Aleykum salam. Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) ad günü qeyd etməmiş və qeyd etməyi buyurmamışdır. Bu haqda heç bir səhih məlumat yoxdur.
Aleykum salam. İmanın altı əsası vardır. Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə və qədərə iman. Bu əsaslardan birini inkar etmək küfrdür. Amma hər küfr əməl edənə kafir deyilmir, çünki onun bilməməzlik, səhv başa düşmə, aldadılma və s.
Aleykum salam. Uca Allahın elə adları vardır ki, onlar sırf Allaha aid olan adlardır və onları uşaqlara qoymaq olmaz. Məsələn, əl-Xaliq, ər-Rəhman, əs-Saməd və s. adları vermək olmaz. Çünki bu adların mənası yalnız Uca Yaradana layiqdir.
Aleykum salam. Su tapmadıqda və ya xəstəlik səbəbilə təyəmmüm almaq həm qüslu, həm də dəstəmazı əvəz edir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun.
Aleykum salam. Bu cavabı oxuyun: Şəkil çəkdirmək olarmı?
Aleykum salam. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq.
Aleykum salam.
Aleykum salam. Cavabı buradan oxuyun: Ölü üçün Ya Sin oxutmaq olar?
Aleykum salam. Namazdan sonrakı zikrlər haqqında buradan oxuyun: Namazdan sonra hansı zikrlər edilir və onlar vacib sayılırmı?
Aleykum salam. Qarının quruldaması dəstəmazı pozmur, xaricə yel çıxması isə pozur. Daha ətraflı: Dəstəmazı pozan amillər
Aleykum salam. Namaz qılanın arxasında dayanmaq günah deyil, qarşısından keçmək isə günahdır.
Aleykum salam. Bu kimi məsələlər xurafat və uğursuzluq kimi batil inanclardan meydana gəlib. İslamda isə uğursuzluq inancı yoxdur. Daha ətraflı: Dırnaq tutub yerə tökmək günahdır?
Aleykum salam. Namaz qılmamaq böyük günahdır. Uca Allaha dua edib sizə imkan yaratmasını diləyin. Vəziyyət normal hala gələnə qədər üzrlərdən istifadə edə bilərsiz məs. Zöhr və əsr namazlarını müvafiq vaxtlarda birləşdirə bilərsiz, su yoxdursa, təyəmmüm ala bilərsiz.
Aleykum salam. Tərkibində alkoqol olmayan içkilər haram deyil.
Aleykum salam. Yuxu haqqında bu linklərdən oxuyun:
Yuxu haqqında
Yuxuda rəhmətə getmiş insanı görmək nə mənaya gəlir?
Aleykum salam. Evdə dəstəmaz alıb məsciddə və digər yerlərdə namaz qılmaq Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salavatı olsun) sünnələrindən biridir. Hər hansı bir minik vasitəsinə minmək isə dəstəmazın pozmur.
Və aleykum Salam, Cümə namazı məsciddə camaatla birlikdə qılınan iki rükətli namazdır. Zöhr namazının vaxtında qılınır. Bəzi məscidlər gələn insanlara rahat olması üçün vaxtı müəyyən qədər gecikdirirlər. Namazdan əvvəl imam dini mövzuda xütbə (söhbət) deyir.
Aleykum salam. Qorxunc filmlərə və ya şəkillərə baxmaqda heç bir fayda yoxdur, çünki bu da qorxmaq üçün səbəblərdən biridir. Müsəlman faydasız şeylərdən çəkinməlidir.
Aleykum salam. Zərurət halında zöhrlə əsr, həmçinin məğriblə işa namazlarını birləşdirmək olar. Namazları qısaltmağa gəldikdə isə buna yalnız səfərdə və döyüşdə icazə verilib. Çalışın, günorta imkan tapıb, zöhr və əsr namazlarını birlikdə qılın.
Aleykum salam. Uca Allah buyurur: "Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir! Ey iman gətirənlər!
Aleykum salam. Namaz qılmayan Uca Allaha tövbə edirsə, tövbəsi qəbul oluna bilər. Uca Allaha tövbə edən bilir ki, günahları bağışlayan və onlara görə cəza verən yalnız Uca Allahdır.
Aleykum salam. Əgər qəsdən etməmisinizsə, bu, xətadır, yəni səhvən edilən əməldir. Bu isə günah deyildir. Həmçinin, Uca Allah hər deyilən sözü qəbul etmir, o ki qaldı səhvən deyilən sözlərə. Həmçinin, insanların dilində olan, tez-tez istifadə edilən bu cür sözlər bəd dua sayılmır.
Aleykum salam. İslam dini bütövlükdə əxlaq dinidir. İslam dininin gəlişi məhz insanları yüksək əxlaqa çatdırmaq məqsədini güdür. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mən ən yüksək əxlaqı tamamlamaq üçün göndərildim".
Aleykum salam. Qolu açıq halda hicab geyinmək olmaz. İslamda qadın üçün örtünmə qaydası "ən-Nur" surəsində izah edilir. Həmin ayəyə əsasən üz və əllər istisna olmaqla bədənin digər hissələri tamamilə örtülməlidir.
Aleykum salam. Günahlardan tövbə etmək təqdirəlayiq əməldir. Lakin namaz qılmamaq özü bir günahdır, həm də böyük günahdır.
Aleykum salam. Qaş almağın günah olması barəsində səhih hədis vardır. Daha ətraflı bu cavabı oxuyun: Qaş və üz tüklərini almaq günahdır?
Aleykum salam. Quran ayələri arasında heç bir ziddiyyət yoxdur. Bu bütün ayələrə aiddir. Uca Allah buyurur: "Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi?
Aleykum salam. Televizorda insana həm bu dünyada, həm də axirətdə fayda verəcək şeylərə baxmağa icazə verilir. Çünki televizor öz-özlüyündə halaldır. Onun halal və ya haram olması göstərilən verilişlərin halal-haram olmasından asılıdır.
Aleykumus-salam və rahmətullahi və bərakətuhu. Daha ətraflı məlumat almaq üçün Səhv səcdəsi necə yerinə yetirilir? sualının cavabını oxuyun.
Aleykum salam. Uca Allahın adı yazılanda qısa şəkildə s. t. "Subhənəhu və təala", c. c. "cəllə cələluhu" yazılır. Subhənəhu və təala sözünün mənası bütün nöqsanlardan uzaq olan Uca Allah deməkdir. Cəllə cələluhu sözünün mənası isə şanı uca olan Allah deməkdir.
Və aleykum Salam. Qüsl alıb pak olmaq Allahın əmrlərindən biridir, qüslu pozulmuş şəxs mümkün qədər tez qüsl almağa çalışmalıdır. Uca Allah buyurur: "Ey iman gətirənlər!
Salam aleykum. Sözsüz ki, günahlar insanın imanına, ibadətinə, yaxşı əməllər etməyinə öz mənfi təsirini göstərir. İslam alimləri günahların insana təsiri barəsində çox sayda kitablar yazmışlar.
Aleykum salam. Şəriətdə heyz və ya başqa səbəbə görə qüsl aldıqda paltarları dəyişmək buyurulmamışdır.
Aleykum salam. Qurani Kərimdə və Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) hədislərində olan duaları, həmçinin, müəyyən ibadət zamanı edilən duaları ərəb dilində oxumaq yaxşıdır.
Aleykum salam. İnşallah, gələcəkdə saytımızda bu mövzuya toxunacağıq.
Aleykum salam. Bu, sadəcə vəsvəsədir. Belə yuxulara əhəmiyyət vermək lazım deyil. Peyğəmbərimiz (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur: “Yaxşı yuxu Allahdandır. Sizlərdən biriniz yaxşı yuxu görərsə, o yuxunu yalnız sevdiyi adama danışsın.
Aleykum salam. Yuxu haqqında bu linklərdən oxuyun:
Yuxu haqqında
Yuxuda rəhmətə getmiş insanı görmək nə mənaya gəlir?
Aleykum salam. Cavabı buradan oxuyun: Namazdan sonra təsbeh çəkmək olar?
Aleykum salam. Cavabı buradan oxuyun: İstixarə namazını qılarkən nə oxumaq lazımdır?
Aleykum salam. Yuxunun nə məna verdiyini deyə bilmərik. Yuxu haqqında bu linklərdən oxuyun:
Yuxu haqqında
Yuxuda rəhmətə getmiş insanı görmək nə mənaya gəlir?
Aleykum salam. Namaz yalnız Uca Allah üçün qılınır, heç bir peyğəmbər üçün namaz qılmaq olmaz. Həmçinin bütün yuxulara inanmaq da olmaz. Bu mövzuları oxuyun:
Yuxu haqqında
Aleykum salam. Bunu deyə bilmərik. Amma yuxuya görə məyus olmaq olmaz. Bu mövzuları oxuyun:
Yuxu haqqında
Yuxuda rəhmətə getmiş insanı görmək nə mənaya gəlir?
Aleykum salam. Xeyr, Rəsulullah (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bunu qadağan etmişdir: "Rəsulullah ribanı (faiz) yeyənə, yedirdənə (burada faiz alan və verən nəzərdə tutulur), (müqaviləni) tərtib edənə, şahidlik edənə lənət etdi və: "Onlar bərabərdirlər", – dedi.
Aleykum salam. Əlbəttə ki, xeyirli məqsədlər üçün internetdən istifadə etmək olar.
Salam aleykum. Bu məqaləni oxuyun: əl-Fatihə surəsinin təfsiri
Aleykum salam. Bu cavabı oxuyun: Zinadan necə qorunmaq olar?
Salam aleykum. Müsəlman ən yaxın adamları olsa belə özündən başqa kəslər üçün qəza namazlarını qılmamalıdır. Çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) nə özü belə etmiş, nə də insanlara bunu buyurmuşdur. Bu sonradan dinə gətirilən yeniliklərdir (bidət).
Aleykum salam. Adlarımızı qeyd etməkdə və ya etməməkdə bir problem görmürük. Sadəcə olaraq suala cavab verən insanların bəziləri adlarının qeyd olunmasını istəmədi. Buna görə də qalan insanların adlarını qeyd etməkdən çəkindik.
Aleykum salam. Qiyamət gününə qədər bütün ölən insanlar "bərzəx" adlanan qəbir aləminə gedirlər. İnsan qəbirə qoyulduqda onun yanına Nəkir və Munkir adlı iki mələk gəlir və ona "Rəbbin kimdir?", "Dinin nədir?", "Peyğəmbərin kimdir?" suallarını verir.