27-12-2013
Salamun Aleykum.Biriyle dosluq edirsen bu dosluqun seni gunaha salirr ve bu dosluqa son qoymaq isteyrsen ve qarwindakin gozu yawli qoyrsan bu.burda ne etmelisenn Allaha razi olsun evela
Cavab:
Və aleykum Salam. İnsan bu dünyada kiminlə dostluq etdiyinə fikir verməlidir, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kişi (insan) dostunun dinindərir. Elə isə hər kəs baxıb görsün kiminlə dostluq edir". (Əbu Davud, 4833; ət-Tirmizi, 2378).
ardını oxu
27-12-2013
salam aleykum. barmaqlari cikqildamaq gunahmi?
Cavab:

Aleykum salam. Barmaqları şaqqıldatmaq günah deyil, amma oynaqlar üçün çox ziyandır.

ardını oxu
27-12-2013
Salam aleykum. İndi indi her sheyi başa dushurem. Çünki dine-imana gelmishem. O vaxtlar neyin gunah, neyin duz oldugunu bilmirdim. Fala baxdiriridim. Namaz qilandan sonra tovbe etdim. Allah meni bağışlayarmı? Etdiyim sehvlere gore chox peshmanam. Hech bir ishim yolunda getmir.
Cavab:

Aleykum salam. Bilməyərək günah etmək bağışlanır. Həmçinin, günaha peşman olmaq tövbə sayılır və günahdan peşman olanları Uca Allah bağışlayır. Tövbə etdikdən sonra insanın günahı xatırladıqda ondan sarsılması tövbənin qəbul olunmasının əlaməti hesab olunur.

ardını oxu
27-12-2013
salam temumle namaz qilmaq olarmi $ertleri nelerdi
Cavab:

Aleykum salam. Təyəmmümlə namaz qılmaq su tapmadıqda, xəstə olduqda, şiddətli soyuq olduqda icazə verilir.

ardını oxu
27-12-2013
salam eger merhum ata vaxtinda gunah edibse rehmete gedib ama acisini usagi cekir bunu nece etmelidi atanin gunahi bagislana bilermi nece? nece deyim? ager kimese haqsizliq edibdir ve bilmirem kime ? bu gunahi nece yumaq olar?
Cavab:

Aleykum salam. Övlad valideyn üçün bağışlanma diləyə bilər.

ardını oxu
25-12-2013
Salam aleykum. Sualim odur ki, zikri barmaqlarla etmek duzgundur, yoxsa tesbeh ile? Bildiyime gore Resulallah (s.a.s) zikri barmaqlarla etmishdir. Bu haqda deqiq melumat vamri?
Cavab:

Aleykum salam. Sayla olan zikrləri barmaqlarla etmək lazımdır. Təsbeh ilə etmək olmaz. Abdullah ibni Amr (Allah ondan razı olsun) rəvayət edir ki, mən Peyğəmbəri (sallallahu aleyhi və səlləm) sağ əli ilə zikr edən gördüm.

ardını oxu
24-12-2013
salam aleykum. vitir namazi ferzdirmi?
Cavab:

Aleykum salam. Xeyr, beş namazdan başqa bütün namazlar nafilə namazlarıdır, fərz deyildir.

ardını oxu
24-12-2013
Salam aleykum. Sevmek gunahdir? Sevmek sevilmek?
Cavab:

Aleykum salam. Burada halal və haram məsələsi vardır. Uca Allah kişi və qadına ailə qurmağı, bir-birini sevməyi halal buyurmuş və bu işə xeyir-bərəkət vermişdir.

ardını oxu
24-12-2013
Salam aleykum. Bir insanı arxasınca gözü yashlı qoymaq günahdırmı?
Cavab:

Aleykum salam. Sözsüz ki, hər bir zülm - istər maddi, yaxud mənəvi olsun - hamısı günahdır. Əgər gözüyaşlı qoyulan valideyndirsə, günahı daha böyükdür. Bunun kəffarəsi isə həmin insanı sevindirməkdir.

ardını oxu
24-12-2013
salam aleykum. dinde 5 defe evlenmek duzmu?
Cavab:

Aleykum salam. İslam dinində evlənmə sayının məhdudiyyəti yoxdur. Əsas şərt odur ki, öhdəndə olan qadınların sayı dörddən artıq olmasın.

ardını oxu
24-12-2013
Teqibat ne demekdir?.misalcin Axsam namazinin teqibati
Cavab:

Belə bir anlayışa indiyədək rast gəlməmişəm.

ardını oxu
24-12-2013
Salam aleykum. Dindar insanin beynine ozunden asili olmayaraq dehshetli fikirler gelirse o insan gunah qazanmiş olurmu? Qabaqcadan teshekkurler.
Cavab:

Aleykum salam. İnsanın beyninə gələn pis fikirlər günah sayılmır. Dində bu fikirlərə şeytanın vəsvəsələri deyilir.

ardını oxu
24-12-2013
Salam aleykum. Sevgi duasi nece olur?
Cavab:

Aleykum salam. İslamda sevgi üçün xüsusi bir dua növü mövcud deyil.

ardını oxu
23-12-2013
Gunah olmayan bir emele tovbe edib, daha sonra o tovbeni pozmusam. Bu gunahdi? Her kes muxtelif cavablar verir: biri deyir her tovbenin keffaresi var,digeri ise sadece hemin tovbenin Allahdan bagislanmasini dilememii meslehet gorur. Men ne edim?
Cavab:

Salam aleykum. Bir əməli günah sayıb tövbə etsəniz, sonra bu əməlin günah olmadığını öyrənsəniz, bunda bir qəbahət yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazda belə dua edərdi: "Allahım!

ardını oxu
23-12-2013
Salam aleykum. Bir defe tovbe etdim gunahima gore. Sonra tovbeni pozdum gunaha batdim. Eledyim gunaha gore bashima ish geldi. Sonra yeniden tovbe etdim. Allah ikinci tövbəmi bağışlayarmı?
Cavab:
ardını oxu
23-12-2013
Salam Eleykum!Qismet inanmaq islamin sertidir?Ve ya qismet haqqinda melumat var saytda?
Cavab:

Aleykum salam. Qismətə və ya dini terminlə desək, qədərə iman imanın altı şərtindən biri hesab edilir. İnşallah qədər mövzusu haqqında saytımızda yazılar olacaq.

ardını oxu
23-12-2013
Salam aleykum. Teyemmum uchun niyyet nece olmalidir? Qusul ve ya destemaz evezinden olunan teyemmum niyyetleri ayri-ayrdir? Burda zehmeti olanlara chox teshekkur edirem.
Cavab:

Aleykum salam. Niyyət, məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir. Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: "Əməllər ancaq niyyətə görədir. Hər bir insan niyyət etdiyini əldə edir...".

ardını oxu
23-12-2013
Salam aleykum. Sevdiyin birile danishib, gorushmek umumiyyetle bu kimi sheyler, sevmek-sevilmek gunahdirmi?
Cavab:
Aleykum salam. Sevmək günah yox, əksinə Allahın nemətlərindəndir. Rəbbimiz buyurur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir.
ardını oxu
23-12-2013
Salam men namzimi mohurle qiliram yeni mene nece oyrediblerse elede qiliram,men duzgun qilmirammi demek?Yoxsa ferqi yoxdur?
Cavab:

Və aleykum Salam. Uca Allah buyurur: "... Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir". (əl-Həşr 7).

ardını oxu
23-12-2013
Salam aleykum. Namaz qilmaq ve qelbimde İmam Huseyin sevgisi, ona aglayan ezadar olarmi? Yoxsa ziyaretine getmek ezadardi? Ve birde onun yasina gore qara rengde libas geyine bileremmi? Yeni, sevgi elameti olaraq.
Cavab:

Və aleykum Salam. İslam dinində əzadarlıq anlayışı yoxdur. Həmçinin, ölən insan üçün - istər Peyğəmbər, səhabə, övliya, imam olsun - hər il yas saxlamaq, ildönümü qeyd etmək, özünə əziyyət vermək, mərsiyə demək qəti qadağandır.

ardını oxu
23-12-2013
Salam.arada namazi bile bile qeza etmek.gunah sayilirmi?
Cavab:

Aleykum salam. Bilə-bilə namazı qəza etmək bilə-bilə namazı buraxmaq deməkdir. Bilə-bilə namazı buraxmaq isə böyük günahdır.

ardını oxu
23-12-2013
Salam men namaz qiliram ama oruc tutmuram,yeni acliga qarshi kompleksim olduguna gore.Bu zaman menim namazim qebul olunurmu?
Cavab:

Aleykum salam. Namaz qılıb oruc tutmamaq namazı batil etmir. Əgər siz vacib orucu, yəni Ramazan ayının orucunu nəzərdə tutursunuzsa, aclığa qarşı olan bir narahatlığa görə onu buraxmaq olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Şübhə və tərəddüd şeytandandır".

ardını oxu
23-12-2013
kirip olduqda namaz qilmaq batildi? kirip olursan insanin burnu axr ve basi sedceye qoyanda burun axirsa namaz sayilirmi??
Cavab:

Salam aleykum. Qrip, soyuqdəymə və ya hər hansı bir xəstəlik səbəbi ilə burundan gələn selik namazı batil etmir.

ardını oxu
23-12-2013
salam eger bir insan evlidir,fikirindede bashqa biri var ve onuda nece deyirler sevir heqiqeten, ve onunla gorushur bu gunah sayilirmi?
Cavab:

Va aleykum Salam. Bəli, bu böyük günahlardandır. Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32).

ardını oxu
23-12-2013
Salam aleykum. Dinde 2 defe evlenmek icazesi varmi?
Cavab:

Aleykum salam. Bəli, var. Uca Allah buyurur: "Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn (halal) qadınlardan ikisi, üçü və dördü ilə evlənin.

ardını oxu
23-12-2013
Salam aleykum. Siğə neche defe bağlana biler? Yeni muveqqeti nigah deyirem. Zehmet olmasa cavablandirardiz.
Cavab:

Aleykum salam.

ardını oxu
23-12-2013
Salamun Əleyküm.Mən bilmək istərdim.Söyüş söyənin (ağzından pis söz çıxanın kimisə söyənin) qırx gün ərzində etdiyi duaları qəbul olunmur.Bu haqda məlumat verməyinizi xahiş edərdim.Əvvəlcədən təşəkkür edirəm.
Cavab:

Aleykum salam. Günah işlər görmək duaların qəbul edilməsinə əngəl ola bilər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Uzun bir səfərə çıxmış bir kişi saçları dağınıq, paltarı tozlu halda əllərini səmaya uzadaraq: "Ey Rəbbim!

ardını oxu
23-12-2013
Salam aleykum. Mueyyen sebeblere gore bir ayliq namazi qila bilmirem, bu gunah sayilarmi? Sherait ve temizlik cehetden...
Cavab:

Aleykum salam. Namaz mütləq qılınmalıdır! Şərait, su, xəstəlik və ya soyuq olduqda dəstəmaz əvəzinə təyəmmüm almaq olar. Xəstəlik səbəbindən ayaq üstə dura bilmədikdə oturaraq, otura bilmədikdə isə uzanaraq namaz qılınmalıdır.

ardını oxu
23-12-2013
Salam aleykum. İnsan bir defe tovbe ede biler, yoxsa her gunah ishledikde...?
Cavab:

Aleykum Salam. Hər bir günahdan sonra tövbə etmək lazımdır: "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153).

ardını oxu
23-12-2013
salam namaz qilanda mohurun olmasi mutleqdi??
Cavab:

Aleykum assalam. Xeyr, peyğəmbər (s.a.s.) namazı möhürsüz qılıb.

ardını oxu
23-12-2013
Salam aleykum. Men namaz qilanda ushaq mohuru goturub eline yene qoyur yerine. Buna gore men namazi tezeden qilmaliyam, yoxsa davam etmeliyem?
Cavab:

Aleykum salam. Bəli, davam etməlisiniz. Çünki Peyğəmbərimiz Muhəmməd (sallallahu aleyhi va səlləm) namazı möhürsüz qılıb.

ardını oxu
23-12-2013
Salam aleykum. Men 2004-cu ilden namaz qilmaga bashladim. Amma defelerle namazi saxladigim vaxtlar olub. Hal-hazirda da eleyem. Bu mendn asli deyil. Sanki butun ishlerim de ters gedir. Men ne edim? Xahiş edirem komek edesiniz.
Cavab:

Aleykum salam. Namazı işlərimizin düz getməsi üçün yox, Uca Allahın razılığını, rəhmətini və bunların sayəsində də cənnətini qazanmaq üçün qılırıq. İşlərin tərs getməsi isə Uca Allahın sınaqları ilə bağlıdır.

ardını oxu
23-12-2013
Salam. Men namaz qilanam,ama cox utancaq ve komplesliyem sizce hansi duani oxusam mene her yerde komek eder?sag olun...
Cavab:

Salam aleykum. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "...Həya imandandır". (əl-Buxari, 1/74, №: 24; Muslim, 1/63, №: 36). Digər bir hədisdə isə belə demişdir: "Həya yalnız xeyir gətirir". (əl-Buxari, 10/521, №: 6117; Muslim, 1/64, №: 37).

ardını oxu
23-12-2013
Salam aleykum. Men dine chox bagli bir adamam ve Allahin buyurdugu kimi olmaq isteyirem, hemde aileliyem. Amma qaynanam bashimi baglamaga qoymur. Uzun geyinmeye de qoymur. Deyir onda sizi evden qovaram. Hetta namaz qilmaga da qoymur. Amma aile heyati qurmazdan evvel qilirdim. Men ne ede bilerem?
ardını oxu
23-12-2013
Mehemmed Peyğəmbəri yuxuda görmək nə deməkdir?
Cavab:

Salam aleykum. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim yuxuda məni görsə, həqiqətən də, məni görmüş olar. Çünki şeytan mənim simamda görünə bilmir".

ardını oxu
23-12-2013
Salam aleykum. Zikr nedir? Allahin adlarini saymaq ya Allaha shukur etmek, yoxsa dini sohbet etmek? Xahiş edirem ki, imkan varsa Qurani Kerim ve ya sehih hedislerle cavblandrasiniz. Salam aleykum.
Cavab:

Aleykum salam. Zikr xatırlamaq deməkdir. Uca Allahı zikr etmək Onu xatırlamaq deməkdir. İslam alimlərinə görə bütün ibadətlərin buyurulmasında məqsəd Allah Təalanı xatırlamaqdır.

ardını oxu
22-12-2013
salam.tohid suresinin basqa adi nedir.xahis, deqiq deyin cox vacibdir.saq olun.
Cavab:

Aleykum assalam. Quranda bu adda surə yoxdur. "Tövhid" nəzərdə turursunuzsa, bunun qısaca mənası -- yalnız Uca Allaha ibadət etmək və ona şərik qoşmamaq. Daha ətraflı Tövhid nədir? məqaləsində oxuya bilərsiniz.

ardını oxu
22-12-2013
Salam aleykum. Menim 16 yashim var ve menim qan azligim oldugu uchun oruc tuta bilmirem. Bu gunahdirmi?
Cavab:

Aleykum assalam. Uca Allah buyurur: "Müəyyən sayda olan günləri (oruc tutmalısınız). Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar). Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər.

ardını oxu
22-12-2013
salam. Men namaz qilanda ellerim yanlarda saxlayiram (ust uste qoymuram) olarmi?
Cavab:

Aleykum assalam. Əllərin bağlanması haqda rəy daha güclüdür. Qurani-kərimdən sonra ən səhih mənbə hesab olunan Səhih Əl-Buxaridə, bu haqda hədis aşağıdakı kimidir:

ardını oxu
22-12-2013
Menim belkede en boyuk arzum namaz qilmaqdi amma qilamiram.oyrenirem oz ozume deyirem.namaz vaxdi olanda namaz qilmaq isdiyende bide soz yadima dusmur.men nece edim namaz qilib?allahima yaxin olmaq isdiyirem.dini cox sevirem.xsyis edirem mene komek edin.
Cavab:

Salam aleykum.Bir müddəti kağıza baxıb qıla bilərsiniz. Uca Allah buyurur: "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)...". (əl-Bəqərə, 286).

ardını oxu
22-12-2013
“Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. bu fikir dogru deyil.
Cavab:

Assalamu aleykum. İslamın bütpərəstlik üzərində qurulması fikri kökündən yanlışdır, çünki islam bütlərə ibadət etməyi şiddətlə qadağan edir. Məgər ilk insanın torpaqdan yaradılması onun bədənin başdan ayağa torpaqdan ibarət olmasını bildirir?

ardını oxu
21-12-2013
Salam aleykum. Kiminse namusuna toxunmaq, onu tehqir etmeyin gunahi nece olur?
Cavab:

Va aleykum Salam.

ardını oxu
21-12-2013
Salam aleykum. İnsan bedenine cin girirmi ve bunu nece chixartmaq olar? Chox xahish edirem ki, etrafli cavab veresiz. Sag olun!..
Cavab:

Aleykum salam. Bəli, insanın bədəninə cin girə bilər. Bunun Quran və sünnədən dəlilləri aşağıdakılardır:

Uca Allah buyurur: "Sələm yeyənlər (qəbirlərindən) şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar...".  (əl-Bəqərə, 275).

ardını oxu
21-12-2013
islam peygemberi haqqda soruwmaq isteyirem dourdam islam peygenberinin sahadeti 31 dekabira duwur hemcinin onun nevesi immam hesenin? imkan varsa
Cavab:

Xeyr. Ətraflı cavaba burada baxa bilərsiniz

ardını oxu
20-12-2013
Salam aleykum. En boyuk gunah nedir?
Cavab:

Və aleykum. Ən böyük günah Uca Allaha şərik qoşmaqdır. Allah Təalanın səni yaratmasına baxmayaraq, ibadətin hər hansı bir övündə ona başqasını - insanı, qəbiri, daşı, günəşi, ayı, sehrbazı və s. şərik qoşmaqdır.

ardını oxu
20-12-2013
salamueleykum necesiniz cox sagolun bu saiti acdiginiza gore Allah razi olsun. men seher qeza orucunu tutacam destamaz alarken ne demeliyem ve nece almaliyam?
Cavab:

Aleykum assalam. Oruc tutarkən dəstəmaz almaq vacib deyil. Dəstəmaz almağın qaydasını saytın İslam bölməsindəki Namaz məqaləsindən öyrənə bilərsiniz.

ardını oxu
20-12-2013
Salam aleykum. Bagishlayin narahat edirem. Men nishanliyam, amma hele ki, bir yerde olmuruq. Lakin görüşende herden nişanlım meni öpür. Onda biz her ikmiz de qusul almaliyiqmi?
Cavab:

Aleykum salam. Nişanlı olmaq, bu hələ nigah demək deyil. Nigahda olmayanlar naməhrəm sayılır və onların bir-birini öpməsi haramdır. Qüsula gəldikdə isə, bu zaman qüsul pozulmur.

ardını oxu
20-12-2013
Salam aleykum. Men yeni aile qurmusham. Kend sheraitinde yashadigim uchun her defe boynuma qusl gelen zaman qusl ala bilmirem. Hem havanin soyuqlugu hemde sherait olmadigi uchun teyemmum edirem. Her namaz vaxti teyemmum almaq vacibdirmi?
Cavab:

Aleykum salam. Dəstəmazı pozan amillər təyəmmümü də pozur. Bu səbəbdən, həmin amillər baş verməyibsə, hər namazda yenidən təyəmmüm almağa ehtiyac yoxdur. Lakin nəzərə alın ki, su və şərait olduqda, mütləq qüsul alınmalıdır.

ardını oxu
20-12-2013
Salam men namaz qılmaq isteyirem mene komek ede bilersiniz xahiş edirem
Cavab:

Aleykum assalam. Saytın İslam bölməsində Namaz məqaləsindən öyrənə bilərsiniz.

ardını oxu
20-12-2013
Menim 1 yaxin qohumum var. Evveller nmaz qillirdi indi ise bagirsagindan tez tez qaz cixir deye qila bilmir. Artiq cekili biridi. Deyirki secdeye gedende bagirsagindan qaz cixir ve namazi destemazi pozulur. Sonra gedib yene destemaz alir yene eyni hal olur. Bunun uchun ne meslehet bilerdiz?
Cavab:

Salam aleykum. Əgər bu hal davamlı olarsa, bu, dəstəmazı poz­mur. An­caq namazın vaxtı girdikdə dəstə­maz alır və hə­min vaxt fərz və nafilə namazlarını qılır.

ardını oxu

Pages