Va aleykum salam. Qəlbən dua etmək duanın qəbul olunmasına səbəb olan amillərdəın biridir. Həmçinin, Allahı yad edərkən ağlamaq da yaxşı xüsusiyyətdir.
Va alaeykum salam. Ehtiraslanan zaman övrət yerinin nəmlənməsi orucu pozmur. Ehtiraslanan zaman övrətdən çıxan rəngsiz mayeyə "məzi" deyilir. Məzi spermadan əvvəl gəlir və az miqdarda şirəli rəngsiz mayedir.
Va aleykum salam. Əgər səhvən olubsa oruc sayılır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Kim oruclu olarkən unudaraq yeyər və ya içərsə orucunu davam etdirsin. Həqiqətən Allah onu yedizdirib, içizdirmişdir". (əl-Buxari, 1923).
Va aleykum salam. Əgər o oğlanla sizin ata-analarınız ayrı-ayrıdırlarsa, o zaman siz naməhrəm sayılırsız. Əgər ata və analarınızdan biri eyni olarsa, o zaman məhrəm sayılırsız. Həmçinin, bu sualların cavablarına qayıda bilərsiniz:
Və aleykum Salam. Zərəri olmadığı təqdirdə çiy ət yemək olar. Çünki dində bunu qadağan edən bir dəlil yoxdur. Haramlığına dəlil olmadığı təqdirdə isə bir şeyi haram etmək olmaz. Lakin zərərli olub-olmamasına diqqət etmək lazımdır. Əgər orqanizmə zərərlidirsə, bu halda yemək olaz.
Salam aleykum. Bəli, uşaqlara etdikləri saleh əməllərə görə savab yazılır. Bir hədisdə rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) ər-Ravha adlanan yerdə bir dəstə atlı ilə qarşılaşdı. Onlardan: "Kimsiniz?" deyə soruşduqda, onlar: "Müsəlmanıq". deyə cavab verdilər.
Və aleykum Salam. Qeyd etdiyiniz halda nə qüslü nə də dəstəmazı vacib etmir. Daha ətraflı:
Va aleykum salam. "Savab" sözünün ərəbcə lüğəti mənası "mükafat", "əvəz" deməkdir. Savabın əksi isə "cəza" deməkdir. Şəriətdə isə "savab" dedikdə xeyirxah əməllərə görə Uca Allahın qullarına verəcəyi mükafatdır.
Va aleykum salam. Duanın qəbul olunması üçün başı bağlamaq şərt deyil. Uca Allah Ona dua edənin duasını qəbul edəcəyini bildirərək buyurur: "Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim.
Va aleykum salam. Etdiyi günahdan asılı olmayaraq sidq ürəklə, səmimi tövbə edəni Uca Allah bağışlayır. Uca Allah bu xüsusda buyurur: "Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin.
Va aleykum salam. Şəriətə görə səfərə çıxan insan orucunu poza bilər. Əgər pozulan oruc Ramazan orucu, qəza və ya nəzir kimi vacib oruc olarsa, bu orucları başqa günlərdə qəza etmək lazımdır.
Aleykum salam. İnsan gərək daim ona dünya və Axirətdə faydalı olan şeylərə can atsın və bu yolda zəifləməsin. İlk növbədə bu işdə Allaha təvəkkül etməli daha sonra düzgün səbəblərdən tutmalıdır. Universitetə qəbul olmaq üçün isə düzgün səbəb yaxşı oxumaqdır.
Aleykum salam. Üzürsüz yerə namazları qəza emək böyük günahdır. Üzürsüz səbəbdən və səhlənkarlıqdan buraxılan namazları qəza etmək olmur. Buna görə Allahdan bağışlanma diləmək (tövbə etmək) və nafilə namazları çoxaltmaq lazımdır.
Va aleykum salam. Namaz elə bir ibadətdir ki, insanın ağlı başında olduğu müddətcə namazı tərk etməməlidir. Yalnız huşsuz vəziyyətdə olan insanın üzərindən namazın vacibliyi düşür. Bu səbəbdən müalicə götürmək namazın vacibliyini düşürmür. Lakin dinimiz asanlığı əmr edir.
Salam aleykum. Oruc tutan insan ağır iş rejimi və ya digər səbəbdən dözülməz halda susayarsa və orucu açmadığı təqdirdə canına zərər toxunacağından qorxarsa, bu halda orucunu aça bilər. Bu halda o, üzürlü sayılır və buna görə ona günah yazılmır.
Və aleykum Salam. Əgər İsanın (Allaın ona salamı olsun) millətini nəzərdə tutursunuzsa, cavab olaraq deyirik ki, bəli, İsa İsrail oğullarından olmuşdur. İsrail oğulları isə sonradan yəhudilər kimi tanınırdı.
Və aleykum Salam. Bu il (2019) ölkəmizdə Ramazan bayramı İyun ayının 5-nə təsadüf edir. Başqa ölkələrdə ayın görünməsi bayram keçirmək üçün əsas deyil, çünki ay hər ölkədə müxtəlif vaxtlarda görünə bilər. Hər kəs bayramı yaşadığı yerin əhalisi ilə birlikdə keçirməlidir.
Və aleykum Salam. Allah övladınızı sağlam, salehlər bəndələrdən və valideynləri, cəmiyyətimiz üçün də faydaları kəslərdən etsin! Valideynin övladlarına qarşı mərhəmətli, qayğıkeş olması, onları əzizləməsi və onlara əziyyət verməyəcək dərəcədə öpüb-qucaqlaması savab əməllərdəndir.
Və aleykum Salam. Şərait olmadıqda namazın necə qılınması, dəstəmaz əvəzinə təyəmmüm alınması və digər asanlıqları dinimiz bizə göstərib. Daha ətraflı: Şərait olmadığı üçün namaz qılmıram
Və aleykum Salam. Bu cavabları oxuyun:
Salam aleykum. Uca Allah haram qidaları yeməi bütün hallarda haram buyurmuşdur: "Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, (hündür bir yerdən) yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, –
Və aleykum Salam. Müəyyən müddətdə nişanlı qalmaq günah sayılmır. Lakin kəbin olmazsa, nişanlılar bir-birlərinə naməhrəm olduqları üçün özlərini harama düşməkdən qorumalıdırlar. Habelə, evlənməyə imkan olduğu halda və digər zəruri səbəblər olmadan nişanlılıq dövrünü uzatmaq bəyənilmir.
Qadın heyzli halda nələri edə bilməz?
Və aleykum Salam. Ehtiyacı olan birinə qan verməyə heç bir qadağa yoxdur. Əksinə, bu, savabdır.
Və aleykum Salam. Qeyd etdiyiniz məsələnin Allahın sizi sevib-sevməməsi ilə bir əlaqəsi yoxdur. Müsəlman kişi ehtiyac olmadan evə gec gəlməməlidir, çünki həyat yoldaşına və uşaqlara vaxt ayırmaq kişinin məsul olduğu ailə vəzifələrindən biridir.
Salam aleykum. Qüsl alarkən "Bismilləh - Allahın adı ilə" sözündən başqa heç nə demək lazım deyil. Niyyətin yeri isə qəlbdir və onu dilə gətirmək bidətdir. Daha ətraflı:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
1. İçki içənin qıldığı namazın 40 gün qəbul olunmaması hədisi səhihdir. Daha ətraflı: "İçki içənin 40 gün ibadəti qəbul olmaz" hədisi səhihdirmi?
Salam aleykum.