Salam aleykum. Uca Allah buyurur: "O sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, bu ona günah hesab edilməz.
Aleykum salam. Hər bir halda Uca Allahın əmrinə əsasən hicab vacibdir. Allah Təala buyurur: "Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər.
Aleykum salam. Bu, onların Uca Allaha şərik qoşması, son Peyğəmbər Muhəmməd (salləllahu aleyhi və səlləm) və ona verilən Qurani Kərimi inkar etmələrinə görədir. Uca Allah buyurur: "Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir!" - deyənlər kafir oldular.
Salam aleykum. Yaranın digər müalicə üsulları da var. Həkimə gedin.
Aleykum salam. Peyğəmbər (sallallahu aleyhi və səlləm) gecə namazını on üç rükətə qədər qılardı. Gecə namazı İşa namazından sonra Sübh namazının vaxtına qədər qılmaq olar. Lakin ən fəzilətli vaxtı gecənin son üçdə birində qılmaqdır.
Va aleykum Salam. Namazı buraxmısınızsa, imkan olan kimi qəzasını qılmalısınız. Bu, unudulan namaza da aiddir: Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kim bir namazı unudar, yaxud yatıb qalarsa onun kəffarəsi yadına düşən kimi namazı qılmaqdır".
Salam aleykum. Əgər həmin insan müsəlman olubsa, Allahdan onun bağışlanmasını, onu cənnətə daxil etməsini, əməl dəftərini sağ əlinə verməsini, sorğu-sualını yüngülləşdirməsini və s. istəyə bilərsiniz. Uca Allah buyurur: "Onlardan sonra gələnlər belə deyirlər: "Ey Rəbbimiz!
Salam aleykum. Bəli, bu, gözəl əməldir. Amr ibn Sələmə (Allah ondan razı olsun) belə demişdir: "Fəth hadisəsi baş verəndə hər bir dəstə İslamı qəbul etmələri haqqında xəbəri öz tayfasına çatdırdı.
Aleykum salam. Əgər şəriətə uyğun kəbinlə bir yerdə yaşayırsınızsa, bu zaman zina sayılmır. Daha ətraflı:
Nigahın qaydaları
Zina və ondan necə qorunmaq haqqında
Aleykum salam. Bir daha belə etməyin. Torpaq olmasa daşla və ya balkondakı tozla da təyəmmüm ala bilərsiniz.
Aleykum salam. Qurani Kərimə və Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) yoluna inanın. Daha ətraflı: Sünni doğrudur, yoxsa şiə?
Aleykum assalam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ad günü qeyd etməmiş və qeyd etməyi buyurmamışdır. Bu haqda heç bir səhih məlumat yoxdur.
Aleykum assalam. Pişiyi evinizdən uzaqda yemləsəniz valideyninizi narazı salmış olmazsınız
Aleykum assalam. Əllə salavat gətirmək haqqında səhih mənbələrdə (Quran, səhih hədislər) heç bir məlumat yoxdur. Dillə demək kifayətdir.
Aleykum assalam. İnşallah, xahişiniz nəzərə alınacaq.
Aleykum salam. Namaza başladığınız gündən əvvəl qılmadığınız namazlar bağışlanır. İslam beş əsas üzərində qurulmuşdur. Birinci əsas şəhadət hesab olunur. Şəhadəti qəbul etməklə insan İslama daxil olur. Bundan sonra onun üzərinə gündə beş vaxt namaz qılmaq vacib olur.
Aleykum salam. Çoxları elə bilir ki, kolbasa, sosiska haramdır. Bunların haram olması tərkibindən asılıdır. Tərkibində donuz əti və ya piyi varsa, haramdır. Toyuq, mal və s. ətlərdən hazırlananlar isə halaldır.
Salam aleykum. Uca Allah buyurur: "Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə (ana bətnində) yerləşdirdik.
Aleykumus-salam və rahmətullahi və bərakətuhu. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vəfat günü dəqiq bilinmir. Dəqiq bilinsə belə onun vəfat gününü qeyd etmək olmaz. Niyə?
Salam aleykum. İmam Həsən haqqında Peyğəmbərlər bölümündə "Allahım mən onu sevirəm, Sən də onu sev!" adlı məqaləsinə, imam Əlinin oğlu imam Hüseynə etdiyi nəsihət barədə isə Nəsihətlər bölümündə "İmam Əlinin oğluna nəsihəti" adlı məqaləsinə baxa bilərsiniz.
Hər bir namaza başlayan bu narahatlığı keçirir. Ona görə də Uca Allah insana namazda əl-Fatihə surəsini oxumağı buyurur. Hər bir namaz qılan müsəlman bu surənin beşinci ayəsində "İhdinəs-sıratal mustəqim" (Bizi doğru yola yönəlt!) deyir.
Salam aleykum. Bilmək lazımdır ki, Uca Allah tövbələri qəbul edən və çox bağışlayandır. Allah Təala insanları tövbə etməyə çağırır və tövbələri qəbul edəcəyini vəd edir.
Aleykum salam. İslamda keçmiş illərin qəza namazları anlayışı yoxdur. Namaz qılan müsəlman çalışmalıdır ki, namazları vaxtlı-vaxtında qılsın. Əgər vaxtilə buraxdığınız namazlar olubsa, buna görə Uca Allahdan bağışlanma diləyin və çalışın namazlarınızı qoruyasınız.
Aleykum salam. Barmaqları şaqqıldatmaq günah deyil, amma oynaqlar üçün çox ziyandır.
Aleykum salam. Bilməyərək günah etmək bağışlanır. Həmçinin, günaha peşman olmaq tövbə sayılır və günahdan peşman olanları Uca Allah bağışlayır. Tövbə etdikdən sonra insanın günahı xatırladıqda ondan sarsılması tövbənin qəbul olunmasının əlaməti hesab olunur.
Aleykum salam. Təyəmmümlə namaz qılmaq su tapmadıqda, xəstə olduqda, şiddətli soyuq olduqda icazə verilir.
Aleykum salam. Övlad valideyn üçün bağışlanma diləyə bilər.
Aleykum salam. Sayla olan zikrləri barmaqlarla etmək lazımdır. Təsbeh ilə etmək olmaz. Abdullah ibni Amr (Allah ondan razı olsun) rəvayət edir ki, mən Peyğəmbəri (sallallahu aleyhi və səlləm) sağ əli ilə zikr edən gördüm.
Aleykum salam. Xeyr, beş namazdan başqa bütün namazlar nafilə namazlarıdır, fərz deyildir.
Aleykum salam. Burada halal və haram məsələsi vardır. Uca Allah kişi və qadına ailə qurmağı, bir-birini sevməyi halal buyurmuş və bu işə xeyir-bərəkət vermişdir.
Aleykum salam. Sözsüz ki, hər bir zülm - istər maddi, yaxud mənəvi olsun - hamısı günahdır. Əgər gözüyaşlı qoyulan valideyndirsə, günahı daha böyükdür. Bunun kəffarəsi isə həmin insanı sevindirməkdir.
Aleykum salam. İslam dinində evlənmə sayının məhdudiyyəti yoxdur. Əsas şərt odur ki, öhdəndə olan qadınların sayı dörddən artıq olmasın.
Belə bir anlayışa indiyədək rast gəlməmişəm.
Aleykum salam. İnsanın beyninə gələn pis fikirlər günah sayılmır. Dində bu fikirlərə şeytanın vəsvəsələri deyilir.
Aleykum salam. İslamda sevgi üçün xüsusi bir dua növü mövcud deyil.
Salam aleykum. Bir əməli günah sayıb tövbə etsəniz, sonra bu əməlin günah olmadığını öyrənsəniz, bunda bir qəbahət yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazda belə dua edərdi: "Allahım!
Və aleykum salam. Bu cavabları oxuyun:
Tövbə etsəm, Allah bağışlayarmı?
Günahı necə tərk edim?
Aleykum salam. Qismətə və ya dini terminlə desək, qədərə iman imanın altı şərtindən biri hesab edilir. İnşallah qədər mövzusu haqqında saytımızda yazılar olacaq.
Aleykum salam. Niyyət, məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir. Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: "Əməllər ancaq niyyətə görədir. Hər bir insan niyyət etdiyini əldə edir...".
Və aleykum Salam. Uca Allah buyurur: "... Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir". (əl-Həşr 7).
Və aleykum Salam. İslam dinində əzadarlıq anlayışı yoxdur. Həmçinin, ölən insan üçün - istər Peyğəmbər, səhabə, övliya, imam olsun - hər il yas saxlamaq, ildönümü qeyd etmək, özünə əziyyət vermək, mərsiyə demək qəti qadağandır.
Aleykum salam. Bilə-bilə namazı qəza etmək bilə-bilə namazı buraxmaq deməkdir. Bilə-bilə namazı buraxmaq isə böyük günahdır.
Aleykum salam. Namaz qılıb oruc tutmamaq namazı batil etmir. Əgər siz vacib orucu, yəni Ramazan ayının orucunu nəzərdə tutursunuzsa, aclığa qarşı olan bir narahatlığa görə onu buraxmaq olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Şübhə və tərəddüd şeytandandır".
Salam aleykum. Qrip, soyuqdəymə və ya hər hansı bir xəstəlik səbəbi ilə burundan gələn selik namazı batil etmir.