31-01-2014
Salam aleykum. Qış girir, ilk qar yağır və dua etmək doğrudur? Günah sayılmır?
Cavab:

Aleykum salam. İslama görə qışın gəlişi və ya qarın yağması səbəbi ilə xüsusi dua forması mövcud deyil. Amma yağış yağanda Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurur: Yağış yağarkən belə dua edin: "Allahummə sayyibən va nəfiən". (Allahım!

ardını oxu
31-01-2014
Salam aleykum. Ramazan ayında oruc tuta bilmirəm, yəni oruc tutanda dözə bilmirəm. Təzyiqim düshür, hətta bir dəfə özümdən getmishəm. Buna görə tuta bilmirəm orucu. Bu günah sayılırmı?
Cavab:

Aleykum salam. Xəstəlik sağaldıqda tutmadığınız günlərin sayı qədər oruc tutmaq lazımdır. Xroniki xəstəlik və ya yaşlı olmaq səbəbi ilə ümumiyyətlə oruc tuta bilmirsinizsə, onda şəriətə görə siz hər günün müqabilində bir yoxsulu yedizdirməlisiniz.

ardını oxu
31-01-2014 sedef12
Salam aleykum. Bagishlayin tekrar sorushuram istixare ne namazidir ve ne edilmelidir?
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: İstixarə namazı necə qılınır?

ardını oxu
31-01-2014 Vidadi
Salam aleykum. Dogrudurmu ki, ay mene göz deyib, nezer deyib? Bu hallarda ovsun edib nezeri chixartmaq olarmı? Birdeki men shahidi olmusham nezer deyen adami ovsun eleyende, hemin adamin esnemeyi gelir ve gözlerinden yash axir. Hetta yaxinda eyleshen adamlarada tesirini gösterir...
Cavab:

Aleykum salam. Bəli, gözdəymə haqdır və bunun şəriətdə icazə verilmiş üsullarla müalicəsi göstərilib. Daha ətraflı bunu oxuyun: Cadudan necə qorunmaq olar? 

ardını oxu
31-01-2014 ebulbeser
Salam aleykum. Shielere gore 12 imam ne demekdir? Deqiq bilmek isteyirem.
Cavab:

Aleykum salam. İslama görə on iki imam Peyğəmbərimizin  (Allahın ona və ailəsinə salavatı və salamı olsun) nəslindən, onun ailəsindən (Əhli Beyt) olan hörmətli şəxslərdir. Lakin qeyd edək  ki, İslam dinində Peyğəmbərin Əhli beytindən olan insanları on iki imama ayırmaq doğru deyildir.

ardını oxu
31-01-2014
Salam aleykum. Bu menim size artiq ikinci sualimdir. Ancaq hele ki, ilk sualima cavab vermemisiniz. Zehmet olmasa Vehhabilik ve onun tarixi barede yazardiz. Sizce bu teriqet dinimizde bidet deyilmi? Sizin fikrinizce bunlarin esas meqsedi nedir? Evvelceden tessekkur edirem.
Cavab:

Aleykum salam. Daha ətraflı buradan oxuyun: Vəhhabi kimlərdir?

ardını oxu
31-01-2014
Salam aleykum. Pirleri ziyaret etmek günahdirmi?
Cavab:
Aleykum salam. Daha ətraflı "Pirlərə getmək günahdır?" oxuyun!
ardını oxu
31-01-2014
Salam aleykum. Orucluq ayinda 1 ay erzinde orucu tuta bilmiremse olar ki fasile-fasile tutum? Bu mene gunah sayilmaz?
Cavab:

Aleykum salam. Buraxdığınız günlərin orucunu fasilə verərək tuta bilərsiniz. 

ardını oxu
31-01-2014
Salam aleykum. Dirnaq uzatmaq gunah sayilirmi?
Cavab:

Aleykum salam. Dırnaqların uzadılmasına icazə verilmir. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) demişdir: "Beş şey fitrətdəndir: ayıb yerlərini qırxmaq, sünnət olmaq, bığları qısaltmaq, qoltuqaltı tükləri yolmaq və dırnaqları tutmaq". (əl-Buxari, 5889).

ardını oxu
31-01-2014
Salam aleykum. Yəcuc-Məcuclar haqqında etrafli izah vere bilərsiniz?
Cavab:

Aleykum salam. Səhih hədislərə görə Yəcuc və Məcuc tayfalarının zühur etməsi Qiyamətin 10 böyük əlamətlərindən biridir. Qiyamət gəlməmişdən əvvəl bəzi əlamətlər vardır ki, bu əlamətlər gəldikdən sonra Qiyamət qopur. Bu əlamətlər kiçik və böyük olmaqla iki yerə bölünür.

ardını oxu
31-01-2014
Salam. Zehmet olmasa böhtan haqqında melumat vererdiniz. Sizce birine böhtan atıldığında, adı lekelendiyinde bunun qarşısını almalı, yoxsa her şeyi Allaha tapşırmalıdır? Eger bunun qarşısını ala bilmirse ve buna gücü çatmırsa ne etmelidir?
Cavab:

Və aleykum Salam. Şühbəsiz ki, böhtan atmaq böyük günahlardan sayılır.

ardını oxu
31-01-2014 Sədəf 12
Salam aleykum. Namazın sünnətləri nə qədərdi?
Cavab:

Aleykum salam. Əgər sünnət namazlarını nəzərdə tutursunuzsa, gündəlik qılınan sünnət namazları gecə namazları, vitr namazı, beş vaxt qılınan fərz namazlarının "ratibə" adlanan sünnətləridir.

ardını oxu
30-01-2014
Salam aleykum. Qarshiliqsiz sevgide kiminse hansi birinde nefsi qalmaq duzgundurmu? Nefis choxmu pis sheydir? Nece qorunaq? Bunun bir yolu varmi?
Cavab:

Aleykum salam. Bəli, bir insanın digər bir insanda nəfsi qala bilər. Nəfs əslində islamda paxıllıq və ya gözdəymə kimi tanınır. Nəfslə bağlı Paxıllıq haqqında linkini oxuyun.

ardını oxu
30-01-2014
Salam Aleykum. İnsanin ele vaxtlari olur namaz qillmir borc namazlari qilan insanin boynunda sonra o borc namazlarin qilarken nece niyyet edilmeli?
Cavab:

Aleykum salam. Əvvala bilmək lazımdır ki, islamda borc namazı deyilən bir anlayış yoxdur. Ola bilər ki, sizin qəsd etdiyiniz qəza namazlarıdır. Niyyət adi namazlarda olduğu kimidir. Ümumiyyətlə niyyət məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir.

ardını oxu
30-01-2014
Salam aleykum. Eger oruc tutan adamin bir neche gun qezasi qalibsa ve bunu tamamlamayibsa bu shəxs gunah qazanirmi?
Cavab:

Aleykum salam. İslam alimlərinə görə əgər bir şəxs qəza oruclarını tutmağı bacardığı halda üzrlü səbəb olmadan qəza oruclarını tutmursa, həmin şəxs günah qazanır.  

ardını oxu
30-01-2014 AYNURE
Salam Aleykum. Mən namazda sonda dua edərkən özümdən asılı deyil gözlərimi yumuram gözləri yumulu dua edirəm bu günahdırmı? öncədən minnətdaram.
Cavab:

Aleykum salam. Namaz qılarkən gözləri yumaraq dua etmək bəyənilmir.

ardını oxu
30-01-2014
Salam aleykum. Vereceyim suala gore cohx-chox uzr isteyirem. Ama bu haqda bilmek isteyiremdim. Qadınla arxadan cinsi əlaqədə olmaq günahdırmı?
Cavab:

Və aleykum Salam.

ardını oxu
30-01-2014 arifa
Salam aleykum. Əgər namazın vaxdını gecikdirmişəmsə qəzasını nə vaxt qılmaq düzgündür?
Cavab:

Aleykum salam. Yuxuya getdikdə, unutduqda və ya huşu itirdikdə (xəstəlik və ya başqa səbəbə görə) maneə aradan qalxan kimi namaz qılınmalıdır. Bilərəkdən namazı gecikdirmək, yəni namaz üçün təyin edilən müddəti keçirtmək isə günahdır. 

ardını oxu
30-01-2014
Salam aleykum. Men ishlediyime gore namaz qila bilmirem, chox yorgun oluram. Hetta namazda bir defe murgulemishdim, Allah gunahimi bagishlayacagmi?
Cavab:

Aleykum salam. Bacardığınız qədər Allahın buyurduqlarını yerinə yetirin və bilin ki, namazı çətinliklə qılanın savabı rahat bir şəkildə qılandan daha çoxdur.

ardını oxu
30-01-2014
Salam aleykum. Eger dirnagimda lak, boya olarsa, destemaz, qusul, namaz qilmaq olar, yoxsa mutleq silinmelidir?
Cavab:

Aleykum salam. Şəriətə görə dırnaqlarda lak ola-ola namaz qılmaq olar. Lakin dəstəmaz və ya qüsl aldıqda dırnaqdakı boyaları silmək lazımdır. Qüsl və ya dəstəmazdan sonra yenə lak vura bilərsiniz. 

ardını oxu
30-01-2014 Firengiz.
Salam aleykum. Men bir muddet namaz qilmisham. Amma sonradan duzgun qilmadigımi fikirleshib saxlamisham. Mene chox insan duz qilmadigimi deyir. Menim oz bildiyim kimi qilmaq gunahdirmi?
Cavab:

Aleykum salam. Əgər siz bilmədən namazı səhv qılmısınızsa, inşallah Allahın mərhəməti sayəsində namazınız qəbul olunar. Lakin namazın səhv olduğunu biləndən sonra namazı tərk etməyə lüzum yoxdur. Sadəcə namaz qılaraq tədricən buraxdığınız səhvləri düzəltməyə çalışmaq lazım idi.

ardını oxu
30-01-2014
Salam aleykum. Menim bir sevdiyim var. Amma biz bir-birimizi tanidiqda onun da ve menim de heyatimda artiq birileri var idi. Amm indi o sevgilisinden ayrilib. Sebeb ise elbette ki, menem. Ve bunun agirligini dashimaq chox chetindir.
Cavab:

Aleykum salam. Bəli, edə bilərsiz. Çünki islama görə insan sevgidə azaddır. Həmçinin, bilmək lazımdır ki, İslam halal sevgini, yəni ailə qurmaq üçün bir-birini sevməyi dəstəkləyir. Digər hallarda isə bu, günah sayılır. 

ardını oxu
30-01-2014 Günay
Salam aleykum. Şiə alimlərini təqlid etmək vacibdirmi?
Cavab:

Aleykum salam. Əvvala bilək lazımdır ki, islamda təfriqəçilk yoxdur. Uca Allah buyurur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən.

ardını oxu
30-01-2014
Salam aleykum. Menim ovladim yoxdu. Bilmek isterdim ki, bunun uchun dualar varmi? Allah razi olsun.
Cavab:

Aleykum salam. Övladın olması üçün xüsusi dua forması yoxdur. Qurani Kərimdə olan dualardan istifadə edə bilərsiniz. Quranda Zəkəriyyə (Ona Allahın salamı olsun) peyğəmbərin etdiyi: "Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma.

ardını oxu
30-01-2014 derya5
Salam aleykum. Qizlar masturbasyon olandan sonra qusl almalidir? Yaxudda qizlar doze biler illernen?
Cavab:

Aleykum salam. Özündən asılı olmayaraq axan mayeyə görə ona heç bir günah düşmür. Lakin əgər şəhvət nəticəsində çıxarsa, ona qüsl almaq vacib olur. Daha ətraflı "Masturbasiya etməyə icazə verilir?" oxuyun.

ardını oxu
30-01-2014
Salam aleykum. Qurani Kerimi basha dushduyum dilde yeni ki, oz ana dilimde oxumaya bileremr? Yoxsa ereb dilinde oxumaq lazimdir? Evvelceden teshekkur edirem.
Cavab:

Aleykum salam. Bəli, Qurani Kərimi öz başa düşdüyünüz dildə oxuya bilərsiniz. Sadəcə yaxşı olar ki, əgər imkanınız və həvəsiniz varsa, ərəb dilində Quran oxumağı öyrənin və gün ərzində yavaş-yavaş oxumağa başlayın. Bu sizin üçün daha faydalı və savablıdır.

ardını oxu
30-01-2014
Salam aleykum. Gecə vaxtı saç kəsdirmək günah sayılır?
Cavab:

Aleykum salam. Gecə vaxtı saç kəsdirməyin günah olması barədə səhih məlumat yoxdur. 

ardını oxu
30-01-2014
Salam aleykum. Terbiyesiz video ve ya shekillere baxarken qüsl pozulurmu?
Cavab:

Aleykum salam. Əvvala, bunlara baxmaq günahdır. Daha ətraflı: Əxlaqsız fotolara və ya videolara baxmaq olar?

ardını oxu
30-01-2014
Salam aleykum. Seyyidler haqqinda melumat veresiniz. Bunlara inanmaq dogru fikirdirmi? Men seyyidem ceddim gucludu.
Cavab:

Salam aleykum. Cavabı buradan oxuyun: Seyyid anlayışı doğrudur?

ardını oxu
30-01-2014 vidadi
Salam aleykum. Nezir pul vererken bezen bashlarina pulu firladib verirler. Bu gunahdirmi? Bes neziri verende nese demek lazimdirmi?
Cavab:

Salam aleykum. Nəzir veridkə pulu başa fırlatmaq lazım deyil. Bunu edənlər düzgün etmirlər. Bunu edən elə fikirləşir ki, belə etsə O verdiyi pul ona haram olacaqdır, bu isə yalnış iddiadır və günahdır. Həmçinin, nəzir verəndə heçnə demək lazım deyil.

ardını oxu
30-01-2014 vidadi
Salam aleykum. Ekstrasenslik, yeni baxiciliq gunahdirmi? Eger Allah terefinden verilen bir vergidirse, buna nece yanashmaq olar? Xahish edirem etrafli cavablandirasiz.
Cavab:
Və aleykum Salam. Bəli, yeddi həlakedici böyük günahlardan biri də sehr, falçılıq və bu qəbildən olan əməllər sayılır. Bunun günah olmasını bizə Uca Allah Öz Kitabında xəbər vermişdir. Uca Allah buyurur: "Ey iman gətirənlər!
ardını oxu
30-01-2014
Salam aleykum. Adi bir klipe baxmaq gunahdir?
Cavab:

Aleykum salam. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) qadınların toy mərasimində öz aralarında dəf ilə çalıb oynamasına icazə vermişdir. Digər hallarda isə qadağan etmişdir.

ardını oxu
29-01-2014
Salam aleykum. Bağışlayın narahat edirəm.Təqlidliyin vacibliyi haqda Quranda hansı ayədə və hansı surədə verilib?
Cavab:

Aleykum salam. İslamda hər hansı bir şəxsə kor-koranə təqlid etmək bəyənilmir. Çünki təqlid bir adama tabe olmaq və ya nə dəsə ondan götürmək mənasına gəlir. İslama görə tabeçilik yalnız Allah və Rəsulunadır.

ardını oxu
29-01-2014
Salam aleykum. İstixarə ve hacət namazını qılıb yatarkən nələri oxumaq lazımdır? Mən bildiyimə görə hacəti qılıb heç kimlə danışmadan yatasan və yatarkən "Ayətul Kursi"-ni oxuyasan. Məndə hələ "Ayətul Kursi"-ni əzbərdən bilmirəm onun yerinə başqa surə oxumaq olarmı?
Cavab:

Aleykum salam. İstixarə və ya hacət adlı namaz iki rükətli namazdır. Bir xeyir iş görmək istədikdə iki rükət namaz qılıb ya təşəhhüddən sonra salamdan əvvəl, ya da salamdan sonra istixarə duasını edərək Allahdan xeyir diləyirsiniz.

ardını oxu
29-01-2014
Salam aleykum. Mən bilmək istərdim ki, kiməsə nəfsim keçə bilərmi? Yəni mən hamilə qala bilmirem ama başqası hamile qalanda öz özüme deyirəm ki, niyə o, hamilə qaldı mən yox. Bunun günahı varmı mən günah qazanırammı? Xahiş edirem ki, cavablandirasiniz. Allah sizdən razı olsun.
Cavab:

Və aleykum Salam. Əgər siz Uca Allahın təqdir etdiyi qismətə narazı olaraq və ya qədərə etiraz edərək bu sözləri desəniz günah qazanmış olarsınız. Nəfsin kimdəsə qalması anlayışı yoxdur.

ardını oxu
29-01-2014 vidadi
Salam aleykum. Xeyir bərəkət ücün dua yazdırıb gəzdirmək günahdırmı? xaiş edirəm cavablandırın, artıq bu necə dəfədir ki, mənim sualımı cavablandırmırsız.
Cavab:

Aleykum salam. Hər hansı bir məqsəd üçün dua yazdırıb üstündə gəzdirmək islam dininə müxalif olan əməllərdəndir.

ardını oxu
29-01-2014 afaq
Salam aleykum. Kiməsə aşiq olub sevmek gunah deyil?
Cavab:

Aleykum salam. Həddi aşmamaq və şəriət çərçivəsindən kənara çıxmamaq şərti ilə (yəni, evlənmək niyyəti ilə) islamda sevib, sevilmək qəbahət deyil. Ona görə də sevmək günah yox, əksinə Uca Allahın nemətlərindəndir.

ardını oxu
29-01-2014
Salam aleykum. Məhəmməd peyğəmbərimizə (sallallahu aleyhi va səlləm) necə salavat göndərək? əgər salavat olmur üzə cəkmək bəs nə deyək?
Cavab:

Aleykum salam. Peyğəmbərə salavat gətirərkən əli üzə çəkməyə ehtiyac yoxdur. Qurani Kərimdə və ya Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salamı olsun) sünnəsində bununla bağlı heç bir səhih hədis gəlməyib. Bu sadəcə sonradan dində uydurulmuş bir yenilikdir.

ardını oxu
28-01-2014
Salamu aleykum. Menim bele bir sualim olacaq...Bir insan ozude bilmeden pis bir veziyyete dushub. Qiraqdakilar da onu qinayirsa, men onun qelbine deymeden nece deye bilerem ki, filan sheye diqqet ele... Yeni desem qelbi qala biler, demesem de qiraqdakilar onu qinamaga davam edecek...
Cavab:

Aleykum salam. Məsələni dəqiq bilmədiyim üçün sadəcə onu deyə bilərəm ki, əgər sizin deyəcəyiniz söz həmin adama fayda verəcək vacib bir məlumatdırsa, onun qəlbi qırılsa da ona deməlisiniz. 

ardını oxu
28-01-2014 sedef12
Salam aleykum. Allahın 99 adını yazıb yastığın altına qoymaq olarmı?. Axşam qorxuram.
Cavab:
Aleykum salam. Uca Allahın adlarını və ya hər hansı bir ayə, dua yazıb yastığın altına qoymaq və ya üstündə gəzdirmək olmaz. Çünki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə etməmiş və heç kəsə bunu öyrətməmişdir. O, hər bir kəsə bunları əzbərləməyi və oxuyaraq tətbiq etməyi buyurmuşdur.
ardını oxu
28-01-2014
Salam aleykum. İslamda qadını döymek ve ya ona zor tetbib etmek gunah sayilirmi?
Cavab:
Aleykum salam. Uca Allah kişilərin öz xanımları ilə gözəl münasibətdə olmasını vacib buyurmuşdur: "Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun". (ən-Nisa, 19).
ardını oxu
28-01-2014 akif
Salam aleykum. Xums necə hesablanır və kimlərə verilməlidir?
Cavab:

Aleykum salam. "Xums" sözü ərəb dilində beşdə bir hissə deməkdir. İslam dinində döyüşdə əldə edilən qənimət beş hissəyə bölünür. Onun beşdə dördü döyüşçülərə verilir. Piyadalılara bir, süvarilərə isə üç pay düşür.

ardını oxu
28-01-2014
Salam aleykum. Toy olur kəbin kəsilmir. Kəsdirəndən sonra doğulan uşaqlar nə sayılır?
Cavab:

Aleykum salam. Əgər toy olubsa, bu bir növ kəbinin şərtlərinin yerinə yetirilməsinə dəlalət edir. Çünki kəbində əsas şərtlərdən valideynlərin, qızın razılığı, iki şahidin və mehrin (başlıq parası) olmasıdır.

ardını oxu
28-01-2014 Gülsüm
Salam aleykum. Mən bilmək istərdim ki, hamilə olarkən ana əlini bətninə qoyub hansı sureleri oxumalıdır ki, uşağ sağlam xeyirli və tərbiyəli olsun?
Cavab:

Aleykum salam. Şəriətdə xüsusi təyin olunmuş şəkildə bu məsələ üçün ayrıca hər hansı bir surə və ya dua növü mövcud deyil. Ümumən "Ayətul Kursi (əl Bəqərə, 255), "əl Fatihə", "əl İxlas", "əl Fələq", "ən Nas"  və digər bu kimi surələri oxuya bilərsiniz.

ardını oxu
28-01-2014 Lamiyə
Salam aleykum. Zəhmət olmasa sualımı cavablandırardınız.. Olarmı ki, insan bir gunah işə görə, haram iş, və bununla yanaşı hər gün lazımi qaydada namaz qilmaq ki, etdiyi günah bağişlansin, yazılmasın... Güman edirəm ki, anlada bildim sualimi. Çox sağolun...
Cavab:

Aleykum salam. Şəriətə görə beş vaxt namaz və bir cümə digər cüməyə qədər olan (kiçik) günahlara kəffarədir (bağışlanmadır). Böyük günahlar istisnadır. Namaz, Uca Allahın bəndələrinə olan böyük və geniş mərhəmətini bildirir.

ardını oxu
28-01-2014 sedef12
Salam aleykum. Misal uchun "Ayetul Kursi" ve ya bashqa zikr ve dualari yadda saxlaya bilmiremse, yeni ezberledikde yadimda qalmirsa, onlaro kitabdan oxumaq olar. Çunki yadda saxliya bilmirem.
Cavab:
Aleykum salam. İstər "Ayətul-Kursi" istərsə də hər hansı bir zikr və dua yadınızda qalmırsa, əlbəttə ki, onu kitabdan oxuya bilərsiniz. İslam dini rahatlıq və asanlıq dinidir.
ardını oxu
28-01-2014 sedef12
Salam aleykum. Biz Peygemberimizin, yeni Mehemmed peygemberimizin adini chekende salavat verende (sallallahu aleyhi va sellem) deyende salavati (elimizi) uzumuze chekmeliyik, yoxsa ferqi yoxdur?
Cavab:

Aleykum salam. Peyğəmbərə salavat gətirərkən əli üzə çəkməyə ehtiyac yoxdur. Qurani Kərimdə və ya Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salamı olsun) sünnəsində bununla bağlı heç bir səhih hədis gəlməmişdir. Bu sadəcə sonradan dində uydurulmuş bir yenilikdir.

ardını oxu
28-01-2014
Salam aleykum. Aya baxib dua etmek gunahdir. Eger gunahdirsa bunu bilmeyib etmishemse gunah qazanmish oluram?
Cavab:

Aleykum salam. Şəriətdə aya baxıb dua etməyin yalnız bu forması gəlib. Yəni "hilal" (təzə ay) görünərkən Allah Rəsulu bu duanı oxumağı tövsiyə edib:

ardını oxu
28-01-2014
Salam aleykum. Mən namaza başlamaq istiyirəm, bəzən sözlər yadımdan çıxır, namaz qılsam kitaba baxıb qıla bilərəm?
Cavab:

Aleykum salam. Namaz qılmağa yeni başlayarkən, namazın söz və hərəkətlərini tam mənimsəyənə qədər namaz qıla-qıla vərəq və ya kitabdan istifadə etməkdə günah yazılmır. Bu xüsusda Uca Allah buyurur: "Bilməyərəkdən etdiyiniz səhvlərə görə sizə günah yoxdur.

ardını oxu
28-01-2014
Salam aleykum. Deyirler ki, möhürün yazılı tərəfinə səcdə etmək günahdır, zəhmət olmasa sualımı cavablandırın, bu fikir dogrudur yoxsa yalnısh?Öncədən təşəkkür edirəm.
Cavab:

Aleykum salam. Nəzərinizə çatdıraq ki, möhür haqqında, şəriətdə heç bir səhih məlumat varid olmamışdır. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) namazı möhürsüz qılıb.

ardını oxu

Pages