Aleykum salam. Cavabı buradan oxuyun: Namaz qılmaq insana neçə yaşında vacib olur?
Aleykum salam. Bəli, təhqir edən insan, əgər haqsız yerə təhqir edirsə, bu zaman günah qazanır. Lakin qarşılığı səbr və gözəl əxlaqla qarşılanarsa, onda bu daha yaxşısıdır. Əgər bir insan haqsız yerə təhqir olunursa və o səbr edirsə, bu onun üçün daha xeyirlidir.
Aleykum salam. Bəli, inşallah yemək olar.
Aleykum salam.
1. Rüku vaxtı və həmçinin qiyam vaxtı, gözlər səcdə edilən yerə baxılmalıdır. Səcdə vaxtı ətrafa baxıb göz gəzdirmək düzgün deyil.
Aleykum salam. Heyzə aid məsələlər üçün şəriətimizdə xüsusi dua forması yoxdur. Sadəcə ümümi şəkildə Allah Təalaya dua edərək, istənilən probleminizin həllini Ondan diləyə bilərsiniz.
Aleyakum salam. Siz təbii olan qorxunu başqa şeylərlə əlaqələndirirsiniz. Bu düzgün deyil. İnsanın şirdən qorxması normaldır, xüsusən də 16 yaşında. Bu hal sizdə inşallah böyüdükcə keçəcəkdir. Vahiməyə düşmək lazım deyil.
Aleykum salam. Bəli, düz deyirsiniz. Heyz (aybaşı) vaxtında namaz, qılmaq, oruc tutmaq, Quran oxumaq olmaz. Amma dini kağızlara əl vurmaq olar. Dini kitablar və internetden faydalı məlumatlar oxumaq, zikrlər və dua edə bilər və s.
Aleykum salam. Sovet hakimiyyəti dövründə Azərbaycanda dini öyrənməyə imkan verilmirdi, ateizm təbliğ olunurdu və məscidlər bağlı idi. Bu səbəbdən də insanların din haqqında məlumatı çox az idi. Müstəqillik qazandıqdan sonra məscidlər açıldı, hər kəsə dini öyrənmək şəraiti yaradıldı.
Aleykum salam. İslama görə müsəlman dırnaqlarını 40-gündən artıq saxlamamalıdır.
Aleykum salam. Tək azərbaycanda deyil, bütün dünyada ən düzgün yol, Peyğəmbərimiz Muhəmmədin (salləllahu aleyhi və səlləm) yoludur.
Aleykum salam. Bəli, o anda ölüm mələyi gəlib insanın canını alır. Lakin ruhlar ölmür.
Aleykum salam. Namazın sözlərində "Ayətul Kursi - (əl-Bəqərə, 255)" yoxdur, sadəcə olaraq namazda Fatihə surəsini oxuduqdan sonra digər surələr kimi "Ayətul Kursi"-ni (əl-Bəqərə, 255) də oxuya bilərsiniz. Amma bunu oxumasanız da namazınız düzgün sayılır. Qunut isə vitr namazında tutulur.
Aleykum salam. Bu sadəcə insanların dilində gəzən bir sözdür. Bunun dinlə heç bir əlaqəsi yoxdur.
Və aleykum Salam. Dəstəmaz almaq qaydasına buradan baxa bilərsiniz:
Namaz qılmaq və dəstəmaz almaq qaydası - VİDEO
Və aleykum Salam. Tövbə etmək -- günahlardan Allaha qayıtmaq deməkdir. Tövbənin şərtləri bunlardır:
1. Allaha səmimi qəlbdən tövbə edib, Ondan bağışlanma diləmək - yəni, bu etdiyiniz tövbə yalnız Allah üçün edilməlidir, başqa məqsəd olmamalıdır.
Aleykum salam. Əski ilə silib dəstəmaz almaq olar. Lakin yaxşı olar ki, sildikdən sonra su ilə yuyulsun. Xüsusən də əgər nəcis yayılıbsa (yəni çox olubsa), bu zaman yumaq daha yaxşıdır.
Aleykum salam. Əvvəlcə qeyd edək ki, namaz 3 dəfə yox, 5 dəfə qılınmalıdır. Daha ətraflı: Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?
Aleykuma salam. Təşəhüddə edilən zikrlər belədir. "ət Təhiyyətu lilləhi, vas-saləvatu, vat-tayyibətu, əs Sələmu aleykə əyyuhən-nəbiyyu va rahmətullahi va bərakətuhu, əs Səlamu aleynə və alə ibədilləhis-salihin.
Aleykum salam. Ovsun etdirmək, yəni falçının yanına gedib kiməsə düyün bağlatdırmaq deməkdir. Qeyd edək ki, bu əməl böyük günahdır. Müsəlman belə çirkin əməldən uzaq dayanmalıdır. Bu haqda Uca Allah buyurur: "Ey iman gətirənlər!
Aleykum salam. Bu məqaləni oxuyun: Əhli Beyt kimlərdir?
Aleykum salam. Qadın özü və yaxud bir dəstə qadın üçün iqamə verə bilər. Kişi və qadınlardan ibarət bir dəstə üçün isə, azan və iqaməni kişi verməlidir. Həmçinin qadın səsini yalnız yoldaşlarının eşidəcəyi qədər qaldırmalıdır.
Aleykum salam. Əgər niyyət olmayıbsa, bəli, almaq lazımdır. Əgər çimərkən dəstəmaz almağa niyyət olubsa, onda bu zaman dəstəmaz almağa ehtiyac qalmır.
Və aleykum Salam. Bu baxır, edilən işin ciddiliyinə və ya məcbur qaldığı işə. Misal versəniz, daha yaxşı olardı, çünki hallar müxtəlif ola bilər. Ümumən insan məcburiyyət qarşısında etdiyi əmələ görə günah qazanmır.
Aleykum salam. Bu cavabı oxuyun: İntihar haqqında
Aleykum salam. İnsanı şeytana aldanmağa heç kəs məcbur etmir, insan öz ixtiyarı ilə şeytana aldanır. Allah Təala bütün insanlara ixtiyar verib və insanlar yaxşı və pis əməlləri öz ixtiyarı ilə seçir.
Aleykum salam. Şəhadət kəlməsinə "Əşhədu Ənnə Əmirəl M'umininə Aliyyən Valiyullah" sözlərini əlavə etmək olmaz. Çünki, bu ifadə şəhadət kəlməsinə sonradan əlavə olunmuşdur.
Aleykum salam. Bu tam olaraq belə deyildir. Bəzi qadınlar təklikdə qalmaqdan qorxurlar. Bunun dinlə heç bir əlaqəsi yoxdur. Bu, qadının təbiətindən asılıdır. Ümumiyyətlə həm kişinin, həm də qadının insanlardan uzaq duraraq çox vaxt təkliyə çəkilməsi yaxşı hal deyildir.
Aleykum salam. Əgər tapılan pul böyük məbləğdə olarsa, elan edərək onun sahibini bir il müddətində axtarmaq lazımdır. Əgər az miqdarda puldursa, o halda pulu tapan adam onu özünə götürə və ya itirən insanın əvəzinə sədəqə verə bilər.
Aleykum salam.
1- Xeyir, olmaz. Səfərdə yalnız sübh namazının iki rükət sünnəti və vitr namazı qılınır. Digər sünnətləri qılmaq olmaz.
2- Bəli, səfərdə təhəccüd namazlarını qılmaq olar, bu, yaxşı bir əməldir.
Aleykuma salam. Qadın yad kişilərin yanında oynamamalıdır, bu, düzgün deyildir. Qadın yalnız öz ərinin yanında onun üçün oynaya bilər.
Aleykum salam. Uca Allah özünü bizlərə Peyğəmbərlər (Allahın onlara salamı olsun) və göndərdiyi kitablar vasitəsi ilə tanıtmışdır. İstər alim, istərsə adi bir insan olsun, heç bir kəs oxuyub-öyrənmədən kamil şəkildə Allah Təalanın ad və sifətlərini tanıya bilməz.
Aleykum salam. "Milləti İbrahim" (İbrahimin milləti) sözünün mənası İbrahim peyğəmbərin hənifilik (tək Allaha ibadət, tövhid) dini və bu dinə tabe olan müsəlmanlar deməkdir.
Aleykuma salam. Qadın yalnız ərinin yanında qısa geyinə bilər, başqalarının yanında isə üz və əlləri (biləklərə qədər) istisna olmaqla bütün bədəni örtülməlidir.
Aleykum salam. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və rəşidi xəlifələrin vaxtında bütün insanlar Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yolu üzərində olmuşlar. Sünnə adət-ənənə, şiə isə firqə, tərəfdar deməkdir. Sünnə dedikdə Peyğəmbərin (Allahın ona və ailə
Salam aleykum. Tövbə etmək istəyirsinizsə, ürəkli olun və bu məqaləni oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Aleykum salam. Şəriətə görə vitr namazı tәkidlә әmr olunmuş sünnәtlәrdәndir vә Peyğәmbәrimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) vitr namazını hәmişә qılmağa davam edәrdi.
Aleykum salam. Cavabı buradan oxuyun: Namaz qılmasam, Cənnətə girə bilərəm?
Aleykum salam. Bəli, Əhli Beyti sevməmək günahdır. Hər bir haqq üzərində olan müsəlman Əhli Beyti sevməli, onlara hörmət bəsləməli və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) onlar barəsində etdiyi tövsiyəyə riayət etməlidir.
Aleykum salam. Bəli, İnşallah savab qazanır. Uca Allah buyurur: "Quran oxunduğu zaman onu dinləyin və susun ki, bəlkə sizə rəhm olunsun". (əl-Əraf, 204).
Aleykum salam. Sizin qeyd etdiyiniz vəziyyətdə, yəni xüsusən çox sıxlıq olduqda oturmaq olar. Hətta sıxlıq olmasa belə, oturmaqda heç bir problem yoxdur.
Aleykum salam. Ehtiyac varsa, saxlaya bilərsiniz.
Aleykum salam. Şəriətə görə kişilərin qısaqol köynək geyinməyi halaldır.
Aleykum salam. Bəli, əlbəttə kolbasaların halalı olur. Daha ətrafli buradan Namaz qılan kolbasa yeyə bilərmi? oxuyun.
Aleykum salam. Bəli, dəstəmaz aldıqdan sonra makiyajlı halda namaz qılmaq olar. Bunun qadağan olunması ilə bağlı şəriətdə heç bir məlumat verilmir.
Aleykum salam. Bəli, cinlər mövcuddur və onların da insanlar kimi kafiri və müsəlmanı olur. Daha ətraflı: Cinlər mövcuddurmu?
Aleykum salam. Xatırladım ki, hər bir insan doğularkən İslam dinini tanıyaraq doğulur. Yəni hər bir insanın fitrəti (təbiəti) İslam dininə uyğun olaraq yaradılmışdır. Dünyaya gələn hər bir uşaq müsəlman hesab olunur.
Aleykum salam. Xeyir olmaz. Baxmayaraq ki, bunu hamı edir, lakin bunu etmək düzgün deyildir.
Aleykum salam. İslam alimləri Suriyaya getməyə icazə vermirlər. Namazda əlləri sinədə saxlamaq lazımdır. Bu barədə Peyğəmbərimizdən (sallallahu aleyhi və səlləm) çoxlu səhih hədislər vardır. Əllərin göbəyin üstündə və ya göbəyin altında saxlamaq düzgün deyildir.
Aleykum salam. Baxır klonu hansı məqsəd ilə boynunda gəzdirir. Üməmən bəli, boyunda daşımaq olar. Amma bir şərtlə ki, dediyiniz kimi ayaq yolu və digər bu kimi nəacasətli və natəmiz yerlərə daxil olduqda çıxarıb bir kənara qoymaq lazımdır.