04-03-2018
toyda gəlinin ayağı altında qurban kəsilməsi İslam baxımından necə qiymətləndirilir?
Cavab:

Salam aleykum. Əgər qurban Allah üçün kəsilirsə, burada bir qəbahət yoxdur. Amma gəlini ucaltmaq və ya Allah üçün deyil, gəlin üçün qurban kəsilirsə, bu Allaha şərik qoşmaq sayıldığı üçün icazəli deyil, çünki Allaha şərik qoşmaq ən böyük günahdır.

ardını oxu
04-03-2018 ..
Salam. Yaxşıki varsınız sizin sayenizde çox şey öyrenirem. Ve size sualım olacaq. 1.Kimse ile küsülü qalmaq günahdırmı? 2.Sinifmizde uşaqlar pis sözler işledirler. Ve mende namaz qəlıram. Bu sözleri eşitmek istemirem .pis söz işletmek günahdırmı.?
Cavab:
Va aleykum Salam.
1. Bu cavabı oxuyun: Küsmək barəsində
ardını oxu
04-03-2018 selin
Salam.qusul alarken cenabet heyz deye ureyimzde niyyet etmeliyik yoxsa elece qusul niyyeti etmeliy?cox vaxd hamada cimdiyde yadima dusurki qusul alim qabagdan niyyet etmirem onda nece elemeiyem?sonda sozderi deyib qusul almag olarmi?eyer olarsa sozderide yazin nolar.xais eliyirem etrafli yazasiz.
Cavab:

Va aleykum Salam. Qüsl alarkən "Bismilləh" sözündən başqa heç nə demək lazım deyil. Niyyətin yeri isə qəlbdir və onu dil ilə tələffüz etmək bidət (dində yenilik) sayılır. Qəlbinizdə qüsl almaq məqsədinin olması və ya çimərkən qüsl almaq qərarına gəlməniz artıq niyyətdir. Daha ətraflı:

ardını oxu
04-03-2018 Sanan
Essalamu aleykum. oncelikle sualima gore uzr isteyirem. 1. kisinin yoldasi ile qoruyucu ile yaxinliq etmesi zinadirmi? 2. oyun kartlari ile sirf eylencesine, vaxt kecirmek ucun oynamaq ve hec bir wey qarwiliginda oynamaq haramdirmi?
Cavab:
Və aleykum Salam.
1. Kişinin öz zövcəsi ilə qoruyucu vasitədən istifadə edərək yaxınlıq etməsi zina sayılmır. Dinimiz bunu qadağan etmir. Həmçinin oxuyun:
ardını oxu
04-03-2018 ayşən
Essalamun aleykum . Mənim 16 yaşım var namazı bir müddət qımışam sadəcə bəzi səbəbə görə dayandırmışam ama yaxın müddətdə qayıdacam mənimsevgilim var namaz qılsam ona görə namazım batil olar? Bunuda deyim ki ailəmin razılığı ilədi. İndi mən nə etməliyəmki namazım batil sayılmasın.
Cavab:
Va aleykum Salam. Namazı tərk etmək böyük günahdır. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59). 
ardını oxu
02-03-2018
Salam. men namaza bawlamaq isteyirem. ammaki hecneyi bilmirem.mene lap bawdan komek ola bilersiniz.Aileli qadinam
Cavab:

Va aleykum Salam. Sizi təbrik edirik və Allaha dua edirik ki, dünyada və axirətdə sizə gözəl nemətlər bəxş etsin. Cavabı buradan oxuyun:

Namaz qılmaq istəyirəm, sözlərini və qaydasını yaza bilərsinizmi?

ardını oxu
02-03-2018 Pack
1.Men Birinə evinə kömək edirəm mənə köməyimə görə pul verir pulu almalıyammı? 2.Yoldan pul ve yaxud .qızıl tapsam onu sahibi tapmaq çetin olacaq kimə desem deyecək mənimdi Ne etməliyəm? 3.Bir tanış ve yaxud ,yad adam deseki buna klent tap senede pul verirem faizmi sayılır?iş tap maaşdan.sene pul
Cavab:
Salam aleykum.
1. Başqasına göstərdiyiniz köməyə görə pul alıb-almamaq sizin ixtiyarınızda olan məsələdir. Pulu götürə də bilərsiniz, imtina da edə bilərsiniz.
ardını oxu
02-03-2018
Hicablı olmuşam 9 yaşımdan dı 1 ci sinifde başı açıq idim 7 yaşımda yeni. O vaxtının şeklini namehrem göstermek olarmı?
Cavab:

Salam aleykum. Ciddi zərurət hallarını (məsələn, sənəd yoxlaması) çıxmaq şərtilə müsəlman qadının hicabsız şəklini naməhrəmlərə göstərməsi icazəli deyil.

ardını oxu
28-02-2018
Salam menim uwagim cox esebidi ve buna gore de mualice alir bir ara qicolmalar olurdu indi de mene oyrewib ve menen bawqa hec kimde qalmir ve buna gore namazlari vaxti vaxtinda qilmasam gunah sayilarmi?Birde namaz qildigim vaxtda evde pis soz daniwilir bunun gunahi mene yazilirmi?
Cavab:
Va aleykum Salam. Heç bir halda namazları qəzaya saxlamaq olmaz. Ona görə də namazları buraxmayın. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim namazlarını vaxtlı-vaxtında qılsa, Qiyamət günü bu namazlar onun üçün bir nur, bir dəlil-sübut olar, həm də ona uğur qazandırar.
ardını oxu
27-02-2018 ???????
Esselam Aleykum. 1.cin musellet olmasi baresinde oxudum.mene maraqlidir cin cixartma ne derecede dogrudur?Bir halda ki,insanin gunahlari cox olarsa ona cin musellet ola bilir.Allah uzag eylesin.Mence hemen insan tovbe edib,islamda olub ozu gunahlarini yumalidir.yoxsa cin cixardilmasi bawqa wexs ter
Cavab:
Va aleykum Salam.
ardını oxu
26-02-2018
salam aleykum.bir insan haqqinda kimese şikayet etmek qeybetdi, bes bir insandan Allah(c.c)şikayet etsek yeni ureyimizdekini ona desek bu gunah olarmi?evvelceden tesekkurumu bildirirem.
Cavab:
Va aleykum Salam. Şikayət etmək xeyri cəlb etmək və ya zərəri aradan qaldırmaq üçün edilir. Haqsızlığa məruz qaldıqda və ya haqqı bərqərar etmək məqsədilə bir insan barəsində aidiyyatı olan kimsəyə şikayət etmək günah sayılmır. Bu cür şikayətlər qeybətin icazə verilən növünə aid edilir.
ardını oxu
25-02-2018
Hayat yoldaşım 9 il diki evliyik bir başqasına uyub xirsdiyandı yoldaşım eva qalanda deyir man evda dura bilmiram onun yanına qetmak isdiyiram sxlıram deyir mana nasa olub2da evladmz var ailasini sevir amma evda dura bilmir na edim mana na mashat edirsiniz xayiş ediram
Cavab:
Salam aleykum. Yoldaşınızda olan bu hal cadunun təsirindən ola bilər. İnsanın öz ailəsinin yanında olarkən səbəbsiz yerə sıxılması, evdən getməyə can atması cadunun əlamətlərindən sayılır.
ardını oxu
24-02-2018 Hüseyn
Salamun Aleykum.Mən artıq 2 ay olar ki,Namaz qılmağa başlamışam.Bu 2 ərzində pis yuxular görüb, yuxuda 5 dəfə boşalmışam.Evli deyiləm.Bu əməlimə görə öz-özlüyümdə Allaha qarşı xəcalət çəkirəm,çox utanıram..Bunun qarşısını necə ala bilərəm? Əvvəlcədən təşəkkürlər.
Cavab:

Və aleykum Salam. Yuxuda qeyri-ixtiyari olaraq məninin ifraz olunması günah sayılmır. Bu, insan sağlamlığından irəli gələn təbii bir haldır.

Həmçinin oxuyun: Cinsi əlaqə olmadan ehtiras hissi qüslu pozurmu?

ardını oxu
24-02-2018 Giləxanım
Qəza orucu tutduğum zaman aybaşı olarsa həmi n orucun qəzası varmı?
Cavab:
Salam aleykum. Əgər Ramazan ayının qəza orucunu tutarkən heyz halı baş verərsə, oruc batil olur. Həmin qəza orucunun əvəzinə əlavə olaraq qəza orucu tutmaq lazım deyildir. Sadəcə heyzdən təmizləndikdən sonra Ramazan ayının qəza orucu yenidən tutulmalıdır.
ardını oxu
24-02-2018 Aysen
salamun aleykum onceden verdiyim suallari cavablandirdiginiza gore Allah razi olsun sizlerden sualim budurki suya ayetul kursu ve yaxud diger dualar oxuyub evi temizlemek olar? yoxsa bu esitdiyim xurafatda ? evi cin seytan emellerinden temizlemek ucun du deyiller sag olun Allah amaninda
ardını oxu
24-02-2018 Lamiyye
Salam,Son iki ildir düşündüklerim (hadisə,ehtiyac,şexs və s) qarışma çıxır.
Cavab:
Və aleykum Salam. Danışdığınız bu qeyri-adi hallar şeytanın fikirlərinizə qarışmasından meydana gələ bilər. Bəzi insanlar bu cür hallara mübtəla olduqda bunu özləri üçün xüsusi bir üstünlük, xüsusi bir qabiliyyət olduğunu düşünürlər.
ardını oxu
17-02-2018
Birini seve seve bawqasiyla niwanlanmag gunahmidir?
Cavab:
Salam aleykum. İslamda sevgi ancaq ailə qurmaq niyyəti ilə olmalıdır. Əks halda icazəli deyil və sonu zina kimi böyük günahla nəticələnə bilər. Əgər sizi zorla başqasına nişanlayırlarsa, imtina etmək haqqınız var.
ardını oxu
17-02-2018 R
Salam həyat yoldaşim masqivada işləyir və mənədə dayəlig iş təklifi gəlib yoldaşim razi deyil mən isə getmək isdəyirəm biraz imkanimiz yoxdur.yoldaşimi məcbur edirəm mənidə apar o günühdimi.və onu razi salmaqçun nə duasi oxumaliyam
Cavab:
Və aleykum Salam.


Allaha asiliyə aparan məsələləri çıxmaq şərtilə qadının ərinə itaət etməsi vacibdir. Ona görə də, əriniz icazə vermirsə, işləməkdən çəkinmək lazımdır.

ardını oxu
17-02-2018 sadiq məmmədov
namaz qılan adam borcludusa və borcunu bilərək vermirsə özüdə bir çox yerə onun qıldığı namaz qəbul olur yoxsa olmur birdə siqaret çəkə bilər namaz qılan.
Cavab:
Salam aleykum. Borc alıb imkan olduğu təqdirdə qaytarmayan borclu olduğu insanın haqqına girdiyi üçün böyük günah (qul haqqı günahı) qazanır. 
ardını oxu
17-02-2018 05.01.2018
Salam.qaynananin elediyi pislikleri yoldawa demek gunahdi??
Cavab:
Va aleykum Salam. Qaynana gəlinə pislik etməklə onun haqqına girir və günah qazanır. Belə olan halda qadın fitnə çıxarmadan ərinə vəziyyəti gözəl tərzdə izah edə və ərindən xahiş edə bilər ki, anasına nəsihət etsin.
ardını oxu
16-02-2018 Allahin qulu
Salam. Allah Teala hansi sehabenin "el-Beyyine" suresini oxumasini istemishdir?
Cavab:

Va aleykum Salam. Həmin səhabənin adı Ubeyy ibn əl-Kə'bdir (Allah ondan razı olsun). Belə ki, bir gün Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Ubeyy ibn əl-Kə'bə dedi: "Allah sənin mənə "əl-Beyyinə" surəsini oxumağını əmr etdi".

ardını oxu
16-02-2018
Salam.Men namaz qildim siqarete tövbe eliyirem dedim. 13 günden sonra gine siqaret cekdim. Birde, men tovbeye air qusur destnamaz almamıştım, hemise aldığım dest namazı almisdim. Xais edirem bu barede fikirivizi bildiresiz.
Cavab:
Və aleykum Salam. Siqaret çəkmək böyük günahlardandır. Yenidən tövbə edin və günahdan çəkinmək üçün aşağıdakı linkdəki səbəblərdən istifadə edin. Tövbə etmək üçün isə dəstəmaz almaq vacib deyil. Daha ətraflı:
ardını oxu
16-02-2018
Qadin erinden icaze almalidirmi oruc tutmaq ucun
Cavab:

Salam aleykum. Əri yanında olan qadının, ərinin icazəsi olmadan əlavə oruc tutması qadağandır. Digər bir hədisdə isə Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı) belə demişdir: "Əri yanında ikən onun icazəsini almadan bir qadının nafilə oruc tutması halal olmaz.

ardını oxu
16-02-2018 Roza
Salam. Qiz uwaqlari cenabet qusulu ala bilermi? Eger oglanla hanisa bir elaqede olduqda?
Cavab:
Və aleykum Salam. Qızla oğlanın ailə qurmadan yaxınlıq etməsi zina sayılır. Bu, həlakedici günahlardandır və onlara dərhal tövbə edib çoxlu xeyirli əməllər etmək vacibdir. Hər bir halda bu günah baş veribsə, qüsl alınmalıdır. Daha ətraflı:
ardını oxu
16-02-2018
Salam Aleykum. Cənnətə axırıncı girən adam barəsindəki hədisi yaza bilərsiz. Cavablara görə cox sağolun Allah sizdən razı olsun.
Cavab:

Və aleykum Salam. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, (bir dəfə) camaat soruşdu: "Ey Allahın Elçisi!

ardını oxu
16-02-2018 Anar
As salam aleykum. Ölkeler arasi pul kocurmesi ile mewgul olan insan kocurduyu pulun mugabilinde xidmet haggi olarag mueyyen faizini alirsa bu selem hesab olunurmu?
Cavab:

Və aleykum Salam. Pul köçürməsi müqabilində alınan xidmət haqqı riba (sələm) olmadığı üçün halaldır.

ardını oxu
16-02-2018 ramin
salam aleykum.evvelceden tesekkur edirem sizlere.menim sualim beledir.hicabli qadinin qollari bir qaris qisa koynek geyinmesi duzgundurmu?
Cavab:

Va aleykum Salam. Müsəlman qadının naməhrəmlərin yanında bir qarış olsa belə qısaqol geyinməsi icazəli deyil. Amma naməhrəm olmayan yerdə qısaqol köynək geyinmək icazəlidir.

ardını oxu
16-02-2018 Ayten
Heyat yoldasim mene xeyanet edir buna goz yuma bilmirem. Dinde bunun cezasi nedir?
Cavab:
Salam aleykum. Bu cavabı oxuyun: Ərimin zina etməsini qəbul edə bilmirəm...
ardını oxu
16-02-2018 Elvira
Salamun Aleykum.Sualim Qurandaki aye ile baglidi.İnsan suresi 17ayesinde deyilir Onlara burada zencefilli temiz şereb içirdilecek yeni Cennet haqinda deyilir.Bunu tam bilmek isterdim neye deyilib.İinci sualim beledi.Özum oxumamşam hele ama eşitmişemki Quranda qadina sahiblenmek haqqinda aye varmiki.
Cavab:
Va aleykum Salam.
ardını oxu
16-02-2018 Abdullayev ulvi
Eslam eleykum ve rehmetullahi ve betakatuh. Size sual vermek isteyirdim sadece eşdiyime göre peyğemberin sünüsude ayrı olub şie side bu duzdur yoxsa yox
Cavab:
Va aleykumus-Sələm və rahmətullah va bərakətuhu. Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) dövründə heç bir məzhəb olmayıb. Əli, Hüseyn, Fatimə, səhabələr (Allah onlardan razı olsun) -- heç biri hansısa firqəyə mənsub olmayıblar.
ardını oxu
16-02-2018
Eger cenabet zamani yanI posalma zamani paltara da toxanarsa onda paltarida qusul vermeliyik xayis cavab yazin
Cavab:

Salam aleykum. Dinimizdə paltara və digər əşyalara qüsl və ya salavat vermək anlayışı yoxdur. Qüsl cənabət halında olan insanın çimməsidir. Paltara məni bulaşdıqda isə, həmin yeri su ilə təmizləmək kifayətdir.

ardını oxu
16-02-2018 Nuri
Namaz qilan kisi ne cur qadinla evlenmeli? Namaz qilmayan qadin ve yaxud basqa dine mexsus qadinla evlense gunah yazilir ? (haramdir?)
Cavab:
Salam aleykum. Müsəlman kişi və ya qadın ailə quracağı şəxsi seçərkən ilk növbədə dininə və əxlaqına fikir verilməlidir. Daha ətraflı: 
ardını oxu
16-02-2018
Salam.Mən bir neçə dəfə yalnışlıqla qüsla alarken cənabet əvəzinə cünub demişəm.bu quslu batil edir?
Cavab:
Va aleykum Salam. Əgər bununla siz niyyət etməyi nəzərdə tutursunuzsa, niyyəti dil ilə tələffüz etmək olmaz, sadəcə qəlbinizdə qüsl almaq məqsədinin olması artıq niyyət sayılır. Hər bir halda bu, qüslu batil etmir. Daha ətraflı:
ardını oxu
16-02-2018
Salam, 1) İslamda bayram qeyd etmek ibadet sayılır? 2) Xristianların 31 Dekabr keçirdikleri noel bayramlarını ve ateşperestlerin novruz bayramını qeyd etmeyin dinimize ziddiliyi var? Xaiş edirem etraflı yazın Allah razı olsun.
Cavab:
Va aleykum Salam. Müsəlmanların Ramazan və Qurban kimi iki bayramı vardır və bu bayramları qeyd etmək ibadət sayılır. Ancaq qeyd etdiyiniz kimi Yeni il, Novruz bayramları dinimizdə yoxdur və bunlar müsəlman bayramları deyil. Həmçinin oxuyun:
ardını oxu
16-02-2018 Samir
Əssələmu aleykum.1.Namaz qılarkən birinci rükətdə Fatihə surəsindən sonra bəzən 10-15 ə qədər surə oxuyuram.İkinci rukətdə bir az qısa,yəni 5-10 arası surələr oxuyuram.Bəziləri deyir ki,maksimum 2-3 surə oxunmalıdır.Sual belədir ki 1 ci və 2 ci rükətlərdə necə surə oxunmalıdır?Hər hansı bir hədd var
Cavab:
Va aleykum Salam.
ardını oxu
16-02-2018
Salam Aleykum, sualima cavab yazsaniz cox cox sevinerem cunki coox vacibdi. Men evliyem, yoldawimin ailesi şiədir, qaynatam bilende ki namaza başladim özdə sünni namazı əsəbləşdi və dedi ki gelin hansi evə gəlirsə həmin namazi qilmalıdır, bawqa sohbet ola bilmez.
Cavab:
Va aleykum Salam. Namaz yalnız Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) öyrətdiyi qaydada qılınmalıdır.
ardını oxu
16-02-2018 Vefa
Salam.Men Rasiyada yasayiram.Muselman satan eti alsam halal sayilir ama nece kesildiyi haqqda melumatum yoxdu duzgundu onu yemek.evvelceden tesekkur.
Cavab:
Va aleykum Salam. Əsas məsələ əti kimin satması yox, heyvanı kimin kəsməsi və hansı qaydada kəsilməsidir. İmkan daxilində həmin ölkədə yaşayan müsəlmanlardan ət almağa çalışmaq lazımdır.
ardını oxu
16-02-2018 Meherrem
Essalamun aleykuma demek bizde piw namaza ixdida etmemek haqda deyintiler var ki piw namaz emeli sadiq deyil gunahgardi yeni o bir nece neferi cezalandirib devlet sevyesinde qanun esasinda cermelenibler ve piw namaza hansi halda ixdida etmemek olar onun kimise cermelendirmesi onun piw namaz olmasina
Cavab:
Va aleykum Salam. Dövlət tərəfindən təyin edilən imamın hətta fasiq (asi, günahkar) olsa belə arxasında namaz qılmaq icazəlidir.
ardını oxu
09-02-2018 Zaur
ibrahim peygemberin atasi kim olub? Deyirlerki Azer emisi olub.Delil var buna?
Cavab:
Salam aleykum. Bəzi alimlərə görə Azər İbrahim peyğəmbərin (Allahın ona salamı olsun) əmisinin, bəzilərinə görə isə atasının adıdır. Buna səbəb isə Quran ayələrində olan "Əbəti" - sözünün həm "atacan", həm də "əmican" mənalarını bildirməsidir.
ardını oxu
09-02-2018 Sema
Kanfra ile namaz qilmaq olarmi?
Cavab:

Salam aleykum. Bəli, bədənə kamfora yağı sürtülmüş halda namaz qılmaq olar və bu, namazı batil etmir. Həmçinin oxuyun: Dəstəmazı və namazı batil edən hallar

ardını oxu
09-02-2018
Salam. Həyat yoldaşım məni aldadıb. Mən də onunla ailə münasibətlərimi qırmağa görə tövbə etdim. Sonradan həyat yoldaşım səhfini etiraf etdi məni bağışla dedi. İndi mən tövbəmi pozub onunla ailə münasibətlərimi bərpa etsəm günahdırmı?
Cavab:
Va aleykum Salam. Tövbə günahlara görə edilir. Çox güman ki, ərinizin sizi aldatmasına görə siz onunla bir daha münasibət qurmamağınıza dair and içmək qismində tövbə etmisiniz.
ardını oxu
09-02-2018 islam
yaxın adamı ölən insan 40 gün saqqal saxlamalıdırmı
Cavab:

Salam aleykum. İnsan dünyasını dəyişdikdə, yas məqsədilə yaxınlarının saqqal saxlamaları dində əsası olmayan bir əməldir.

ardını oxu
09-02-2018 Resad
Salam-Aleykum.Ilk nobede yeni iliniz mubarek men etrafimdaki dostlarimin coxlu pullari var ama menim ailem qeder de yuksek gelirli deyil.Men hansi duani ede bileremki evimizin ruzu nemeti coxlu olsun InwAllah cavabliyarsiz sa olun.
Cavab:
Va aleykum Salam. Əvvəlcə onu deyək ki, yeni il müsəlmanların bayramı olmadığı üçün bu münasibətlə təbrikləşmək düzgün deyil. Ruzinin bol olması üçün isə dua etmək və şəriətdə göstərilən digər vasitələrdən istifadə etmək lazımdır. Uca Allah yaratdığı hər bir məxluqun ruzisini verir.
ardını oxu
09-02-2018 Xalis
Əlli yaşda adı dəyişmək olarmı?
Cavab:

Salam aleykum. Əgər ehtiyac varsa, dəyişmək olar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) pis adları, yaxşı adlarla dəyişərək əvəz etmişdir. (Muslim, 2139).

ardını oxu
09-02-2018 Aysel
Salam aleykum.Hicabli qadin dayi ve emisinin yaninda hicab baglamalidi bele deyir ekseryet amma nur suresi 31ci ayede Allah qadinlara kimlerin yaninda acmaq oldugunu buyurub.emi dayi yoxdusa demeli olarin yaninda biz acmamaliyiq mence qurani diqqetle menasin anlayaraq oxuyun yanlis fikirdi eminin d
Cavab:
Va aleykum Salam. Dayı və əminin qadın üçün məhrəm olmasına Quran və Sünnədə kifayət qədər dəlillər mövcuddur.
ardını oxu
09-02-2018 Nurlan
Salamelkum namaz qilan içki içilen yere ve kanserte getmesi oynaması gunahdrmi xayis cvb verin
Cavab:
Va aleykum Salam. Müsəlman mümkün qədər belə yerlərdən çəkinməlidir, çünki spirtli içkilər və musiqi olan məclislərdə iştirak etmək, musiqi sədaları altında rəqs etmək dinimizə görə günahdır. Həmçinin oxuyun:
ardını oxu
09-02-2018
Sakam hərdəstəmazda cinsoyyəti yumaq narahatçılıq yaradır və daha çox sidik ifraz olur.mümkündürmü yuyunmamaq
Cavab:
Və aleykum Salam. Hər dəfə dəstəmaz alanda övrət yerini yumağa ehtiyac yoxdur. Cinsiyyət üzvünü yalnız ayaqyoluna gedəndə yumaq lazımdır. Həmçinin oxuyun: 
Dəstəmaz almaq qaydası - VİDEO 
ardını oxu
09-02-2018 .....
Salam size 2 sualım var 1 men her gun tövbe edirem ama ne qeder etsemde tuta bilmirem isdemesemde yene de pozuram sizce ne etmeliyem yene de tovbe edim 2.Gunah eden insan yenede namaz qıla biler
Cavab:
ardını oxu
09-02-2018 V.Memmedov.B
Salam. Cox sag olun cavablara göre. sizin sayenizde bilmediyimizve axtardigimiz suallari cavablandirdiginiz ücün tesekkürem edirem. 1."Cevsenül-Kebir" nedir? Edn cenneti,Firdovs cenneti haqqinda melumat vererdiz zehmet deyilse.
Cavab:
Və aleykum Salam.
1. "Cövşənul-Kəbir" dində əsli olmayan xüsusi duadır və bidət sayılır. 

 
ardını oxu
09-02-2018 nigardan
evvela salam.evvelki sualima cvb verdiyiniz ucun cox sag olun.alllah sizden razi olsun.bes bir denede sual vermek isteyirem mene yaxinlarimdan birinin cadu etdiyini dusunurem.bunu nece oyrene bilerem ve yaxudda oyrene bileremmmi?
Cavab:
Va aleykum Salam. Əgər sizə cadu olunduğunu ehtimal edirisinizsə, bu cavabları oxuyun:
Cadu olunmasının əlamətləri hansılardır? 
ardını oxu

Pages