02-07-2023
Evin icində it saxlayırlasa o evə mömin gedə bilərmi ?
Cavab:
ardını oxu
02-07-2023
Salam aleykum. Qonaq gələn naməhrəm insanlara(bibioğulları kimi) məhrəmlərin yanında olmaq şərtilə onlara salam verməyim, ünsiyyətdə olmağım nə dərəcədə düzgündür?
Cavab:

Va aleykum Salam. Qadının naməhərm qohumlarla əllə görüşməsi haramdır. Şifahi salamlaşmaq isə məhrəmlərin yanında icazəlidir. Ümumiyyətlə qadının məhrəmlərin yanında olsa belə naməhrəm kişilərlə çox ünsiyyətdə olması bəyənilmir. Ətraflı oxuyun:

ardını oxu
02-07-2023 Rovsen
Salam aleykum! Evlilik barede bir aileden qiz aliriq elçi gedib razidirlarsa Bunyan sonra evlenecek cutluklerin evlilikden qabaq boynuna hansi haqlar ve islami qaydalara riayet edilmelidirler
Cavab:

Va aleykum Salam. İlk növbədə evlənmək istəyən cütlük bilməlidir ki, kəbin olana qədər onlar naməhrəm sayılırlar və təklikdə qalmaqdan, habelə zərurət olmadan ünsiyyətdən çəkinməlidirlər. Lakin nikah və toyla əlaqəli məsələlər barədə şahidlərin iştirakı ilə söhbət edə bilərlər.

ardını oxu
02-07-2023
salam uzurlu sayin menden tez tez vaginal axitni gelir bu menim destnamazimi pozurmu yeni xesteliydi sadece indi bunu mualice ede bilmirem ne etmeliyem?
Cavab:

Va aleykum Salam. Bu cavaabları oxuyun:

ardını oxu
02-07-2023 İlkin
Salam. Namaz qılmağa başlamaq niyyətindəyəm, inşaAllah. Allah nəsib etsin. Namaz qılmaqla əlaqəli videolarınızı da izləmişəm, çox kömək oldu. Allah sizlərdən razı olsun. Sadəcə başlamazdan öncə bəzi şeyləri özüm üçün dəqiqləşdirmək istəyirəm. Namaz qılmağa başlamazdan əvvəl qüsl alınmalıdır.
Cavab:
Və aleykum salam. Namaza başlamanız münasibəti ilə sizi təbrik edirik, Uca Allaha dua edirik ki, sizi sabit etsin və sevdiklərinizlə birlikdə Cənnətə daxil etsin! Namaz qılmağa yeni başlayan insanın qüsl alması məsləhətdir.
ardını oxu
01-07-2023
Salam.İtmiş bir şey tapıb ,istifade etmek ve ya satmaq günah sayılırmı?Axtarırsan sahibi çıxmırda.
Cavab:

Va aleykum Salam. Əgər tapılan əşya dəyərli deyilsə, yəni köhnəlmiş və ya ucuz bir şeydirsə, bu əşyalardan istifadə etmək icazəlidir. Əgər tapılan əşya dəyərli bir əşyadırsa, bu halda o "itən əşya" hökmündədir və belə əşyaların sahibləri bir il müddətinə axtarılır.

ardını oxu
01-07-2023 İlkin
Salam aleykum, 66.Təhrim Surəsi-nin ərəbcə oxunuş (transkripsiyasını) yaza bilərsiz? 12 ayədi.
Cavab:

Va aleykum Salam. Təəssüf ki, bu mümkün deyil, çünki Azərbaycan dili ilə ərəb dilində olan hərflər arasında böyük fərq var. Siz çalışın ki, ərəb əlifbasını öyrənəsiniz. Həmçinin oxuyun: 

ardını oxu
01-07-2023 İlqar
Salam hamıya üzr isteyirem sözüme gore amma bunu bilmeliyem eger bir insan öz nefsine hakim ola bilmeyin bezi saytlardan qızların haram yerlerine baxım rahatlayarken ve sonra bunun pis bir şey oldugunu basa dusub tovbe etmek ve savablari artirmaq kifayet edermi?Zehmet olmasa deyerdiz:)
Cavab:

Va aleykum Salam. Haram şəkillərə baxmaq günahdır və bu əməl insanı zinaya aparır. Bu əməldən tövbə edib saleh əməlləri artırmaq lazımdır. Ətraflı oxuyun:

ardını oxu
01-07-2023
Assalamu aleykum. Adəm peyğəmbərdən öncə yer kurəsi olub? dinazavrlar haqqında quran və sünnədə dəlil varmı? Allah sizə bərəkət versin
Cavab:

Va aleykum Salam.

ardını oxu
01-07-2023 İnal
Salam Aleykum. Zöhr ferz namazını qıldıqdan sonra eger camaat toplaşıbsa onlarla da ferz namazı olaraq yeniden qılmaq olarmı?
Cavab:

Va aleykum Salam. Bir fərz namazını ikinci dəfə qılmaq icazəli deyil. İkinci camaata nafilə niyyəti ilə qoşulub qılmaq icazəlidir. 

ardını oxu
01-07-2023 ,
Salam Aleykum. Ehli -Sünne Henefi, Vehabi, selefi mezheblerı kimlere deyilir? Tam şekilde izah ede bilersinizmi?
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
14-04-2023
Salam aleykum.bildiyimiz kimi ALLAH bagiwlayandir,merhetlidir.gunahlarimizi bagiwlayandir.men bilmek isterdimki agili Bawinda olan insan caresilikden intihar ederse bagiwlanma ehtimali varmi?Beli cana qiymaq olmaz ve bagiwlanmazdir bilirik Amma ALLAH bagiwlayandir .
Cavab:

Və aleykum salam. İntihar etmək böyük günahdır və Cəhənnəm əzabına aparır. Allahın mərhəmətli olduğunu düşünərək böyük günahlar etmək səhv yoldur.

ardını oxu
14-04-2023 K
Salam Aleykum . Men namaza teze başlamişam . 9 ayliq körpem var . Namazin evvel ferzini qildiqdan sonra uşağa baxib onu sakitleşdirib daha sonra sünnetini qilmaq olar mi ?
Cavab:

Və aleykum salam. Bəli, fərz namazından sonra başqa bir işlə məşğul olmaq, daha sonra sünnət namazları qılmaq icazəlidir. Həmçinin, oxuyun: Sünnət namazları hansılardır?

ardını oxu
14-04-2023
Salam evli qadin basqa bir kişi ile kebin kesdirib onunla elaqede ola biler hemin qadinin eri ile kebini yoxdu aralarında sevgi yoxdu
ardını oxu
13-04-2023
Salam men 1 ildir namaz qılıram. 4 aydan sonra yoldaşım mecbur elediki hicaba keçim. Hazir deyldim helede örgeşe bilmirem. Hicabdan çıxmaq isdeyirem ama günah olduğun bilirem sizce ne edim?
Cavab:

Və aleykum salam. Bu cavabı oxuyun:  Hicabı açmaq günahdırmı? 

ardını oxu
13-04-2023 İlkin
Salam. Bizdə evdə balaca 1.5 yaşında uşaq var. Bəzən olur sidikləyir xalçanın üzərinə. Həmun yer su ilə isladılıb təmizlənir. Bu yerdə və ya otaqda namaz qılmaq olar mı?
Cavab:
ardını oxu
13-04-2023 Sabina
Salam aleykum Ərimin əmisinin və ya dayısının yanında hicabı açmaq olar?
Cavab:
Və aleykum salam. Xeyr, ərinizin əmisi və dayısının yanında hicabı açmaq olmaz. Daha ətraflı: Kimlərin yanında hicabı açmaq olar? (Məhrəm və naməhrəm kimlərdir?) 
ardını oxu
13-04-2023
Salam.deyirler bezi ele seyler var bilirem gunahdl ama onem vermirik erimle kobut davranmaqlm veyaxud kiminse qeybet eleelemeyim bulara baxmayaraq namazdanda qalmlram ve Allahl cox zikir eliyirem bilmey isdeyirem namaz ve zikir bunlarln savabl ayrl etdiyim gunahlarln cezasl ayrl ola bilermi yoxsa na
Cavab:
Və aleykum salam. Sadaladığınız şeylər böyük günahlardır. Mükafatını Allahdan umaraq, Cənnətə daxil olmaq üçün bir vasitə olduğunu düşünərək ərinizlə gözəl davranmağa çalışın və səhvlərini bağışlayın.
ardını oxu
13-04-2023 Xxxx
Salam aleykum. Kişi ilə qadının yatağı ayrılarsa 2 ayda muddətində , onların kəbini pozulurmu?
Cavab:

Və aleykum salam. Xeyr, yatağı ayırmaq kəbini pozmur. Kəbin kişinin qadına "səni boşayıram", "ailənin yanına get" və ya digər boşanma mənası verən sözləri deməsi ilə pozulur.

ardını oxu
13-04-2023 Seymur
As Salam Aleykum mən qul haqqına girmişəm arxasınca danşaraq amma çox şey yadımda qalmadiği üçün ona demisemki senin haqqında danişmişam çox şeyi deyə bilmemisem ona demisemki bütün haqqını halal et eğer etse halaliq sayılır? Ve yaxud deseki bütün haqimi halal edirəmsə haliliq sayılır?
Cavab:
Və aleykum salam. Bəli, xırdalıqları bildirmədən həmin şəxsdən ümumən halallıq ala bilərsiniz. Həmçinin, oxuyun:  
ardını oxu
13-04-2023
Salam.mənim qaynanam falçıdı.mən namaz qılmaq istəyirəm məni qoymur.deyir mənim fal pulumdan yeyib içirsən.necə qılırsan Namazı.indi mən neynəməliyəm.Qılarsam namazım qəbul olar?yoxsa olmaz.və ya yediyim içdiyim mənə halal sayılır?
Cavab:
Və aleykum salam. Namaz qılmaq hər kəsə, yediyinin halal və ya haram olmasından asılı olmayaraq vacibdir. Həmçinin, başqa qazanc yeriniz yoxdursa, ailə üzvünüzün haram yolla əldə etdiyi qazancdan yeyə bilərsiniz, bu halda sizə günah yazılmır.
ardını oxu
13-04-2023
Salam.Qafqaz muselmanlarında esr namazının vaxtı16:28 Size ise esr namaznın vaxtı 15:45
ardını oxu
13-04-2023 Veteran Pervin
Salam dovlet isinde isdeyirem her maasimdan mudure mecburi pul verirem yoxsa masimi azaldirlar.Bir defe qarsi cixdim isden cixardilar muharibeye getdim geldim yeniden qayitdim Allah isdeyi ile.Gucluyem Vetenim,milletim ve ailem ucun amma bu gucu sadece dusmenime isdifade ederem.acizem oz milletim h
Cavab:

Va aleykum Salam. Allaha dua edirik ki, sizə xeyirli, halal və bərəkətli ruzi yetirsin.  Müdirin sizdən aldığı pul rüşvət sayılır və haramdır, lakin məcburiyyət qarşısında verdiyiniz üçün buna görə sizə günah yazılmır. Bu barədə ətraflı oxuyun:

ardını oxu
13-04-2023
Salam. Mənim qardaşım solaxaydır. Bizim sağ əl ilə gördüyümüz işləri o sol əli ilə, bizim sol əl ilə gördüyümüz işləri isə sağ əli ilə görür. Sualım budur ki, o salavat deyəndə hansı əlindən istifadə etsin?
Cavab:

Va aleykum Salam. Dinimizdə salavat deyərkən əli üzə çəkmək buyurulmayıb, bu, dində sonradan edilən yeniliklərdəndir (bidət). Bu barədə ətraflı oxuyun:

ardını oxu
13-04-2023
Salam Aleykum Bizim kendde bir pir var ve 3 neferle gedib o pirde asılan parçaları ağacdan çıxartdıq sorada bir balaca zarafatlaşdıq bu günahmıdır?
Cavab:

Va aleykum Salam. Pirlər, ocaqlar və digər ziyarətgahlar insanlar tərəfindən uydurulan, Uca Allahdan qeyrisi üçün ibadət edilən yerləridir. Bu yerlərin dinimizdə heç bir əsli yoxdur. Belə yerlərdə Allaha şərik qoşulur və dinimizə müxalif olan bir çox əməllər edilir. Bu barədə ətraflı oxuyun:

ardını oxu
13-04-2023 Xxx
Salam aleykum. Qadinin basqa yerde paltarini dəyişməsi haramdir dediniz. Bəs qalacaqsa o evdə ? Yaxud kirlənərsə paltari? Bu hallarda olar?
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Qadın yaxın qohumlarının evində çimə bilərmi?
ardını oxu
13-04-2023
Salam mən namaza 2 ay olar başlamışam.Amma namax vaxtlarına baxitam aprel , may ,iyun aylari ucun.Subh namazinin vaxti gece 4-5 arasidi.men ise ister istemez destemaz alanda anami oyatmis olacam .anam ise isine gore gec yatir ve az yatir.
Cavab:
Va aleykum Salam. Səbəbsiz olaraq Sübh namazını qəzaya saxlamaq günahdır. Odur ki, çalışın Sübh namazını vaxtında qılasınız. Həmçinin oxuyun:
ardını oxu
13-04-2023 Abubakr
Salam aleykum. Müasir ayaqyolularda nece yuyunsanda altdan nese sıçrayır. Bu meni narahat edir.Hemcinin namazda çoxlu vesvese gəlir. Bir sözle vesveseler meni üsteleyib. Evvel namazlarımi çox gozel qılırdım. indi ele qıla.bilmirem.
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
13-04-2023 Elmar
Salam.HZ.Mevlana deyəndə kimi nəzərdə tuturlar.Kimdir həmin adam.cunki bu ada çox rast gəlmişəm.Onun sözləri səhihdirmi.Zəhmət olmasa məlumat verərdiniz
Cavab:

Va aleykum Salam. Mövlanə deyildikdə məşhur sufi Cəlaluddin ər-Rumi (Hicri: 604-672/ Miladi: 1207-1273) nəzərdə tutulur. Bu şəxs "vəhdətul-vücud" (Yaradanla yaradılanın vəhdət təşkil etməsi, birləşməsi) fikrinə sahib olan azğın bir insan olmuşdur. Odur ki, onun sözlərinə əsaslanmaq olmaz. 

ardını oxu
13-04-2023 Emin
Salam Aleykum.Hz.Cebrayıl (a.s) dedi ki,Firevun boğulduğu zaman üzr istəməsin deyə ağzına torpaq atdım.çünki tövbə etsəydi Allah onu bağışlayardı.Belə bir cumle qarşıma çıxdı.ne derecede doğru olduğunu bilmək istəyirdim.Əvvəlcədən təşəklür edirəm
ardını oxu
13-04-2023 Fuad
Salam Aleykum.hedisde deyilir ki,zelzele neticesinde ölen adam şehid sayilir.şehidler de cennet ehlidir.bes dağinti altinda ölen müşrikdirse,Allahin dininden üz dönderibse onda nece olur?
Cavab:

Va aleykum Salam. Hədisdə müsəlman olaraq ölənlər, iman üzərində ölənlər nəzərdə tutulur. Ətraflı oxuyun:


Şəhidliyin növləri
ardını oxu
13-04-2023
Salam Aleykum zikr etdikdən sonra necə başqa birinə bağışlıyırıq
ardını oxu
13-04-2023 İlkin
Salam men bilmek isteyirem meselen Sübh NAMAZını ve Zöhr NAMAZını qılıb Esr ve Meģrib NAMAZını qıla bilmeyib sonra İşa NAMAZı vaxtını qılmaq nece olar?
Cavab:

Va aleykum Salam. Namazları səbəbsiz yerə qılmamaq böyük günahdır. Buna görə tövbə etmək lazımdır. Əgər üzrlü səbəbdən qılınmayıbsa, o halda İşa namazından əvvəl bu namazlar qəza edilir. Sonra İşa namazı qılınır. Ətraflı oxuyun:

ardını oxu
13-04-2023 Elnur
Salam aleykum men namaza baslamaq istiyirem lakin qarnimdan emeliyat olduqum ucun qusul destamaz ala bilmirem nece eliyim deyin zehmet olmasa
Cavab:
Va aleykum Salam. Xəstəlik səbəbindən qüsl və dəstəmaz ala bilməyən kəs sağalana qədər təyəmmüm edib namazlarını qılır. Bu barədə ətraflı oxuyun:
ardını oxu
13-04-2023 Zeynəb
Salam namazin qezasi nece hesablamaq olar?birde her namazin arxasinca qezasini qilmaq olurmu? Sübh namazinin qezasi varmi?
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
13-04-2023 Elnare
Allahın salamı olsun.. Yeni qız evladım olubdu belində mongol deyilən leke var. Dində bir menası varmı bu ləkənin?
Cavab:

Əssələmu aleykum. Mongol ləkəsi adı verilən tünd ləkəli sahələr körpələrdə əsasən ombalarda görülə bilər. Bu ləklər təbiidir və dində heç bir anlamı yoxdur. Tünd mavi-qaraya çalan bu ləkələr sanki çürük təəssüratını versə də, elə deyil.

ardını oxu
13-04-2023
Salam.Başini bağlayan qadın günəş wuasindan məhrum olur.bes də vitaminini günəş şüasının nece eqebul etsin.
Cavab:

Aleykum Salam. Əvvəla bilmək lazımdır ki, Uca Allahın qadağan etdiyi hər bir şeydə zərər vardır, Uca Allahın buyurduğu hər bir şeydə xeyir vardır. D vitamini çatışmazlığı hicabla bağlıdırsa, kişilərdə nə üçün bu hala rast gəlinir?

ardını oxu
13-04-2023 Nicat
Salam. Əhzab sürəsin 50/51-ci Ayələrin mənalarını acıqlayardız.
Cavab:

Va aleykum Salam. Böyük təfsir alimi Abdur-Rahmən əs-Sadi (Allah ona rəhmət etsin) bu ayələrin təfsirində belə demişdir:

ardını oxu
13-04-2023 Rövşən
Salam. Biz adem ve hevvadan yaranmışıqsa ve onlarda bizim kimi normal bir insan olublarsa bacariqli, neandertal, homosapiens ve s. Nece yaranıb? Yeni onlarda bizim kimi normal şüurlu insanlar idise insanların bu formaları nece yarandı?
Cavab:

Va aleykum Salam. Uca Allahın nazil etdiyi kitablara və göndərdiyi peyğəmbərlərin rəvayətlərinə əsasən, Adəmdən başlayaraq bütün insanlar müasir insanlar kimi ağıllı, danışa bilən, əmək qabiliyyətli, Allaha ibadət edən və s. xüsusiyyətlərə sahib olmuşlar.

ardını oxu
13-04-2023
Salam.Belə sayt açaraq suallarımızı cavabsız qoymadığız üçün Allah sizdən razı olsun.Anam məni 3 aylıq ikən bacımı 1yaş yarım olanda atamın yanında qoyub gedib.Bizi 17 yaşına kimi atamla nənəm böyüdüb.Atam isə deyir ki ananızla danışıb mənim zəhmətimi yelə vursaz sizi siləcəm.Anamla küslü deyilik sa
ardını oxu
13-04-2023 Memmedova
Salam Aleykum. Mən qızımın adını Nur qoymuşam.Atrıq qızımın 2.6 yaşı var. Körpəliyindən qızımın gözündə çox ciddi infeksiya xəstəliyi yarandı. Hələdə sağalmır. Dərmanlar, müalicələr əməliyyat narkoz və s. Bitib tükənməyən çətinliklər içindəyəm. Hərdən qəlbimə bir his dolur.
Cavab:
Va aleykum Salam. Əvvəla övladınıza Allahdan şəfa diləyirik! Uşağa Nur adını qoymaq icazəlidir. Başınıza gələn müsibətləri uşağa qoyduğunuz adla əlaqələndirmək doğru deyil. Həmçinin, oxuyun:
ardını oxu
13-04-2023 Muellimeden
Men her kesden qaçiram, heyatimda hecine alinmir , hetta nişanim bele qayitdi ,duzdu qaytarmasin ozum etdim amma onun ucbatindan oldu, bezdim qaytardim. Menim niye işlerim alinmir niye xosbext ola bilmirem? Ne edim bilmirem basimi itirmisem, ölmek isteyirem . Gunun 24 saati fikirli oluram.
Cavab:
Əssələmu aleykum. Allaha dua edirik ki, sizə çətinliklərinizdən çıxış yolu versin. Heç bir işi alınmamaq fikri doğru deyil. Hər bir insanın həyatında müəyyən çətinliklərin olduğu dövrlər olur. Çətinlik vaxtı səbr edərək dua və ibadətləri çoxaltmaq lazımdır.
ardını oxu
13-04-2023
Enas demişdir : " Bir defe biz namazda iken bir nefer gelib nefəesi kəesile - kesile cergeye daxil oldu va : " alhamdulillah , hemden , kesiran , tayyiban , mubareken fih " - dedi . Peyğember namazını bitirdikden sonra soruşdu : " Bu kelmeleri deyen kim idi ?
Cavab:

Əssələmu aleykum. Qeyd etdiyiniz hədis əslində belədir: Rəvayət edilir ki, Rifaa ibn Rafi əz-Zuraqi (Allah ondan razı olsun) demişdir: "Bir dəfə biz Pey­ğəm­bə­rin (salləllahu aleyhi və səlləm) arxasında namaz qılırdıq.

ardını oxu
13-04-2023 Yusif
Sizin yazınızda namazı eli açıq qılmaq barede heç bir revayetin olmadığını dediynizi gördüm axı revayetler var ve ehli sünnede maliki mehsebinin mensubları eli açıq namaz qılır bunu neye esasen deyirsiz ve eli yanda namazın 2 ci xelife dövründü meydana geldiyini deyen ehli sünne alimleride var Salam
Cavab:

Əssələmu aleykum. Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət olunan bütün hədislərdə bildirilir ki, o, namazda sağ əl sol əlin üzərində olmaqla sinəsinin üzərinə qoymuşdur.

ardını oxu
13-04-2023 Etibar
Salam.Indi sonvaxdalar sevgi sami neqativliyi uzaqlasidiran qara samlar satirlar.Adida tebii samlar olaraq gedir.Onlara inanamaq yandirmaq gunahdir?Sam dediyim uzun copdur iy verir hemde deyilene gore aurani deyisir.
Cavab:

Va aleykum Salam. İslam dinində şam yandırmaqla neqativliyi uzaqlaşdırmaq kimi bir anlayış yoxdur. Çox vaxt bu şeyləri cadugərlər satırlar, onları istifadə etmək isə şəri uzaqlaşdırmaq əvəzinə əksinə, şəri və şeytanları gətirir. Həmçinin, şam yandırmaq bütpərəstlərə xas olan bir əməldir.

ardını oxu
13-04-2023
Salam, men dua edirem hemise tersine olur,ne vaxd dua eliyrem qebul olmamasi bir yana ama duamin eksi olur bu nedendi sizce, derdime care men neter tapim axi bu ne olan seydi
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:


Duamın qəbul olması üçün nə edim?

ardını oxu
13-04-2023 Emin
Salam.Kövsər surəsini oxuyub yatdıqda səhər mələklər sübh namazına oyadır xeyirlər doğrudurmu bu?
Cavab:

Va aleykum Salam. Dinimizdə bu barədə heç bir dəlil yoxdur.

ardını oxu
13-04-2023
Salam aleykum.Sualima göre çox uzr isteyirem.Bir qadınin heyz muddeti texminen 5gundurse ve o qadinin heyzi 4cu günden kesilerse ve qadın buna tam emin olmadığı üçün gozlese ve 5-ci gunde qüsl alıb namaz qılmağa davam etse 4-cu günde qılmadığı namazların qezasini qilmalidirmi.Yaxud eksine 4cu günün
Cavab:

Va aleykum Salam. Qadının heyzdən təmizlənməsi əsasən iki əlamətlə bilinir. Birincisi: Qanın tam dayanması ilə; belə ki, daxildən təmizləndikdə belə qan əlaməti olmasın. İkincisi: Ağ mayenin gəlməsi. Əgər bu iki əlamətdən biri olarsa, qadın qüsl edib namazlarına başlamalıdır.

ardını oxu
12-04-2023 Zəhra
Salam. Həkim xəstəni başı açıq görəbilər? Hicablı qadın xəstəliyindən səbəb evə çağrılan həkim onu hicabsız görür. Yəni günah olduğu bilirəm, çox narahatam bu səbəbə görə. Nə etməli necə dua etməlidir ki Allah onu bağışlasın.
Cavab:

Va aleykum Salam. Qadın yalnız zərurət yarandıqda naməhrəm kişi həkimin yanında hicabını aça bilər. Əgər hicabı açmağa zəurət yaranmasa qadın hicabını aça bilməz. Əgər kişi həkimin yanında hicabsız olmağınız səhlənkarlıqdan olubsa, buna görə tövbə edin.

ardını oxu
12-04-2023 Muhəmməd
Salam Aleykum Bilmədən esr namazını qəza etmişəm Sadəcə əsr namazını fərz bilib qılmışam,amma mən qılanda axşam namazı giribmiş.Men namazı yenidən qılmalıyam? Öncədən təşəkkürlər
ardını oxu

Pages