanda deyirki danismiram ama artiq men inanmiram cox supelenirem, menim ondan supelenmeyim gunahdirmi?
Cavab:
Va aleykum Salam. Zəruri halları çıxmaq şərtilə kişinin naməhrəm qadınlarla danışması günahdır və zinaya aparır.
ardını oxu
26-01-2018 Rehna
Salam yoldasim mene xayenet edire 1 qadin deyil 2 deyil 3 4 ile men ozu deyir ki senin kimi qadin tapa bilmerem Ayrilmagda istemir deyir sensiz yasaya bilmerem amma men cox eziyet cekirem men yaxsida baxir sizce men ne edim ona vaxt verim duzler ya yox
Cavab:
Va aleykum Salam. Zina etmək böyük günahdır və Cəhənnəm əzabına aparır.
ardını oxu
22-01-2018 vusale
salam men dunen ziyarete getmisem yoldasimin bezi emelerine gore tovbe etmeye tovbe etdik men cixana yaxin ziyaretde qirmizi lent gordum onu moladan isdedim ve verdi getirdim eve anam dedi ziyaretden nese getirmek pis seydi indi onu bilmek isdiyiremki ziyaretden nese getirmek pis bir seydi
Cavab:
Və aleykum Salam.
ardını oxu
22-01-2018
salam.men yeni oxucunuzam cox sevindim sizin saytınız qarşıma cıxmaqına.Kişinin kinine , paxıllıqına eqosuna qadınına qarşi,hemcinin laqeydliyıne dıqqetsızliyine ne oxunmalıdı? Cox teşekkur edırem
Cavab:
Va aleykum Salam. Bunun üçün Quran və Sünnədə xüsusi bir dua yoxdur. Ancaq ailədə belə halların baş verməməsi və xoşbəxtliyin bərqərar olmasına nail olmaq üçün əvvəlcə Allahın, sonra isə bir-birinin haqlarına riayət etmək, səbrli olmaq və bir-birinə güzəştə getmək lazımdır.
ardını oxu
22-01-2018 Gulu
Namaz qilan qadin dar ve aciq saciq geye zinyet ewyalari coxluqla taxarsa qildigi namaz ve etdiyi dualar qebul olarmi
Cavab:
Salam aleykum. Duaları qəbul edən Uca Allahdır, kimin duasının qəbul olunacağını da yalnız O bilir. Amma ümumən günahların duaların qəbul olunmasına maneə olması dinimizdə bildirilmişdir. Qadının naməhrəmlərin yanında açıq-saçıq geyinməsi də böyük günahlardandır.
ardını oxu
21-01-2018
Salam Aleykum. Mənim sevdiyim bir insan var. 4 ildi sevirəm onu. Amma o bilmir. Ve meni sevdiyi yahud sevmediuinidə bilmirəm. Həqiqətən cox istəyirem, və bu şey haqda cox üzgünəm.. Hələ xalaoglumdu deyə. Gelecekde qorxuram ki başkasıyla evlənər, başkasını sevər ona dayana bilmərəki.
Cavab:
Va aleykum Salam. Əvvəlcə qeyd edək ki, evlənmək niyyəti ilə olmayan sevgi haramdır və böyük günah olan zinaya aparır. Bu sevgi həmçinin insanın qəlbini məşğul edir və ona iztirab verir.
ardını oxu
20-01-2018 Nusalov Samir
es selamu aleykum va rahmetullahi va barakatuh.Qardawlar.bir ezleyici size sual verib bilerekden veya bilmeyerekden namehrem qadina toxunduqda destemaz pozulurmu.cavab olaraq xeyr pozulmur yazmisiz.bes o qadinlar bize namehremdise nece.bezi qardawlar pozuldugu deyir.etrafli delil gosdererek yazsaz y
Cavab:

Və aleykum Salam və rahmətullahi va bərakətuhu. Hər hansı bir amilin dəstəmazı batil etdiyini iddia edən şəxs onu sübuta yetirmək üçün dəlil gətirməlidir. Qadına şəhvətlə və ya şəhvətsiz toxunmağın dəstəmazı pozmasına aid Quran və səhih hədislərdə heç bir dəlil yoxdur.

ardını oxu
19-01-2018 Konul
Salam eleykum size sualım budurki bir qiz xarice gedir ve onu o biri olkeye hicabli buraxmirlar bu qiz ne etməlidi ? onun getmesi cox vacibir meselen!
Cavab:
Və aleykum Salam. Hər hansı bir ölkəyə getmək üçün hicabı açıb səfər etmək haramdır. Daha ətraflı: 
Hicab - azadlıqdır! 
ardını oxu
19-01-2018 Famil
Esselamu aleykum. sualim beledirki, bank vasitesile alinan mawinin odemeleri vaxtinda edilmediyine gore mawin yiyesinden alinib bank terefinden real qiymetinden ucuz qiymete satilir. Bu cur mawini nagd pulla alinmasinda problem varmi?
Cavab:

Və aleykum Salam. Maşının keçmişdə haram şərtlərlə satılmasına baxmayaraq, siz hal-hazırda maşını nağd şəkildə və heç bir kredit şərtləri olmadan alırsınızsa, bu alış icazəli sayılır.

ardını oxu
13-01-2018 Aygun
Salam.Ifademe gore cox cox uzur isdeyirem sizden cinsi elaqden sonra alinan cenabet qusulunun bir savabi varmi? 2ci sualimda odurki qusul 24 saat erzinde alinmalidir ?
Cavab:
Və aleykum Salam. Dinimizdə kişinin zövcəsi ilə yaxınlıq etməsindən sonra qüsl alması vacib buyurulmuşdur. Allahın bütün vacib əmrlərini yerinə yetirməkdə savab var. Cənabət qüslunu şərait olan kimi almaq lazımdır və onu gecikdirmək qadağandır, lakin 24 saat ərzində almaq kimi bir şərt yoxdur.
ardını oxu
13-01-2018 Ruslan
Salam.Sualım oğurluq malın satılması barədədir. Kimsə oğurlayıb ucuq qiymətə mal satmasının günahı alanın boynunadır yoxsa satanın?Tutaq ki,6 manatlıq sementi oğurlayıb 4 manata satır. Belə götürsək marketdən ərzaq malları alanda satıcıdan soruşmuruq ki,firmadan nəğd pula alıb,yaxud oğurlayıb və s
Cavab:

Və aleykum Salam. Əgər malın oğurluq olduğunu bilirsinizsə, o malı almaq haramdır. Malın oğurluq olduğunu bildiyiniz halda alırsınızsa, günahı sizin də, satanın da boynuna yazılır.

ardını oxu
13-01-2018 Aişa
Salam Aleykum. niwanlimla kebin kesdirmiwik ama mehriyyeni hele vermiyib kebin kecerli sayilir?
Cavab:
Va aleykum Salam. Mehr, evlənərkən kəbinin vaciblərindən biri olub qadına verilən pul, qızıl-zinət əşyaları və s. maldır.
ardını oxu
13-01-2018
Salam nece defe teyyemum ede bilerik bir de kiwilerin qusl almaqi vacibdirmi
Cavab:
Va aleykum Salam. Həm kişiyə, həm də qadına qüsl pozulduqda yenidən qüsl almaq vacibdir. Su olmadıqda və ya xəstəlikdən qorxduqda qüsl əvəzinə təyəmmüm alınır. Həmçinin, dəstəmaz üçün də su tapılmasa təyəmmüm almaq olar.
ardını oxu
13-01-2018
Salam.Teyemmumu mohurle almaq olarmi?
Cavab:
Va aleykum Salam. Quran və Sünnəyə görə möhürlə və ya hər hansı bir yerdən gələn torpağı xüsusiləşdirərək təyəmmüm etmək buyurulmayıb. İstənilən pak torpaqla təyəmmüm etmək olar. Əgər torpaq olmasa, daşla, tozla və s. təyəmmüm almaq olar. Daha ətraflı:
ardını oxu
13-01-2018
Salam.1) Seher ve axsam zikrlerini gunun basqa saatlarinda oxumaq olarmi? 2) Balaca qiz usaqin sidiyi xalçaya dusubse onu butöv yumaq yox elave basqa usulla pak elemek olarmi
Cavab:

Va aleykum Salam.


1. Səhər və axşam zikrlərini səhər və axşam etmək lazımdır. Bu zikrlərin vaxtı səhih hədislərdə bildirilib. Ancaq vaxtı gecikdikdə istisna hal kimi günün başqa vaxtlarında da etmək olar. 

ardını oxu
13-01-2018
Salam. Yaxşıki bu sayt var. Size bir sualım var.menim 15 yasim var.1 il olduki namaz qiliram. Wukur Allaha..Ve hazirliqlara getdiyim ucun bezen catdira bilmirem.ve ilkindi namazini 5 deqiqe tez qiliram. Goresen bu gunah olar. Men nece edim goresen.
Cavab:
Va aleykum Salam. İstisna halları çıxmaq şərti ilə hər bir namazı öz vaxtında qılmaq lazımdır, çünki hətta 5 dəqiqə tez olsa belə vaxtından əvvəl qılınan namaz batildir.
ardını oxu
13-01-2018 Gunahkar Qul
as salamu aleykum va rahmatullahi va barakatuh necesiz size olan suallarimi hemiseki kimi aydinliqla cavablamaqinizi isirem ALLAH rzasi ucun 1ci men ibadet ehli idim sonra ALLAH Subhenehu teala meni imtahana cekdi ve evde problemlerim oldu ibadetden uzaq qaldim imanimin azliqi neticesinde ve men na
Cavab:
Və aleykum Salam və rahmətullahi va bərakətuhu. Dinimizdə yalnız evlənmək niyyəti ilə sevmək icazəlidir. Digər bütün hallarda bu, böyük günah olan zinaya aparır. Həmin qadında qeyd etdiyiniz kimi problemlər varsa, onu unutmaq, bu əmələ görə peşman olub tövbə etmək və namaza başlamaq lazımdır.
ardını oxu
13-01-2018
Salam. Molla bir adama isleri yaxsi getsin deye dua yazib. O dua eks tesir gostere bilermi?
Cavab:
Va aleykum Salam. Bu kimi şeylər xurafatdır. Molla yanına gedib dua yazdırmaq, Quran oxutdurmaq və digər xurafatlara uymaq İslam dini ilə heç bir əlaqəsi olmayan günah əməllərdir və dində heç bir əsası yoxdur.
ardını oxu
13-01-2018 Mila
Cadu varmi.qebirde bastirlan wekilden ziyan gele biler o insana.Biz qabaga getmirig deyiler cadu elehib.birde menim anam qaynanasi qiz doguldugina gore qizlar nenetleyib neneti nece aca bilerig
Cavab:
Va aleykum Salam. Cadu var və cadudan qorunmağın yolları da Quran və Səhih hədislərdə göstərilmişdir. Əgər cadu basdırılıbsa, imkan varsa cadunu oradan çıxarıb məhv etmək və Quran oxuyaraq yandırmaq lazımdır. Lakin, bu məsələdə cadugara, falçıya, sehrbaza müraciət etmək haramdır.
ardını oxu
13-01-2018 gunel
salam men evliyem birde qizim var amma dini nikahimiz olmayib yoldasimla yasamaq gunahdirmi ve usaq haramdirmi ?
Cavab:
Va aleykum Salam. Ümumiyyətlə kəbinin mahiyyəti valideynlərin razılığı və evlilikdə şahidlərin olmasından ibarətdir. Əgər evlilik valideynlərin halallığı və şahidlərin iştirakı ilə olubsa (məsələn, toy məclisində), bu elə bir növ kəbindir.
ardını oxu
13-01-2018
Destemaz almadan namaz qilmaq olarmi?
Cavab:
Salam aleykum. Dəstəmazsız namaz qılmaq olmaz. Uca Allah buyurur: "Ey iman gətirənlər!
ardını oxu
13-01-2018 xanım
Salam.Saytınızı çox bəyənirəm.Sualım budu ki,bir çox sayt var ki, orda maraqlı testlər var.Məsəl üçün adınızı,soyadınızı,yaşınızı yazırsız size xasiyyətiniz haqqında məlumat verir, və ya gəlinlik modellərini seçirsiz nə zaman evlənəcəyinizi deyir.və ya Rənglər seçirsiz sizin haqqınızda bəzi şeylər d
Cavab:

Və aleykum Salam. Gələcəklə bağlı olan fal haramdır. Digər xasiyyətlə bağlı informasiyalar isə nisbidir. Hər bir halda bu kimi şeylərə etimad etmək olmaz və çəkinməyiniz yaxşıdır. Həmçinin oxuyun: Fala baxmaq günahdırmı? 

ardını oxu
11-01-2018
Yoldasimdan bosanmisam kecmis yoldasim ehtiyaclarina gore gorusek mecburam deyir meni basqa yola dusmeyim
Cavab:
Salam aleykum. Boşanmadan sonra tərəflər bir-birinə naməhrəm sayılır. Naməhrəmlərin də bir-birilə görüşməsi, danışması və s. olmaz. Sizin bu əmələ görə günaha batmamanız üçün yenidən şəriətə uyğun qaydada, qadının vəlisinin icazəsi və şahidlərin iştirakı ilə nikah bağlamanız lazımdır.
ardını oxu
11-01-2018
cume gunu zohur namazindan evvel qilinan namaz haqqinda bilmek isterdim
Cavab:
Salam aleykum. Cümə günü məsciddə Zöhr namazının əvəzinə Cümə namazı qılınır. Bu namazdan qabaq isə məscidə gələn kimi iki rükət namaz qılınır. İstəyən Duha namazını da qıla bilər. Amma Cümə günü məsciddə Zöhr namazının sünnəsini qılmaq bidətdir.
ardını oxu
11-01-2018 Allah bendesi
Assalamu aleykum. size suvalim bundan ibaretdir Wukur Elhemdulilah namaza baslamisam sigaret cekirem bu verdiw canina qest kimi sayilirmi gunah ediremmi mumkunse etrafli izah ederdiz xahis edirem.onceden sagolun Allah sizden razi olsun.
Cavab:
Va aleykum Salam. Siqaret çəkmək bədənə ziyan verən hər bir şey kimi haramdır. Daha ətraflı: Siqaret çəkmək olarmı?
ardını oxu
11-01-2018
Mən Namaz qılmaq istəyirəm ama səhər tezdən dura bilmirəm namazı o birisi namaz qılanda qəza vermək olarm? Namaz vaxtlari alamağa vaxtım olmur? Cavab verində xahiş edirəm
Cavab:
Salam aleykum.
ardını oxu
11-01-2018
Salam aleykum. Ayetul Kürsini 3 ildir ki hər gün yatanda 3 dəfə oxuyub yatıram. Amma Qurana yalandan and içmişəm. əlimi Qurana basdırıblar. Pozmuşam. Sualım odur ki, Ayetul Kürsinin savabına Allah mənim günahımı bağışlayar?
Cavab:
Va aleykum Salam.

Yalandan and içmək böyük günahlardandır, böyük günaha görə əvvəlcə tövbə edib bağışlanma diləmək, sonra xeyirli əməlləri çoxaltmaq lazımdır.

Qurana yalnız Allahın kəlmələri kimi and içmək olar. Kitaba əl basaraq and içmək isə dinimizdə yoxdur.
ardını oxu
10-01-2018 C.A
Her hansi bir isteyi her namaz qildiqdan sonra ureyden dua edib Allahdan onu istesek qebul olarmi?
Cavab:
Va aleykum Salam. Haram şeyləri çıxmaq şərtilə istənilən bir neməti Allaha dua edərək istəmək olar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olunmaqda davam edər".
ardını oxu
10-01-2018
Allahin rehmeti uzerinize olsun. Salam aleykum.Aglayaraq dua etmek gunahdirmi ? Ve birde Allahdan tarixle nese istemek. Mes: Allahim bu tarixde nesib et. Mene bir isare gonder kimi dua etmk olarmi ? Elhemdullilah
Cavab:
Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. 
1. Ağlayaraq dua etmək qadağan deyil, əksinə, Allah üçün ağlamaq savabı çox olan əməllərdəndir. Daha ətraflı:

Dua edərkən gözlərin yaşarması barədə 
ardını oxu
10-01-2018 Jaja
Salam. Allah razi olsun cavablandirdiginiz ucun. Sualim beledir. Internetde her hansi bir musabiqede qazandigim pul ve yaxud esya haramdir yoxsa halal ?
Cavab:

Və aleykum Salam. Əgər bu müsabiqədə iştirak üçün pul xərcləmirsinizsə, belə uduşu götürmək qadağan deyil. Lakin, öz pulunuzu xərcləyərək nə isə qazanır və ya itiririnizsə, bu qumardır.

ardını oxu
10-01-2018 kemale
Salam. mən hamiləyəm. yoldasimla mübahise edende mene cox pis el qaldirir,doyur. hemise ozunu haqli gorur.bunun gunahi nedir?
Cavab:
Və aleykum Salam. Uca Allah kişilərə müraciət edərək buyurur: "...Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun". (ən-Nisa, 19).
ardını oxu
10-01-2018 Azer Ehmedoglu
Salam. Dunyasini deyisen aile uzvu ailesini ziyaret edirmi ve edirse onun ucun xow olmasi ucun ne elemek lazimdi.
Cavab:

Va aleykum Salam. Vəfat edən insan öz ailəsini ziyarət etmir, çünki o, bərzəx aləmindədir və bu dünya ilə əlaqəsi kəsilib. Uca Allah buyurur: "Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: "Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm". Xeyr!

ardını oxu
10-01-2018
Salam Aleykum.Allah Teala kimlerin qelblerini mohurleyir yani nece tip insanlarin?Allah haminizdan razi olsun.
Cavab:

Va aleykum Salam. Uca Allah kafirlərin, münafiqlərin, zalımların, Allaha və Rəsuluna qarşı hədlərini aşanların və günahları həddindən artıq çox olanların qəlblərini möhürləyir.

ardını oxu
10-01-2018
Salam Aleykum.meyidi necə yuyullar qadın vəyaxud kişini.meyit yumağən xüsusi sözü və qaydası varmı?
Cavab:

Va aleykum Salam. Meyiti yuyarkən hər hansı xüsusi bir söz və ya dua yoxdur. Sadəcə "Bismilləh" demək kifayətdir. Daha ətraflı:

İslam fiqhi: Meyiti kim yumalıdır?

ardını oxu

Pages