28-04-2022
Salam aleykum Sualim beledir ki,heyvanlarin ölümden sonraki heyati necedir? Onlar cennete daxil olurlarmi?
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun: Heyvanlar üçün cənnət və cəhənnəm vardırmı?

ardını oxu
28-04-2022 Eliza
Salam.Terkibinde donuz eti yazilmayib ama halal sertifikatı yoxdur. Bu kolbasadan yemek olar?
Cavab:

Va aleykum Salam. Əgər üzərində donuz ətinin olduğu yazılmayıbsa, bu kolbasalar əslində halal sayılır. Lakin ehtiyat üçün halal sertifikatı olan kolbasaları almağınız məsləhətdir. Həmçinin oxuyun:

ardını oxu
28-04-2022 Abbas.
İstiğfar nədir? Və necə deyilir?
Cavab:

Əssələmu aleykum. İstiğfar sözünün mənası "Allahdan bağışlanma diləmək" deməkdir. Ətraflı bu cavaabları oxuyun:

ardını oxu
28-04-2022 Ariz
Salam aleykum. Bir insan bacardığı işi özü görə bilirsə, amma bu işi görmək üçün təmbəllik edirsə, tez-tez başqasına bu işi görməyi deyirsə, İslam dininə görə bu əməl düzgündürmü?
Cavab:

Va aleykum Salam. Özü bacardığı halda tənbəllikdən bir işi başqasına gördürmək bəyənilmir. Avf ibn Məlik əl-Əşcəi (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) hüzurunda doqquz, yaxud səkiz, yaxud yeddi kişi idik.

ardını oxu
28-04-2022 Rasim
Salam aleykum. Xəstələndikdə dəstəmaz aldıqda əyilib ayaq yumaq çətindirsə, kişinin yoldaşı əəri dəstəmaz alanda onun ayağını yuya bilər?
Cavab:

Va aleykum salam. Bəli, həyat yoldaşı dəstəmaz almağa çətinlik çəkən şəxsin ayaqlarını yuya bilər və buna görə savab qazanır. Həmçinin, oxuyun:  Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır? 

ardını oxu
28-04-2022 Esmira
Salam aleykum. Rəngli hicablar geyinmək olarmı?
Cavab:

Va aleykum Salam. Bəli, qadın rəngli hicablar geyinə bilər. Həmçinin oxuyun:

ardını oxu
28-04-2022 N
Salam, üzürlü sayın destemaz alarken her defe (qadın ) alt paltarı deyismeliyik? onu her defe deyişmek çetin olur.Bunun deqiq hökmü nedir?
Cavab:

Va aleykum Salam. Əgər yuyunduqdan sonra alt paltarına heç bir şey bulaşmayıbsa dəstəmazdan sonra alt paltarını dəyişməyə ehtiyac yoxdur. Həmçinin oxuyun:

ardını oxu
28-04-2022
Salam vitr namazını sonra 1 ruket qılmaq olar?
Cavab:

Va aleykum Salam. Bəli, vitr namazını bir rükət qılmaq icazəlidir və bu namazın ən aşağı sayı bir rükətdir. Həmçinin oxuyun:


Vitr namazı necə qılınır?
ardını oxu
28-04-2022 Rrr342
Salam Namazlar Hansı Vaxtlardan Sora Qeza olur yeni namazların son vaxtı saat neçeye qederdir sual içerisinde qalmışam ümid edirem cavablandırarsız
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:


Namazın vaxtları

ardını oxu
28-04-2022 Məhəmməd
Salam Aleykum insan dünyasını deyişende verilen suallar nedir?
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Can alan və sorğu-sual edən mələklər 

ardını oxu
28-04-2022
Salam Men namaza yeni baslamisam qila qila kagiza baxram oyrenmek ucun bu gunah s sayilmiri
Cavab:
ardını oxu
28-04-2022
Namaz qılarken uşaqların möhürü götürmesi ,manieçilik töretmesi günahdırmı?
Cavab:

Əssələmu aleykum. Əvvəla bunu qeyd edək ki, möhürlə namaz qılmaq düzgün deyil. Bu barədə ətraflı oxuyun:


Namazı möhürlə qılmaq olarmı?

ardını oxu
25-02-2022 Əfsanə
Bir sehide vurulmusam ve evlenmek istemirem cennetde ona zovce olacagimi dusunurem onu her an yanimda hiss edirem.Onu isteyirem 27 yasim var evlenmek islamda vacibdi men momineyem ve cadraliyam Rebbimin buyurdugu kimi yasayiram.Elhemdulillah yani evlenmesem ona govusacagimi dusunerek addimlasam guna
Cavab:
Əssələmu aleykum. Şəkildə gördüyünüz insanla Cənnətdə bir yerdə olacağınıza aid heç bir dəlil yoxdur. Bu, şeytanın sizə ailə qurmayaraq tək qalmanız üçün etdiyi bir vəsvəsədir.
ardını oxu
25-02-2022
Təkfir dinin nəyidir? Və dindəki yeri nədir?
Cavab:
Əssələmu aleykum. Bu cavabı oxuyun: Təkfir nədir?
ardını oxu
25-02-2022 A...
Salam.Men neçe defe namaz qılıb sonra dayandırmışam.aileliyem müəyyən sebebler olur.işim çox olur və.s kimi şeyler.Çoxmu günah edirem namazı qılmamağıma?
Cavab:

Va aleykum Salaam. Namazı tərk etmək böyük günahlardandır və insanın Axirətdə əzab çəkməsinə səbəbdir. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59).

ardını oxu
25-02-2022 Ali
Salam Aleykum menim 15yaşım var əlhəmdulillah namaz qılıram 15yaşım girəndən bir sualım olacaq.Mən eyni anda universitetə hazrlaşıram və bəzi namazlarım buna görə qəzaya gedir həmin namazları necə etməliyiəm və ya bu üzürlü səbəb sayılır?
Cavab:

Va aleykum Salam. Uca Allah sizi dini üzərində sabit etsin və sizi xeyirə müvəffəq etsin! Bu cavabı oxuyun: İşdə və ya dərsdə şərait olmadığı üçün namazları birləşdirmək haqqında

ardını oxu
25-02-2022 Nüşabə xanım
Salam Aleykum. Men əvvəllər şiə namazı qilirdim. Ancag yeniden başlamısam tovbe ederek, Peyğember namazına başlamışam. Ancaq çassıb qarişdiriram namazı.
Cavab:
Va aleykum Salam.
ardını oxu
25-02-2022 Günay
Salam men üçün Quranı Kerim'i açıblar ve mene alın yazımı deyibler ve menim alın yazım olan insanı men sevmirəm ve onunla bir gelecegim olmasını istemirem ve ede bilerem ve burda mene günah sayılırmı mən istemeden edibler bunları zəhmət olmasa cavab verərdiz çox sağolun
Cavab:

Va aleykum Salam. Quran Uca Allahın oxuyub əməl etmək və Onun yolu ilə getmək üçün insanlara nazil etdiyi Kitabdır. Quran öyüd-nəsihətdir.

ardını oxu
25-02-2022 Kamran
Nikah olmadan qadinla kisinin namaz qilmagi duzgundu
Cavab:

Əssələmu aleykum. Naməhrəm qadınla kişi otaqda tək olmamaq şərti ilə birlikdə namaz qıla bilərlər. Qadağan olunan naməhrəm kişi ilə qadının otaqda tək qalmasıdır. Həmçinin oxuyun:

ardını oxu
25-02-2022 UMMU AMMAR
Salamaleykum.Nisa suresi 6cı ayeye göre Allah deyir yetimleri nikah yaşına çatanda sınayın.Bildiyimize göre nikah yaşı yetkinlikdir ki,o da qızlarda heyzle bilinir.Talaq aye 4de ise deyir boşandıqda heyz görmeyen qızların gözleme müddeti 3 aydır.
Cavab:

Va aleykum Salam. Uca Allah ən-Nisa surəsində buyurur: "Yetimləri nikah yaşına çatanadək sınayın. Əgər onların ağla dolduqlarını görsəniz, mallarını özlərinə qaytarın" (ən-Nisa, 6). Mucahid (Allah ona rəhmət etsin) demişdir: "Yəni həddi-büluğa çatana qədər".

ardını oxu
25-02-2022
Salam aleykum. 1)Bir nefer var kiminse eşyasına icazesiz toxunub istifade edib (Meselen:etir) Hemin insan açıb demeye utanır, söz söhbet yaranar deye. Bunun üçün neynemelidir? 2) Esebleşib uşaqı döymek günahdırmı halallıq lazımdır bu barede?
Cavab:

Va aleykum Salam.

ardını oxu
25-02-2022 Ali
As'Salamu Aleykum. Qardaş, zövcemin illerdir narahatligi var, demek olarki lap balacaligdan sesler esidir, qorxulu yuxular gorur tez-tez, yuxuda acaib varlıqlarla danışır otaqda tek qalan kimi fiziki nese baw verir, stul terpenir ve s. Anlaya bilmirik ki bu nedir cadu ve ya bawqa bir wey.
Cavab:

Va aleykum Salam. Qeyd etdiyiniz hal sehr əlaməti ola bilər. Ətraflı bu cavabları oxuyun:


Ruqyə (Quranla müalicə) necə oxunur? 

ardını oxu
25-02-2022 Namiq
Salam Aleykum Qumar ruzinin azalmasına səbəb ola bilər? bizdə dükənda işçilər qumarın növündən olan lotoreya alıllar, onları çəkindirmək üçün islamda qumarın ruziyə təsiri bir dəlil varmı? niyə məs ruzi ilə bağlayıram - çünki ruzi haqda danışanda daha təsir olduğunu müşahidə edirəm
Cavab:

Va aleykum Salam. İslam dini qumar oynamağı qadağan edir və bu yolla əldə olunan pul haram sayılır. Bu barədə ətraflı oxuyun:

ardını oxu
24-02-2022 Ruslan Rüstəmov
ƏSSalamu Aleykum va Rahmətullahi va bərəkatuhu. Əyyub (ə) etdiyi duasının oxunuşunu yazardızda zəhmət olmasa
Cavab:

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Uca Allah Qurani-Kərimdə Əyyubun (ona salam olsun) duası haqda belə buyurur: "Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: "Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!" (əl-Ənbiya, 83).

ardını oxu
24-02-2022 Surxay
Salam aleykum Gece namazini Camahat sheklinde qilmaq olar? Yeni atam anamda artiq gece namazina qalxir ayri ayri qiliriq.
Cavab:

Va aleykum Salam. Bəli, gecə namazını camaat şəklində qılmaq icazəlidir. Ətraflı oxuyun: Gecə namazı necə qılınır?

ardını oxu
24-02-2022 Məhəmməd
Salam Aleykum.Robot düzəltmək ,robotdan istifadə etmək olarmı? Öncədən təşəkkürlər
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun: İnsana oxşar robotlar düzəltmək olarmı?

ardını oxu
24-02-2022
Salam.men hicaba kecmek isteyirem.Ama heyat yoldasim izn vermir.Deyir men xosdamiram zehlem gedir neye lazimdi filan. Deyir özün bil kec ama kecsen gözümnen düseceysen.men neyneyim????
Cavab:

Va aleykum Salam. Hicab geyinmək həddi-büluğa çatmış hər bir qadına vacibdir.

ardını oxu
24-02-2022 Oruc
Əssalamu Aleykum va rahmatullah va barakatu.Böyük şirkə hansılar aiddi? Səhv etmirəmsə 5 şey tağut,kahin, büt son ikisin unutdum. Bu haqqda məlumat verə bilərsiz? Allah Sübhana və Təala elmivizə bərəkət versin.
Cavab:

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Bu cavabları oxuyun:


Şirkin növləri
Şirk nədir?
ardını oxu
24-02-2022
salam aleykum.kəffarə andını qecikdirmək qünahdı?
Cavab:

Va aleykum Salam. Yəqin siz "and kəffarəsini" demək istəyirsiniz. And kəffarəsi insanın üzərində olan bir borcdur və onu dərhal yerinə yetirmək lazımdır. And kəffarəsini bilərəkdən gecikdirmək haramdır və buna görə insana günah yazılır. Ətraflı oxuyun:

ardını oxu
24-02-2022 Ələkbər
Salam.şükr və səcdə ayəsi ücün səcdə etmək istəsəm necə ədəd səcdə etməlıyəm.yəni hər biri ücün 1 yoxsa 2 ədəd? Cox sağ olun.
Cavab:

Va aleykum Salam. Həm şükür, həm də tilavət səcdəsi üçün bir dəfə səcdə edilir. Ətraflı oxuyun:

ardını oxu
24-02-2022 Allaha umid
Salam aleykum evde 40 gunluk korpe varsa ve ana sud verirse koyneyi sudle cirklendiyi halda qusul almalidir?
Cavab:

Va aleykum Salam. Ana südü təmiz sayılır. Ana südü bulaşan paltar natəmiz olmur və buna görə qüsl etmək də lazım deyil. Ətraflı oxuyun:


Qüsl necə alınır və onu pozan amillər hansılardır?

ardını oxu
24-02-2022 Məhəmməd
Anamın Xalası Qızı süd anamdı Onun qızı ile evlene bilerem?
Cavab:

Əssələmu aleykum. Süd anasının qızı məhrəm sayılır və onunla evlənmək haramdır. Ətraflı oxuyun: Şəriətlə evlənməsi qadağan olan qadınlar hansılardır?

ardını oxu
24-02-2022 Yunis
Salam Aleykum.kiprik laminasiyası caizmidir?
Cavab:

Va aleykum Salam. Kipriklərin laminasiyası şəriət baxımından icazəlidir, çünki kipriklərin laminasiyası zamanı kipriklərə kənar heç bir şey qaynaq edilmir, sadəcə xüsusi reseptlərdən istifadə edilərək təbii kirpiklər uzadılır və qalınlaşdırılır.

ardını oxu
24-02-2022 Zaqatala əxi
Duada istisna etmək nədir
Cavab:

Əssələmu aleykum. Duada istisna etmək dedikdə, dua edərkən istəyini qəti şəkildə demədən Allahın istəyinə buraxmaq, dua əsnasında və ya sonunda "İn şəə Allah" (Əgər Allah istəsə) demək nəzərdə tutulur. Bu əməl duada edilən səhvlərdəndir.

ardını oxu
24-02-2022 Səbuhi
Salam aleykum.müsəlmanam deyir amma içki içir.dinimiz buna necə baxır?
Cavab:

Va aleykum Salam. Sərxoşedici içki içmək böyük günahlardan sayılır. Lakin bu əməl insanı dindən çıxrmır. Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında Abdullah adlı bir kişi var idi.

ardını oxu
24-02-2022
As salamu aleykum va rahmatullahi va barakatuhu.Ərin keçmiş həyat yoldaşını xatırlaması və ya yadına salması düzgündürmü?çox xahiş edirəm cavab yazarsız Biiznilləh
Cavab:

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Kişinin öz keçmiş həyat yoldaşını xatırlamasında təfsilat var. Əgər söhbət vəfat etmiş zövcədən gedirsə, bu halda kişinin onu xatırlamasında bir qəbahət yoxdur və bu təbii bir hisdir.

ardını oxu
24-02-2022
Men qusül alanda burnumu yumaq isteyende burnuma su ala bilmedim biraz soyuq deyme olmuşdu burnum tutulmusdu ona gorede burnuma ümumiyyetle su ala bilmedim indi menim aldığım qüsl düzgün hesab olunurmu ?
Cavab:

Əssələmu aleykum. Dəstəmaz və qüsl alarkən ağıza və buruna su almaq vacibdir və bu əməl üzü yumaqdan sayılır. Buruna su alarkən suyu burunun dərinliklərə çəkmək şərt deyil.

ardını oxu
24-02-2022 Nazli
Salam aleykum menim 1ovladim var balacadi deceldi men namaz qildiqda qorxuram nese eder deye, meselen sobaya deyer ve ya yixilar,ozümde tek qaliram usaqimla herkes ishde olur.Sualim budurki nama qildiqim vaxtda eger övladima nese olsa namazdan qalxib usaqa yonelmeyim günahmidir?
Cavab:

Va aleykum Salam. Namaz əsnasında uşağa təhlükə yaranarsa, namazdan çıxmaq icazəlidir. Bunun baş verməməsi üçün uşağı qucaqda tutaraq da namaz qıla bilərsiniz. Ətraflı oxuyun:

ardını oxu
24-02-2022
Saleh uşağ böyütmək üçün nə eləməliyik? uşağları dodağlarınnan öpmək düzgündürmü?
Cavab:
ardını oxu
24-02-2022 .
Salam aleykum.erim obyektleri var iwleyir ama borclarida var. onu sebeb gosterib mene ve uwagin ehtiyacini odemir. Evime xebersiz qonag gelse onune cayin yanina vereceyim bir qend konfet bele yoxdu. mesuliyyetsizdi hekime aparmaq lazimdisa uzadir ve 1ay sora aparir.
Cavab:

Va aleykum Salam. Ərinizin borcu olsa belə ailəsinə və övladına qarşı bu cür məsuliyyətsiz yanaşması düzgün deyil. Kişi ilk növbədə ailəsinin ehtiyaclarını ödəməlidir və bu onun üzərində bir haqdır. Ailənin ehtiyaclarını təmin etmək özü də ibadətdən sayılır.

ardını oxu
24-02-2022 Axundov Əli
Salam aleykum.Nafile namazlarda salli- barik duaları oxunurmu? Allah razı olsun
Cavab:

Va aleykum Salam. Bəli, nafilə namazlarında da təşəhhüddə salavat deyilir. Nafilə namazları da fərz (vacib) namazlar kimi qılınır. Vacib namazlarının içində deyilən sözlər nafilə namazlarında da vacibdir. Ətraflı oxuyun:

ardını oxu
24-02-2022 Musulman
Salam Alekum. Dini nigah baglayanda bey ve gelinin orda olmaqi vacibdirmi? Ve ya bey olsa gelin orda olmasa olurmu?
Cavab:

Va aleykum Salam. Dini nikah bağlanarkən qadının razılığı vacib olsa da, iştirak etməsi vacib deyil. Əsas olan bəyin özü, qadının vəlisi (atası, qardaşı, əmisi və s.) və iki kişi şahidin iştirakıdır. Ətraflı oxuyun:

ardını oxu
24-02-2022 Terxan
Salam Alaykum. Porno ve cinsi isteyi oyadacaq her hansı bir materiala baxmaq ve daha sonra masturbasya etmek haramdırmı? Lakin masturbasyon edib daha sonra tövbe etmek nece? Birde cinsi elaqede olan zaman pezarativ yani qoruyucudan istifade etmek zina sayılırmı?
ardını oxu
24-02-2022 Müsəlman
Əssəlamu Əleykum. Çoxdandı maraqlandığım bir sual var: Məsələn mən tövhid əhliyəm və şiə biri ilə ailə həyatı qurmaq istəyirəm. Bu düzgündürmü ?
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun: Sünni ilə şiə evlənə bilərmi?

ardını oxu
24-02-2022 ay
salam. heftenin hansi gunleri gundelik oruc tutmaq olar?
Cavab:

Va aleykum Salam. Hər həftənin birinci və dördüncü günləri oruc tutmaq müstəhəbdir. Usamə ibn Zeyd (Allah ondan razı olsun) deyir ki, Allah Elçisi həftənin birinci və dördüncü günləri oruc tutardı.

ardını oxu
24-02-2022
Yeni aile quran zaman bir neçe gün namaz qılmamaq günahmıdır?
Cavab:
ardını oxu
24-02-2022
Salam aleykum axirətə inanmayan isnanın namaza başlamagı duzgundurmu və axirətə inanması uçun nə etmək lazımdır? Allah razı olsun
Cavab:

Va aleykum Salam. Axirəti iman gətirmək imanın altı əsaslarından biridir. İmanın əsasları barədə ətraflı oxuyun:

ardını oxu
24-02-2022
Salam menim qaynam mene zulum edir men ne etmeliyem yoldasim ne etmeldir
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun: Qaynanamla yola getmirəm, nə edim?

ardını oxu
24-02-2022
İki ildiki evlenmişem,yoldaşımın məni sevmediyini sonradan bildim,başqasını sevirmiş.Helede sevdiyi qızı unutmayıb.Men bilmirem neyniyim,ona çox yaxşı davranıram,itaet edirem,amma yenede meni sevmir,amma mene yaxşı davranır.Onun başqasını sevmesine döze bilmirem.Ne etmeliyem?
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:

ardını oxu
24-02-2022 namelum
salam. yoldasim son zamanlar cox deyisilibş butun aileye qarsi. dost valideyn aile dusmen olub yalniz bir qadini ozune dost bilir. mence o qadin ona cadu edib. bunu nece temizlemek olar?
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu

Pages