Və aleykum Salam. Zakaria Botros Misir xristianlarından olub, İslama qarşı sözlə ciddi şəkildə müharibə elan edənlərdəndir. Müxtəlif televiziyalarda Qurana və ümumiyyətlə İslama qarşı çıxışlar edir. Onun verdiyi məlumatlar dini bilgisi az olan müsəlmanları azdırmaq üçündür.
Salam aleykum. Sübh namazının vaxtı günəş çıxana qədərdir. Namaz vaxtlarına saytımızın ana səhifəsində baxa bilərsiniz.
Və aleykum Salam. Hörmət etmək övladın valideynə borcudur. Kim haqsızlıq edirsə, əvəzini alacaq. Siz atanıza bacardığınız qədər hörmət edin və Allah yanında valideynə qarşı hörmətsizlik günahından çəkinin. Daha ətraflı:
Və aleykum Salam. Allah sizə kömək olsun. Burada yazılanlara əməl edin. Amma falçı yanına getmək vəziyyəti daha da pisləşdirir. Qətiyyən falçı yanına getmək olmaz. Allaha çoxlu dua edin. Bu cavabları oxuyun:
Və aleykum Salam. Bu çox ciddi məsələdir. Ona görə qadının əri haqda bir məlumat əldə etməyə çalışın. Həmçinin, oxuyun:
Ərim mənə maraq, qayğı göstərmirsə, boşanma tələb edə bilərəmmi?
Tarix "Qədir Xum" hadisəsini necə izah edir?
Və aleykum Salam. Bu cavabı oxuyun: Niyə pis yolda olanların işləri yaxşı gedir, mən isə əziyyət çəkirəm?
Və aleykum Salam. Gözə kimlərinsə görünməsi, namaz qılmağa çətinlik çəkmək, qorxmaq və s. hallar şeytanın vəsvəsi nəticəsində olur. Namaza davam edin, gün ərzində Quran oxunmasına qulaq asın, Allahı çox zikr edin.
Telepatiya - fikirləri başqa insanlara ünsiyyət olmadan ötürməyə və ya onun fikrini öyrənməyə deyilir. Bu həm Allahdan olan kəramət, həm də şeytandan olan vəsvəsə nəticəsində mümkün ola bilər.
Və aleykum Salam. İnsan əməllərin çoxunu əlləri ilə edir. Yəni, o əllər heç oldu, faydasız oldu. Bu ərəb dilində olan bir üslubdur. Həmçinin, oxuyun: əl-Məsəd surəsinin izahı
Salam aleykum. Gələcəyi öyrənmək məqsədilə Quran açdırmaq böyük günahdır. Əgər Quranı oxumaq üçün açırsınızsa, dəstəmazsız halda istər Qurani Kərimin özünü, istərsə də Azərbaycanca tərcüməsini oxumaq olar. Lakin dəstəmazlı halda oxumaq daha yaxşıdır.
Salam aleykum. Duanın tərcüməsi belədir: Allahım! Cəhənnəm əzabından, Qəbr əzabından, həyatın və ölümün fitnəsindən, dəccal məsihin fitnəsinin şərindən Sənə pənah aparıram!
Və aleykum Salam. Evdə şəkillərin və heyvan oyuncaqlarının olması duanın qəbul olmasına maneçilik törədən şərtlərdən deyildir.
Salam aleykum. Zikr edərkən dəstəmaz vacib deyildir. Qüsulsuz olsanız da zikr edə bilərsiniz.
Salam aleykum. Tərkibində spirt olan energetik içkilər haramdır. Tərkibində spirt olmayanlar isə, insan orqanizminə zərər olduğuna görə onları içməkdən çəkinmək daha yaxşıdır.
Birinci zövcənin razılığı olmadan, kişi ikinci zövcəni ala bilərmi?
Salam aleykum.
Və aleykum salam. Namaza başlamaq niyyətiniz münasibətilə sizi təbrik edirik və Uca Allaha dua edirik ki, sizi din üzərində sabit etsin, axirətdə namaz və digər yaxşı əməlləriniz sayəsində günahlarınızı bağışlayaraq sizi Cənnətə daxil etsin!
Və aleykum Salam. Bu cavabı oxuyun: Şiə və sünni nədir və bunların hansı düzgündür?
Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurub: "Əbu Bəkr və Ömər əvvəlki və sonrakı nəsillərdən Cənnətdə sakin olacaq yaşlılar arasında ən hörmətli kimsələr olacaqlar. Yalnız peyğəmbərlər və elçilər müstəsnadır". (ət-Tabərani: "Mu'cəmul-Kəbir", 257).