Aleykum salam. Bütün Azərbaycan ərzasində sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz isə gün batan tərəfə (qərbə) doğru durun. Bu zaman üzünüzü cənuba tutmuş olacaqsınız. Sonra azca sola dönsəniz qibləyə yönəlmiş olacaqsınız.
Aleykum salam. Dişlərin müalicə məqsədi ilə yonudurulmasında şəriətə görə heç bir qadağa yoxdur.
Aleykum salam. Ümumiyyətlə hər bir xeyir işin əvvəlində də, sonunda da peyğəmbərin etdiyinə uyğun dua etmək müstəhəb (bəyənilən) əməllərdən sayılır. O cümlədən Qurani Kərimi də oxumaq xeyir əməllərdən hesab olunur.
Aleykum salam. Ümumiyyətlə ilk öncə müsəlman olan kəs bilməlidir ki, ibadətin istənilən növü Quran və Sünnəyə qəsdli şəkildə zidd olarsa, o əməl Allah dərgahında ondan qəbul olunmaz. Nazamda həmçinin bu qəbildəndir. Səhih hədislərdə deyilir ki, əməlin qəbul olunması üçün iki vacib şərt var.
Aleykum salam. Şəriətə görə Allaha yaxınlaşdıran mənəvi ibadətlərlə, məsələn; (oruc, namaz, dəstəmaz, dua və.s buna bənzər əməllərlə) niyyət, şəirət dilində desək nəzir etmək olar. Sizin Allah qarşısında söz verdiyiniz bir aylıq nəzir orucu da bu əməllər sırasındadır.
Aleykum salam. Ümumiyyətlə qədər mövzusu islamda ən ağır ən geniş mövzulardan biridir. Siz sadəcə qəbul etməlisiniz ki, Allah Təala sizi yaradıb və o Özü belə istəyib. Amma Uca Allahdan başqa heç kim bilmir ki, sonunda bizim aqibətimiz necə olacaq.
Aleykum salam. İlk öncə onu qeyd edək ki, əgər hal-hazırda həmin insanı tanıyırsınızsa sırqasını ona geri qaytara bilərsiz. Əgər tanımırsınızsa onun adından sədəqə edə bilərsiz.
Aleykum salam. Ayaqları hər dəstəmaz vaxtı yumağa ehtiyac yoxdur. Məsh də çəkmək olar. Çünki "məsh" Allahın insanlara verdiyi bir asanlıqdır.
Aleykum salam. Şəriətə görə dırnaqları tutub yerə tökmək günah sayılmır. Bu kimi məsələlər xurafat və uğursuzluq kimi batil inanclardan meydana gəlib. İslamda isə uğursuzluq inancı yoxdur.
Və aleykum Salam. Video üçün bu səhifəyə baxın: Dəstəmaz almaq qaydası - VİDEO
Aleykum salam. İslamda falın hər bir növü küfr kimi böyük yeddi həlak edici günahlardan biri hesab olunur. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir.
Aleykum salam. Həmin "qara daş" Kəbə bina olunan gündən sonra orada qərar tutub. Bu daşla bağlı bir çox rəvayət vardır. Deyilənə görə bu daşı Uca Allah göndərmişdir. Zəvvarlar Həcc mövsümündə bu daşı öpməyə cəhd edirlər.
Aleykum salam. Namazı Allah Rəsulunun (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurduğu kimi qılmaq lazımdır.
Aleykum salam. Şəriətə görə güzgünün sınması nə yaxşı, nə də pis əlamət sayılmır. Əslində bu kimi fikirlər batil inanclardan və xurafatlardan qaynaqlanır.
Aleykum salam. Bu haqda məlumat almaq üçün saytda olan "Namaz qılan qadınlara hansı əməllər qadağandır?" sual-cavaba baxa bilərsiniz.
Aleykum salam. Xeyir bu düzgün deyil. Qurani Kərimdə və ya Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salamı olsun) sünnəsində bununla bağlı heç bir səhih hədis gəlməyib. Bu sadəcə sonradan dində uydurulmuş bir yenilikdir.
Salam aleykum. Xeyir, bu sayt "Vəhhabi" saytı deyil. Bu sayt həqiqi islamı təbliğ edən, müsəlmanların saytıdır. Allah rizası üçün düzünü dedik. Bu xüsusda Uca Allah buyurur:
Aleykum salam. Əhli Sünnə vəl Cəmaat Sünnə (Peyğəmbərin yolu) ilə gedən, onun ətrafında toplaşan, həm əqidəyə aid elmi, həm də şəriət məslələrində ondan başqasına müraciət etməyən kəslərdir.
Salam aleykum. Sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz isə gün batan tərəfə (qərbə) dursanız, bu zaman üzünüz cənuba, yəni qibləyə tərəf tutmuş olacaqsınız. Beləcə siz qibləni təyin etmiş olursunuz. (Moskva şəhəri üçün)
Aleykumus-salam və rahmətullahi və bərakətuhu.
Aleykum salam. Şəhid sözü şahid deməkdir. Bəzi alimlər şəhidə belə deyilməsinin səbəbini onun Uca Allahın nemətlərinə şahid olması ilə və ya şəhadət kəlməsinə şahid olması ilə əlaqələndirirlər. Şəhid Uca Allaha iman gətirən və Uca Allahın yolunda döyüşərək öldürülən şəxsdir.
Aleykum salam. Təbii ki, Uca Allahı hər zaman zikr etmək olar və bu çox gözəl əməllərdəndir. Amma şəriətə görə namazsız təkcə bununla kifayətlənmək olmaz. Hər bir müsəlman gündə beş dəfə namaz qılmalıdır və bunu əvəz edəcək bir əməl yoxdur.
Aleykum salam. Bu sayt müsəlmanlarındır. Uca Allah buyurur: "(İnsanları) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?" (Fussilət, 33).
Aleykum salam. Saytımız yeni açılıb. Əhli Beytlə bağlı inşallah bu yaxınlarda geniş bir mövzu hazırlamaq niyyətindəyik. Bütün müsəlmanlar kimi bizdə Allah və Onun Rəsulunun (salləllahu aleyhi və səlləm) buyurduğu yolun davamçılarıyıq. İslamda firqəçilik yoxdur.
Aleykum salam. Əgər imkan varsa paltarı dəyişib, yenisini geynib qılmaq daha yaxşıdır. Əgər buna imkan və ya şərait yoxdursa, bu zaman həmin paltar ilə namaz qılına bilər. Əsas odur ki, paltar nəcasətli olmasın.
Aleykum salam. İslama görə musiqiyə qulaq asmaq haramdır. Daha ətraflı: İslamda musiqi və rəqs haqqında
Aleykum salam. "Zikr" sözünün mənası "yada salma", "xatırlama" "anma" deməkdir. Uca Allah buyurur: "Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!" (əl-Bəqərə, 152).
Aleykum salam. Birinci təşəhhüddə buna ehtiyac yoxdur. Amma sonuncu təşəhhüddə isə bu duaları oxumağınız məsləhətdir.
Sonuncu təşəhhüddə salavatdan sonra oxunan dualar;
Aleykum salam. Bu barədə Uca Allah belə buyurur: "Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman". (ət-Təkvir, 5).
Aleykum salam. Bu cavabları oxuyun:
Qəzəblənmə!
Səbirli olmaq üçün nə edim?
Aleykum salam. Namazdan sonra edilən zikr və dualar vacib deyil. Fəqət bəyənilən əməllərdəndir.
Aleykum salam. Şəriətə görə bu cür ticarət əməliyyatına icazə verilmir, çünki müştərinin əvəzinə pulu ödəyən adam ticarət etmir. O, sadəcə olaraq, satılan malın gəlirindən ticarət etmədən faiz əldə edir. Hal-hazırda bu işi banklar da görür, məsələn, avtomobil alqı-satqısında.
Aleykum salam. O saytlar ki, Uca Allahın müqəddəs kitabını və Onun Rəsulunun sünnətini (yolunu) səhabələrin və onlardan sonra gələn alimlərin anlayışı və düşüncəsi ilə təbliğ edirsə, inşallah, elə hesab etmək olar ki, o saytlar haqq yola dəvət edir.
Aleykum salam. Şəriətə görə sözü gedən yer istifadə üçün icarəyə götürülübsə, həmin yerin alınıb satılmasında heç bir problem yoxdur. Çünki həmin məkan əvvələcədən məscid kimi inşa olunmayıb. İslam alimləri belə hesab edir.
Aleykum salam. Namaz qılanın önündə kukla kimi surəti olan oyuncaq namazı batil etmir. Kuklanın gözlərində şeytanın gizlənməsinə gəlincə, bu haqda heç bir səhih məlumat yoxdur.
Aleykum salam. İslam alimlərinə görə vitr namazında qunut duası tutmaq vacib deyildir. Həmçinin, vitr namazında qunut duasını daim etmək olmaz. Çünki Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qunut duasını daim yox, bəzi vaxtlarda oxuyardı.
Aleykum salam. İslam dini məzhəblərə və təriqətlərə bölünməyi qadağan edir. Uca Allah buyurur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!
Aleykum salam. İslamda bununla bağlı müəyyən yaş həddi göstərilməmişdir. İslam insanların həm dünya və həm də axirət məsələlərini qoruyan bir dindir. Elə buna görə də insanın fitrətinə, bəşər xüsusiyyətinə və təbiətinə uyğun olan qanunlar müəyyənləşdirmişdir. Bu nikaha dair qanunlar da belədir.
Aleykum salam. İslam alimlərinə görə azan verildikdə zərurət yoxdursa, ayaqyoluna getmək bəyənilmir.
Aleykum salam. Bəli, günah sayılır. Ümumiyyətlə dinimizə görə zinakarlığı tərənnüm edən çirkin filmlərə və ya şəkillərə baxmaq günahdır. Bu xüsusda Uca Allah belə buyurur:
Aleykum salam. Ümumiyyətlə islamda məcburiyyət yoxdur. Uca Allah buyurur: "Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir...". (əl-Bəqərə, 256).
Və aleykum Salam. İslama görə aşura – hicri təqvimin ilk ayı olan məhərrəm ayının 10-cu günüdür. Sözün ərəb dilindən tərcüməsi də elə "onuncu gün" deməkdir.
Aleykum salam. Ev işlərini görərkən azan verilərsə, işi davam etmək eyb etməz.
Azan və iqaməni eşidərkən müəzzinin dediklərini təkrarlamaq müstəhəbdir. Əbu Səid Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir:
Aleykum salam. Şəriətə görə dəstəmazı pozan amillər sırasında yemək yoxdur. Dəstəmazı pozan hallar isə aşağıdakılardır:
1. Ön və arxa ifrazat çıxışlarından çıxan hər şey:
Aleykum salam. Valideynlər dünyasını dəyişərsə, onların bağışlanması üçün dua etmək, onların adından sədəqə vermək, qohumları ilə əlaqələri daha da möhkəmləndirmək və digər şeylər onlara edilən yaxşılıqdır.
Və aleykum Salam. İslama görə qadının üzü və əllərindən (biləklərə qədər) başqa bütün bədəni övrət yeri sayılır. Bu barədə Allah Quranda buyurur: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar.
Və aleykum Salam. Minikdə olan insan bir neçə halla rastlaşa bilər:
1) Əgər minikdə gedən insan lazım olan yerə çatdıqda namazın vaxtı hələ çıxmayacaqsa, bu halda namazı saxlayıb həmin yerə çatdıqda qılmalıdır.
Aleykum salam. Namaz Allahın öz bəndələrinə fərz (vacib) buyurduğu bir ibadətdir və onu tərk etmək, yaxud gecikdirmək qətiyyən düzgün deyil. Müsəlmanın üzərinə düşən vacib vəzifə namazı vaxtında qılmaq və onu namazdan yayındıracaq hər hansı bir şeyə yol verməməkdir.