12-04-2023 Mələk
Salam Aleykum Həci narahat etdiyim üçün üzr isdəyirəm Həci hansı Peyğənbərimizin həyat yoldaşı ölənə qədər iman gətirməyib yoxsa bu sadəcə şayədir ? Əvvəlcədən təşşəkürlər
Cavab:

Va aleykum Salam. Əgər sualda Peyğəmbərimiz Muhəmmədin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcələrini nəzərdə tutursunuzsa, onun bütün zövcələri iman gətrib və iman üzərində də dünyalarını dəyişiblər.

ardını oxu
12-04-2023
Salam. Namaz qilan zaman barmaqlarda qizil uzuk olmasi namazi batil edermi? Zehmet olmasa melumatlandirardiniz
Cavab:

Va aleykum Salam. Namaz qılarkən barmaqda qızıl üzüyün olması namazın səhihliyinə xələl gətirmir, lakin kişilər qızıl üzük və digər qızıl əşyalar istifadə etdikləri üçün günah qazanırlar. Qadınlara isə bu, icazəlidir. Həmçinin oxuyun:

ardını oxu
12-04-2023
Es selamu aleykum. Men evliyem lakin heyat yoldasim cahildir ibadet ehli deyil dualarda etmisem neqqeder, 2 ildi. Men ne edimki o ibadete geldin
Cavab:
ardını oxu
12-04-2023 .
Salam.Artiq aylardirki meni narahat eden yuxular goruram mene cadu olunmagi ile bagli.Ve 4,5 gundurki evimde meni narahat eden hadiseler bas verir.Hec kimin qulagina gelmeye sesler esidirem ve cox az olsana meni cagirar ses gelir qulagina adinla ve ya basqa cur.Artiq pisxologiyam cox pozulub.Bunlar
Cavab:
Va aleykum Salam. 

Cadudan necə qorunmaq olar?
ardını oxu
12-04-2023 Bayramzadə Lətid
Salam mən suni namaz qılıram ama cümə namazı qılmağa getdiyim məsciddə namazı şiə məzhəbində qılınır bu vəziyyətdə cümə namazını o məsciddə qılmaq olar? Mən naxçıvanda qalıram və demək olar bütün məscid imamları şiə məzhəbinə uyğun namaz qılır bu halda mə etməliyəm? Xahiş edirəm mənə cavab verəsiz
Cavab:
ardını oxu
12-04-2023 Adsiz
Salam aleykum rehmetullah və bereketullahi qardaş namazdan sonra 33 defe subhanallah 33 defe elhamdulillah 33 ALLAHU Ekber deyilir ondan sonra 11 dəfə la illehe illallah deyilirmi yoxsa yox?
Cavab:

Va aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Fərz (vacib) namazlarından sonra 33 dəfə subhənəllah, 33 dəfə əlhəmdulilləh, 33 dəfə Allahu əkbər, bir dəfə "Lə iləhə İlləllah vəhdəhu lə şərikə ləhu, ləhul-mulk və ləhul-həmd və huvə alə kulli şeyin qadir" deyilir. Ətraflı oxuyun:

ardını oxu
12-04-2023
Salam Rəcəb ayında davamlı oruc tutmaq olarmı?
Cavab:

Va aleykum Salam. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yalnız Ramazan ayında davamlı oruc tutmuşdur. Ramazandan sonra ən çox oruc tutduğu ay isə Şaban ayı olmuşdur. Ətraflı bu cavabları oxuyun:

ardını oxu
12-04-2023 Elnure
Her namazdan önce destamaz almamış ayaqyoluna gedib yuyunmaq vacibdirmi? Birde zöhr namazının destamazı ile esr namazınıda qılmaq olar?
Cavab:

Əssələmu aleykum. Hər namazdan öncə dəstəmaz almamış ayaqyoluna gedib yuyunmaq vacib deyil. Bir namaz üçün dəstəmaz aldıqda, dəstəmaz pozulmadığı müddətdə bu dəstəmazla istənilən qədər vacib namaz qılmaq olar. Ətraflı oxuyun:

ardını oxu
12-04-2023 Fuad
Salam Aleykum.cüme namazi camaatla qilinirsa zohr namazinin sunnetlerini qilmaq lazımdırmı?
Cavab:

Va aleykum Salam. Cümə namazından sonra Zöhr namazının sünnələri qılınmır. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Cümə namazından sonra iki-iki olmaqla dörd rükət namaz qılmağı buyurmuşdur. Ətraflı oxuyun:

ardını oxu
12-04-2023 Sehriyar
Salam.Eyni vaxtda cenabet ve cüme qüsulu almaq olar? olarsa nece edilir?
Cavab:

Va aleykum Salam. Bəli, cənabət və cümə qüsllərini eyni vaxtda almaq icazəlidir. Bunun üçün sadəcə hər iki qüsl üçün niyyət etmək lazımdır.

ardını oxu
12-04-2023 Bəxtiyar Mustafa
Əssələmu aleykum. Allah sizi xeyirlə mükafatlandırsın. Sualım belədir : İsti suyu çölə atan zaman cin toxunmasın deyə nə deməli və mümkünsə təfsilatı. Bir də odun üzərinə su çiləyib söndürəndə və təfsilatı.
Cavab:

Va aleykum Salam. Bildiyimiz kimi ətrafımızda cinlər aləmi mövcuddur və onlar bizi bizim onları görmədiyimiz yerlərdən görürlər.

ardını oxu
12-04-2023 Allah bendesi
Salam Aleykum. Suala gore uzr isteyirem. eger kebin yoxdusa ve xanim hamile oldugunu oyrenirse. daha sonra kebn kesdirerek hemin usagi dunyaya getirmesi mumkundur yoxsa? umumiyyetle ana betninde usaga kebin nece ayinda mutleqdir?
Cavab:
Va aleykum Salam. Dinimiz kəbin olmadan kişi ilə qadının yaxınlıq etməsini haram etmişdir. Kəbin olmadan naməhrəm kişi ilə naməhrəm qadının yaxınlıq etmələri zina sayılır və əgər bu yaxınlıqdan sonra qadın hamilə qalarsa, bu uşağı tələf etmək başqa bir günahdır.
ardını oxu
12-04-2023 Rahim
Esselamu aleykum. Gohumum mene teklif etdiki seni hecce gonderim. Yeni butun pulu oz uzerine goturdu. Ve dediki razisansa mene xeber ele. Geyd edimki hemen adam rafizidi. Men bu veziyetde ne etmeliyem? Bu sekilde getmek olarmi? Gedib demekki he raziyam buna biraz heya edir adam. Cezeq Allahuxayran.
Cavab:

Va aleykum Salam. Kimliyindən asılı olmayaraq başqa bir insanın halal qazandığı pul ilə həcc ziyarətinə getmək icazləidir və bu yerinə yetirilən həccə xələl gətirmir. Sadəcə qazanılan pulun halal yolla qazanılmasına diqqət yetirmək lazımdır.

ardını oxu
12-04-2023 Umməti Muhəmməd
Əssəlamu aleykum 1.Cashbask almaq icazəlidirmi?
Cavab:

Va aleykum Salam. 


1) Bu cavabı oxuyun:


"Cashback" servisi halaldırmı?



2) Bu cavabı oxuyun:

ardını oxu
12-04-2023 ....
salam Namasi vereqden qilmag olarmı ?
Cavab:

Va aleykum Salam. Bəli, namazın sözlərini öyrənənə kimi vərəqdən oxumaq icazəlidir. Ətraflı oxuyun:


Namaza yeni başlayan vərəqdən oxuya bilərmi?
ardını oxu
12-04-2023 ali
ölməyi arzuluyuram bu gunahdırmi ya yox?
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:

ardını oxu
12-04-2023 Anominka
Salam. Men her Namazda Allaha yalvarıram ki günah etmeye meni qoymasın.iradem zeifdi ozu meni qorusun günahdan. Amma yene edirem. Sonra utanıram ve Namaz qılmağa Allaha dua etmeye utanıram. Niye bele olur? İbadetim qebul olmur deye men guanaha asanlıqla gedirem?
Cavab:

Va aleykum Salam. İnsan tövbə etdiyi müddətdə Uca Allah onu bağışlayır. Günah etdikdən sonra utanmaq peşmançılıq əlamətidir. Təkrar günah edib sonra tövbə etmək ibadətlərin qəbul olunmasına mane olmur. Ətraflı bu cavabları oxuyun:

ardını oxu
12-04-2023 Fuad Hüseynli
Doğru namazın ve destemazın tam olaraq nece edildiyine aid hedis ve ya aye vardırmı? Düşünürem ki biz dinimizi yalnız bu menbelerden öyrenmeliyik
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:

ardını oxu
12-04-2023
Salam aleykum, bir sualım olacaq.Kerahat vaxtları haqqında deqiq öyrenmek isteyerdim
Cavab:
ardını oxu
12-04-2023 Aygün
Salam Aleyküm mənim qaynatamgil qeyri qanununi yollarla dövlətdən pul alırlar və o pulla evə ərzağ fln alırlar yoldaşım evə heçnə edə bilmir indi o pulla alınan hər şey haramdı ? Bəs nə edə bilərəm mən?Evin gəlini olarağ
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
12-04-2023
Salam ,,menim sanki beyinmin icnde mene emir ediler,,,ozuv oldur sen bunu goturemersen deye,,emir ediler ve sosiyalsebekelerde ,,rasima gelen elhaksiz vidiyolar ve uzur isdeyirem bu soz ucun bayram nurlu kimler gorende goture bilmirem qəbul ede bilmirem bunar niye beledi deye ,,ve amaki ureyimde ALL
Cavab:

Va aleykum Salam. İlk növbədə bilməsiz ki, insanın öz canına qəsd edib intihar etməsi böyük günahlardan biridir. Hətta bir hədisdə Uca Allah canına qəsd edənə Cənnəti haram etdiyini bildirir.

ardını oxu
12-04-2023 Sual verən
Əssəlamu aleykum va Rahmatullahi va bərəkətuhu. 1. Bir lazeroloq qadın var (ibadət əhlidir), özü hicablı xanımlar üçün belə bir şərait təmin edib ki, istəyən gəlib (üzr istəyirəm) özü, öz pvrətini lazer edə bilər. Bu düzgündür mü? Tirmizi, 2803 hədisi buna aiddir mi?
Cavab:

Va aleykum Salam.

ardını oxu
12-04-2023 Könül
Salam. Sadece sübh namazlarini qilsam olar?
Cavab:

Va aleykum Salam. Yalnız Sübh namazını qılıb digər namazları qılmamaq böyük günahdır.

ardını oxu
12-04-2023 Seva
Salam aleykum .Menim qızım namaz qılarken secdeyi götürür mene mane olur hemise.secdeye eyilene yaxon özü gelir qarşımda durur sözleri bir iki dənə deyir eyilir.men amma namazı pozmuram secdesiz alimi yere qoyub davam edirem .uşağın üç yaşı var bunun günahı nedir.Mene günah yazılır mı ?
Cavab:

Va aleykum Salam. Sualda "səcdə" dedikdə nəyi nəzərdə tutduğunuzu başa düşmədik. Əgər möhürü nəzərdə tutursunuzsa, nəzərinizə çatdıraq ki, möhürlə namaz qılmaq düzgün deyil. Bu barədə ətraflı oxuyun:

ardını oxu
12-04-2023
Salam.Mən məktəbdə olanda bir neçə namazım qəzaya düşür.Bu günah sayılır?
Cavab:
ardını oxu
12-04-2023
Salam.Kəffarə verərkən 60 gün ara vermədən oruc tutularkən, qadın 60 gün ərzində 2 dəfə heyz halı görür.Heyz halında 5-5 gün oruc tutulmur, ara vermədən necə 60 gün oruc tutur?Xaiş edirem sualıma cavab verəsiz.
Cavab:

Va aleykum Salam. Altmış gün kəffarə orucu tutan qadın heyz olarsa, bu onun ardıcıllığını pozmur. Qadın heyz olub təmizləndikdən sonra qaldığı yerdən orucunu davam etməlidir. Həmçinin oxuyun:

ardını oxu
12-04-2023 Rusif
Salam mumeyi kimlere deyilir
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Mumeyyi nədir?
ardını oxu
12-04-2023
İslam dinində cümə namazı harda və kim tərəfindən qılınıb?
Cavab:

Əssələmu aleykum.

ardını oxu
12-04-2023 Quliyev ənvər
As salam alekum bir söz deyim Ramazan ayında 30 gün orucun 30nu da qezaya verende hamısı keffare olur yoxsa nece ve namaz qılarken çoxlu sef edb tekrar tekrar qılıram ele biliremki bir sözü demedm veyaxud niyyetde sef etdim evvel bele olmurdu bilmirem nağarm komekliy etsez sevinerem diqqetiniz üçün
Cavab:

Va aleykum Salam. Üzrlü səbəbdən (xəstəlik, qocalıq, hamiləlik, süd vermə kimi) Ramazan orucunu tutmayan kəs tutmadığı günlərin sayı qədər başqa günlərdə qəza orucu tutmalıdır. Əgər üzrsüz səbəbdən tutmamışsa, qəza orucları ilə bərabər buna görə tövbə də etməlidir.

ardını oxu
12-04-2023 Revane
Salam.Men Rusiyada yasayiram.Namaza yeni başlayiram.Lakin hansi namazi hansi vaxtda qilmaq lazimdir bilmirem.Bilen varsa zehmet olmasa melumatlandirsin.
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun: Rusiyada iftar və imsak vaxtları necədir?

ardını oxu
12-04-2023
Salam.Alah sizden razı olsun.iki sualımvar.bir qadın zina etmiyib başqa erine qarşı kobut olmaqının ve sayre kimi gunahların cezasını ayrı, qıldıgı namazın savabı ayrl yazılırmı yoxsa namaz boşuna qılınan olurmu.namaz qııram zikir edirem.erime qarşı çox kobudam onu sevmiyib gelmişem.o yanımdan geend
Cavab:

Va aleykum Salam.

ardını oxu
12-04-2023
Salam aleykum subayam bir wey ewitmiwem bilmirem dogrudurmu bilmek istiyirdim deyirlerki evlendikden 40gun sora namaz qilinir 40gun erzinde qilinmir bu dogrudurmu?
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Toydan sonra qırx gün namaz qılmamaq günahdırmı?
ardını oxu
12-04-2023
Arxadan cinsi elaqde olduğda günahı nece ödenilmelidi?
Cavab:

Əssələmu aleykum. Arxadan cinsi əlaqədə olmaq böyük günahdır və bu əməli edən lənətlənib. Ətraflı bu cavabları oxuyun:

ardını oxu
12-04-2023
Salam men iller onca atamin olumun gozumun onunda canlandirirdim zaman kecdi atam rehmete getdi sonraqardashimin olumu gozumun onunda canlanirdibneca defn edirik neca meclis qurulur bu illerle davam edirdi va naticada qardashimda rehmete getdi.Bu niya bela oldu man goUmun onunda canlandira canlandir
Cavab:

Va aleykum Salam.

ardını oxu
12-04-2023 Yusuf
Bır qadin zina edibse ve heqiqeten cox pişman olub ve tovbe edib.. bunun gunahi ne derecede yungullesib..
Cavab:
Əssələmu aleykum. Etdiyi günah nə olursa olsun Uca Allah səmimi qəlbdən tövbə edən və peşman olan insanı bağışlayır. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin.
ardını oxu
12-04-2023 Ali
"Bu da mübarək (xeyir-bərəkətli) özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik".
Cavab:

Əssələmu aleykum. Uca Allah əl-Ənam surəsi 92-ci ayədə belə buyurur: "Bu, şəhərlər anası Mək­kəni və onun ətrafındakı­ları qor­xut­maq üçün nazil etdiyi­miz, özündən əvvəlkiləri təs­diq edən mü­ba­rək bir Kitabdır. Axi­rətə inananlar ona da inanı­rlar.

ardını oxu
12-04-2023 M.....
SALAM ALEYKUM .SEHIH MUSLIM KITABINI PDF FORMASINDA HARADAN ELDE EDE BILEREM? 2.Fotoaparatla ṣekil çekmek neye gore gunahdir video halaldir? Axi video da ṣekillerden ibaretdir? Watsapda smayliklerden istifade etmek haramdi?
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:


Telefonla, yaxud fotoaparatla şəkil çəkdirmək olarmı?

ardını oxu
12-04-2023 Vüsal(15.01.2023)
Salam. İmam Şafii haqqında etraflı melumat vere bilersinizmi? İmam Şafiye göre sefer namazı neçe kilometr mesafeni keçdikden sonra seferi namazı hesablanır? Destamazlı olaraq,yemek yedikden sonra namaz qılmaq olarmı ve bu halda destamaz pozulurmu yeniden almağa ehtiyac varmı??
Cavab:

Va aleykum Salam.

ardını oxu
12-04-2023 Səid
Eğer meni tökülmeye yaxındırsa ancaq hələ tökülmeyibse bu halda qusl pozulur yoxsa yox
Cavab:

Əssələmu aleykum. Cinsi əlaqədən sonra qüsl almaq vacibdir. İstər məni (sperma) ifraz olsun, istər olmasın. Cinsi əlaqə olmayıbsa, qüsl yalnız məni (sperma) ifraz olduqda pozulur. Ətraflı oxuyun:

ardını oxu
12-04-2023 .
Salam . Men aileliyem hemde işleyirem . Namaz qilmaq isteyirem ve namazin qilinma qaydasini bilirem öyrenmişem . Amma meni bir şey narahat edirki men ne yoldaşima ne de evdekilere qaynanama bunu nece deyim deye düşünürem . Qorxuram ki mene icaze vermezler . Nece edim ki men bunu onlara deyim ?
Cavab:

Va aleykum Salam. Ağlı başında olan hər bir müsəlmana namaz qılmaq vacibdir. Ailə üzvlərinizə namaz qılmağın önəmini və fəzilətini anladın. Bu barədə ətraflı bu linklərdən oxuyun:

ardını oxu
12-04-2023
Əssəlamu əleykum fərz namazlarda əllərini qaldırıb dua etmək bidətdir
Cavab:

Va aleykum Salam. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) və səhabələr fərz namazlarında yalnız şiddətli müsibət vaxtlarında, adi vaxtlarda isə yalnız vitr namazında qunut duası ediblər. Ona görə də fərz namazlarında həmişə qunut tutmaq düzgün deyil.

ardını oxu
12-04-2023 Fəgan-Allahin(cc) qulu
Salamun Aleykum Ve Rehmetullahi ve bereketuh,Amin. Size sualim var ,Seyyid ocagi nedir bele??) Bunun İslamla elaqesi var mi? Bibim qizi menden soruşub ki ,gedibler hele yere el öpürdüler.Men ise maşaallah,Allah(cc) Mene elm vermişdir.
Cavab:

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Bu cavabları oxuyun:


Seyyidə inanmaq doğrudurmu?
Ələm və ocaq haqqında
ardını oxu
12-04-2023
Salam. Mənim yaddaşım bir az zəifdir. 15 yaşım var. Namaz qılmağı öyrənmək istəyirəm. Lakin necə öyrənəcəyimiz bilmirəm və yadımda qalmır. Necə edim ki namaz qılmağı öyrənim?
Cavab:

Va aleykum Salam. Yaddaşınız zəifdirsə namazın sözlərini vərəqə yazıb əzbərləyənə qədər vərəqdən oxuyaraq namaz qılın. Ətraflı bu cavabları oxuyun:

ardını oxu
12-04-2023 Zeynəb
Sübh namazının qezası varmı? Birde mende qeza çoxdur nece qila bilerem ?
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:

ardını oxu
12-04-2023 Elvin
Salam Aleykum Peygamber s.e.s bizi ewidirmi? Biz niye namazda ona Salam veririk? (Esselamu aleyke eyyuhennebiyu varahmatullahi vabarakatuhu)
Cavab:

Va aleykum Salam. Quranda və Səhih Hədislərdə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizim dediklərimizi eşitməsi barədə heç bir dəlil yoxdur. Yalnız Peyğəmbərə dediyimiz salavatları Uca Allah ona çatdırması barədə hədislər vardır.

ardını oxu
01-03-2023
Salam Aleykum. Gecəniz xeyirə qalsın,ve yaxudda gecənin xeyrindənsə gündüzün şəri yaxşıdır kelmesi, bunun evvelki cox Allahli xalqlarnan əlaqəsi varmi? Gecə tanrısı gündüz tanrisi ozlerine tanri goturenlerle.
Cavab:

Va aleykum Salam. "Gecəniz xeyirə qalsın!" ifadəsi bir duadır və bu ifadəni işlətməkdə bir qəbahət yoxdur. 

ardını oxu
01-03-2023
Essalamu eleykum.Namazin vaxti bitennen berez sonra qilsaq Allah qebul eder? Yeni bunla bagli sure var? Yeni Namazin vaxtin bittiyini bilmiyende ve yaddan cixanda
Cavab:

Va aleykum Salam. Uca Allah beş vaxt namazı müəyyən vaxtlarda vacib edib və namazın qəbul olunmasının şərtlərindən biri də bu namazları vaxtında qılmaqdır. Uca Allah buyurur: "... Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisə, 103).

ardını oxu
01-03-2023
Salam,nişanlı iken kebin kesdirmek olarmı.Bu haqda çox şey bilmrem deye sualım biraz qeribe gele biler( Cavablandırsaz sevinerem)
Cavab:

Va aleykum Salam. Bəli, nişanlı ikən kəbin kəsdirmək icazəlidir. Həmçinin oxuyun:


Nişanlandıqdan sonra kəbin kəsdirməyə ehtiyac varmı?

ardını oxu
01-03-2023 Əxi zakatalski
Asalamaleykum...heyvanlari iri pişiyi qısırlaşdirmaq dinimizdə haramdirmi?............. ......... ..........,,.............................................................................................................,
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Ev pişiyini axtalamaq olarmı?
ardını oxu
01-03-2023
salam.bu sualin cavabini heqiqeten bilmek isteyirem.ozum 11 ci sinifde oxuyuram.Bildiyiniz kimi son zenqde oglanla qiz reqs edir.bizimkilerde vals isteyir.Amma men bunun gunah oldugunu dusunurem.Cunki ozumde namaz qiliram.Men haqlimi dusunurem yoxsa yox?Zehmet olmasa cox xahis edirem bunun cavabini
ardını oxu

Pages