19-06-2025
Salam Aleykum 7 ayliq usaq gece yatanda 1,2,3 saatlarinda qisqirib oyanir.Gunduz yatanda hele sey olmur ancaq gece yuxusunda. Dualar oxuyuram.Basqa ne ede bilerem basqa hansi duani oxuya bilerem? 7 gunduki heledi
Cavab:
ardını oxu
19-06-2025
Əssəlamu Aleykum və Rəhmətullahi və Bərakatu Əlhəmdulillah Allah razı olsun sizdən. Birdə düzdür bilirəm mahnıya qulaq asmaq günahdır məsələn nasheedlərdə qulaq asmaq günahdır çünki onlar çalğılı olmur din ilə bağlı olur. Yəni musiqi alətli mahnılar deyillər.
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bu cavabı oxuyun:


İslamda naşid haramdırmı?
ardını oxu
19-06-2025
Esselemu aleykum üzürlü sayın sualıma göre eger cünüb olarken heyzde olarsaq nece etmek lazımdır cünüb qüsulun alıb zikir etmek lazımdır ya nece cavabladirsaniz sevinerem RABBİM bərəkət versin size
Cavab:

Və aleykum Salam. Əgər qadın cunub olduğu halda heyz olarsa, bu halda yaxşı olar ki, qadın cənabət qüslünü alıb Quranı əzbərdən və ya toxunmadan oxumaq kimi ibadətdən istifadə etsin. Heyz tamamlandıqdan sonra isə heyz qüslünü alsın.

ardını oxu
19-06-2025 Teşekkür edirem
As-Salamu Aleykum. 1. Men Elhemdulillah 1 ildir ki oruc tuturam namaz qılıram. 21 yaşım var ancaq bundan önce tutmadigim oruclari ve qilmadigim namazlarin qezasini edirem. Namaza teze baslayanda sizin dediyiniz kimi tovbe namazi qilmisam ancaq bu oruc borclarini da silirmi?
Cavab:

Və aleykum Salam.


1) Tövbə özündən əvvəlki günahları silir. Fərq etməz istər bu günah orucu tərk etmək olsun, istər namazı tərk etmək olsun. Odur ki, əvvəlki namazları qılmaq və tutulmayan orucları tutmaq doğru deyil. Ətraflı oxuyun:

ardını oxu
19-06-2025
Heyzliken cinsi elaqeye girmek olar? Hökmü nedir?
Cavab:

Əssələmu aleykum. Qadın heyz halında olarkən onunla cinsi əlaqədə olmaq haramdır. Uca Allah buyurur: "Səndən heyz barəsində soruşurlar. De: "Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin.

ardını oxu
16-06-2025
Salam. Nisa surəsi 24-cü ayədə olan müt'ə ilə bağlı məlumat verərdiniz. Allah Müvəqqəti nikahı halal buyurur, yoxsa necə?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
16-06-2025
Əssəlamu Aleykum və Rəhmətullahi və Bərakatu Əlhəmdulillah necəsiz Allah sizdən razı olsun verdiyim sualı cavablandırdığınız üçün.
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Seçdiyiniz qərar təmamilə doğrudur. Uca Allah sizə bu niyyətinizə görə savab yazsın və sizi xeyirlərə müvəffəq etsin!

ardını oxu
16-06-2025
Məktəbdən və ya universitetdən məzun olmağın məqsədi ilə yığışmaq, o günü keçirmək icazəlidir? (islami çərçivədən kənara çıxmamaq şərti ilə)
Cavab:

Əssələmu aleykum. Şəriətə müxalif əməllər (spirtli içki, müsiqi, qızlarla oğlanların bir yerdə olması və s.) olmamaq şərti ilə məktəb və ya universitetdən məzun olmaq münasibətilə yığışıb məclis keçirmək icazəlidir. 

ardını oxu
16-06-2025
Salam Aleykum menim qaynatam soyuş soyen biridi ve cox pis soyuş soyduyune gore danişmiram.3 gunden artiq bele adamla kusulu qalmaq gunah sayilir? Cunki danişanda bir muddet sonra yene soyur.mene meslehet verin
Cavab:

Və aleykum Salam. Əgər qayınata ilə barışmaq sizə zərər verirsə, əksinə, onunla küsülü qalmaq onun bu əməldən çəkinməsinə səbəb olacaqsa, bu halda onunla küsülü qalmaq olar. Həmçinin bu cavabları oxuyun:

ardını oxu
16-06-2025 Humeyra
Qız uşaqları cənnətin ilk qapısıdır bunu dini cəhətdən dəqiq cavab verə bilərsiz dəlil varsa Allah sizə bərəkət versin .?
Cavab:

Əssələmu aleykum. Qız uşaqlarına sahib olmağın və onlara yaxşılıq etməyin fəziləti barədə bir çox hədis rəvayət edilib. Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Bir qadın iki qızı ilə birlikdə yanıma gəlib (yeməyə bir şey) istədi. Məndə bircə dənə xurma var idi.

ardını oxu
15-06-2025
Salam Əyər bir qız bir neçə oğlanla sevgilidirse ve bunları heç kim bilməsini isdemirse ne etmelidir???
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
15-06-2025
Əssəlamu Aleykum və Rəhmətullahi və Bərakatu Əlhəmdulillah necəsiz mən namaz qılana yaxın evə atam gəldi. Mən namazı əlbəttə ki Allah üçün qılıram amma namazda birdən fikrim yayındı. Məndə bunu şeytan vəsvəsəsi olduğunu düşünürəm. Sizcə doğrudur.
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bu cavabı oxuyun:


Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?

ardını oxu
15-06-2025 Orxan
Salam aleykum .rəhmətə geden insani ziyaret etdikde o hiss eliyirr ?
Cavab:

Və aleykum Salam. Ölümdən sonrakı həyat (Bərzəx aləmi) elə bir aləmdir ki, onun təfərrüatlarını bilmək mümkün deyil, bu yalnız Qurani-Kərim və Səhih Sünnə vasitəsilə mümkündür. Bu iki mənbədə insanın ölümündən sonra qarşılaşdığı hallar haqqında bir çox təfərrüatlar gəlmişdir.

ardını oxu
15-06-2025 Zeliha
Salam Aleykum Hər vaxtınız xeyir sizdən artıq dərəcədə xahiş edirəm sualımı ətiraflı cavablasaz çox şad olacam.Üzür istəyirəm mən oğlan uşağına hamilə idim uşağımı dünyaya gətirdim lakin çox təssüf olsun ki dünyasını dəyişdi sözümü qısa edəcəm bir sual mənə şüphə kimi qalıb aydınlıq gətirə bilmirəm
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
15-06-2025
Salam yuxuda quran hərfləri öyrənirdim,oxuyurdum, amma eslinde gerçekden quran herfleri deyildi, başqa dilde, sanki Çin dilinde herfler idi, xahiş edirem menasın yazardız, önceden teşekkürler
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:


Yuxu haqqında

ardını oxu
14-06-2025 Aqaa
Salam qurban kesdikden sonra hamsi zamanda vermek lazimdi paylamaq lazimdi nece gun icinde
Cavab:

Və aleykum Salam. Qurban ətini istənilən vaxt, hətta Qurban bayramından uzun müddət keçmiş olsa belə, kasıblara paylamaq olar. Əsas olan qurbanlığı vaxtında kəsməkdir. Ətraflı oxuyun:

ardını oxu
14-06-2025 Allahın qulu
Salam Aleykum. Bu sual meni cox düşündürür. Bir qardaş var saqqalı isbali yerinde qardasdir. Men bir defe o qardaşa dedim ki, bir sehabe toy ederken Peyğember Sallalahu aleyhi va sellemi toya çağırmayib.
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:

ardını oxu
14-06-2025
Salam aleykum. Qadın arafa günü oruc tutur ancaq əsr namazına yaxın heyz olur. Belə olduğu halda arafa günü oruc tutmağın savabını qazanır mı? Artıq bu gün üçün başqa gün oruc tutmaq olmur, elədir mi? Allah razı olsun
Cavab:

Və aleykum Salam. Oruc tutan qadın günün istənilən vaxtında heyz olarsa, orucunu açmalıdır. Hətta iftara beş dəqiqə qalmış heyz olsa, orucu pozulmuş olur. Qadın heyz olduğunu bilən andan orucu açmalıdır.

ardını oxu
14-06-2025
Çin xalqı doğu Türküstan kızlara zülm edir .buna görədə deyirler ki temudan mal vurmaq olmaz .sizcə duz deyirler?
Cavab:

Əssələmu aleykum. İslamda kafirlərlə alış-veriş etmək icazəlidir. Peyğəmbər (ona və ailəsinə Allahın slavatı və salamı olsun) yəhudilərdən alış-veriş etmişdir. (əl-Buxari, 2386; Muslim, 1603). Baxmayaraq ki, onun dövründə yəhudilər müsəlmanlara qarşı ən çox düşmənçilik edənlər idi.

ardını oxu
14-06-2025 K
Əs-sələmu Aleykum.Xestexanaya ise duzelmək ucun pul verib qaynanam duzeldib pulu verib bu pul rusvet sayilir ele deyilmi?Ama men bunu bilmirdim yeni sonradan hidayet olmuşam usaq olandan sonra indi ise o işdən maaş gelir o halal sayilirmi?
Cavab:

Və aleykum Salam.

ardını oxu
10-06-2025 Nicat
Salamun Aleykum. 1.Bir şexsin özünü müdafie etmek üçün üze vurulan idman növü öyrenmesi olar? 2.Cahil uzaq qohum siqaret çekir amma dermanı sebeb ederek pul isteyir her defe.Vermek yaxşıdır yoxsa vermemek?
Cavab:

Və aleykum Salam. 


1) Hər hansı idman növünü öyrənmək icazəlidir, lakin məşqlərdə və yarışlarda öyrənmək məqsədilə olsa belə üzə vurmaq düzgün deyil. Ətraflı oxuyun:

ardını oxu
10-06-2025 N
Salam zəhmət olmasa sizdən bir şey soruşmaq istəyirəm. Hələ anasından əmən, 6 ayı olmamış quzuları anasından ayırıb satmaq və ya kəsmək olar mı ? Və əgər günahdırsa böyük günahdırmı ? İndidən təşəkkürlər
Cavab:

Və aleykum Salam. İslam dini heyvanları yemək məqsədilə kəsmək üçün müəyyən bir yaş həddi qoymamışdır. Odur ki quzuları altı ay tatmam olmadan da yemək məqsədilə kəsmək icazəlidir. Yaş həddinin altı aydan yuxarı olması yalnız qurbanlıq qoyunlara aiddir.

ardını oxu
10-06-2025 Leyla
Salamun əleykum sizə bəzi suallarim olacaq cavaba göre qabaqcadan çox sağ olun 1) qadin öz toyunda bəzən bilərmi ? 2) qadin öz toyunda Namazı necə qıla bilər? olar toydan sonra bütün hamsın qılsın ? Yoxsa olmaz ?
Cavab:

Və aleykum Salam.


1) Əvvəlcə sizi namaza başlamağınız münasibətilə təbrik edir və Uca Allahdan sizi bu yolda sabitqədəm etməsini diləyirik! Qadın öz toyunda şəriətin buyurduğu şəkildə bəzənə bilər. Bu barədə ətraflı oxuyun:

ardını oxu
10-06-2025
Salam.Namazın salamların deyerken diger namazın azanı verildi.namaz qeza sayılırmı?
Cavab:

Və aleykum Salam. Növbəti namazın vaxtı girməmiş bir rükəti qılan şəxs bu namaza yetişmiş sayılır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim (namazın vaxtı çıxmadan öncə) namazdan bir rükətə yetişərsə, namaza çatmış sayılır".

ardını oxu
10-06-2025
Salam. 1.Online alışveriş saytından ilk dəfə məhsul sifariş edərkən müəyyən % endirim kodu verir. Mən ilk dəfə sifariş üçün olan endirim kodundan istifadə etmişdim. Lakin həmin profili silmişəm.
Cavab:

Və aleykum Salam.


1) Belə etmək hiylə sayıldığına görə şəriətlə düzgün deyil. Çünki endirim ilk dəfə alan şəxsə aiddir. 


2) Bunda qeyri-müəyyənlik (ğarar) olduğu üçün belə etmək doğru deyil. 

ardını oxu
09-06-2025
Allahın zatı bizimlədirmi.?
Cavab:

Əssələmu aleykum. Uca Allah Öz Zatı ilə Ərşinin üzərindədir. Uca Allah Öz elmi ilə, hər şeyi eşitməsi, görməsi, bilməsi və əhatə etməsi ilə bizimlədir. Allahın bizimlə olması Onun Zatı ilə deyil, elmi və qüdrəti ilədir.

ardını oxu
09-06-2025
Mənə bir baxıcı xanım baxıb hər şeyi düz dedi daha sonra isə həyətdə cadu olduğunu o cadunun mənə ailəmə də təsir etdiyini dedi. Mən də sevdiklərimi özümü qorumaq adına o cadunu açdırmaq istədiyimi dedim. O da mənə pul qarşılığında xristian şamı, quran sözləri olan yazı göndərəcəyini dedi.
Cavab:

Əssələmu aleykum. Dinimiz heç bir halda falçılara və sehrbazlara müraciət etməyi icazəli görmür. Çünki onlar yalan danışırlar və dediklərinin həqiqətlə heç bir əlaqəsi yoxdur.

ardını oxu
09-06-2025
OKP(Obsessiv Kompulsiv Pozğunluq) (OKB) adlandırılan və vəsvəsədən ibarət bir xəstəlik (tibbdə) var bildiyiniz kimi.məsələn evdən çölə çıxanda qapını bağlayır və dəfələrlə təkrar yoxlayır.Öz etdiyinə şübhəsi olur.Bu dediyim bunun ən bəsit formasıdır.Elə insanlar varki bu çox şeydə baş verir və həyat
Cavab:

Əssələmu aleykum. Dinimiz hər şeydə orta yolu tutmağı əmr etdiyi kimi, ibadət, zikr və itaətlərdə də orta yolu tutmağı buyurur. Orta yolu tutmaq isə yalnız Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salami olsun) yoluna tabe olmaqla mümkündür.

ardını oxu
09-06-2025 Nuri
Salam akeykum mèni dinleyib etrafli basà salarsiz derdimi hèc kime deye bilmirem indi bilmirem bu gunde ñìyèyem menim atam dine inanmir namaza qarsidr 6da oxuyanda dualar oxuyurdum oruc tuturdum heta hicaba giŕmek isdeyirdim men o cur àtanìn eĺinde gizlince namaz qilmisam hicabada girmek isdeyirdim
Cavab:

Və aleykum Salam. Uca Allahdan sizi doğru yola yönəltməsini və bu yolda sabit etməsini və ərinizə də hidayət verməsini diləyirik. Allaha asilik olan işlərdə heç bir insana itaət etmək olmaz. Ərin öz yoldaşının namaz qılmasına mane olması böyük günahdır.

ardını oxu
09-06-2025 Sehla
Salam.Bir insan bir insan haqqında yalan danışıb,yalan olan bir şeyi doğru qələmə verib .şərler atırsa .həmən yalanlardan xanımın evinə söz söhbət düşərsə .xanım ne etmelidir?həqiqət olmayan bir şeyi yüz faiz əminliklə kimisə inandırıb .deyirse həmən şer atılan xanım necə davranmalıdır.bu böhtanlar
Cavab:

Və aleykum Salam. Belə vəziyyətdə böhtana məruz qalan şəxs ilk növbədə səbir etməli, hər şeyin hökmü Əlində olan Uca Allahdan yardım istəməlidir. Uca Allah buyurur: "Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin!

ardını oxu
08-06-2025 K
Əs-sələmu Aleykum.sünnedə edilen zikrlər bezileri sayi 100 defe edilir Bes gundə meselen fecr namazdan sonra 100 defe heresindən elemişikse günorta axşamda yene heresinden 100 defe olmaqla zikr etsek bu bidet hesab olunurmu?Yoxse ele gunde 100 defe əstəğfirullah ve ətubi ileyh bircə defe çekmek gel
Cavab:

Və aleykum Salam.

ardını oxu
08-06-2025 Rəsul
Assalamu aleykum, telfonda smaylikden istifade etmek olarmı? Olarsa buna delil nedir? Hansısa alimin sözü falan varsa deyin xahiş edirem.
Cavab:

Əssələmu aleykum. Smayliklər (üz ifadələri) tam şəkil sayılmadığına görə yazışma zamanı onlardan istifadə etmək icazəlidir. Dövrümüzün böyük alimləri bunu icazəli saymışlar.

ardını oxu
08-06-2025
Salam Aleykum. Anladigim qederiyle bir qadin evlenmeden qabaq atasina ve qardawina, evlendikden sonra da heyat yoldawina tam itaet etmelidir. Lakin mende problem odur ki, ailem imanima ve emellerime menfi tesir gosterir. Ne de olsa butun gunum onlarla kecir.
Cavab:

Və aleykum Salam. Qadın Allaha asilik olmayan məsələlərdə valideynlərinə itaət etməlidir. Qız övladı daim öz vəlisinin himayəsində yaşamalıdır və qızın ailədən ayrı yaşaması yalnız valideynin izni ilə olmalıdır. Ətraflı oxuyun:

ardını oxu
08-06-2025 Kamran
Salam suvala qore coxlu uzur isteyirem Mualice ucun istifade olunan şamlar yani qemoroy gebizlikden istifade olunan şamlar onlar arxa yoldan axib qelerse destamazi namazi batil eder mi?
Cavab:
ardını oxu
08-06-2025 Azı
Salam men namaz, qılanda unuduram casıram destamaz alandada eleyem namazın usdunde basım agrı verır ağrı boynuma düşür boynumdan boğazıma gedr boguluram ele bıl sebebı nedr?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
05-06-2025
Əssalamu Əleykum. Namazları son anda qılmaq haqqında nə düşünürsüz? Mən namazlarımda səhlənkaram və buna görə namazları həmişə son anlarda qılıram... bu alışqanlığımdan qurtulmaq istəyirəm mənə kömək edə bilərsiniz zəhmət olmasa?
Cavab:

Vəaleykum Salam. Namazları vaxtı-vaxtında qılmaq daha savabdr. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ən fəzilətli əməlin hansı olduğunu soruşan səhabəyə: "Vaxtında (və ya vaxtının başlanğıcında) qılınan namazdır" - deyə buyurmuşdur.

ardını oxu
05-06-2025 Məhəmməd
Salam Aleykum, Bəzi insanlar var hansılarki baxçanı, məktəbi, universiteti rusca oxuyub yaxud gəncliyi sovet dövründə keçib və rusca daha yaxşı başa düşür, azərbaycanca isə çətin anlayır, bu qəbildən olan şəxslər Qurani Kərimin rus dilində olan tərcüməsini oxuya bilərlərmi?
Cavab:

Və aleykum Salam. İstənilən dildə Quranın mənaca tərcüməsini oxumaq icazəlidir, fərq etməz istər rus dilində olsun, istər ingilis. Hansı tərcümənin daha doğru olmasına gəlincə, rus dilində digər tərcümələrə nisbətən Elmir Quliyevin tərcüməsi orijinala daha yaxındır.

ardını oxu
05-06-2025 Abu Omar
Esselamualeykum.
Cavab:

Və aleykum Salam. Əgər şərtlər sualda qeyd etdiyiniz şəkildədirsə, belə firmada işləmək icazəlidir. 

ardını oxu
05-06-2025 Amin
Axşamınız xeyir. Sizə belə bir sualım var. Həzrət Əlidən neçə səhih hədis gəlib toplamda?
Cavab:
ardını oxu
04-06-2025 Şahlar
Salam. Kriptovalyutada coin alıb-satmağın meslehetli olmadığını bilirem. Bes heç bir vesait xeclemeden, teze çıxacaq coinleri önceden yığmaq düzgündür?
Cavab:

Və aleykum Salam. Heç bir halda, pulsuz olsa belə, kriptovolyuta əldə etmək və onu yığmaq düzgün deyil. Ətraflı oxuyun:


Kriptovalyuta almaq icazəlidirmi?

ardını oxu
04-06-2025
Semeni halvası bişirmek günahdır?
Cavab:

Əssələmu aleykum. Səməni və ondan hazırlanan halva İslamın qadağan etdiyi "Növruz" bayramının atributlarından biridir. Odur ki Novruzu qeyd etmək məqsədilə bu halvanı bişirmək qadağandır. Əgər məqsəd bu bayramı qeyd etmək deyilsə, digər vaxtlarda bu halvanı bişirmək icazəlidir.

ardını oxu
04-06-2025 Esmira
Salam sualimi paylaşmiyin Salam hicabli eyer yupka ve köynək geyinirse köynək gödek olsa olarmi Eyer yupka köynekde cins pencekde jiletde jiletkada önünü aciq qoyursa sineni altdan örtürse köynəyinde önü aciq olarmi yoxsa önü aciq köynəyin üstende hicabi salmaldi Hicabli ne qeder bol geyinməl
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:


Müsəlman qadın necə geyinməlidir?

ardını oxu
04-06-2025 Elvin
Salam aleykum.Cənabət qüsulu dəstəmazı əvəz edir.Bəs cənabət qusulu alarkən əl övriyyət yerlərinə məcburən dəyməlidi.Onda dəstəmaz pozulmuş olur yenidən dəstəmaz alınmalıdı?
Cavab:

Və aleykum Salam. Cənabət qüslü əsnasında övrət yerini yumaq qüslə aid olduğu üçün buna görə qüsldən sonra əlavə dəstəmaz almağa ehtiyac yoxdur. Əgər qüsl alıb bitirdikdən sonra dəstəmazı pozan hər hansı bir amil baş verərsə, bu halda dəstəmaz alınır. Ətraflı oxuyun:

ardını oxu
04-06-2025
Esselamu aleykum. Men elm oyrenmek isteyirem. Yeni esas meselelerdende daha coxunu bilmek isteyirem. Buna gore Ibn Kesirin tefsir kitabini oxuyuram. Kitablar coxdur ama hansini oxumaq lazimdir bilmirem. Cox alimleride tanimiram. Salamat kitablardan hansilari tovsiye ederdiz? Allah razi olsun.
Cavab:

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, İbn Kəsirin (Allah ona rəhmət etsin) "Əzəmətli Quranın Təfsiri" kitabını oxumağınız doğru seçimdir. Əlavə kitablar barədə bu linkdən oxuya bilərsiniz:

ardını oxu
03-06-2025
Salam temudan mal almaq miselmanlara haramdir?
Cavab:

Və aleykum Salam. Müsəlmanlara hər hansı onlayn alış-veriş platformasından halal mallar almaq icazəlidir. Həmçinin oxuyun:

ardını oxu
03-06-2025 İmanlı
Salam üzür istəyirəm ifadəmə görə . Masturbasya etmək günahdır yoxsa yox?bəzi yerlərdə deyirlərki etməlisən çünki ehtiyacdır amma bəzi yerlərdə günahdır deyirlər .Bu haqqda məlumat verərdizdə.Günahdır yoxsa yox!
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
03-06-2025 Xeyal
Salam. Men sizden şey öyrenmek isteyirem hacı. Appstore üzerinde belli tedbiqler var ve bu proqramlara Azerbaycan veyada Türk dili başqa dillerde hemçinin elave etmek üçün tedbiqlerin sahiblerine müraciet edirem onlarda qebul edirler.
Cavab:

Və aleykum Salam. Sualdan görünür ki, siz müəyyən sənədləri süni intelekt vasitəsilə tərcümə edirsiniz və buna görə sizə yüz dollar məbləğində zəhmət haqqı verirlər. Tərcümə süni intelekt vasitəsilə olsa da, bu pul halal sayılır. Çünki sizin də müəyyən qədər əziyyətiniz olur. 

ardını oxu
03-06-2025
Salam Aleykum,men cox narahatam muselmanam amma suphe gelir ustelik kafir oldugmu dusunurem,axi muselmanam,suphelerim var amma yenede deyirem olsunda men iman edirem,suphe ola ola imanimiz qebuldu?Allah razi olsun
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
03-06-2025 Bal
Salam bir nefer deyirki sen quşa merhemet etmedinse sənin ureyinde merhemet yoxdu deyir pişik gözün qabağında quş tutur yeyir yuvadan ve sair sen göz yumursan mende deyirem Allah pisikleri ele yaradıb onsuz tutacaq yeyecek ayrı yerde olsada ve sair deyir pişik quş tutur göz qabağında qusa merhemet e
Cavab:

Va aleykum Salam. Əgər bir insan pişiyin quşa və ya quş yuvasına hücum etdiyini görürsə ona mane olmalı, əvəzində isə imkan daxilində pişiyi başqa yeməklə yedizdirməlidir. Belə etməklə siz həm pişiyə, həm də quşa yaxşılıq etmiş olarsınız.

ardını oxu
22-05-2025 Leyla
Salam meni yoran bir şey var oda Fatihe namazda 3 4 defe ayetleri tekrar etmek ya telefuz ince cixir ya qalin rukuye gedende dilim dolaşir 2 defe deyirem duani ya 3 defe desemde sehv cixir secdede eynisi herden telesib qalxiram qaza qore telesdiyim ucun yalniş deyirem namaza gelende hevesiz qelirem
Cavab:

Və aleykum Salam. Namazda əsas olan hərflərin məxrəcini düzgün tələffüz etməkdir. Hər bir insan bacardığını yerinə yetirməlidir. Uca Allah heç kəsə onun gücü çatmayanı yükləməz. Sizin düşdüyünüz hal şeytanın vəsvəsəsidir.

ardını oxu

Pages